1
ƏMƏLİYYATDAN SONRAKI NƏHƏNG VENTRAL YIRTIĞIN
CƏRRAHİ MÜALİCƏSİ (KLİNİK HADİSƏ)
Qasımov N.A.,Əkbərova İ.K.
(dr.ilaxa@gmail.com)
Ə.Əliyev adına Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutu,
cərrahiyyə I kafedrası, Bakı, Azərbaycan.
Təqdim edilmiş məqalədə əməliyyatdan sonrakı nəhəng ventral yırtığı olan xəstənin cərrahi
müalicəsinin klinik müşahidəsinin təhlili təqdim olunur. Klinik hadisədən görünür ki,
əməliyyatdan sonra ventral yırtıqların
cərrahi müalicəsində allohernioplastikanın qeyri
gərilməsiz üsulun istifadəsi müalicənin nəticələrinin yaxşılaşmasına və əməliyyatdan sonrakı
dövrdə xəstənin həyat keyfiyyətinin yüksəlməsinə səbəb olur.
Açar sözlər: ventral yırtıq, cərrahi müalicə, ağırlaşmalar, alloplastika, prolen tor.
Abdominal cərrahiyyədə miniinvaziv texnologiyaların sürətli inkişafına
baxmayaraq cərrahi müdaxilələrdə açıq laparotomiyanın istifadəsi yüksək olaraq
qalır [4,9]. Belə müdaxilələrdən sonra 3-19% hallarda əməliyyatdan sonra ventral
yırtıqlar (ƏSVY) əmələ gəlir. Onların arasında xüsusi yeri əməliyyatdan sonrakı
nəhəng ventral yırtıqlar (ƏSBVY) tutur (3-15%) [1,3]. ƏSVY-nin cərrahi
müalicəsindən sonra residivlər yüksək rəqəmlərlə xarakterizə olunur (4,3%-dən
46%-ə qədər) [5,8]. ƏSBVY-nin cərrahi müalicəsindən sonra isə residivin 60%
hallarda rast gəlinməsi müşahidə olunur [7,10]. ƏSVY-nin əmələ gəlməsinə 31,4%
hallarda infeksion proses, 35,1% hallarda qarın boşluğunun drenə edilməsi və ya
tamponadası və 40,7% hallarda isə eventerasiya səbəb olur [6]. ƏSVY-nın
inkişafının patogenezində mühüm yeri piylənmə tutur. Demək olar ki, bütün
ƏSBVY olan xəstələrin 70-90% -də müxtəlif dərəcəli piylənmə qeyd olunur [2].
Aşağıda əməliyyatdan sonrakı nəhəng ventral yırtığı olan xəstənin cərrahi
müalicəsinin klinik müşahidəsinin təhlili təqdim olunur.
Xəstə P.S., qadın (X/t1355), 1964-cü il təvəllüdlü, qarnın sol yan divarında
şişkinlik, diskomfort, əmək qabiliyyətin aşağı düşməsi, ümumi narahatçılıq
şikayətləri ilə 3 saylı Şəhər Klinik Xəstəxanasına daxil olunmuşdır. Deməsinə görə
özünü uzun müddət xəstə hesab edir. 1992-ci ildə sol tərəfli nefrektomiya
əməliyyatına məruz qalmışdır. Əməliyyatdan 5 il sonra əməliyyat çapığı üzərində
kiçik ölçülü şişkinlik əmələ gəlmişdir. Getdikcə şişkinliyin ölçüsü böyümüşdir.
2
2013-cü ildə həmin nahiyyədə olan yırtıq səbəbilə cərrahi əməliyyat keçirmişdir.
Bu əməliyyatdan bir müddət keçəndən sonra həmin nahiyyədə yenidən yırtıq
əmələ gəlmişdir. 2014-cü ildə bu yırtıq ləğv edilib və prolen torun köməyi ilə
alloplastika icra edilmişdir. Lakin əməliyyatdan sonra əməliyyat sahəsi irinləmiş
və prolen tor hissə-hissə çıxarılmışdır. 2015-ci ildə xəstəyə yenidən prolen torla
alloplastika icra edilmişdir. Təkrar əməliyyat sahəsi irinlədiyinə görə prolen torun
bir hissəsi xaric edilmişdir. Getdikcə qarnın sol yan nahiyyəsində şişkinlik
artdığına görə (ölçüsü 20,0x13,0x8,0sm) xəstə klinikaya müraciət etmişdir.
Xəstəyə əməliyyatdan sonrakı nəhəng ventral yırtıq diaqnozu qoyulmuşdur (şək.1).
Şəkil 1. Xəstədə əməliyyatdan sonrakı nəhəng ventral yırtıq.
Xəstə planlı surətdə müayinələrdən keçib cərrahi əməliyyata hazırlandı.
Aparılan müayinələr: qanın ümumi analzi – Hb 104 q/l; erit. 3,3; ley. 4,8; EÇS 8
mm/s; laxtalanma müddəti 6 dəqiqə (Suxorevla); qanın biokimyəvi analizi –
ümumi bilirubin 18,1; kreatinin 5,1; amilaza 325; qanda şəkərin təyini 6,8mmol;
HBs(-), HCV(-); sidiyin ümumi analizi – leykosit 6-8g/s, eritrosit 0-1 g/s, oksalat
kristalları tək-tək. Döş qəfəsinin rentgenskopiyası zamanı patologiya aşkarlanmadı,
EKQ – sinus ritmi, miokardın az nəzərə çarpan dəyişikliyi.
3
Xəstəyə ümumi anesteziyanın tətbiqi ilə herniotomiya, alloplastika
əməliyyatı icra edildi. Əməliyyat zamanı yırtıq kisəsi üzərində olan köhnə prolen
torun qalıq hissəsi ilə birlikdə kəsilib götürüldü (şək.2,3,4,5).
şək.2
5
şək.5
Qarın boşluğu yırtıq kisəsini təşkil edən periton ilə izolyasiya edildi. Prolen
tor aponevroz üzərinə qoyuldu. Torun kənarları XI-XII qabırğalara, I-II bel
fəqərələrinin köndələn çıxıntılarına, qasıq sümüyünə və pupart bağına fiksə edildi.
Dərialtı sahədə 2 ədəd drenaj boru saxlanıldı. Əməliyyat yaranın qatbaqat tikilməsi
ilə başa çatdırıldı.
Əməliyyatdan sonrakı dövr fəsadsız keçdi. Xəsətəyə müvafiq təyinat yerinə
yetirildi: Ringer 400ml, v/d, Reopoliqlükin 400,0ml, v/d, Trisol 400,0ml, v/d,
İnfezol 400,0ml, v/d, Metronidazol 100,0x2dəfə v/d, Sulfokamfokain 2,0x2dəfə
ə/d, Serukal 2,0x2dəfə ə/d, Riboxin 10,0 v/d, Klexan 0,6x2dəfə d/a, Ceftriaxon
1,0x2dəfə ə/d, Gentomesin 80 mgx3dəfə ə/d və s. Əməliyyatdan 3 sutka sonra
drenaj borular çıxarıldı, 6-cı sutkada tikişlər seyrəldildi, 8-ci sutkada isə tikişlər
tam söküldi. Yara birincili sağaldı.
6
şək.6
Nəticə. Bu günki gün ƏSVY-nin və ƏSBVY-nin cərrahi müalicəsində xüsusi
yeri torlu endoprotezin istifadəsi ilə allohernioplastika tutur. Təqdim olunan kliniki
hadisədən göründüyü kimi ƏSVY-nin cərrahi müalicəsində allohernioplastikanın
qeyri gərilməsiz üsulun istifadəsi müalicənin nəticələrinin yaxşılaşmasına və
əməliyyatdan sonrakı dövrdə xəstənin həyat keyfiyyətinin yüksəlməsinə səbəb
olur.
ƏDƏBİYYAT
1. Белоконев В.И., Федорина Т.А., Ковалева З.В., Пушкин С.Ю., Супильников А.А.
Патогенез и хирургическое лечение послеоперационных грыж. Самара, 2005-2008 стр.
2.
Биряльцев
В.Н.,
Шаймарданов
Р.Ш.,
Филиппов
В.А.,
Халилов
Х.М.
Герниоабдоминопластика. Руководство для врачей. -Казань. Идел-Прес. 2008-120 с.
3. Дыньков С.М., Тарасова Н.К., Рехачев В.П., Петухов Е.А. Хирургическое лечение
послеоперационных вентральных грыж // Вестник герниологии.-2006.№2-стр.67-72.
4. Егиев В.Н., Лядов К.В., Воскресенский П.К. Атлас оперативной хирургии грыж.-
М.Медпрактика-М, 2003-228 стр.
5. Жебровский В.В., Тоскин К.Д., Ильченко Ф.Н. Двадцатилетний опыт лечения
послеоперационных вентральных грыж // Вестник хирургии-1996.№2-с.105-108.
6. Касумов Н.А., Мирзалиев И.Б. Лечение вентральных грыж больших размеров
(современное состояние проблемы) // Sağlamlıq jurnalı, Bakı, 2011, №5, səh.7-14
7
7. Нелюбин П.С., Галота Е.А., Тимошин А.Д. Хирургическое лечение больных с
послеоперационными и рецидивными вентральными грыжами. Хирургия - 2007. №4 -с.69-
74.
8. Чистяков А.А., Богданов Д.Ю. Хирургическое лечение послеоперационных
вентральных грыж. - Москва, МИА, 2005-104 стр.
9. Qasımov N.A., Mirzəliyev İ.B. Böyük həcmli ventral yırtıqlar zamanı in-lay metodu ilə
alloplastika // Cərrahiyyə, №4 (28), Bakı, 2011, səh.92
10. Qasımov N.A., Mirzəliyev İ.B. Böyük həcmli və qiqant ventral yırtıqların cərrahi
müalicəsində antiadheziv torların tətbiqi // İmmunitet və İnfeksiya jurnalı Bakı, 2013. Səh.51
РЕЗЮМЕ
ХИРУРГИЧЕСКОЕ ЛЕЧЕНИЕ ГИГАНТСКИХ
ПОСЛЕОПЕРАЦИОННЫХ ВЕНТРАЛЬНЫХ ГРЫЖ
(Клинический случай)
Касумов Н.А., Акберова И.К.
(
dr.ilaxa@gmail.com
)
Азербайджанский Государственный Институт Усовершенствия Врачей
имени А.Алиева, кафедра хирургии I. Баку, Азербайджан
Несмотря на то, что в абдоминальной хирургии развитие миниинвазивной технологии
идет очень быстро, использование открытых лапаротомий в хирургических
вмешательствах остается высоким. После таких вмешательств в 3-19% случаях
развиваются послеоперационные вентральные грыжи (ПОВГ). Среди них особое место
занимают большие (гигантские) грыжи (ПОБВГ)-3-15%. Частота рецидивов после
хирургического лечения ПОВГ от 4,3% до 46%. В представленном клиническом случае
хирургического
лечения
ПОБВГ
видно,
что
использование
ненатяжного
аллогерниопластического метода улучшило результаты хирургического лечения и стало
причиной увеличения качества жизни больного в посоперационном периоде.
Ключевые слова: вентральная грыжа, хирургическое лечение, осложнения,
аллопластика, проленовая сетка.
SUMMARY
THE SURGICAL TREATMENT OF GIGANTIC AFTEROPERATED
ABDOMINAL WALLS HERNIAS (CLINICAL CASE)
Gasimov N.A., Akbarova I.K.
(dr.ilaxa@gmail.com)
8
Azerbaijan State Advanced Training Institute for Doctors named after A.Aliyev,
department of surgery I, Azerbaijan, Baku
İn spite of development of mini invasive technology in the abdominal surgery goes very quickly
using open laparotomy in the surgical operation is highly. After these surgical operations in 3-
19% cases develop abdominal hernia (AOAH). Among these complications big (gigant) hernia
(AOBAH) has specially place (3-15%). Frequency after surgical treatment of AOAH is highly
(from 4.3% tо 46%). İn this clinical case the surgical treatment of AOAH is seen that using of
nontension allohernioplastic method is improved the result of surgical treatment and quality of
life after operation period.
Key words: abdominal walls hernia, surgical treatment, complications, alloplasty, prolen mesh.
Dostları ilə paylaş: |