Fakültə;Nəqliyyat və Logistika Fənn; Dəmiryol nəqliyyat vasitələrinin hərəkət vasitələri Qrup;101A2 Müəllim;Ramin Aslanov Tələbə;Şahanə.İbrahimli LABORATORİYA İŞİ №3
Cərəyan qəbuledicinin konstruksiyası və işləmə prinsipi
İşin məqsədi:
Cərəyan qəbuledicinin texniki xarakteristikası və idarə edilməsini öyrənmək.
Avadanlıqlar:
1. Pnevmatik və elektrik sxemlərdə təchit edilmiş pantoqraf.
2. 2 metrlik xətkeş
3.Dinamometr.
4. Saniyəölçən.
5. Qayka açarları.
İşin yerinə yetirilməsi:
İşin yerinə yetirilməsi:
Cərəyan qəbuledici cərəyanı kontakt şəbəkəsindən yüksək gərginlikli dartı mühərrikinə və qeyri-yüksək gərginlikli aparatlara ötürməsi üçündür. Cərəyan götürmə sistemindən və iş şəraitindən asılı olaraq, müxtəlif konstruksiyalı olarlar: yuxarı kontakt naqilində — pantoqraflar, qövslü və ştanq cərəyan qəbulediciləri; yan kontakt naqilində — xüsusi yan cərəyan qəbuledicilər və kontakt relsdə — rels cərəyan qəbuledicilər. İş şəraitinə görə magistral dəmir yollarında pantoqraflar istifadə edilir.
T-5M1 cərəyan qəbuledicilərinin texniki xarakteristikası aşağıdakı cədvəl 1-də göstərilib.
Konstruksiya. Pantoqraf bünövrədən 7 (şəkil 1) alt 6 və üst 3 çərçivələrdən, xizəklərdən 2, katerkalardan 1, qaldırıcı yaylardan 9, pnevmatik intiqaldan 4 və reduksiya qurğusundan 8 ibarətdir.
Cərəyan qəbuledicilərinin bünövrəsi şveller poladından və bucaqlıqlardan qaynaq edilib. Onun üstündə pnevmatik intiqalın silindri və reduksiya qurğusu yerləşib. Çıxarılan konusvari borulardan və valdan düzəldilən alt çərçivələr bünövrədə bərkidiliblər. Nazikdivarlı borulardan düzəldilən üst çərçivələr alt çərçivələrlə oynaqlı birləşiblər və iki xizək yerləşən karetkaları özlərində daşıyırlar
İş prinsipi. Pantoqraf sıxılmış havanın intiqalın silindrinə verilmə zamanı qalxır. Porşen silindrdə yerləşən buraxma yaylarını sıxır və qaldırıcı yaylar işə düşür. Qaldırıcı yaylarla oynaqlı birləşən alt çərçivələr fırlanaraq karetkalar və xizəklərlə birlikdə üst çərçivələrin qalxmasına imkan verir.
Alt çərçivələrin vallarının sinxron fırlanması alt çərçivələrin vallarının qulaqcıqlarında oynaqlı birləşən dartılarla yerinə yetirilir. Cərəyan qəbuledicilərinin qaldırma hündürlüyünün işçi diapazonunda silindrdə yerləşən buraxılma yaylar tam sıxılmış haldadırlar, kontakt naqilinə xizəkin sıxılması qaldırıcı yayların gücü ilə yerinə yetirilir. Sıxılmış havanın silindrlərdən buraxılması zamanı buraxılma yaylar açılaraq qaldırıcı yayların hərəkətini kompensasiya edir və cərəyan qəbuledicilərini aşağı salır.
Şəkil 1. T-5M1 cərəyanqəbuledicisinin sxemi1
— cərəyan qəbuledicinin bünövrəsi; 2 — əsas val; 3 — yay; 4 — ötürücünün silindri; 5 — amortizasiyali kronşteyn; 6 — pərçim; 7 — oynaq; 8 — linglər; 9 — pərçim; 10 — mis şunt; 11 — qayka; 12 — yaytutucu; 13 — reduksiya qurğusu; 14 — sinxronlaşdırıcı dartılar; 15 — oynaq; 16 — bənd; 17 — üst çərçivənin bəndi; 18 — üst çərçivə; 19 —cərəyangötürən yanlıq; 20 — xizək; 21 — karetka.
Statik basılmanın xarakteristikalarının çıxardılması DÜİST 12058-72 uyğun yerinə yetirirlər.
Şəkil 2. Cərəyanqəbuledicisinin statik xarakteristikasının çıxardılması (a) və düşmə gücünün təyin edilməsi (b) sxemləri:1 — dinamometr; 2 — blok; 3 — dolamaçarx.
Nəticə:
Cərəyanqəbuledicinin istismara yararlığı barədə rəy vermək və aşkarlanan qüsurların aradan qaldırılması üçün məsləhətlər verilməlidir.
Hesabatın məzmunu:
İşin adı və məqsədi.
2. İstifadə olunan avadanlıqların siyahısı
3. İşin yerinə yetirilmə qaydasının qısa məzmunu
4. Alınan ölçülər.
5. İşin nəticəsi.