Romada ritorika Roma Yunanıstanı işğal etsə də, humanitar elmlər sahəsində ondan çox şey götürməli oldu. Ellin mədəniyyətini qəbul etməli olan Roma qrammatikanı, poetikanı, habelə ritorikanı da yunanlardan qəbul etməyə məcbur oldu. Bununla belə, bir sıra elmlər məhz Romada inkişaf edib təkmilləşdi. Mark Tuli Sisseron (e.ə. 106-43), Yuli Sezar (e.ə. 102 /100-44), Mark Yuni Brut (e.ə. 8542) və s kimi alim və ictimai xadimlər Roma natiqlik sənətinin abədi şöhrəti olmuşlar. Y.Sezar alim, dövlət xadimi, şair, ritorika üzrə məşhur mütəxəssis olmuşdur. Onun məhkəmədə vəkil kimi ritorik çıxışı stenoqramlaşdırılıb indi də saxlanmaqdadır.
Yuli Sezar Pompeyə qalib gəlmiş amansız bir diktator olmuşdur. Bununla belə, elmlə məşğul olmuş, «Hall müharibəsi haqqında qeydlər» və «Vətəndaş müharibələri haqqında qeydlər» adlı elmi əsərlərini yazmışdı. Yuli təqvimi islahatını da o keçirmişdir. Onun ritorik istedadı onun adını bu sahəyə həmişəlik yazmışdır.
Qədim Roma ritorikasından danışanda Mark Yuni Brutun da adını çəkməmək olmaz. O, demokratik fikirli siyasi xadim, habelə görkəmli natiq olmuşdur. Natiqlik sənətini mükəmməl şəkildə mənimsəmiş M.Y.Brut, Y.Sezara qarşı təşkil edilən mübarizənin önündə getmiş, diktatorun qətlə yetirilməsində şəxsən iştirak etmişdir.
Əslində yeni eraya həm Yunanıstan, həm də Roma ən məşhur natiq kimi M.F.Kvintilian (35-96) ilə daxil olmuşdur. Yəni nə Yunanıstanda, nə də Romada M. Kvintiliana bərəbər məşhur natiq yox idi. O, natiqlik sənətınin bütün incəliklərini əks etdirən, 12 kitabdan ibarət —Natiqin təhsili (formalaşması) haqqında” həmişəyaşar əsər yazmışdır. Bu əsər aşağıdakı kitablardan ibarətdir:
«Gələcək ritorun tərbiyəsi haqqında»