AZƏRBAYCAN RESPUBLİKASI TƏHSİL NAZİRLİYİ
AZƏRBAYCAN DÖVLƏT İQTİSAD UNİVERSİTETİ
FAKULTƏ: “Əmtəəşünaslıq”
İXTİSAS:”İstehlak mallarının ekspertizası və marketinqi”
B U R A X I L I Ş İ Ş İ
Mövzu: Ağac xammalı və yarımfabrikatlarının çeşidi və
keyfiyyətinin ekspertizası
İşin rəhbəri: b/m Q.Z.Cabbarova
Tələbə: Babayeva Ülkər Təyyar
Bölmə: azərbaycan
Qrup:
310
“Təsdiq edirəm”
Kafedra müdiri:
prof.Ə.P.Həsənov
“
”
BAKI 2015
4
Mündəricat.
səh
Giriş.......................................................................................................... 4
I.Nəzəri hissə.
1.1. Ağac və ağac materiallarının əhəmiyyəti və onların xalq
təsərüffatında rolu.................................................................................... 8
1.2. Ağacın tərkibi, quruluşu və xassələrinin təhlili................................. 14
1.3. Ağac cinslərinin təsnifatı və onların növlərinin xarakteristikası....... 29
1.4. Ağacın keyfiyyətinin təyini metodları............................................... 38
II.Təcrübi hissə.
2.1. İstehlak bazarına daxil olan ağac xammalı və yarımfabrikatlarının
çeşid xarakteristikası............................................................................... 40
2.2. İstehlak bazarına daxil olan ağac xammalı və yarımfabrikatlarında
rast gəlinən nöqsanlar...............................................................................43
2.3. İstehlak bazarına daxil olan ağac xammalı və yarımfabrikatlarının
keyfiyyətinin təhlili................................................................................... 48
2.4. İstehlak bazarına daxil olan ağac xammalının və yarımfabrikatının
qorunub saxlanmasına kömək edən amillər.............................................. 50
Nəticə və təkliflər................................................................................... 53
Ədəbiyyat................................................................................................ 56
5
Giriş.
Ağac təbii xammal və ya istifadə vasitəsi kimi insanlara çox qədimdən
məlumdur. Lakin onun çürüyən olması tarixi qalıqlar kimi onu 300 illik dövürdən o
yana dərinliklərdə öyrənməyə imkan vermir. Lakin təhlil və müşahidələr, bədii və
tarixi əsərlər bu sahədə çoxlu məlumatlar olduğunu təsdiq edir və mülahizələr irəli
sürməyə imkan verir. Məsələn, dahi şair Nizami Gəncəvinin əsərlərində (hələ 2-ci
minilliyin əvvəllərində yaşamış) çoxlu musiqi alətlərinin, ağac ev əşyalarının və
bəzəklərin adları çəkilir. Bu da ağacdan material kimi ən mükəmməl formada istifadə
edildiyini ifadə edir. Həm eramızdan əvvəl insanlar ağacdan təkcə tikinti materialı
kimi deyil, həm də alət, bəzək əşyaları, daha sonralar isə yanacaq, kimyəvi xammal,
kömür (metallurgiya üçün), qətran, qətranlı kanatlar, şüşə istehsalında kül, yanacaq və
s. kimi, ağac gəmilərin, sal və bərələrin hazırlanmasında, toxuculuq istehsalında, digər
nəqliyyat vasitələri, alət, kağız və s. istehsalında istifadə etmişlər.
Hazırki dövürdə də ağac ən müasir xammal mənbəyi hesab edilir. Çoxlu taxta
şalban, mişar materialı, oduncaq, yonqarlı plitələri, siyrilmiş materiallar, fanerlər
ağacdan istifadə edilməklə hazırlanır. Ağac artıq sellüloza, kağız, ipək, lif, plenka,
dərman maddələri və çoxlu sayda digər qiymətli materiallar istehsalı üçün əsas
xammal mənbəidir. Ağacın insan həyatında rolu böyükdür. Təbiətin zənginliyi, xüsusi
ilə torpağın bərəkətlənməsi, havanın, ekoloji mühitin təmizlənməsi, sel və daşqınların,
torpaq sürüşmələrinin qarşısının alınması, heyvandarlıq və bitkiçilik məhsulları
6
istehsalının inkişaf etdirilməsi, bütün imkanlarda təbii mühitin insan orqanizmi üçün
ən faydalı iqlimə və ya mühitə çevrilməsi sahəsində ağacın bir elm kimi
(ağacşünaslıq) böyük rolu vardır. Dünyada Yer kürəsi üzrə torpaq sahəsinin 1/3 meşə
örtüyüdür. Burada 300 mlrd. m
3
–dən çox ağac ehtiyatı vardır. Insanlar hər il 250-260
mln m
3
ağac tədarük edir, bu da kiloqram (çəki ) hesabı ilə götürülsə metal
istehsalından 20 dəfə, sement istehsalından 20 dəfə, plastikatlar istehsalından 270 dəfə
çoxdur.
2005- ci ilin hesablamaları göstərir ki, Yer kürəsində girdə meşə materialları
istehsalına tələb 3800-6200 mln.m
3
qədərdir. Gələcəkdə bu rəqəmin tədricən 20
dəfəyə qədər artacağı gözlənir. Digər növlər üzrədə istehlakın artması zərurətini
nəzərə alsaq bu gələcəkdə ağac ehtiyatlarının tükənəcəyi haqqında düşünməyə əsas
verir.
Optimal şəraidə məsələn, bir şam ağacının bir gün ərzində orta hesabla 13,7 q.
sellüloza, 8,2 q. liqnin, 6,5q. polioz, 0,3 q ekstrativ maddə, bir sözlə 56 sm yəni 27,7 q
həcmində ağac materialı istehsal edə bildiyini nəzərə alsaq bu normal iqlim şəraitində
il ərzində hər hektarda 3-5 m
3
material istehsalı deməkdir. Göründüyü kimi bu artım
yuxarıda qeyd edilən tələbatın çox kiçik bir hissəsini ödəyir. Belə çıxır ki, artıq
təqribən 10 il müddətində Yer səthində meşə örtüyünün sahəsi torpaq sahələrinin 23-
25 %-nə qədər enməli olacaqdır. Inkişaf etmiş ölkələrdə, xüsusilə şəhər sıxlığı artan
rayonlarda meşə sahələri ciddi məhv edilməli olacaqdır.
7
Azərbaycanın
ərazisinin
təqribən
11%-i
meşələrlə
örtülmüşdür.
Respublikamızın meşələrində əhəmiyyətli müxtəlif ağac cinsləri bitir. Lakin onların
həcmi az olduğuna görə respublikamızın ağac materiallarına tələbatını ödəyə bilmir.
Odur ki, respublikamızın ağac materiallarına olan tələbatı xarici ölkələrdən, xüsusən
Rusiya Federasiyasından gətirilən ağacların hesabına ödənilir.
Ağacın kimyəvi emalı, xüsusilə selüloza istehsalı daha çox ağac tələb edir.
Hazırda əhalinin hər nəfəri il ərzində ABŞ-da 566 kq, Kanadada 558 kq, Yponiyada
192 kq, MDB ölkələri üzrə 324 kq kağız-karton və ya ondan olan məmulat növləri
istehlak edir.
Ağacdan çoxlu istehlak malları olur. Ağac istər adi bitki növü, oduncaq, yem
maddəsi və istərsədə tikinti materialı, oduncaq, təsərrüfat əşyaları, mebel bəzək
əşyaları kimi insan istehlakında geniş yer tutur. Müasir mebel sənayesi ağac istehlak
edən iri sənaye sahəsidir.
Bundan əlavə ağacşünaslıq və meşə əmtəəşünaslığı özü bir elm kimi geniş
inkişaf etmişdir. Müasir bazar iqtisadiyyatı şəraitində ağacın və ağac materiallarının
istehlak malı kimi öyrənilməsinə böyük ehtiyac duyulur. Yuxarıda göstərilənlərə
əsasən “Ağac xammalı və yarımfabrikatlarının çeşidi və keyfiyyətinin ekspertizası”na
həsr olunmuş buraxılış işinin mövzusu aktual və müasir sayıla bilər. Buraxılış işinin
mövzusu onun məqsədini aydın göstərir. Əsas məqsədə nail olmaq üçün buraxılış
işində aşağıdakı vəzifələr yerinə yetirilmişdir.
8
1. Ağac və ağac materiallarının əhəmiyyəti və onların xalq təsərrüfatında
tutduğu mövqe.
2. Ağacın tərkibi, quruluşu və xassələrinin təhlili.
3. Ağac cinslərinin təsnifatı və onların növlərinin xarakteristikası.
4. Ağacın keyfiyyətinin təyini metodları
5. İstehlak bazarına daxil olan ağac yarımfabrikatlarının çeşid xarakteristikası
və rast gəlinən nöqsanlar.
6. İstehlak bazarına daxil olan ağac yarımfabrikatlarının keyfiyyətinin təhlili və
qorunub saxlanmasına kömək edən amillər.
Buraxılış işinin sonunda nəticə və təkiliflər yazılmış, ədəbiyyat siyahısı
verilmişdir. Buraxılış işinin yazılmasında müxtəlif ədəbiyyatlardan, internet
materiallarından və Azərbaycanın statistik göstəricilərindən istifadə edilmişdir.
9
Nəzəri hissə.
1.1. Ağac və ağac materiallarının əhəmiyyəti və
onların xalq təsərüffatında rolu.
Azərbaycan ərazisində ağac ehtiyatı onun tələbatına və istehlakına nəzərən
olduqca azdır. Azərbaycan respublikası ərazisinin təqribən 11%-i meşələrlə
örtülmüşdür. Bu meşələr su tənzimedici, torpaqqoruyucu, eləcədə sənaye və təsərrüfat
əhəmiyyətinə malikdir. Meşələrin 90 %-dən çoxu dağ meşələridir.
Meşələrimizdə bitən ağaclar, başlıca olaraq enliyarpaqlı ağaclardır. Meşə
əmələgətirən əsas ağac cinslərindən ən geniş yayılanı şərq fıstığı (31,9 %), qafqaz
vələsi (26,0 %) və müxtəlif palıd ağaclarıdır (23,4 %-i).
Ümumiyyətlə Azərbaycanda 36 fəsiləyə aid olan 107 növdə ağac bitir ki,
onlardan ancaq bir qismi təsərrüfat əhəmiyyətinə malikdir.
Buna görə də Azərbaycan respublikasına ağac materialları ən çox xarici
ölkələrdən, xüsusilə Müstəqil Dövlətlər Birliyi ölkələrinin ərazisindən gətirilir. Bu
dövlətlər isə keçmiş SSRİ məkanında yerləşir. Həmin ərazilərdə dünya üzrə meşə
ehtiyatının üçdən biri qədər meşə ehtiyatı vardır. Bütün meşə ərazisinin 80%-ə
qədərində isə əksərən iynəyarpaqlı ağaclar bitir.
Söz yox ki, ağacın böyük sənaye əhəmiyyəti vardır. Ağac mebel, oyuncaq,
musiqi alətləri, radioqəbuledicilər, televizorlar, tikinti, nəqliyyat, mədən sənayesi
10
tikintisi, kağız-karton istehsalı, hidroliz və meşə kimyası sənayesi sahələri üçün ən
universal material növü hesab edilir. Onlar girdə meşə materialı, taxta-şalban, mişar
materialı, faner, plitə, yarımfabrikat məmulat, konstruksiya və hissələr və s. formada
işlədilə bilir. Məsələn təkcə tara istehsalına mebel istehsalına tələb olunandan bir neçə
dəfə çox ağac işlədilir. Ağac-kibrit, idman inventarları, plitə, spirt, qətran, aşılayıcı
maddələr və s. istehsalı üçün də tükənməz xammal mənbəidir. Ağacdan bina və
qurğuların tikintisində, dəmiryol, gəmi və vaqon inşaatında, kömür mədənlərində,
habelə faner, kağız, tara, mebel və digər ağac materialları istehsalında küllü miqdarda
istifadə edilir. Toxuculuq və kimya sənayesi də ipək və yun parça, spirt və çoxlu
kimyəvi məhsullar (plastik kütlələr, lak, yapışqan) istehsalı üçün çoxlu miqdarda ağac
sellülozu tələb edir.
Texnikanın müasir vəziyyətində 1 m
3
ağacdan 1500 m ipək parça, 200-250 kq
kağız, 300 kq şəkər, 60 l çaxır spirti əldə etmək olar.
Qədimdə ağac yalnız yanacaq və inşaat materialı idi: indi isə ondan paltar,
yaxşı ayaqqabı, divar üçün bəzəkli örtük və xalq tərəfindən istifadə edilən bir çox
digər predmetlər hazırlanır.
Ağacdan istifadə edilməsi sahəsində elm yeni-yeni perispektivlər və imkanlar
açır. Ağacdan süni gön və qaragül xəzi istehsal etmək üsulları tapılmış və həyata
keçirilmişdir.
Təbii ağac qiymətli material olmaqla, bir sıra üstün cəhətləri ilə də xarakterizə
olunur. Ağac təbiətdə geniş yayılmışdır; daima təzələnə bilər, asanlıqla emaldan və
11
bəzək əməliyyatından keçirilir, çəkisi yüngül olmaqla, yüksək dərəcədə möhkəmdir,
istiliyi izoləetmə xassəsinə malikdir, istidən olduqca az genişlənir, turşu, qələvi və qaz
təsirinə yüksək müqavimət göstərir, yaxşı yapışdırılır və dekorativ zahiri görünüşə
malikdir, zərbəyə, səsə, titrəyişə və s. kifayət qədər davamlıdır. Xarici görünüşü tez-
tez təzələnə bilir. Gözəl xarici görünüşə malikdir. Cürbəcür konstruktiv məmulat
istehsal etməyə imkan verir. Lakin ağacın müsbət xassələri ilə yanaşı, bir sıra
çatışmayan mənfi cəhətləridə vardır. Bioloji mənşəyinə görə ağac çürüməyə və
yanmaya məruz qalır. Quruluşu bircinsli olmadığından aniztrop materialdır. Belə ki,
liflər boyu fiziki- mexaniki xasələri (dartılmada, sıxılmada möhkəmlik həddi, istilik
keçirmə əmsalı və s.) liflərin eni istiqamətindəki xassələrdən çox fərqlənir. Ağac
hiqroskopik xassəyə malik olduğundan ətraf havanın nəmliyi və temperaturu
dəyişdikdə onun ölçüləri dəyişir və nəticədə qabarıb çartlayır. Məsələn, o, öz
formasını tez itirə bilir (quruyur, əyilir, çatlayır), mexaniki möhkəmliyi qeyri-bərabər
və dəyişkəndir və xeyli hiqroskopik olmaqla, çürüməyə və həşərat tərəfindən
zədələnməyə qarşı az müqavimət göstərir.
Ağacın mənfi cəhətləri, onu qurutmaq, lazımi mayelər hopdurmaq, presləmək,
üzünə qoruyucu üzlük çəkmək, konstruksiyalarda ağac detalları düzgün yerləşdirmək
və texnoloji emal prosesində düzgün rejim saxlamaq yolu ilə ləğv edilə bilər.
Məsələnin xeyirli cəhəti ondadır ki, ağac boldur və digər kimyəvi-fiziki emal
üsulları ilə ağacın istismar xassələrini və istismar davamlılığını xeyli artırmaq,
yaxşılaşdırmaq olur.
12
Oduncaq materialı çoxlu müsbət xassələrinə görə inşaat işlərində istifadə edilən
ən qədim materiallardan biridir.
Oduncaq, yüksək material olmaqla bərabər, nisbətən yüksək möhkəmliyə
malikdir. Xüsusilə oduncağın liflər boyu sıxılma və dartılmada müqaviməti
yüksəkdir. Oduncağın istilik keçirmə əmsalı kiçik, istilik tutumu böyükdür. Asanlıqla
mexaniki emal edilən oduncağa hidro termik təsir etməklə elastikliyini artırmaq və
onu plastik material kimi müxtəlif formaya salmaq mümkündür. Meşə çox olan
sahələrdə yerli material olan ağacın qiymətidə ucuzdur.
Ağacın möhkəmlik göstəriciləri, onun ağacın gövdəsində hündürlük və radius
istiqamətində tutduğu mövqedən asılı olaraq müxtəlif olur. Lakin müvafiq tədbirlər
görməklə ağacda göstərilən nöqsanların, demək olar ki, əksəriyyətini aradan
qaldırmaq mümkündür.
Azərbaycan respublikası müstəqillik əldə etdikdən sonra ağac istehsalı kəsirlə
yerinə yetirilir. Son 3 il ərzində ölkədə baş vermiş siyasi-ictimai və iqtisadi
dəyişikliklər başqa sahələrdə olduğu kimi bu sahədə də öz əksini tapmışdır.
Azərbaycanda ağacın emalı və ağacdan olan məmulatların həcmi və faktiki
qiymətlərinin vəziyyəti hal-hazırda aşağıdakı kimidir.
1 nömrəli cədvəldən göründüyü kimi Azərbaycanda 2010-ci ildə 18,4 milyon
manatlıq ağac istehsal edilmişdirsə 2012-cu ildə 15,6 milyon manatlıq ağac istehsal
edilmişdir.
13
(Həcmi, faktiki qiymətləri, milyon manat)
Cədvəl 1.
2003
2005
2007
2008
2010
2012
Ağacın emalı və
ağacdan
olan
məmulatların
istehsalı
1,9
4,6
9,6
12,2
18,4
15,6
Aşağıdakı cədvəldə Azərbaycanda oduncaq və ağac məmulatlarının istehsalı
haqda məlumat verilmişdir. Iqtisadi fəaliyyət növləri üzrə sənaye istehsalının
strukturu, ümumi yekunu nisbətən, 2003-ci ilin müqayisəli qiymətləri ilə %-lə aşağıda
göstərilmişdir.
(2003-ci ilin müqayisəli qiyməti, %-lə)
Cədvəl 2.
2003
2005
2007
2008
2010
2012
Oduncaqların və
ağac
məmulatlarının
istehsalı
0,1
0,1
0,1
0,1
0,03
0,05
14
Cədvəldən göründüyü kimi hazır ağac məmulatlarının 2010-ci ildə 0,03 istehsal
edilmişdirsə, 2012-ci ildə isə 0,05 istehsal edilmişdir.
15
1.2.
Ağacın tərkibi, quruluşu və xassələrinin təhlili.
Ağac kifayət qədər bitib inkişaf etmiş və formalaşmış bitki növünə deyilir. Ağac
quruluşca kökdən, gövdədən (lülədən) və çətirdən ibarət olur. Ağacın çətri
budaqlardan və yarpaqlardan ibarətdir. Ağacın çətri onun həyata inkişafa çağıran
hissəsidir. O həmişə ağacın yuxarı uclarına doğru çoxalır. Burada hər bir pöhrə və ya
budaqlarda yarpaqların, çiçək və tumurcuqların köməyi ilə böyük təbii kimyəvi-
bioloji proseslər gedir. Bu proseslərin əsasını fotosintez hadisəsi təşkil edir.
Fotosintez zamanı ağac öz gövdəsindən kökləri vasitəsi ilə çəkdiyi daha duru üzvi
maddələri irəli çıxarmaqla onların günəş, işıq, hava, rütubət, istilik, tənəffüs
rabitələrini qurur. Beləliklə havadan udulan karbon qazı torpaqdan udulan sulu
məhlulla birləşərək işıq enerjisinin köməyi ilə ağacın gövdəsi üçün daha çox lazım
olan mürəkkəb üzvi maddələrə çevrilirlər. Onlar müxtəlif maddələr şəklində, habelə
canlı hüceyrələr şəklində ağacın gövdəsinə, onun divarlarına çökür, toxumalar əmələ
gətirir. Burada digər fizioloji proseslərdə baş verir: nəfəsalma, qidalanma, qida
madələrinin hərəkəti, suyun buxarlanması, oksigenin ayrılması və s. Həmin
proseslərin qarşılıqlı təsiri nəticəsində ağac böyüyür, inkişaf edir. Ağacın çətiri ağac
gövdəsinin ümumi həcminin iynəyarpaqlı ağaclarda 6-10 %-ni, adi yarpaq ağaclarda
isə 10-20 %-ni əhatə edə bilir. Əlbəttə bu ağac cinslərinə görə fərqli ola bilir (bax
cədvəl 1. ). Məsələn, tozağacında gövdənin 78-90 %-i, görüşdə isə 55-70 %-i lülənin
payına düşür. Deməli, onlarda çətirin və köklərin payıda müvafiq surətdə dəyişir.
Kəsilmiş ağacın canlı budaqlarından, lülənin təpə hissələrindən yanacaq talaşları,
16
karton, ağac lifli tava, kimya xammalı, yem, vitamin unu, bir qədər canlı budaqlardan
dəyənək, hörmə və əymə mebel hissələri, zənbil istehsalında istifadə edilə bilər.
Ağacın çətiri qiymətli xammaldır. Lakin əksər hallarda bundan meşə-meşə kimyası
emalında və digər sahələrdə düzgün və geniş istifadə edilə bilmir.
Cədvəl 3.
Ağac hissələrinin gövdə tərkibində xüsusi çəkisi, %-lə
Ağacın lüləsi,
Ağacın kökləri,
Ağacın budaqları
Qaraşam
77-82
12-15
6-8
Şam ağacı
65-77
15-25
8-10
Göyrüş
55-70
15-25
15-20
Tozağacı
78-90
5-12
5-10
Fısdıq
55-70
20-25
10-20
Ağcaqayın
65-75
15-20
10-15
Ağacın kökü onu torpaqda olan qida maddələri ilə təmin etmək və onu onun
yerdə möhkəm dayanmasını, ətraf mühitin təsirindən mühafizə edilmsini təmin etmək
üçündür. Rütubətlə qarışıq olan qidalı maddələr ağacın gövdəsinə, yəni lüləsinə budaq
və şaxələrinə daxil olur. Tərkibdə gedən maddələr mübadiləsi vasitəsilə onun tərkib
toxumalarını yaradır, qida ehtiyatlarını toplayır və paylayır. Ağacın kökləri onun
gövdəsinin 15-25 %-ə əhatə edə bilir. Ağac cinslərindən asılı olaraq bu 5-10 %-ə
17
qədər də (məsələn tozağacında) ola bilir. Ağacda köklərin yayılması onların cinsindən
və iqlim şəraitindən asılı olaraq müxtəlif olur. Məsələn, iynəyarpaq ağaclarda və bəzi
adiyarpaq ağaclarda (məsələn, qozda) köklər dərinə doğru çox inkişaf edir. Lakin
əksər adiyarpaq ağaclarda isə şaxələnmiş şəkildə olur. Ağacın kökü xeyli oduncağa
malikdir, həm də onun tərkibində aşılayıcı, rəngləyici, vitaminli, qidalı və s. kimi
çoxlu yararlı maddələr olur. Laikn onları emal etmək çətin olur. Çünki torpağın
altında olur. Ağacın kökündən, qabığından, gövdəsindən skipidar, kanifol, spirt və s.
istehsal etmək üçün istifadə edilir. Əsasən meşə kimyası xammalıdır. Yanacaq,
oduncaq məhsulları kimi də istifadə edilə bilər.
Əmtəəşünaslıqda ağacın lülə hissəsi daha geniş öyrənilir. Çünki, bütövlükdə
mebel sənayesinin, tikinti, yanacaq-energetika istehsalının inkişafı ən çox ağac
materialları istehsalına istinad edilir.
Lülə - buna bir sıra ədəbiyyatda gövdə, oduncaq və s. kimi adlarla da müraciət
edirlər. Lülə ağacın kökü ilə çətiri arasında yerləşən və ağacın gövdəsini bir-biri ilə
əlaqələndirən əsas hissəsidir. Cədvəl 1-də verildiyi kimi, ağacın gövdəsinin 65-90 %-ə
qədərini əhatə edə bilir. Bir sözlə ağacın əsas hissəsidir. Ağac materialları və ağac
yarımfabrikatları istehsalında ən geniş istifadə edilən, tükənməz, rəngarəg, zəngin
çeşiddə xassələrə malik material mənbəsidir. Ağacın üstün cəhətləri çoxdur. Onun
çatışmayan cəhəti təbii olması, yəni əyri, zədəli, qüsurlu olması, həmçinin çürüməyə,
dağıdıcılara az davamlı olması, yana bilməsidir. Ağacda yanma qabiliyyəti məişət-
tikinti əşyaları üçün nəzərdə tutulduqda zərərli hesab edilir. Lakin, yanacağın,
18
energetika məhsulları kimi baxımdan yanma və istilik əmələ gətirmə qabiliyyəti xeyli
üstün cəhətdir. Meşə kimyası sənayesi emalında isə ağacın çürüməsi, qıcqırması,
göbələk əmələ gətirməsi, qələvi və turşularda, digər həlledicilərdə hidroliz edilə
bilməsi onun üstün cəhətidir.
Qeyd etmək lazımdır ki, ağacın lüləsi elə bir başa ağac adlanır və onun quruluşu
iki
istiqamətdə
yəni
mikroquruluş
və
makroquruluş
kimi
öyrənilir.
Oduncaqşünaslıqda ağacın daha zərif mikroquruluşda, ağac kimyası sahəsində isə
maddə quruluşu kimi öyrənilməsinədə fikir verilir.
Ağacın (lülənin) mikroquruluşu dedikdə onun qalınlığını (gövdəsini) əmələ
gətirən qat və layların, onların ayrı-ayrı elementlərinin və bir-biri ilə əlaqəsinin
müşüahidə edilməsi başa düşülür. Bu əksər hallarda adi gözlə müşahidə etməklə
həyata keçirilir. Lakin bu zaman ağacın köndələn kəsiyi istiqamətində, həm də
tangental və radial kəsik istiqamətlərində öyrənilməsi lazım gələn əsas anlayışları və
əlamətləri tanımaq lazım gəlir. Ağacın hər üç istiqamətdə kəsiyinin birgə sxemi
aşağıda (sxem 1) verilmişdir. Əlbəttə bu əslində kəsiyin ancaq köndələn (torsial),
mərkəzdən keçməklə uzununa (radial) və mərkəzdən keçməklə yan uzunun
(tangental) kəsiklərin necə olduğunu izah etmək üçündür. Lakin hər bir istiqamətdə
kəsiyin ayrıca xarakterizə edilməsinə ehtiyac vardır.
Köndələn kəsik (en kəsiyi) – bu ağacın bütün diametri boyunca onun uzununa
perpendikulyar olan kəsikdir. Burada ağacın lif ucları lay (qat) şəklində üzükvari
formada görünüşüdür. Bu lif və ya laylar hamısı ağacın lüləsi boyu paralel yerləşmiş
19
olur. Lülənin ümumi quruluşu bir qədər konusvari olduğunda həmin kəsiklərin
görünüşüdə ağacın lüləsinin başlanğıcından (kök tərəfdən) sonuna qəsər (çətirə doğru)
müxtəlif səviyyələrdə dəyişə bilər. Çünki, ağacın lüləsinin ən çox inkişaf etmiş hissəsi
onun kökünə yaxın olur. Əlbətdə müəyyən zonalar üzrə ağacı xarakterizə etmək üçün
ən yaxşı məlumat verən və gözəl xarici görünüş yaradan quruluşdur. Tangental
(köndələn) kəsik boyu ağacı lay (şpon, faner) şəklində doğradıqda (siyirdikdə) o, çox
zəngin və sürtülməyə davamlı tekstura yaradır. Bundan mebel, musiqi aləti və digər
dekorativ bəzəklərin üzlənməsi, hazırlanması üçün geniş istifadə edilir.
Köndələn kəsik kənardan mərkəzə doğru getdikcə qabıq, lub, kombi, üst
oduncaq, nüvə, özək və illik qat laylarına ayrılırlar. Burada özək şüaları, gecikmiş və
inkişaf etmiş zonalar, bütövlüyü xarakterizə edən əlamətlər (qat, nüvə, özək, ağ
oduncaq və s. ) də müşahidə edilir. Bunlardan tədricən tündləşən və solğun rənglə
ayrılan yaş həlqələri ağacın yaşını müəyyən etmək üçün, həm də ağacın testurası və
içi barədə məlumatlar almaq üçün ən əhəmiyyətlidir. Köndələn kəsik ağacın
keyfiyyəti haqqında köklü fikir söyləməyə imkan verir. Yaş həlqələri, nüvə və
oduncaq ağacın cinsini də təyin etməyə kömək edir. Məsələn, yaşlı ağaclarda kənara
doğru qatlar olur. Iynəyarpaqlı ağaclarda yaş həlqələri çətin fərqlənir və s.
Radial kəsikdə - ağacın mərkəzindən kənara doğru layların yerləşməsi
xüsusiyyəti görünür. Buradan liflərin və toxumaların düzülüşü, bir-birinə meyli, öz
aralarında olan digər əlaqələri, ağacda özək şüalarının yayılması xüsusiyyətləri və ya
20
onların olub-olmaması, ağacın budaqlarının mərkəzlə əlaqəsi, onların xarakteri və s.
aydın müşahdə edilir.
Tangental kəsik – mərkəzdən keçməməklə yan kəsikdir: Bu, ağacın lüləsi
konusvari olduğuna görə onun yaş laylarının bir müstəviyə keçməsi xüsusiyyətini,
yəni ağacın özünə məxsus teksturasını, bəzəyini, sıxlığını və digər keyfiyyət
əlamətlərini müqayisə etmək üçün vacib olur.
Ağacın hər üç istiqamətlərdə makroquruluşu kifayət qədər məlumat
çatdırmadıqda onlara mikroskop altındada baxıla bilər.
Qabıq – oduncağı və kombi qatını xaricdən örtür, gözlə görünəndir. Özüdə üst
(xarici) və alt (lub) qabıq qatına ayrılır. Bilavasitə kombiyə bitişir. Qabıq gövdəni
kəskin temperatur dəyişmələrindən, nəmliyi itirməkdən və ya içəri buraxmaqdan,
ağacı çürüməkdən, göbələkdən, bakteriaların oduncağa daxil olmasından, mexaniki
zədələnmələrdən qoruyur. Lub qabıq qatının altında yerləşdiyi üçün bir qədər cavan
və tərkibi zəngin olur. O bir tərəfdən qida ehtiyatını özündə cəmləşdirə bilir, digər
tərəfdən isə seyrək məsaməli mühafizə toxumları əmələ gətirir və köhnəlmiş
elementlərin ağacın səthinə çıxmasına şərait yaradır. Qabıq ağacın qalınlığının 8 %-
dən 25 %-ə qədərini (məsələ, mantar ağacında) əhatə edə bilir. Tərkibində aşılayıcı
maddələr çox olur. Gön aşılaması üçün maddələr alınmasına, tıxac istehsalına, yaxşı
istilik izolə edən pilitələr, gəmi izolyatorları istehsalına, yüngül ayaqqabı hissələri
(daban) istehsalına işlədilə bilir.
21
Kombi – ağacın həyat layıdır. Çox nazikdir, lakin yaşdır və gözlə görünəndir.
Qida daşıyıcısıdır. Yaz, yay və payız aylarında cana gəlir və ağacın inkişafına səbəb
olur. Toxumalar kombidə yaranır, ən çox içəri oduncaq tərəfə, qisməndə qabıq tərəfə
yığılır. Kombi özü ağac böyüdükcə oduncağın səthinə tərəf sıxılır.
Oduncaq – ağacın qabıq altında olan bütün hissələrini özündə birləşdirir. O çoxlu
yaş qatlarından, toxumalardan və özək şüalarından ibarət olur. Xarici hissəsinə
zabalon deyilir. Didilmiş, yumuşaq, işıqlı, lakin çürüməyə az davamlı olan mexaniki
cəhətdən yumuşaq hesab edilən hissədir. Əsasən cavan hüceyrələrdən təşkil olur. Açıq
rənglidir. Nüvəsiz ağaclarda oduncağın demək olar ki, hamısı zabalona oxşayır. Onun
tərkibində rəngli, aşılayıcı maddələr və qətranlar az olur. Lakin qida elementləri və
qida yollarının izi zabalonda çox və nisbətən geniş olur. Qoca palıdda zabalon demək
olar ki, olmur.
Nüvə - ağacın oduncağının tünd hissəsinə deyilir. Ağacın fizioloji proseslərdə
iştirak etməyən, başqa sözlə desək canlı elementləri susmuş olan hissəsidir. Ağac yaşa
dolduqca onda nüvə əmələ gələ bilir. Yəni canlı elementlər ölür, su keçirici yollar
tutulur və mərkəzi hissədə ekstraktiv maddələrin yığılması baş verir. Nəticədə tünd
rəng alınır. Belə ağac cinslərinə nüvəli ağac cinsləri deyilir. Lakin nüvəsiz ağacların
bəzilərində mərkəz hissədə nəmlik kənara nisbətən az olur. Belə ağaclara yetişkən
oduncaqlı ağaclar deyilir. Lakin rəng mərkəzdən kənara getdikcə fərqlənmirsə belə
ağaclara üsr oduncaqlı (zabalon) ağac cinsləri deyilir.
22
Nüvəli iynəyarpaqlı ağacları – qaraşam, şam ağacı, sidr, ardıc və qaraçöhrə;
nüvəli enliyarpaqlı ağaclara – palıd, göyrüş, qarağac, şabalıd, ağ akasiya, püstə, tut
ağacı, azat, çinar, qoz, qovaq, söyüd, meşə gilası, alma, və digər ağaclar misal ola
bilər.
Nüvəsiz (yetişkən oduncaqlı) iynəyarpaqlı ağaclara küknar, ağ şam, nüvəsiz və
enliyarpaqlı ağaclara isə toz ağacı, qızılağac, fısdıq, əsmə qovaq, vələs, ağcaqayın,
armud və digər ağaclar aid edilir.
Nüvə ölü toxumalarla, aşılayıcı, boyayıcı və qətranlı maddələrlə zəngin olduğu
üçün tutqun rəngli mexaniki cəhətdən möhkəm çürüməyə qarşı davamlı olur. O
ağacda 20-35 il müddətində formalaşır. Nüvəli ağac cinslərində bu 3-5 ilədək
müddətədə formalaşa bilir. Onların sıxlığı həcmi çəkisi çox olur. Xüsusilə rütubətli
yağlı məhsulları saxlamaq üçün tara istehsalına daha çox yarayır. Dəmiryolu şpalı,
körpü, liman tikintisinə, teksturalı şpon, faner istehsalına işlədilir. Özək – ağacın
lüləsində ən mərkəzi hissəyə deyilir. Onlar bir-biri ilə zəif əlaqələndirilmiş
hüceyrələrdən ibarət olur. Ağacda inkişafının ilk illəri ərzində 2-5 mm qədər
diametrdə boru kimi olur. Iynəyarpaqlı ağaclarda adiyarpaq ağac cinslərində olduğuna
nisbətən özək çox kiçik olur. Odur ki, emal zamanı ağacın özək hissəsi əsasən atılır.
Yaş qatları (həlqələri) – ağacın il ərzində inkişafını xarakterizə edən əlamətdir.
Ağacın en kəsiyində həlqəvari şəkildə tünd və açıq rənglərlə fərqlənir. Onların sayı
ağacın yaşına bərabər olur. Lakin çətin qidalanma şəraitində bir yaş həlqəsi iki ilə
əmələ gələ bilir. Münbit şəraitdə isə bir ildə kəskin fərqlənməyən iki yaş həlqəsi
23
əmələ gələ bilir. Yaş həlqələri dairəvi, oval, ellipis və qarışıq şəkildə yayıla bilir.
Onların qalınlığı ağacın cinsindən və mühitindən asılı olaraq 1-10 mm arasında
fərqlənə bilir. Ağacda yaş həlqələrinin sıxlığı, inkişafı və keyfiyyəti ağacın
keyfiyyətinə və teksturasına çox ciddi təsir edə bilir. Ağacda köhnəlmiş yaş laylarının
çox və sıx olması mexaniki möhkəmliyi və digər davamlılıq göstəricilərini artırır.
Məsələn, yaşlı ağaclarda möhkəmlik cavan ağaclara, yaş həlqəsi seyrək olan ağaclara
nisbətən 25-50 %-ə qədər çox olur. Deməli ağacın kökə yaxın hissəsinində
möhkəmliyi lülənin çətirə yaxın olan hissəsinə nisbətən də 20-25 % yuxarı olur. Bu
ağacın qurumasına, rütubət saxlamasını, həcmi kütləsinə və məsaməliliyinədə təsir
edə bilir.
Ağacın mikroquruluşunun damarların yeri xüsusilə diqqəti cəlb edir. Onlar
ağacda iri və xırda məsamələri əmələ gətirir liflərin ağacın uzununa düzülüşündən
asılı olur. Onu gözlə müşahidə etmək mümkündür. Bu ağacın kökündən çətirə və
çətirindən gövdəyə gedən qida yollarının məcmusudur. Kapilyar boruya bənzəyirlər.
Diametri çox kiçik və müxtəlif olur. Damar və boruların yerləşməsi xüsusiyyəti və
ölçüləri ağacın xarici görünüşünə və teksturasına ciddi təsir edir.
Özək şüaları – ağacın mərkəzindən kənarına doğru yönələn parlaq xəttlərdir. O
bütün ağac cinslərində olur. Lakin enliyarpaq ağaclarda tangental və radial kəsiklərdə
daha aydın hiss edilir. Bu şüalar ağacın möhkəmliyini azaldır, parlaqlığını isə artırır
və onun teksturasını zənginləşdirir. Enliyarpaq ağaclarda özək şüalarının payı 15 %-ə,
iynəyarpaqlılarda isə 5-6 %-ə çata bilir.
24
Cədvəl 4.
Ağacın toxuma quruluşu, %-lə
Toxumanın adı
Iynəyarpaq ağac
Enliyarpaq ağac
traxeid
96,0
_______________
parenxim
1,5
1,3
Menbiroform (lif)
_____________
49,0
Damarlar
_____________
20,0
Özək şüaları
2,0
18,0
Qərtan yolları
0,4
_______________
Ağacın toxuma quruluşu onun mikroquruluşunu tədqiq etməklə daha çox aydın
olur. Burada cədvəl 2-də verilən əsas elementlərin, o cümlədən digər elementlərin
tanınması əsasdır.
Ağac tərkib etibarı ilə çox mürəkkəb və elementlərdən ibarət olmasına
baxmayaraq onun element tərkibi çox sadə və anlaşılandır. Belə ki, ağacların bütün
növləri üzrə demək olar ki, onların tərkibinin 99 %-i üzvi maddələrdə 1 %-i isə qeyri-
üzvi maddələrdən ibarət olur. Mütləq qurur oduncağın üzvi maddələrdən ibarət olan
hissəsinin orta hesabla 49-50 %-i karbondan, 34-44 %-ə qədəri oksigendən, 6 %-ə
qədəri hidrogendən, 0,3-1 %-ə qədəri isə azotdan ibarət olur.
Qeyd etmək lazımdır ki, olduqca az sayda kimyəvi elementlərdən ibarət
olmasına baxmayaraq ağac çox müxtəlif material xassələrinə malik olan xammaldır.
25
Onun maddə tərkibi də çox zəngindir. Bütün bu tərkib elementləri, maddələr, mikro
və makro quruluşlar, toxuma və quruluş elementləri, hətta ətir, rəng, səslənmə və s.
çalarları ağaclarda cinsdən cinsə və oduncağın hissələrinə doğru dəyişir və zəngin
çeşid yaradır.
Sxem 1-də göstərildiyi kimi ağacın kimyəvi tərkib komponentləri aşağı
molekullu və makromalekullu maddələrə ayrılır. Makro malekullu maddələr ağacın
hüceyrə divarını yaradır. Onlar polisaxaridlərdən, yəni sellüloza poliozlardan,
həmçinin liqnindən ibarət olur. Aşağı molekullu komponentlər isə üzvi və qeyri-üzvi
mənşəli və yaxud da ekstraktiv və mineral maddələr kimi öyrənilir. Ağacda
sellülozanın, hemisellülozanın, liqninin və aşağı molekullu maddə komponentlərinin
miqdar nisbəti ağac cinslərindən, onların iqlim şəraitindən və yetişmə dərəcəsindən
asılı olaraq müxtəlif olur, dəyişir.
Bunlardan sellüloza ağacın əsas komponentidir. Iynəyarpaq və adiyarpaq ağac
cinslərinin tərkibinin təqribən yarıya qədəri onun payına düşür. O yüksək molekullu
üzvi birləşmədir.
Poliozlar - ağacın toxuma hüceyrə divarında sellülozaya birləşmiş halda
mövcud olur. Onlar əsasən heksozalar və pentozalar kimi beş neytral pillədə şəkərlər
kimi mövcud olurlar.
26
Sxem 1.
Liqnin – ağacın makrobirləşmələrinin üçüncü əsas tərkib komponentidir.
Liqninin molekulları polisaxaridlərlə müqayisədə tamamilə fərqli quruluş yaradırlar.
O aromatik karbohidrogenlərə aiddir. Iynəyarpaqlı ağaclarda adiyarpaqlı ağaclar
nisbətən liqninin miqdarı çoxdur. Liqnində karbon sellülozaya nisbətən çox olur.
Odur ki kimyəvi cəhətdən davamlı olmur.
O d u n c a q
Aşağı malekullu
maddələr
Polisaxaridlər
Makromalekullu
maddələr
liqnin
Qeyri-üzvi
maddələr
Polioz
(hemisellüloza)
sellüloza
kül
Ekstraktiv
maddələr
Üzvi maddələr
27
Ağacda sellüloza, hemisellüloza və liqninin miqdarı ağac cinslərinə görə
aşağıdakı kimi dəyişə bilir.
Cədvəl 5.
Ağac cinsi
Miqdarı, %-lə
sellüloza
hemisellüloza
liqnin
Iynəyarpaqlı
48-56
23-26
26-30
Enliyarpaq
46-48
26-35
19-28
Göründüyü kimi bu nisbətlər ağac cinslərindən daha çox ağacın cavanlığından
daha çox asılı ola bilir. Məsələn, cavan enliyarpaqlı ağacda sellülozanın miqdarı
adiyarpaqlıda olduğu qədər ola bilmir.
Ağacın xarici örünüşü onun rəngindən, parıltısından və teksturasından asılıdır.
Dostları ilə paylaş: |