FaküLTƏ: qrup: FƏNN: Olimpiya hərəkatının fəlsəfəsi və idarə edilməsi MÜƏLLİM



Yüklə 344,41 Kb.
tarix20.03.2022
ölçüsü344,41 Kb.
#54002
olimpiya serbest is






AZƏRBAYCAN DÖVLƏT BƏDƏN TƏRBİYƏSİ VƏ İDMAN AKADEMİYASI

AD:

SOYAD:

İXTİSAS: İdman menecmenti və kommunikasiya

FAKÜLTƏ:



QRUP:

FƏNN: Olimpiya hərəkatının fəlsəfəsi və idarə edilməsi

MÜƏLLİM:

Mövzu : Olimpiya alovu Olimpiya məşəlləri

Olimpiya alovu Olimpiya oyunları əsnasında BOK-un rəhbərliyi altında alışdırılan alovdur. Olimpiya məşəli BOK-un təsdiqlədiyiOlimpiya alovunun alışdırılması üçün nəzərdə tutulan portativ məşəldir və ya onun dəqiq surətidir.

İlk olimpiya məşəlini yandırmış qadın idmancı – Enriqueta Basilio.Olimpiya məşəlini yandırmış ilk idmancı olmayan şəxs – Eigil Nansen. Olimpiya məşəli — Olimpiya oyunlarının simvoludur. Öz başlanğıcını Prometey- tərəfindən yunan tanrısı Zevsdən məşəlin oğurlaması ilə əlaqədar qədim Yunanıs-tandan götürdüyü fərz edilir. Məşəl Amsterdamda 1928-ci il Yay Olimpiya Oyun-larında təqdim olunub və o vaxtdan bəri müasir Olimpiya Oyunlarının bir hissəsi olub. Məşəlin Yunanıstandan oyunların keçirildiyi yerə müxtəlif ölkələrdən keçməklə ötürülməsi ideyası 1936-cı ildə Berlin Yay Olimpiya Oyunları zama-nı Karl Diyem tərəfindən təqdim edilib.

Müasir dövrümüzdə Olimpiya məşəli Olimpiya oyunlarının açılış mərasimindən

bir neçə ay öncə yandırılır. Məşəl Hera məbədində günəşin şüalarını parabolik

güzgü ilə istiqamətləndirməklə alovlandırılır. Məşəl növbə dəyişməklə Yunanıstanı

dolanır və oyunlar keçiriləcək şəhərə ötürülməsi Afinada Panatinaikos stadionun-

da başlayır.

Olimpiya məşəlinin estafeti oyunların mərkəzi stadionda təntənəli açılış mərasimi

günündə başa çatır. Onun sonuncu daşıyıcıları son ana qədər elan edilməmiş saxla-

nılır və adətən, məşəlin sonuncu daşıyıcıları oyunları qəbul edən ölkənin məşhur

idmançıları olur. Sonda arenada alovu yandırmaq üçün bu məşəldən istifadə edilir.

Alov oyunlar davam edən günlərdə də yanır və bu oyunların təntənəli bağlanış gü-

nünə qədər davam edir.



Qədim Olimpiya oyunları

Olimpiyanın hüdudları daxilində ilk oyunlar zamanı məşəlin fasiləsiz yanmasını

təmin etmək üçün ilahə Hera məbədinin mehrabından istifadə etmişlər. Qədim

yunanlar üçün alovun əlavə ilahi mənaları da var idi, belə ki, onlar alovun Pro-

metey tərəfindən allahlardan oğurlandığı fərz edirdilər. Ona görə də, alov Yuna-

nıstanda məbədlərin çoxunda mövcuddur. Müasir Olimpiya məşəli də Hera məbə-

dinin yerləşdiyi yerdən alovlandırılır.

Bu ənənə 1928-ci il Yay Olimpiya Oyunları zamanı yenidən bərpa olunub.

Amsterdamın kommunal elektrik işçisi Amsterdamda Olimpiya stadionunun

Marafon qülləsində ilk Olimpiya məşəlini yandırdı. Olimpiya məşəlinin Yuna-

nıstandan estafet vasitəsilə oyunlar keçiriləcək şəhərə ötürülməsi 1936-cı il

Almaniyadan keçirilmiş Olimpiya Oyunları zamanı başlayıb. Məşəlin estafeti

ideyasını Jozef Göbbelsin başçılığı altında Alman Nasional Sosialist Fəhlə Parti-

yası tərəfindən təşkil olunan 1936-cı il Berlin Olimpiya Oyunları üçün Karl Di-

yem hazırlamışdı. Kruppsilah şirkəti zeytun yarpağından ilham alaraq, ağac və

metaldan məşəllər istehsal edirdi. Bu məşəl Krupp şirkəti tərəfindən istehsal edil-

mişdi. Olimpiya məşəli Yunanıstanda çökük linza ilə yandırıldıqdan sonra Yuna-

nıstandan Berlinə 12 günə 3,331 marafonçu tərəfindən 3,187 km-dən çox məsafə

qət edilərək ötürüldü. Sonradan 1938-ci il Olimpiya filmində Leni Rifenştal məşəlin estafetini canlandırmışdı. Bu film tamaşaçılar tərəfindən Adolf Hitlerin re-

jiminə mif və mistika əlavə etmək cəhdinin bir hissəsi kimi dərk oluna bilər.

Olimpiya məşəlini çox vaxt marafonçular daşımasına baxmayaraq, məşəl müxtəlif

yollarla da ötürülə bilər. Məşəl 1948-2012-ci illərdə La-Manşkanalını keçmək

üçün qayıqla və Kanberrada avarçəkənlə, eləcə də 2008-ci ildə Honkonqda qayıqla

daşınıb. 2014-cü ildə tarixdə ilk dəfə olaraq Soçi Qış Olimpiya Oyunlarının rəmzi

olan Olimpiya məşəli rusiyalı kosmanavtlar Oleq Kotov və Sergey Ryazanski

tərəfindən açıq kosmosa çıxarılıb. İlk dəfə təyyarə ilə 1952-ci il Helsinki Olimpia-

dasında məşəl daşınıb. 1956-cı ildə Olimpiya Oyunlarında Avstraliyada olan

karantinlə əlaqədar atçılıq yarışları Melburn şəhərində keçirilmək əvəzinə Stok-

holmda keçirilir və məşəlin bütün daşıyıcıları at belində səyahət edirdilər. Alovun

qeyri-adi ötürülməsi 1976-cı ildə olub, belə ki, alovun ötürülməsində radio siqnal

istifadə olunub. Afinadan bu siqnal peyk vasitəsilə Kanadaya ötürülüb və alovun

yenidən yandırılması üçün lazer şüasından istifadə olunub. 1976-cı ilin məşəli

xüsusi olaraq Con Saksunun Queensway Maşınqayırma Məhsulları MMC şirkəti

tərəfindən istehsal edilib. 2000-ci ildə məşəli Böyük Sədd Rifi yaxınlığında

dalğıclar su altından da keçirib. 2004-cü ildə 78 gün davam edən ilk qlobal məşəl

estafeti keçirilib. Olimpiya məşəli 78000 km-dən daha çox məsafə qət edərək

11300 dəfə əl dəyişərək ilk dəfə olaraq Afrika və Cənubi Amerikaya səyahət

edərək və əvvəlki Olimpiya şəhərlərinin hamısından keçərək nəhayət 2004-cü il

Y ay Olimpiya Oyunlarının keçiriləcəyi şəhərə - Afinaya geri dönüb. Bu illər ərzində əhəmiyyətli nailiyyətlər qazanmış idmançıların Olimpiya

məşəlinin son estafetində Olimpiadanın əsas məşəlini yandırması artıq ənənəyə çevrilmişdir. Olimpiadanın məşəlini yandıran ilk məşhur idmançı 1952-ci il

Helsinki Olimpiadasında olmuşdur. Belə ki, doqquz qat Olimpiya çempionu Pavo Nurmi bu şərəfə layiq görülmüşdür. Məşəlin daşıyanlar arasında ağır çəkili boks üzrə çempion Məhəmməd Əli (1996), Avstraliyalı aborigen atlet Keti

Friman- və Buzüstü xokkey oyunçusu Ueyn Qretski (2010) kimi məşhur

idmançılar da daxildir. Soçi Qış Olimpiya oyunlarının məşəlini isə fiqurlu konkiüzrə 3 qat Olimpiya çempionu İrina Rodnina və hokkey üzrə 3 qat Olimpiya



çempionu Vla-dislav Tretyak yandırıb. Digər hallarda, stadionda məşəli yandıran insanlar arasında məşhur olmayanlar da var, bununla belə, onlar Olimpiya idealları tərənnüm edirlər. 6 avqust 1945-ci ildə Xerosimaya Atom bombasının atıldığı gündə Yaponiyalı atlet Yoşinori Sakai anadan olub. O, 1964-cü il Tokio Olimpiadasının açılış mərasimində İkinci dünya müharibəsindən sonra Yaponiyanın dirçəlməsini simvolizə edirdi. 1976-cı il Monrealdakı Olimpiya oyunlarında iki - biri ölkənin Fransızca danışan hissə-sindən, o biri isə ölkənin İngiliscə danışan hissəsindən olan yeniyetmə Kanadanın birliyini simvolizə edib. Olimpiadanın məşəlini yandıran ilk qadın atlet isə 1968-ci il Mexikodakı Olimpiyadada Enriqueta Basilio olmuşdur. Məşəlin yolu Olimpiya məşəli insan nailiyyətinin simvolu kimi səyahət edir. 1976-cı il estafeti zamanı məşəl Yunanıstandan Kanadaya peyk vasitəsilə ötürüldü. Yunanıstanın istilik sensorları alovu müəyyən etdi, siqnal Ottavaya peyk vasitəsilə ötürüldü və lazer şüaları ilə məşəl yandırıldı. Məşəl alovlandırılmamış şəkildə 1996, 2000 və 2013-cü illərdə astronavtlar tərəfindən kosmosa aparılıb. 2008-ci il Yay Olimpiya adasında məşəl Çinə gələnə qədər 6 qitədə estafet keçdi, lakin London, Paris- və San Fransiskoda etirazlarla qarşılaşdı. Bunun nəticəsi olaraq, 2009-cu ildə -Beynəlxalq Olimpiya Komitəsi elan etdi ki, gələcəkdə məşəlin estafeti ilkin olaraq Yunanıstan mərhələsindən sonra olimpiyadaya ev sahibliyi edəcək ölkədə keçirilsin. Bu qaydanın 2014-cü il Qış Olimpiadasından qüvvəyə minməsinə baxmayaraq 2010-cu il Vankuver Qış Olimpiya Oyunları və 2012-ci il London Yay Olimpiya Oyunları keçirilən ölkələr- İngiltərə və Kanada məşəlin estafetini öz ölkəsi daxilində keçirməyi qərara aldı. 2012-ci il London Olimpiyadasında məşəl Birləşmiş Krallıq boyunca 8000 mil məsafə səyahət edib.Məşəllər Məşəlin dizaynı hər bir Olimpiya oyunu üçün müxtəlif formalarda olur və estafetlərdə istifadə olunur. Məşəllər xüsusilə oyunların bəzi yerli aspektini təsvir edərək hazırlana bilər. Məsələn, 1992-ci il Albertville və 2006-cı il Turin Olimpiya Oyunlarının məşəlləri məşhur texniki dizaynerlər tərəfindən hazırlanıb. Bu dizayn-başçılıqlı məşəllər klassik dizaynlı məşəllərdən daha az populyarlıq qazanıb, xüsusilə Turin məşəli həddən artıq ağır olduğuna görə tənqid olunub. 1948-ci ildə Londonda keçirilmiş Olimpiya Oyunlarının məşəli memar "Ralf Lavers" tərəfindən hazırlanıb. Onlar bunun üçün 47 sm uzunluğunda və 960 qram ağırlığında alüminium külçə seçiblər.Məşəlin yanması üçün istifadə olunan yanacaq müxtəlif olurdu. İlk əvvəllər məşəllərdə yanacaq kimi bərk və maye yanacaqlar , o cümlədən zeytun yağı istifadə olunurdu. Xüsusilə parlaq nümayiş üçün pirotexnik birləşmələri və hətta yanan metal istifadə olunub. 1972-ci il Münhen Oyunlarından başlayaraq çox məşəllərdə maye qaz əvəzinə propilen və ya propan/butan qarışığı istifadə edilib. Bu cür məşəllər asanlıqla saxlanılır, asanlıqla idarə olunur və gur işıqlı alov saçır. Məşəllər müxtəlif sayda hazırlanırdı. Məsələn, 1952-ci ildə Helsinki oyunları üçün 22, 1980 Moskva oyunları üçün 6200 və 2012-ci il London oyunları üçün isə 8000 məşəl hazırlanıb. Bəzən məşəl hava ilə səyahət etdiyindən mədənlərin təhlükəsizlik lampalarının versiyasından məşəli havada yanılı saxlamaq üçün istifadə edilib. Bu məşəllər estafet zamanı istifadə edilir, biri söndükdə digəri ilə əvəz edilir. Bəzən məşəl estafet zamanı su üzərindən də aparılır. 1968-ci il Qrenöbl Qış Oyunları zamanı məşəli su üzərində havada tutaraq dalğıc Marsel limanını keçib. 2000-ci ildə Sidney oyunları zamanı məşəlin yolu Böyük Sədd Rifindən də keçib.



Olimpiya məşəlinin estafet zamanı bilərəkdən və ya təsadüfən sönməsi nadir hadisə deyil və bir dəfə Olimpiya oyunları zamanı Olimpiyadanın məşəlidə sönmüşdü. Bu gözlənilməz hadisəyə qarşı tədbir görmək üçün ehtiyat olaraq bir neçə əlavə məşəldə estafet zamanı daşınır. Məşəl sönərsə, həmin məşəl yenidən yandırılır və ya yeni məşəl götürülür. Daha yaddaqalan məşəl sönmələrindən biri Kanadanın Monreal şəhərində baş tutmuş 1976-cı il Yay Olimpiya Oyunları zamanı baş verib. Oyunların açılış mərasimindən bir neçə gün sonra leysan Olimpiya məşəlini söndürdü və sonra alışqandan istifadə edərək alovu yenidən yandırdılar. Bu yarışlarda təşkilatçılar bu cür gözlənilməz hadisələri nəzərə almışdılar və bu hadisədən sonra ilkin Olimpiya məşəli söndürülərək digəri ilə əvəzlənib. 2004 Yay Olimpiya Oyunlarında Olimpiya məşəli Panatinaikos stadionuna gətirilib beynəlxalq estafetə start veriləndə gecə çox küləkli olduğundan məşəl söndü, ancaq görülən ehtiyat tədbirləri nəticəsində məşəl yenidən yandırıla bildi. 2008-ci ildə Olimpiya məşəlinin estafeti Fransadan keçərkən etirazlar zamanı məşəl avtobusla aparıldığı üçün ən azı iki dəfə Çin rəsmiləri tərəfindən söndürülüb. (Fransa polisinin verdiyi məlumata görə 5 dəfə). Bu da son nəticədə şəhərdə estafetin ləğv olunmasına səbəb olub. Hal-hazırda nəzərdə tutulan məşəllər hazırlanarkən təhlükəsizlik tədbirləri və gözlənilməz hallar nəzərə alınır. Məşəlin daxilində iki alov olur. Alov tükənəndən və yenidən yandırılmağa etiyac duyulmadan əvvəl məşəlin içindəki yanacaq təxminən 15 dəqiqə yanmanı təmin edir. Məşəlin estafeti zamanı alovun sönməsi də nəzərə alınaraq bir neçə ehtiyat məşəldə götürülür2013-cü ildə Rusiyanın Soçi şəhərində keçirilmiş XXII Qış Olimpiya oyunlarının məşəlidə Moskvanın Qızıl Meydanında alovlandırılarkən sönmüşdü. Məşəli yenidən alovlandırmaq mümkün olmadığı üçün, məşəl təbii odla-yanan lampa ilə əvəzlənmişdi.



Solt Leyk Sitidə Olimpiya oyunlarının açılş mərasimi zamanı 1980-ci il ABŞ hok-key komandasının üzvlərinin Olimpiadanın məşəlini yandırması.Olimpiadanın məşəli və postamenti həmişə dramatik dizaynı və qəribəliyi ilə seçi-lir. Bu da, həmçinin açılış mərasimdə Olimpiadanın məşəlinin necə yandırılması ilə bağlıdır. Adətən, Olimpiadanın əsas məşəlini tanınmış və müxtəlif Olimpiya Oyunlarında uğur qazanmış idmançılar yandırır, amma Olimpiya Oyunlarının tarixində elə hallar olub ki, əsas məşəli yandıran nəinki idmançı, hətta tanınmış şəxs belə olmayıb. Olimpiadanın məşəlini yandırmaq üçün məşəl stadiona təntə-nəli açılış mərasimi təşkil olunduğu gün gətirilir. Məşəli gətirmiş şəxs ya Olimpia-danın məşəlini yandırır, ya da çox vaxt məşəl stadionda əl dəyişdirməklə Olimpia-danın məşəlini yandıracaq adı gizli saxlanılan şəxsə təqdim edilir.
Yüklə 344,41 Kb.

Dostları ilə paylaş:




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin