Elmi rəhbər – b/m Cəfərova Solmaz



Yüklə 0,83 Mb.
səhifə1/5
tarix18.05.2023
ölçüsü0,83 Mb.
#116164
  1   2   3   4   5
immunologiya. sərbəst iş. Quliyeva inci


AZƏRBAYCAN RESPUBLİKASI TƏHSİL NAZİRLİYİ
AZƏRBAYCAN DÖVLƏT PEDAQOJİ UNİVERSİTETİ


Kimya və Biologiya fakültəsinin


Biologiya müəllimliyi ixtisasının
BİO 2005B qrup tələbəsi İnci
Quliyeva Hafiz qızının
Elmi rəhbər – b/m Cəfərova Solmaz

Sərbəst işi


Bakı – 2023


Plan

  1. Immunitetin təkamülü

  2. Genetik immun sistemi, təbii immun sistemi

  3. Enzimologiya və onun qısa inkişaf tarixi


Immunitetin təkamülü
Immunologiya elminin qısa inkişaf tarixi 1796-cı ildən başlayır. E.Cenner (ingilis həkimi) çiçəyə qarşı sağıcı qadınlar üzərində müşahidə aparmış, vaksin hazırlamağın ümumi prinsiplərini işləyib hazırlaya bilməsə də, az qala məhz bu işlərdən başlayaraq bəzən onu ümmunologiya elminin banisi hesab edirlər. Elə o vaxtlar Ceyms Fips adlı uşaq üzərində inək çiçəyi ilə peyvəndi E.Cenner müvəf- fəqiyyətlə sınaqdan çıxardı. Apardığı təcrübələri dəfələrlə təkrar etdikdən sonra 1798-ci ildə aldığı nəticələri nəşr etdi və bu kəşf o dövrlərdə dinin tüğyan etdiyi bir dövrdə elmdə böyük hadisə idi.

XVIII əsrin əvvəllərində çiçəyə qarşı peyvənd üsulu artıq Avropa ölkələrində də tətbiq olunmağa başladı. Ümumdünya Səhiyyə Təşkilatının məlumatına görə elə indi də həmin vaksinasiya üsulundan istifadə olunmaqla demək olar ki, çiçək xəstəliyinin kökü demək olar ki, kəsilmişdir. Çiçəyə görə bu böyük kəşf E.Cennerə məxsus olsa da, onun ümmunitetin yaranması ilə bağlı bir ideyası olmamışdır. Elmin tarixi həqiqi mənada ideyaların tarixidir. Bu ideyaların yaranmasına görə dünya elmi L.Pasterǝ min- nətdardır. Fransızlar böyük bir fəxrlə Fransanın birinci şəxsi kimi L.Paster qəbul edirlər. Çünki o, Fransanı bir neçə dəfə böyük fəlakətlərdən epidemiyalardan xilas etmişdi. Fransa üçün bir bəla sayılan «çaxır, pivə» xəstəliyini demək olar ki, o məhv etmişdi. Dünyada vəba, taun, qarın yatalığı, tetanus, tülya- remiya, difteriya, səpgili yatalaq, vərəm, brüsselyoz, leptospiroz, qazlı qanqrena, göyöskürak, polimelit kimi dəhşətli xəstəliklərə qarşı müalicə ümmunologiya elminin L.Paster, İ.İ.Meçnikov, Kmil Ru, Emil Bering, Paul Erlix, R.Kox, K.Landşteyner, M.Çeyz, Ş.Rişe, M.Bernet vǝ P.Medavara kimi alimlər böyük elmi kəşflərinə görə Beynəlxalq Nobel mükafatına layiq görülmüşlər. İmmunitetin mahiyyət və mexanizminin o vaxtlar mövcud olan «tükənmə» nəzəriyyəsini daha da inkişaf etdirərək L.Paster belə hesab edirdi ki, xəstəlik törədən amillər öz substratları hesabına inkişaf edib onları tükəndirir və ona görə də ikinci dəfə peyda ola bilmirlər. Ona görə də alman alimi R.Kox məhz yoluxdurucu mikroblar üçün kultura mühiti yaratmaqla bir daha L.Pastera dəstək verdi. Yoluxucu xəstəliklərin də mikroblar tərəfindən törədildiyini toyuq vǝbası və sibir yarası (qara yara) misalında sübuta yetirdikdən sonra öz tədqiqatlarını daha inamla bu xəstəliklərlə mübarizə üsullarının hazırlanmasına həsr etdi. O özünəməxsus dahiliklə sübuta yetirdi ki, köhnəlmiş və virulentliyi zəifləmiş vaba çöpcükləri immunitet yaratmaq xüsusiyyətinə malikdirlər. 1881-ci ildə beynəlxalq elmi ictimaiyyət qarşısında o, sibir yarasına qarşı immunitet yaratdığı haqqında bir daha öz təcrübələrini nümayiş etdirdi. Ona görə də Immunologiya elminin yaranması tarixinin başlanğıcını qoydu.
1890-cı ildə E.Bering və başqa tədqiqatçılar sayəsində məlum oldu ki, orqanizmə xastalik törədən mikro- orqanizmlərə toksinləri yeridəndə orqanizmdə müdafiə maddəsi sintez olunur və o maddə antitel adlanır. Elə bu vaxtdan da immunitetin humoral nəzəriyyəsi yarandı və onun banisi də P.Erlix sayılır. Həmin illərdə 1.1.Meçnikov tərəfindən faqositozun hüceyrə nəzəriyyəsini kəşf etdi. Yarışan ideyaların P.Erlixin və İ.İ.Meçnikovun hər ikisinin ideyaları tasdiq olundu. 1990-cu ildə K.Landşteyner praktiki təbabətdə analoqu olmayan çox böyük xidmət göstərdi. O insannı qan qruplarını müayyən etməklə O, A, B, AB, immuno- logiyada yeni bir şaxə, eyni bir növ daxilində immunoloji xüsusiyyətə görə fərq ayırd olundu toxuma izoantigenləri haqqında təlim yarandı. Sonralar K.Landşteyner öz aməkdaşı A.Vinerlə qanın rezus faktorunu (Rh-faktoru) 1940-cı ildə kəşf etdilər.

K.Landşteynerin kəşfindən sonra toxumalarda izoantigen xüsusiyyətinin öyrənilməsi sahəsində təkamül baş vermişdir. İndi insan eritrositində 14 izoantigen sistem müəyyənləşdirilmişdir. Insan qanı zərdabındca 40-a qədər antigen məlumdur. Antigenlərin irsi əsaslarının öyrənilməsi sahəsində immunologiyanın yeni bir sahəsi immuno- genetika elmi yaranmışdır. Əsrimizin son onilliklərində úmmunologiyada yeni bir istiqamət yarandı. F.M.Bernetin immunitetə orqanizmin «özününkü» və reaksiyası fərqləndirə bilməsi xüsusiyyəti kimi baxması ideyası olmuşdur.
1960-cı ildə F.M.Bernet vǝ P.Medavaraya immuno- logiyada tolerantlıq sahəsində xidmətlərinə görə Beynəlxalq Nobel mükafatı verilmişdir. Qenetik immunologiya sahəsində hüceyrədə səth antigen və reseptor struktur- larında kodlaşdırma sistemi yaratdıqlarına görə əsrimizin 80-ci illərində Nobel mükafatı B.Benasarraf, J.Dosse vǝ C.Snella verilmişdir.

patogen mikrobların bədənə düşməsinə və onda artıb çoxalmasına, eləcə də onların əmələ gətirdikləri zəhərli maddələrin təsir etməsinə imkan verməyən şərait yaranır. Belə şərait infeksion prosesin, qoruyucu peyvəndlərin, eləcə də nəzərə çarpmadan məişət immunizasiyasının təsiri altında orqanizmin fizioloji cəhətdən dəyişməsi ilə əlaqədar olaraq meydana çıxır. Bu prosesdə mərkəzi sinir sisteminin müdafiə xarakterli tənzimedici fəaliyyətinin olduqca böyük rolu vardır.

Qeyd etmək lazımdır ki, hələ indiyə qədər immunitetin vahid bir təsnifatı yoxdur (çünki mənşəyinə, təzahürün və mahiyyətinə görə) lakin ümumiləşdirərək belə bir təsnifat təklif olunmuşdur:



Təbii ümmunitet dedikdə növ xüsusiyyəti daşımaqla irsi bir əlamət kimi xarakterizə olunmasıdır. Məsələn, insan qaramal taununa yoluxmur, yəni insanın bədənində bu xəstəliyin törədicisi üçün əlverişli şərait yoxdur. Mikroblar orqanizmə düşən kimi məhv olur. Eləcə də toyuq vəbası, atların infeksion anemiyası adlanan xəstəlik insana keçmir. Əksinə, insanda olan bəzi xəstəliklər hətta qəsdən belə yoluxdurduqda (süzənək, qarın yatalığı, qızılca, infeksion parotit, sifilis, infeksion sarılıq (botkin xəstəliyi) heyvanlara keçmir.


Yüklə 0,83 Mb.

Dostları ilə paylaş:
  1   2   3   4   5




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin