Ad: İsrafil
Soyad: Fərzəliyev
Fakültə: Sosial Menecment
İxtisas: Nəqliyyatda servis
Qrup: NS 2001
Fənn: Fəlsəfə
Müəllim: Bayramzadə Elşən
Mövzu: Sokrat , Platon və Aristotel.
Plan
1. Sokrat haqqında
2. Sokratın fəlsəfəsi
3. Platon
4. Aristotel haqqında
5. Aristotelin fəlsəfəsi
1.Sokrat haqqında
Antik yunan filosofu Sokrat Afinada dünyaya göz açıb. Atası Safroniks daşyonan, anası Fenareta mamaça imiş. Sokrat həlim, amma öz düşüncələrini qətiyyətlə müdafiə edən birisi olub. Gəncliyində orduda xidmət edib. Olimpiya oyunlarında yumruq döyüşlərində iştirak edib. O, heç bir əsər yazmayıb. Fikirlərini şifahi yayırmış.Rable Sokrat haqqında «Qarqantua və Pantaqruel»in girişində böyük fransız yazıçısı Rable öz satirik-yumoristik kitabını Sokratla müqayisə edərək yazır: «Alkiviad özünün böyük müəllimi, filosoflar filosofu Sokratı vəsf edərək onu silenlərlə müqayisə edir.
Qədimdə mücrüləri belə adlandırırdılar. İndi belə mücrülər aptekçilərdə olur. Onların üstündə gülməli və əyləncəli şəkillər olardı. Məsələn, buynuzlu quş, Asiya yarasası, yüyənlənmiş ördək, buynuzlu dovşan, qanadlı keçi, arabaya qoşulmuş maral və başqa gülüş doğuran cızmaqaralar. Bu şəkillər adamlarda gülüş doğurardı — xeyirxah Baxusun müəllimi Silen də belə olub. Bu söz oradandır… Onların içində isə nadir dava-dərman: Məkkə balzamı, ənbər, amom, müşk, tsibet, qiymətli daşların tozu və sair və ilaxır olardı. Alkiviadın fikrincə, Sokrat da belə olub. Əgər siz onun zahirinə baxsanız, görkəminə görə dəyərləndirsəniz, bir qara qəpik də verməzsinizmiş. O qədər çirkin, oturuşu-duruşu, ədaları o qədər pis imiş ki… Burnu fındıq kimi, baxışları əcaib, gözləri qıyıq — elə bil çim altından qurbağa baxır. Bundan başqa, sifətinin ifadəsi küt, paltarı töküldüm-itdim imiş..
Özünü dərk et
Sokrat hələ sağlığında Aristofanın komediyalarının personajına çevrilmişdi. Təbii ki, komik planda. Ölümündən sonra isə Platon və Ksenofont onun haqqında tərifli əsərlər yazdılar. Sokratın əsas şöhrəti Delfi məbədinin kahini onu insanların ən müdriki adlandırandan sonra başladı. Sokrat özü haqqında «Onu bilirəm ki, heç nə bilmirəm» deyirdi. Delfi kahini bu elanı verəndən sonra Sokrat deyirdi: «Məni müdrik edən heç nə bilmədiyimi dərk etməyimdi. Başqaları bunu da bilmir». Sokratın metodunun özülündə «xeyirxahlıq (saleh əməl) bilikdir», bir az dəqiqləşdirilsə, «insan xeyirxahlığı ağılın bir vəziyyətidir» paradoksu dururdu. Adətən, Sokrat fəlsəfəsinin üç cəhətinə diqqət çəkirlər: 1) bu fəlsəfənin söhbət tipində (dialektik) olması; 2) anlayışların induksiya yolu ilə müəyyən edilməsi; 3) «xeyirxahlıq bilikdir» formulu ilə ifadə olunmuş etik rasionalizm. Platonun «Apologiya»sına görə, Sokrat özünün heç nə bilməməsi barədə «təmiz həqiqəti» deyəndə Allahın müdrikliyinin yanında insan elminin çox cüzi olduğuna diqqət çəkmək istəyirdi. Özünün «cəhlini» iqrar edir, müsahiblərini də bu halı yaşamağa təhrik etməyi qəsd edirdi.
Düşmənləri
Sözü açıq və üzə deməyi ona çoxlu düşmən qazandırmışdı. Xüsusən varlılar onu sevmirdilər. Sofistləri heç sevmirdi. Hətta edamında da bunun rolu olub. Rəvayətə görə, bir dəfə Sokratdan soruşublar ki, sofistlər kimdir? O, belə cavab verib: «Qadın gözəlliyi dəyərdir. Onu satana fahişə deyirlər. Elm də dəyərdir. Onu satana isə sofist deyirlər». Onu gəncləri pozmaqda və yeni ilahlar yaratmaqda suçlayaraq edam ediblər. Əsas ittihamçı Anit adlı demokrat olub. Platon onun çıxışını mühafizə edib. Ölümə məhkum edilən Sokrat özünü kişi kimi aparıb. Dostları qaçmaq təklif etsələr də, bunu qəbul etməyib…
Ölümü
Məhkəmə zamanı Sokrat özünü çox məğrur aparıb. Müdafiəsinə çalışmayıb. «Mən onsuz da o dünyaya gedəsiydim, siz sadacə, bunu tezləşdirirsiniz» deyib. Sonra hakimlərə: «Mən bilirəm, ağlayıb gözümün qorasını sıxsam, sizin üçün xoş olar. Amma nə mənə, nə də başqalarına yaraşmaz ki, ölümdən ləyaqətsiz yolla qaçaq. Bütün təhlükələr zamanı ölümdən çıxış yolu var, əgər özünə hörmət etməsən. Şərdən qaçmaq ölümdən qaçmaqdan daha çətindir. Şər ölümdən daha cəlddir və adamı daha tez yaxalayır. Mən dünyaya bir də gəlsəydim, yenə bu cür davranardım» — deyib.
Ölüm qabağı şagirdlərini başına yığıb söhbət edib. Özünü çox diri və şux aparırmış. Həmin vaxtda o biri otaqda həkimlər söhbət edirlər ki, deyəsən, buna normadan artıq zəhər hazırlamaq lazım gələcək. Çünki ölümdən qabaq deyib-gülən adama zəhər gec təsir edir. Dərmanı alıb içəndən sonra bir az ayaq üstə durmalı, sonra çarpayıya uzanmalı idi. Belə də edib. Uzanandan bir qədər sonra həkim yaxınlaşıb ayaqlarını sıxıb və soruşub: «Hiss edirsənmi?» «Yox» deyə Sokrat cavab verib. «Bir qədər sonra soyuma ürəyə yaxınlaşacaq, onda dünyanı dəyişəcəksən» deyə həkim bildirib.
Son sözü bu olub: «Asklepi üçün bir xoruz qurban kəsməyi unutmayın». Asklepi qədim yunanlarda müalicə allahı sayılırdı. O demək istəyirdi ki, zəhər onun ruhunun bədəndən ayrılmasına yardım etdi. Zəhəri isə həkimlər Asklepinin yardımı ilə icad ediblər. Ona görə bir qurban kəsməyə dəyər.
2. Sokratın fəlsəfəsi
Fəlsəfənin inkişafına böyük təsir göstərən filosoflardan biri də Sokratdır (b.e.ə. təxm. 470-399).
Afina quldarlıq demokratiyasına qarşı çıxış etdiyinə görə Sokratı həbs edirlər. O, öz şagirdlərinə deyirdi ki, ölümdən qorxmur, çünki özünün fəlsəfi görüşləri və bütün həyat tərzi ilə buna hazırdır. Sokrat şagirdlərinin yanında qüvvətli bitki zəhəri içərək ölür. Onlardan biri olan Platonun dediyinə görə Sokrat üçün bədənin ölməsi ruhun sağalması deməkdir.
Sokrat öz təlimini, meydana çıxan məsələləri mübahisə və yaxud söhbət formasında şərh edirdi.
Sokrat hesab edirdi ki, insan yalnız ona tabe olan şeylər haqqında biliyə malikdir. Nə təbiət, nə Kainat ona tabe deyil, onun tabeçiliyində yalnız bir şey var - ruh. Ona görə də insan yalnız öz ruhu haqqında həqiqi biliyə malik ola bilər. İdrakın əsas məqsədi özünü dərk etməkdir: «Özünü dərk et!».
Aristotelin sözlərinə görə Sokrat ilk dəfə olaraq induktiv sübutlardan istifadə etmiş və anlayışlann ümumi tərifini vermişdir. Bu da məntiq elminin formalaşması üçün böyük xidmətdir. Mübahisələr vaxtı Sokrat həm dünyanın, həm də insanın məqsədə və ağıla uyğun yarandığını sübut etməyə çalışırdı. O, insanı, onun mahiyyətini, ruhundakı daxili ziddiyyətləri öz fəlsəfəsinin mərkəzinə gətirməklə bu fəlsəfənin inkişafında yeni dönüş yaratmışdır. Bunun sayəsində idrak, «mən bilirəm ki, heç nə bilmirəm» kimi fəlsəfi şübhədən özünüdərk vasitəsilə həqiqətin yaranmasına keçir.
Sokrat özünün əxlaq fəlsəfəsində xeyirxahlığı bilik ilə eyniləşdirirdi. Onun etikasında insanın saf və azad iradəsi həmişə müsbət əxlaqi davranışların mənbəyi kimi çıxış etmişdir
3. Platon
B.e.ə. təxminən 387-ci ildə Sokratm şagirdi Platon (b.e.ə. 427-347) Afinada Akademiya adlanan məktəb yaradır.
Platonun fəlsəfi təlimi çox geniş bilik sahəsini əhatə edirdi: varlıq, dünya və onun yaranması, ruh və idrak, cəmiyyət və dövlət, tərbiyə və incəsənət və s.
Platonun təliminə görə hiss üzvləri vasitəsilə qəbul edilən şeylər dünyası həqiqi mövcud olan dünya deyil. Çünki hissi əşyalar fasiləsiz olaraq yaranır və məhv olur, dəyişir və hərəkət edir, onların içərisində daimi möhkəm və həqiqi olan heç nə yoxdur. Hissi əşyaların əsl mahiyyəti, onlann yaranma səbəbi ağıl ilə başa düşülən və hiss üzvlərinin qavraya bilməyəcəyi qeyri-cismani formalardır.
Bu səbəblər və yaxud formaları Platon görünüş, bəzi hallarda ideya adlandırırdı. Qeyri-varlıq - materiyadır, varlıq isə - qeyri-cismani görünüşdür. Cismin ömrü - müvəqqəti, onun haqqında ideya isə - əbədidir. İnsanlar kölgələr dünyasında, xəyali və qeyri real dünyada yaşayır; başqa həqiqi dünya var ki, insanlar çalışmalıdırlar ki, onu ağılın gözləri ilə görə bilsinlər.
Platon bir filosof kimi qarşısına adi insan üçün mümkün olmayan bir vəzifə qoyurdu: doğulan, yaşayan və ölən nə varsa hamısını müşahidə etmədən daimi mövcud olanı ağılla tədqiq etmək səviyyəsinə yüksəltmək. İdrak prosesində ağıla həlledici yer verdiyinə görə Amerika fılosoflı U.Ceyms Platonu ar xirasionalist adlandırırdı.
Platona görə bilik nəyi isə yada salmaqdır. Ruh bir bədənə daxil olana qədər göylərdə olmuş və indi də özünün dərin yaddaşında nə vaxt isə seyr etdiklərini saxlayır. O, demişdi: «Beləliklə, ruh göydə, yerdə, dənizdə nə varsa hamısını öz xüsusi hərəkətlərinin köməyi ilə idarə edir: istəyi, rəyi, qayğısı, məsləhəti, doğru və yalan mülahizələri, sevinc və iztirabı, cəsarət və qorxusu, məhəbbət və nifrəti ilə. Ruh həm də bu göstərilənlərə doğma olan ilkin hərəkətlərin köməyi ilə idarə edir; bu hərəkətlər öz növbəsində cisimlərin ikinci hərəkətini meydana gətirir və hər şeyi artmağa ya da məhv olmağa, birləşməyə ya da parçalanmağa və bütün bunları müşayiət edən istilik və soyuqluğa, ağırlıq və yüngüllüyə, zalımlıq və mülayimliyə, ağ və qara rəngə, turş və şirinə doğru apanr.
Bütün bunlardan istifadə edən ruh həm də əbədi ilahi ağılı qəbul edir, hər şeyi himayə edir, həqiqətə və səadətə apanr. Ağılsızlıq ilə qarşılaşıb onunla birləşəndən sonra ruh hər şeyi əks istiqamətə aparir. Beləliklə, Platona görə ruhun ağılla əlaqəsi pozulanda hər şey əvvəlki müsbət vəziyyətini itirir.
Platonun fəlsəfəsində dövlətlə eyniləşdirilən cəmiyyət və insan iki simmetrik və bir-birini qarşılıqlı tamamlayan sistemlər kimi nəzərdən keçirilir. İnsanda onun üç əsas hissəsi (bədən, ruh, ağıl) fərqləndiyi kimi, cəmiyyət də işçilərə, döyüşçülərə (gözətçilərə) və idarəçilərə (filosoflara) ayrılır. Platon deyirdi: «Biz yaxşı təşkil edilmiş dövləti iztirab və sağlamlığı
onun hissələrinin durumundan asılı olan bədənə bənzədirik».'® Dövlət, onun fikrincə, müxtəlif insan qruplannm həyata keçirdiyi funksiyaların təbii bölgüsü nəticəsində meydana gəlir. Bəziləri əmtəə istehsalı və bölgüsü ilə, başqaları dövləti qorumaqla, üçüncüləri isə yalnız idarəçilik ilə məşğul olurlar.
Platon özünün sosial utopiya sistemini yaratmışdı. Dövlət quruluşunun yeni modelini o, «Dövlət» əsərində qurmuşdu. Dövlət ona görə yaranır ki, cəmiyyəti - insanlar arasındakı münasibəti tənzimləsin. İdarəçilik ehtiyacı isə hökmranlıq sənətini bilən, yəni ədalət və xeyirxahlıq idealım dərk edən və onları həyata keçirməyi bacaranların, yəni filosofların vacibliyini irəli sürür. Onun ideal dövlətində xüsusi mülkiyyət və ailə yalnız aşağı zümrələrdə olur. Filosof sonralar yazdığı «Qanunlan> əsərində nisbətən real layihə hazırlayır. O, hesab edirdi ki, siyasi quruluş aristokratik respublika olmalıdır.
Dövləti filosofun idarə etməsini zəruri hesab edən Platonun fikrincə filosof ilə kütlə arasında barışmaz ziddiyyət var. «...Kütləyə filosof olmaq nəsib olmur» və «...kim fəlsəfə ilə məşğuldursa onun məzəmmətini qazanın).
Xüsusi qeyd etmək lazımdır ki, fəlsəfə tarixinin bütün dövrlərində Platon daha çox təsir göstərən filosofların önündə gedir. Amerika filosofu A.N. Uaythed göstərir ki, bütün Avropa fəlsəfəsi Platona bəzi qeydlər əlavə etməklə məhdudlaşır. Alman filosofu M.Haydegger bu fikri daha qəti şəkildə ifadə edərək göstərir ki, «Bütün Qərb fəlsəfəsi neoplatonizmdir». Platon fəlsəfəsi haqqında belə fikirlər çoxdur.
4. Aristotel haqqında
Ərəstun adı ilə xalq arasında tanınmış Aristotel (E.ə. 384-322) Qədim Yunanıstanın ən görkəmli filosofu və alimidir. O, Yunanıstanın Stagir koloniyasının indiki Xalkis şəhərində anadan olmuşdur. Aristotel e.ə. 367-ci ildə Afinaya gələrək Platonun şagirdi olub. Platonun məktəbi Afina yaxınlığında qədim Yunan əfsanəvi qəhrəmanı olan Akademin heykəli yanında yerləşirdi. Orada kölgəli bağda Platon öz şagirdlərinə mühazirə oxuyub, söhbətlər edirdi. Buna görə də onun məktəbi xalq arasında Akademiya (Platon Akademiyası) adlandırılmışdır. Akademiya sözü də oradan götürülmüşdür. Aristotel 20 il Platon «akademiyası»nda iştirak etmişdir.Platona şagird olduğu dövrdə o, heç kəsin dediyinə inanmır, müəllimindən öyrəndiyi hər şeyi özü yoxlamağa çalışırdı. Belə yoxlamalar nəticəsində o, həqiqəti aşkara çıxarar, doğrunu yalandan ayırardı. Bu barədə Aristotel demişdir: «hərçənd Platon mənim üçün əzizdir, həqiqət isə daha qiymətlidir».
Aristotel e.ə. 343-335-ci illərdə Makedoniyalı İsgəndərin tərbiyəçisi olmuşdur. Makedoniyalı İsgəndər öz müəllimi barədə belə demişdir: «Mən Aristotelə öz atam qədər mərhəmət bəsləyirəm, ona görə ki, əgər atama həyatımla borcluyamsa, Aristotelə həyatıma zinət verən hər bir şeylə borcluyam».
E.ə. 335-ci ildə Aristotel Afinaya qayıdıb öz məktəbini (Peripatetik məktəb) yaratmışdır.
Aristotelin dövründə adamlar təbiət haqqında çox az bilirdilər. Dərin zəkalı Aristotel isə dünya və təbiət haqqında hər şeyi bilməyə çalışırdı.
Aristotel çoxcəhətli yaradıcılığa malik olmuşdur. O, məntiq, psixologiya, təbiətşünaslıq, etika, siyasət, poeziya, tarix və s. aid əsərlər yazmışdır. Onun ən çox məşhur olan əsərləri: «Fizika». «Metafizika», «Poetika», «Ritorika», «Orqanon» və s.
Fizika elmi öz adını Aristotelin «Fyuzika» kitabının adından kəsb etmişdir. Yunanca «füzis» təbiət. «Fyuzika» «Təbiət haqqında» deməkdir. Heç də Aristotelin «Fizikası» müasir fizikaya uyğun gəlmir, o təbiət haqqında ən ümumi təlim kimi ifadə olunmuşdur. Məsələn, varlığın ümumi başlanğıcları məsələsi, materiya və formanın əksliyi, hadisə və zərurət, sonsuzluq, boşluq, hərəkət və s. Aristotelin fizikasına daxil idi.
Aristotel bütün cisimlərin qarşılıqlı çevrilməsini təsdiq edərək, atomların mövcud olmasını qəti inkar etmişdir. O, bütün cisimlərin sonsuz parçalanmasının mümkünlüyünü qəbul edirdi.
Aristotel Platon idealizminə qarşı etirazlar irəli sürərək, maddi aləmin obyektiv surətdə mövcudluğunu göstərmişdir. O, hesab edirdi ki, təbiət heç bir ideyadan asılı deyil, ideyalar isə onun əsasında yaranır.
Aristotel təbiəti, onun cisim və hadisələrini daim hərəkətdə və inkişafda görürdü. İlk dəfə hərəkətin növlərini o təsnif etmişdir. Bunlar üç əsas hissədən - meydana gəlmə, məhv olma və dəyişmədən ibarətdir.
Aristotelə görə Yer dünyanın mərkəzində yerləşir və kürə formasında olub tərpənməzdir. Bütün göy cisimləri Yer kimi kürə formasındadır.
Aristotel mexaniki hərəkət haqqında təlimin əsasını qoyanlardandır.
O, belə hesab edirdi ki, bütün cisimlərin mexaniki hərəkətinin təbiətdə öz yeri var və onu iki qrupa bölmək olar: birincisi göy cisimlərinin hərəkəti; ikincisi, bütün qalan cisimlərin hərəkəti. Ona görə hər bir cisim materiya ilə formanın vəhdətindən ibarətdir. Aristotel materiyanı ilk səbəb kimi qəbul etsə də onu passiv başlanğıc sayırdı. Onun fikrincə yüksək «forma» allahdır. O, allahı əbədi və dəyişməz hesab etmişdir. Buradan aydın olur ki, Aristotel materializmlə idealizm arasında tərəddüd etmişdir.
Aristotel hava haqqında elmin-meteorologiyanın əsasını qoymuşdur. O, xəstəlikləri müalicə etmək üçün yeni vasitələr tapmışdır.
Hələ Platondan elm öyrənərkən “o, mənim dostumdur, amma həqiqət daha vacibdir” deyən filosof onun bəzi nəzəriyyələrini tənqid edib. Platondan fərqli olaraq Aristotel maddi aləmin obyektiv varlığını qəbul edir və hisslərə, anlayışlara və təsəvvürlərə real aləmin törəmələri kimi baxırdı. Varlığın mahiyyətini varlığın özündə axtarır, maddədə yalnız passiv başlanğıc görürdü. Onun fikrincə bu başlanğıc xüsusi aktiv başlanğıca – “formaya” tabe idi. Aristotelə görə, bütün “formaların forması”nın fövqündə ən yüksəyində Allah dayanırdı.
O, təbiətdə və cəmiyyətdə hərəkəti qəbul edir, hərəkətin müxtəlif növlərinin (yaranış, məhv olma, inkişaf, azalma, keyfiyyətcə dəyişmə) mövcud olmasına inanırdı. Hərəkətin mənbəyinin Allah olduğunu göstərən Aristotel İlahi varlığın maddədən kənarda qaldığını və bütün dünyanı hərəkətə gətirdiyini təbliğ edirdi.
Formal məntiqin inkişafında, xüsusilə Nəticələr Nəzəriyyəsinin (Sillogizm) işlənməsində Aristotelin böyük xidməti olub.
Kosmologiya sahəsində isə Geosentrizm Nəzəriyyəsinin tərəfdarı idi. Onun kosmoloji fikirlərini sonradan Ptolomey inkişaf etdirmiş, daha sonra isə bu nəzəriyyə Xristian kilsəsi tərəfindən ehkamlaşmışdı.
500-dən artıq heyvan növünü təsvir edərək onların təsnifatını vermiş, canlıları insan, bitki və heyvanlar olaraq üç qrupa bölmüşdü. Aristotel estetikanın tarixində incəsənətə gerçəkliyi əks etdirən sahə kimi yanaşmışdı. Müəllimi Platonun “İdeyalar ideyası” əsərini tənqid edən Aristotel etika məsələlərinə insanların ictimai vəziyyətləri ilə vəhdətdə baxılmalı olduğunu bildirirdi.
Onun fəlsəfəsi bəşəriyyətin ictimai fikrinin sonrakı inkişafına çox ciddi təsir göstərib. Aristotel təlimi iki istiqamətə ayrılaraq mistik idealizm və materialist fəlsəfi fikrin inkişafı üçün mənbə olub. Aristotel bizim eramızdan əvvəl 322-ci ildə Yunanıstanın Kalkida şəhərində vəfat edib.
Bunlarla yanaşı Aristotelin səhvləri də olmuşdur. Məsələn, o belə hesab edirdi ki, havanın çəkisi yoxdur; əşya nə qədər ağır olsa, bir o qədər sürətlə düşər; şaquli düşən cisimlər bərabər sürətli düşür və s.
Aristotel nəinki təbiəti öyrənmişdir, eyni zamanda təbiəti öyrənməyin metodlarını da göstərmişdir. O, dünyanı öyrənmək üçün ilk təcrübə aparanlardan biri olmuşdur.
Dinə qarşı cinayətdə təqsirləndirilən Aristotel təqibdən qurtarmaq üçün Evbey adasına qaçmış və bir il sonra mədə xəstəliyindən vəfat etmişdir.
5. Aristotelin fəlsəfəsi
Fəlsəfənin inkişafında Platonun şagirdi Aristotelin də böyük rolu olmuşdur. Dahi filosof Aristotelin (b.e.ə. 384-322) maraq dairəsi çox geniş olmuşdur: məntiq, psixologiya, idrak nəzəriyyəsi, varlıq haqqında təlim, kosmologiya, fizika, zoologiya, siyasət, etika, pedaqogika, estetika, ritorika və s.
Aristotelə görə hər bir ayrı, tək şey - materiya ilə formanın vəhdətidir. Forma qeyri-maddidir, lakin o kənardan, o dünyadan materiyaya daxil olmuş bir mahiyyətdir.
Aristotel qədim yunan filosofları içərisində birinci olaraq məntiqi görüşləri sistemləşdirib yeni bilik sahəsi yaratmışdı. O, məntiqi - sübutlar, həmçinin təfəkkürün formalan haqqında elm hesab edirdi. O, tək məntiq elminin deyil, həm də psixi fəaliyyət haqqında elmin də yaradıcısıdır.
Aristotel etikanı fəlsəfənin xüsusi, həm də ən vacib problemi kimi aynca tədqiq edirdi. Onun fikrinə görə etikanın əsas anlayışı - ortalıq fikridir. Burada o, ən uyğun, düzgün hərəkət qaydasını seçmək üçün düzgün istiqamət götürmək qabiliyyətini nəzərdə tuturdu. Xeyirxahlıq israfçılıq ilə çatışmazlıq arasında orta mövqeni seçir.
«Politika» («Siyasət») əsərində Aristotel mahiyyətcə cəmiyyət və dövlət anlayışlanni bir-birindən fərqləndirmirdi. O, insanı «siyasi heyvan» hesab edirdi. Aristotelin əsərlərində dövlət insanlann təbii və zəruri yaşayış üsulu kimi çıxış edir.
«İnsan-cəmiyyət-dövlət» sisteminin təhlilini Aristotel hər bir canlı varlığın, o cümlədən insanın əsas hissələrini aydınlaşdırmaqdan başlayır. O, deyirdi: «Canlı varlıq hər şeydən əvvəl ruh və bədəndən ibarətdİD>.” Elə buradaca bu hissələrin funksional xüsusiyyətlərini göstərir: «Onlardan biri öz təbiətinə görə hakimiyyətdə olan başlanğıc, o birisi tabe olan başlanğıcdır». Onun fikrincə, tabe olmaq iki formada həyata keçirilir: hökmranlıq və siyasi idarəçilik. Aristotel yazırdı: «Bizim fıkri- mizcə, hər bir canlı varlıqda hər şeydən əvvəl hökmdarlıq və siyasi hakimiyyət olduğunu görmək olar. Ruh bədən üzərində ağa kimi bizim hərəkətlərimiz üzərində hökmranlıq edir».
Platon və Aristotel fəlsəfədə unikal mövqeyə malikdirlər. «...Onların fəlsəfəni zənginləşdirməsi əvvəl və sonra gələn mütəfəkkirlərdən ola bilsin ki, daha əhəmiyyətlidir
Ədəbiyyat siyahısı
1. Adil Əsədov. Yunan fəlsəfəsiindən etüdlər: yunan fəlsəfəsiində idealin və realliğin münasibətlərinə dair. Ön sözün müəllifi — fəlsəfə elmləri doktioru Tahirə Allahyarova. Bakı: Təknur, 2008.
2. Aydın Əlizadə (2016). Antik fəlsəfə tarixi (PDF). 3 saylı Bakı Mətbəəsi ASC. s. 82-96.
3. https://kayzen.az
4. felsefedunyasi.org
Dostları ilə paylaş: |