32. Toxumluq çiyidin optimal saxlanma temperaturu mahiyyətini təhlil edin



Yüklə 18,43 Kb.
tarix24.11.2022
ölçüsü18,43 Kb.
#70205
Fazil m 32-33


32.Toxumluq çiyidin optimal saxlanma temperaturu mahiyyətini təhlil edin.

Toxumluq çiyidin optimal saxlanma temperaturu 8–9% nəmlikdə 22–260c olmalıdır. Hətta çiyidin nəmliyi 8% olduqda belə temperatur 300c–dən çox olduqda toxumlıq çiyidin uzun müddət (4–5 ay) saxlanması məsləhət deyil.


– Təzə yığılmış toxumluq xam–pambığı bağlı anbarlarda 17–190 temperaturda saxladıqda çiyidin yetişkənliyi artır və nəticədə əkin keyfiyyəti yüksəlir.
– Tədarük edilən xam–pambığın günəş şüaları ilə 40 – 450 qurudulması çiyidin yetişkənlik prosesini artırır. Buda öz növbəsində çiyidin saxlanmasına, onun keyfiyyətinin yüksəlməsinə, çıxım faizinin çoxalmasına səbəb olur.
Yuxarıda yazılanlardan belə nəticə çıxarmaq olar ki, saxlanmağa qoyulan toxumluq xam–pambığın nəmlik faizi 80 çox olmamalıdır. Yetişkənlik dərəgəsinə görə uyğunluq olmamalıdır. Bundan əlavə günəş və ya termiki quruma prosesinə məruz qalmalıdır. Bütün bu yazılanlarla razılaşmamaq olmaz. Amma mövcud texnoloji rejim xam –pambığın ayrıca toxumluq pambıq kimi tədarükünü həyata keçirmir. Digər tərəfdən toxumluq pambığın komplektləşdirilməsində bütün partiyanın nəmlik faizinin 8% olmasını təmin edən texnika və texnologiya mövcud deyil. Toxumluq pambığın saxlanmağa qoyulmamışdan qabaq, çiyidin yetişkənliyini təmin edən termiki qurutma prosesini tənzimləyən texnoloji rejim işlənilməmişdir.
Mövcud texnoloji rejimə görə xam pambıq buntunda öz–özünə qızışma prosesi baş verdikdə, tunel qazılır və profilaktik olaraq buntdan isti hava sorulur.


33.oxumluq xam-pambığın qurudulması üçün effektli istilik agentinin tapılması.
Xam-pambığın ilkin emalı pambıqsində qurutma prosesi barabanlarda həyata keçirilir. Quruducu agenti qızdırmaq üçün,metan,propan-butan,ağ neft,solyarka və s. yanacaqlardan istifadə olunur.
Texniki xam-pambığın qurudulması zamanı mahlıcın xüsusiyytələrində baş verən dəyişikliklər öyrənildiyi halda,toxumluq xam-pambıqla belə tədqiqatlar aparılmamışdır. Ona görə belə tədqiqatların aparılması praktiki əhəmiyyət kəsb edir. Digər tərəfdən quruducu agentin toxumluq pambığın çiyidinin əkin xassələrinə təsirinin öyrənilməsi kənd təsərrüfatı üçün böyük əhəmiyyət kəsb edir. Bu prosesin öyrənilməsi pambıq becərən təsərrüfatlara əkin materialının sətfini azaltmağa, məhsuldarlığı artırmağa imkan verir.
Bu problemin öyrənilməsi üçün tərəfimizdən laboratoriya şəraitində eksperimentlər aparıldı. Xam-pambığın qızdırılması üçün adi ağ neftin yandırılmasından, təbii metan qazının yandırılmasından və elektrik kalorifelerin istilik vermə qabiliyyətindən istifadə edildi.Tədqiqat obyekti kimi C-3038 seleksiya növlü toxumluq xam –pambıqdan istifadə olundu. Xam-pambığın nəmliyi 11,4%,zibilliyi isə 1,3% idi.Tədqiqatların metodikasına uyğun olaraq xam-pambıq 15,40,90,300,1080 dəqiqə istilik agentinin təsirinə məruz qaldıTəcrübələr laboratoriya qurğusunda (şəkil 3.1) keçirildi. Laboratoriya qurğusu 1 ventilyatorundan, 2 trubasından və 4 kamerasından ibarətdir. Kameraya xam-pambıq sərbəst halda yığılırdı.Qurğuda yanğının qarşısını almaq üçün 3 qığılcım söndürəndən istifadə olunurdu.Istifadə olunan metan qazının və ağ neftin miqdarı əvvəlcədən müəyyən olunurdu. Qeyd etmək lazımdır ki, istilik agentinin temperaturu termometr vasitəsilə nəzarətdə saxlanılırdı[9,15,19,25].
Eksperimentlərin sonrakı aparılma müddətində ayrılan qazın və suyun miqdarını yanma müddətindən asılı olaraq yuxarıdakı formulaya əsaəsn müəyyən etdik.
Tədqiqatlar qurtardıqdan sonra təcrübədə istifadə olunan xam-pambığın bir hissəsi sərbəst tökülmüş şəkildə 4 ay müddətində saxlanıldı.Bir hissəsi isə emal olundu.
Tədqiqatların nəticəsi göstərir ki,xam pambıq ağ neftin və qazın yanmasından alınan istilik agenti ilə qızdırıldıqda onun toxumunun(çiyidin) böyümə enerjisi və çıxma faizi azalır. Özüdə təsir müddəti nə qədər çox olarsa,bir o qədər toxumun keyfiyyət göstəriciləri aşağı düşür. Amma xam-pambıq elektrik kaloriferi ilə alınan istilik agenti ilə qızdırıldıqda əks nəticə alınır. Belə ki, istilik agentinin təsir müddəti artdıqda çiyidin keyfiyyət göstəriciləri 2-3% artır.Bu onun nəticəsidir ki,ağ neftin və metan qazının yanması zamanı karbon qazı alınır ki, bu da toxumun keyfiyyət göstəricilərinə mənfi təsir edir. Yanmadan alınan karbon qazının toxumun cıxım faizinə və böyüməsinə təsirinin öyrənilməsi əlavə geniş tədqiqatlar tələb edir.Vaxt keçdikcə xam-pambıq toxumunun yetişmə dərəcəsi artır ki, bu da onun çıxım faizinə və böyüməsinə müsbət təsir edir.Çiyidin yetişməsi bütün variantlarda baş verir. Belə ki, xam-pambıq iki ay saxlandıqdan sonra onun çiyidinin yetişkənliyi və çıxım faizi yığıldığı vaxtdan üstün olur.Anoloji olaraq bu hal çiyid 5 ay saxlandıqdan sonra da baş verir. Bu halda göstəriiclər daha yüksək olur.Aparılan tədqiqatların ayrı-ayrı variantlarını müqayisə etdikdə məlum olur ki, xam-pambığın çiyidinin keyfiyyət göstəricilər baxımından elektrik kaloriferinin yaratdığı istilik agenti daha əlverişlidir
Yüklə 18,43 Kb.

Dostları ilə paylaş:




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin