Sərbəst iş №3 Mövzu: Sabit cərəyan maşınlarında güc itkiləri və F.İ.Ə. Fakültə



Yüklə 1,48 Mb.
tarix15.03.2023
ölçüsü1,48 Mb.
#87871
230316535206748691 kopyası kopyası


Azərbaycan Hava Yolları”
Qapalı Səhmdar Cəmiyyəti
Milli Aviasiya Akademiyası

Sərbəst iş № 3

Mövzu: Sabit cərəyan maşınlarında güc itkiləri və F.İ.Ə.
Fakültə: Hava Nəqliyyatı
Ixtisas: Aerokosmik mühəndislik
Qrup: 2131A1
Tələbə: Bayramov Sahib
Müəllim: Hüseynov Vüqar

Bakı-2023
Yaxşı tənzimlənmə xassələrinə malik olduğu üçün sabit cərəyan mühərrikləri sənayedə, nəqliyyatda, kənd təsərrüfatında və başqa sahələrdə geniş miqyasda tətbiq olunur. Xüsusən fırlanma tezliyinin böyük hədlərdə səlis tənzimlənməsi tələb edən qurğuların elektrik intiqalında sabit cərəyan mühərriklərin tətbiqi bir çox hallarda dəyişən cərəyan mühərriklərinə nisbətən daha üstün görünür.
Sabit cərəyan mühərrikləri generatorlarda olduğu kimi təsirlənmə dolaqlarının lövbər dolağına qoşulma üsuluna görə aşağıdakı növlərə ayrılırlar: paralel, müstəqil, ardıcıl və qarışıq təsirlənən. Mühərriklərin işə qoşulma sxemləri uyğun generatorların işə qoşulma sxemindən təkcə işəsalıcı reostatın sxemə daxil edilməsi ilə fərqlənir. İşəsalıcı reostat işəsalma cərəyanını məhdudlaşdırmaq üçün istifadə edilir.
Müstəqil və paralel təsirlənən sabit cərəyan maşınını sabit gərginlikli şəbəkəyə qoşulduqda o həm generator və həm də mühərrik rejimində işləyə bilər. “Lövbər dolağı-şəbəkə” konturu üçün Kirxhofun ikinci qanununa əsasən yazmaq olar:
E – U = IaΣRa (1)
buradan
Ia = (E – U)/ ΣRa (2)
Əgər E > U, onda Ia cərəyanı ilə E EHQ-nın istiqamətləri üst-üstə düşür və maşın generator rejimində işləyir (şək.1,a).
Bu halda lövbər cərəyanı ilə təsirlənmə maqnit selinin qarşılıqlı təsirindən yaranan elektromaqnit moment M lövbərin fırlanma tezliyinin n əksinə yönəlir və tormozlayıcı xarakterə malik olur.


Şək.1.Sabit cərəyan maşının generator (a) və mühhərrik
(b) rejimində işləmə sxemi
Onda (1) tənliyi generator rejimi üçün aşağıdakı şəkil alır:
U = E –IaΣRa (3)
Əgər E < U olarsa (2) tənliyindəki Ia cərəyanı öz istiqamətini dəyişir və E EHQ-nin əksinə istiqamətlənir.
Buna uyğun olaraq M elektromaqnit moment də öz
işarəsini dəyişir, yəni maşının fırlanma tezliyinin istiqamətində təsir edir. Bu halda maşın mühərrik rejimində işləyir (şək. 1, b) və (5.3) tənliyi aşağıdakı şəkil alır:
U = E +IaΣRa (4)
buradan lövbər cərəyanı

Ia = (U – E)/ ΣRa (5)


Beləliklə, müstəqil və paralel təsirlənən generatorları U gərginlikli şəbəkəyə qoşduqda E EHQ-si şəbəkənin U gərginliyindən kiiççikdirsə, avtomatik olaraq mühərrik rejiminə, əgər E QHQ-si U gərginliyindən böyükdürsə, bu mühərriklər avtomatik olaraq generator rejiminə keçirlər.
Sabit cərəyan maşını mühərrik rejimində işləyən zaman E EHQ-nin və fırlandırıcı momentin təyini düsturları generator rejimindəki kimidir:
E = CФω; M = CФI, (6)
(4) tənliyində E = CФω qiymətini yerinə yazıb ω nəzərən həll etsək alarıq:
ω = (U – Ia ΣRa)/() (7)
Əgər (4) tənliyinin hər iki tərəfini Ia vursaq, onda mühərrikin güclər balansı tənliyini almaq olar:
UIa = EIa + Ia2 Ra
və ya
P1 = Pem + ΔPel, (8)
burada P1 - mühərrik işləyən onun şəbəkədən aldığı
elektrik gücü; Pem - elektromaqnit güc; ΔPel - lövbər dövrəsindəki elektrik itkiləri.
Mühərrikin valındakı faydalı güc P2:
P2 = Pem – ΔPmex – ΔPm –ΔPəl (9)
burada ΔPmex - mexaniki itkilər; ΔPəl - əlavə itkilər.
Paralel təsirlənən mühərrik üçün tam energetik balansa görə faydalı güc:

P2 = P1 – ΔPel –ΔPmex ΔPm ΔPəl ΔPT


və ya
P2 = P1ΣΔP (10)
burada ΔPT - təsirlənmə dövrəsindəki itkilərdir.
Faydalı iş əmsalı:
= P2 =1P (11)
P1 UIa
İşçi mexanizmə ötürülən mühərrikin valındakı moment (9) ifadəsinə görə təyin edilir:
M2 = Mem – M0, (12)
burada Mem = Pem/ω = CФIa - elektromaqnit moment; M0 = (ΔPmex+ ΔPm+ ΔPəl)/ω- yüksüz işləmə momentidir.
Sabit cərəyan mühərrikləri müstəqil, paralel, ardıcıl və qarışıq elektromaqnit təsirlənməyə malik ola bilərlər.
Generatorlarda olduğu kimi mühərrikin işçi xassələri əsasən onların təsirlənmə üsulundan asılıdır.

Yüklə 1,48 Mb.

Dostları ilə paylaş:




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin