Qaydaları"nın və "Elektron xidmət növlərinin Siyahısı"nın təsdiq edilməsi haqqında azərbaycan respublikasi naziRLƏr kabinetiNİn qərari "



Yüklə 88,72 Kb.
səhifə1/69
tarix29.12.2016
ölçüsü88,72 Kb.
#3799
növüQaydalar
  1   2   3   4   5   6   7   8   9   ...   69

"Mərkəzi icra hakimiyyəti orqanları tərəfindən konkret sahələr üzrə elektron xidmətlər göstərilməsi Qaydaları"nın və "Elektron xidmət növlərinin Siyahısı"nın təsdiq edilməsi haqqında

 

AZƏRBAYCAN RESPUBLİKASI NAZİRLƏR KABİNETİNİN QƏRARI



 

"Dövlət orqanlarının elektron xidmətlər göstərməsinin təşkili sahəsində bəzi tədbirlər haqqında" Azərbaycan Respublikası Prezidentinin 2011-ci il 23 may tarixli 429 nömrəli Fərmanının 1-ci hissəsinin icrasını təmin etmək məqsədi ilə Azərbaycan Respublikasının Nazirlər Kabineti QƏRARA ALIR:

1. "Mərkəzi icra hakimiyyəti orqanları tərəfindən konkret sahələr üzrə elektron xidmətlər göstərilməsi Qaydaları" təsdiq edilsin (1 nömrəli əlavə).

2. "Elektron xidmət növlərinin Siyahısı" təsdiq edilsin (2 nömrəli əlavə).

3. Elektron xidmətlər reyestrinin operatoru funksiyalarını Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi həyata keçirir.[1]

4. Azərbaycan Respublikasının Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinə tapşırılsın ki:

4.1. bir ay ərzində elektron xidmətlər reyestrini formalaşdırsın;

4.2. mərkəzi icra hakimiyyəti orqanları tərəfindən elektron xidmətlərin göstərilməsinin mərhələlərlə icra olunmasını nəzərə alaraq, bu qərarın 2-ci hissəsi ilə təsdiq edilmiş "Elektron xidmət növlərinin Siyahısı"nda zərurət yarandığı halda dəyişikliklər edilməsi barədə təkliflərini Azərbaycan Respublikasının Nazirlər Kabinetinə təqdim etsin.[2]

5. Mərkəzi icra hakimiyyəti orqanlarına tapşırılsın ki, iki ay müddətində:

5.1. göstərilən elektron xidmətlərin elektron xidmətlər reyestrində qeydə alınmasını təmin etsinlər;

5.2. elektron xidmətlərin göstərilməsində iştirak edən əməkdaşların elektron imza ilə təmin edilməsi üçün zəruri tədbirlər görsünlər.

6. Bu qərar imzalandığı gündən qüvvəyə minir.

 


Yüklə 88,72 Kb.

Dostları ilə paylaş:
  1   2   3   4   5   6   7   8   9   ...   69




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin