Fakultə: “Əmtəəşünaslıq” İXTİsas:”İstehlak mallarının ekspertizası və marketinqi”



Yüklə 317,38 Kb.
Pdf görüntüsü
səhifə1/3
tarix23.02.2017
ölçüsü317,38 Kb.
#9540
  1   2   3

AZƏRBAYCAN RESPUBLİKASI TƏHSİL NAZİRLİYİ 

AZƏRBAYCAN DÖVLƏT İQTİSAD UNİVERSİTETİ 

 

FAKULTƏ: “Əmtəəşünaslıq” 

İXTİSAS:”İstehlak mallarının ekspertizası və marketinqi” 

 

 

  B U R A X I L I Ş   İ Ş İ  



Mövzu:  Ağac xammalı və yarımfabrikatlarının çeşidi və    

keyfiyyətinin ekspertizası 

 

 

  

 

 

 

     

   


 

İşin rəhbəri:  b/m  Q.Z.Cabbarova 

 

 

 

 

 

Tələbə:   Babayeva Ülkər Təyyar   

 

 



 

 

Bölmə: azərbaycan  



Qrup:  

310   


 

 

 



Təsdiq edirəm” 

Kafedra müdiri: 

 

 

 

    prof.Ə.P.Həsənov 

 

 

 

 

 

 

 

 

 

 

 



 

 

BAKI     2015 



 

4

  Mündəricat. 



 

 

 



 

 

      



 səh

 

Giriş.......................................................................................................... 4  

  I.Nəzəri hissə.  

 1.1. Ağac və ağac materiallarının əhəmiyyəti və onların xalq  

təsərüffatında rolu....................................................................................  8  

1.2. Ağacın tərkibi, quruluşu və xassələrinin təhlili................................. 14 

1.3. Ağac cinslərinin təsnifatı və onların növlərinin xarakteristikası.......  29 

1.4. Ağacın keyfiyyətinin təyini metodları...............................................  38 



II.Təcrübi hissə. 

 2.1. İstehlak bazarına daxil olan ağac xammalı və yarımfabrikatlarının 

 çeşid xarakteristikası............................................................................... 40 

2.2. İstehlak bazarına daxil olan ağac xammalı və  yarımfabrikatlarında 

 rast gəlinən nöqsanlar...............................................................................43 

2.3. İstehlak bazarına daxil olan ağac xammalı və yarımfabrikatlarının 

keyfiyyətinin təhlili................................................................................... 48 

2.4. İstehlak bazarına daxil olan ağac xammalının və  yarımfabrikatının  

qorunub saxlanmasına kömək edən amillər.............................................. 50 

 Nəticə və təkliflər...................................................................................  53 

Ədəbiyyat................................................................................................ 56 

 


 

5

Giriş. 

 

 

Ağac  təbii  xammal  və  ya  istifadə  vasitəsi  kimi  insanlara  çox  qədimdən 

məlumdur.  Lakin onun çürüyən  olması tarixi qalıqlar  kimi  onu  300  illik  dövürdən  o 

yana  dərinliklərdə  öyrənməyə  imkan  vermir.  Lakin  təhlil  və  müşahidələr,  bədii  və 

tarixi  əsərlər  bu  sahədə  çoxlu  məlumatlar  olduğunu  təsdiq  edir  və  mülahizələr  irəli 

sürməyə  imkan  verir.  Məsələn,  dahi  şair  Nizami  Gəncəvinin  əsərlərində  (hələ  2-ci 

minilliyin  əvvəllərində  yaşamış)  çoxlu  musiqi  alətlərinin,  ağac  ev  əşyalarının  və 

bəzəklərin adları çəkilir. Bu da ağacdan material kimi ən mükəmməl formada istifadə 

edildiyini  ifadə  edir.  Həm  eramızdan  əvvəl  insanlar  ağacdan  təkcə  tikinti  materialı 

kimi deyil, həm də alət, bəzək əşyaları, daha sonralar isə  yanacaq,  kimyəvi xammal, 

kömür (metallurgiya üçün), qətran, qətranlı kanatlar, şüşə istehsalında kül, yanacaq və 

s. kimi, ağac gəmilərin, sal və bərələrin hazırlanmasında, toxuculuq istehsalında, digər 

nəqliyyat vasitələri, alət, kağız və s. istehsalında istifadə etmişlər.  

Hazırki dövürdə də ağac ən  müasir xammal mənbəyi hesab edilir. Çoxlu taxta 

şalban,  mişar  materialı,  oduncaq,  yonqarlı  plitələri,  siyrilmiş  materiallar,  fanerlər 

ağacdan  istifadə  edilməklə  hazırlanır.  Ağac  artıq  sellüloza,  kağız,  ipək,  lif,  plenka, 

dərman  maddələri  və  çoxlu  sayda  digər  qiymətli  materiallar  istehsalı  üçün  əsas 

xammal mənbəidir. Ağacın insan həyatında rolu böyükdür. Təbiətin zənginliyi, xüsusi 

ilə torpağın bərəkətlənməsi, havanın, ekoloji mühitin təmizlənməsi, sel və daşqınların, 

torpaq  sürüşmələrinin  qarşısının  alınması,  heyvandarlıq  və  bitkiçilik  məhsulları 



 

6

istehsalının inkişaf etdirilməsi,  bütün  imkanlarda təbii  mühitin  insan  orqanizmi  üçün 



ən  faydalı  iqlimə  və  ya  mühitə  çevrilməsi  sahəsində  ağacın  bir  elm  kimi 

(ağacşünaslıq) böyük rolu vardır. Dünyada Yer kürəsi üzrə torpaq sahəsinin 1/3 meşə 

örtüyüdür. Burada 300 mlrd. m

3

 –dən çox ağac ehtiyatı vardır. Insanlar hər il 250-260 



mln  m

3

  ağac  tədarük  edir,  bu  da  kiloqram  (çəki  )  hesabı  ilə  götürülsə  metal 



istehsalından 20 dəfə, sement istehsalından 20 dəfə, plastikatlar istehsalından 270 dəfə 

çoxdur.  

2005-  ci  ilin  hesablamaları  göstərir  ki,  Yer  kürəsində  girdə  meşə  materialları 

istehsalına  tələb  3800-6200  mln.m

3

  qədərdir.  Gələcəkdə  bu  rəqəmin  tədricən  20 



dəfəyə  qədər  artacağı  gözlənir.  Digər  növlər  üzrədə  istehlakın  artması  zərurətini 

nəzərə  alsaq  bu  gələcəkdə  ağac  ehtiyatlarının  tükənəcəyi  haqqında  düşünməyə  əsas 

verir. 

Optimal şəraidə məsələn, bir şam ağacının bir gün ərzində orta hesabla 13,7 q. 



sellüloza, 8,2 q. liqnin, 6,5q. polioz, 0,3 q ekstrativ maddə, bir sözlə 56 sm yəni 27,7 q 

həcmində ağac materialı istehsal edə bildiyini nəzərə alsaq bu normal iqlim şəraitində 

il ərzində hər hektarda 3-5 m

3

 material istehsalı deməkdir. Göründüyü kimi bu artım 



yuxarıda  qeyd  edilən  tələbatın  çox  kiçik  bir  hissəsini  ödəyir.  Belə  çıxır  ki,  artıq 

təqribən 10 il müddətində Yer səthində meşə örtüyünün sahəsi torpaq sahələrinin 23-

25  %-nə  qədər  enməli olacaqdır. Inkişaf etmiş  ölkələrdə,  xüsusilə şəhər sıxlığı artan 

rayonlarda meşə sahələri ciddi məhv edilməli olacaqdır.  



 

7

Azərbaycanın 



ərazisinin 

təqribən 

11%-i 

meşələrlə 



örtülmüşdür. 

Respublikamızın  meşələrində  əhəmiyyətli  müxtəlif  ağac  cinsləri  bitir.  Lakin  onların 

həcmi az olduğuna  görə  respublikamızın ağac  materiallarına  tələbatını ödəyə bilmir. 

Odur  ki,  respublikamızın ağac  materiallarına  olan tələbatı xarici ölkələrdən,  xüsusən 

Rusiya Federasiyasından gətirilən ağacların hesabına ödənilir.  

Ağacın  kimyəvi  emalı,  xüsusilə  selüloza  istehsalı  daha  çox  ağac  tələb  edir. 

Hazırda əhalinin  hər nəfəri  il ərzində ABŞ-da 566 kq,  Kanadada 558 kq,  Yponiyada 

192  kq,  MDB  ölkələri  üzrə  324  kq  kağız-karton  və  ya  ondan  olan  məmulat  növləri 

istehlak edir.  

Ağacdan  çoxlu  istehlak  malları  olur.  Ağac  istər  adi  bitki  növü,  oduncaq,  yem 

maddəsi  və  istərsədə  tikinti  materialı,  oduncaq,  təsərrüfat  əşyaları,  mebel  bəzək 

əşyaları kimi  insan istehlakında geniş yer tutur. Müasir mebel sənayesi ağac  istehlak 

edən iri sənaye sahəsidir.  

Bundan  əlavə  ağacşünaslıq  və  meşə  əmtəəşünaslığı  özü  bir  elm  kimi  geniş 

inkişaf  etmişdir.  Müasir  bazar  iqtisadiyyatı  şəraitində  ağacın  və  ağac  materiallarının 

istehlak  malı  kimi  öyrənilməsinə  böyük  ehtiyac  duyulur.  Yuxarıda  göstərilənlərə 

əsasən “Ağac xammalı və yarımfabrikatlarının çeşidi və keyfiyyətinin ekspertizası”na  

həsr olunmuş  buraxılış  işinin  mövzusu  aktual  və  müasir sayıla bilər.  Buraxılış  işinin 

mövzusu  onun  məqsədini  aydın  göstərir.  Əsas  məqsədə  nail  olmaq  üçün  buraxılış 

işində aşağıdakı vəzifələr yerinə yetirilmişdir.  



 

8

1.  Ağac  və  ağac  materiallarının  əhəmiyyəti  və  onların  xalq  təsərrüfatında 



tutduğu mövqe. 

2. Ağacın tərkibi, quruluşu və xassələrinin təhlili. 

3. Ağac cinslərinin təsnifatı və onların növlərinin xarakteristikası. 

4. Ağacın keyfiyyətinin təyini metodları 

5.  İstehlak  bazarına  daxil  olan  ağac  yarımfabrikatlarının  çeşid  xarakteristikası 

və rast gəlinən nöqsanlar. 

6. İstehlak bazarına daxil olan ağac yarımfabrikatlarının keyfiyyətinin təhlili və 

qorunub saxlanmasına kömək edən amillər. 

Buraxılış  işinin  sonunda  nəticə  və  təkiliflər  yazılmış,  ədəbiyyat  siyahısı 

verilmişdir.  Buraxılış  işinin  yazılmasında  müxtəlif  ədəbiyyatlardan,  internet 

materiallarından və Azərbaycanın statistik göstəricilərindən istifadə edilmişdir.    

 

 



 

 

 



 

 

 



 

 

 



 

9

 Nəzəri hissə.  



1.1.  Ağac və ağac materiallarının əhəmiyyəti və  

onların xalq təsərüffatında rolu. 

 

Azərbaycan  ərazisində  ağac  ehtiyatı  onun  tələbatına  və  istehlakına  nəzərən 

olduqca  azdır.  Azərbaycan  respublikası  ərazisinin  təqribən  11%-i  meşələrlə 

örtülmüşdür. Bu meşələr su tənzimedici, torpaqqoruyucu, eləcədə sənaye və təsərrüfat 

əhəmiyyətinə malikdir. Meşələrin 90 %-dən çoxu dağ meşələridir.  

Meşələrimizdə  bitən  ağaclar,  başlıca  olaraq  enliyarpaqlı  ağaclardır.  Meşə 

əmələgətirən  əsas  ağac  cinslərindən  ən  geniş  yayılanı  şərq  fıstığı  (31,9  %),  qafqaz 

vələsi (26,0 %) və müxtəlif palıd ağaclarıdır (23,4 %-i). 

Ümumiyyətlə  Azərbaycanda  36  fəsiləyə  aid  olan  107  növdə  ağac  bitir  ki, 

onlardan ancaq bir qismi təsərrüfat əhəmiyyətinə malikdir.  

Buna  görə  də  Azərbaycan  respublikasına  ağac  materialları  ən  çox  xarici 

ölkələrdən,  xüsusilə  Müstəqil  Dövlətlər  Birliyi  ölkələrinin  ərazisindən  gətirilir.  Bu 

dövlətlər  isə  keçmiş  SSRİ  məkanında  yerləşir.  Həmin  ərazilərdə  dünya  üzrə  meşə 

ehtiyatının  üçdən  biri  qədər  meşə  ehtiyatı  vardır.  Bütün  meşə  ərazisinin  80%-ə 

qədərində isə əksərən iynəyarpaqlı ağaclar bitir.  

Söz  yox  ki,  ağacın  böyük  sənaye  əhəmiyyəti  vardır.  Ağac  mebel,  oyuncaq, 

musiqi  alətləri,  radioqəbuledicilər,  televizorlar,  tikinti,  nəqliyyat,  mədən  sənayesi 


 

10

tikintisi,  kağız-karton  istehsalı,  hidroliz  və  meşə  kimyası  sənayesi  sahələri  üçün  ən 



universal  material  növü  hesab  edilir.  Onlar  girdə  meşə  materialı,  taxta-şalban,  mişar 

materialı, faner, plitə, yarımfabrikat məmulat, konstruksiya  və hissələr və s. formada 

işlədilə bilir. Məsələn təkcə tara istehsalına mebel istehsalına tələb olunandan bir neçə 

dəfə  çox  ağac  işlədilir.  Ağac-kibrit,  idman  inventarları,  plitə,  spirt,  qətran,  aşılayıcı 

maddələr  və  s.  istehsalı  üçün  də  tükənməz  xammal  mənbəidir.    Ağacdan  bina  və 

qurğuların  tikintisində,  dəmiryol,  gəmi  və  vaqon  inşaatında,  kömür  mədənlərində, 

habelə faner, kağız, tara, mebel və digər ağac materialları istehsalında küllü miqdarda 

istifadə  edilir.  Toxuculuq  və  kimya  sənayesi  də  ipək  və  yun  parça,  spirt  və  çoxlu 

kimyəvi məhsullar (plastik kütlələr, lak, yapışqan) istehsalı üçün çoxlu miqdarda ağac 

sellülozu tələb edir.  

Texnikanın müasir vəziyyətində 1  m

3

 ağacdan 1500 m ipək parça, 200-250 kq 



kağız, 300 kq şəkər, 60 l çaxır spirti əldə etmək olar.  

Qədimdə  ağac  yalnız  yanacaq  və  inşaat  materialı  idi:  indi  isə  ondan  paltar, 

yaxşı  ayaqqabı,  divar  üçün  bəzəkli  örtük  və  xalq  tərəfindən  istifadə  edilən  bir  çox 

digər predmetlər hazırlanır. 

Ağacdan  istifadə  edilməsi  sahəsində  elm  yeni-yeni  perispektivlər  və  imkanlar 

açır.  Ağacdan  süni  gön  və  qaragül  xəzi  istehsal  etmək  üsulları  tapılmış  və  həyata 

keçirilmişdir.  

Təbii ağac qiymətli material olmaqla, bir sıra üstün cəhətləri ilə də xarakterizə 

olunur.  Ağac  təbiətdə  geniş  yayılmışdır;  daima  təzələnə  bilər,  asanlıqla  emaldan  və 


 

11

bəzək  əməliyyatından  keçirilir,  çəkisi  yüngül  olmaqla,  yüksək  dərəcədə  möhkəmdir, 



istiliyi izoləetmə xassəsinə malikdir, istidən olduqca az genişlənir, turşu, qələvi və qaz 

təsirinə  yüksək  müqavimət  göstərir,  yaxşı  yapışdırılır  və  dekorativ  zahiri  görünüşə 

malikdir, zərbəyə, səsə, titrəyişə  və s. kifayət qədər davamlıdır.  Xarici görünüşü tez-

tez  təzələnə  bilir.  Gözəl  xarici  görünüşə  malikdir.  Cürbəcür  konstruktiv  məmulat 

istehsal  etməyə  imkan  verir.  Lakin  ağacın  müsbət  xassələri  ilə  yanaşı,  bir  sıra 

çatışmayan  mənfi  cəhətləridə  vardır.  Bioloji  mənşəyinə  görə  ağac  çürüməyə  və 

yanmaya  məruz qalır.  Quruluşu  bircinsli olmadığından aniztrop  materialdır.  Belə  ki, 

liflər  boyu  fiziki-  mexaniki  xasələri  (dartılmada,  sıxılmada  möhkəmlik  həddi,  istilik 

keçirmə  əmsalı  və  s.)  liflərin  eni  istiqamətindəki  xassələrdən  çox  fərqlənir.  Ağac 

hiqroskopik  xassəyə  malik  olduğundan  ətraf  havanın  nəmliyi  və  temperaturu 

dəyişdikdə  onun  ölçüləri  dəyişir  və  nəticədə  qabarıb  çartlayır.    Məsələn,  o,  öz 

formasını tez itirə bilir (quruyur, əyilir, çatlayır), mexaniki möhkəmliyi qeyri-bərabər 

və  dəyişkəndir  və  xeyli  hiqroskopik  olmaqla,  çürüməyə  və  həşərat  tərəfindən 

zədələnməyə qarşı az müqavimət göstərir.  

Ağacın  mənfi cəhətləri, onu qurutmaq, lazımi mayelər hopdurmaq, presləmək, 

üzünə qoruyucu üzlük çəkmək, konstruksiyalarda ağac detalları düzgün yerləşdirmək 

və texnoloji emal prosesində düzgün rejim saxlamaq yolu ilə ləğv edilə bilər.  

Məsələnin  xeyirli  cəhəti  ondadır  ki,  ağac  boldur  və  digər  kimyəvi-fiziki  emal 

üsulları  ilə  ağacın  istismar  xassələrini  və  istismar  davamlılığını  xeyli  artırmaq, 

yaxşılaşdırmaq olur.  



 

12

Oduncaq materialı çoxlu müsbət xassələrinə görə inşaat işlərində istifadə edilən 



ən qədim materiallardan biridir.  

Oduncaq,  yüksək  material  olmaqla  bərabər,  nisbətən  yüksək  möhkəmliyə 

malikdir.  Xüsusilə  oduncağın  liflər  boyu  sıxılma  və  dartılmada  müqaviməti 

yüksəkdir. Oduncağın istilik keçirmə əmsalı kiçik, istilik tutumu böyükdür. Asanlıqla 

mexaniki  emal  edilən  oduncağa  hidro  termik  təsir  etməklə  elastikliyini  artırmaq  və 

onu  plastik    material  kimi  müxtəlif  formaya  salmaq  mümkündür.  Meşə  çox  olan 

sahələrdə yerli material olan ağacın qiymətidə ucuzdur. 

Ağacın möhkəmlik göstəriciləri, onun ağacın gövdəsində hündürlük    və radius 

istiqamətində  tutduğu  mövqedən  asılı  olaraq  müxtəlif  olur.  Lakin  müvafiq  tədbirlər 

görməklə  ağacda  göstərilən  nöqsanların,  demək  olar  ki,  əksəriyyətini  aradan 

qaldırmaq mümkündür.  

 Azərbaycan  respublikası  müstəqillik  əldə  etdikdən  sonra  ağac  istehsalı  kəsirlə 

yerinə  yetirilir.  Son  3  il  ərzində  ölkədə  baş  vermiş  siyasi-ictimai  və  iqtisadi 

dəyişikliklər  başqa  sahələrdə  olduğu  kimi  bu  sahədə  də  öz  əksini  tapmışdır. 

Azərbaycanda  ağacın  emalı  və  ağacdan  olan  məmulatların  həcmi  və  faktiki 

qiymətlərinin vəziyyəti hal-hazırda aşağıdakı kimidir. 

   

 1  nömrəli  cədvəldən  göründüyü  kimi  Azərbaycanda  2010-ci  ildə  18,4  milyon 



manatlıq  ağac  istehsal  edilmişdirsə  2012-cu  ildə  15,6  milyon  manatlıq  ağac  istehsal 

edilmişdir. 

       


 

13

(Həcmi, faktiki qiymətləri, milyon manat)     



 

 

 Cədvəl 1.  



 

 

2003 



 2005 

  2007 


 2008 

 2010 


    2012 

Ağacın emalı və  

ağacdan 

olan 


məmulatların 

istehsalı  

1,9 

4,6 


  9,6 

  12,2 


  18,4 

    15,6 

 

Aşağıdakı  cədvəldə  Azərbaycanda  oduncaq  və  ağac  məmulatlarının  istehsalı 



haqda  məlumat  verilmişdir.  Iqtisadi  fəaliyyət  növləri  üzrə  sənaye  istehsalının 

strukturu, ümumi yekunu nisbətən, 2003-ci ilin müqayisəli qiymətləri ilə %-lə aşağıda 

göstərilmişdir.    

 

 



 

(2003-ci ilin müqayisəli qiyməti, %-lə) 

 

Cədvəl 2.  



 

 

  2003 



 2005 

  2007 


 2008 

2010 


  2012 

Oduncaqların  və 

ağac 

məmulatlarının 



istehsalı 

    0,1 


  0,1 

    0,1 


   0,1 

0,03 


  0,05 

 


 

14

Cədvəldən göründüyü kimi hazır ağac  məmulatlarının  2010-ci ildə 0,03 istehsal 



edilmişdirsə, 2012-ci ildə isə 0,05 istehsal edilmişdir.  

 

 



 

 

 



 

 

 



 

 

 



 

 

 



 

 

 



 

 


 

15

1.2. 



Ağacın tərkibi, quruluşu və xassələrinin təhlili.

 

Ağac kifayət qədər bitib inkişaf etmiş və formalaşmış bitki növünə deyilir. Ağac 



quruluşca  kökdən,  gövdədən  (lülədən)  və  çətirdən  ibarət  olur.  Ağacın  çətri 

budaqlardan  və  yarpaqlardan  ibarətdir.  Ağacın  çətri  onun  həyata  inkişafa  çağıran 

hissəsidir. O həmişə ağacın yuxarı uclarına doğru çoxalır. Burada hər bir pöhrə və ya 

budaqlarda  yarpaqların,  çiçək  və  tumurcuqların  köməyi  ilə  böyük  təbii  kimyəvi-

bioloji  proseslər  gedir.  Bu  proseslərin  əsasını  fotosintez  hadisəsi  təşkil  edir. 

Fotosintez  zamanı  ağac  öz  gövdəsindən  kökləri  vasitəsi  ilə  çəkdiyi  daha  duru  üzvi 

maddələri  irəli  çıxarmaqla  onların  günəş,  işıq,  hava,  rütubət,  istilik,  tənəffüs 

rabitələrini  qurur.  Beləliklə  havadan  udulan  karbon  qazı  torpaqdan  udulan  sulu 

məhlulla  birləşərək  işıq  enerjisinin  köməyi  ilə  ağacın  gövdəsi  üçün  daha  çox  lazım 

olan  mürəkkəb  üzvi  maddələrə  çevrilirlər.  Onlar  müxtəlif  maddələr  şəklində,  habelə 

canlı hüceyrələr şəklində ağacın  gövdəsinə, onun divarlarına çökür, toxumalar əmələ 

gətirir.  Burada  digər  fizioloji  proseslərdə  baş  verir:  nəfəsalma,  qidalanma,  qida 

madələrinin  hərəkəti,  suyun  buxarlanması,  oksigenin  ayrılması  və  s.  Həmin 

proseslərin qarşılıqlı  təsiri  nəticəsində ağac  böyüyür,  inkişaf  edir.  Ağacın çətiri  ağac 

gövdəsinin ümumi həcminin iynəyarpaqlı  ağaclarda 6-10  %-ni,  adi  yarpaq  ağaclarda 

isə  10-20  %-ni  əhatə  edə  bilir.  Əlbəttə  bu  ağac  cinslərinə  görə  fərqli  ola  bilir  (bax 

cədvəl 1. ). Məsələn, tozağacında gövdənin 78-90 %-i, görüşdə isə 55-70 %-i lülənin 

payına  düşür.  Deməli,  onlarda  çətirin  və  köklərin  payıda  müvafiq  surətdə  dəyişir. 

Kəsilmiş  ağacın  canlı  budaqlarından,  lülənin  təpə  hissələrindən  yanacaq  talaşları, 


 

16

karton, ağac lifli tava, kimya xammalı, yem, vitamin unu, bir qədər canlı budaqlardan 



dəyənək,  hörmə  və  əymə  mebel  hissələri,  zənbil  istehsalında  istifadə  edilə  bilər. 

Ağacın  çətiri  qiymətli  xammaldır.  Lakin  əksər  hallarda  bundan  meşə-meşə  kimyası 

emalında və digər sahələrdə düzgün və geniş istifadə edilə bilmir.  

Cədvəl 3. 

    

 

Ağac hissələrinin gövdə tərkibində xüsusi çəkisi, %-lə 



 

 

Ağacın lüləsi, 



Ağacın kökləri, 

Ağacın budaqları 

Qaraşam 

 77-82 


 12-15 

 6-8 


Şam ağacı 

 65-77 


 15-25 

 8-10 


Göyrüş 

 55-70 


 15-25 

 15-20 


Tozağacı 

 78-90 


 5-12 

 5-10 


Fısdıq 

55-70 


 20-25 

10-20 


Ağcaqayın 

 65-75 


 15-20 

 10-15 


 

Ağacın  kökü  onu  torpaqda  olan  qida  maddələri  ilə  təmin  etmək  və  onu  onun 

yerdə möhkəm dayanmasını, ətraf mühitin təsirindən mühafizə edilmsini təmin etmək 

üçündür. Rütubətlə qarışıq olan qidalı maddələr ağacın gövdəsinə, yəni lüləsinə budaq 

və  şaxələrinə  daxil  olur.  Tərkibdə  gedən  maddələr  mübadiləsi  vasitəsilə  onun  tərkib 

toxumalarını  yaradır,  qida  ehtiyatlarını  toplayır  və  paylayır.  Ağacın  kökləri  onun 

gövdəsinin  15-25  %-ə  əhatə  edə  bilir.  Ağac  cinslərindən  asılı  olaraq  bu  5-10  %-ə 


 

17

qədər də (məsələn tozağacında) ola bilir. Ağacda köklərin yayılması onların cinsindən 



və iqlim şəraitindən asılı olaraq müxtəlif olur. Məsələn, iynəyarpaq ağaclarda və bəzi 

adiyarpaq  ağaclarda  (məsələn,  qozda)  köklər  dərinə  doğru  çox  inkişaf  edir.  Lakin 

əksər  adiyarpaq  ağaclarda  isə  şaxələnmiş  şəkildə  olur.  Ağacın  kökü  xeyli  oduncağa 

malikdir,  həm  də  onun  tərkibində  aşılayıcı,  rəngləyici,  vitaminli,  qidalı  və  s.  kimi 

çoxlu  yararlı  maddələr  olur.  Laikn  onları  emal  etmək  çətin  olur.  Çünki  torpağın 

altında olur.  Ağacın kökündən, qabığından,  gövdəsindən skipidar, kanifol, spirt  və s. 

istehsal  etmək  üçün  istifadə  edilir.  Əsasən  meşə  kimyası  xammalıdır.  Yanacaq, 

oduncaq məhsulları kimi də istifadə edilə bilər.  

Əmtəəşünaslıqda  ağacın  lülə  hissəsi  daha  geniş  öyrənilir.  Çünki,  bütövlükdə 

mebel  sənayesinin,  tikinti,  yanacaq-energetika  istehsalının  inkişafı  ən  çox  ağac 

materialları istehsalına istinad edilir.  

Lülə  - buna  bir sıra  ədəbiyyatda  gövdə,  oduncaq  və  s.  kimi adlarla da  müraciət 

edirlər.  Lülə  ağacın  kökü  ilə  çətiri  arasında  yerləşən  və  ağacın  gövdəsini  bir-biri  ilə 

əlaqələndirən əsas hissəsidir. Cədvəl 1-də verildiyi kimi, ağacın gövdəsinin 65-90 %-ə 

qədərini  əhatə  edə  bilir.  Bir  sözlə  ağacın  əsas  hissəsidir.  Ağac  materialları  və  ağac 

yarımfabrikatları  istehsalında  ən  geniş  istifadə  edilən,  tükənməz,  rəngarəg,  zəngin 

çeşiddə  xassələrə  malik  material  mənbəsidir.  Ağacın  üstün  cəhətləri  çoxdur.  Onun 

çatışmayan cəhəti təbii olması, yəni əyri, zədəli, qüsurlu olması, həmçinin çürüməyə, 

dağıdıcılara  az  davamlı  olması,  yana  bilməsidir.  Ağacda  yanma  qabiliyyəti  məişət-

tikinti  əşyaları  üçün  nəzərdə  tutulduqda  zərərli  hesab  edilir.  Lakin,  yanacağın, 



 

18

energetika məhsulları kimi baxımdan yanma və istilik əmələ gətirmə qabiliyyəti xeyli 



üstün  cəhətdir.  Meşə  kimyası  sənayesi  emalında  isə  ağacın  çürüməsi,  qıcqırması, 

göbələk  əmələ  gətirməsi,  qələvi  və  turşularda,  digər  həlledicilərdə  hidroliz  edilə 

bilməsi onun üstün cəhətidir.  

Qeyd etmək lazımdır ki, ağacın lüləsi elə bir başa ağac adlanır və onun quruluşu 

iki 

istiqamətdə 



yəni 

mikroquruluş 

və 

makroquruluş 



kimi 

öyrənilir. 

Oduncaqşünaslıqda  ağacın  daha  zərif  mikroquruluşda,  ağac  kimyası  sahəsində  isə 

maddə quruluşu kimi öyrənilməsinədə fikir verilir.  

Ağacın  (lülənin)  mikroquruluşu  dedikdə  onun  qalınlığını  (gövdəsini)  əmələ 

gətirən  qat  və  layların,  onların  ayrı-ayrı  elementlərinin  və  bir-biri  ilə  əlaqəsinin 

müşüahidə  edilməsi  başa  düşülür.  Bu  əksər  hallarda  adi  gözlə  müşahidə  etməklə 

həyata  keçirilir.  Lakin  bu  zaman  ağacın  köndələn  kəsiyi  istiqamətində,  həm  də 

tangental və radial kəsik  istiqamətlərində öyrənilməsi lazım gələn əsas anlayışları və 

əlamətləri  tanımaq  lazım  gəlir.  Ağacın  hər  üç  istiqamətdə  kəsiyinin  birgə  sxemi 

aşağıda  (sxem  1)  verilmişdir.  Əlbəttə  bu  əslində  kəsiyin  ancaq  köndələn  (torsial), 

mərkəzdən  keçməklə  uzununa  (radial)  və  mərkəzdən  keçməklə  yan  uzunun 

(tangental)  kəsiklərin  necə  olduğunu  izah  etmək  üçündür.  Lakin  hər  bir  istiqamətdə 

kəsiyin ayrıca xarakterizə edilməsinə ehtiyac vardır. 

 Köndələn  kəsik  (en  kəsiyi)  –  bu  ağacın  bütün  diametri  boyunca  onun  uzununa 

perpendikulyar  olan  kəsikdir.  Burada  ağacın  lif  ucları  lay  (qat)  şəklində  üzükvari 

formada görünüşüdür. Bu lif və ya laylar hamısı ağacın lüləsi boyu paralel yerləşmiş 


 

19

olur.  Lülənin  ümumi  quruluşu  bir  qədər  konusvari  olduğunda  həmin  kəsiklərin 



görünüşüdə ağacın lüləsinin başlanğıcından (kök tərəfdən) sonuna qəsər (çətirə doğru) 

müxtəlif səviyyələrdə dəyişə bilər. Çünki, ağacın lüləsinin ən çox inkişaf etmiş hissəsi 

onun kökünə yaxın olur. Əlbətdə müəyyən zonalar üzrə ağacı xarakterizə etmək üçün 

ən  yaxşı  məlumat  verən  və  gözəl  xarici  görünüş  yaradan  quruluşdur.  Tangental 

(köndələn) kəsik boyu ağacı lay (şpon, faner) şəklində doğradıqda (siyirdikdə) o, çox 

zəngin  və  sürtülməyə davamlı  tekstura  yaradır. Bundan  mebel,  musiqi aləti  və digər 

dekorativ bəzəklərin üzlənməsi, hazırlanması üçün geniş istifadə edilir. 

Köndələn  kəsik  kənardan  mərkəzə  doğru  getdikcə  qabıq,  lub,  kombi,  üst 

oduncaq, nüvə, özək və illik qat laylarına ayrılırlar. Burada özək şüaları, gecikmiş və 

inkişaf  etmiş  zonalar,  bütövlüyü  xarakterizə  edən  əlamətlər  (qat,  nüvə,  özək,  ağ 

oduncaq  və  s.  )  də  müşahidə  edilir.  Bunlardan  tədricən  tündləşən  və  solğun  rənglə 

ayrılan  yaş həlqələri ağacın  yaşını  müəyyən etmək  üçün,  həm  də  ağacın testurası  və 

içi  barədə  məlumatlar  almaq  üçün  ən  əhəmiyyətlidir.  Köndələn  kəsik  ağacın 

keyfiyyəti  haqqında  köklü  fikir  söyləməyə  imkan  verir.  Yaş  həlqələri,  nüvə  və 

oduncaq ağacın cinsini də təyin etməyə kömək edir. Məsələn,  yaşlı ağaclarda kənara 

doğru qatlar olur. Iynəyarpaqlı ağaclarda yaş həlqələri çətin fərqlənir və s.  

Radial  kəsikdə  -  ağacın  mərkəzindən  kənara  doğru  layların  yerləşməsi 

xüsusiyyəti  görünür.  Buradan  liflərin  və  toxumaların  düzülüşü,  bir-birinə  meyli,  öz 

aralarında olan digər əlaqələri, ağacda özək şüalarının yayılması xüsusiyyətləri və ya 


 

20

onların  olub-olmaması,  ağacın  budaqlarının  mərkəzlə  əlaqəsi,  onların  xarakteri  və  s. 



aydın müşahdə edilir.  

Tangental  kəsik  –  mərkəzdən  keçməməklə  yan  kəsikdir:  Bu,  ağacın  lüləsi 

konusvari  olduğuna  görə  onun  yaş  laylarının  bir  müstəviyə  keçməsi  xüsusiyyətini, 

yəni  ağacın  özünə  məxsus  teksturasını,  bəzəyini,  sıxlığını  və  digər  keyfiyyət 

əlamətlərini müqayisə etmək üçün vacib olur. 

Ağacın  hər  üç  istiqamətlərdə  makroquruluşu  kifayət  qədər  məlumat 

çatdırmadıqda onlara mikroskop altındada baxıla bilər. 

 Qabıq  –  oduncağı  və  kombi  qatını  xaricdən  örtür,  gözlə  görünəndir.  Özüdə  üst 

(xarici)  və  alt  (lub)  qabıq  qatına  ayrılır.  Bilavasitə  kombiyə  bitişir.  Qabıq  gövdəni 

kəskin  temperatur  dəyişmələrindən,  nəmliyi  itirməkdən  və  ya  içəri  buraxmaqdan, 

ağacı  çürüməkdən,  göbələkdən,  bakteriaların  oduncağa  daxil  olmasından,  mexaniki 

zədələnmələrdən  qoruyur.  Lub  qabıq  qatının  altında  yerləşdiyi  üçün  bir  qədər  cavan 

və  tərkibi  zəngin  olur.  O  bir  tərəfdən  qida  ehtiyatını  özündə  cəmləşdirə  bilir,  digər 

tərəfdən  isə  seyrək  məsaməli  mühafizə  toxumları  əmələ  gətirir  və  köhnəlmiş 

elementlərin  ağacın  səthinə  çıxmasına  şərait  yaradır.  Qabıq  ağacın  qalınlığının  8  %-

dən  25  %-ə  qədərini  (məsələ,  mantar  ağacında)  əhatə  edə  bilir.  Tərkibində  aşılayıcı 

maddələr çox  olur.  Gön  aşılaması  üçün  maddələr  alınmasına, tıxac  istehsalına,  yaxşı 

istilik  izolə  edən  pilitələr,  gəmi  izolyatorları  istehsalına,  yüngül  ayaqqabı  hissələri 

(daban) istehsalına işlədilə bilir.  


 

21

Kombi  –  ağacın  həyat  layıdır.  Çox  nazikdir,  lakin  yaşdır  və  gözlə  görünəndir. 



Qida daşıyıcısıdır.  Yaz, yay və payız aylarında cana  gəlir və ağacın inkişafına səbəb 

olur. Toxumalar kombidə yaranır, ən çox içəri oduncaq tərəfə, qisməndə qabıq tərəfə 

yığılır. Kombi özü ağac böyüdükcə oduncağın səthinə tərəf sıxılır. 

Oduncaq – ağacın qabıq altında olan bütün hissələrini özündə birləşdirir. O çoxlu 

yaş  qatlarından,  toxumalardan  və  özək  şüalarından  ibarət  olur.  Xarici  hissəsinə 

zabalon deyilir. Didilmiş,  yumuşaq, işıqlı, lakin çürüməyə az davamlı olan  mexaniki 

cəhətdən yumuşaq hesab edilən hissədir. Əsasən cavan hüceyrələrdən təşkil olur. Açıq 

rənglidir. Nüvəsiz ağaclarda oduncağın demək olar ki, hamısı zabalona oxşayır. Onun 

tərkibində  rəngli,  aşılayıcı  maddələr  və  qətranlar  az  olur.  Lakin  qida  elementləri  və 

qida yollarının izi zabalonda çox və nisbətən geniş olur. Qoca palıdda zabalon demək 

olar ki, olmur.  

Nüvə  -  ağacın  oduncağının  tünd  hissəsinə  deyilir.  Ağacın  fizioloji  proseslərdə 

iştirak etməyən, başqa sözlə desək canlı elementləri susmuş olan hissəsidir. Ağac yaşa 

dolduqca  onda  nüvə  əmələ  gələ  bilir.  Yəni  canlı  elementlər  ölür,  su  keçirici  yollar 

tutulur  və  mərkəzi  hissədə  ekstraktiv  maddələrin  yığılması  baş  verir.  Nəticədə  tünd 

rəng alınır.  Belə  ağac cinslərinə  nüvəli ağac  cinsləri  deyilir.  Lakin  nüvəsiz ağacların 

bəzilərində  mərkəz  hissədə  nəmlik  kənara  nisbətən  az  olur.  Belə  ağaclara  yetişkən 

oduncaqlı  ağaclar  deyilir.  Lakin  rəng  mərkəzdən  kənara  getdikcə  fərqlənmirsə  belə 

ağaclara üsr oduncaqlı (zabalon) ağac cinsləri deyilir.  


 

22

Nüvəli  iynəyarpaqlı  ağacları  –  qaraşam,  şam  ağacı,  sidr,  ardıc  və  qaraçöhrə; 



nüvəli  enliyarpaqlı  ağaclara  –  palıd,  göyrüş,  qarağac,  şabalıd,  ağ  akasiya,  püstə,  tut 

ağacı,  azat,  çinar,  qoz,  qovaq,  söyüd,  meşə  gilası,  alma,  və  digər  ağaclar  misal  ola 

bilər.  

Nüvəsiz (yetişkən  oduncaqlı)  iynəyarpaqlı ağaclara  küknar, ağ şam, nüvəsiz  və 

enliyarpaqlı  ağaclara  isə  toz  ağacı,  qızılağac,  fısdıq,  əsmə  qovaq,  vələs,  ağcaqayın, 

armud və digər ağaclar aid edilir.  

Nüvə  ölü  toxumalarla,  aşılayıcı,  boyayıcı  və  qətranlı  maddələrlə  zəngin  olduğu 

üçün  tutqun  rəngli  mexaniki  cəhətdən  möhkəm  çürüməyə  qarşı  davamlı  olur.  O 

ağacda  20-35  il  müddətində  formalaşır.  Nüvəli  ağac  cinslərində  bu  3-5  ilədək 

müddətədə  formalaşa  bilir.  Onların  sıxlığı  həcmi  çəkisi  çox  olur.  Xüsusilə  rütubətli 

yağlı  məhsulları  saxlamaq  üçün  tara  istehsalına  daha  çox  yarayır.  Dəmiryolu  şpalı, 

körpü,  liman  tikintisinə,  teksturalı  şpon,  faner  istehsalına  işlədilir.  Özək  –  ağacın 

lüləsində  ən  mərkəzi  hissəyə  deyilir.  Onlar  bir-biri  ilə  zəif  əlaqələndirilmiş 

hüceyrələrdən  ibarət  olur.  Ağacda  inkişafının  ilk  illəri  ərzində  2-5  mm  qədər 

diametrdə boru kimi olur. Iynəyarpaqlı ağaclarda adiyarpaq ağac cinslərində olduğuna 

nisbətən özək çox kiçik olur. Odur ki, emal zamanı ağacın özək hissəsi əsasən atılır.  

 Yaş qatları (həlqələri) – ağacın il ərzində inkişafını xarakterizə edən əlamətdir. 

Ağacın  en  kəsiyində  həlqəvari  şəkildə  tünd  və  açıq  rənglərlə  fərqlənir.  Onların  sayı 

ağacın  yaşına  bərabər  olur.  Lakin  çətin  qidalanma  şəraitində  bir  yaş  həlqəsi  iki  ilə 

əmələ  gələ  bilir.  Münbit  şəraitdə  isə  bir  ildə  kəskin  fərqlənməyən  iki  yaş  həlqəsi 



 

23

əmələ  gələ  bilir.  Yaş  həlqələri  dairəvi,  oval,  ellipis  və  qarışıq  şəkildə  yayıla  bilir. 



Onların  qalınlığı  ağacın  cinsindən  və  mühitindən  asılı  olaraq  1-10  mm  arasında 

fərqlənə  bilir.  Ağacda  yaş  həlqələrinin  sıxlığı,  inkişafı  və  keyfiyyəti  ağacın 

keyfiyyətinə və teksturasına çox ciddi təsir edə bilir. Ağacda köhnəlmiş yaş laylarının 

çox  və  sıx  olması  mexaniki  möhkəmliyi  və  digər  davamlılıq  göstəricilərini  artırır. 

Məsələn, yaşlı ağaclarda möhkəmlik cavan ağaclara, yaş həlqəsi seyrək olan ağaclara 

nisbətən  25-50  %-ə  qədər  çox  olur.  Deməli  ağacın  kökə  yaxın  hissəsinində 

möhkəmliyi  lülənin  çətirə  yaxın  olan hissəsinə nisbətən  də  20-25  %  yuxarı olur.  Bu 

ağacın  qurumasına,  rütubət  saxlamasını,  həcmi  kütləsinə  və  məsaməliliyinədə  təsir 

edə bilir. 

Ağacın  mikroquruluşunun  damarların  yeri  xüsusilə  diqqəti  cəlb  edir.  Onlar 

ağacda  iri  və  xırda  məsamələri  əmələ  gətirir  liflərin  ağacın  uzununa  düzülüşündən 

asılı  olur.  Onu  gözlə  müşahidə  etmək  mümkündür.  Bu  ağacın  kökündən  çətirə  və 

çətirindən  gövdəyə  gedən  qida  yollarının  məcmusudur.  Kapilyar boruya bənzəyirlər. 

Diametri  çox  kiçik  və  müxtəlif  olur.  Damar  və  boruların  yerləşməsi  xüsusiyyəti  və 

ölçüləri ağacın xarici görünüşünə və teksturasına ciddi təsir edir.  

Özək şüaları – ağacın mərkəzindən kənarına doğru yönələn parlaq xəttlərdir. O 

bütün ağac cinslərində olur. Lakin enliyarpaq ağaclarda tangental və radial kəsiklərdə 

daha aydın  hiss edilir.  Bu  şüalar ağacın  möhkəmliyini azaldır, parlaqlığını  isə artırır 

və onun teksturasını zənginləşdirir. Enliyarpaq ağaclarda özək şüalarının payı 15 %-ə, 

iynəyarpaqlılarda isə 5-6 %-ə çata bilir.  



 

24

 



 

 

 



 

 

 



 

 

 



Cədvəl 4.  

                                    Ağacın toxuma quruluşu, %-lə 

Toxumanın adı 

Iynəyarpaq ağac 

Enliyarpaq ağac 

traxeid 


             96,0 

  _______________ 

parenxim 

               1,5 

              1,3 

Menbiroform (lif) 

     _____________ 

             49,0 

Damarlar  

     _____________ 

             20,0 

Özək şüaları 

             2,0 

            18,0 

 Qərtan yolları  

             0,4 

    _______________ 

 

 



 

         

Ağacın toxuma quruluşu onun mikroquruluşunu tədqiq etməklə daha çox aydın 

olur.  Burada  cədvəl  2-də  verilən  əsas  elementlərin,  o  cümlədən  digər  elementlərin 

tanınması əsasdır. 

Ağac  tərkib  etibarı  ilə  çox  mürəkkəb  və  elementlərdən  ibarət  olmasına 

baxmayaraq  onun  element  tərkibi  çox  sadə  və  anlaşılandır.  Belə  ki,  ağacların  bütün 

növləri üzrə demək olar ki, onların tərkibinin 99 %-i üzvi maddələrdə 1 %-i isə qeyri-

üzvi  maddələrdən  ibarət  olur.  Mütləq qurur oduncağın üzvi  maddələrdən  ibarət olan 

hissəsinin  orta  hesabla  49-50  %-i  karbondan,  34-44  %-ə  qədəri  oksigendən,  6  %-ə 

qədəri hidrogendən, 0,3-1 %-ə qədəri isə azotdan ibarət olur.   

Qeyd  etmək  lazımdır  ki,  olduqca  az  sayda  kimyəvi  elementlərdən  ibarət 

olmasına baxmayaraq ağac  çox  müxtəlif  material  xassələrinə  malik olan  xammaldır. 


 

25

Onun  maddə  tərkibi də çox  zəngindir.  Bütün bu tərkib elementləri,  maddələr,  mikro 



və  makro  quruluşlar,  toxuma  və  quruluş  elementləri,  hətta  ətir,  rəng,  səslənmə  və  s. 

çalarları  ağaclarda  cinsdən  cinsə  və  oduncağın  hissələrinə  doğru  dəyişir  və  zəngin 

çeşid yaradır.  

Sxem  1-də  göstərildiyi  kimi  ağacın  kimyəvi  tərkib  komponentləri  aşağı 

molekullu  və  makromalekullu  maddələrə  ayrılır.  Makro  malekullu  maddələr  ağacın 

hüceyrə  divarını  yaradır.  Onlar  polisaxaridlərdən,  yəni  sellüloza  poliozlardan, 

həmçinin liqnindən ibarət olur. Aşağı molekullu komponentlər isə üzvi və qeyri-üzvi 

mənşəli  və  yaxud  da  ekstraktiv  və  mineral  maddələr  kimi  öyrənilir.  Ağacda 

sellülozanın,  hemisellülozanın,  liqninin  və  aşağı  molekullu  maddə  komponentlərinin 

miqdar  nisbəti  ağac  cinslərindən,  onların  iqlim  şəraitindən  və  yetişmə  dərəcəsindən 

asılı olaraq müxtəlif olur, dəyişir.  

Bunlardan  sellüloza  ağacın əsas  komponentidir.  Iynəyarpaq  və adiyarpaq  ağac 

cinslərinin  tərkibinin  təqribən  yarıya  qədəri  onun  payına düşür.  O  yüksək  molekullu 

üzvi birləşmədir.  

Poliozlar  -  ağacın  toxuma  hüceyrə  divarında  sellülozaya  birləşmiş  halda 

mövcud olur. Onlar əsasən heksozalar və pentozalar kimi beş neytral pillədə şəkərlər 

kimi mövcud olurlar.  

 

 



 

 

 



 

 

 



 

 

 



 

 


 

26

Sxem 1. 



 

 

 



 

   


 

 

 



 

 

 



 

 

 



 

 

 



 

Liqnin  –  ağacın  makrobirləşmələrinin  üçüncü  əsas  tərkib  komponentidir. 

Liqninin  molekulları  polisaxaridlərlə  müqayisədə  tamamilə  fərqli  quruluş  yaradırlar. 

O  aromatik  karbohidrogenlərə  aiddir.  Iynəyarpaqlı  ağaclarda  adiyarpaqlı  ağaclar 

nisbətən  liqninin  miqdarı  çoxdur.  Liqnində  karbon  sellülozaya  nisbətən  çox  olur. 

Odur ki kimyəvi cəhətdən davamlı olmur.  

     O d u n c a q 

Aşağı malekullu 

maddələr 

Polisaxaridlər 

Makromalekullu 

maddələr 

         liqnin 

     Qeyri-üzvi        

maddələr 

Polioz 


(hemisellüloza) 

 

    sellüloza 



kül 

Ekstraktiv   

maddələr 

Üzvi maddələr 



 

27

Ağacda  sellüloza,  hemisellüloza  və  liqninin  miqdarı  ağac  cinslərinə  görə 



aşağıdakı kimi dəyişə bilir.  

 

 



 

 

 



 

 

 



 

 

Cədvəl 5.  



Ağac cinsi 

             Miqdarı, %-lə 

sellüloza 

hemisellüloza 

liqnin 

Iynəyarpaqlı 



48-56 

23-26 


26-30 

Enliyarpaq  

46-48 

26-35 


19-28 

 

Göründüyü kimi bu nisbətlər ağac cinslərindən daha çox ağacın cavanlığından 



daha  çox  asılı  ola  bilir.  Məsələn,  cavan  enliyarpaqlı  ağacda  sellülozanın  miqdarı 

adiyarpaqlıda olduğu qədər ola bilmir. 

Ağacın xarici örünüşü onun rəngindən, parıltısından və teksturasından asılıdır.  


Yüklə 317,38 Kb.

Dostları ilə paylaş:
  1   2   3




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin