Elvir İsayev
Magistr OL Tədris Mərkəzi-2017
www.magistrol.com
Müəllif: Elvir İsayev
www.magistrol.com
Reading
- üçün önəmli olan qeydlər:
Mətin bölməsi hər kəs üçün ən problemli məsələdir. Gəlin mətni detallı şəkildə gözdən keçirək.
İlk olaraq sualları - sonra mətni gözdən keçirin !!!!
Bütün mətni oxumaqla başlamayın !!!!!.
1. İlk olaraq mətnin birinci abzasının ilk cümləsini və sonuncu abzasının son cümləsini geniş şəkildə oxuyaraq dərhal
sualları
( variant qarışıq ) gözdən keçirin. Çünki verilən sualların cavabı əsasən ilk və son abzasda gizli olur. Ən əsas məsələ
isə mətni sualda yox , sualı mətndə axtarın. Mütləq şəkildə birinci sualları və hər sualın öz variantlarını A- dan E -ə
qədər hamısı oxuyun. Bəzi hallarda cavab elə sualın içində gizli olur. Çünki, sualı və variantı qarışıq şəkildə oxusanız
mətnin əslində nədən bəhs etdiyini rahatlıqla anlaya bilərsiniz. Tələbələrin etdiyi ən böyük texiniki səhv isə mətni
oxuyur, detallı şəkildə anlamağa çalışır, hətta tərcümə edir. Bu zaman belə bir sual ortaya çıxır. Mətni oxuduqdan
sonra suallara geri qayıtdığın zaman yenidən mətnə baxmaq ehtiyacı duyurusan . Yaxşı o zaman mətni niyə oxuyurdun,
göründüyü kimi məsələ əslində oxumaq yox düzgün analiz etməkdən gedir.
2. Sualdakı cümlənin mətndəkindən tam fərqli şəkildə yəni dəyişdirilmiş olacağını unutmayın, - “paraphrase digər
adıyla desək restatement - yenidən fikri ifadə etmək vəya cümləni başqa sözlərlə açıqlamaq, şərh etmək, dəyişdirərək
yazmaq” - kimi istifadə edilən bir termindir. Beləki
sinonimlərlə əvəz edilməsi, məchulun məlumla, məlumun
məchulla əvəz edilməsi halları isə qaçılmazdır. Ən əsası
eyni oxşarlıqlar axtarmayın bu sizi mətindən tam olaraq
uzaqlaşdıra bilər. Çünki tam eyni sözləri axtarsanız belə tapmayacağınıza sizi tam olaraq əmin edə bilərəm. Məsələn:
Mətndə verilib :
- “The government asked the USA army to protect the park” - Gəlin bu cümləni yenidən ifadə edək.
- “The USA army was requested to preserve the park by the government.”
Gördüyünüz kimi əslində məlumu məchula, sözləri isə öz sinonimləri ilə əvəz etdik.
Başqa bir nümunə :
Mətndə 1950-ci il olaraq istifadə edilən tarix, sualda qarşınıza “ in the middle of the XX century” kimi çıxa bilər.
The United States / Canada = North America
Diffficult = not easy
Expensive= not cheap
Cheap= not costly
Worthless= not worthy
Umimportant= not necessary
Wide= not narrow
Unutmayın:
“ invaluable, priceless” (qiymətəgəlməz,
çox qiymətli, qiyməti olmayan) müsbət sözlərdir mənfi yox !!!.
3. Choose the wrong statement according to the passage:
- Mətnlə bağlı
yanlış fikirləri seçin başlığı ilə verilmiş suallarda yanlış olan variant əsasən aşağıdakı sözlərin olduğu
variant olur: