GİZLİ TƏHLÜKƏ: QƏFLƏT İnsanların haqq-hesab vaxtı yaxınlaşdı, onlar isə hələ də qəflət içindədirlər və üz döndərirlər



Yüklə 391,89 Kb.
səhifə1/7
tarix05.05.2017
ölçüsü391,89 Kb.
#16976
  1   2   3   4   5   6   7
GİZLİ TƏHLÜKƏ:

QƏFLƏT


İnsanların haqq-hesab vaxtı yaxınlaşdı,

onlar isə hələ də qəflət içindədirlər və üz döndərirlər.

Rəbbindən onlara elə bir yeni xəbərdarlıq gəlməz ki,

onu məsxərəyə qoyub dinləməsinlər;

(Ənbiya surəsi 1-2)


HARUN YƏHYA

Bu kitabda istifadə edilən ayələr

Z.Bünyadov və V.Məmmədəliyevin, həmçinin

Ə.Musayevin tərcümə etdiyi

Qurani-kərim məallarından götürülmüşdür.

Birinci nəşr: dekabr 2001

İkinci nəşr: sentyabr 2005

Üçüncü nəşr: oktyabr 2005

Dördüncü nəşr: mart 2006

Beşinci nəşr: iyul 2006

Altıncı nəşr: sentyabr 2007

Yeddinci nəşr: mart 2008



ARAŞDIRMA

NƏŞRİYYAT

Talatpaşa Məh. Əmirqazi küçəsi

İbrahim Almaz iş mərkəzi

Blok: A, mərtəbə: 4 Oxmeydanı - İstanbul

Tel: (0 212) 222 00 88

Nəşr: Ərdəm mətbəəsi

Nasuh Axar məhəlləsi 25. Küçə nömrə: 19

Balqat - Ankara

Tel: (0 312) 284 18 14

www.harunyahya.org-www.harunyahya.net
İÇİNDƏKİLƏR:

GİRİŞ

QƏFLƏT HALI

QƏFLƏTDƏ OLANLARIN XÜSUSİYYƏTLƏRİ

QƏFLƏTİN SƏBƏBLƏRİ

QƏFLƏTDƏN XİLAS OLMAQ ÜÇÜN

QƏFLƏTİN SONU

NƏTİCƏ

TƏKAMÜL YALANI

YARADILIŞ HƏQİQƏTİ

Tək bir zülalın təsadüfən meydana gəlmə ehtimalı 10950-də bir ehtimaldır ki, bu da qeyri-mümkünə bərabərdir. Bir dənə zülal belə təsadüfən meydana gələ bilmədiyi halda darvinistlər milyonlarla zülaldan yaranan mənim kimi bir canlının təsadüfən meydana gəldiyini iddia edirlər. (Sağdakı şəkil)





Sizin Tanrınız ancaq o Allah`dır ki, Ondan başqa heç bir tanrı yoxdur. O, elm ilə hər şeyi ehtiva etmişdir! (Taha surəsi, 98)

Bir insanın burnunda 5-10 milyona yaxın qoxu hiss etmə hüceyrəsi var ikən, mənim burnumda 220 milyona qədər qoxu hiss etmə hüceyrəsi var. Sahib olduğum hər xüsusiyyət uca Allah`ın mənə verdiyi bənzərsiz bir nemətdir.



Heç yaradan yaratmayana bənzəyərmi?! Məgər düşünmürsünüz?! (Nəhl surəsi, 17)

Allah anamın qarnında tək bir ortaq ana hüceyrəni çoxaldıb mənim bütün toxumalarımı, orqanlarımı, üzümü və gözlərimi meydana gətirdi. Rəbbim yaratdığı bütün hüceyrələrimə nə qədər çoxalmalarının, nə vaxt dayanmalarının lazım olduğunu və hansı orqanlarımı meydana gətirmələrinin lazım olduğunu müntəzəm ilham edir. (Sağdakı şəkil)





Allah belə buyurdu: “İki tanrı qəbul etməyin. O, yalnız tək bir Tanrıdır. Ancaq Məndən qorxun!” Göylərdə və yerdə nə varsa, hamısı Onundur! Din də daim Onundur. Belə olduğu təqdirdə, Allah`dan başqasındanmı qorxursunuz? (Nəhl surəsi, 51-52)

Darvinistlər mənim sahib olduğum tək bir hüceyrəni belə açıqlaya bilmədiyi halda, mənim bütün gözəlliyimin, ətrafımdakı ağacların, digər çiçəklərin, meyvələrin və ucsuz-bucaqsız meşələrin təsadüfən meydana gəldiyini iddia edərlər. Halbuki, məni də, ətrafımdakı bütün ehtişamlı gözəllikləri də yaradan aləmlərin Rəbbi olan uca Allah`dır. (Sağdakı şəkil)





O, göylərin və yerin, onların arasında olan hər şeyin Rəbbidir! Yalnız Ona ibadət et və Onun ibadətinə səbirli ol... (Məryəm surəsi, 65)

Darvinistlər anamın mənə olan şəfqətini kor təsadüflərə bağlayarlar. Amma şüursuz halda inkişaf edən hadisələrin fədakarlıq, şəfqət və həmrəylik kimi şüur və ağıl tələb edən xüsusiyyətləri necə meydana gətirdiyini heç bir şəkildə açıqlaya bilməzlər. (Soldakı şəkil)





(Bütün bunlar Rəbbinə tərəf) dönüb qayıdan hər bir bəndə üçün ibrət dərsi və öyüd-nəsihət olsun deyə etdik. Biz göydən bərəkətli su endirdik, sonra onunla bağlar və biçilən taxıl dənələri yetişdirdik. (Qaf surəsi, 8-9)
Sahib olduğum tək bir DNT-nin hər hansı bir pilləsindəki, məsələn, 719 milyon 348 min 632-ci pilləsindəki tək bir hərfin səhv kodlaşdırılması kimi bir xəta belə mənim üçün qorxunc nəticələrə yol aça bilər. Buna baxmayaraq, darvinistlər qüsursuz quruluşumla mənim təsadüfi hadisələrin bir nəticəsi olduğumu iddia edirlər. Bunun qeyri-mümkün olduğu açıq-aşkardır.

Düşmənlərimizə qarşı olduqca yırtıcı olduğumuza baxmayaraq, ailəmizə son dərəcə şəfqət və sevgi göstəririk. Əgər hər şey darvinistlərin dediyi kimi, şüursuz hadisələrin nəticəsində inkişaf edirsə və onların iddia etdiyi kimi təbiətə yalnız mübarizə hakimdirsə, bu vəziyyətdə, sevgini, şəfqət və himayəni, övladlarımıza qarşı fədakar davranışlarımızı heç bir şəkildə bilməməli idik. (Sağdakı şəkil)





Quruda yaşayan məməli heyvanların ən irilərindən olan kərgədanlar bundan 75 milyon il əvvəl də eyni bugünkü kimi güclü dişlərə, buynuzlara sahib idilər. Çində ortaya çıxarılan bu kəllə fosili (qalığı) diqqətli şəkildə araşdırıldığında aradan keçən milyonlarla il boyu kərgədanlarda heç bir dəyişikliyin olmadığı görünür.



Maralların onlarla növündən biri olan xallı marala dünyanın bir çox bölgəsində rast gəlmək mümkündür. Fosilləşərək bu günə qədər qorunan bu maral kəlləsi yer üzündə təkamüli bir inkişafın yaşanmadığını, canlıların yaradıldığı ilk halları ilə bugünkü görünüşləri arasında heç bir fərqin olmadığını ortaya qoyur.



Təkamülçülərin iddiaları doğru olsaydı, keçmişdə həm antilop xüsusiyyəti daşıyan və həm də fərqli bir canlı növünün xüsusiyyətlərinə sahib olan bir çox qəribə canlı olardı. Lakin saysız nağıl və xəyali ssenari ilə dolu olan təkamülçü yayımlarda bir ədəd belə ara canlı fosili sərgilənmir. Çünki belə bir canlı tarixin heç bir dövründə yaşamamışdır. Bütün canlılar şəkildə nümunəsi görülən 83 milyon illik antilop kimi, var olduqları ilk halları ilə günümüzə qədər gəlmişlər.



www.evrimcilerinitiraflari.com

“Mustelidea” fəsiləsinə daxil olan dələlər milyon illərlə dəyişməyən görünüşləri ilə təkamülün iddialarını təkzib edən canlılardan biridir. Aparılan geoloji araşdırmalar digər bütün elm sahələri kimi, təkamül nəzəriyyəsinin əsassızlığını ortaya qoyarkən yaradılışın açıq bir həqiqət olduğunu göz önünə çəkir.



Şimal qütb bölgəsində ara-sıra mənfi 40 dərəcəyə çatan soyuqda yaşayan qütb tülküləri bəslənmək üçün bəzən 1000 kilometr yol qət edirlər. Allah`ın çətin şərtlərə dözümlü yaratdığı qütb tülküsünün fosil kəllələri günümüzdəki canlı nümunələri ilə tam eynilik təşkil edir. Bu açıq-aşkar dəlil bütün canlılarda olduğu kimi, tülkülərin də yaradıldığı ilk andakı halları ilə indiki dövrdə də mövcud olduqlarını göstərir.



Darvinistlərin 150 il davam edən ara forma fosili axtarışı ümidsizliklə nəticələnmişdir. Hazırda təkamülçülərin dəlil kimi ortaya qoya biləcəyi heç bir tapıntı yoxdur. Antropoloq Cefrey Şvarç fosil qeydlərinin darvinizmin əleyhinə olduğunu belə ifadə edir:



"Bir çox paleontoloq qalıq qeydlərində itkin halqaları tapmaq əvəzinə yalnız böyük boşluqlarla və bu günə qədər yazılmış fosil növləri arasında hər hansı bir ara forma olmadığı gerçəyi ilə üz-üzə gəldi". (Schwartz, Jeffrey H., Sudden Origins, 1999, s. 89)

Şəkildəki 89 milyon illik panter kəllə fosili bu canlıların on milyon illərlə dəyişmədiklərini ortaya qoyur. Əgər darvinistlərin iddiaları doğru olsaydı, fosil qeydlərində hələ tam inkişaf etməmiş bir çox panter fosili olmalı idi. Ancaq qeydlərdə belə yarım bir panterə heç rast gəlinməmişdir. Olan bütün panter fosilləri günümüzdəki panterlərin sahib olduğu xüsusiyyətlərə tam malikdir. Bu da panterlərin təkamül keçirmədiyinin əhəmiyyətli dəlillərindən biridir. Panterlər də digər bütün canlılar kimi uca Allah`ın əsəridir.



Günümüzdəki pandaların daşıdığı bütün xüsusiyyətlərə sahib olan və bundan 96 milyon il əvvəl yaşamış pandalar təkamülü rədd edir. Fosillərlə isbat edilən bu həqiqət açıq və dəqiq olaraq ortadadır. Darvinistlərin israrla gizlətməyə çalışması bu həqiqəti dəyişdirməz. Canlılar təkamüllü müddət nəticəsində ortaya çıxmamışdır. Canlı və cansız bütün varlıqları Allah yaratmışdır.



Fosil qeydləri qum tülkülərinin həmişə qum tülküsü olaraq mövcud olduğunu, başqa bir canlıdan törəmədiklərini isbat etmişdir. Günümüzdəki qum tülküləri ilə hər yöndən eyni olan şəkildəki 86 milyon illik qum tülküsü kəllə fosili təkamülçülərin yalnız xəyallarını dilə gətirdiklərinin dəlilidir. Təkamülçü fərziyyələr elmi istinaddan məhrumdur.



Darvinistlərin fosillər qarşısındakı çarəsizliyini göz önünə gətirən tapıntılardan biri də şəkildəki 65 milyon illik şimal-şərq pələngi kəllə fosilidir. Təkamülçülər söz mövzusu canlıların xəyali təkamül müddətinə dəlil ola biləcək bir dənə belə tapıntı ortaya qoya bilmədiyi halda, saysız fosil şimal-şərq pələnglərinin təkamül keçirmədiyini və yaradıldığını isbat edir.



Təkamülçülərin uzun illər boyu axtardığı ara keçid fosilləri heç bir şəkildə tapılmır və digər tərəfdən yaradılış həqiqətini ortaya qoyan fosillərə hər gün bir yenisi əlavə olunur. Şəkildəki zebr kəllə fosili də bu nümunələrdən biridir. Diş və çənə quruluşu günümüzdəki nümunələrindən fərqsiz olan bu fosil təkamül nəzəriyyəsinin böyük bir uydurmadan ibarət olduğunu, bütün canlıları Allah`ın yaratdığını bir daha təsdiq edir.



Darvinistlərin açıqlaya bilmədiyi mövzulardan biri də məməlilərin mənşəyidir. Təkamülçülər məməlilərin mənşəyinə və bu sinfə daxil olan canlıların bir-biriləri ilə olan sözdə təkamüli qohumluq əlaqələrinə dair heç bir dəlil göstərə bilməzlər. 90 milyon illik bu pələng kəllə fosili də təkamül nəzəriyyəsinin çıxılmaz vəziyyətdə olduğunun dəlillərindən biridir.

OXUCUYA

Bu kitabda və digər işlərimizdə təkamül nəzəriyyəsinin süqutuna xüsusi yer ayrılmasının səbəbi bu nəzəriyyənin hər cür din əleyhdarı olan fəlsəfənin təməlini meydana gətirməsidir. Yaradılışı və dolayısilə Allah`ın varlığını inkar edən darvinizm 150 ildir ki, bir çox insanın imanını itirməsinə və ya şübhəyə düşməsinə səbəb olmuşdur. Buna görə də, bu nəzəriyyənin yalan olduğunu gözlər önünə gətirmək əhəmiyyətli imani bir vəzifədir. Bu əhəmiyyətli xidmətin bütün insanlığa çatdırılması isə zəruridir. Bəzi oxucularımız ola bilər ki, yalnız bir kitabımızı oxumaq imkanı tapa bilər. Bu səbəblə, hər kitabımızda bu mövzuya xülasə də olsa yer ayrılması uyğun hesab edilmişdir.



Qeyd edilməsi lazım olan başqa bir xüsus da bu kitabların məzmunu ilə əlaqədardır. Yazıçının bütün kitablarında imani mövzular Quran ayələri yönündə izah edilir və insanlar Allah`ın ayələrini öyrənməyə və yaşamağa dəvət edilirlər. Allah`ın ayələri ilə əlaqədar bütün mövzular oxucuda heç bir şübhə və ya sual buraxmayacaq şəkildə açıqlanmışdır.

Bu mövzuda istifadə edilən səmimi, sadə və səlis üslub isə kitabların hamı tərəfindən rahat başa düşülməsini təmin edir. Bu təsirli və sadə izah sayəsində kitablar "bir nəfəsə oxunan kitablar" ibarəsinə tam uyğun gəlir. Dini qəti şəkildə rədd edən insanlar belə bu kitablarda bildirilən həqiqətlərdən təsirlənir və yazılanların doğruluğunu inkar edə bilmirlər.

Bu kitab və yazıçının digər əsərləri oxucular tərəfindən şəxsən oxuna biləcəyi kimi, qarşılıqlı söhbət şəraitində də oxuna bilər. Bu kitablardan istifadə etmək istəyən bir qrup oxucunun, kitabları bir yerdə oxumaları mövzu ilə əlaqədar öz təfəkkür və təcrübələrini də bir-birlərinə ötürmək baxımından faydalıdır.

Bununla belə, yalnız Allah`ın razılığı üçün yazılan bu kitabların tanınmasında və oxunmasında iştirak etmək də böyük xidmətdir. Çünki yazıçının bütün kitablarında isbat və razı salıcı yön son dərəcə güclüdür. Bu səbəblə, dini izah etmək istəyənlər üçün ən təsirli üsul bu kitabların digər insanlar tərəfindən də oxunmasının təşviq edilməsidir.

Kitabların arxasına yazıçının digər əsərlərinin təqdimatının əhəmiyyətli səbəbləri vardır. Bu sayədə kitabı nəzərdən keçirən şəxs yuxarıda yazılan xüsusiyyətləri daşıyan və oxumaqdan xoşlandığını ümid etdiyimiz bu kitabla eyni xüsusiyyətlərə sahib daha bir çox əsərin olduğunu görər, imani və siyasi mövzularda faydalana biləcəyi zəngin bir qaynağın mövcudluğuna şahid olacaq.

Bu əsərlərdə digər bəzilərində görülən, yazıçının şəxsi qənaətlərinə və şübhəli qaynaqlara əsaslanan izahlara, müqəddəsata qarşı lazım olan ədəb və hörmətə diqqət yetirilməyən üslublara, şübhəli və həmçinin incidici yazılara rast gələ bilməzsiniz.


YAZIÇI VƏ ƏSƏRLƏRİ HAQQINDA

Harun Yəhya təxəllüsündən istifadə edən yazıçı Adnan Oktar 1956-cı ildə Ankarada anadan olmuşdur. İbtidai və orta təhsilini Ankarada almışdır. Daha sonra İstanbul Memar Sinan Universitetinin İncəsənət fakültəsində və İstanbul Universitetinin Fəlsəfə bölməsində təhsil almışdır. 1980-ci illərdən bu yana imani, elmi və siyasi mövzularda bir çox əsər hazırlamışdır. Bununla yanaşı, yazıçının təkamülçülərin saxtakarlıqlarını, iddialarının əsassızlığını və darvinizmin qanlı ideologiyalarla olan qaranlıq əlaqələrini ortaya qoyan çox əhəmiyyətli əsərləri vardır.

Harun Yəhyanın əsərləri təxminən 30.000 şəklin olduğu cəmi 45.000 səhifəlik külliyyatdır və bu külliyyat 60 fərqli dilə tərcümə edilmişdir.

Yazıçının təxəllüsü inkarçı düşüncəyə qarşı mübarizə aparan iki peyğəmbərin xatirəsinə hörmət olaraq adlarını yad etmək üçün Harun və Yəhya adlarından götürülmüşdür. Yazıçı tərəfindən kitabların üz qabığında Rəsulullahın (s.ə.v) möhürünün olmasının simvolik mənası isə kitabların məzmunu ilə əlaqədardır. Bu möhür Qurani-kərimin Allah`ın son kitabı və son sözü, Peyğəmbərimizin (s.ə.v) xatəmül-ənbiya olduğunun rəmzidir. Yazıçı bütün yayınlarında Quranı və Rəsulullahın sünnəsini özünə rəhbər etmişdir. Bu surətlə, inkarçı düşüncə sistemlərinin bütün təməl iddialarını bir-bir ortadan qaldırmağı və dinə qarşı yönələn etirazları tam susduracaq son sözü söyləməyi hədəfləmişdir. Böyük hikmət və kamal sahibi olan Rəsulullahın möhüründən bu son sözü söyləmək niyyətinin duası olaraq istifadə edilmişdir.

Yazıçının bütün işlərindəki ortaq hədəf Quranın təbliğini dünyaya çatdırmaq, beləliklə, insanları Allah`ın varlığı, birliyi və axirət kimi təməl imani mövzular üzərində düşünməyə sövq etmək və inkarçı sistemlərin əsassız təməllərini və azğın tətbiqlərini gözlər önünə çəkməkdir.

Necə ki, Harun Yəhyanın əsərləri Hindistandan Amerikaya, İngiltərədən İndoneziyaya, Polşadan Bosniya-herseqovinaya, İspaniyadan Braziliyaya, Malayziyadan İtaliyaya, Fransadan Bolqarıstana və Rusiyaya qədər dünyanın əlavə bir çox ölkəsində sevilərək oxunur. İngilis, fransız, alman, italyan, ispan, portuqal, urdu, ərəb, alban, rus, boşnaq, uyğur, İndoneziya, Malay, benqal, serb, bolqar, Çin, Danimarka və İsveç dili kimi bir çox dilə tərcümə edilən əsərlər xaricdə geniş oxucu kütləsi tərəfindən izlənilir.

Dünyanın dörd tərəfində fövqəladə təqdir toplayan bu əsərlər bir çox insanın iman etməsinə, bir çoxunun da imanında dərinləşməsinə vəsilə olur. Kitabları oxuyub araşdıran hər kəs bu əsərlərdəki hikmətli, dolğun, asan aydın olan və səmimi üslubun, ağıllı və elmi yanaşmanın fərqində olar. Bu əsərlər sürətli təsir etmə, qəti nəticə vermə, etiraz və təkzib edilə bilinməyən xüsusiyyətləri daşıyır. Bu əsərləri oxuyan və üzərində ciddi şəkildə düşünən insanların artıq materialist fəlsəfəni, ateizmi və digər azğın görüş və fəlsəfələrin heç birini səmimi olaraq müdafiə etmələri mümkün deyil. Bundan sonra müdafiə etsələr də, ancaq romantik inadla müdafiə edəcəklər. Çünki fikri dayaqları aradan götürülmüşdür. Dövrümüzdəki bütün inkarçı cərəyanlar Harun Yəhya külliyyatı qarşısında fikirlə məğlub olmuşlar.

Şübhəsiz, bu xüsusiyyətlər Quranın hikmət və ifadə təsirliliyindən qaynaqlanır. Yazıçı bu əsərlərə görə öyünmür, yalnız Allah`ın hidayətinə vəsilə olmağa niyyət etmişdir. Bundan başqa, bu əsərlərin çap və nəşrində hər hansı bir maddi qazanc hədəflənməmişdir.

Bu həqiqətlər göz önünə gətirildikdə insanların görmədiklərini görmələrini təmin edən, hidayətlərinə vəsilə olan bu əsərlərin oxunmasını təşviq etməyin də çox əhəmiyyətli xidmət olduğu ortaya çıxır.

Bu qiymətli əsərləri tanıtmağın yerinə insanların zehinlərini bulandıran, fikri qarışıqlıq meydana gətirən, şübhə və tərəddüdləri aparmaq və imanı qurtarmaq üçün güclü və iti təsiri olmadığı ümumi təcrübə ilə sabit olan kitabları yaymaq isə əmək və zaman itkisinə səbəb olar. İmanı qurtarmaq məqsədindən çox, yazıçının ədəbi gücünü vurğulamağa yönələn əsərlərdə bu təsirin əldə edilə bilməyəcəyi məlumdur. Bu mövzuda şübhəsi olanlar varsa, Harun Yəhyanın əsərlərinin tək məqsədinin dinsizliyi yox etmək və Quran əxlaqını yaymaq olduğunu, bu xidmətdəki təsir, müvəffəqiyyət və səmimiyyətin açıq şəkildə göründüyünü oxucuların ümumi qənaətindən anlaya bilərlər.

Bilmək lazımdır ki, dünyadakı zülm və qarışıqlıqların, müsəlmanların çəkdiyi əziyyətlərin təməl səbəbi dinsizliyin fikri hakimiyyətidir. Bunlardan xilas olmağın yolu isə dinsizliyin fikirlə məğlub edilməsi, iman həqiqətlərinin ortaya qoyulması və Quran əxlaqının insanların qavrayıb yaşaya biləcəkləri şəkildə izah edilməsidir. Dünyanın gündən-günə daha çox büründüyü zülm, fəsad və qarışıqlıq mühiti diqqətə alındığında bu xidmətin mümkün qədər sürətli və təsirli şəkildə edilməsinin lazım olduğu aydındır. Əks halda, çox gec ola bilər.

Bu əhəmiyyətli xidmətdə öndərliyi üzərinə götürən Harun Yəhya külliyyatı Allah`ın izni ilə 21-ci əsrdə dünya insanlarını Quranda təsvir edilən hüzur, sülh, düzgünlük, ədalət, gözəllik və xoşbəxtliyə daşımağa vəsilə olacaq.


GİRİŞ

Kiçik bir uşağın şən hərəkətləri insanı heyran edir. Çünki böyüklərə olduqca əhəmiyyətli olan, üzərində uzun düşündükləri, ciddi qərar aldıqları, reaksiya verdikləri hadisələrin ona görə bir mənası yoxdur. Məsələn, nə iqtisadi böhranlar, nə təbii fəlakətlər, nə dünyada yaşanan müharibələr və nə də edilən zülmlər onun üçün bir şey ifadə edər. Ətrafında olub keçənlərdən xəbərsiz halda və acmaq, susamaq və oyuncağını itirmək kimi səbəblərin xaricində heç bir şeydən narahatlıq duymadan öz dünyasında yaşayar. Hüzurunu pozan bu səbəblər olmadığı müddətdə şüursuz olaraq yatmağa, oynamağa və gülməyə davam edər.

Lakin bir çox insanın (hər nə qədər ilk baxışda fərqinə varılmasa da) şüur baxımından bu kiçik uşaqdan çox fərqi yoxdur. Bu şüursuzluq Allah`ın və axirətin varlığı, özünün yaradılış məqsədi, ölümün mütləq reallaşan qəti həqiqət olduğu, öldükdən sonra hər etdiyinin hesabının Allah`a mütləq verəcəyi kimi ən əhəmiyyətli həqiqətlərin qavranılmasında yaşanır.

İnsanların böyük əksəriyyəti Allah`ın açıq ayələrindən, əmr və qadağalarından xəbərsiz şəkildə yalnız öz istək və arzuları yönündə yaşayırlar. Bu insanların dünya nemətlərinə sahib olmaq, xoşbəxt olmaq, əylənmək və nəfsani arzularını təmin etmək xaricində başqa istəkləri yoxdur. Yalnız dünyanın cazibədar bəzəyinə maraq duyar və istədikləri şeylərə sahib olmaq üçün həyatı boyunca səy göstərərlər. Ən böyük sıxıntını isə bu səylərinin boşa çıxması və yaxud əllərindəkini itirmələri nəticəsində yaşayarlar.

Halbuki, yalnız qısa müddət yaşadıqları dünya həyatı hər şeyi ilə bir gün sona çatacaq. Onlar isə özləri və Allah`ın rizasından uzaq həyat sürən digər insanlar üçün hazırlanmış şiddətli və əbədi əzabdan xəbərsizdirlər. Böyük qorxu və çətinlik görəcəkləri axirət gününə doğru irəliləyərkən dünyanın keçici bəzəyinə həvəslə bağlanıb, yalnız dünyəvi maraqları itirmənin narahatlığını və kədərini duyarlar.

İnsanların Allah`ın açıq dəlillərinə, əmr və xəbərdarlıqlarına baxmayaraq, göstərdikləri bu şüursuz və maraqsız hala qəflət adı verilir.

Allah hər insan üçün vücudu da daxil olmaqla, baxdığı hər yerdə Öz varlığını xatırladan müxtəlif gözəllik və nemətlər yaratmışdır. Həyatımızın hər anı, gözümüzü çevirdiyimiz hər yer saymaqla bitməyən yaradılış möcüzələri ilə bəzədilmişdir. Bu həqiqət Quranda belə bildirilir:

Həqiqətən, göylərin və yerin yaradılmasında, gecə ilə gündüzün bir-birini əvəz etməsində, içərisində insanlar üçün mənfəətli şeylər olan gəmilərin dənizlərdə üzməsində, quruyan yer üzünü Allah`ın göydən yağmur yağdıraraq yenidən diriltməsində, cins-cins heyvanları onun hər tərəfə yaymasında, göylə yer arasında ram edilmiş küləyin və buludların bir səmtdən başqa səmtə döndərilməsində əlamətlər vardır. (Bəqərə surəsi, 164)

Səhər qalxdığınız andan etibarən axşam təkrar yatana qədər etdiklərinizi, qarşılaşdığınız hadisə və görüntüləri düşünün. Oyanıb güzgüyə baxdığınızda uzun yuxudan sonra təkrar canlanan və sizin heç bir müdaxiləniz olmadan öz-özünə bütün funksiyalarını ara vermədən davam etdirən vücudunuzu görərsiniz. Tək bir hüceyrənin çoxalmasından meydana gələn, bu anda da təxminən 100 trilyon hüceyrədən ibarət olan simmetrik və estetik görünüşə sahib olan və siz heç fərqində deyil ikən. içində ard-arda yüzlərlə qüsursuz və qarışıq əməliyyatın meydana gəldiyi vücudunuz bir gün əvvəlki halı ilə qarşınızdadır.

Ancaq bir çox insan bu həqiqətin şüurunda olmadan hərəkət edir. Səhər qalxanda aynaya baxarkən, ümumiyyətlə, üzünün ümumi görünüşü, baxımı və ya saçının forması xaricində başqa bir şeyi ağlına gətirməz. Zehnində, ümumiyyətlə, iş, məktəb və ya gün içində edəcəklərindən başqa bir düşüncə yoxdur. Halbuki, əksəriyyətin diqqətindən qaçan həqiqət budur: yeni başlayan günlə bütün insanlara Allah`a yönəlmələri və ya Ona olan yaxınlıqlarını artırmaları üçün yeni fürsət əlavə verilmişdir. Bəlkə də bu fürsət insana verilən son fürsətdir. Kim bilir, bəlkə də o gün dünyada keçirəcəyi son gündür. Çox təəssüf ki, insanların böyük əksəriyyəti özlərinə verilən bu fürsətin fərqinə varmırlar. Bu səbəblə də, ümumiyyətlə, zehinlərini Allah`ı deyil, özlərini və ya ətraflarındakı insanları razı salmağı düşünərək və bunun planlarını quraraq məşğul edərlər. Bu vəziyyəti bir örnəklə açıqlayaq:

Bir bilik yarışını düşünün. Yarışı qazanana böyük miqdarda pul verilsin. Yarış əsnasında, görəsən, yarışçı necə davranar? Sualları dinləyib cavablarını düşünməyin yerinə ətrafına baxıb əylənər? Yoxsa sualı soruşan aparıcının paltarını, səs tonunu, saçını tənqid edər və ya sualın cavabını düşünməyin əvəzinə sabah nə edəcəyini, nə geyəcəyini düşünər?

Tam əksinə, bu adam çox diqqətlə aparıcını dinləyər, şüuru tam açıq olar. Məhdud vaxtını yaxşı qiymətləndirməyə çalışar. Cavabı tapmaq üçün diqqətini cəmləyər. Müvəffəqiyyətli olmaq üçün, şübhəsiz ki, mövzudan başqa heç bir şeylə maraqlanmaz. Əksinə, əlindəki fürsəti ən gözəl şəkildə qiymətləndirməyə çalışar. Amma indi saydığımız şeylərdə mənasız davranışlara yol verərsə, yarışçının ağılsızlıq etdiyini, başqa sözlə, qəflət içində olduğunu düşünərik.

Lakin bir çoxlarının qəflət halı verdiyimiz bu nümunəyə görə daha da ciddi ölçülərdədir. Bu qəflət halı insanların Allah`ın özlərini qulluq etmələri üçün yaratdığının şüurunda olmadan Allah`ın əmr və qadağalarından tamamilə uzaq bir həyat yaşamalarıdır.

Qəflət bütün insanlar üçün diqqətli olmayıb Allah`a könüldən boyun əymədiyi müddət boyu böyük təhlükədir. Çünki qəflətdə olan və ya qəflətə düşürülən bir adam Qurandakı əmr və qadağalara səmimi olaraq tabe olmadığının, bundan başqa, hər an qəflətə düşəcəyinin və ya düşünmədiyi müddətdə olduğu vəziyyətin fərqində ola bilməz. Dolayısilə, bu kitabı görən hər oxucu özünün də qəflətdə olacağını ehtimal edib oxumalı və özünü müstəğni, yəni gizli təhlükədən uzaqda və amanda görməməlidir. Çünki Rəbbimiz Quranda "Xeyr! İnsan, doğrudan da, həddini aşır, özünün ehtiyacsız olduğunu zənn etdiyinə görə. (Ələq surəsi 6-7)” buyurmuşdur. İnsan ancaq müstəğniyyətdən çəkindiyində Quran ayələrinə görə öz vəziyyətini təhlil edər, həmçinin qüsur və səhvlərini düzəldərək laqeyd yanaşdığı mövzuları düzəldər. Çünki insanın davamlı qəflət içində qalmasının və qəflətin dərinliyinin gün keçdikcə artmasının ən böyük səbəbi insanın özünü mükəmməl və qüsursuz görməsi, halından razı olmasıdır.

Bu kitabın məqsədi qəflətin Qurana görə tərifini vermək və insanları bu gizli təhlükəyə qarşı xəbərdar etməkdir. Eyni zamanda, bir çox insanın şüursuz və cahil olaraq düşdüyü qəflət halının fərqinə varmalarını təmin edib bu vəziyyətdən xilas olmalarına köməkçi olmaq və möminləri şeytanın bu gizli tələsinə qarşı hər an ayıq və diqqətli olmağa dəvət etməkdir.



Yüklə 391,89 Kb.

Dostları ilə paylaş:
  1   2   3   4   5   6   7




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin