BANK MENECMENTİ VƏ ONUN ƏHƏMİYYƏTİ
Bank sisteminin problemsiz işləməsi üçün lazımi qaydada idarə olunmalıdır. Bu səbəbdən bank menecmenti, risk rəhbərliyi, planlaşdırma və siyasət hazırlama, mənfəət monitorinqi və digər digər rollar da daxil olmaqla bütün bank fəaliyyətləri ilə məşğul olur. Bank menecmenti, mənfəəti artırmaq üçün bank proseslərinə düzgün nəzarət edir.
Bank menecmenti idarəetmənin xüsusi sahəsi olmaqla, bazar iqtisadiyyatının inkişafı şəraitində ortaya çıxır. Bank əməliyyatlarının inkişaf etmiş ölkələrdə olan əməliyyatlar səviyyəsinə çatdığı mərhələdə bu xidmətlərə qiymətli kağızlarla, kredit kartları ilə, valyuta ilə əməliyyatlar, digər kommersiya bankları və strukturlarının səhmlərinin yerləşdirilməsinə kömək, müştərilərə onların vəsaitlərinin səmərəli yerləşdirilməsində xidmət, investisiya layihələrinin qiymətləndirilməsi, lizinq, faktorinq və digər əməliyyatlar aiddir. Qeyd etmək lazımdır ki, belə şəraitdə bankın nizamnamə kapitalı digər kommersiya bankları üçün ehtiyyat fonduna çevrilə bilər. Bank menecmenti bu və ya digər proqramı sadəcə olaraq kreditləşdirmir, həmçinin kreditlərin necə sərf olunmasına nəzarət edir. Xüsusən isə, onların hansı məqsədlərə sərf olunmasına və vaxtında geri qaytarılmasına nəzarəti öz üzərinə götürür.
Ümumi şəkildə bank menecmenti bankın strateji və taktiki planlaşdırması, təhlil, tənzimləmə və bank fəaliyyətinə nəzarətlə əlaqədar olan münasibətlərin, maliyyə resurslarının, marketinq fəaliyyətinin, bank əməliyyatlarının yerinə yetirən işçi qrupunun idarəolunmasını tərənnüm edir.
Bank menecmenti kommersiya banklarının öz funksiyalarını yerinə yetirmələri ilə bilavasitə bağlı olan praktiki fəaliyyətdir. Bu aspektdə bank menecmenti idarəedici obyektlərə: bankın aktiv və passiv əməliyyatlarına, hesablama-kassa əməliyyatlarına, normativ maliyyə göstəricilərinin yerinə yetirilməsinə, daxili audit və nəzarətə təsir sistemi kimi çıxış edir.
Beləliklə bank menecmenti bir-biri ilə qarşılıqlı əlaqədə və asılılıqda olan aşağıdakı parametrlər sistemini təşkil edir:
– İqtisadi-maliyyə göstəriciləri;
– Bankın qarşısında duran məsələlərin həllinə cavab verən təşkilati quruluş;
– Bank məhsullarının texnoloji-funksional idarəedilməsi.
Нər bir bank öz fəaliyyətində daxili nəzarət mexanizmlərinin adekvatlığını təmin etmək məqsədilə aşağıdakı əsas prinsipləri və qaydaları rəhbər tutmalıdır:
a) Mükəmməl təşkilati struktur;
b) Zəruri siyasət və uçot qaydaları;
c) Aktivlərin qorunması üçün tədbirlər;
d) Daxili audit üzrə səmərəli proqram.
Dostları ilə paylaş: |