Əhalinin radiasiya təhlükəsizliyi haqqında
Azərbaycan Respublikasının Qanunu
Bu Qanun radioaktiv şüa mənbələri sahəsində qəzasız fəaliyyətin, əhalinin
radiasiya
təhlükəsindən qorunması və sağlamlığının mühafizə edilməsinin hüquqi əsaslarını
müəyyən edir.
I f
əsil. Ümumi müddəalar
Madd
ə 1. Əsas anlayışlar
Bu Qanunda istifadə olunan əsas anlayışlar:
radioaktiv maddə — kənar (xarici) təsir olmadan atom nüvəsinin çevrilməsi
nəticəsində ionlaşdırıcı şüa buraxan izotoplar (atomlar);
ionlaşdırıcı şüalanma — radioaktiv çevrilmələr və nüvə parçalanması zamanı
ətraf mühitlə qarşılıqlı təsir nəticəsində maddədə müxtəlif işarəli ionlar yarada
bilən şüalar;
radioaktiv maddələrin aktivliyi — radioaktiv maddənin nüvə parçalanma
sürətini
xarakterizə edən, vahid zamanda baş verən parçalanmaların sayı, vahidi
— Bekkereldir (BK), küridir (Kü);
zivert (zv) — Ekvivalent dozanın
güc vahidi olub, 1 kq maddənin 1 saniyədə
udduğu enerji;
rentgen — rentgen və qamma-şüalarının
şüalanma doza vahidi olub, normal
şəraitdə 1 kub sm havada yaratdığı elektrik yükünün miqdarı;
radioaktivliyə nəzarət — radiasiya təhlükəsizliyi, radioaktiv
maddələr və digər
ionlaşdırıcı şüa mənbələrinə aid əsas sanitariya qaydaları və normalarına riayət
olunması;
əhalinin radiasiya təhlükəsizliyi (bundan sonra radiasiya təhlükəsizliyi) —
indiki və gələcək nəsillərin sağlamlığının ionlaşdırıcı şüalanmaların zərərli
təsirindən qorunması;
təbii radiasiya fonu — kosmik şüalanmaların və təbii
radionuklidlərin torpaqda,
suda, havada, biosferin digər elementlərində,
qida maddələrində, habelə insan
orqanizmində təbii yaratdığı şüalanma dozası;