http://www.amu.edu.az
15 fevral 2014-ъц ил
2
7 fevral 2014-cü il tarixdə Səhiyyə Nazirliyi
tərəfindən“Demoqrafiya və Sağlamlıq sorğusu, 2011,
Azərbaycan” mövzusuna həsr olunmuş konfrans
keçirilmişdir.
Konfransın əsas məqsədi Azərbaycanda 2011-ci ildə apa-
rılmış “Demoqrafiya və Sağlamlıq” sorğusunun (DSS-2011)
yekun nəticələrini təqdim etmək idi.
Tədbirdə Səhiyyə nazirinin müavini E.Ağayev, nazirliyin
digər məsul işçiləri, Milli Məclisin üzvləri, müvafiq dövlət,
beynəlxalq və qeyri-hökumət təşkilatlarının, kütləvi informasi-
ya vasitələrinin aidiyyəti nümayəndələri iştirak etmişdir.
“Demoqrafiya və Sağlamlıq” sorğusu “2008-2015-ci illərdə
Azərbaycan Respublikasında yoxsulluğun azaldılması və
davamlı inkişaf Dövlət Proqramı” çərçivəsində 2011-ci ildə
Səhiyyə Nazirliyi tərəfindən həyata keçirilmişdir. “Demoq-
rafiya və Sağlamlıq” sorğuların ölkədə vaxtaşırı keçirilməsi
əhalinin rifah halının yaxşılaşdırılması istiqamətində əldə olun-
muş nailiyyətlərin davam etdirilməsi, yoxsulluq səviyyəsinin
azaldılması, habelə bununla bağlı BMT-nin Minilliyin İnkişaf
Məqsədlərindən irəli gələn vəzifələrin yerinə yetirilməsi üçün
zəruri şərtlərdən biridir. Azərbaycanda ilk dəfə belə sorğu
2006-cı ildə Dövlət Statistika Komitəsi tərəfindən aparılmış-
dır.
DSS-2011 Azərbaycanda əhali, sağlamlıq və qidalan-
ma üzrə mövcud vəziyyətin əsas göstəricilərini əks etdirir.
Tədqiqatın nəticələri milli (şəhər və kənd) və iqtisadi rayonlar
üzrə təqdim olunur. Sorğunun əhatə etdiyi 9 iqtisadi rayona
Bakı, Abşeron, Gəncə-Qazax, Şəki-Zaqatala, Quba-Xaçmaz,
Aran, Lənkəran, Yuxarı Qarabağ və Dağlıq Şirvan daxildir.
Sorğu 7041 ev təsərrüfatında, 15-49 yaşlı 9381 qadın ara-
sında keçirilmişdir. Sorğu zamanı əldə edilmiş məlumatlar:
ev təsərrüfatlarının xüsusiyyətləri; sosial-iqtisadi göstəricilər;
antropometriya; təhsil; körpə və 5 yaşadək uşaq ölümü; ana
və uşaqların sağlamlığı; gender münasibətləri və qadınların
ailədə səlahiyyətləri; fərdilik, arzu olunan uşaqların sayı, ailə
vəziyyəti; ailə planlaşdırılması; qidalanma; yetkinlik yaşına
çatanların sağlamlığı; QİÇS, cinsi yolla yayılan xəstəliklər (bi-
lik, münasibət və davranış). Sorğunun nəticələri bütün ölkə
üçün representativ sayılır.
DSS-2011-in seçilmiş nəticələri:
Sorğuya əsasən öyrənilən son 5 il ərzində uşaq doğulma-
sında və bütün fərdilik əmsallarında həmin dövrdən əvvəlki
illərlə müqayisədə artım müşahidə olunur.
2006-cı ildə keçirilmiş analoji sorğunun nəticələri ilə
müqayisədə neonatal ölüm 21%, postneonatal ölüm 33%,
körpə ölümü 25%, beş yaşadək ölüm isə 20% azalıb.
DSS-2006 ilə müqayisədə 15-49 yaşlı hər 1000 qadına
düşən abortların sayı 28.5% azalıb.
15-49 yaşlı bütün qadınların 87.1%-i, evli qadınla-
rın isə 97.2%-i ən azı bir kontrasepsiya üsulu haqqında
məlumatlıdırlar. Evli qadınların təxminən 14%-i müasir üsul-
lardan, digər 41%-i isə çoxluğu təşkil edən ənənəvi üsullar-
dan istifadə edirlər.
Səhiyyə Nazirliyi Mətbuat xidmətinin məlumatı
Azərbaycan Tibb Universitetinin rektoru Əhliman
Əmiraslanov bu günlərdə Hacəttəpə Universitetindən olan
qonaqları qəbul edib.
Görüş zamanı Hacəttəp Universitetinin əczaçılıq
fakültəsinin dekanı, professor Dr.Bülent Gümüşel universi-
tetimizin rektoru Əhliman Əmiraslanova olan sayğısından
söz açıb. Əczaçılığın Türkiyədə necə önəmli sahə olduğu-
nu vurğulayan B.Gümüşel bildirib ki, Azərbaycanda da
əczaçılığa böyük diqqət ayrılmalıdır: «Ötən il Türkiyədə
əczaçılıqla bağlı protokol imzalanıb. Biz ATU-nun
əczaçılıq fakültəsinin dekanı ilə bu işin üstünə düşmək
istəyirik».
Ə.Əmiraslanov isə öz növbəsində ATU-nin maliyyə
büdcəsindən bu il əczaçılıq fakültəsi üçün pul ayrıldığını
deyib: «Bizə əsas olan uzman mübadiləsidir».
Qeyd edək ki, görüşdə həmçinin professor Dr. Belma Gümüşel, Uzm.Dr. Yeganə Özcan, ATU-nun əczaçılıq
fakültəsinin dekanı, professor Tahir Süleymanov iştirak ediblər.
Görüşün sonunda qonaqlar Əhliman Əmiraslanova kitab hədiyyə ediblər.
ABŞ-ın Azərbaycandakı səfirliyinin
nümayəndələri Azərbaycan Tibb Universitetinin
Beynəlxalq əlaqələr şöbəsində qonaq olublar.
ABŞ səfirliyinin mədəniyyət və təhsil işləri üzrə
müşaviri M.Kelly Cullum və səfirliyin ABŞ
Ordusu Əlaqələr üzrə Koordinatoru Khalid K.
Husseinlə görüş zamanı qonaqlara ATU-nun
beynəlxalq əlaqələri, tələbələr üçün mübadilə
proqramları haqqında məlumat verilib. Görüşdə
ATU-nun Beynəlxalq Əlaqələr şöbəsinin
müdiri Rəhimə Qabulova, Təhsil Nazirliyinin
nümayəndəsi Tamilla Əliyeva, universitetin ümu-
mi işlər üzrə prorektoru Natiq Xəlilov və mətbuat
katibi Günel Aslanova, həmçinin tələbələr iştirak
ediblər.
R.Qabulova ATU-nun Amerika təhsil müəssisələri ilə sıx əməkdaşlıq niyyətində olduğunu açıqlayıb: «Tibb Univer-
siteti ilə Avropanın aparıcı təhsil müəssisələri arasında tələbə və müəllim mübadiləsi həyata keçirilir. Daha çox yuxarı
kurs tələbələri xarici ölkələrdə təcrübə keçirlər».
Prorektor Natiq Xəlilov qonaqlara universitet, universitetin klinikaları və kafedraları haqqında qısa məlumat verib.
K.Cullum ABŞ səfirliyinin xətti ilə Azərbaycanda təhsil sahəsində müxtəlif istiqamətlərdə proqramların icra olundu-
ğunu deyib. Onun sözlərinə görə, hazırda tibb təhsili sahəsində layihələr icra olunmasa da, digər qurumların yaratdığı
imkanlardan yararlanmaq mümkündür. Cənab Cullum həmçinin azərbaycanlı tibb tələbələrinin Amerikaya səfərinin
təşkilinə yardım göstərəcəyini də bildirib.
ATU-nun mətbuat xidməti
«Demoqrafiya və Sağlamlıq» sorğusuna
həsr olunmuş konfrans keçirilmişdir
ABŞ səfirliyinin nümayəndələri ATU-da olmuşlar
Əczaçılıq sahəsinin inkişafıyla bağlı görüş keçirilib
Qalib tələbələri təbrik edən akade-
mik Ə.Əmiraslanov belə proqramların
əhəmiyyətini qeyd edərək bu layihənin
universitetimizdə ikinci dəfə keçirildiyi-
ni və artıq ətrafına xeyli tələbəni topladı-
ğını söylədi.
Sözünə davam edən rektor
vurğuladı ki, rezidentura proqramı tələbələr
üçün çox önəmlidir:
“Biz rezident deyəndə
onları həkim kimi nəzərdə tuturuq.
Rezident gərək gecə-gündüz xəstənin
yanında olsun, həkimlik vərdişlərinə
layiqincə yiyələnə bilsin. Odur ki, belə
layihələr tələbələrin gələcəkdə həkimlik
fəaliyyətlərinə hazırlanması üçün bir
əsas olmalıdır”.
Bu sistemin əhəmiyyətindən danışan rek-
tor bu sistemə keçidin heç də asan olmadı-
ğını vurğulamışdır:
“Əvvəllər rezidenturanın
özü bizim üçün bir xəyal idi və çalışırdıq
ki, Azərbaycanda rezidentura sisteminə
keçilsin. Mane olan əsas səbəblərdən biri
“Təhsil qanunu”nda rezidenturanın nəzərdə
tutulmaması idi. Yeni “Təhsil qanunu” qəbul
olunandan sonra rezidentura sisteminə
keçdik. Ənənəvi internatura sistemi özünü
doğrultmadı. Şübhəsiz ki, bir il ərzində
yaxşı mütəxəssis hazırlaya bilməzdik. Bu,
tibb sahəsində yüksək ixtisaslı mütəxəssis
hazırlamaq
üçün
bütün
dünyanın,
Amerikanın, Avropanın qəbul elədiyi bir
yoldur”.
Görüş zamanı digər məsələlərə də to-
xunuldu. Tələbələrlə səmimi söhbət edən
rektor klassik imtahanla yeni virtual test
imtahanlarının fərqli cəhətlərindən də bəhs
etdi və hər iki imtahan növünə tələbələrin
də münasibətini dinlədi. Yeni sistemin daha
şəffaf və ədalətli olduğunu bildirən tələbələri
rektor da dəstəklədiyini bir daha bəyan etdi.
Rezidentlərdə elmi vərdişlər aşılamağın
vacibliyinə toxunan universitetin tədris işləri
üzrə prorektoru, professor Sabir Əliyev hər
bir rezidentin gələcəkdə aparıcı mütəxəssis,
alim kimi yetişəcəyinə inamını ifadə etdi. O,
rezidentura haqqında əsasnamədə də elmi-
tədqiqat işləri ilə məşğul olmağa heç bir
məhdudiyyətin qoyulmadığını dedi. Başlıca
məqsədin isə bu istiqamətdə rezidentlərin
qabiliyyətini üzə çıxarmaqdan ibarət olduğu-
nu söylədi.
Tədbirin sonunda qalib tələbələrə adları
yazılmış yaxalıqlar təqdim olundu.
MƏNSUR
Rektor “Beş günlük rezident ol”
layihəsinin qaliblərini qəbul edib
15 fevral 2014-ъц ил
http://www.amu.edu.az
3
“Klinikanın 2013-cü ildə müalicə-
diaqnostik fəaliyyətinin yekunları
haqqında” klinikanın baş həkimi,
dosent Ramin Bayramlı geniş hesabat
məruzəsi ilə çıxış etdi.İlk növbədə kli-
nikada yaradılan şəraitə, əməkdaşlara
göstərilən qayğıya görə ölkə və
universitet rəhbərliyinə təşəkkürünü
bildirən baş həkim əsas diqqəti 2012-ci
illə müqayisədə qazanılan uğurlara
yönəltdi. O, hesabatını əsasən statistik
rəqəmlər üzərində quraraq paralellər
apardı, göstəricilərin nəzərə çarpa-
caq dərəcədə yüksəl diyini slaydlar
vasitəsilə nümayiş etdirdi. Klinikada
terapevtik yönümlü 6, pediatrik yö-
nümlü 3 və nevrologiya, reanimasiya,
efferent terapiya şöbələrinin, yeni
yaradılmış Ürək Damar Mərkəzinin
fəaliyyət göstərdiyini dedi. Bildirdi
ki, 240 nəfər kafedra əməkdaşının,
200 nəfər isə klinika əməkdaşının
çalışdığı klinikada hesabat ilində 83
xəstəyə 487 hemodializ, 71 xəstəyə
237 seans sentrofuqa plazmaferezi, 41
xəstəyə isə 76 membran plazmaferezi
xidməti göstərilmişdir. Ürək Damar
Mərkəzində müalicə alanların sayı 578
nəfər olmuşdur. Stasionar şəraitdə
4322 xəstə müalicə almışdır ki, bu da
2012-ci ildəki xəstələrin sayından 1118
nəfər, yəni 25,8 faiz çoxdur. Ambulator
müalicə alanların sayı 27 457 nəfərə
çatmış, artım göstəricisi 3 604 nəfər
(13,%) olmuşdur.
Nevroloq, terapevt, pediatr, kardi-
oloq, mikrobioloq, nefroloq, radioloq,
revmatoloq, reanimatoloq və qast-
roenteroloq ixtisasları üzrə klinikada
hazırlıq keçən həkim-rezidentlərin
fəaliyyətləri üçün də hər cür şərait
yaradıldığını vurğulayan R.Bayramlı
daha çox 2013-cü ildə reallaşan
yeniliklər üzərində dayandı. Qeyd etdi
ki, artıq klinikada 24 saatlıq iş rejiminə
keçilmişdir.
Ürək Damar Mərkəzində, reanima-
siya və intensiv terapiya şöbəsində
maddi-texniki bazanın xüsusilə
gücləndirildiyini söyləyən baş həkim
bildirdi ki, yataq yarası profilaktikası
üçün havalı yataqlar, dərin venaların
trombozunun qarşısını almaq üçün
kompressiya cihazı, uzun müddətli qi-
dalanma üçün cihaz və setlər, invaziv
proseduralar üçün steril materiallar,
xəstə transportu üçün təcili yardım
çantası və oksigen balonu, təcili
yardım üçün hərəkətli tumbalar, xəstə
başında duracaq masalar, hipoter-
mik xəstələrin isidilməsi üçün isidici
cihaz, arteriyadaxili monitorizasiyanın
təşkili üçün setlər alınmışdır.
İl ərzində görülən digər işlər, konf-
rans, konqres və simpoziumların
keçirilməsi barədə də toplantı iştirak-
çılarına məlumat verən R.Bayramlı
bildirdi ki, xəstələrin müasir protokol
və qaydalar əsasında müayinə və
müalicəsinin təşkili, yeni protokolların
hazırlanması, həkimlərin nəzəri və
təcrübi biliklərinin artırılması, ixtisas-
laşması, rezidentlərin xaricə rotasiyaya
göndərilməsi, təcrübə kursları və tibb
bacılarının peşəkarlığının artırılması
2014-cü ildə başlıca hədəfimiz olacaq.
Toplantıda çıxış edən pediatriya
fakültəsinin daxili xəstəliklər kafed-
rasının müdiri, professor Əlihüseyn
Hidayətov bütün sahələrdə aparılan
yeniliklərdən danışaraq klinikada
görülən işlərin fərəhləndirici olduğunu
qeyd etdi. Səhiyyə bazarında insafsız-
casına şişirdilmiş reklamların baş alıb
getdiyi bir vaxtda hay-küysüz, sakitcə
bu qədər nailiyyətin əldə olunmasın-
dan qürur duyduqlarını, gələcəkdə
daha böyük uğurların qazanılacağına
inandıqlarını söylədi.
Şüa-diaqnostika şöbəsininin müdi-
ri Aydın Əliyev Ümummilli Liderimiz
Heydər Əliyevin “İşləmək istəyən iş
axtarır, işləmək istəməyən bəhanə”
deyimini xatırladaraq bu şəraitdə inki-
şaf etməyən insanın problemi özündə
axtarmalı olduğunu dedi.
I daxili xəstəliklər və reanimatolo-
giya kafedrasının müdiri, professor
İsfəndiyar İsmayılov isə öz çıxışında
bildirdi ki, vaxtilə müəllimlərimiz də
bizə deyirdilər ki, klinik xəstəxanalarda
birinci tədris, ikinci elm, sonra müalicə
işləri və digər işlər gəlir. İndi IV kurs-
da daxili xəstəliklərdə 105 saatdan
20 saatı mühazirə dərsləri, qalan
85 saatı isə fərdi məşğələlərdir.
Tələbə əslində xəstə görməli, praktiki
vərdişlərə yiyələnməlidir. Mühazirə
dərsləri 20 faizdən yuxarı deyil. Bu
nöqteyi-nəzərdən müalicə işlərinin önə
çıxması təbiidir, çünki tədrisin canı
müalicə işi ilə bağlıdır. Reanimasiya
və intensiv terapiya şöbəsinə yeni
kadrların cəlb edilməsini müsbət hal
kimi dəyərləndirən professor klinika-
da konsiliumların genişləndirilməsini
və ölüm hadisələrinin ətraflı şəkildə
müzakirəsini də zəruri saydı.
Universitetin elmi işlər üzrə prorek-
toru, professor Sabir Əliyev İsfəndiyar
müəllimin sözünə qüvvət verərək
tədris prosesinin önə çəkilməsininin
vacibliyini xüsusi qabartdı: “Mən
3-cü ildir ki, klinika haqqında hesabatı
dinləyirəm, ümumilikdə təəssüratım
müsbətdir. Ancaq o demək deyil ki,
hər şey qaydasındadır. Tədris prose-
sinin aparılmasında ciddi çatışmaz-
lıqlar da mövcuddur. Xüsusən kliniki
kafedralarda Boloniya prosesinin
tələbləri kifayət qədər yerinə yetirilmir.
İmtahan zamanı apellyasiyaya gələn
dosentlərin əksəriyyəti bu məsələyə
hazır deyil. Hətta adi qiymətləndirməni
bilmir, cari mənimsəmənin nə qədər
olması, bacarıqlara görə balların necə
qiymətləndirilməsi, dərs buraxmaya
görə hansı balların çıxılmasına aid
elementar sualları cavablandırmaqda
çətinlik çəkirlər. Bütün bunlara görə ilk
növbədə kafedra müdirləri məsuliyyət
daşıyırlar. Testlərin imtahan vaxtı yox-
lanışına baxanda görürəm ki, test sual-
ları çox primitiv tərtib olunub. Eyni test
sualında iki cavab ayrı-ayrı sahələrdə
yerləşdirilir, tələbə qiymət ala bilmir.
Kənar bazalarda yerləşən kafedra-
lardan fərqli olaraq Tədris Terapev-
tik Klinikada rezidentlərlə iş yüksək
səviyyədə təşkil olunubdur. Rezident
rəhbərinin ən azı 8 il iş təcrübəsi
olmalıdır. Kafedra müdirləri bu
məsələləri diqqətdə saxlamalıdırlar”.
S.Əliyev vurğuladı ki, əgər Avropa
təhsil sisteminə inteqrasiyadan danışı-
rıqsa, aparılan mühazirələrin, məşğələ
dərslərinin qaydalarını dəyişməli,
dünyada baş verən yeniliklərin
gecikmədən ölkəyə gətirilməsinə nail
olmalıyıq.
Sonra Azərbaycan Respublikası
Səhiyyə Nazirliyinin Analitik Ekspertiza
Mərkəzinin baş mütəxəssisi Gülnarə
Daşdəmirova tibbi istifadəsinə icazə
verilmiş dərman vasitələrinin əlavə
təsirlərinə nəzarət üzrə təlimat haq-
qında toplantı iştirakçılarına ətraflı
məlumat verdi.
Klinikanın direktoru, professor
Surxay Musayev çıxışlarda səslənən
fikirlərə münasibətini açıqlamaqla
bərabər bəzi suallara da aydınlıq
gətirdi. O, mərkəzi laboratoriyada
və rentgen şöbəsində xəstələrin
növbəsini nizamlamaq üçün monitor-
ların quraşdırıldığını, yaxın gələcəkdə
qan bankının yaradılacağını və sü-
mük iliyi transplantasiyasına hazırlıq
işlərinin aparıldığını toplantı iştirakçı-
larının nəzərinə çatdırdı. Ən müasir
avadanlıqlarla təchiz olunan klinikada
bəzi həkimlərin müayinə üçün xəstələri
başqa klinikalara göndərməsini uni-
versitetimizin müsbət imicinə vuru-
lan zərbə kimi qiymətləndirərək belə
hallara qarşı sərt tədbirlər görüləcəyini
vurğuladı.
Sonda bir daha qonaqlara, Səhiyyə
Nazirliyinin Analitik Ekspertiza
Mərkəzinin direktor müavini Pərvanə
xanım Şəfiyevaya təşəkkürünü çat-
dıran Surxay Musayev universite-
timizin rektoru, akademik Əhliman
Əmiraslanovun xüsusi diqqət və qay-
ğısını daim öz üzərlərində hiss edən
klinika əməkdaşlarının bundan sonra
da bütün potensiallarını ortaya qoya-
caqlarına əminliyini bildirdi.
Arif MƏMMƏDLİ
F
evralın 13-də Tədris Terapevtik Klinikanın Tibbi Şu ra sı nın
genişləndirilmiş toplantısı oldu. Tibbi personalın qatıldığı
toplantını klinikanın direktoru, professor Surxay Musayev açaraq
gündəlikdə duran məsələləri diqqətə çatdırdı.
Tibbi Şuranın genişləndirilmiş toplantısında
S.Musayev:
«Ən müasir avadanlıqlarla təchiz olunan klinikada
bəzi həkimlərin xəstələri müayinə üçün başqa
klinikalara göndərməsi universitetimizin müsbət
imicinə vurulan zərbədir»
Fotolar Cənnətalı Çingizindir