Şalban. Şalbanın əsas növləri inşaat şalbanından, mişar şalbanından və kötükdən
ibarətdir.
Inşaat şalbanı – yuxarısının yəni ən nazik yerinin diametri 12 sm-dən az
olmayan ağac gövdəsi parçalarından ibarətdir. Inşaat şalbanları iynəyarpaqlı
ağaclardan şam, küknar, qaraşam, sidr, ağşam və enliyarpaqlı ağac cinslərindən
ağcaqovaq, tozağacı, cökə, qızılağac, qovaq və s. hazırlanır. Iynəyarpaq cinsli ağac
şalbanların standart uzunluğu 4-dən 9 metrə qədər, enliyarpaq ağac cinslərinin isə 3
metrdən yuxarı olur.
Mişarlanmış ağac malları. Şalbanları uzununa mişarladıqda bir neçə növ taxta
malları alınır. Ticarət təşkilatlarında ağac yarımfabrikatları içərisində yonulmuş taxta
və tirciklərə də rast gəlmək olur. Ticarətdə taxtaların uzunluğuna, eninə, qalınlığına,
quruluğuna, düyünsüz olmasına, kənarlarının mişarlanıb hamarlanmış olmasına,
çatlamayan, sınmayan və iki ucunun da eyni enlilikdə olmasına baxırlar.
42
Taxta və tirciklər iynəyarpaqlı və enliyarpaqlı ağaclardan hazırlanaraq
yonulmuş və tıxaclanmış olur. Tıxaclanmış taxtaların bir tərəfində tıxac (girinti), o
biri tərəfində isə yanındakı taxtanın tıxacına girən çıxıntı vardır.
Tıxac və çıxıntılar düzbucaqlı, üçbucaqlı, trapesiya və seqment çəkilli ola bilir.
Tıxaclanmış taxtalar döşəmə, arakəsmə düzəltmək və ümumiyyətlə, taxtalar arasında
boyuna əlaqə yaratmaq və sıx birləşmə tələb olunan hallarda tətbiq edilir. Profilli
pəstahlar və məmulatlar. Belə məmulat müxtəlif profilli olur. Plintus və qantellər
döşəmə ilə divar arasındakı bucaqları örtmək üçün, sürahilər, pilləkən məhəccərləri
üçün, haşiyələr, pəncərə və qapı çərçivələrini örtmək üçün işlədilir.
Dülgərlikdə işlədilən ağac malları. Bu ağac malları aşağıdakı qruplara
ayırmaq olar: boçka istehsalı üçün, fayton və araba üçün, mebel üçün, musiqi aləti
üçün, təsərrüfat şeylərinin tamamlanmasında işlədilən ağac malları.
Parket, adi və lövhə şəklində iki növ olur. lövhə şəklindəki parketin qalınlığı
50 mm olan taxtalardan düzəldilmiş 1400X1400 mm ölçüdə lövhədir.
Lövhənin hissələri yapışqan və zıvanalarda bir-birinə birləşdirilmiş və dörd
kvadrata bölünmüşdür. Həmin lövhənin üzərinə qalınlığı 14-17 mm olan ayrı-ayrı
parket taxtacıqları yapışdırılır və ya mıxlanır.
Inşaat faneri. Istehsal üsulundan asılı olaraq yapışdırılmış və bıçaq faneri
vardır. Faner enliyarpaqlı və iynəyarpaqlı ağacların oduncağından hazırlana bilər.
Yapışdırılmış faner – soyulmuş təbəqələrin, yəni şponların bir-birinə
yapışdırılmasından alınan materialdır. Bir təbəqədə şponların sayı 3-dən 13-ə qədər
43
ola bilər. Qabaqcadan buxara verilmiş şalban parçasından xüsusi soyma dəzgahlarında
şpon alınır. Şalbandan soyma yolu ilə şponun alınmasını topdakı kağızın açılması ilə
müqayisə etmək mümkündür.
Iki qonşu təbəqənin lifləri bir-birinə perpendikulyar olmaq şərti ilə şponları
yapışdırırlar ki, bununla da yapışdırlımış fanerin möhkəmliyi daha yüksək və bir
bərabərdə olur.
Çox vaxt yapışdırlımış şam ağacı, toz ağacı, küknar və qızılağacdan hazırlanır.
Tətbiq edilmiş yapışqanın növündən asılı olaraq albumin, kozein yapışqanları
ilə yapışdırılmış fanerlər (FB markalı) və süni qətranlarla yapışdırlımış fanerlər (FSV
markalı) vardır.
Fanerlər taxtalarını ip ilə tay bağlayırlar ki, hər bir tayın ağırlığı 80 kq-dan artıq
olmamalıdır. Hər dikt tayının üzərində vərəqələrin sayı, onların qalınlığı, ölçüsü və
çeşidləri göstərilir.
Tir – iki tərəfdən yaxud dörd tərəfdən mişarlanmış eni və qalınlığı 100 mm-dən
artıq olan şalbanlara deyilir. Tirlər cinsinə görə iynəyarpaq və enliyarpaq ağac
cinslərindən və emalına görə iki haşiyəli və dörd haşiyəli, uzunluğuna görə isə
iynəyarpaq ağaclar 1-dən 6,5 m-ə qədər uzunluqda olur.
44
2.2.İstehlak bazarına daxil olan ağac xammalı
və yarımfabrikatlarında rast gəlinən nöqsanlar.
Ağacın möhkəmliyini və xarici görünüşünü təkcə cinsindən deyil, habelə
ağacdakı nöqsanlardan da xeyli asılıdır. Bu nöqsanlar taxta şalban materiallarının və
hazır məmulatın çeşidə ayrılmasında ən mühüm amillərdən biridir.
Ümumiyyətlə ağacın nöqsanları dedikdə ağacın zahiri görünüşünə, quruluşuna,
bütövlüyünə və toxumalarının möhkəmliyinə dair müvafiq normaların pozulması
nəzərdə tutulur. Bu nöqsanlar hələ kəsilməmiş ağaclarda və istərsədə taxta şalban
materiallarının saxlandığı və istismarı zamanı baş verə bilər.
Nöqsanlar bir qayda olaraq, ağacın keyfiyyətini, çeşidini və dəyərini aşağı salır;
burada ağacın quruluşunda müşahidə edilən bəzi nöqsanlar (düyünlər, fırlar)
müstəsnalıq təşkil edir, belə nöqsanlar ağaca dekorativ xassələr verir və deməli, onun
dəyərini qaldırır.
Nöqsanların əmələ gəlməsi səbəbləri və ağacların keyfiyyətinə onların təsiri,
habelə nöqsanların növləri çox müxtəlifdir. Nöqsanların siniflərə bölünməsi və
onların müvəssəl təsviri müvafiq standartlarda verilmişdir. Taxta şalban
materiallarında və məmulatında yol verilən nöqsanların növləri və miqdarı
standartlarda və texniki şərtlərdə dəqiq müəyyənləşdirilmişdir. Ağacın nöqsanlarına
düyün, çatdaq, qurd dəymiş yerlər, ağacın daxilində əmələ gələn qeyri-normal
45
çöküntülər, ağacın quruluş nöqsanları, gövdə formasının nöqsanları, çürük və qeyri-
normal rənglər daxil olur.
Düyün. Düyünlər ölçüsünə görə iri və xırda; ağacda yayılma dərəcəsinə görə
yapışmış, qismən yapışmış və yapışmamış; forma etibarı ilə girdə-oval, tikişli,
pəncəli; ağacın vəziyyətinə və düyünlərin rənginə görə sağlam, bərk, buynuzvarı və
qatranlı olur. Düyün çox iri olduqca ağacın keyfiyyəti aşağı düşür.
Düyünlərin ölçüsü – girdə taxta-şalban materiallarında gövdənin oxuna
perpendikulyar istiqamətdə götürülən diamettrindən, mişarlanmış materiallarda isə
taxtanın, yaxud tirin uzununu perpendikikulyar istiqamətdə müəyyənləşdirilir.
Düyünlərin ölçüsü ya millimetirlə yaxud da materialın enini və ya qalınlığının
hissələri ilə göstərilir. Xarrat məmulatı və çox qatlı faner istehsalında zahirə çıxan
düyünləri deşib çıxarır və yerinə mantar taxırlar.
Çatdaq . Çatdaq həm canlı (kəsilmiş) ağacda (şaxtadan, zərbədən, qopmadan
əmələ gələn), həm də quruyan ağacda (baş tərəflərdə, böyürlərdə) əmələ gəlir.
Çatdağın uzunluğu eni və dərinliyi ölçülür və mm-ilə yaxud materialın uzunluğunun
hissələri ilə göstərilir. Dülgər məmulatında çatdaqlara qətiyyən yol verilmir, taxta-
şalban materiallarına gəldikdə isə onların çeşidindən asılı olmaqla, məhdud miqdarda
və ölçülərdə çatdaq olmasına yol verilir. Quruma nəticəsində əmələ gələn çatdaqlar
taxta-şalban materiallarının düzgün qurumadığını göstərir.
Qurd yemiş yerlər. Ağaca həşərat (böcəklə və onların sürfələri) toxunduqda
zədəli yerlər əmələ gəlir. Bəzi həşərat yalnız ağacların qabığını deşir, digərləri isə
46
ağac yeyeən, ağac gəmirən və ağac ovan olur. həşəratlar zəif yaxud qurumuş ağaclara
toxunur və ona görədə həşərat zədələyən ağaclar ağacın aşağı keyfiyyətdə olduğunu
göstərir. Həşərat zədələri üzdən (5 mm-ə qədər), dərinlikdə, dərin və ovuntulu olur.
Dərin zədələrə yalnız aşağı çeşidli taxta-şalbanda yol verilir. Dülgər məmulatında
zahirə çıxan zədələrə mantar tıxanır.
Ağaca həşərat nəinki meşədə, hətta anbarda və hazır məmulatda toxuna bilər.
Məsələn, şam ağacı taxtalarına çox vaxt anbarda böcək (şam ağacı qurdu), binaların
ağac hissələrində ağac ovan qurd və qara uzun bığ böcək, mebel isə mebel qurdu
(taxta qurdu, may böcəyi toxunur). Böcəyin süfrəsi bəzən ağacı çürük hala salır. Ağac
yeyən həşarata qarşı əsas mübarizə üsülu zədələnmiş ağaca zəhərli mayelə
hopdurmaqdan və zəhərli qaz verməkdən ibarətdir.
Ağacın içində qeyri-normal çöküntülər. Ağacın bəzi sahələrində qatran yaxud
su həddən artıq toplaşır. Qatran toplaşan yerlərdə cürbəcür qatran nöqsanları
(qatranlama, qatran cibi, qatran xərçəngi), su toplaşan yerlərdə isə su qatı əmələ gəlir.
Qatran ağacın bəzək əməliyyatını çətinləşdirir, su qatı isə ağacı yumşaldır və həmin
ağac quruyanda nazik çatdaqlar törənir.
Buruqlar və düyünlər. Bu nöqsanlar ağacın quruluş nöqsanları qurupuna aiddir.
Buruq lifli ağacda liflər yay şəklində, düyünlü ağacda isə dalğa vari yerləşir. Taxtada,
tirdə və detallarda rast gələn buruq lifli yerlər həmişə xüsusən yaranan zaman, ağacın
möhkəmliyini kəskin aşağı salır və əyilməsinə səbəb olur; bu səbəbdən buruq lifliliyə
yalnız çox məhdud midarda yol verilir. Buruq lifliliyin miqdarı liflərin düz
47
istiqamətdən kənara çıxması ilə müəyyən edilir və materialın hər bir metr uzununa
nisbətən sm-lə yaxud %-lə göstərilir. Eyni şalbanlar və nahamar taxtalar doğranan
zaman ağacın liflərinin çoxusu kəsilir və bunun nəticəsində istehsala buruq lifliliyi
əmələ gəli ki, belə hallarda da detallar illik həlqələr boyunca yarılır.
Düyün – liflərin dalğavari yaxud dolaşıq yerləşməsindən ibarət olaraq, adətən iri
ağacların kökünə yaxud hissələrində, habelə fır deyilən nöqsanların olduğu yerlərdə
əmələ gəlir; həmin fırların səthi isə hamar, yaxud qabarıq olur.
Illik həlqələrin budaqlar və cücərmələr zonasında olan yerli əyintilərinə qıvrım
deyilir. Tirin yaxud detalların kənarında rast gələn qıvrımlar onların möhkəmliyini
xeyli aşağı salır.
Gövdə formasının nöqsanları. Ən qiymətli taxta-şalban materialları düz
gövdəli en kəsiyi dairə şəklinə yaxın olan və hər bir metr yuxarı getdikcə ən çoxu bir
sm. nazikləşən ağaclardır. Bu normaların pozulması gövdənin nöqsanı sayılır. Həmin
qüsurlardan əyriliyi, illik həlqələrin ekssentrik yerləşməsini, ağacın özəkdən hər iki
tərəfə doğru müxtəlif sıxlıqda və bərklikdə olmasını, cütözəkliliyi, gövdənin yuxarı
gerdikcə həddindən artıq nazikləşməsini, gövdənin aşağı hissəsindəki deşikləri və
fırları göstərmək olar. Gövdəsi nöqsanlı ağaclar doğranıb taxta materialı şəklinə
salınanda tullantısı artır və ondan yüksək çeşidli materialların alınması azalır.
Çürük. Bütün çürüklər ağacın parazit göbələklər tərəfindən zədələnməsinin
nəticəsidir. Çürük törədən çoxlu miqdarda göbələk vardır. Bunların bəziləri yalnız
parenximlə qidalanıb az zərərli sayılır, digərləri isə ağacın bütün hüceyrələrini
48
dağıdır. Çürük iki cür: səthi (qaralama, kiflənmə) və dərin olur. Çürümə prosesinin
başlanğıc mərhələsində ağac yalnız rəngini və qoxusunu itirir. Sonra isə qismən və
getdikcə tamamilə dağılır. Çürük zahiri görünüşünə, rənginə (qaraltı, qəhvəyi qaraltı,
qızarma, ağ kif, mərmərə oxşar kif, ləkə) ağacın gövdəsində yerləşdiyi yerinə (üst
oduncaq hissəsində, içərisində saxta nüvə) və habelə ağacın dağılması dərəcəsinə görə
müəyyənləşdirilir.
Çürüklər bir qayda olaraq ağac məmulatda yol verilməməlidir və taxta-şalban
detallara doğranan yaxud yonulan zaman bu nöqsanlar rədd edilməlidir. Taxta- şalban
materiallarında çürüyan miqdarı məhdud edilmişdir; bu nöqsan taxta- şalban
materiallarının çeşidini xeyli aşağı salır.
Quru binalarda istismar edilən məmulatda müstəsna olaraq, bəzən göbələk
zədələrinin başlanğıc mərhələlərinə, məsələn, saxta nüvələrə yol verilir. Lakin burada
zədələnmiş hissələrin bərkliyi sağlam hissələrin bərkliyindən fərqlənməməlidir.
Çürük törədən göbələklər ağaclara meşədə və ağac materiallarına isə anbarda
toxuna bilər. Çürük törədən göbələklərin həyat fəaliyyəti üçün yüksək rütubət tələb
olunur; quru ağacda çürümə prosesi dayanır.
Qeyri-normal rənglər. Qeyri-normal rənglər həmişə ağacın çürüməsinə işarə
etmir, çünki çox zaman bu hallar kimyəvi reaksiyalar nəticəsində baş verir və ağacın
fiziki-mexaniki xassələrinə təsir yetirmir. Belə rənglərə gün qaraltısı, suyun törətdiyi
sarılıq və s. suda həll olmuş duzların təsiri altında törənmiş boz qara ləkələr daxildir.
49
2.3. İstehlak bazarına daxil olan ağac xammalı və
yarımfabrikatlarının keyfiyyətinin təhlili
Istehlak bazarına daxil olan ağac yarımfabrikatlarının keyfiyyətini təhlil
edərkən dərnəgül yolunda yerləşən ağac və ağac məmulatları satışı ilə məşğul olan
ticarət təşkilatlarına baxış keşirdim. Burada məqsəd malın keyfiyyətinə təsir edən
amillərin aşkara çıxarılması, mal ilə rəftar, saxlanma şəraiti və sair.
Ilk növbədə bildiyimiz kimi başqa mal qruplarından fərqli olaraq ağac xammalı
və ağac yarımfabrikatlarının saxlanma şəraiti düzgün seçilməlidir. Atmosfer təsiri,
rütubətli hava şəraiti ağac məmularlarının formasının dəyişməsinə (əyilmə, quruma,
şişmə və s.), keyfiyyətinin aşağı düşməsinə və başqa nöqsanların yaranmasına təsir
edə
bilər.
Ağacdan
olan
materiallarıın
saxlanma
şəraiti
keyfiyyətin
qiymətləndirilməsində böyük rol oynayır. Çünki uzun müddət ticarət təşkilatlarında
qalan mallar əgər düzgün saxlanmazsa rütubətdən şişər, ağac yeyən xırda canlıların
hücumuna məruz qalar. Blləliklə istehlakçıya çürüməyə məruz qalan malların satışı
heçdə düzgün olmazdı.
Ağac mallarını təmiz yerlərdə saxlamaqdan başqa, onların üzərlərini qətran,
mis kuporosu, karbol turşusu yaxud üst qatlarını azca yandırmaqla tez xarab
olmasının qarşısı alınmış olur.
Ağac yarımfabrikatlarının çeşidini hər şeydən əvvəl təyinatına, təbiətinə
emalının xüsusiyyəinə və görünüşünə görə öyrənirik.
50
Hər qrupu ayrılıqda nəzərdən keçirərkən ona hansı tərzdə məmulatlar daxil
olduğunu, onların ölçülərini, növlülük əlamətlərini və keyfiyyət və kəmiyyət
tələblərini bilmək lazımdır. Bunun üçün materialların müsbət və çatışmayan
cəhətlərinə fikir vermək lazımdır.
Ticarət şəbəkələrində çox sayda məmulatlara rast gəlmək mümkündür, amma
keyfiyyətli mal almaq üçün məmulatın saxlanma şəraitinə diqqət yetirməyimiz
məqsədə uyğun olardı.
51
2.4. İstehlak bazarına daxil olan ağac xammalı
və yarımfabrikatının qorunub saxlanmasına
kömək edən amillər
Dəyişkən rütubət və temperatur təsiri altında ağac çatlayır və əyilir. Habelə
çürümə, həşarat və od təsiri altında dağılır. Müasir texnika ağacın dağılmaqdan
qorunması üçün etibarlı üsullardan istifadə edir. Bunlardan ağacın qurudulmasını,
davamlı örtük maddələri ilə sürtülməsini yaxud hopdurulmasını, ağacın qaza
verilməsini göstərmək olar. Bu məqədlər üçün tətbiq edilən profilaktik tədbirlər çox
zaman dondurmaq, yumaq və anbarların sanitar qaydalarına ciddi riayət etməkdən
ibarətdir. Ağacın çürüməkdən və yanmaqdan mühafizəsi konstruktiv və kimyəvi
üsullarla aparılır.
Ağacın qurudulması. Ağac anbarlarda, quruducu kameralarda, mayelər və
yüksək tezlikli cərəyanlar vasitəsilə istismar nəmliyinə qədər qurudulur.
Ağacın anbarlarda qurudulması – uzun müddət tələb edir. Həm də bu anbarlar
düzgün planlaşdırılmalı, taxta-şalban materialları burada düzgün yığılmalı və anbar
sahəsi və tikililərin sanitar vəziyyəti üzərində daima nəzarət aparılmalıdır. Bu üsul
havada qurutma yaxud təbii qurutma üsulu deyil; bu üsul inşaat yaxud dülgər
materiallarının 15-17 % nəmliyə qədər qurudulması üçün tətbiq edilir.
Ağacın kamerada qurudulması üsulu – ağac emalı müəssisələrində geniş
yayılmışdır. Quruducu kamerada ağacın bərabər qaydada və tez quruması üçün, yəni
52
havanın cərəyanının hərəkət surətinin nizamlaşdırılması üçün lazimi şəraitm yaradılır;
ağacın çatlamaqdan və əyilməkdən mühafizə edilməsi üçün quruducu kamerada onu
qabaqca nəmlə doldurulmuş qızğın havada qızdırırlar. Kamerada qurudulan ağacın
keyfiyyətinin yüksək səviyyədə saxlanması üçün cinsinə, qalınlığına və təyinatına
görə hər ağaca aid bir müvafiq rejimə riayət olunmalıdır.
Sabit örtüklərin çəkilməsi – uzun müddət istismar edilməsi ağac məmulatının
səthinə ağac atmosfer rütubətindən qoruyan lak-boyaq örtüyü çəkilir ki, bununla da
ağac məmulatı çatlamaqdan, əyilməkdən və çürüməkdən qorunur.
Hopdurma – ağacın dağılmasının qarşısının alınması məqsədi ilə hopdurma
üsulundan dəmir yolu şpalları istehsalında geniş istifadə edilir. Hopdurucu maddələrin
tərkibində ağacı çürüməkdən qoruyan antiseptiklər və ziyanvericiləri məhv edən
zəhərlər vardır.
Qaza vermək – ağacın qaza verilməsi üsulu zədələnmiş ağacın içindəki
ziyanvericilərin sürfələrinin məhv edilməsi üçün tətbiq edilir. Burada taxta-şalban
materiallar yaxud ağac məmulatlar hermetik qapalı qaz kamerasına yerləşdirilir və
orada müəyyən müddət zəhərli buxar təsiri altında saxlanılır.
Dondurma üsulu – ağacın çürüməkdən və çatlamaqdan qorunması üçün hörmə
məmulat hazırlayan faner zavodlarında və müəssisələrində dondurma üsulu tətbiq
edilir. Qışda yaxud payızda tədarük ediləsi ağac qarın altında saxlanılıb sulanır və
üstünə ağac kəpəyi tökülür, sonra yay gələndə ağacın donu açılıb istehsala verilir.
Dondurma üsulu ağacın keyfiyyətinin qorunması üçün ən yaxşı üsuldur.
53
Ağacın saxlanmasına dair əsas şərtlər. – ağacı bir yerdə saxlayan zaman ona
göbələk toxunduqda, xüsusən qaraldıqda, kifləndikdə və çatladıqda ağacın qiymətli
xassələri aşağı düşür. Bunun qarşısını almaq üçün aşağıdakı profilaktik tədbirlər
aparılmalıdır:
a) yaş ağac örtüklü çtapellərdə saxlanmalı və bunlar elə yığılmalıdır ki, bütün
ştapellərin arasında hava sərbəst cərəyan edə bilsin;
b) quru ağac quru və havası dəyişilə bilən binalarda saxlanmalıdır;
v) anbarın ərazisində olan zibil və xüsusən çürümüş ağaclar müntəzəm olaraq
kənar edilməli və ərazi əhəng məhlulu ilə dezinfeksiya edilməlidir;
q) ştapellərə yığılmış taxtaların başlarını perpendikulyar düşən günəş şüaları və
quru külək təsirindən qorumaq üçün taxtalar baş-başa düzülməli, bərk ağac cinslərinin
başlarına isə gil yaxud zamaska sürtülməli, kağız yapışdırılmalı, yaxud lövhələrdən
hasar çəkilməlidir.
54
Nəticə və təkliflər
Təhlil və müşahidələr göstərdi ki, son dövürdə ağac və ağac yarımfabrikatları
əmtəə dövriyyəsində əhəmiyyətli yer tutur Ağac təbii xammal və ya istifadə vasitəsi
kimi insanlara çox qədimdən məlumdur. Bundan əlavə onlar digər növ məmulatların,
tikinti, istehsalat və sənaye sahələrinin inkişafına təkan verən ən samballı bazaya
çevrilir. Ağac və meşə əmtəələri öz-özlüyündə tükənməz resurslara malikdir. Onlar
adi, emal edilmiş halda, hətta çürüntülərindən, yonqarlarından, kəpəyindən,
köklərindən və budaqlarından, tərkibində olan aşılayıcı və qətranlı maddələrindən tam
mənada isifadə etməyə imkan verir. Meşə kimyası, kağız-karton, sellüloza, süni ipək
istehsalı sahələri demək olar ki, tamamilə meşə və ağac materiallarından istifadəyə
əsaslanır.
Ağacşünaslığın həm də əmtəəşünas-ekspert elmi mövqeindən öyrənilməsi hər il
çoxlu yeniliklərin meydana gəlməsinə, əmtəə istehsalı və əlaqələrinin inkişafına təkan
verir.
Təhlil göstərdi ki, əmtəəşünaslıqda ağacın oduncağı ekspertlər tərəfindən daha
geniş öyrənilir. Bundan əlavə ağac əsasında hazırlanan tikinti materialları, mebel və
digər məişət üçün malların çeşidi və keyfiyyəti əmtəəşünaslığın müxtəlif
bölmələrində ciddi nəzərdən keçirilir. Bu da yeni istehlak xassələrinə malik olan
istehlak mallarının meydana gəlməsinə, onların istehsalının artırılmasına, çeşidi və
keyfiyyətinin yaxşılaşdırılmasına köklü surətdə kömək edir.
55
Lakin son dövürdə əhali hazır ağac materialları və yarımfabrikatlarını almaqla
onlardan öz istəklərinə və təxəyyülünə uyğun olaraq məişət üçün təmir işlərində,
tikintidə, bəzi əşyaların hazırlanmasına istifadə edirlər.
Hazırki dövürdə də ağac ən müasir xammal mənbəi hesab edilir. Çoxlu taxta
şalban, mişar materialı, oduncaq, yonqarlı plitələri, siyrilmiş materiallar, fanerlər
ağacdan istifadə edilməklə hazırlanır. Ağac artıq sellüloza, kağız, ipək, lif, plenka,
dərman maddələri və çoxlu sayda digər qiymətli materiallar istehsalı üçün əsas
xammal mənbəidir.
Azərbaycanda bitki ağac cinsləri özünün və oduncağının keyfiyyət
göstəricilərinə görə dünya miqyasında üstün tektura və bəzək keyfiyyətlərinə
malikdirlər. Bu ağacların ehtiyatının çox az olmasına baxmayaraq (Azərbaycan
ərazisinin 11 %-ə qədəri meşədir) onlar dəyərinə, sambalına və kefiyyətinə görə
bütövlükdə Rusiyanın ərazisində bitən iynəyarpaqlı ağacların dəyərinin 35-50%-ə
qədərini əhatə edə bilər. Odur ki, Azərbaycanda ağac mallarının çeşidi və
keyfiyyətinin yaxşılaşdırılmasına, istehsalı və satışının inkişafına kömək edən bütün
imkanlar nəzərə alınmalıdır.
Yuxarıda deyilənləri nəzərə alaraq aşağıdakı təklifləri irəli sürməyi məqsədə
uyğun görürəm.
1.Yaxşı olardı ki, Azərbaycanda bitən zəngin teksturalı palıd, çinar, fıstıq,
ağcaqayın, qoz, şabalıd, qaraağac və bu kimi ağac növlərinin sənayedə xam halda
56
oduncaq kimi tətbiqi məhdudlaşdırılmış olsun və uyğun olaraq zəngin teksturalı
siyrilmiş şipon, faner üzlük materiallarının istehsalı və satışı təşkil edilsin.
2.Təhlil göstərir ki, zəngin teksturalı ağac cinslərinin tətbiqini rütubətə və
çürüməyə daha davamlı olan və yüngül iynəyarpaqlı ağac cinsləri ilə əvəz edilməsi
üçün dövlət səviyyəsində tədbir görülməsini də vacib hesab edirəm.
3.Azərbaycanda meşəçiliyin inkişafı üçün böyük şərait vardır.Yaxşı olardı ki,
hazırda yaranan xüsusi fermer təsərrüfatları arasında meşə zolağı salınması üçün
ehtiyat torpaq fondu ayrılsın və meşəçiliyin ən yaxşı ağac cinsləri üzrə inkişafı bu cür
istiqamətlənmiş olsun.
57
Ədəbiyyat
1.
Ə.P.Həsənov, C.M.Vəliməmmədov, N.N.Həsənov, T.R.Osmanov və
başqaları.”Qeri-ərzaq mallarının ekspertizası” II hissə, Çaşıoğlu 2006
2.
Ə.P.Həsənov,
C.M.Vəliməmmədov,
N.N.Həsənov,
T.R.Osmanov,
S.B.Dadaşov və başqaları.”Qeri-ərzaq mallarının laboratoriya tədqiqatı” Bakı 2001
3.
Ə.P.Həsənov, C.M.Vəliməmmədov, N.N.Həsənov, T.R.Osmanov və
başqaları “İstehlak mallarının nəzəri əsasları ” Bakı 2003
4.
Ə.P.Həsənov, C.M.Vəliməmmədov, N.N.Həsənov, T.R.Osmanov və
başqaları “Əmtəəşünaslığın nəzəri əsasları ” Bakı 2003
5.
Ə.P.Həsənov və başqaları. Qeyri-ərzaq mallarının ekspertizasının
praktikumu. “İqtisad universiteti”2014
6.
N.M.Ağabəyov “Oduncaqşünaslıq və meşə əmtəəşünaslığının əsasları”
“Maarif nəşriyyatı” 1990
7.
Q.Xanməmmədov, A.Bədəlov “İnşaat materialları” “Marif” 1971
8.
Azərbaycan respublikasının statistik göstəriciləri. 2009
9.
Н.С.Алексейев, Д.М.Орлов, М.Д.Резонов. Metal, inşaat və ağac
malları. Bakı 1962.
10.
Д.И.Брозовский и др.Товароведение промышленных товаров
(пластмассы, хозяйственных и страительных товары). Москва Экономика 1979
11.
Ю.И.Марев
Товароведение
металлохозяйственных
и
елоктробытовых товаров. Москва Экономика 1986
58
12.
А.В.Викторов и др. Справочних товароведа непродовольственных
товаров. 3 т. Москва Экономика 1990
13.
М.А.Николоева Товароведение експертиза.Москва 1998
14.
Г.И.Горчаков. Строительные материалы. Москва, 1981
15.
Д.Фенгел, Г. Вегенер Древесина химия, ултраструктура реакции.
Москва, «ЛП», 1988
16.
Е.С.Пояк, Спровочник товароведа непродовольственных товаров.
Москва «Экономика», 1990 том 3
17.
Н.С.Алексеев. Товароведение хозяйственных товаров. Том 1
Москва, «Экономика»,1989
18.
В.Н.Голь и др. Справочник товароведа непродовольственных
товаров. Москва «Экономика», 1984 том 3
19.
И.М. Лифиц и др. Исследование непродовольственных товаров.
Москва «Экономика», 1988.
20.
Н.А.Николаева
Товароведение
потребительских
товаров
(теоретические основы) Москва, «Экономика» 1998
21.
İntrnet materialları.
Dostları ilə paylaş: |