FəNN: Azərbaycan dili və nitq mədəniyyəti; kafedra: Azərbaycan dili və pedaqogika



Yüklə 23,18 Kb.
tarix02.01.2022
ölçüsü23,18 Kb.
#38090
növüMühazirə
Kollokvium 1 Azərbaycan dili və nitq mədəniyyəti


FƏNN: Azərbaycan dili və nitq mədəniyyəti;

KAFEDRA: Azərbaycan dili və pedaqogika;


1.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin ölkənin daxili və xarici vəziyyəti, ölkə daxilində gedən ictimai-siyasi hadisələrə həsr olunmuş çıxışları nə adlanır?


A) ictimai natiqlik B) siyasi mühazirə C) siyasi natiqlik

D) ictimai mühazirə E) ictimai-siyasi söhbət


2.
Normalara tabe olmayıb, fəaliyyət sahəsinin genişliyi ilə seçilir.
A) ədəbi dil B) şivə və dialekt C) cənub dialekt

D) bədii əsərlərdə yazıçının dili E) xalq danışıq dili


3.
Professorun auditoriyada oxuduğu mühazirə natiqliyinin hansı növünə aiddir?
A) siyasi B) bədii C) akademik

D) işgüzar E) inzibati-idarə


4.
Baş həkimin xəstəxana işçiləri və həkimlərlə keçirdiyi iclasdakı çıxışı natiqliyin hansı növünə aiddir?
A) siyasi B) inzibati-idarə C) işgüzar

D) akademik E) bədii


5.
Nitq haqqındakı fikirlərdən biri yanlışdır.
A) Nitq dil ilə müqayisədə mütəhərrik və dinamikdir.

B) Nitqin mənbəyi dildir.

C) Nitq dilin konkret nitq təcrübəsində realizə olunmasıdır.

D) Nitq fəaliyyətdə olan, yəni öz funksiyasını yerinə yetirməkdə olan dildir.

E) Nitq fərdi xarakterə malik deyil.
6.
Yazılı nitqlə şifahi nitq arasındakı fərqlərdən biri yanlışdır.
A) Yazılı nitqdə fikir daha ardıcıl və rabitəlidir, lakin şifahi nitqdə ardıcıllıq pozula bilər.

B) Hər ikisində həmsöhbətlə əks əlaqə olmur.

C) Yazılı nitq şifahi nitqdə nisbətən daha müfəssəldir və mürəkkəb quruluşa malikdir.

D) Yazı prosesində çox vaxt danışıqda az işlənən ifadələrdən, cürbəcür sintaktik quruluşlardan istifadə etmək üçün şifahi nitqə nisbətən müəyyən vaxt imkanı vardır.

E) Şifahi nitq yazılı nitqə nisbətən daha sürətlidir.
7.
Şifahi nitqin xüsusiyyətlərindən biri yanlışdır.
A) Şifahi nitqin tempi çox sürətlidir.

B) Şifahi nitqdə cümlələr qısa və quruluşca sadə olur.

C) Şifahi nitqdə intonasiya, fasilə, vurğu və s. köməkçi vasitələrdən istifadə olunur.

D) Şifahi nitqin leksikasında hamıya aydın olmayan terminlərə daha çox yer verilir.

E) Şifahi nitqdə ümumişlək sözlərə daha çox yer verilir.
8.
Bunlardan biri natiqlik sənətinin cəhətləri sırasında verilə bilməz.
A) orfoepik və intonasiya qaydalarına əməl edilməsi

B) materialın icadı və onun hazırlanması

C) materialın plan üzrə müvafiq formaya salınması

D) materialın şifahi şərhinin ədəbi-üslubi cəhətdən işlənməsi

E) nitqin söylənilməsində intonasiya və emosiya kimi məsələlərin nəzərə alınmaması
9.
Biri natiqlik sənətinin tələblərinə aid deyildir.
A) nitqdə əvvəlcədən hazırlaşmaq

B) uzunçuluğa yol verməmək

C) auditoriyanın səviyyəsini nəzərə almaq

D) mimika və jestlərdən istifadə etməmək

E) düzgün, dəqiq, ifadəli danışmaq
10.
Nitq mədəniyyətinə aid edilmiş cəhətlərdən biri yanlışdır.
A) Nitq mədəniyyəti nəzəri dilçilik sahəsi olub, hər hansı bir dilin normlarını müəyyənləşdirən təcrübi tədbirlər kompleksidir.

B) Nitq mədəniyyəti tətbiqi dilçilik sahəsidir.

C) Nitq mədəniyyəti ümumi mədəniyyəti tərkib hissəsi olub, dilin normalarını müəyyənləşdirən nəzəri axtarışlar kompleksidir.

D) Nitq mədəniyyətinin əsas tələblərindən biri nitqin aydınlığı və düzgünlüyüdür.

E) Nitq mədəniyyəti anlayışına yazı mədəniyyəti də daxildir.
11.
Kimə əsl natiq demək olar?
A) yığcam danışana B) düzgün, dəqiq və ifadəli danışana

C) aydın və təmiz nitq sahibinə D) nitqin intonasiyasına əməl edənə

E) çıxışa əvvəlcədən hazırlaşana
12.
Mədəni nitqin səviyyəsi nə ilə müəyyənləşir?

A) fikrin həqiqiliyi və doğruluğunu qorumaqla

B) nitqdə əcnəbi sözlərə yol verməməklə

C) nitqin təmizliyinə həmişə əməl etməklə

D) fikrin ifadəliliyinİ təmin etməklə

E) bədii ifadə vasitələrindən səmərəli istifadə etməklə


13.
Monoloji nitqə aid olmayan cəhət hansı bənddədir?
A) Monoloji nitqdə sual – cavab forması əsas rol oynayır.

B) Monoloji nitq bir şəxsin öz-özünə danışığıdır.

C) Monoloji nitqdə məqsəd hər hansı bir məzmunun başqasına çatdırılmasıdır.

D) Məruzə, mühazirə monoloji nitqin formalarıdır.

E) Latınca mono (mono) bir, loqos (lagos) nitq deməkdir.
14.
Dioloji nitqin növləri hansılardır?
A) nəqletmə, sual-cavab, müzakirə B) müsahibə, məlumatverici, təsviri

C) sual – cavab, müsahibə, müzakirə D) sual-cavab, müsahibə, təsviri

E) nəqletmə, məlumatverici, təsviri
15.
Verilən fikirlərdən biri yanlışdır.
A) Ümumxalq dili ədəbi dilin cilalanmış qoludur.

B) Ədəbi dil tarixi hadisədir.

C) Ədəbi dil normalara tabedir.

D) Ədəbi dil xalqın ən nümunəvi ünsiyyət vasitəsidir.

E) Norma düzgün və vahid nitq yaratmağa kömək edir.
16.
Biri məhkəmə nitqi üçün vacib deyil.
A) Yalan danışmamaq B) Nitq predmetini yaxşı bilmək

C) Qanunlara dərindən bələdçilik

D) İfadəli nitqə sahib olmaq E) Dili yaxşı bilmək
17.
Nitq mədəniyyətinə aid edilmiş cəhətlərdən biri yanlışdır.
A) Nitq mədəniyyəti, hər şeydən əvvəl, dilin fəaliyyətdə olan normalarının və kateqoriyalarının tələblərinə ciddi əməl edilməsidir.

B) Nitq mədəniyyəti tətbiqi dilçilik sahəsidir.

C) Nitq mədəniyyəti geniş mənada fikir, düşüncə mədəniyyətidir.

D) Nitq mədəniyyəti dedikdə ancaq dilin təsvir və ifadə vasitələrindən istifadə formaları başa düşülür.

E) Nitq mədəniyyəti şifahi və yazılı nitqin vəhdətindən ibarətdir.
18. Nitq mədəniyyətinin ən mühüm tələbi nədir?
A) ədəbi dilin normalarına riayət etmək

B) terminlərdən istifadə etmək

C) obrazlılıq və məcazilikdən istifadə etmək

D) yığcamlıq, sadəlik tələblərinə əməl etmək

E) nitqin ədəbi tələffüz baxımından dəqiqliyinə əməl etmək
19.
Nitq haqqında verilən fikirlərdən biri yanlışdır.
A) Nitq dilin təzahür formasıdır.

B) Nitq ictimai-tarixi təcrübəni yaşatmaq, ötürmək və mənimsəmək vasitəsi rolunu oynayır.

C) Nitq insan danışığının cəmidir.

D) Nitq ancaq ünsiyyət təşkilinin konkretləşdirilməsində özünü göstərir.

E) Nitq fərdi xarakter daşıyır.
20.
Verilmiş fikirlərdən biri yanlışdır.
A) Nitq fəaliyyətdə olan dildir.

B) Nitq fərdi – psixoloji hadisədir.

C) Nitq dil ilə müqayisədə mütəhərrik və dinamikdir.

D) Nitq dilin konkret nitq təcrübəsində realizə olunmasıdır.

E) Dil nitq ilə müqayisədə mütəhərrik və dinamikdir.
21.
Nitq haqqındakı mühakimələrdən yalnız biri düzgündür.
A) Nitq fərdi xarakterə malik deyil.

B) Nitq tarixən çox az dəyişikliyə uğrayır.

C) Nitqin mənbəyi dildir və o, ünsiyyət prosesidir.

D) Nitq dilin mənbəyidir.

E) Nitq ünsiyyət vasitəsidir.
22.
Nitq prosesinin başlıca ünsürləri
A) danışmaq, görmək, bilmək B) danışmaq, eşitmək, dərk etmək

C) eşitmək, duymaq, yazmaq D) dərk etmək, baxmaq, dinləmək

E) duymaq, qalxmaq, dərk etmək
23.
Monoloji nitqin formaları hansılardır?
A) müsahibə, məlumatverici, müzakirə B) nəqletmə, məlumatverici, təsviri

C) nəqletmə, təsviri, müzakirə

D) sual-cavab, təsviri, məlumatverici E) müsahibə, nəqletmə, təsviri
24.
Məlumatverici monoloq haqqındakı fikirlərdən hansı doğrudur?
A) məlumatverici monoloqun məzmunu nəqletmə yolu ilə ifadə edilir.

B) məlumatverici dialoqun əsas cəhətlərindən biri onun dialoq əsasında qurulmasıdır.

C) bu monoloq formasında hər hansı bir məsələ haqqında məlumat verilir.

D) monoloqun bu forması çoxcümləli nitq vahidindən ibarət olur.

E) məlumatverici monoloqun nüvəsi replika hesab edilir.
25.
Monoloji nitq haqqındakı fikirlərdən biri yanlışdır.
A) monoloji nitq fəal və mütəşəkkil nitq növüdür.

B) monoloji nitq məruzə formasında ola bilər.

C) monoloji nitq, nitq sahibindən yüksək nitq tələb edir.

D) monoloji nitqdəki cümlələrin çoxu yarımçıq, bitməmiş ifadələrdir.

E) monoloji nitq bir şəxsin öz-özünə danışığıdır.
26.
Dialoji nitq haqqındakı fikirlərdən biri yanlışdır?
A) Dialoqda danışıq bir neçə nəfər arasında gedir.

B) Dialoji nitqdə sual-cavab forması əsas rol oynayır.

C) Dialoji nitqdə replika, emosionallıq, yığcamlıq xarakterik əlamətlərdəndir.

D) Dialoji nitqdə dialoq quruluşunun və sisteminin rolu xüsusi əhəmiyyət kəsb edir.

E) Dialoji nitqdə jest və mimikalardan istifadə edilmir, sintaksis, adətən, mürəkkəb quruluşlu olur.
27.
Dialoji nitqin növləri hansı bənddə düzgün göstərilmişdir?
A) müzakirə dialoqu, xəbər dialoqu, sual-cavab dialoqu

B) sual-cavab dialoqu, mübahisə dialoqu, məruzə

C) sual-cavab dialoqu, müsahibə dialoqu, müzakirə dialoqu

D) müzakirə dialoqu, mərhələ dialoqu, mübahisə dialoqu

E) sual-cavab dialoqu, müharibə dialoqu, müzakirə dialoqu
28.
Şifahi nitqin xüsusiyyətlərindən biri yanlışdır.
A) Şifahi nitqdə ümumişlək sözlərə daha çox yer verilir.

B) Şifahi nitqdə cümlələr qısa və quruluşca sadə olur.

C) Şifahi nitqdə intonasiya, fasilə, vurğu və s. köməkçi vasitələrdən istifadə olunur.

D) Şifahi nitqin tempi çox sürətli olur.

E) Şifahi nitqin leksikasında hamıya aydın olmayan terminlərə daha çox yer verilir.
29.
Şifahi nitqdə qeyri-nitq vasitələrindən – ekstralinqvistik vasitələrdən də istifadə edilir. Onlardan biri yanlış verilmişdir.
A) intonasiya B) jest C) üz hərəkətləri

D) baş hərəkətləri E) gözlərin obyektə tuşlanması


30.
Nitqin bu növündə insanlar müxtəlif münasibətlə başqaları qarşısında çıxış etməli, tost deməli, nitq söyləməli olurlar.
A) Mühazirə B) Epiloq C) Məişət nitqi D) Söhbət E) Dialoq
31.
Yazılı nitqlə şifahi nitq arasındakı fərqlərdən biri yanlışdır.
A) Yazı prosesində çox vaxt danışıqda az işlənən ifadələrdən, cürbəcür sintaktik quruluşlardan istifadə etmək üçün şifahi nitqə nisbətən müəyyən vaxt imkanı vardır.

B) Yazılı nitqdə fikir daha ardıcıl və rabitəlidir, lakin şifahi nitqdə ardıcıllıq pozula bilər.

C) Yazılı nitq şifahi nitqə nisbətən daha müfəssəldir və mürəkkəb quruluşa malikdir.

D) Yazılı nitq tarixən daha qədimdir, şifahi nitq isə nisbətən sonrakı dövrlərə aiddir.

E) Şifahi nitq yazılı nitqə nisbətən daha sürətlidir.
32.
Ədəbi dilin yazılı formasına aid edilən cəhətlərdən biri yanlışdır.
A) Yazılı ədəbi dildə cümlələr əsasən qısa və quruluşca sadə olur.

B) Yazılı dildə elmi, texniki, siyasi və digər terminlər çox olur.

C) Yazılı ədəbi dildə fikrin bütün incəliklərini mütləq əks etdirmək lazım gəlir.

D) Yazılı ədəbi dil hər hansı bir məlumatın nəsildən nəslə keçməsində əsas rol oynayır.

E) Yazılı ədəbi dilin tarixi şifahi dildən qədim deyil.
33.
Yazılı nitq üçün verilən əlamətlərdən biri yanlışdır
A) yazılı nitqdə mimika və jestlərdən geniş istifadə edilir.

B) yazılı nitqdə elmi, texniki və s. terminlərdən istifadə edilir.

C) yazılı nitqdə geniş, mürəkkəb cümlələrdən istifadə edilir.

D) yazılı nitq ədəbi dil əsasında formalaşıb inkişaf edir.

E) yazılı nitq hər hansı məlumatın nəsildən-nəslə olduğu kimi çatdırılmasına imkan verir.
34.
Verilmiş fikirlərdən biri səhvdir:
A) Ədəbi dilin yazılı formasında bağlayıcılara və silsilə mürəkkəb cümlələrə daha çox yer verilir.

B) Ədəbi dilin yazılı formasında jest və mimikadan istifadə edilmir.

C) Ədəbi dilin yazılı formasında elmi, texniki, siyasi və digər terminlər çox olur.

D) Ədəbi dilin yazılı formasının tarixi şifahi formadan daha qədimdir.

E) Ədəbi dilin yazılı forması hər hansı məlumatın nəsildən-nəslə keçməsində əsas rol oynayır.
35.
Ədəbi dil nəyə deyilir?
A) Ümumxalq dilinin paytaxt danışıq formasına

B) Obrazlı və emosional danışığa

C) Mədəni davranış qaydalarını xarakterizə edən dilə

D) Ümumxalq dilinin ziyalı danışıq formasına

E) Ümumxalq dilinin müəyyən normalara salınmış qoluna
36.
Yazılı ədəbi dilin ilk nümunələri bunlar olmuşdur:
1. dövlət sənədlərinin dili 2. müxtəlif məzmunlu plakatların dili

3. qəzetlərin dili 4. dövlət başçılarının məktublarının dili

5. elmi kitabların dili 6. bədii əsərlərin dili
A) 2,3,5 B) 1,4,6 C) 1,2,3 D) 4,5,6 E) 3,4,5
37.
Dilin mövcudluğunun forması olan nitq fəaliyyəti hansı prosesləri birləşdirir?
A) Danışma və dinləmə B) Danışma, dinləmə, yazı, oxu

C) Danışma, dinləmə, oxu D) Danışma və natiqlik E) Danışma və oxu


38.
Şifahi nitqlə yazılı nitqin fərqli cəhətləri hansı sırada xarakterizə olunur?
A) Şifahi nitq ani şəkildə söylənilir və bitir, yazılı nitq isə müəyyən vaxt ərzində icra ollunur.

B) Natiq şifahi nitq üzərində düzəliş aparmalı deyil, yazıçının yazılı nitq üzərində isə düzəliş aparmağa nəşr olunana kimi ixtiyarı var.

C) Şifahi nitqdə fasilə və intonasiya xüsusi əhəmiyyət daşıyır.

D) Yazılı nitqdə durğu işarələrindən istifadə olunur.

E) Yuxarıdakı sıralarda verilmiş bütün fikirlər şifahi və yazılı nitqin fərqli cəhətlərini xarakterizə edir.

39.
Nitq mədəniyyətində estetikanın qarşıya qoyduğu məqsəd nədir?


A) sözlərin düzgün sıralama qaydası

B) dilin gözəlliklərini məharətlə dinləyicilərə çatdırmaq

C) sözlərin çoxmənalılığı

D) sözlərin düzgün tələffüz qaydası

E) dilin imkanları
40.
Nitq mədəniyyəti ilə psixologiyanı əlaqələndirən cəhət nədir?
A) nitqin effekti onun məntiqliyindən asılı olduğuna görə

B) insan nitqi psixoloji durumla bağlı olduğu üçün

C) insan nitqi bilavasitə təfəkkürlə bağlı olduğu üçün

D) danışıq səslərinin düzgün tələffüzü, orfoepiya qaydalarına riayət etmək üçün

E) təlim prosesi olduğuna görə
41.
Nitq mədəniyyətinə aid cəhətləri uyğun müəyyən edin:
1 - Nitq mədəniyyəti anlayışına yazı mədəniyyəti daxil deyildir.

2 - Nitq mədəniyyəti nəzəri dilçilik sahəsi olub, hər hansi bir dilin normalarını müəyyənləşdirən təcrübi tədbirlər kompleksidir.

3 - Nitq mədəniyyəti tətbiqi dilçilik sahəsidir və nitq mədəniyyəti anlayışına yazı mədəniyyəti də daxildir.

4 - Nitq mədəniyyəti ümumi mədəniyyətin tərkib hissəsi olub, dilin normalarını müəyyənləşdirən nəzəri axtarışlar kompleksidir.

5 - Azərbaycan nitq mədəniyyəti fənninin mövzusu, məqsədi, vəzifələri ilə yanaşı predmeti də vardır.

6 - Nitq mədəniyyətinin əsas tələblərindən biri nitqin yığcamlığı və səlisliyidir.


A) 2, 3, 4 B) 1, 2, 5 C) 4, 5, 6 D) 3, 4, 6 E) 1, 2, 3
42.
Uyğunluğu düzgun müəyyən edin.
I – nitq mədəniyyəti

II – morfologiya

1 - Bu bölmədə dil faktı, hadisəsi yox, üsullar, qaydalar, qanunlar sistemi öyrənilir.

2 - Sözlər ümumi qrammatik xüsusiyyətlərinə görə bölünür.

3 - Nəzəri dilçilik şöbəsidir.

4 - Tətbiqi dilçilik sahəsinə daxildir.

5 - Bu bölmədə hər şeydən əvvəl, dilin fəaliyyətdə olan normalarının və kateqori­yalarının tələblərinə ciddi əməl olunur.

6 - Sintaksislə birgə qrammatikanı təşkil edir.


A) I – 1, 2, 3; II – 4, 5, 6 B) I – 2, 3, 5; II – 1, 4, 6 C) I – 3, 4, 5; II – 1, 2, 3

D) I – 3, 4, 6; II - 1, 2, 5 E) I – 1, 4, 5; II – 2, 3, 6


43.
Bəndlərin birindəki fikir nitq mədəniyyətinin vəzifəsinə aiddir.
A) ədəbi dil normalarını tənzimləmək və qorumaq

B) sözün qrammatik mənasını araşdırmaq

C) cümlənin məqsəd və intonasiyaya görə növlərini müəyyənləşdirmək

D) sözlərin söz birləşmələrinin yaranmasındakı rolunu müəyyənləşdirmək

E) sözyaratmanın yollarını araşdırmaq
44.
Nitq fəaliyyəti dedikdə nə başa düşürsünüz?
A) terminlərdən istifadə etməklə elmiliyin gözlənilməsi

B) nitqin təzahürü üçün lazım gələn ictimai, psixoloji və fizioloji aktların sistemi

C) nitqin ədəbi tələffüz baxımından dəqiqliyi

D) obrazlılıq və məcazilikdən geniş istifadə edilməsi

E) fikrin ifadəsi üçün bilavasitə tələb olunan obrazlı dil vasitələrini tapmaq
45.
Nitq mədəniyyəti fənninin hansı elmlərlə əlaqəsi vardır?
A) məntiq, dilçilik, mətnşünaslıq, antropologiya

B) ədəbiyyat, coğrafiya, tarix, psixologiya

C) psixologiya, biologiya, fizika, məntiq

D) dilçilik, ədəbiyyat, psixologiya, tarix, məntiq

E) dilçilik, ədəbiyyat, pedaqogika, estetika, riyaziyyat
46.
Nitq fasiləsi haqqında verilən fikirlərdən biri yanlışdır.
A) Nitq fasiləsi həm də psixoloji funksiya daşıyır.

B) Nitq fasiləsində normal tənəffüsün böyük rolu var.

C) Nitq fasiləsi məntiqi funksiya daşıyır.

D) Nitq fasiləsi yalnız danışan üçün əhəmiyyətlidir.

E) Nitq fasiləsi həm əlaqələndirici, həm də birləşdirici xarakterə malikdir.
47.
Məntiqi fasilə ilə bağlı fikirlərdən biri yanlışdır.
A) Bu fasilə bəzən nitqdə yaranan dolaşıqlıqları aradan qaldırır.

B) Nitqi məntiqi məna daşıyan hissələrə bölür.

C) Bu fasilələnin köməkliyi ilə fikir dinləyicinin diqqətinə çatdırılır.

D) Bu əlaqəyə əlaqələndirici, yaxud birləşdirici fasilə də deyilir.

E) Bu fasilə yazıda, adətən, çox nöqtə ilə göstərilir.
48.
Məntiqi vurğu haqqında deyilmiş fikirlərdən biri düzgün deyil.
A) məntiqi vurğu nitqdə məna dəqiqliyi, məqsədin anlaşılması deməkdir.

B) məntiqi vurğulu söz cümlənin mənaca fərqlənən vahididir.

C) məntiqi vurğulu söz danışanın məqsədini qabarıqlaşdıran vahiddir.

D) məntiqi vurğulu söz yalnız xəbərin əvvəlində gəlməlidir və sabit vurğudur.

E) məntiqi vurğu cümlədə hər dəfə yeni söz üzərinə düşəndə xüsusi məna çaları əmələ gətirir.
49.
Məntiqi vurğunun müəyyənləşməsinə aid qaydalardan biri düzgün deyil.
A) Sual cümlələrindəki sual əvəzlikləri məntiqi vurğulu olur.

B) Da, də bağlayıcıları ilə işlənən sözlər məntiqi vurğu ilə tələffüz olunur.

C) Sual cümlələrindəki sual ədatları ilə işlənən sözlər məntiqi vurğu tələb etmir.

D) Qarşılaşdırılan zidd mənalı sözlər məntiqi vurğulu olur.



E) Tərzi - hərəkət zərfləri çox vaxt məntiqi vurğulu olur.
50.
İntonasiya qaydalarının pozulması ilə bağlı qüsurlara yol veriləndə mədəni nitqin hansı tələbi pozulur ?
A) dəqiqlik B) düzgünlük C) sadəlik D) təmizlik E) aydınlıq
Yüklə 23,18 Kb.

Dostları ilə paylaş:




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin