Fatimə müəllimə
Vurğu
Vurğusu son hecaya düşən şəkilçilər və
sözlər
ƏZBƏR!
1) 70 % hallarda Uzun saitli sözlərdə vurğu
sonuncu hecanın üzərinə düşür
Məsələn : ədalə`t [əda: lə`t]
2) -loji-şəkilçisi ilə bitən sözlərdə Vurğu sonuncu
hecanın üzərinə düşür
Məsələn : bioloji`
3) –izm- şəkilçisi ilə bitən sözlərdə vurğu
sonuncu hecanın üzərinə düşür
Məsələn: romanti`zm
4) -loq-sonluğu ilə bitən sözlərdə insan anlayışı
bildirməzsə bu zaman Vurğu sonuncu hecanın
üzərinə düşür.
Məsələn: dialo`q
5) –ma₂ - şəkilçisi isim,sifət düzəldərsə Vurğu
sonuncu hecanın üzərinə düşəcək
Məsələn: bölmə`
6) -lar₂- cəm şəkilçisi rolunda çıxış edərsə Vurğu
sonuncu hecanın üzərində olacaq
Məsələn: ağac+lar=ağacla`r
7) -ca₂- ədat rolunda çıxış edərsə Vurğu sonuncu
hecanın üzərində olacaq
Məsələn : zorbaca`
-İka- sonluğu ilə bitən sözlərdə Vurğu əsasən “i”
dən əvvəlki hecanın üzərinə düşür
Məsələn : Fone`tika
-iya- sonluğu ilə bitən sözlərdə Vurğu əsasən “i”
dən əvvəlki hecanın üzərinə düşür
Məsələn : morfolo`giya
-qraf- sonluğu ilə bitən sözlərdə Vurğu əsasən
“q”-dan əvvəlki hecanın üzərinə düşəcək
Məsələn : epi`qraf
-asiya- sonluğu ilə bitən sözlərdə Vurğu əsasən
birinci hecadakı “a”-nın üzərinə düşəcək
Məsələn : Avra`siya
-tor- sonluğu ilə bitən sözlərdə Vurğu əsasən
“tor”-dan əvvəlki hecanın üzərinə düşür
Məsələn: tra`ktor
-loq-sonluğu ilə bitən sözlərdə insan anlayışı
bildirirsə vurğu əsasən “loq”-dan əvvəlki hecanın
üzərinə düşür
Məsələn : bio`loq
-“m,p,r,s”- sifətinin çoxaltma dərəcəsinin
ünsürləri işlənən zaman vurğu bu ünsürlərdən
əvvəlki hecaya düşəcək
Məsələn : ya`myaşıl
Qeyd :
Vurğu qəbu\ etməyən səki\ci\ər
Vurğu qəbul etməyən şəkilcilər
1) –gil- Əmi`mgil
2) -la₂- ehtiya`tla
Diqqət !
Bə`zi,bə`zən,da`im,so`nra,yə`ni,bə`li,
la`kin,da`xilən,dü`nən,da`ima
Verilmiş sözlərdə Vurğu və uzanma eyni hecanın
üzərindədir
3) -casına₂- qəhrəma`ncasına
4) -madan₂- oxu`madan
5) -mı₄ sual ədatı – gəldi`nmi
6) -ma₂ inkar şəkilçisi – gəl+mə= gə`lmə
7) Soyad düzəldən –ov,-yev,- ova,-yeva
şəkilçiləri- Quli`yeva
8) –idi,imiş,işə hissəciklərinin şəkilçiləşmiş
formaları- oxuyu`rmuş
9) –arkən₂, -dıqca₄, -ınca₄,-araq₂ feili bağlama
şəkilçilərinin II hecası vurğu qəbul etmir-
Deyi`ncə
10) -dək,-can₂,-tək qoşmaları sözə qoşularaq
bitişik yazılır və Vurğu qəbul etmir.
Məsələn: evə`dək
11) -İlə- qoşmasının şəkilçi qoşması sözə bitişik
yazılır və vurğu qəbul etmir.
Məsələn : qardaşı`mla
12) şəxs sonluqları Vurğu qəbul etmir.
Məsələn : Həki`mdir