Əmək müqaviləsi Əmək müqaviləsini bağlayan tərəflər haqqında məlumatlar



Yüklə 151,09 Kb.
tarix18.04.2017
ölçüsü151,09 Kb.
#14360
Əmək müqaviləsi
§1. Əmək müqaviləsini

bağlayan tərəflər haqqında məlumatlar
1.1. Bu Əmək müqaviləsi, (bundan sonra ismin müvafiq halında «Əmək müqaviləsi») işəgötürənin səlahiyyətlərini həyata keçirən

_______________________________________________________________ ________________

(idarənin, müəssisənin, təşkilatın adı, vergi ödəyicisinin eyniləşdirmə nömrəsi (VÖEN), sığortaedənin uçot nömrəsi (SUN))

İşəgötürəni ______________________________________________________________________

(vəzifəsinin adı)



_____________________ _______________________________________________ilə

(adı, atasının adı və soyadı)

İşçi _____________________________________________________________________________

(adı, atasının adı və soyadı)

________________________________________________________________________________

(vətəndaşlığı, şəxsiyyətini təsdiq edən sənədin adı, onun seriya və nömrəsi, pin kodu, verildiyi tarix və onu verən orqanın adı)

________________________________________________________________________________

(təhsili, ixtisası, sənəti, peşəsi, bitirdiyi təhsil müəssisəsinin adı, ilk dəfə əmək fəaliyyətinə başlayanlar istisna olmaqla, dövlət sosial sığorta şəhadətnaməsinin nömrəsi (SSN))

arasında «____»«_________________» __________ il tarixində Azərbaycan Respublikasının Əmək Məcəlləsinə (bundan sonra "Əmək Məcəlləsi") müvafiq olaraq bağlanmışdır.

1.2. İşçi_____________________________________________________________________ (iş yerinin adı, onun əsas və ya əlavə iş yeri olması barədə qeyd) ________________________________________________________________________________ (vəzifənin, peşənin adı)

vəzifəsinə (peşəsinə), işə qəbul (təyin) edilir.

1.3. Bu Əmək müqaviləsi bağlanan gündən yaranmış əmək münasibətləri, tərəflərin hüquqları, vəzifələri və məsuliyyəti Əmək Məcəlləsi ilə müəyyən edilmiş qaydalarla və prinsiplərlə tənzimlənir.



§2. Əmək müqaviləsinin müddəti
2.1. Bu Əmək müqaviləsi müddətsiz bağlanmışdır. ________________________(hə, yox)
2.2. İşin birinci __________ həftəsi (ayı) sınaq müddəti hesab edilir. Sınaq müddəti ərzində tərəflərdən biri digərini __________ gün əvvəl xəbərdarlıq etməklə Əmək müqaviləsini birtərəfli qaydada poza bilər.
2.3. Bu Əmək müqaviləsi _________________________________________________səbəbə görə «____»_____________ il tarixindən «____»______________il tarixinədək «____» «__________________»______________il (ay) müddətinə bağlanmışdır.

2.4. İşçi «_____»«_______________»________________il tarixindən işə başlayır.




§3. İşçinin əmək funksiyaları və əmək intizamı

3.1. İşçi bu Müqaviləyə Əlavə IV kimi qoşulmuş Vəzifə Təlimatda öz əksini tapmış əmək funksiyalarını yerinə yetirir.

3.2 Bu Müqaviləyə müvafiq surətdə əmək funksiyalarının yerinə yetirilməsi gedişində İşçi vaxtaşırı olaraq İşəgötürən tərəfindən ezamiyyətə göndərilir, o cümlədən, məhdudiyyət qoyulmadan, İşəgötürənin Azərbaycan Respublikası xaricində yerləşən ofisləri, ortaq şirkətləri və onunla əlaqədar olan digər şirkətlərə səfərlər edir.

3.3 İşçinin aşağıdakı əsas hüquqları vardır:

a) sərbəst surətdə ixtisasına, sənətinə, peşəsinə uyğun əmək fəaliyyəti növü və iş yeri seçərək əmək müqaviləsi bağlamaq;

b) əmək müqaviləsinin şərtlərini dəyişdirmək və ya onu ləğv etmək üçün işəgötürənə müraciət etmək;

c) iş vaxtında və ya iş vaxtından sonra qazanc əldə etmək məqsədi ilə qanunvericiliklə qadağan edilməyən, habelə əmək müqaviləsi üzrə tərəflərin öhdəliklərinə xələl gətirməyən fəaliyyətlə məşğul olmaq;

ç) həyatının, sağlamlığının və əməyinin mühafizəsini təmin edən əmək şəraitində çalışmaq, habelə belə şəraitin yaradılmasını tələb etmək;

d) qanunvericiliklə müəyyən edilmiş minimum məbləğdən aşağı olmayan əmək haqqı almaq;

e) iş vaxtından artıq vaxtda işə cəlb olunduqda əlavə əmək haqqını almaq və ya onun verilməsini tələb etmək;

ə) əmək müqaviləsi ilə müəyyən edilmiş əmək funksiyasına daxil olmayan işləri, xidmətləri yerinə yetirməkdən imtina etmək, belə işləri, xidmətləri icra etdikdə isə müvafiq əlavə əmək haqqının verilməsini tələb etmək;

f) mənzil şəraitinin, ailə üzvlərinin sosial-məişət şəraitinin yaxşılaşdırılması üçün işəgötürəndən müvafiq sosial yardımlar almaq;

g) qanunvericiliklə müəyyən olunmuş iş vaxtında çalışmaq;

ğ) müvafiq peşələr (vəzifələr), istehsalatlar üzrə iş yerlərində qanunvericiliklə müəyyən olunmuş qısaldılmış iş vaxtında çalışmaq;

h) qanunvericiliklə müəyyən olunmuş həftələrarası istirahət günlərindən istifadə etmək;

x) hər il Əmək Məcəllədə nəzərdə tutulmuş minimum müddətdən az olmayan ödənişli əsas məzuniyyətdən və müvafiq hallarda əlavə, sosial, ödənişsiz, təhsil məzuniyyətlərindən istifadə etmək;

ı) peşə hazırlığını artırmaq, yeni ixtisasa yiyələnmək və ixtisasını artırmaq;

i) əmək funksiyasının yerinə yetirilməsi zamanı əmlakına və səhhətinə dəyən ziyanın ödənilməsini tələb etmək;

j) işəgötürən tərəfindən qanunvericiliklə müəyyən olunmuş qaydada məcburi sosial sığorta və istehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığorta olunmaq, habelə hər hansı başqa növ sığorta qaydalarından istifadə etmək;

k) qanunvericiliklə müəyyən olunmuş qaydada həmkarlar ittifaqlarının, ictimai birliklərin üzvü olmaq, habelə bu təşkilatların və ya əmək kollektivinin keçirdiyi tətillərdə, mitinqlərdə, toplantılarda və qanunvericiliklə qadağan olunmayan digər kütləvi tədbirlərdə iştirak etmək;

q) əmək hüquqlarının müdafiəsi üçün məhkəməyə müraciət etmək və hüquqi müdafiə olunmaq;

l) sosial müdafiə üzrə müavinətlərdən və güzəştlərdən, sosial sığorta hüququndan istifadə etmək;

m) iş yeri, vəzifəsi (peşəsi), aylıq əmək haqqı və əmək münasibətləri ilə bağlı digər məlumatlar barədə işəgötürəndən müvafiq arayışlar almaq;

n) elektron informasiya sistemindən onunla bağlı qeydiyyata alınmış əmək müqaviləsi bildirişinin məlumatlarını real vaxt rejimində əldə etmək.


3.4. İşçi aşağıdakı vəzifələri öhdəsinə götürür:

  1. bu əmək müqaviləsi ilə müəyyən edilmiş əmək funksiyasını vicdanla yerinə yetirmək;

  2. əmək intizamına və müəssisədaxili intizam qaydalarına əməl etmək;

  3. Ağlabatan müddət ərzində Rəhbərliyə xəstəlik və yaxud hər hansı digər səbəbdən işə gəlmək iqtidarında olmaması barəsində məlumat vermək;

  4. İş saatları ərzində, iş prosesinə aid olmayan işlər görməmək, spirtli içki və qadağan olunmuş preparatlar qəbul etməmək və sərxoş vəziyyətdə işə gəlməmək;

  5. İş gedişində buraxılmış hər hansı səhv(xəta) barəsində, habelə tabe olduğu şəxsin və iş yoldaşlarının iş fəaliyyəti prosesində hər hansı qeyri-etik davranışları barəsində dərhal rəhbərliyə məlumat vermək;

  6. özünün ən yaxşı səylərini İşəgötürənin iş fəaliyyətinə sərf etmək, əmək müqaviləsi qüvvədə olduğu müddət ərzində nə şəxsən özü, nə də digər şəxslər ilə birlikdə İşəgötürənlə rəqabət aparan fəaliyyət növləri ilə məşğul olmamaq;

  7. Xəstəxanada həyata keçirilən tibbi xidmətlər üzrə müraciət etmiş xəstələri tibbi xidmətdən (müayinə, müalicə, analiz) keçmək üçün başqa səhiyyə müəssisələrinə göndərməmək və bu barədə təbliğat aparmamaq;

  8. Rəhbərlikdən qabaqcadan alınan yazılı razılıq olmadan iş rejiminə mənfi təsir göstərəcək və iş ahənginə xələl gətirəcək hər hansı digər ödənişli fəaliyyət növü ilə məşğul olmamaq, təcili və təxirəsalınmaz xidmətlər istisna olmaqla xəstəxanadan kənarda (evdə, digər səhiyyə müəssisələrində, xarici ölkələrdə) tibbi xidmət göstərməmək;

  9. əməyin təhlükəsizliyi normalarına əməl etmək;

  10. işəgötürənə vurduğu maddi ziyana görə məsuliyyət daşımaq;

  11. İşəgötürənin yaxud ona məxsus sahədə olan əmlaka hörmətlə yanaşmaq;

  12. İşəgötürənə maddi və mənəvi zərərin vurulması riskini minimuma endirmək məqsədi ilə daim səy göstərmək;

  13. dövlət sirrini, habelə işəgötürənin kommersiya sirrini müəyyən olunmuş qaydada və şərtlərlə gizli saxlamaq;

  14. İşəgötürənin fəaliyyəti ilə əlaqədar sənədləri və məlumatları (yazılı və elektron) bu Müqavilənin müddəti bitdikdə yaxud ona xitam verildikdə İşəgötürənə təhvil-təslim etmək;

  15. iş yoldaşlarının əmək hüquqlarını və qanuni mənafelərini pozmamaq;

  16. Cəmiyyət üzvləri(müştərilərlə, dövlət orqanları və vəzifəli şəxslərlə və s.) münasdibətdə onların qanunla müəyyən edilmiş hüquqlarını pozmadan, müəsisə maraqları çərçivəsində fəaliyyət göstərmək;

  17. fərdi, kollektiv əmək mübahisələri üzrə məhkəmə qərarlarını (qətnamələrini) yerinə yetirmək;

  18. əmək qanunvericiliyinin tələblərinə əməl etmək.

3.5. İşçi əmək funksiyasının icrası zamanı işəgötürənin istehsal fəaliyyəti ilə bağlı özünün ixtiraları, səmərələşdirici təklifləri barədə dərhal ona məlumat verməlidir. İşəgötürən öz növbəsində həmin ixtiraların, işçinin müəlliflik hüququnun və mülkiyyətçinin mənafeyinin qorunması üçün konkret tədbirlər görməlidir.
§4. İşəgötürənin əsas hüquqları, vəzifələri və məsuliyyəti

4.1 Əmək münasibətləri sahəsində işəgötürənin aşağıdakı əsas hüquqları vardır:

a) Əmək Məcəlləsi ilə müəyyən edilmiş qaydada işçilərlə əmək müqavilələri bağlamaq, onların şərtlərini dəyişdirmək;

b) Əmək Məcəlləsi ilə müəyyən edilmiş qaydada və əsaslarla əmək müqavilələrini ləğv etmək;

c) işçilərdən əmək müqaviləsi ilə müəyyən edilmiş şərtlərin, öhdəliklərin vaxtında və keyfiyyətlə yerinə yetirilməsini tələb etmək;

ç) işgüzar keyfiyyətinə, əməyinin nəticələrinə, peşəkarlıq səviyyəsinə uyğun olaraq işçini müvafiq vəzifələrə (peşələrə) irəli çəkmək;

d) işçilər əmək müqaviləsinin şərtlərini, müəssisədaxili intizam qaydalarını pozduqda qanunvericiliklə müəyyən olunmuş qaydada onları intizam məsuliyyətinə cəlb etmək;

e) işçilərin ona və ya mülkiyyətçiyə vurduğu maddi ziyanın ödənilməsi üçün qanunvericiliyə müvafiq tədbirlər görmək;

ə) bu Məcəllənin və digər normativ hüquqi aktların tələblərinə əməl etməklə əmək şəraitinin şərtlərini dəyişdirmək və ya işçilərin sayını ixtisar etmək, ştatları, struktur bölmələri ləğv etmək;

f) əmək müqaviləsi bağlayarkən Əmək Məcəllə ilə müəyyən edilmiş qaydada və müddətə sınaq müddətini müəyyən etmək.

İşəgötürənin bu maddədə nəzərdə tutulan hüquqlarının həyata keçirilməsinə, Əmək Məcəlləsinin 12-ci maddəsi ilə və digər normativ hüquqi aktlarla müəyyən edilmiş vəzifələrinin icra edilməsinə hər cür müdaxilə və maneələr edilməsi yolverilməzdir. İşəgötürənin bu sahədə fəaliyyətinə müdaxilə edərək onun qanuni hüquqlarını pozan şəxs qanunvericilikdə nəzərdə tutulan qaydada müvafiq məsuliyyət daşıyır.
4.2 Əmək münasibətləri sahəsində işəgötürənin əsas vəzifələri aşağıdakılardır:

a) əmək müqaviləsinin şərtlərinə və onlarda nəzərdə tutulan öhdəliklərə əməl etmək;

b) Əmək Məcəlləsinin və əmək qanunvericiliyinə dair digər normativ hüquqi aktların tələblərini yerinə yetirmək;

c) əmək müqavilələrini Əmək Məcəlləsində nəzərdə tutulmuş əsaslarla və qaydada pozmaq;

ç) kollektiv müqavilələrin, sazişlərin şərtlərinə, onlarda nəzərdə tutulmuş öhdəliklərə əməl etmək;

d) fərdi, kollektiv əmək mübahisələri üzrə məhkəmə qərarlarını (qətnamələrini) yerinə yetirmək;

e) işçilərin ərizə və şikayətlərinə qanunvericilikdə nəzərdə tutulmuş müddətdə və qaydada baxmaq;

ə) işçilərin əmək, maddi, sosial-məişət şəraitinin, onların ailəsinin rifah halının yaxşılaşdırılması üçün müəssisənin əsasnaməsinə (nizamnaməsinə) müvafiq olaraq zəruri tədbirlər görmək;

f) işə qəbul, işdə irəli çəkilmək, peşə hazırlığını artırmaq, yeni ixtisasa yiyələnmək və ixtisasını artırmaq zamanı, işin keyfiyyətini qiymətləndirərkən, işdən azad edərkən cinsindən asılı olmayaraq işçilərə eyni yanaşmaq və bərabər imkanlar yaratmaq;

g) cinsindən asılı olmayaraq eyni işlə məşğul olan işçilərə eyni iş şəraitini yaratmaq, eyni pozuntuya görə işçilərə fərqli intizam tənbehi tədbirini tətbiq etməmək, cinsi mənsubiyyətə görə ayrı-seçkiliyin və seksual qısnamanın qarşısını almaq üçün lazımi tədbirlər görmək;

ğ) uşaqları onların həyatına, sağlamlığına və ya mənəviyyatına təhlükə törədə bilən fəaliyyətə cəlb etməmək;

h) əmək müqaviləsi bildirişini elektron informasiya sisteminə daxil etmək (Əmək Məcəllənin 7-ci maddəsinin 2-1-ci hissəsi ilə müəyyən edilmiş hallar istisna olmaqla).


§5.Əmək Şəraiti

İşəgötürən aşağıdakı əmək şəraitinin yaradılması və onun şərtlərinin təmin olunmasını öhdəsinə götürür:


Əmək haqqı üzrə;

    1. İşçiyə hər ay ___________________________________ məbləğdə sabit əmək haqqı ödənilir;

    2. Əmək haqqı:

-___________________________________ manat məbləğində tarif haqqından (vəzifə maaşından);

-tarif haqqına (vəzifə maaşına) _______________ miqdarda əlavədən(faiz və ya miqdar)

-tibb işçilərinə göstərdiyi tibbi xidmətlərdən Mərkəzi Klinikada qüvvədə olan qiymət cədvəlinə və daxili proseduralara əsasən hesablanan işəmuzd aylıq əmək haqqı(iş qazancı) və ya növbə haqqından (qeydiyyat aparıldıqda)

-Inzibati-texniki işçilərə Mərkəzi Klinikanın dövriyyəsindən müvafiq prosedurlara əsasən hesablanan mükafatdan ibarətdir. (qeydiyyat aparıldıqda)



    1. İşçi əmək funksiyasını zərərli, ağır, yeraltı və s. şəraitli iş yerində icra etdikdə onun əmək haqqına qanunvericilikdə nəzərdə tutulduğu məbləğdə əlavə müəyyən edilir;

    2. Aylıq əmək haqqı işçilərə, bir qayda olaraq, iki hissəyə bölünərək (avans olaraq və qalan hissəsi məbləğində) on altı gündən çox olmayan vaxt fasiləsi ilə ayda iki dəfə verilir və hər ay üçün ödənilən məbləğ xəstəxananın Vəzifə-tarif(ştat) cədvəli üzrə müəyyən edilmiş (və vaxtaşırı olaraq dəyişdirilə bilən) məbləğə bərabər olur.

    3. Əmək haqqı, bir qayda olaraq, işin icra olunduğu iş yerində verilir və nəğd formada ödənilə bilər, lakin işçinin razılığına əsasən əmək haqqı İşçinin Azərbaycan Respublikasında olan bank hesabına ödənilir. İşçinin bank hesabı olmadıqda, İşəgötürən işçinin adına belə bir hesab açılmasını sifariş edə və ya işçidən belə bank hesabının açılmasını tələb edə bilər. Bank hesabı üzrə əməliyyatlara dair bütün ödəniş və haqqlar İşçi tərəfindən ödənilir.

    4. İşəgötürən İşçiyə mükafat verə bilər. Ümumiyyətlə mükafat İşəgötürənin müstəsna mülahizəsinə əsasən və İşçinin fəaliyyətinə, habelə İşəgötürənin maliyyə vəziyyəti və müəyyən etdiyi digər müvafiq şərtlərə mütanasib sürətdə ödənilə bilər.

    5. Bu Müqavilədə qeyd edilmiş iş vaxtından artıq vaxtda, istirahət və bayram günlərində iş, Əmək Məcəlləsinin müddəalarına müvafiq olaraq ya müvafiq məbləğ ödənilməklə, ya da əlavə istirəhət vaxtı təqdim olunmaqla kompensasiya olunur. Bu halda işçi işə cəlb olunduğu müvafiq bayram yaxud istirahət gününün təsadüf etdiyi ayın axırında İşəgötürənə gördüyü iş müqabilində pul və ya əvəz gün(istirahət) istəyi barəsində yazılı məlumat təqdim etməlidir. İşçi bu istəyini bildirmədikdə, İşəgötürən əlavə iş vaxtı ərzində görülmüş işin hansı bir vasitə ilə kompensasiya olunmasına dair qərarı özünün mülahizəsinə əsasən qəbul edir.

    6. Xərclərə dair hesabat və qəbzlərin təqdim olunması şərti ilə İşəgötürən işçiyə ezamiyyət xərclərini ödəyir.

    7. İşəgötürən, işçinin sosial təminatını və rifah halını daha da yaşılaşdırmaq və daha keyfiyyətli xidmət göstərmək məqsədi ilə işçinin tələbi və razılığı əsasında iaşə xidməti göstərə bilər ki, bu zaman iaşə xidməti haqqı işçinin əmək haqqından tutulur.

    8. Əmək haqqından yalnız qanunvericiliklə müəyyən edilmiş hallarda və qaydada tutulmalara yol verilir. Həmin tutulmalar haqqında işçi qabaqcadan məlumatlandırılır.


Əməyin mühafizəsi üzrə;

    1. İşçinin sağlamlığının, əməyinin mühafizəsinin təmin olunması üçün sanitariya və gigiyena normalarına cavab verən iş yeri və iş şəraiti yaradılır;

    2. İşçi ___________________________________ xüsusi mühafizə vasitələri ilə təmin edilir;

    3. İşçi zərərli amillərindən sağlamlığının mühafizəsi üçün xüsusi ____________________________ qida məhsulları ilə təmin edilir;

    4. İşçi əməyin mühafizəsi normaları ilə _______________ bir dəfədən az olmayaraq təlimatlandırılır;

    5. İşçi özünün və iş yoldaşlarının həyatının və sağlamlığının qorunması üçün müəyyən edilmiş əməyin mühafizəsi qaydalarına və normalarına əməl etməyə borcludur və bu barədə Əlavə III-də verilmiş şərtlərə riayət edir.

    6. İşəgötürən işçini istehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığortalamalıdır.

    7. İstehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində işçinin həyatına və sağlamlığına dəyən zərərlə bağlı onun peşə əmək qabiliyyətinin itirilməsinə və ya ölümünə görə qanunvericiliklə müəyyən olunmuş qaydada və məbləğdə sığorta ödənişi verilir;

    8. İşəgötürənin təqsiri üzündən əməyin mühafizəsi normaları və qaydaları pozulduğuna görə işçi həlak olarsa, onun himayəsində olan şəxslər qarşısında işəgötürən qanunvericilikdə nəzərdə tutulan qaydada maddi məsuliyyət daşıyır.


İş və istirahət vaxtı üzrə

    1. İşçi gündə 8 saatdan, həftə ərzində isə 40 saatdan çox olmayaraq işləyir;

    2. İş saat _____________ başlanır, saat _____________ qurtarır;

    3. Nahar vaxtı saat ______________ - dan saat ________________ - dəkdir;

    4. İşçi hər gün __________________ saat natamam iş günü işləyir;

    5. İşçi həftədə __________________ gün natamam iş həftəsi ilə işləyir;

    6. İş növbəlidir __________________________ ;

(hə, yox)

Növbəli iş sürüşgən qrafik üzrə tənzimlənir. Sürüşgən iş qrafiki hər ay üçün hazırlanır və işçi ilə tanış edilir.



    1. İşə gəlib getməsi üçün nəqliyyatla təmin edilir ____________________ ;

(hə, yox)

    1. İstirahət günləri hər həftənin _____________________________ günləridir;

    2. İşçiyə iş vaxtından artıq işlərin yerinə yetirilməsinə görə qanunvericilikdə nəzərdə tutulan məbləğdə haqq ödənilir;

    3. İşçi iş vaxtından kənar vaxtda və ya işəgötürənin razılığı ilə iş vaxtı ərzində işəgötürənlə rəqabətdə olmayan müəssisədə əlavə iş yerində əvəzçilik üzrə işləyə bilər.

    4. İş və istirahət vaxtı xəstəxana Rəhbərliyi tərəfindən əmək qanunvericiliyinin tələblərinə müvafiq olaraq müəyyənləşdirilir, çıxarılan təlimat və elanlarla işçilərin diqqətinə çatdırılır. Eyni zamanda işəgötürənin iş rejimini əmək qanunvericiliyinin tələblərinə əsasən dəyişdirmə və ya yenidən tənzimləmə hüququ vardır.


Məzuniyyət üzrə

    1. İşçinin iş ilini ______________________________________________________________

(birinci iş ili başlanan və bitən gün, ay və il)

aylardan ibarət dövr əhatə edir və ona hər növbəti iş ili üçün müddəti Əmək Məcəlləsi ilə müəyyən edilmiş əmək məzuniyyəti verilir.



    1. Əsas məzuniyyətinin müddəti _______________ təqvim günüdür;

    2. Əlavə məzuniyyət müddəti Əmək Məcəlləsinin müvafiq maddələrinə əsasən müəyyənləşdirilir və əsas məzuniyyətə əlavə edilərək verilir.

    3. İşçinin birinci iş ili üçün əmək məzuniyyətindən istifadə etmək hüququ əmək müqaviləsi üzrə rəsmi işə başladığı tarixdən etibarən altı ay işlədikdən sonra əmələ gəlir. İşçiyə altı ay işlədikdən sonra birinci iş ili bitənədək əmək məzuniyyəti ərizəsi əsasında işəgötürənlə razılaşdırıldığı vaxtda verilə bilər. İşçiyə işin ikinci və sonrakı illəri üçün məzuniyyət işəgötürənlə qarşılıqlı razılıqla müəyyən edilən vaxtda verilir. Əmək məzuniyyətlərinin verilmə vaxtı işəgötürənin və işçinin təşəbbüsü ilə əsaslandırılmaqla onların qarşılıqlı razılığı ilə başqa vaxta keçirilə bilər. Tərəflərin qarşılıqlı razılığı ilə əmək məzuniyyətinin istifadə edilməyən hissəsi növbəti iş ili üçün əmək məzuniyyəti ilə birləşdirilə bilər.

    4. İşçiyə əmək məzuniyyətinin müəyyən edilmiş növbədə nəzərdə tutulan vaxtda verilməsinin istehsalın, işin, xidmətlərin normal gedişinə xələl gətirə biləcəyi hallarda işəgötürənin təşəbbüsü və işçinin razılığı ilə əmək məzuniyyəti başqa vaxta keçirilə bilər.

    5. Məzuniyyətin götürülməsi üçün ərizə, nəzərdə tutulan məzuniyyət tarixinə ən azı iki (2) həftə qalmış təqdim edilməlidir. İşəgötürən İşçinin ərizəsinə özünün razılığını verdikdə, işçi tərəfindən götürüləcək məzuniyyət rəhbərliyin əmri ilə sənədləşdirilir və belə bir əmr məzuniyyətin nəzərdə tutulan tarixinə azı beş (5) iş günü qalmış verilir.

    6. Əmək müqaviləsinin qüvvəsinə hər hansı bir səbəbdən xitam verildikdə, İşçinin carı il ərzində yaranmış, lakin istifadə olunmamış əsas məzuniyyət günləri, habelə əvvəlki iş ilindən İşəgötürənin razılığı ilə köçürülmüş məzuniyyət günlərinə görə kompensasiya almaq hüququ var. İşçiyə əmək münasibətlərinə xitam verilməsi tarixinə qədər faktiki olaraq yaranmış məzuniyyət günlərindən artıq sayda məzuniyyət günləri götürməyə icazə verildikdə, İşçi belə bir artıq günlər üçün alınmış hər hansı bir məbləği İşəgötürənə geri ödəməyə borcludur və bununla İşçi ona ödənilməli olan vəsaitdən müvafiq məbləğləri tutmaq hüququnu İşəgötürənə verir.

    7. Təhsil almaqla əlaqədar ödənişli məzuniyyətlər Əmək Məcəlləsində nəzərdə tutulan müddətdə verilir və işəgötürən bununla yanaşı işçinin təhsilini artırmaq üçün zəruri tədbirləri görməyi öhdəsinə götürür.

    8. Personal təhsil və təkmilləşmə ilə əlaqədar işəgötürən tərəfindən müvafiq yerlərə kursa göndərilir. Kurs ilə bağlı şərtlər, qaydalar, kursun müddəti və tərəflərin öhdəlikləri əldə edilən razılıq əsasında bağlanan müvafiq müqavilə ilə tənzimlənir və bağlanan müqavilə bu müqavilənin tərkib hissəsini təşkil edir.

    9. Digər məzuniyyət növləri qanunvericiliklə müəyyən edilmiş hallara, müddətə və prosedurlara əsasən və İşəgötürənin yazılı razılığına müvafiq olaraq verilir.

    10. İllik ödənişli məzuniyyətə əlavə olaraq, İşçinin Azərbaycan Respublikasında qüvvədə olan bayram və istirahət günlərindən istifadə etmək hüququ var.


Bədən tərbiyəsi və idman üzrə

    1. İşçiyə bədən tərbiyəsi və idmanla, o cümlədən iş rejimi şəraitində və işdən sonrakı reabilitasiya və peşəkar-tətbiqi məşqlərlə, idman-sağlamlıq turizmi ilə məşğul ola bilməsi üçün şərait yaradılır.


§6.Birinin digərinə vurduğu ziyana görə tərəflərin qarşılıqlı maddi məsuliyyəti

6.1 Bu Əmək müqaviləsinin tərəflərindən biri digərinin əmlakına, səhhətinə, maddi, istehsal, kommersiya maraqlarına, qanunla qorunan mənafelərinə ziyan vurarsa, digər tərəf qarşısında qanunvericiliklə müəyyən olunmuş qaydada maddi və mənəvi məsuliyyət daşıyır.

6.2 Tərəflər istehsal və icra riski istisna olmaqla biri digərinə ziyan vurarsa, dəyən zərəri könüllü şəkildə digər tərəfə ödəməyi öhdəsinə götürürlər. Əgər bir tərəf digər tərəfin hüquqlarını pozaraq qarşılıqlı şəkildə dəyən zərərin ödənilməsi razılığına gəlməzsə, ziyan dəyən tərəf məhkəmə qaydasında ziyanın ödənilməsini təmin etmək hüququna malikdir.

6.3 Tərəflər məhkəməyə müraciət etmədən ziyanvurmadan əmələ gələn öhdəliklərinin özləri tərəfindən həllinə üstünlük verirlər.

6.4 Bu müqavilədən irəli gələn bütün mübahisələr Azərbaycan Respublikası qanunvericiliyinə müvafiq olaraq Azərbaycan Respublikası Bakı şəhəri Səbail Rayonu məhkəməsi tərəfindən həll edilir.
§7. Sosial müdafiə məsələləri

7.1 İşçinin qanunvericiliklə müəyyən edilmiş qaydada minimum məcburi sosial sığorta hüququ vardır. İşəgötürən məsuliyyət daşıdığı bütün məcburi sosial sığorta və ödənişləri(qanunvericilikdə nəzərdə tutulan) müvafiq qaydada və miqdarda tutaraq Azərbaycan Respublikasının əlaqədar qurumlarına ödəyir;

7.2 İşçinin sosial müdafiə olunması, güzəşt və imtiyazları, sosial sığorta hüququ təmin edilir;

7.3 İşçiyə əmək qabiliyyətinin müvəqqəti itirilməsi ilə əlaqədar qanunvericiliklə müəyyən edilmiş qaydada və məbləğdə müavinət verilir.



    1. Bu Müqavilənin qüvvədə olduğu müddət ərzində İşçi xəstəlik, zədə yaxud qəza nəticəsində öz vəzifələrini yerinə yetirmək iqtidarında deyilsə, o, İşəgötürənə müvafiq qaydada verilmiş Əmək qabiliyyəti olmamaq vərəqəsi təqdim edir. Yalnız belə bir sübutun təqdim edilməsi şərti ilə, İşçiyə əmək qabiliyyətinin itirilməsi ilə əlaqədar qanunvericiliklə müəyyən edilmiş qaydada müavinət ödənilir.


§8. Mülkiyyət münasibətlərinin tənzimlənməsi

8.1 İşçi iş vaxtı ərzində həm onun bilavasitə istifadəsinə verilən, həm də başqa istehsal vasitələrinin -maşın, mexanizm, avadanlıq, cihaz və alətlərin, qurğu, habelə işəgötürənin mülkiyyətində olan digər əmlakın qorunmasına cavabdehdir;

8.2 İşçi əmək funksiyasının icrası zamanı özünün aşağıdakı şəxsi əmlakından istifadə edir:

a) ___________________________________________________________________________;

b)… ____________________________________________________________________________ ;
8.3 Müvafiq qaydada istifadə 8.2 bəndinin müddəaları ilə tələb olunduğu təqdirdə, İşəgötürən işçinin əmlakının mühafizəsinə və aşınmasına görə əvəzinin ödənilməsinə cavabdehdir;

8.4 İşçi işəgötürənin kommersiya və istehsal sirrinin qorunmasına cavabdehdir və bu sirləri yaymağa görə qanunvericilikdə və bu Əmək müqaviləsində nəzərdə tutulan məsuliyyət daşıyır.



§9.Məxfi məlumat və sənədlər

    1. İşçi əmək münasibətləri müddətində və ya bundan sonra heç bir zaman (özünün vəzifələrinin adi gedişi və ya qanunvericilik ilə tələb olunan hallar istisna olmaqla):

-İşəgötürənin, onun Azərbaycan Respublikası ərazisində və ya hüdudları kənarında yerləşən ortaq şirkətləri və müştərilərinin işguzar fəaliyyəti, maliyyə vəsaitləri və hər hansı fəaliyyəti barəsində məlumatı (Məxfi məlumat) heç bir şəxsə verməməli, məlum etməməli və ya belə bir məlumatın hər hansı bir şəxs tərəfindən əldə olunması üçün şərait yaratmamalıdır;

-Məxfi məlumatı İşəgötürənə, onun Azərbaycan Respublikası ərazisində və ya hüdudları kənarında yerləşən ortaq şirkətləri və müştərilərinə və ya bunlardan hər hansı birinin fəaliyyətinə bilavasitə yaxud dolayısı ilə ziyan vura bilən tərzdə öz şəxsi məqsədləri üçün istifadə etməməli, istifadə etməyə səy göstərməməli, bunu niyyət kimi tutmamalı və özünün peşə vəzifələrinin yerinə yetirilməsindən başqa digər məqsədlər üçün istifadə etməməlidir.



    1. Əmək münasibətlərinə hər hansı bir səbəbdən xitam verildikdə, İşçi özünün sərəncamında yaxud nəzarəti altında olan İşəgötürənin işgüzar fəaliyyətinin əhatə dairəsində olan hər bir məsələyə, onun hər hansı bir sövdələşməsinə və ya münasibətlərinə aid olan bütün yazı və elektron, memorandum, lent yazıları, disket, plyonka, foto şəkil, plan, broşur, fəaliyyətə dair ədəbiyyatı və xüsusiyyətləri, şəkilləri və (yazılı şəkildə və ya maqnit, optik və ya digər vasitə ilə yazılmış olan) hər hansı bir məlumatı İşəgötürənə qaytarmalı və belə bir sənədlərin və məlumatın heç bir surətini özündə saxlamamalıdır. Bütün belə materiallar qəti şəkildə İşəgötürənin əmlakı hesab olunur.

    2. İşçi bu Müqavilənin 9.1 və 9.2 bəndlərinin müddəalarına riayət edilməməsi halında İşəgötürənə dəyən hər hansı bir ziyana ( o cümlədən itirilən mənfəətə) dair məsuliyyət daşıyır.


§10.Maraqların toqquşmaması

10.1 Bu Müqavilənin qüvvədə olduğu müddət ərzində İşçi, İşəgötürənin qabaqcadan alınan yazılı razılığı olmadan işəgötürənlə rəqabət aparan müəssisədə işləyə bilməz və ya iş iş yerindən kənarda icazəsiz tibbi xidmətlər göstərə bilməz (təcili və təxirəsalınmaz tibbi xidmətlər istisna olmaqla).


§11. Əmək müqaviləsinə dəyişikliklər və əlavələr edilməsi barədə məlumatlar

11.1 Bu Müqaviləyə birtərəfli qaydada aparılmış dəyişikliklərin, əlavələrin, düzəlişlərin hüquqi qüvvəsi yoxdur. Lakin, istehsalat prosesi və ya əmək şəraitinin təşkilində dəyişiklik etməyə zərurəti yarandıqda İşəgötürən İşçinin vəzifəsi, peşəsi və ya iş yerini saxlamaqla ən azı bir (1) ay qabaqcadan bildiriş təqdim etməklə İşçinin əmək şəraitini dəyişdirə bilər.

11.2 Bu Müqaviləyə dəyişikliklər əlavə müqavilə bağlamaq vasitəsi ilə aparıla bilər. Bu Müqavilə bağlandığı zaman yaxud ona hər hansı dəyişikliklər yaxud əlavələr edilərkən hər hansı bir əmr verilməsinə ehtiyac yoxdur.


    1. Tərəflər arasında razılaşdırılmış əlavə və dəyişikliklər, digər hallar müəyyənləşdirilmədikdə, tərəflər razılığa gəldikləri və müvafiq dövlət qrumunun elektron informasiya sistemində bu barədə bildirişin qeydiyyata alınmasından və bu barədə İşəgötürənə elektron qaydada məlumat göndərilməsindən sonra hüquqi qüvvəyə minir və bu Müqavilənin ayrılmaz bir hissəsini təşkil edir.


§12. Əmək müqaviləsinə xitam verilməsi

12.1. Bu Əmək müqaviləsi Əmək Məcəlləsinin 68, 69, 70, 73, 74 və 75-ci maddələrində nəzərdə tutulan və eləcə də Əlavə I də verilmiş əsaslarla və qaydalara, ciddi əməl olunmaqla tərəflərin birinin təşəbbüsü ilə ləğv edilə bilər;

12.2. İşəgötürən tərəfindən bu Əmək müqaviləsi ləğv edilərkən işçi qanunvericilikdə nəzərdə tutulan hallarda xəbərdar edilir;

12.3 İşçi tərəfindən bu əmək müqaviləsi ləğv edilməzdən əvvəl işəgötürən azı bir təqvim ayı qabaqcadan xəbərdar edilməlidir;

12.4. İşəgötürən tərəfindən zor işlədilərək, hədə-qorxu gələrək, yaxud hər hansı başqa üsulla işçinin iradəsinin əleyhinə bu Əmək müqaviləsini ləğv etməyə onun məcbur edilməsinə yol verilmir;

§13. Yekun qaydalar

13.1. Bu Əmək müqaviləsinin qüvvədə olduğu müddət ərzində tərəflər yaranan əmək mübahisələrinin həllinə bu Müqaviləyə qoşulmuş Əlavə II-də verilmiş qaydalara müfaviq olaraq qarşılıqlı anlaşma və razılıq yolu ilə biri digərinin hüquqlarını pozmadan nail olacaqlar. Tərəflər əmək mübahisələrinin həlli haqqında razılığa gəlmədikdə, mübahisənin məhkəmə qaydasında araşdırılması hüququndan istifadə edəcəklər.

13.2. Bu Əmək müqaviləsi Azərbaycan dilində, iki nüsxədə tərtib edilib, onlardan biri işçidə, digəri isə işəgötürəndə saxlanılır.

13.3. Tərəflər bu Əmək müqaviləsi üzrə öhdəliklərinin icrasını üçüncü şəxslərə həvalə edə bilməzlər.

13.4. Tərəflər bu Əmək müqaviləsi ilə nəzərdə tutulmamış, habelə bilavasitə Əmək Məcəlləsi ilə müəyyən edilən hallar istisna olunmaqla üçüncü şəxslər qarşısında biri digərinin öhdəliklərinə görə cavabdehlik daşımırlar.

13.5. Tərəflər bu Əmək müqaviləsinin şərtlərini, Əmək Məcəlləsi ilə müəyyən edilən vəzifələrini, habelə biri digərinin qanuni mənafelərini və hüquqlarını pozarsa, təqsirkar tərəfin məsuliyyətə cəlb edilməsini müvafiq dövlət orqanlarından, mülkiyyətçidən tələb etmək hüququna malikdirlər.

13.6. Bu Əmək müqaviləsinin şərtlərini, bu şərtlərdən irəli gələn öhdəliklərimizi vicdanla yerinə yetirəcək, şəxsi, maddi, maliyyə, istehsal maraqlarımıza, habelə ictimai, birliklərdə və siyasi partiyalarda müstəqil iştirakımıza qarşılıqlı hörmət göstərəcəyik.

13.7 Bu Müqavilənin hər hansı bir müddəasının etibarsızlığı yaxud hüquqi araşdırmalar zamanı istifadə oluna bilməməsi digər müddəaların etibarlı olması və müvafiq sürətdə istifadə oluna bilməsinə təsir etmir.

13.8 İşçi razılaşır ki, bu Müqaviləyə müvafiq olaraq özünün əmək funksiyalarını yerinə yetirərkən, o, Azərbaycan Respublikası qanunlarına əsasən qanunsuz hesab olunan fəaliyyət həyata keçirmir və ya buna icazə vermir.

13.9 İşəgötürən tərəfdən bu Müqavilənin müddəalarının pozulmasından irəli gələn hər hansı hüquqlardan imtina, həmin müddəanın yaxud Müqavilənin digər müddəalarının pozulması halında yaranan hüquqlardan imtina kimi giymətləndirilmir.

13.10 İşçinin əmək münasibətlərinə aid olan məlumatları tam və yə ayrı-ayrı hissələrdə elektron vasitələrdə saxlanıla bilər.

13.11 Bu Müqavilənin 9.1 bəndinin hüquqi qüvvəsi bu Müqaviləyə xitam verildikdən sonra da davam edir.

13.12 Bu əmək müqaviləsinə edilmiş Əlavələr müqavilənin tərkib hissəsini təşkil edir və bu müqavilə ilə eyni hüquqi qüvvəyə malikdir.

İşçi bununla bildirir ki, o bu Müqavilə ilə tanış oldu və İşəgötürən tərəfindən funksiyaları, iş qaydası, habelə sağlamlığının qorunması və əmək təhlükəsizliyinə, o cümlədən yanğından mühafizə qaydaları barəsində təlimatlandırıldı.


§14. Tərəflərin imzaları və ünvanları:
14.1. İşəgötürənin vəzifəsi, adı, atasının adı və soyadı, habelə müştərisi olduğu bankın adı, hesablaşma hesablarının nömrələri, kodu, sahibkarlıq fəaliyyəti ilə məşğul olmağa hüquq verən xüsusi razılığın məlumatları göstərilməklə hüquqi ünvanı:


İŞƏGÖTÜRƏN:

İŞÇİ:

Mərkəzi Klinika MMC




Azərbaycan Respublikası 370001

Adı:____________________________

Bakı ş., Parlament küç. 76




VÖEN 1700951031

Atasının adı:_____________________

Bank Rekvizitləri:




Atabank MK Filialı

Soyadı:_________________________

VÖEN 9900006651




KOD 507741

İmza:

M/H AZ50NABZ013501350100000000032944




SWIFT BIK: ATAZAZ22

Tarix:

H/H AZ64ATAZ01100077330000140060 AZN




Tel/Faks : (99412) 4921092, 4924131
















Dr. Toğrul Adıgözəlov




Baş Direktor





Əlavə 1

Əmək müqaviləsinə xitam verilməsi
Əmək müqaviləsinə xitam verilməsinin əsasları aşağıdakılardır:

1. Tərəflərdən birinin təşəbbüsü;

    1. Əmək müqaviləsinin işçi tərəfindən ləğv edilməsi qaydası

1.1.1 İşçi bir təqvim ayı qabaqcadan işəgötürəni yazılı ərizəsi ilə xəbərdar etməklə əmək müqaviləsini ləğv edə bilər. Ərizə verildiyi gündən bir təqvim ayı bitdikdən sonra işçi işə çıxmamaq və son haqq-hesabının aparılmasını tələb etmək hüququna malikdir. Bu halda işəgötürən işçinin tələblərini yerinə yetirməyə borcludur. Əmək müqaviləsini ləğv etmək barədə ərizə vermiş işçi xəbərdarlıq müddəti bitənədək istədiyi vaxt ərizəsini geri götürə və ya onu etibarsız hesab etmək barədə işəgötürənə yeni ərizə verə bilər. Bu halda əmək müqaviləsi ləğv edilə bilməz. Bu şərtlə ki, işəgötürən həmin vəzifəyə (peşəyə) yeni işçinin götürülməsi barədə işçiyə rəsmi qaydada yazılı xəbərdarlıq etməmiş olsun. Əmək müqaviləsi bu maddə ilə müəyyən edilmiş qaydalara əməl olunmaqla ləğv edildikdən sonra işçinin əvvəlki ərizəsini geri götürmək və ya onu etibarsız hesab etmək barədə edilən müraciətin hüquqi qüvvəsi yoxdur.


    1. Əmək müqaviləsi işəgötürən tərəfindən aşağıdakı əsaslarla ləğv edilə bilər:

      1. müəssisə ləğv edildikdə;

      2. işçilərin sayı və ya ştatları ixtisar edildikdə;- bu halda işəgötürən əmək müqaviləsini ləğv etməzdən azı iki ay əvvəl işçini rəsmi xəbərdar xəbərdarlıq müddəti əvəzinə işçiyə onun razılığı ilə azı iki aylıq əmək haqqını bir dəfəyə ödəməklə müvafiq əsasla əmək müqaviləsinə xitam verə bilər.

      3. peşəkarlıq səviyyəsinin, ixtisasının (peşəsinin) kifayət dərəcədə olmadığına görə işçinin tutduğu vəzifəyə uyğun gəlmədiyi barədə səlahiyyətli orqan tərəfindən müvafiq qərar qəbul edildikdə;

      4. işçi özünün əmək funksiyasını və ya əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirmədikdə, yaxud bu Məcəllənin 72-ci maddəsində sadalanan(aşağıdakı) hallarda əmək vəzifələrini kobud şəkildə pozduqda:

  • özünün xəstəliyi, yaxın qohumunun xəstələnməsi və ya vəfat etməsi istisna olunmaqla heç bir üzürlü səbəb olmadan bütün iş günü işə gəlməməsi;

  • alkoqollu içkilər, narkotik vasitələr və psixotrop, toksik və digər zəhərli maddələr qəbul edərək sərxoş vəziyyətdə işə gəlməsi, habelə işə gəldikdən sonra iş yerində həmin içkiləri və ya maddələri qəbul edərək sərxoş vəziyyətdə olması;

  • təqsirli hərəkətləri (hərəkətsizliyi) nəticəsində mülkiyyətçiyə maddi ziyan vurması;

  • təqsirli hərəkətləri (hərəkətsizliyi) nəticəsində əməyin mühafizəsi qaydalarını pozaraq iş yoldaşlarının səhhətinə xəsarət yetirməsi və ya onların bu səbəbdən həlak olması;

  • qəsdən istehsal, kommersiya və ya dövlət sirrinin yayılması və ya bu sirrin gizli saxlanılması üzrə öhdəliklərini yerinə yetirməməsi;

  • əmək fəaliyyəti zamanı yol verdiyi kobud səhvləri, hüquq pozuntuları nəticəsində işəgötürənin, müəssisənin və ya mülkiyyətçinin qanuni mənafeyinə ciddi xələl gətirməsi;

  • əmək funksiyasını pozduğuna görə əvvəllər işəgötürən tərəfindən verilmiş intizam tənbehindən nəticə çıxarmayaraq altı ay ərzində təkrarən əmək funksiyasını pozması;

  • iş vaxtı ərzində bilavasitə iş yerində inzibati xətalara və ya cinayət tərkibi olan ictimai-təhlükəli əməllərə yol verməsi.

      1. sınaq müddəti ərzində işçi özünü doğrultmadıqda;


2. Əmək müqaviləsinin müddətinin qurtarması;

    1. Müddətli əmək müqaviləsinin müddəti qurtardıqda xitam verilir. Müddətli əmək müqaviləsində göstərilən müddət qurtardıqda əmək münasibətləri davam etdirilərsə və müddət bitdikdən sonrakı bir həftə ərzində tərəflərdən heç biri müqaviləyə xitam verilməsini tələb etmirsə, həmin əmək müqaviləsi əvvəl müəyyən olunmuş müddətə uzadılmış hesab olunur.

3. Əmək şəraitinin şərtlərinin dəyişdirilməsi;

    1. İstehsalın və əməyin təşkilində dəyişikliklər edilməsi zəruriyyəti olduqda işçinin peşəsi, ixtisası və vəzifəsi üzrə işi davam etdirməklə əmək şəraitinin şərtlərinin dəyişdirilməsinə yol verilir. İşəgötürən əmək şəraitinin şərtlərini (Əmək Məcəlləsinin 55-ci maddəsində nəzərdə tutulan şərtlərdən başqa) dəyişdirməzdən azı bir ay əvvəl işçini yazılı məlumatı və ya əmri (sərəncamı) ilə xəbərdar etməlidir. Əgər işçi yeni əmək şəraiti ilə işi davam etdirməyə razılıq vermirsə, onda o, başqa vəzifəyə keçirilməli, bu mümkün olmadıqda isə əmək müqaviləsinə müvafiq əsasla xitam verilə bilər.

4. Müəssisənin mülkiyyətçisinin dəyişməsi ilə əlaqədar (Əmək Məcəlləsinin 63-cü maddəsinin ikinci hissəsində göstərilən işçilər);

5. Tərəflərin iradəsindən asılı olmayan hallar;

    1. işçi hərbi və ya alternativ xidmətə çağırıldıqda;

    2. əvvəllər müvafiq işdə (vəzifədə) çalışan işçinin işinə (vəzifəsinə) bərpa edilməsi barədə məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi (qərarı) olduqda.

    3. qanunvericiliklə daha uzun müddət müəyyən edilməyibsə, əmək qabiliyyətinin fasiləsiz olaraq altı aydan çox müddətə tam itirilməsi ilə əlaqədar işçi əmək funksiyasını yerinə yetirə bilmədikdə;

    4. İşçinin nəqliyyat vasitəsini idarəetmə hüququndan məhrum etmə, müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum etmə, müəyyən müddətə azadlıqdan məhrum etmə və ya ömürlük azadlıqdan məhrum etmə cəzasına məhkum edildiyi barədə məhkəmənin hökmü qanuni qüvvəyə mindikdə;

    5. məhkəmənin qanuni qüvvəyə minmiş qərarı ilə işçinin fəaliyyət qabiliyyətsizliyi təsdiq edildikdə;

    6. işçi vəfat etdikdə;

    7. əvvəllər həmin müəssisədə çalışan işçi müddətli həqiqi hərbi xidmətdən ehtiyata buraxıldıqdan sonra öz iş yerinə (vəzifəsinə) qayıtmaq hüququndan istifadə etdikdə.


6. Tərəflərin əmək müqaviləsində müəyyən etdiyi hallar.

    1. tərəflərin qarşılıqlı razılığı;

    2. səhhəti ilə əlaqədar olaraq işçinin müvafiq vəzifədə (peşədə) çalışması sağlamlığı üçün təhlükəli olduğu barədə səhiyyə müəssisəsinin müvafiq rəyinə görə;

    3. əmək funksiyasının müəyyən müddətdə icrası zamanı müvafiq iş yerində peşə xəstəliyinə tutulmanın yüksək ehtimalı olduğu halda;

    4. işin və ya göstərilən xidmətlərin həcminin azalması ilə əlaqədar müəyyən dövr keçdikdən sonra işçi ilə hökmən yenidən əmək müqaviləsi bağlayacağı şərti ilə işəgötürən yazılı formada məcburi öhdəlik götürdükdə;

    5. bu maddənin tələblərinə əməl edilməklə tərəflərin müəyyən etdiyi digər hallar.


ƏLAVƏ II

ŞİKAYƏT VƏ İNTİZAM QAYDALARI


    1. Aşağıdakı ümumi müddəaların məqsədi İşçiyə özünün şikayətini İşəgötürənin diqqətinə çatdırılması qaydaları barəsində məlumat verməkdir. Bu müddəalar həmçinin İşçinin şikayətinə ədalətli şəkildə baxılmasını təmin etmək məqsədi ilə intızam tədbirlərindən istifadə olunmasını nəzərdə tutur. Bu qaydaların tətbiqi İşəgötürənin mülahizəsinə əsasən aparılır.



2.2 ÜMÜMİ MÜDDƏALAR


      1. Hər hansı anlaşılmazlıq və ya təhrifin aradan qaldırılması məqsədi ilə İşçi öz şikayətini yazılı surətdə tərtib etməlidir;

      2. Prosedurun hər hansı mərhələsində İşçi öz istəyinə əsasən digər işçi ilə birlikdə çıxış edə bilər;

      3. Prosedur gedişində, İşçi, bilavasitə rəhbərindən yaranmış problemə dair mütəxəssis məsləhəti ala bilər.

      4. Hər bir mərhələdə vaxtında və məqbul bir həllin əldə edilməsi üçün bütün səylər göstəriləcək.

      5. Mərhələ 1

Mərhələ 1-də İşçi öz şikəyətini bələvasitə bölmə rəhbəri/şöbə müdiri ilə müzakirə etməli və bu halda bölmə rəhbəri/şöbə müdiri məsələni qısa müddətdə araşdırmalı və həll etməlidir.

      1. Mərhələ 2

        1. Məsələni Mərhələ 1-də həll etmək mümkün olmadıqda, o, növbəti rəhbərlik səviyyəsinə göndərilir və orada dərhal araşdırılır

        2. Bu adətən bir görüş formasında aparılır və belə görüş zamanı şikayətə dair bütün maraqlı olan tərəflərin və müvafiq olaraq Personal və Ümumi İşlər Şöbəsinin nümayəndəsinin iştirakı ilə məsələ araşdırılır və həll edilir.

      2. Mərhələ 3

        1. Mərhələ 2-də keçirilən görüşdən sonra da məsələ həll olunmadıqda, o, nümayəndə və ya Personal və Ümumi İşlər Şöbəsi vasitəsi ilə Rəhbərliyə çatdırılır.

        2. Rəhbərlik şikayətə dair təqdimatları 6 iş günündən gec olmayaraq, özünün bu sahə üzrə vəzifələndirdiyi şəxs və ya Komissiyalar vasitəsi ilə ətraflı araşdırır.

        3. Bundan sonra Rəhbərlik şikayətə dair qərar çıxarır və bu qərarı iclas keçirilikdən sonra 5 iş günü ərzində tərəflərin diqqətinə çatdırılır.

        4. Rəhbərliyin qərarı son və qəti hesab olunur.


2.3 İntizam qaydaları və tənbehlər

2.3.1 İşçi Əmək Məcəlləsi ilə və digər normativ hüquqi aktlarla müəyyən edilmiş vəzifələrini yerinə yetirmədikdə və ya hüquqlarından sui-istifadə etdikdə və yaxud əmək müqaviləsi üzrə öhdəliklərini icra etmədikdə intizam məsuliyyətinə, qanunvericilikdə nəzərdə tutulmuş hallarda isə digər məsuliyyətlərə cəlb edilir.



      1. Bir qayda olaraq İşəgötürən tərəfindən hər hansı bir intizam tənbehi tətbiq olunmadan işçiyə yazılı və ya şifahi qaydada xəbərdarlıq verilə bilər. Xəbərdarlıq intizam tənbehi sayılmır.

2.3.3 Bir qayda olaraq İşçi əmək funksiyasını tam və ya qismən yerinə yetirmədikdə, yaxud keyfiyyətsiz yerinə yetirdikdə, Əmək qanunvericiliyində nəzərdə tutulan, həmçinin əmək müqaviləsi ilə müəyyən edilmiş vəzifələrini, müəssisədaxili intizam qaydalarını pozduğu hallarda hadisənin ağırlıq dərəcəsinə görə işəgötürən ona aşağıdakı intizam tənbehlərindən birini verə bilər:

        1. Töhmət;

        2. Sonuncu xəbərdarlıqla şiddətli töhmət;

        3. Əmək müqaviləsini Əmək Məcəllənin 70-ci maddəsinin «ç» bəndi ilə ləğv etmək.

Töhmət

  • Töhmət verilməzdən əvvəl İşəgötürən İşçidən müvafiq pozuntu barəsində yazılı izahat verməsini xahiş etməlidir. İşçinin yazılı izahat verməkdən imtina etməsi ona intizam tənbehi verilməsini istisna etmir.

  • Töhmət haqqında əmrin surəti İşçiyə təqdim edilir .

Sonuncu xəbərdarlıqla şiddətli töhmət

  • İşdən azad olunmazdan əvvəl sonuncu intizam tənbehi sayılır.

  • İşəgötürən şiddətli töhməti özünün mülahizəsinə əsasən İşçinin törətdiyi pozuntu dərhal işdən azad olunmaq üçün kifayət etməyən dərəcədə olduqda və ya digər şəraitdə İşçiyə şiddətli töhmət verilə bilər.

Əmək müqaviləsini Əmək Məcəllənin 70-ci maddəsinin «ç» bəndi ilə ləğvi

  • İş qaydasına aid olmaqla 1.2.4 bəndində verilmiş öhdəliklərin, əmək təhlükəsizliyinin və ya Müəssisədaxili Davranış Qaydalarının pozuntusu halları kifayət qədər ciddi hesab olunduqda, bu, Əmək müqaviləsinin Əmək Məcəllənin 70-ci maddəsinin «ç» bəndi ilə ləğv edilməsi ilə nəticələnə bilər. Belə bir qərar İşəgötürən tərəfindən dərhal qəbul edilməyəcək və İşəgötürən tərəfindən pozuntu barəsində müvafiq araşdırma aparılacaq və həmkarlar ittifaqları təşkilatından müvafiq rəy alınacaq. Əmək müqaviləsini Əmək Məcəllənin 70-ci maddəsinin «ç» bəndi ilə ləğv edilməsi ilə nəticələnə biləcək halların siyahısı bu Müqaviləyə qoşulmuş Əlavə I-in 1.2.4 bəndində verilmişdir.

  • Əmək müqaviləsini Əmək Məcəllənin 70-ci maddəsinin «ç» bəndi ilə ləğv etmə halında, İşçi, Müqavilənin quvvəsinə xitam verildikdən sonra belə, İşəgötürən tərəfindən müvafiq qərar çıxarılarkən bütün şərtlərin nəzərə alınmadığı və ya faktların təhrif olunduğu fikrində olduqda, öz mülahizələri ilə çıxış edə bilər. Belə mülahizələr ilə çıxış etmək istəyində olan hər bir İşçi Personal və Ümumi İşlər Şöbəsi rəhbərinə, yaxud belə bir vəzifə mövcüd olmadıqda, Rəhbərliyə işdən azad edildiyi tarixdən etibarən üç gün ərzində müraciət etməlidir. Bundan sonra, müvafiq olduqda Personal və Ümumi İşlər Şöbəsi rəhbəri, İşçinin yüksək səviyyəli nümayəndəsi və keçmiş İşçi arasında görüş keçirilməlidir. Keçmiş İşçi digər işçinin görüş zamanı iştirak etməsini xahiş edə bilər. İşəgötürən İşçinin dəlillərini dinləməli və müvafiq qərar qəbul edildikdə, İşçi öz iş yerinə bərpa olunmalı və bu Əmək Müqaviləsi ləğv edilməmiş kimi qəbul edilməlidir. Keçmiş işçinin işinə bərpa olunması barəsində qərar müstəsna olaraq İşəgötürən mülahizəsi və seçiminə əsasən aparılır və son və qəti qərar olur.



ƏLAVƏ III

ƏMƏK TƏHLÜKƏSİZLİYİ QAYDALARI
İşci əmək təhlükəsizliyinə dair aşağıdakı qaydalara riayət edəcəktir:

  • İş gününün sonunda fərdi kompyuterləri və İşçi tərəfindən istifadə olunan digər elektrik cihazlarını elektrik şəbəkəsindən ayırmaq;

  • Hər hansı təhlükəli yaxud təhlükə potensialı olan vəziyyət barəsində məlumatı Rəhbərliyin və ya digər cavabdeh şəxsin diqqətinə çatdırılmasını təmin etmək;

  • Yanğın hadisəsində bütün təhlükəsizlik tədbirləri və çıxış qaydaları haqqında bilgiyə malik olmaq;

  • Fərdi və çevrə təhlükəsizliyini təmin etmək, xəstəxana infeksiyasına yol açmamaq və infeksiyalardan qorunmaq üçün fərdi bədən təmizliyi, istifadə etdiyi yer və cihazların təmizliyi üçün yazılı və şifahi olaraq göstərilən tədbirləri almaq və tətbiq etmək.

  • Öz əmək funksiyası ilə əlaqədar olmayan yerlərə girməmək, istifadəsi xaricindəki heç bir tibbi cihaz, inventar, qurğu və sair alətlərə toxunmamaq, işlətməmək.

  • Rəhbərliyin müraciət və təlimatlarına əsasən digər təhlükəsizlik qaydalarına riayət etmək;



ƏLAVƏ IV

ƏMƏK FUNKSİYASI ÜZRƏ


  • Müəssisə daxilində qüvvədə olan vəzifə təlimatlarında öz vəzifə və ixtisasına aid əmək funksiyalarını yerinə yetirmək ;

QEYD: İşçinin əsas vəzifələri Azərbaycan Respublikası Əmək Məcəllənin 10-cu maddəsinə müvafiq olaraq tənzimlənir.



MƏLUMATLANDIRMA

Mərkəzi Klinika daxili




  • Əmrlər

  • Əsanamələr

  • Təlimatlar

  • Vəzifə təlimatları

  • Təşkilatı struktur

  • Klinikadaxili qaydalar

  • Əməyin təşkili və ödənilməsi qaydaları

  • Əməyin təhlükəsizliyi qaydaları

ilə tanış oldum.


Əmək fəaliyyətim müddətində yeni qəbul ediləcək yuxarıdakı sənədlərlə klinikanın daxili informasiya şəbəkəsinin "Gözləmə" adlanan fayl serverində tanış ola biləcəyim barədə məlumatlandırıldım.

İmza:






***Müqavilənin bu səhifəsi ilə tanış oldum və müqavilə şərtləri mənə izah edildikdən sonra bu müqaviləni azad iradəm ilə qəbul etdiyimi imzam ilə təsdiq edirəm.
İmza:_____________________________________



Yüklə 151,09 Kb.

Dostları ilə paylaş:




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin