Müsahibə və daxili müsahibə zamanı namizədlərə



Yüklə 53,58 Kb.
səhifə1/3
tarix09.01.2020
ölçüsü53,58 Kb.
#30094
  1   2   3
Ümumi-dünyagörüşünə-dair-VƏSAİT





Dövlət qulluğuna qəbul üzrə keçirilən müsabiqələrin müsahibə mərhələsində, habelə ümumi müsahibə daxili müsahibə zamanı namizədlərə dünyagörüşü ilə bağlı verilən ən tipik

SUALLAR
BAKI - 2018

Bütün hüquqlar qorunur. İstifadə edilərkən müəllifə istinad olunmalıdır.



Müəllif: SABUHİ ƏFƏNDİZADƏ

  1. Cari il Respublikamızda nə ili elan olunmuşdur?


Cavab: Azərbaycan Respublikası Prezidentinin 10 yanvar 2018-ci il tarixli Sərəncamına əsasən 2018-ci il Azərbaycan Respublikasında “Azərbaycan Xalq Cümhuriyyəti İli” elan edilmişdir.

  1. Azərbaycan Respublikasının üzv olduğu ilk beynəlxalq təşkilat hansıdır?


Cavab: Azərbaycan Respublikasının üzv olduğu ilk beynəlxalq təşkilat İslam Konfransı Təşkilatıdır (İKT). Respublikamız bu beynəlxaq təşkilata 8 dekabr 1991-ci il tarixində qəbul olunmuşdur.

  1. Birləşmiş Millətlər Təşkilatının hazırkı Baş Katibi kimdir?


Cavab: BMT-nin hazırkı Baş Katibi Portuqaliyadan olan Antonio Guterresdir. Antonio Guterres 1995-2002-ci il tarixlərində Portuqaliyanın Baş naziri vəzifəsində çalışmışdır. Antonio Guterres indiyə qədər BMT-nin Baş Katibi olmuş yeganə insandır ki, hökumət rəhbəri (Baş nazir) olmuşdur. Bununla yanaşı o BMT yarandıqdan sonra anadan olmuş (1949) ilk Baş katibdir.

  1. 2018-ci il üçün Azərbaycan Respublikasında yaşayış minimumu qədərdir?


Cavab: Azərbaycan Respublikasında 2018-ci il üçün yaşayış minimumu haqqında” Azərbaycan Respublikası Qanununa əsasən 2018-ci il üçün yaşayış minimumu ölkə üzrə 173 manat, əmək qabiliyyətli əhali üçün 183 manat, pensiyaçılar üçün 144 manat, uşaqlar üçün 154 manat məbləğində müəyyən edilmişdir.


  1. İşğal olunmuş ərazilərimizlə bağlı BMT-nin Təhlükəsizlik Şurası hansı qətnamələri qəbul etmişdir?

Cavab: Azərbaycan ərazilərinin işğalı ilə əlaqədar BMT-nin Təhlükəsizlik Şurası 4 qətnamə qəbul etmişdir: 822(1993), 853(1993), 874(1993) və 884(1993) saylı qətnamələr. Qəbul edilmiş 4 qətnamənin hamısında insan hüquqlarının pozulması, xüsusilə çoxlu sayda Azərbaycan vətəndaşının öz yurd-yuvalarından köçürülməsi də daxil olmaqla, mülki vətəndaşlara qarşı hücum və məskunlaşmış ərazilərin bombalanması faktına istinad edilmişdir.

  1. 2017-ci ildə ölkəmizdə hansı beynəlxalq səviyyəli idman yarışı keçirilmişdir?


Cavab: 12-22 may 2017-ci il tarixlərində ölkəmizdə IV İslam Həmrəyliyi Oyunları keçirilmişdir.

  1. Azərbaycan Xalq Cumhuriyyəti Parlamenti zaman fəaliyyətə başlamışdır və Parlamentin sədr sədrin birinci müavini kimlər seçilmişdir?

Cavab: Azərbaycan Xalq Cumhuriyyəti Parlamentinin birinci iclası 7 dekabr 1918-ci il tarixində keçirilmişdir və Parlamentin sədri Əlimərdanbəy Topçubaşov, sədrin birinci müavini isə Həsənbəy Ağayev seçilmişdir.


  1. Qadın Milli Qəhrəmanlarımız hansılardır?


Cavab: Qadın Milli Qəhrəmanlarımız Gültəkin Məlik qızı Əsgərova və Salatın Əziz qızı Əsgərovadır.

  1. Milli mətbuatımızın əsası kim tərəfindən, nə zaman və hansı mətbu orqanla qoyulmuşdur?

Cavab: Milli mətbuatımızın əsası Həsən bəy Zərdabi tərəfindən 22 iyul 1875-ci il tarixində “Əkinçi” qəzeti ilə qyulmuşdur. Qəzetin cəmi 56 sayı işıq üzü görmüşdür.

  1. Hazırda Azərbaycan Respublikasının xarici dövlət borcu qədərdir?


Cavab: Azərbaycan Respublikasının xarici dövlət borcu 6,913.2 milyon ABŞ dolları təşkil edir. Bu borca hökumətin birbaşa öhdəlikləri və dövlət zəmanətilə cəlb edilmiş kreditlər üzrə şərt öhdəliklər daxildir.

  1. ATƏT-in Minsk Qrupunun hazırkı həmsədrləri kimlərdir və hansı ölkələri təmsil edirlər?

Cavab: ATƏT-in Minsk Qrupunun hazırkı həmsədrləri İqor Popov (Rusiya), Stefan Viskonti (Fransa) və Endrü Şoferdir (ABŞ).


  1. Sonuncu işğal olunan rayonumuz hansıdır və erməni qəsbkarları tərəfindən hansı tarixdə işğal edilmişdir?

Cavab: Sonuncu işğal olunan rayonumuz Zəngilandır və 29 oktyabr 1993-cü il tarixində erməni qəsbkarları tərəfindən işğal olunmuşdur.

  1. 2017-ci ildə Azərbaycanda nə qədər yeni iş yeri açılmışdır?


Cavab: 2017-ci ildə Azərbaycanda 221 min yeni iş yeri açılmışdır ki, onun da 177 mini daimi iş yeri olmuşdur.

  1. Azərbaycan Respublikasının Prezidenti hər il yanvar ayının sonunda hansı məşhur Forumda iştirak edir?

Cavab: Azərbaycan Respublikasının Prezidenti hər il yanvar ayının sonunda İsveçrənin Davos şəhərində keçirilən Dünya İqtisadi Forumunda iştirak edir.


  1. BMT-nin Təhlükəsizlik Şurasının (United Nations Security Council) neçə daimi üzvü vardır və hansılardır?

Cavab: BMT-nin Təhlükəsizlik Şurasının 5 daimi üzvü vardır: ABŞ, Fransa, İngiltərə, Çin və Rusiya.

  1. 2017-ci ilin yekunlarına əsasən Azərbaycanda işsizlik neçə faiz təşkil etmişdir?


Cavab: 2017-ci ilin yekunlarına əsasən Azərbaycanda işsizlik 5 faiz təşkil etmişdir.


  1. 06 sentyabr 2017-ci il tarixində ABŞ-ın Koliforniya ştatının Berkli şəhərində dünyasını dəyişmiş, “Qeyri-səlis məntiq” və “Qeyri-səlis çoxluqlar” nəzəriyyələrinin müəllifi hansı dünya şöhrətli alimimizdir?

Cavab: Lütfi Zadə (Lütfəli Rəhim oğlu Əsgərzadə).


  1. Hansı tarixi hadisə Azərbaycanın son dövrlər regionun mühüm nəqliyyat və logistika mərkəzinə çevrilməsi istiqamətində mühüm addım hesab olunur?

Cavab: 09 yanvar 2018-ci il tarixində Bakının Qaradağ rayonunun Ələt qəsəbəsində Bakı Beynəlxalq Dəniz Ticarət Limanı kompleksində Ro-Ro terminalının açılışı.

  1. Azərbaycan Ermənistan arasında ataşkəsin əldə olunmasına, cəbhədə aktiv hərbi əməliyyatların aparılmasının dayandırılmasına hansı sənədlə nail olunmuşdur.

Cavab: Azərbaycan və Ermənistan arasında ataşkəsin əldə olunmasına, cəbhədə aktiv hərbi əməliyyatların aparılmasının dayandırılmasına “Bişkek protokolu” ilə nail olunmuşdur. “Bişkek protokolu” 08 may 1994-cü il tarixində tərəflər tərəfindən imzalanmış, 12 may 1994- cü il tarixində qüvvəyə minmişdir.

  1. Azərbaycan muğamı neçənci ildə YUNESKO-nun qeyri-maddi mədəni irs siyahısına (UNESCO Intangible Cultural Heritage List) daxil edilmişdir?

Cavab: Azərbaycan muğamı 2008-ci ildə YUNESKO-nun qeyri-maddi mədəni irs siyahısına daxil edilmişdir.

  1. 2009-cu ildə YUNESKO-nun qeyri-maddi mədəni irs siyahısına (UNESCO Intangible Cultural Heritage List) daxil edilmiş obyektlərimiz hansılardır?

Cavab: “Azərbaycan aşıq sənəti” və “Novruz bayramı”.


  1. Azərbaycanın 91 nəfər ziyalısı nə zaman “Səs” qəzeti vasitəsilə Ümummilli lider Heydər Əliyevə müraciət edərək onu böyük siyasətə çağırmışdır?

Cavab: 16 oktybar 1992-ci il.


  1. Azərbaycan Xalq Cumhuriyyəti dövründə neçə hökumət kabineti formalaşdırılmışdır?

Cavab: Azərbaycan Xalq Cumhuriyyəti dövründə 5 hökumət kabineti formalaşdırılmışdır.


  1. Azərbaycan Xalq Cumhuriyyəti dövründə 1-ci, 2-ci və 3-cü hökumət kabinetləri kim tərəfindən formalaşdırılmışdır?

Cavab: Fətəli Xan Xoyski tərəfindən.


  1. Azərbaycan Xalq Cumhuriyyəti dövründə 4-cü və 5-ci hökumət kabinetləri kim tərəfindən formalaşdırılmışdır?

Cavab: Nəsib Bəy Yusifbəyli tərəfindən.


  1. 2017-ci ilin nəticələrinə görə ölkəmizin ixrac qeyri-neft ixracı müvafiq olaraq neçə faiz artmışdır?

Cavab: 2017-ci ildə ixracımız 19 faiz, qeyri-neft ixracımız isə 24 faiz artmışdır.


  1. 2017-ci ildə YUNESKO-nun qeyri-maddi mədəni irs siyahısına (UNESCO Intangible Cultural Heritage List) daxil edilmiş obyektimiz hansıdır?

Cavab: “Dolma hazırlama və paylaşma ənənəsi”


  1. Azərbaycanın Respublikası BMT-yə zaman tam hüquqlu üzv qəbul edilmişdir?

Cavab: 02 mart 1992-ci il.


  1. Ümumilli lider Heydər Əliyevin 15 iyun 1993-cü il tarixində Azərbaycan Ali Sovetinin sədri seçilməsi tariximizə hansı gün kimi daxil olmuşdur?

Cavab: Milli Qurtuluş Günü.


  1. Davos Ümumdünya İqtisadi Forumunun hesablamalarına əsasən Azərbaycan iqtisadiyyatı rəqabətqabiliyyətliliyinə görə 2017-ci ildə dünya miqyasında neçənci yerdə qərarlaşıb?

Cavab: 35-ci yerdə.


  1. Avropanın enerji təchizatının diversifikasiyasına (şaxələnməsinə) və təhlükəsizliyinə nail olmaq üçün nəzərdə tutulmuş Cənub Qaz Dəhlizi (Southern Gas Corridor) layihəsi neçə seqmentdən ibarətdir?

Cavab: Cənub Qaz Dəhlizi (Southern Gas Corridor) layihəsi 3 seqmentdən ibarətdir: Cənubi Qafqaz Qaz Boru Kəməri (South Caucasus Pipeline), Trans-Anadolu Qaz Boru Kəməri (Trans-Anatolian Pipeline-TANAP), Trans-Adriatik Qaz Boru Kəməri Layihəsi (Trans- Adriatic Pipeline-TAP).

  1. Dövlətlərarası münasibətləri tənzimləməyə xidmət edən beynəlxalq qurumun təşkili sahəsində mühüm addım olan BMT-nin təsis konfransı nə zaman keçirilmişdir?

Cavab: 24 oktyabr 1945-ci il tarixində.


  1. Avropanın enerji təchizatının diversifikasiyasına (şaxələnməsinə) və təhlükəsizliyinə nail olmaq üçün nəzərdə tutulmuş Cənub Qaz Dəhlizi (Southern Gas Corridor) layihəsi neçə ölkəni əhatə edir?

Cavab: Cənub Qaz Dəhlizi (Southern Gas Corridor) layihəsi 6 ölkəni əhatə edir: Azərbaycan, Gürcüstan, Türkiyə, Yunanıstan, Bolqarıstan, Albaniya və İtaliya.

  1. Avropanın enerji təchizatının diversifikasiyasına (şaxələnməsinə) və təhlükəsizliyinə nail olmaq üçün nəzərdə tutulmuş Cənub Qaz Dəhlizi (Southern Gas Corridor) layihəsi çərçivəsində Avropaya (İtaliyaya) ilk qazın neçənci ildə çatdırılması planlaşdırılır?

Cavab: Cənub Qaz Dəhlizi (Southern Gas Corridor) layihəsi çərçivəsində Avropaya (İtaliyaya) ilk qazın 2020-ci ildə çatdırılması planlaşdırılır.


  1. BMT-nin baş qərargahı hansı şəhərdə yerləşir?


Cavab: BMT-nin baş qərargahı ABŞ-ın Nyu-York şəhərində yerləşir.


  1. BMT-nin Təhlükəsizlik Şurasının daimi üzvü olan ölkələrin (ABŞ, Böyük Britaniya, Fransa, Çin və Rusiya) veto hüququ olmasının mahiyyəti nədən ibarətdir?

Cavab: Təhlükəsizlik Şurasına daimi üzvü olan ölkələrdən biri müzakirə edilən qətnamənin əleyhinə səs verərsə qətnamə qəbul olunmur.

  1. Müstəqil Azərbaycan Respublikasının ilk demokratik parlament seçkiləri nə zaman keçirilmişdir?

Cavab: 12 noyabr 1995-ci il.

  1. 2016-cı ildə hansı obyekt Azərbaycan, İran, Qazaxıstan, Qırğısıztan Türkiyənin müştərək obyekt kimi YUNESKO-nun qeyri-maddi mədəni irs siyahısına (UNESCO Intangible Cultural Heritage List) daxil edilmişdir?

Cavab: Lavaş hazırlama və paylaşma ənənəsi.


  1. Avropanın enerji təchizatının diversifikasiyasına (şaxələnməsinə) və təhlükəsizliyinə nail olmaq üçün nəzərdə tutulmuş Cənub Qaz Dəhlizinin (Southern Gas Corridor) ümumi uzunluğu qədərdir?

Cavab: Cənub Qaz Dəhlizinin (Southern Gas Corridor) ümumi uzunluğu 3500 km-dən artıqdır.

  1. Azərbaycan Respublikası nə zaman BMT-nin Təhlükəsizlik Şurasının qeyri- daimi üzvü seçilmişdir?

Cavab: Azərbaycan Respublikası ilk dəfə 24 oktyabr 2011-ci ildə BMT Təhlükəsizlik Şurasının iki illiyə (2012-2013) qeyri-daimi üzvü seçilmişdir.

  1. Şimali Atlantika Müqaviləsi Təşkilatının (North Atlantic Treaty Organization) əsası neçənci idə qoyulmuşdur təşkilatın hazırda neçə üzvü vardır?

Cavab: Şimali Atlantika Müqaviləsi Təşkilatının (North Atlantic Treaty Organization) əsası 04 aprel 1949-cu ildə qoyulmuşdur və hazırda təşkilatın 29 üzvü vardır.

  1. Azərbaycanın ilk obyekti neçənci ildə YUNESKO-nun qeyri-maddi mədəni irs siyahısına (UNESCO Intangible Cultural Heritage List) daxil edilmişdir bu hansı obyektdir?

Cavab: YUNESKO-nun qeyri-maddi mədəni irs siyahısına (UNESCO Intangible Cultural Heritage List) daxil edilmiş ilk obyektimiz Azərbaycan muğamıdır və bu Siyahıya 2008-ci ildə daxil olunmuşdur.

  1. Avropanın enerji təchizatının diversifikasiyasına (şaxələnməsinə) və təhlükəsizliyinə nail olmaq üçün nəzərdə tutulmuş Cənub Qaz Dəhlizi (Southern Gas Corridor) layihəsinin ümumi dəyəri qədər qiymətləndirilir?

Cavab: Cənub Qaz Dəhlizi (Southern Gas Corridor) layihəsinin ümumi dəyəri 45 milyard ABŞ dolları qiymətləndirilir.

  1. YUNESKO-nun “Ümumdünya İrs Siyahısı”na daxil edilmiş maddi irs nümunələrimiz hansılardır?

Cavab: YUNESKO-nun “Ümumdünya İrs Siyahısı”na 2 maddi irs nümunəmiz daxil edilmişdir: “Şirvanşahlar Sarayı və Qız Qalasının yerləşdiyi İçəri şəhər” və “Qobustan qayaüstü incəsənət nümunələri”.

  1. BMT-nin əsas (prinsipial) orqanları hansılardır?


Cavab: BMT-nin əsas (prinsipial) orqanları BMT-nin Baş Məclisi, BMT-nin Təhlükəsizlik Şurası, İqtisadi və İctimai Şura, Qəyyumluq Şurası, Beynəlxalq Məhkəmə və Katiblikdir.

  1. 14 may 1955-ci ildə SSRİ və Avropadakı sosialist bloku dövlətləri tərəfindən imzalanan Varşava müqaviləsi əsasında yaradılmış NATO-ya qarşı istiqamətlənmiş olan hərbi ittifaq necə adlanırdı?

Cavab: Varşava Müqaviləsi Təşkilatı.


  1. Dünya memarlığının incilərindən sayılan, müasir Bakının rəmzlərindən biri hesab olunan, müasirliyi və yeniliyi özündə təcəssüm etdirən unikal arxitektur quruluşa malik olan Heydər Əliyev Mərkəzinin açılışı zaman olmuşdur?

Cavab: 10 may 2012-ci il.


  1. Rəsmi açılışı 10 may 2012-ci il tarixində olmuş Heydər Əliyev Mərkəzinin memarı kimdir?

Cavab: Heydər Əliyev Mərkəzinin memarı böyük britaniyalı arxitektor, Pritzker mükafatını almış ilk qadın-memar Zaha Hadiddir.

  1. Heydər Əliyev Mərkəzinin memarı böyük britaniyalı arxitektor, Pritzker mükafatını almış ilk qadın-memar Zaha Hadidin daha hansı məşhur əsərləri var?

Cavab: Zaha Hadidin məşhur əsərləri sırasında Romadakı Milli İncəsənət Muzeyi, BMW-nin Leyptsiqdəki (Almaniya) zavodunun mərkəzi binası, Strasburqdakı (Fransa) Noenheim-North vağzalı və avtodayanacağının binası, London Arxitektur Fondunun binası və s. var.

  1. Şirvanşahlar Sarayı və Qız Qalasının yerləşdiyi İçəri şəhər” YUNESKO-nun “Ümumdünya İrs Siyahısı”na nə zaman daxil edilmişdir?

Cavab: 2000-ci ildə.


  1. 1956-cı ildən bəri Avropa Yayım İttifaqına üzv olan ölkələr arasında keçirilən Avroviziya Mahnı Müsabiqəsinə (Eurovision Song Contest) Azərbaycan neçənci ildə ev sahibliyi etmişdir?

Cavab: 2012-ci ildə.


  1. Avropanın enerji təchizatının diversifikasiyasına (şaxələnməsinə) və təhlükəsizliyinə nail olmaq üçün nəzərdə tutulmuş Cənub Qaz Dəhlizinin (Southern Gas Corridor) Türkiyənin qərb sərhədlərindən Yunanıstan və Albaniya ərazisindən və Adriatik dənizinin dibindən keçməklə İtaliyaya qədər olan seqmenti necə adlanır?

Cavab: Trans-Adriatik Qaz Boru Kəməri Layihəsi (Trans-Adriatic Pipeline-TAP).


  1. Avropanın enerji təchizatının diversifikasiyasına (şaxələnməsinə) və təhlükəsizliyinə nail olmaq üçün nəzərdə tutulmuş Cənub Qaz Dəhlizinin (Southern Gas Corridor) Türkiyənin şərq sərhədlərindən qərb sərhədlərinə kimi olan seqmenti necə adlanır?

Cavab: Trans-Anadolu Qaz Boru Kəməri (Trans-Anatolian Pipeline-TANAP).


  1. Trans-Anadolu Qaz Boru Kəməri (Trans-Anatolian Pipeline-TANAP) layihəsində Azərbaycan Dövlət Neft Şirkəti (ARDNŞ) Türkiyənin BOTAŞ və TPAO şirkətləri müvafiq olaraq neçə faiz paya malikdirlər?

Cavab: Trans-Anadolu Qaz Boru Kəməri (Trans-Anatolian Pipeline-TANAP) layihəsində Azərbaycan Dövlət Neft Şirkəti (ARDNŞ) 80%, Türkiyənin BOTAŞ və TPAO şirkətləri isə birlikdə 20% paya malikdirlər.

  1. Qobustan qayaüstü incəsənət nümunələri” YUNESKO-nun “Ümumdünya İrs Siyahısı”na nə zaman daxil edilmişdir?

Cavab: 2007-ci ildə.


  1. Avropanın enerji təchizatının diversifikasiyasına (şaxələnməsinə) və təhlükəsizliyinə nail olmaq üçün nəzərdə tutulmuş Cənub Qaz Dəhlizinin (Southern Gas Corridor) Xəzər dənizinin Azərbaycan sektorunda yerləşən Şahdəniz qaz yatağından Türkiyənin şərq sərhədlərinədək olan seqmenti necə adlanır?

Yüklə 53,58 Kb.

Dostları ilə paylaş:
  1   2   3




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin