Radiasiya təhlükəsizliyinin kriteriyaları, normaları və sanitar qaydaları Radiasiya təhlükəsizliyi



Yüklə 26,35 Kb.
səhifə1/2
tarix12.11.2022
ölçüsü26,35 Kb.
#68744
növüQaydalar
  1   2
Radiasiya təhlükəsizliyi


Radiasiya təhlükəsizliyinin kriteriyaları, normaları və sanitar qaydaları
Radiasiya təhlükəsizliyi – insanın, bütövlükdə populyasiyanın, ətraf mühit obyektlərinin ionlaşdırıcı şüalanmanın zərərli təsirlərindən qorunmasını təmin edən elmi əsaslanmış tədbirlər kompleksidir.
Bu tədbirlər insan fəaliyyətinin müxtəlif sferalarında ionlaşdırıcı şüalanma mənbələrinin və atom enerjisinin təhlükəsiz şəraitdə istifadəsinin yaradılmasına istiqamətlənib.
Radiasiya təhlükəsizliyinin əsas vəzifələrindən biri ionlaşdırıcı şüalanmanın müxtəlif formalarının təhlükəliliyinin qiymətləndirilməsi kriteriyalarının işlənib hazırlanmasıdır. Bu radiobioloji eksperimentlərin nəticələrinin analizi yolu ilə həll edilir və burada məqsəd ionlaşdırıcı şüalanmanın müxtəlif formalarının canlı orqanizmə, ayrı-ayrı sistemlərə təsirini öyrənmək və eyni zamanda radiasiya qəzaları zamanı və ya ionlaşdırıcı şüalanmanın təsiri altında işləyən sağlam insanın vəziyyəti haqqında məlumat almaqdır. Burada daha çox əhəmiyyətli olan məsələ, ionlaşdırıcı şüalanmadan şərtlənən effekt və şüalanmanın səviyyəsi arasında kəmiyyət əlaqələrinin qurulmasıdır. Bunun üçün şüalanma səviyyəsinin qiymətləndirmə sistemi və radiasiyanın təsirinin müxtəlif yollarında onun ölçülməsi üsulları işlənib hazırlanmışdır. Effektin təzahürünu xarakterizə edən parametr xüsusiyyətlərində ekvivalent dozadan istifadə edilir. Qəbul edilmiş təhlükəsizlik kriteriyalarına əsasən ionlaşdırıcı şüalanmanın təsirinin icazə verilən həddinin sistemi, qanunverici sənədlərdə qeydiyyat şəkli, qismən radiasiya təhlükəsizliyinin normaları işlənib hazırlanır.

Radiasiya təhlükəsizliyinin digər, heç də az əhəmiyyətə malik olmayan vəzifələrindən biri də əhalinin normal əmək şəraitinin və yaşayışının təmin edilməsi, eyni zamanda atom enerjisindən istifadə zamanı ətraf mühitdəki obyektlərin ionlaşdırıcı şüalanmadan qorunması məqsədilə radiasiya şəraitinin proqnozlaşdırma, qiymətləndirmə üsullarının işlənib hazırlanmasıdır. Bura aiddir:




  • Şüalanma mənbələrinin xarakteristikası, hansı ki, texnoloji proseslərin müxtəlif mərhələlərində və atom enerjisindən müxtəlif məqsədlərlə istifadə zamanı əhaliyə və heyətə təsir edə bilər;



  • İonlaşdırıcı şüalanmanın səviyyəsinin dəyişməsinin tədqiqi, hansı ki, bu onların istifadə şəraitindən və iş rejimindən asılı olur;




  • Radioaktiv maddələrin yayılma qanunauyğunluğunun, xarakterinin, onların iş şəraitində və qəza halları baş verdikdə işçilərə, əhaliyə, ətraf mühitdəki obyektlərə təsir həcminin öyrənilməsi.Bütün bunlar əlverişli əmək rejimi, sanitar- buraxılış rejimi, fərdi və qrup halında qorunma üsulları və vasitələrinin əsaslanmış seçimi və ionlaşdırıcı şüalanmadan digər qorunma tədbirlərinin seçimi üçün vacibdir. İonlaşdırıcı şüalanmanın təsirindən qorunmaq, vaxtında qərar qəbul etmək üçün radiasiya şəraitinin parametrləri haqqında obyektiv, ətraflı məlumata malik olmaq lazımdır. Buna görə də radiasiya təhlükəsizliyinin əsas vəzifələrindən biri də effektiv dozimetrik nəzarət sisteminin yaradılmasıdır. Bu, dozimetrik xidmət və ya xüsusi müəyyənləşmiş vəzifəli şəxslər tərəfindən uyğun cihazlar, üsullardan istifadə edərək həyata keçirilir. Dozimetrik xidmətin əsas vəzifəsi, radiasiya təhlükəsizliyi normalarına və ionlaşdırıcı şüalanma mənbələri ilə işləyərkən əsas sanitar qaydalara əməl edilməsinə nəzarət, istehsalat binalarında və ətraf ərazidə nəzarət üsulları və nöqtələrinin seçilməsidir. Çox zaman qapalı radionuklid mənbələrindən istifadə edən qamma-deffektoskopik və ya qamma-terapevtik qurğuların istismarı qamma – şüalanmanın nəzarəti ilə məhdudlaşır.

Müvafiq icra hakimiyyəti orqanları ionlaşdırıcı şüa mənbələrindən istifadə ilə əlaqədar fəaliyyət göstərən müəssisə və təşkilatlarda, habelə radiasiya nəzarəti aparılan ərazilərdə radiasiya təhlükəsizliyinin təmin edilməsi tədbirlərini həyata keçirir, onların effektivliyinin qiymətləndirilməsi işini aparır.
Radiasiya təhlükəsizliyinin qiymətləndirilməsi aşağıdakılara əsasən həyata keçirilir:


  • ətraf mühitin radioaktiv çirklənməsinin xüsusiyyəti və dərəcəsi;





  • radiasiya qəzasının ehtimalı və onun miqyası;



  • radiasiya qəzalarının qarşısının alınması və onun nəticələrinin ləğv edilməsinə hazırlıq;



  • ionlaşdırıcı şüa mənbələrindən əhalinin ayrı-ayrı qruplarının məruz qaldıqları şüalanma dozalarının təhlili;

  • müəyyən olunmuş normadan artıq şüalanma dozasına məruz qalmış şəxslərin sayı.

Ərazi, müəssisə və təşkilatların radioaktiv təhlükəsizliyə hazırlığının vəziyyəti hər il ərazi, müəssisə və təşkilatların radioloji-gigiyenik pasportlarında əks olunur.

Ərazi, müəssisə və təşkilatların radioloji-gigiyenik pasportlarının forması və tərtib edilməsinin qaydası müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq edilir.

Radiokimyəvi istehsalatda, çox zaman işlənmiş nüvə yanacaqlarının emal zavodlarında qamma – şüalanmanın səviyyəsini ölçməklə yanaşı, binanın səthinin və havasının radioaktiv çirklənməsinə nəzarətə də diqqət yetirilir. Nüvə reaktorlarında aparıcı radiasiya faktorlarının normal istismarı şəraitində heyətə təsir edən xarici qamma -şüalanma və neytronlar olur. Reaktorun çevrəsindən radioaktiv maddələrin sızmasını vaxtında aşkar etmək üçün işçi binanın və ətraf mühitin havasının radioaktivliyinə nəzarət etmək lazımdır. Aparılan nəzarətin sıxlığı müəssisənin iş rejimindən asılı olur. Belə ki, qurulmuş texnoloji rejimdə işləyən AES və ya radiokimyəvi istehsalatda səthlərin radioaktiv çirklənməsi səviyyəsinin yoxlanılması sutkada və hətta həftədə bir dəfə olaraq aparılır. Çatışmamazlıq baş verdikdə, təmir işləri apararkən nəzarət daha tez-tez aparılır. Radioaktiv təhlükəsizliyin funksional vəzifələri aşağıdakılardır:




  1. Heyətin və əhalinin şüalanma səviyyəsinin kompleks layihə, tibbi – sanitar, texniki – təşkilati tədbirlər əsasında reqlament həddinə endirilməsi;



  1. ətraf mühitin çirklənməsinin, heyətin şüalanması səviyyəsinin yüksəlməsini operativ surətdə qeydiyyata almağa, tədbirlər həyata keçirməyə imkan verən effektiv radiasiya – nəzarət sisteminin yaradılması.




Yüklə 26,35 Kb.

Dostları ilə paylaş:
  1   2




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin