İxtisas : Azərbaycan dili və ədəbiyyat müəllimliyi
Qrup : AM 102
Fənn : Azərbaycan dilində akademik və işgüzar kommunikasiya
Müəllim : Rəvanə Quliyeva
Tələbə : Gülər İslamova
Bakı-2022
Mövzu 1:Dil və nitqin qarşılıqlı inkişafı Cəmiyyətin nitq mədəniyyəti milli dilə münasibət ilə müəyyən olunur. Öz növbəsində, milli dilin vəziyyəti (səviyyəsi) bütövlükdə millətin inkişaf səviyyəsini əks etdirir. Nitq mədəniyyəti təkcə nitq etiketi deyildir. Bizim nə dilimiz, nə də nitqimiz elə-belə öz-özünə yaranıb. Onun yaranması və inkişafı cəmiyyətdə baş verən proseslərlə bağlıdır. Bu, dialektik bir əlaqədir. Yəni dil cəmiyyətin bütün sosial-siyasi proseslərini əks etdirir və eyni zamanda, insanların dünyagörüşünü formalaşdırır. Buna görə də nitq mədəniyyətini cəmiyyətin ümumi mədəniyyətindən ayrı təsəvvür etmək olmaz.
Dil insanlar arasında ən mühüm ünsiyyət vasitəsi,mücərrəd işarələr sistemidir.Hər bir dilin özünəməxsus quruluşu və ifadə imkanları vardır.İnsanlar bir-biri ilə müxtəlif formalardan(mimika və jestlərdən və s.) istifadə etməklə ünsiyyət yarada bilərlər.Lakin heç bir vasitə dilin ifadə imkanları səviyyəsində ola bilməz.İnsanların bir-birləri ilə ünsiyyət saxlaması üçün kollektiv (kompakt) şəkildə,toplum halında yaşamaları mühüm şərtdir.Bu isə cəmiyyət deməkdir. Demək,dil cəmiyyətdə yaranır.Cəmiyyət mənsub olduğu dili yaşadır,inkişaf etdirir.Cəmiyyətsiz dil,dilsiz cəmiyyət mövcud ola bilməz.Dil insan cəmiyyətində yarandığı və yaşadığı üçün ictimai hadisə hesab olunur.
Dil beyinin ikinci siqnalının məhsuludur.Beyin akkumlyator vəzifəsini yerinə yetirir.Beyin mövcud olmasa, yaxud beyində anomaliya baş verərsə, insan yaddaşsızlaşar,hətta dilini unudar.Bu cür xoşagəlməz hallarla,təssüf ki,az da olsa,qarşılaşmışıq.Dil insan cəmiyyətinin ən mühüm nailiyyətidir.Dil insanın varlığının əsas əlamətidir.
Dilin yaranması üçün insan orqanizminin fizioloji cəhətdən müəyyən şəkildə,bugünkü vəziyyətdə formalaşması da vacib şərtlərdəndir.İnsanin fizioloji cəhətdən təkmilləşməsi,danışıq orqanlarının formalaşması,insan bədəninin şaquli vəziyyətə düşməsi,insanın əməklə məşğul olmasının buna təsiri,eyni zamanda dilin və şüurun yaranması, bütöv halda vahid ictimai prosesə çevrilməsi dilin formalaşması və inkişafında ən mühüm amillərdir.
Dilin yaranması insanda şüurla,təfəkkürlə bağlıdır.Heyvanlar bir-birləri ilə siqnallar vasitəsilə əlaqə saxlayırlar,”danışırlar”.Heyvanlarda şüur,təfəkkür formalaşmadığı üçün buna dil demək olmaz.Dil yalnız insanlara xasdır.
Dil irqi və irsi xüsusiyyət də daşımır.Əgər belə olsaydı, ingilis uşagı harada yaşamasından asılı olmayaraq, ingiliscə danışardı.Belə təsəvvür edək ki,iki nəfər iki yaşlı azərbaycanlı uşaq Londonda hər hansı uşaq bağçasında təlim və tərbiyə alır.Ətrafındakı uşaqlar ingiliscə danışır.Tərbiyəçinin uşaqlarla ünsiyyəti də ingilis dilindədir.Onda bu azərbaycanlı uşaqlar təbii ki,ingiliscə danışacaqlar.Əgər dil irsi əlamət daşısaydı,bu uşaqlar ingilislərin içərisində yaşasalar da ,mütləq azərbaycanca danışmalı idilər.Bu isə mümkün deyildir.
Nitq dilin ifadəçisidir.Nitq ünsiyyət prosesidir.Nitq bu və ya digər məlumatın –informasiyanın ifadə tələbinə uyğun olaraq dilin ifadə imkanları əsasında meydana çıxır.Yadda saxlamaq lazımdır ki,dil əsasdır,nitq ondan törəmədir.Dil tarixən çox az dəyişikliyə məruz qaldığı halda,nitq ona nisbətən dəyişkəndir.Nitq nitq fəaliyyəti zamanı yaranır.Nitq fəaliyyəti-nitqin təzahürü üçün lazım gələn ictimai,psixoloji və fizioloji aktların sistemidir.Nitqin yaranması həm mürəkkəb ,mürəkkəb olduğu qədər də sürətli prosesdir.İnsan zəkasının yaratdığı heç bir texnika bu sürətə malik ola bilməz.Dil və nitqi bir-birindən ayırmaq mümkün deyildir.Dil və nitq eyni bir prosesin müxtəlif formalarıdır.Dil kimi nitq də yalnız insan cəmiyyətində mövcuddur.
Nitq prosesi mürəkkəb psixoloji və fizioloji aktların sistemidir.Nitq ünsiyyət prosesidir.Nitq bu və ya digər məlumatın-informasiyanın ifadə tələbinə uyğun olaraq dilin ifadə imkanları əsasənda meydana çıxır. Dil kimi nitqə də bir sistem kimi baxılmalıdır.İnsanlar arasında başlıca ünsiyyət vasitəsi olan dilin yaranması və tərəqqi etməsində eşitmə orqanı və danışıq üzvlərinin xüsusi rolu olmuşdur.Hər şeydən əvvəl bunların vəhdəti,birgə fəaliyyətləti əsas şərtdir.Nitq prosesinin başlıca ünsürləri bunlardır:danışmaq,eşitmək,dərk etmək(anlamaq)