Ağacın rəngi. Ağ rəngdən tutmuş qara rəngə qədər çox müxtəlif rənglərdə
ağaclara rast gəlmək olur. Hər ağac cinsinin özünə məxsus təbii rəngi vardır ki,
bununla ağac cinsləri bir-birindən seçilir. Ağacın təbii rənginin dəyişilməsi onun
çürüməsini, xarab olmasını və keyfiyyətinin aşağı düşməsini göstərir. Ağacın rəngini
səthdən və dərindən boyamaq yolu ilə asanlıqla dəyişmək olar.
Ağacın parıltısı. Ağacın parıltısı onun bərkliyindən və özək şüalarının
miqdarından, ölçüsündən və yerləşməsindən asılıdır. Bərk ağac bir qayda olaraq çox
parıldayır. Ağac çürüyəndə parıltısını itirir. Çox parıldayan ağac mebel istehsalında,
musiqi alətləri və bədii əhəmiyyətli məmulatlar istehsalında, yüksək qiymətlidir.
28
Tekstura. Illik qatların, liflərin, özək şüalarının, yatmış tumurcuqların və digər
elementlərin müxtəlif bucaq altında kəsilməsi nəticəsində ağacın səthində əmələ
gələn şəkillərə tekstura deyilir. Teksturanın zənginliyi və dekorativliyi təkcə ağacın
cinsindən deyil, ağac elementlərinin kəsilmə bucaqlarından da asılıdır; ağac kəsiyinə
nə qədər element çox düşərsə və kəsmə bucaqları nə qədər müxtəlif olarsa, teksturası
bir o qədər zəngin olar. Radial kəsikdə adətən lent teksturası əmələ gəlir, tangental
kəsikdə tekstura getdikcə artan konusa bənzəyir, en kəsiyində isə tekstura konsentrik
dairələr şəklində olurlar. Ağac yan istiqamətində kəsiləndə və konusvari soyulanda
(şponlara) tekstura daha zəngin olur. Tekstura ağacın zahiri görünüşü bəzəkli edir.
Belə teksturalı ağac, xüsusən mebel istehsalında yüksək qiymətləndirilir. Tekstura
ağacın cinsini tanımağa kömək edir.
Ağacın qoxusu. Tərkibində qətran, efir yağı, aşılayıcı turşular olan ağac
xarakterik qoxuya malikdir. Məsələn, sağlam şam ağacı skipidar iyi, palıd ağacı –
tannin iyi, ardıc ağacı isə istiot iyi verir. Ağac çürüdükdə onun qoxusu dəyişilir və
ondan çürüntü qoxusu gəlir. Ətirli məhsullar üçün tara hazırlanan zaman ağacın bu
cəhəti nəzərdə tutulmalıdır. Məsələn, çay üçün şam ağacından yeşik hazırlamaq
olmaz.
Ağacın elektrikkeçirmə qabiliyyəti onun nəmlik dərəcəsindən asılıdır. Quru
ağcaqayın, göyrüş, fısdıq və albalı ağacları nisbətən yüksək izolə materialı sayılır.
Havanın nəmliyi və temperaturu artdıqca ağac öz elektriki izolə etmək xassələrini
itirir. Izolə materialı əvəzinə tətbiq olunan materialların elektrik təsirinə dayanıqlığını
29
artırılması və elektrik keçirmə xassəsinin azaldılması üçün onlara yağ, lak və parafin
hopdurmaq lazımdır.
Ağacın nazik qatlarından işıq şüaları keçə bilər; tək qat və üzlük faner
vərəqlərinin gizli qüsurlarının müşahidə edilməsi üçün ağacın içindən işıq keçirirlər.
Şalban və taxtadan rentgen şüalarıda keçə bilər.
Ağacın qaz keçirmək qabiliyyətindən onun rəngini dəyişmək, amonyak və azot
turşusu ilə ona antiseptik xassə vermək və ağac ziyanvericiləri ilə mübarizə etmək
üçün istifadə olunur.
30
1.3. Ağac cinslərinin təsnifatı və onların növlərinin
xarakteristikası.
Yuxarıda qeyd edildiyi kimi ağacın növləri çoxdur. Onların müxtəlif
əlamətlərinə görə təsnif edilməsi çox cəhətlidir. Burada botanik təsnifatdan istifadə
edilsədə əslində ağacların tanınması və onlardan material kimi istifadə edilməsi
şərtləri və əlamətləri əsas götürülür. Işi bir qədər asanlaşdırmaq üşün əmtəəşünaslığı
daha yaxın olan ədəbiyyatlardan və dərsliklərdən istifadə etməklə ağacların təsnifatını
və adlarını təqdim edirəm. Sxem 2-də keçmiş SSRİ və o cümlədən Azərbaycan
respublikası ərazisində bitən və ən çox işlədilən ağac növləri təsnif edilir. Burada
ağacların çeşidini iynəyarpaqlı və adiyarpaqlı ağaclara, onlarıda əsas əlamətlərə görə,
yəni nüvəli və nüvəsiz, üzük damarlı və dağınıq damarlı olmasına görə qruplara
ayırmışam. Bu sxemdə cəmi 22 ağacın adı çəkilir. Lakin bu heç də ağacların sayının
az olması deyildir. Məsələn, təhlil göstərirki təkcə qara şamın 14, küknarın 2, ağ
şamın 15 dən çox, sidrin 5, ardıc ağacının 3, qara çöhrənin 3, göyrüşün 14, qızıl
ağacın 4, cökənin 3, qovağın 30-a qədər növü vardır. Odur ki, burada ağacların ancaq
ümumi çeşid xarakteristikasını verməklə kifayətlənmək olar. Sxem 3-də isə xaricdən
gətirilməklə MDB məkanında becərilən 9 növünün, mebel sənayesi və digər sənaye
sahələrinin tələbini nəzərə almaqla ölkəyə idxal edilən 8-dən çox ağac növünün adı
çəkilir.
Təhlillər göstərir ki, iynəyarpaqlı ağaclar əsasən düz laylı quruluşa malik
olması, aşağı həcim çəkili olması, çürüməyə və mexaniki təsirlərə qarşı kifayət qədər
31
davamlı olmalarına və asan emal edilə bilən olmalarına görə fərqlənirlər. Onların
sudan yüngül olması həmin ağacları çaylar vasitəsilə istehlak məntəqəsinə axıtmaq
daha asan olur. Ağ şam, şam, küknar, sidr ağacı, qara çöhrə, ardıc ağacları bu qurupa
daxildir. Onlar nüvəli və nüvəsiz ağaclara bölünürlər.
Nüvəli ağacların ehtiyatı daha geniş yayılmışdır. Onlar tikintidə girdə meşə
materialı kimi geniş istifadə edilir.
Sxem 2.
Ağac cinslərinin təsnifatı.
Ağac cinsləri
Adiyarpaqlı cinslər
Iynəyarpaqlı cinslər
Nüvəli
Nüvəsiz
Üzük damarlı
Dağınıq damarlı
Qaraşam
Sidr
Şam
Qaraçöhrə
Ardıc ağacı
Küknar
Şam ağacı
Palıd
Göyrüş
Qarağac
Qarağac
Qaraağac
Şabalıd
Məxmər
Toz ağacı
Qovaq
Söyüd
Fıstıq
Çinar
Ağcaqovaq
Qoz
Vələs
32
Dülgər məmulatı, mebel hissələri, karkas, faner, şpon, yonqarlı pilitə və s.
istehsalına da yarayırlar. Tara, kağız, karton, sellüloza, kibrit istehsalı üçün də
xammaldır. Bu ağacların oduncaq hissəsi açıq zabolon və tünd nüvəyə bölünür.
Rəngləri müxtəlif çalarlarda olur.
Bunlardan şam ümumi meşə sahələrinin 1/6-nı tutur. Ölkənin xüsusilə şimal
rayonlarında və dağ zonalarında bitir. Şimal ağacının nüvəsi çəhrayı rəngdən
bozumtul qırmızıya qədər, üst oduncağı isə sarımtıl rəngdən çəhrayı rəngə qədər olur.
İllik qatları yaxşı görünür və onların gecikən hissəsi erkən hissəsindən kəskin
fərqlənir. Oduncağı orta sıxlıqlı, lakin kifayət qədər möhkəm və çürüməyə
davamlıdır. Tikintidə, maşınqayırmada, mebel istehsalında, dəmir yolu nəqliyyatında
və s. geniş istifadə edilir. Ondan yem vitaminləri, sellüloz, şirə, yarpaqlardan isə
bioloji aktiv maddələr istehsal etmək olur.
Sxem 3.
Ölkəyə gətirilməklə yetişdirilən və ölkəyə idxal edilən ağac növləri.
Ölkədə yayılan və idxal
edilən cinslər
Ölkədə yayılan nölər
Idxal edilən növlər
33
Qaraşam - iynəyarpaqlı ağaclar arasında birinci yeri tutur. Meşə ehtiyatının
2/5 demək olar ki, qara şamın payına düşür, 14 növü var. Ən çox tanınanı daur şamı
və sibir qaraşamlarıdır. Onların nüvəsi qırmızımtıl qonur rəngdə olub, ensiz ağ, yaxud
sarımtıl üs oduncaqdan kəskin ayrılır. Illik yaş qatları aydın seçilir, qatın gecikən
hissəsi qonur rənglidir. Çoxlu xırda qətran yolları vardır. Oduncağı yüksək sıxlığa və
möhkəmliyə malikdir, az düyünlüdür. Teksturası gözəldir, çürüməyə qarşı davamlıdır.
Ağır olduğu üçün çayla axıdılması çətindir, lakin quruduqda tez çartlayır, dəzgahda
emalı çətindir. Odur ki, hidrotexniki tikintilərə, şpal və sıvaylar istehsalına, elektrik
dirəklərinin hazırlanmasına, qismən də mebel, parket, tir, taxta istehsalına həm də
kimyəvi emala (kağız, sellüloza, qətran, şirə və s.) işlədilir.
Küknar – şimal rayonlarında bitir. Adi küknar və Sibir küknarı kimi
fərqləndirilir. Küknar nüvəsiz ağacdır. Yetişkən oduncaqlıdır. Oduncağın sarı ağ
rəngdə olur, yaş qatları aydın görünür. Möhkəmliyinə, sıxlığına və çürüməyə
davamlılığına görə şamdan geri qalır. Onun çoxlu düyünləri olur. Çətin emal edilir.
Qırmızı ağac
Maxaqon
Makars
Limon ağacı
Palisandır
Makassar
Qara ağac
Qızılgül ağacı
Sekvoyya (ABŞ)
Sərv ağacı
Ağ akasiya
Tut ağacı
Maklura
Aylanta
Buzlaq ağacı
Evkalipt
Lalə ağacı
34
Şam kimi işlədilir. Qabığından aşı maddəsi alınır. Musiqi alətləri istehsalına da
işlədilir.
Ağ şam – sibir ağ şamı, Qafqaz ağ şamı, Avropa ağ şamı, ağqabıqlı ağ şam və
Mancuriya ağ şamı kimi növlərdə tanınır. Nüvəsiz, yetişkən oduncaqlı olub küknar
oduncağına çox oxşayır, ondan qətran yollarının olmaması ilə fərqlənir. Möhkəmliyi
az olduğundan tətbiqidə azdır. Ancaq isti zonada bitənlər tara istehsalında və s. geniş
tətbiq edilir.
Sidr ağacı. Adi şamdan başqa bütün iynəyarpaqlılar bu qurupa aid edilir.
Nüvəsi açıq sarımtıl-çəhrayı rənglərdə olur. Yaş qatları bilinir, lakin kəskin
fərqlənmir. Yumşaq oduncaqlıdır. Xassələrinə görə küknarla ağ şam arasındadadır.
Əsasən karandaş istehsalına, qozası isə yağ istehsalına işlədilir.
Qaraçöhrə. Qafqaz və Uzaq Şərq qaraçöhrələri kimi tanınır. Qədim bitkidir.
Üst oduncağı ensiz sarı, nüvəsi isə sıx, parlaq, bozumtul-qırmızı rənglərdə olur. İllik
qatları əyri üyrüdür, ancaq aydın seçilir. Gözəl teksturası var. Qətran yolu və özək
şüası yoxdur. Mebel üçün işlədilir. Adi, yəni enliyarpaqlı ağaclar meşə örtüyünün ¼-
ni əhatə edə bilir. Onlar azdır, az işlədilir. Lakin çeşidi və keyfiyyət göstəricilərinə
görə zəngindir. Enliyarpaq ağaclar həlqəvi damarlı və dağınıq damarlı növlərdə
olurlar.
Palıd. Həlqəvi damarlıdır. 19-a qədər növü məlumdur. Ən çox yayılanı yay
palıdı və yaxud saplaqlı palıddır. Bütün palıdların 95 %-ni əhatə edir. Tünd boz yaxud
sarımtıl qəhvəyi rəngli nüvəsi və ensiz sarımtıl ağ üst oduncağı var. Eninə kəsikdə
35
illik yaş qatı görünür. Gecikən layda xırda boru və paranxem hüceyrələri daha sıx,
erkən zonada isə iriləşmiş olur. Parenxim onda açıq, alovabənzər radial zolaq yaradır.
Möhkəmdir, çürüməyə qarşı davamlıdır, yaxşı əyilə bilir, gözəl teksturalıdır. Mebel
sənayesində, maşınqayırmada, şpon və parket istehsalında və s. işlədilir.
Azərbaycanda palıdın 9 növü mövcuddur. Palıd etibarlı hissələr hazırlamağa
daha çox yarayır.
Göyrüş. Həlqəvi damarlıdır, 14 növü vardır. Azərbaycanda isə 3 növü bitir.
Bunlardan adi və sumaqyarpaq göyrüşlər çox yayılıb. Nüvəlidir, sarımtıl yaxud
çəhrayı rəngli üst oduncağa və açıq qonur rəngli nüvəyə malikdir. Illik qatın gecikən
görə palıda oxşayır. Sıx, əyilən, ən çox idman avadanlıqları istehsalına işlədilir.
Qarağac nüvəli ağacdır, illik qatları yaxşı görünür, oduncağıqırmızı-qonur
rənglidir. Gözəl teksturalıdır. Mebel, şpon istehsalında və maşınqayırmada geniş
istifadə edilir. Həlqəvi damarlıdır.
Şabalıd - ensiz, bozumtul-qonur rəngdə nüvəsi olur. Quruluşca palıda oxşayır.
Ancaq özək şüası yoxdur. Xassələrinə görə palıddan geri qalır.
Məxmər ağacı – qəhvəyi qonur nüvəsi var. Həlqəvi damarlıdır, özək şüaları
ensizdir və az seçilir. Göyrüşə oxşayır. Sarı oduncağı, tünd nüvəsi var. Fiziki
mexaniki xassələri göyrüşdən aşağıdır. Lakin zəngin teksturası olduğu üçün mebel və
şpon istehsalında işlədilə bilir.
36
Püstə ağacı Zaqafqaziyada və Kırımda bitir. Orta asiyada bitənləri nüvəlidir,
sıx, bərk, sürtülüb yeyeilməyə davamlı, sanki yağlı kimi ağacdır. Maşınqayırmada
işlədilir.
Əsməqovaq, qızıl ağac, cökə, qovaq, toz ağacı, fıstıq, qoz, adi vələs, ağcaqayın,
çinar, armud, şümşad ağacları səpkili borulu enliyarpaq ağacları aid edilir.
Əsməqovaq yumşaq oduncaqlı nüvəsiz ağacdır. Ağ rəngli yaşıl çaları var. Illik
qatları zəif seçilir. Oduncağı eyni cinsli olub özək şüaları görünmür. Asan soyulur,
hissiz yanır, yaxşı hopdurur. Kibrit istehsalına, ağac lifli tavalar, kağız, karton, faner
istehsalını işlədilir. Nüvə çürüntüsü əmələ gətirdiyinə görə geniş tətbiq edilmir.
Qızılağacın üç növü (qara, ağ və Sibir qızılağacı) təsərrüfat əhəmiyyətlidir.
Nüvəsiz ağacdır. Oduncağı təzə kəsiləndə ağ, bir qədər qaldıqda isə qırmızı qonur
rənglərə qədər olur. İllik qatları, boruları bilinmir. Bütün kəsiklərdə özək şüası
görünür, yumşaqdır. Faner, mebel, qutu istehsalında işlədilir.
Cökə xırda və iri yarpaqlı növlərdə olur, nüvəsi ağdır. Oduncağı yungülcə
çəhrayı və ya qırmızıya çalan rənglərdə olur. Özək şüası var, boruları sıx, yaş layları
görünməyəndir, yumuşaqdır. Çertiyoj alətləri, karandaş, qəlib, oyuncaq və s.
hazırlanmasında işlədilir.
Qovağı - 30-dan çox növü məlumdur. Onlardan ikisi qara qovaq, ağ qovaq
geniş yayılıb. Tez böyüyən, nüvəli ağac cinsidir. Ağ rəngli, enli üst oduncağı, sarımtıl
qonur rəngli nüvəsi olur. illik qatları enlidir, seçilir. Yumşaq, çürüməyə az davamlı
ağacdır.
37
Söyüd- 150-ə qədər növü məlumdur. Ağ söyüd və kövrək söyüdçox yayılıb.
Tez böyüyən nüvəli ağacdır. Ağ rəngli üst oduncağı və qonur çəhrayı rəngli nüvəsi
vardır. Illik qatları və özək şüaları zəifdir, boruları xırdadır. Xassələrinə görə cökəyə
yaxındır. Oyulmuş qayıq hazırlanmasında istifadə edilir. Qabığından aşı maddəsi
alınır.
Tozağacı – bu bərk oduncaqlı ağacların nümayəndəsidir. 40-dan çox növü var.
MDB ərazisində iki növü ziyilli və xovlu tozağacı növləri təsərrüfat əhəmiyyətlidir.
Onlar enliyarpaq meşə örtüyünün 2/3-ni əhatə edir. Nüvəsiz ağacdır. Sarımtıl və ya
qırmızıya çalan ağ rəngli, illik layları seçilməyən, az özək şüaları oduncağı var.
Yüksək möhkəmliyə, bərkliyə və özlülüyə malikdirlər. Çürüməyə az davamlıdır.
Demək olar ki, geniş məqsədlərə istifadə edilə bilir.
Fıstıq – nüvəsiz ağacdır. Yüksək möhkəmliyə və zəngin teksturaya malikdir.
Şpon, parket, mebel, maşın hissələri və s. istehsalına işlədilir. Aydın görünən, enli yaş
qatları, özək şüaları var. Ağ-qırmızımtıl rənglərə çalır.
Qoz ağacı - nüvəsi qəhvəyi rəngdə olan, üst oduncağı isə ağ-boz ağacdır. Illik
qatları və özək şüaları çətin seçilir. Iri damarlıdır. Gözəl dekorativ xassələrə malikdir.
Yaxşı emal olunur. Mebel, şpon, ov tüfəngi qundaqları istehsalına işlədilir. Rütubətli
şəraitdə çürüməyə az davamlıdır.
Adi vələs - nüvəsiz ağacdır. Oduncağı bozumtul-ağ rəngdə olur. Açıq, bir azca
əyri olan özək şüaları görünəndir. En kəsiyində illik qatları dalğavari görünür.
38
bərkliyinə, sürtülüb-yüyilməyə davamlı olmasına görə fərqlənir. Lakin qabara və
qatlaya bilir. Detal hazırlanmasına işlədilir.
Ağcaqayının - 25-ə qədər növü məlumdur. Nüvəsiz ağac cinsidir. Onların
əksəriyyətinə yalançı çinarda deyirlər. Yalançı çinara oxşayanlar ağ oduncaqlı,
qalanları isə qırmızımtıl və ya qonur rənglərdə olur. illik qatları bilinir, özək şüaları,
xüsusilə radial kəsikdən daha yaxşı görünür. Möhkəmliyi palıddan bir neçə dəfə
çoxdur. Gözəl teksturası olur. Mebel, musiqi alətləri, hissə və detallar
hazırlanmasınaişlədilir.
Çinar - isti ölkədə bitən, qırmızı qonur oduncaqlı, dağınıq tekturalı ağacdır.
Çinarın özək şüaları iri və çox olur, hər kəsikdə aydın görünməklə, radial kəsiklə
sahənin yarısını tutur ki, bu da ağaca xüsusi dekorativlik verir. Çinar mebel və musiqi
alətləri istehsalında üzlük material kimi, faner və habelə tokar məmulatları
hazırlanmasında tətbiq edilir.
Gövdəsiz olaraq aşağıdan qol-budaq atan ağac bitkilərinə kol ağacları deyilir.
Kol ağacları hörmə məmulat (mebel, səbət) istehsalında geniş tətbiq edilir. Bu
məqsədlə hamıdan çox istifadə olunan ağac söyüd ağacıdır ki, buna da istehsalda
şüvül (çubuq) deyilir. Bunlardan ən çox əhəmiyyətlisi qırmızı söyüd, qonur söyüd,
yabanı, ağ çubuq və səbət söyüdüdür. Hörmə məmulatların karkasları üçün adətən
yoğun söyüd çubuqlarından başqa, həm də fındıq , zoğal, meşə gilası, quşüzümü və
sair ağacların çubuqları da tətbiq edilir.
39
1.4. Ağacın keyfiyyətinin təyini metodları
Ağacların keyfiyyətini təyin etmək üçün əvvəlcədən müxtəlif cins ağac
növlərini, quruluşunu, xassələrini yaxından tanımaq lazımdır. Müxtəlif cins ağacların
quruluşu, fiziki və mexaniki xassələri nəinki məmulatın texniki və dekorativ
keyfiyyətinə təsir edir, hətta çox zaman bu və ya digər cinsli ağacdan məmulat
hazırlanmasının nə dərəcədə məqsədə uyğun olduğunu da göstərir. Bu səbəbdən ağac
mallarının hazırlanmasına dair standartlarda və texniki şərtlərdə hansı cins ağaclardan
harada istifadə olunması mütləq göstərilir. Məsələn, şam və küknar ağaclarının həcm
çəkisi kiçikdir. Bu ağaclar çürüməyə az davamlı olmaqla mexaniki emaldan asanlıqla
keçir və ən yaxşı inşaat materialı sayılır. Palıd və qaraşam ağacları yüksək dərəcədə
mexaniki möhkəmliyə və çürüməyə qarşı yüksək dayanıqlığa malik olduğu üçün, əsas
etibarı ilə ağır istismar şəraitində tətbiq edilən məmulat və qurğular üçün sərf olunur.
Fısdıq ağacı xeyli plastik olub, lakin dəyişkən nəmlilikdə çürüdüyünə görə əymə
mebel istehsalı üçün əsas materialdır. Parket üçün bərk olub sürtülməyə qarşı
müqavimət göstərən ağaclar yararlı sayılır ki, bunlardan da palıdı, ağcaqayını,
qarağacı və sairəni göstərmək olar. Çoxqatlı faner üçün kifayət qədər bərk və
quruluşu bir bərabərlikdə olan tozağacından istifadə olunur.
Mebel istehsalı üçün olan ağacı keyfiyyətini təyin etmək üçün dekorativ
xassələrinin böyük əhəmiyyəti olduğundan mebelin üzünə dekorativ ağaclar, o
cümlədən göyrüş, qoz , Kareliya, tozağacı, qarağac, qovaq və digər ağac cinsləri,
habelə ağacdan olan şiş, fır və digər törəmələr geniş tətbiq edilir. Cökə ağacı yumşaq,
40
yüngül və əyilməyə qarşı az-çox müqavimətli olmaqla, müxtəlif kəsmə detallar və
çertyoj taxtaları üçün istifadə olunur. Küknar ağacı nazik lifli quruluşda olmaqla,
kağız istehsalı və süni ipək (viskoz) üçün xammal təşkil edir. Istehsal da bəzən
(məsələn, çay tütün məmulatı, habelə tez qoxu çəkən digər mallar üçün tara
hazırlayanda) ağacın qoxusu da nəzərə alınır.
Mexaniki cəhətdən ən möhkəm sayılan sağlam (yəni çürüntüsüz, qurud yeməm
iş, budaqları az və nəmliyi ən çox 18 % olan) ağaclardır. Çürüntü, qurd yeyən yerlər
və budaqlar zahirdən baxmaqla, nəmlik isə nəmlik ölçən elektrik cihazı ilə, bu cihaz
olmadıqda isə ağacı vuranda səs verməsi ilə müəyyənləşdirilə bilər(quru sağlam ağac
cingiltili səs, çürük və yaş ağac isə boğuq səs verir).
Ağac məmulatının əmtəə keyfiyyətinin daha dəqiq müəyyənləşdirilməsi üçün
onun quruluş və xassələrinə dair ümumi məlumatdan başqa, habelə ağacın müxtəlif
cinslərini tanımaq, onun xarakterik xassələrini bilmək, nöqsanlarını aşkara çıxarmağı
bacarmaq, həmin nöqsanlara müxtəlif məmulatlarda nə dərəcədə yol verilməsini
bilmək, habelə həmin məmulatın müasir istehsalı və ağacın dağılmaqdan mühafizə
üsulları haqqında aydın təsəvvürə malik olmaq lazımdır.
41
II. Təcrübi hissə.
2.1.İstehlak bazarına daxil olan ağac xammalı
və yarımfabrikatlarının çeşid xarakteristikası.
Yerli ticarət təşkilatına daxil olan ağac yarımfabrikatları qrupuna girdə ağac
malları, yonulmuş ağac malları, mişarlanmış ağac malları, yarılmış ağac malları,
dülgərlikdə işlənən mallarfaner taxtaları və s. aiddir.
Girdə ağac mallarına müxtəlif yoğunluqda olan girdə ağac malları daxildir.
Dostları ilə paylaş: |