TİBB BACILARI VƏ FELDŞERLƏR ÜÇÜN MÜSAHİBƏ MƏRHƏLƏSİNDƏ
SORUŞULACAQ PEŞƏ BACARIQLARI.
Mövzu 1: Mil arteriyası üzərində nəbzi təyin etmə bacarığı.
Nəbz (Ps) ürəkdən qovulan qanın hərəkəti nəticəsində damarların divarının təkanvari hərəkətidir.
Sağlam insanda nəbz 60-90/dəq təşkil edir.
Nəbz vurğularının sayının normadan artıq olması - taxikardiya, normadan az olması isə - bradikardiya adlanır.
Nəbzin təyin olunduğu yerlər:
1. Mil arteriyası
2. Gicgah arteriyası
3. Yuxu arteriyası
4. Aşağı ətraflarda topuq nahiyəsi
Nəbz əsasən mil arteriyası üzərində təyin olunur: Nəbzi mütləq hər iki əldə təyin etmək lazımdır və yalnız fərq olmadıqda, bir ətrafda saymaqla kifayətlənmək olar. Xəstə əlini boş saxlamalıdır, əzələ və vətər gərginliyi palpasiyaya mane olmamalıdır.
Vəsait: Saat (saniyə ölçən).
Mil arteriyası üzərində nəbzi təyin etmə bacarığı.
Mərhələlər
|
Əlavələr.
|
Hazırlıq
|
Xəstəyə oturaq və ya uzanmış rahat vəziyyət verilir. Xəstəyə əllərini boş saxlamaq təklif olunur.
|
Nəticələrin daha dəqiq olması üçün xəstəyə rahat vəziyyət vermək lazımdır.
|
Üsulun icrası
|
1. Mil-bilək oynağını elə tutmaq lazımdır ki, 3 barmaq öndən mil arteriyasına, baş barmaq isə biləyin arxa səthinə düşsün. Mil arteriyasını azacıq sümüyə sıxmaqla, nəbzi hiss et.
|
Arteriya divarının vəziyyətini və nəbzin daha aydın hiss edildiyi arteriyanı təyin etmək üçün, hər iki əldəki nəbz müqayisə edilir.
2-ci şəhadət (göstərici) barmaq daha həssas olduğundan mil arteriyası üzərinə məhz o qoyulur.
|
2. Sağ və sol əldə arteriya divarının dövri hərəkətlərini müqayisə edərək, ritmi təyin et.
|
Nəbz harada daha yaxşı hiss edilirsə, nəbzi orada təyin et.
|
3.Nəbz dalğaları arasındakı intervalları qiymətləndir.
|
Bu nəbzin ritmini təyin etmək üçün lazımdır. Əgər intervallar bərabərdirsə, deməli nəbz ritmikdir.
|
4. Saniyə ölçəni götür və nəbz vurğularının sayını hesabla.
|
Nəbz vurğularını ən azı 30 saniyə müddətində saymaq, sonra alınmış göstəricini ikiyə vurmaq lazımdır.
Əgər nəbz aritmikdirsə, nəbz vurğularını ən azı 1 dəqiqə ərzində saymaq lazımdır.
Sağlam şəxslərdə nəbz vurğularının sayı ürək vurğularının sayına uyğun gəlir və normada 1 dəq-də 60-90 vurğudur
|
5.Nəbzin dolğunluğunu təyin et.
|
Nəbzin dolğunluğu nəbz dalğasını əmələ gətirən arterial qanın həcmindən asılıdır. Əgər dalğa yaxşı təyin edilirsə, deməli nəbz kifayət dolğunluqdadır.
|
6.Nəbzin gərginliyini qiymətləndir. Bunun üçün mil arteriyasına nəbz itənə qədər təzyiq et.
|
Əgər mülayim təzyiq etdikdə nəbz itirsə, deməli o qənaətbəxş - gərginlikdədir.
Güclü təzyiq etdikdə nəbz itirsə - nəbz gərgindir,
Yüngül təzyiq etdikdə nəbz itirsə - nəbz sapvaridir.
|
7. Nəbz vurğularının sayını müşahidə vərəqində təsvir et.
|
Müayinə nəticələrinin sənədləşdirilməsi gələcək müşahidə və müqayisə üçün vacibdir.
|
8. Xəstəyə müayinənin nəticələri barədə məlumat ver.
|
|
Mövzu:2. Arterial təzyiqi ölçmə bacarığı.
* Arterial təzyiqi müntəzəm olaraq gün ərzində 2dəfə ölçmək, göstəriciləri qeyd etmək, həkimə göstərmək lazımdır. Arterial təzyiqi (xüsusən aritmiyası olan xəstələrdə) daha dəqiq ölçmək üçün təzyiq ardıcıl 2-3dəfə ölçülməlidir. 1-2 dəqiqəlik fasilə ilə arterial təzyiqi ən azı iki dəfə ölçmək lazımdır.
* Arterial təzyiqi ölçməzdən əvvəl 1 saat ərzində kofe içmək, adrenomimetiklər qəbul etmək, ağır fiziki işi görmək
buruna naftizin, efedrin tökmək qadağandır.
* Arterial təzyiqi oturaq və uzanmış vəziyyətdə ölçmək olar. Oturaq vəziyyətdə təzyiqi ölçdükdə xəstə stulda oturur, ayaqlarını rahat vəziyyətdə döşəməyə dayayır, əlini stolun üstünə (ürək səviyyəsində) qoyur. Təzyiq sakit mühitdə, xəstəyə bir neçə dəqiqə istirahət verdikdən sonra ölçülməlidir. Təzyiq ölçmə zamanı aktiv hərəkət etmək və danışmaq məsləhət deyil.
* Arterial təzyiqi hər iki qolda ölçmək lazımdır.
* Periferik damar xəstəliyi səbəbindən hər iki qolda AT-in müxtəlif ola bilməsi ehtimalını nəzərə alaraq xəstənin ilkin gəlişi zamanı AT-i hər iki qolda ölçmək lazımdır; Əgər müxtəlif rəqəmlər alınarsa, daha yüksək rəqəmi ilkin göstərici kimi götürmək lazımdır (iki qoldakı fərq 10-15mm.c.süt.olduqda - bu norma sayılır).
* Yaşlı adamlarda, şəkərli diabeti olan xəstələrdə, postural hipotenziya (ortostatik hipotenziya) olması ehtimalı olan xəstələrdə AT-i həm də xəstə ayaq üstə durduqdan 1 və 5 dəqiqə sonra ölçmək lazımdır.
Arterial təzyiqi əl tonometri ilə ölçmə bacarığı (Korotkov üsulu):
Vəsait: təzyiq ölçən alət (tonometr), stetoskop.
Xəstəyə üsul haqqında məlumat vermək (son 30 dəq ərzində xəstədən yemək yeyib yemədiyini, kəskin hərəkət edib etmədiyini, hərarətinin olub-olmadığını, həyəcanlı olub-olmadığını soruşmaq). Xəstə hərəkətdə olmuşsa ona 10-15 dəq. istirahət vermək lazımdır (xəstənin vəziyyətini nəzərə alaraq).
1. Xəstəyə bir neçə dəqiqə rahat oturmaq imkanı vermək lazımdır.
2. Əlləri yumaq, 1-2 dəqiqəlik fasilə ilə arterial təzyiqi ən azı iki dəfə ölçmək.
3. Xəstənin qolunu qoltuq altına qədər açmaq (qol çevrəsində xarici təzyiq yaradan heç bir geyim olmamalıdır).
Normal köklüyü olan xəstələrdə standart manjetlərdən istifadə etmək (uzunluğu 12-13, eni - 35 sm); qolları kök olan şəxslərdə daha böyük ölçülü, qolları arıq olan şəxslərdə və uşaqlarda kiçik ölçülü manjetlərdən istifadə etmək lazımdır.
4. Xəstənin oturaq və ya uzanmış vəziyyətindən asılı olmayaraq manjeti ürək səviyyəsində saxlamaq.
5. Xəstənin qolunun biləkdən azca daxilə doğru bükülmüş vəziyyət almasını təmin etmək.
6. Təzyiq ölçən alətin manjetinin tam boş olduğunu yoxlamaq (şişirdilmiş manjetlə qol arasına 1-2 barmaq sərbəst keçməlidir).
7. Təzyiq ölçən alətin manjetini qolun yuxarı hissəsinə, dirsək çuxurundan 2,5-3 sm yuxarı bağlamaq.
8. Manometr göstəricisini 0 (sıfır) nöqtəsinə gətirmək.
9. Hava balonunu bağlamaq.
10. Dirsək çuxurunda bazu arteriyasının döyüntüsünü tapmaq (əlin 2, 3 və 4- cü barmaqları ilə).
11. Fonendoskopu qulağa taxmaq.
12. Fonendoskopu diafraqmasını bazu arteriyasının hiss edildiyi nahiyəyə qoymaq.
13. Təzyiq ölçən alətin manjetini arteriyada tonlar itənə qədər, nəbzin duyulmadığı səviyyədən 30 mm. c. süt. artıq şişirtmək. Arteriyada tonlar itənə qədər hava vurub, sonra klapanı açın və birinci vurğu zərbəsi hansı rəqəmin üzərinə düşürsə onu yadda saxlayın. Bu sistolik təzyiq göstəricisi hesab olunur.
14. Hava balonunu açaraq manjeti saniyədə 2 mm sürətlə boşaltmaq. Havanı o vaxta qədər buraxmağa davam edin ki, tamamilə zərbə vurğuları itmiş olsun. Sonuncu vurğunu da yadda saxlayın. Bu diastolik təzyiqdir. Beləliklə ilk ürək döyüntüsünün hiss edildiyi təzyiq - sistolik təzyiq, səslərin itdiyi andakı təzyiq isə - diastolik təzyiqdir. (Tonlar çox zəif olduqda, qolu bir neçə dəfə büküb açmaq, sonra təzyiqi yenidən ölçmək lazımdır).
15. Manjetin havasını tam buraxmaq, fonendsokopu və təzyiq ölçəni qoldan çıxartmaq.
16. Sistolik və diastolik təzyiq göstəricilərini dinamik müşahidə vərəqində qeyd etmək.
17. Xəstəyə nəticələr barədə məlumat vermək.
18. Təzyiq ölçən aləti yığışdırmaq, əlləri yumaq.
Əlavə: maksimal təzyiqlə minimal təzyiq arasındakı fərq nəbz təzyiqi adlanır və normada 30-40 mm.c. süt. bərabərdir.
Arterial təzyiqin ambulator və ev şəraitində ölçülməsi.
Ambulator AT. (ÜD - ürək-damar, AT - arterial təzyiq).
- Həkimin qəbulunda ölçülmüş AT ilkin göstərici kimi istifadə olunmalıdır.
- Ambulator AT müalicə olunmamış və müalicə olunan xəstələrdə ÜD (ürək–damar) riskinin qabaqcadan müəyyən edilməsinə kömək edə bilər.
- Aşağıdakı hallarda AT-in 24-saatlıq ambulator monitorinqi keçirilməlidir:
1). həkimin qəbulunda AT əhəmiyyətli dərəcədə dəyişkən olduqda;
2). aşağı dərəcəli ümumi ÜD xəstəlikləri riski olan şəxslərdə həkimin qəbulu zamanı yüksək AT ölçüldükdə;
3). həkimin qəbulunda və evdə ölçülmüş AT göstəriciləri arasında ciddi uyğunsuzluq olduqda;
4). dərman müalicəsinə rezistentlik gözlənildikdə;
5). yaşlı və şəkərli diabeti olan xəstələrdə hipotenziv epizodlar gözlənildikdə;
6). yuxu zamanı apnoe (tənəffüsün dayanması) gözlənildikdə;
7). həkim qəbulunda olduğu zaman hamilə qadınlarda yüksək AT qeydə alındıqda və preeklampsiya gözlənilən hallarda.
Adətən 24-saatlıq monitorinq zamanı orta AT səviyyəsi üçün normal göstəricilər aşağıdakı kimi olur:
SAT 125-130 mm c. süt. və DAT 85 mm c. süt-dən aşağı.
Gündüz vaxtı AT-in normal səviyyəsi SAT üçün 130-135, DAT üçün 85 mm c. süt-dən aşağı olur. Bu göstəricilər həkimin qəbulunda ölçülən AT səviyyəsindən aşağı olur.
Ev şəraitində AT-in ölçülməsi
1. Ev şəraitində AT-in ölçülməsi klinik cəhətdən dəyərlidir və təqdirə layiqdir.
AT-in evdə ölçülməsi imkan verir:
- aparılan antihipertenziv müalicənin effektivliyini müəyyən etmək
- təyin olunan dərmanın növbəti dozaya qədər olan müddət ərzində effekti haqda məlumat toplamaq
- xəstələrin müalicə rejiminə riayət etməsini yaxşılaşdırmaq
2. Ev şəraitində xəstə tərəfindən AT-in ölçülməsi aşağıdakı hallarda aparılmamalıdır:
- əgər AT-in ölçülməsi xəstədə narahatlığa səbəb olursa
- əgər xəstənin müalicə rejiminin özbaşına dəyişməsinə səbəb olursa
3. Ev şəraitində ölçülən AT-in normal səviyyəsi həkim qəbulunda ölçülən AT-in səviyyəsindən daha aşağı olur: SAT<130-135 mm c. süt.(az) və DAT<85 mm c. süt.(az).
Xüsusi hallar
“Təcrid olunmuş arterial hipertenziya” (“ağ xalat” hipertenziyası”)
- Həkim qəbulunda stabil olaraq AT 140/90 mm c. süt. və ya çox olur
- Gündüz vaxtı ambulator və ya ev şəraitində AT normativi 130-135/85 mm c.s.-dan aşağı hesab olunur
Bu şəxslərdə ÜD xəstəlikləri riski az olur, lakin eyni şəraitdə normal təzyiqi olanlara nisbətən yüksək olur
Təcrid olunmuş ambulator arterial hipertenziya (“Maskalanmış hipertenziya”)
- Bir qrup xəstələrdə həkim qəbulunda AT 140/90 mm c. süt.-dən aşağı olur, lakin ambulator şəraitdə və ev şəraitində ölçülən təzyiq ona nisbətən yüksək olur
- Bu şəxslərdə ÜD xəstəlikləri riski həkim qəbulunda və ambulator şəraitdə yüksək təzyiqi olan şəxslərdəki ÜD xəstəlikləri riskinə yaxın olur. 85>
Dostları ilə paylaş: |