Azərbaycanda ritorika XI əsrin sonları XII əsrin əvvəllərinıdə Azərbaycanda artıq ərəb nüfuzu zəifləmiş, fars nüfuzu güclənmişdi. Bu dövrdə yaşayan Azərbaycan alimləri, mütəfəkkirləri və siyasət adamları mahir ritor-lar idilər. Təəssüf ki, türk dili saraylara yol tapa bilmədiyi üçün Nizamül-Mülk, Nəsrəddin Tusi, Məhəmməd Hinduşah Naxçıvani, Fəxrəddin İbn Məhəmməd Hinduşah Naxçıvani, habelə görkəmli sözustası Nizami Gəncəvi, Əbülüla Gəncəvi, Xaqani Şirvani və başqaları öz əsərlərini farsca yazmışlar. Nizamül-Mülk (10171092) səlcuq sarayının elə ağıllı vəziri olmuşdur ki, onun məsləhətləri həmişə hörmətlə qarşılanmışdır. Əvvəlcə (1063-cü ildə) Alp Arslanın, sonra isə Məlik şahın vəziri olmuş Nizamül-Mülk öz tövsiyə və çıxışlarını «Siyasətnamə» adlı kitabda vermişdir. Bunu biz Nizamül-Mülkü «Siyasətnamə» əsərinin 148-150-ci səhifəsindəki rəvayətdən bir hissəyə diqqət yetirək.Rəvayət:
Hadisədə deyilir ki, xəstəlik peyğəmbər ə.s elə zəiflədib əldən salmışdı ki, yeriməyə taqəti qalmamışdı, camaat namazının vaxtı çatmışdı, əshabələri məscidə yığılıb gözləyirdilər ki, o, gəlib, camaat namazını qılsın.
Aişə və Həfsə peyğəmbərin başı üstündə oturmuşdular. Aişə peyğəmbər ə.s. dedi: «Ey Allahın peyğəmbəri, namaz vaxtı çatmış, camaat məscidə yığılmışdır, sənin də ora getməyə taqətin qalmamışdır. Cammaatın qabağında durub imamlıq etməyi kimə tapşırırsan?» Dedi: «Əbubəkirə». Bir də soruşdu «Kimə tapşırır-san?» Dedi: «Əbubəkirə».Aişə Həfsəyə dedi: «Mən iki dəfə dedim, sən də bir dəfə de ki, Əbubəkir zəif və ürəyiyuxa adamdır, əshabələrinin hamısından çox o səni istəyir, namaza durub, sənin yerini boş gördükdə ağlamağı tutacaq, namazı həm özünə, həm də camaata haram edəcəkdir. Bu Ömərin işidir, ürəyi bərk, özü də möhkəm adamdır, buyurunuz, imamlığı o etsin, ziyanı olmaz».
Aişə və Həfsə peyğəmbər ə.s. belə dedilər. Peyğəmbərin qəzəbi tutdu, üzü qızardı və dedi: «Siz Yusif Kərsif kimisiniz. Mən siz istəyəni etməyəcəm, onu edəcəyəm ki, müsəlmanların xeyrinə olsun. Gedin Əbubəkirə deyin, camaat namazını başlasın». Aişənin (Allah ondan razı olsun) bu qədər elmli, mömin və pak olmağına baxmayaraq, peyğəmbər ə.s. Aişənin istədiyinin əksini etməyi buyurdu. İndi görünüz, başqa arvadların bilik və məsləhətləri nə dərəcədə olar. Yusif və Kərsif haqqında hekayə isə başqa cürdür...
İstifadə olunmuş ədəbiyyat tarixi: 1. Azərbaycan dili və nitq mədəniyyəti, ali məktəb tələbələri üçün dərs vəsaiti, Bakı 2015
2.https://kayzen.az/blog/linqvistika/24184/ritorikan%C4%B1nq%C4%B1sa-tarixi.html