SəRBƏst iŞ İxtisas: Mehmanxana və turizm



Yüklə 20,86 Kb.
səhifə1/4
tarix04.12.2022
ölçüsü20,86 Kb.
#72218
  1   2   3   4
Məmmədov Arzu - Azərbaycan dilində İAK


AZƏRBAYCAN RESPUBLİKASI ELM və TƏHSİL NAZİRLİYİ
AZƏRBAYCAN DÖVLƏT İQTİSAD UNİVERSİTETİNİN nəzdində QİDA SƏNAYESİ KOLLECİ
__________________________________________________________________

SƏRBƏST İŞ

İxtisas: Mehmanxana və turizm


Fənn: Azərbaycan dilində İAK
Kurs: II
Qrup: MT-021
Tələbə: Məmmədov Arzu
Müəllim: Mahmudova İlahə
Mövzu: Ritorikanın tarixi
BAKI – 2022
Plan:
1. Yunanıstanda ritorika
2. Romada ritorika
3. Avropada (Fransada) ritorika
4. Şərqdə ritorika
5. Azərbaycanda ritorika

Ritorikanın tarixi
Yunanıstanda ritorika
Ritorikanın tarixi e.ə. V-IV əsrlərdən başlanır. Ritorika dedikdə, onu həm sənət, həm də elm kimi başa düşmək lazımdır. Qədim Yunanıstanda məhkəmələr açıq havada çoxsaylı insan izdihamında keçirilməli, habelə bayramlar, təziyələr, dostluq görüşləri çox izdihamlı olardı. Burada xalqın hörmətini qazanmış Demosfen, Lisi, Sokrat, Perik kimi məşhur ritorlar çıxış edərdi. Onlar böyük nüfuza malik və savadlı insanlar idi. Eyni zamanda ritorikanın nəzəri problemləri də hazırlanır — sistemləşdirilir, elmi-nəzəri əsərlər meydana gəlirdi. Bu əsərlərdə ritorika — natiqlik sənətinin sirrləri və onlara yiyələnmək yolları göstərilirdi. Bu əsərlər sırasında ritorikanın elmi əsaslarını sistemləşdirən, onu nəzəri cəhətdən sabitləşdirən (e ə. V əsr) Koraksın şagirdi Siciliyalı Gorqi idi. Amma əslində Yunanıstanda ritorika VI-III əsrdə çiçəklənmə dövrü keçirən yunan ədəbiyyatı fonunda və onun təsiri ilə yaranırdı. Belə ki, Hesiodun «Zəhmətlər və günlər», Ezopun təmsilləri, Esxilin «Safoklan», Evripidin faciələri, lirik şeirləri, Aristofanın komediyaları, Herodotun, Fukididin, Ksenofonrun tarixşünaslığa dair əsərləri, bəlağətli nitqin meydana gəlməsinə çox kömək edirdi. Bu dövrdə teatr sənəti, memarlıq misli görünməmiş dərəcədə inkişaf edir və bu sahədə dünya mədəniyyəti inciləri yaranırdı. Bu dövrdə yunan fəlsəfəsi də formalaşmağa başlamışdı: Sokrat (469-399), Əflatun (430/427-347), Aristotel (384-322) bir-birinin şagirdi olaraq dünya fəlsəfi-humanitar elmlərin inçilərini yaradırdılar. Bu vaxtlar yaranan ritorika həm incəsənət, həm də elm kimi diqqəti cəlb edirdi. Sirakuza, Attika, Afina kimi şəhərlərdə ritorika təlimi olduğu üçün bu şəhərlərdə bəlağətli nitqə dair əsəliər də yaranırdı. Burada ritorika kursları 14 il (7 yaşından 21 yaşınadək) davam edirdi. Belə məktəblərdə fəlsəfə, məntiq, ədəbiyyat, dil, riyaziyyat keçilsə də, ritorika aparıcı mövqedə dururdu. Bu fənlərə aid dərslikləri — elmi əsərləri də həmin fənləri tədiris edənlər yazırdı. Bu dövrdəki Ellin ənənəsi ritorikanı söz ustalığı ilə inandırmaq elmi hesab edirdi. Elmin ənənəsinə görə ritorikanın 3 əsası vardır:
Əxlaqlılıq, müdriklik və artistlik. Bundan sonra savadlılıq ritorun əsas əlaməti hesab edilirdi.
Qədim və ya kanonik (kanon — yunanca kanon sözündən olub, norma, qayda-normalar və qaydalar məcmusu deməkdir) ritorikanı 5 əsas hissəyə, mərhələyə bölürdülər.

  • invensiya — (latınca — inventio — ixtira etmək, fikirləşib tanpmaq) fikirlərin ixtirası, başqa sözlə nitqin mövzusu və ya nitq məzmununu düşünüb tapmaq.

  • Dispozisiya və ya kompozisiya (latın dilində yerləşmə deməkdir). Dispozisiya çıxışın mətnindən və xarakterindən, nitq janrından asılı olaraq əsas müddəaları yerləşdirə bilməkdir. Axı bir çıxışda bir neçə müddəa olur. Onların hansını öncə, hansını sonra — deyə düzə bilmək (yerləşdirmək) nitqin uğurlu alınmasının əsas şərtlərindəndir.

  • Elokusiya — latın dilində — elequeniya sözündəndir. Rus dilində termin belə adlanır. Əslində isə Elovensiya adlanmalıdır. Sözün mənası nitqi bəzəmək deməkdir. Buraya dil vasitələrinin seçilməsi, poetik fikirlərin pafosla çatdırılması nəzərdə tutulur.

  • Memoria — latınca memarya — yaddaş deməkdir. Bu söz indi xatirə, mənasında da işlənir (memuar, memorial lövhə və s.). Memoriya tələb, edir ki, ritor çıxışdan əvvəl həmin mətni bir neçə dəfə xatırlamalı, fikrindən keçirməlidir.

  • Aksiya və ya icra. Çıxışçının özü, danışdığı dili yüksək səviyyədə bilməklə, şifahi nitqin ustalıqla ifadəsi, özünə nəzarət. Yunan alimləri haqlı olaraq belə hesab edirdilər ki, hansı növ olursa, olsun nitq üç mühüm — ayrılmaz tərkib hissədən ibarət olmalıdır; etos, pafos, loqos. Onlar çox vaxt məhkəmə prosesini etos hesab edirdilər ki, Afinada təşkil edilən bu açıq prosesdə açıq dialoji olmalı, həqiqət qalib gəlməli idi.

Pafos — həqiqəti üzə çıxarma, tərəflərinə münasibətini aydınlaşdırma idi. Kim dolu pafosla danışsa, o haqlı ola bilər.
Loqos — hər şeyi dillə dəqiq şəkildə ifadə etmək kimin dili zəngin olsa, o dövlət qalib gələ bilər.
Qədim yunan alimi Aristotel öz müəllimləri Əflatun və Sokratı qabaqlayaraq ritorikanın bütöv fundamental elm sistemini yaratmışdı. Onun «Metafizika», «Məntiq», «Siyasət», «Poetika», «Analitika» əsərləri, xüsusilə heç vaxt əhəmiyyətini itirməyən, 3 kitabdan ibarət olan «Ritorika» əsərləri insan idrakının yüksək pilləşinə qalxa bilmişdi. Müasir elm hələ Aristotelin elmi idrakının məhsulu olan bu əsərlərdən çox bəhrələnə biləcəkdir.
Yunan mədəniyyətindən, yunan natiqlik sənətindəndanı-şarkən Aristotelin yaşıdı, görkəmli siyasi xadim və ritor Demos-fenin (e-ə. 384-322) adını çəkməmək olmaz. Aristotel ilə bir ildə anadan olub, eyni ildə vəfat edən Demosfen ritorikanın bəzi incəliklərini kəşf etməklə öz dahi müasirinin kölgəsindən çıxa bilmiş, öz adını yunan mədəniyyəti və ritorikası tarixinə əbədi həkk edə bilmişdi. Demosfenin düzgün tələffüz və lazımsız əl-qol hərəkətini aradan qaldırmaq üçün kəşf etdiyi xüsusi üsullar indi də əhəmiyyətini itirməmişdir. Demosfen siyasi xadim olaraq anti — Makedoniya hərəkatına rəhbərlik etmiş, ölkəsi makedoniyalılar tərəfindən işğal olunduqdan sonra zəhərlənib ölmüşdür.

Yüklə 20,86 Kb.

Dostları ilə paylaş:
  1   2   3   4




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin