GİZLİ TƏHLÜKƏ: QƏFLƏT İnsanların haqq-hesab vaxtı yaxınlaşdı, onlar isə hələ də qəflət içindədirlər və üz döndərirlər


Rəbbinizin məğfirətinə və genişliyi göylərlə yer üzü qədər olan, müttəqilər üçün hazırlanmış cənnətə tələsin. (Ali-İmran surəsi, 133)



Yüklə 391,89 Kb.
səhifə5/7
tarix05.05.2017
ölçüsü391,89 Kb.
#16976
1   2   3   4   5   6   7

Rəbbinizin məğfirətinə və genişliyi göylərlə yer üzü qədər olan, müttəqilər üçün hazırlanmış cənnətə tələsin. (Ali-İmran surəsi, 133)

Rəbbiniz tərəfindən bağışlanmağa və genişliyi yerlə göyün genişliyi qədər olan, Allah`a və Onun peyğəmbərlərinə iman gətirənlərdən ötrü hazırlanmış cənnətə nail olmaq üçün bir-birinizi ötüb keçməyə çalışın. Bu, Allah`ın dilədiyi kimsəyə əta etdiyi lütfdür. Allah çox böyük lütf sahibidir! (Hədid surəsi, 21)

Axirət yurdunun varlığını qavraya bilməyən qafil insanların ortaq xüsusiyyəti dünyada razı qalmaları üçün yer və imkanlara sahib olmalarıdır. Bunu böyük həvəslə arzulayarlar. Lakin əldə etdikləri bütün bu dəyərlər onları zənn etdikləri kimi xoşbəxt edib dərd və kədərsiz yaşamalarını təmin etməz. Çünki dünya həyatında sahib olunan hər şey köhnəlib çürüyür və yox olur. Buna insanın öz vücudu da daxildir. Bu səbəblə, qəflət içindəki insanlar sevdikləri və dəyər verdikləri şeylərə zərər gələcəyi qorxusu ilə davamlı narahat yaşayarlar. Özlərinə qısa bir müddətdən başqa heç bir fayda verməyən bu dəyərlərə qarşı insanlar Quranda belə xəbərdar edilirlər:



Ey qövmüm! Bu dünya həyatı keçici bir şeydir, axirət isə əbədi yurddur! (Mömin surəsi, 39)

Qadınlar, uşaqlar, qızıl-gümüş yığınları, yaxşı cins atlar, mal-qara və əkin yerləri kimi nəfsin istədiyi və arzuladığı şeylər insanlara gözəl göstərilmişdir. Bunlar dünya həyatının keçici zövqüdür, gözəl dönüş yeri isə Allah yanındadır. (Ali-İmran surəsi, 14)

Quranda insanlara dünya nemətlərinin keçici olduğu, əsl nemətlərin axirətdə olduğu bu ayələrlə açıq şəkildə bildirilmişdir.

Bu dünyanın keçiciliyinin fərqində olmaq qəflət içində olan bir insanın qəflətdən xilas olmasına vəsilə olar. İnsan keçici fayda verən dünya nemətlərinə olan coşqun istəklərdən təmizlənər, sonsuz gözəllikdəki cənnət nemətlərini və Allah`ın rizasını qazanmağa yönələr. Allah Quranda bu hökmünü belə bildirir:

Həqiqətən, yaxşı əməl və itaət sahibi olan möminlər Nəim cənnətlərində olacaqlar. Onlar taxtlar üstündə tamaşa edəcəklər. Sən onların üzlərində cənnət sevinci görəcəksən! Onlara möhürlü şərab içirdiləcəkdir. Onun möhürü müşkdür. Qoy, yarışanlar onun üçün yarışsınlar! (Mutəffifin surəsi, 22-26)

Axirətdən geri dönüşün olmadığını bilmək

Qəflət içindəki insanın özünü aldatdığı düşüncələrdən biri də özünə yenə fürsət veriləcəyi mövzusunda yanılmasıdır. Hətta bu düşüncə bəzi yerlərdə reinkarnasiya adı verilən batil bir inanc halına belə gətirilmişdir. Qafil insan nə qədər səhv edirsə etsin, öldükdən sonra təkrar dünyaya dönüb bunların əvəzini ödəmək imkanına sahib olacağını zənn edər. Bu səbəblə, öldükdən sonra Allah`dan son bir ümidlə geri dönməyi istəyər. İnkar edənlərin bu istəkləri Quranda belə bildirilir:



Kaş günahkarları öz Rəbbinin hüzurunda başlarını aşağı dikib: “Ey Rəbbimiz! gördük, eşitdik. İndi bizi qaytar ki, yaxşı iş görək. Biz tam yəqinliklə inandıq!” – deyəndə görəydin!

Bu vəziyyətin ayələrdə bildirilməsinin bir hikməti də geri dönüşü olmayan gündən əvvəl insanların qaça bilmədiyi bu həqiqəti bilmələri və mənasız xəyallara dalmadan Allah`ın rizasını qazanmağa çalışmalarıdır. Ancaq Allah`ın bildirib xəbərdar etdiyi axirət əzabının şiddətini düşünməyən, bunu heç cür ehtimal etməyən, qəti bilgi ilə inanmayan insan sonda mütləq Allah`ın hüzurunda bu həqiqətlə üz-üzə gələcəkdir. Buna israrla anlamazlıqla yanaşan dərin qəflət içindəki insanın hələ özünə bir fürsət yenə veriləcəyini düşünməsi, əslində, özünü aldatmasından başqa bir şey deyil.

Əzaba layiq olan insan peşmanlığını axirət günündə dilə gətirəcək. Quranda cəhənnəm xalqının peşmanlıqlarından bəhs edilən söhbətlər bildirilməklə insanlar xəbərdar edilir. Bu ayələrdən biri də belədir:

Və ya əzabı gördüyü zaman: “Kaş bir dəfə də qayıda biləydim; yaxşı işlər görənlərdən olardım!” – deməsin! (Zumər surəsi, 58)

Qəflətdən xilas olmaq və bu ifadələrin sahibi olmamaq üçün insan yaxşı düşünməli və Allah`ın əzabından şiddətlə qorxub çəkinməlidir. Əzabı qazanan qafil insanların ən böyük yanılmaları axirət yurdunu dünya həyatı ilə müqayisə etmələridir. Allah`ın sorğusunu, cənnət və cəhənnəmi dünyada yaşadıqları hadisələrlə müqayisə edərlər. Dünyadakı kimi axirətdə də hər şeyin bir əvəzi olacağını düşünüb özlərini aldadarlar. Məsələn, dünyada sinifdə qalarsa və ya məktəbdən atılsa belə, sonradan bağışlanacağını düşünər. Həbsdəki bir insanın da bir gün müddəti bəlli olan cəzası bitər, sərbəst olar. Necə ki, dünyadakı çətinliklər ömür boyu sürməz, müəyyən müddətdən sonra bitər. Budur, qafil insanlar axirətdə də belə imkanların və fürsətlərin olduğu inancı ilə dünyada qorxusuz halda istədiklərini edərlər. Halbuki, əvəzin ödəniləcəyi, fürsətlərin dəyərləndiriləcəyi yeganə məkan dünyadır. Axirət isə qarşılıqların verildiyi yerdir. Bu səbəblə, insan əbədi sürəcək cəhənnəm əzabına səbəb olan bu qəflət halından xilas olmaq üçün axirətdən geri dönüşün qeyri-mümkünlüyünü və axirətdə heç bir günahın əvəzini ödəmək imkanına malik olmayacağını təfəkkür etməlidir.



Cəhənnəmin nə qədər əzab verici bir məkan

olduğunu və orada sonsuzadək qalmağı bilmək

Qəflətdəki adam ölümü uzaq gördüyü kimi, cənnət və cəhənnəmi də özündən uzaq görər. Halbuki, ölüm nə qədər qəti və həqiqətdirsə, cənnət və cəhənnəm də o qədər qəti və həqiqətdir. Orada dünyadakından daha dəqiq və həqiqi bir mühit vardır. Və bu, çox qəti bir həqiqətdir ki, dünyadakı hər kəs mütləq bu iki yerdən birinə girəcək və əbədi olaraq orada qalacaq.

Cəhənnəmi dəqiq və qəti həqiqət olaraq bilib düşünmək isə insandakı Allah qorxusunu və cənnət arzusunu artırar. Cəhənnəmin necə bir əzab yurdu olduğunu təfəkkür etmək üçün Qurandakı cəhənnəm təsvirləri üzərində diqqətlə düşünmək lazımdır. Quranda cəhənnəmin təsvirinin edildiyi ayələrdən bəziləri belədir:

O gün günahkarları qandallanmış görəcəksən! Köynəkləri qatrandan olacaq, üz-gözlərini də atəş bürüyəcəkdir! (İbrahim surəsi, 49-50)

... Biz zalımlar üçün elə bir atəş hazırlamışıq ki, onun pərdələri onları bürüyəcəkdir. Onlar imdad istədikdə onlara qatran kimi üzlərini büryan edən bir su ilə kömək ediləcəkdir. O, nə pis içki, o, necə də pis məskəndir! (Kəhf surəsi, 29)

...Onu inkar edənlər üçün atəşdən paltar biçilmişdir; başlarına da qaynar su töküləcəkdir. O su ilə qarınlarında olanlar və dəriləri əridiləcəkdir. Hələ onlar üçün dəmir toppuzlar da vardır. Oradan –qəmdən qurtarmaq istədikcə, yenidən ora qaytarılar və (onlara): “Dadın atəşin əzabını!” (-deyilər). (Həcc surəsi, 19-22)

Cəhənnəm odu onların üzünü yandırar. Onlar orada dişləri ağarmış vəziyyətdə durarlar. (Muminun surəsi, 104)

O, onları uzaqdan görüncə onun qəzəblə qaynamasını və uğultusunu eşidərlər. Onlar əlləri boyunlarına bağlı vəziyyətdə o atəşdən dar bir yerə atıldıqları zaman ölüm diləyərlər. “Bu gün özünüzə bir ölüm diləməyin, çox ölüm diləyin!” Onlara de: “Bu yaxşıdır, yoxsa Allah`dan qorxub pis əməllərdən çəkinənlərə bir mükafat və sığınacaq olaraq vəd edilən Xüld cənnəti?” (Furqan surəsi, 12-15)

Dünyada ən kiçik acıya belə dözə bilməyən insan bu acı və iztirab mühitini səmimi şəkildə düşünərsə, cəhənnəm əzabının (Quranda təsvir edildiyi kimi) dünyadakı heç bir acı ilə müqayisə edilməyəcək dərəcədə dəhşətli olduğunu görər. Cəhənnəmdə nə əzabın sonu, nə də ölüm vardır. Quranda cəhənnəm əzabının sonsuz olduğunu bildirən ayələrdən bəziləri belədir:



Onlar atəşdən çıxmaq istədilər, lakin heç cür oradan çıxa bilməzlər. Onlar əbədi əzaba düçar olanlardır! (Maidə surəsi, 37)

Bəli, günah qazanan və qazandığı günahlarla əhatə olunan şəxslər cəhənnəmlikdirlər və orada həmişəlik qalacaqlar. (Bəqərə surəsi, 81)

Cəhənnəmdə davamlı olaraq acı çəkiləcəyi, oradan heç bir şəkildə qurtuluşun olmadığı, acıların sona çatmayacağı, acıya qarşı qoruyucunun və ya vərdişin də olmayacağı açıq həqiqətdir. Bunları vicdanlı və səmimi şəkildə təfəkkür etmək insanın Allah qorxusunu artırıb şüurunun açılmasına, qəflətdən xilas olub Allah`ın rizasını axtarmasına vəsilə olar.



Sonsuzluğu qavramaq

İnsanların bir qismi sonsuzluq anlayışını düşünmək mövzusunda da, ümumiyyətlə, tənbəllik edərlər. Sonsuzluğun əsla bitməyən, sonu gəlməyən və tükənməyən bir zamanı ifadə etdiyini lazım olduğu kimi düşünüb anlamağa çalışmazlar. Sonsuzluğu yalnız çox uzun illəri, əsrləri ifadə edən bir anlayış kimi qəbul edərlər.

Halbuki, sonsuzluq çox fərqli bir anlayışdır. Sonsuzluq bir insanın ömrü qədər müddət deyil. Bir neçə insan nəsli qədər müddət də deyil. Sonsuzluq min il, on min il deyil, yüz min il deyil, milyon və ya milyard il, hətta trilyon il də deyil. Sonsuzluq bunların hamısının xaricindədir və heç vaxt sona çatmayan, əsla bitib tükənməyən bir zamanı ifadə edir.

Budur, bu həqiqəti düşünən insan sonsuz həyatını cəhənnəmdə keçirmək təhlükəsini əsla gözə ala bilməz. Dünyada bir an belə dözə bilmədiyi qədər şiddətli əzabları bitib tükənməyən zaman boyunca hiss etməyi seçə bilməz. Dolayısilə, sonsuzluğu düşünmək qafil olan insanı oyadar, özünə gətirər və Allah`ın razı olacağı işləri etmək üçün çalışmağa sövq edər. Sonsuz cəhənnəm həyatından qorxan imanlı bir insan, eyni zamanda, sonsuz cənnət nemətləri içində həyata imkanı olduğunu da düşünər və dünyadakı qısa sürən həyatı bir an belə sonsuz axirət həyatına tərcih etməz.



Cənnətin gözəlliyini bilmək

Cənnət keçici olan dünya həyatında edilən saleh əməllərin, Allah`dan qorxmanın, Allah`ın rizasını qazanmanın qarşılığıdır. Allah Quranda insana bu vədini belə bildirir:



İman gətirib yaxşı işlər görənləri isə Biz altından çaylar axan cənnətlərə daxil edəcəyik. Allah`ın haqq olan vədi üzrə, onlar orada əbədi qalacaqlar. Allah`dan daha doğru danışan kimdir?! (Nisa surəsi, 122)

Cənnətdə yalnız gözəl bağçaların olduğunu düşünmək son dərəcə səhv fikirdir. Hər şeydən əvvəl, insan orada ən gözəl şəkildə yeni bir yaradılışla yaradılacaq və sonsuz nemətlər içində olacaq. Bundan başqa, cənnət bütün duyğuların daha iti olduğu, hər şeydən daha çox zövq alındığı bir mühitdir. Dünyada çox qısa sürən zövqlər orada sonsuzdur. Allah dünyadakı nemətləri bir nümunə olaraq yaratmışdır. Əsli isə cənnətdədir. Oradakı nemətlərə qovuşunca insan dünyadakı nemətlərlə bənzərliklərini görəcək, amma bu nemətlər daha mükəmməl və tükənməz olacaq. Bunlarla yanaşı, vücuda xas olan qüsurların heç biri cənnətdə olmayacaq. Hər kəs çox gözəl olacaq. Çox gözəl şəkildə yaradılan insanın artıq fiziki yöndən də nöqsanı olmayacaq. Məsələn, tərləməz, pis iy verməz, tualet ehtiyacı olmaz və xəstələnməz. Acdığı üçün və ya vücudunun ehtiyacı olduğu üçün deyil, yalnız zövq üçün yeyəcək. Bu nemətlər üçün çalışmaq da lazım gəlməyəcək. Orada arzuladığı və ağlına gəlməyən hər növ əyləncə, möhtəşəm texnologiya, mükəmməl və qüsursuz nizam olacaq.

Dünyada nöqsanlı olan və arzu edilən bütün hərəkət və rəftarlar cənnətdə tam olacaq. Allah`ın əmr etdiyi gözəl əxlaq orada tam şəkildə yaşanacaq. Orada qeybət, böhtan, çəkişmə, küfr, yalan, riya, həsəd, qürur, sədaqətsizlik və kin olmayacaq. Salam, xoşbəxtlik və Allah`ın rizası olacaq. Quranda cənnətin təsvir edildiyi ayələrdən bəziləri belədir:

Onlar Ədn cənnətlərinə daxil olacaq, orada altun bilərziklər və incilərlə bəzənəcəklər. Libasları da ipəkdən olacaqdır. (Fatir surəsi, 33)

Cənnət əhli bu gün keflə məşğuldur. Onlar və zövcələri kölgəliklərdə taxtlara söykənmişlər. Orada onlar üçün meyvə və istədikləri hər şey vardır. Rəhmli Rəbdən (onlara) salam deyiləcəkdir. (Yasin surəsi, 55-58)

Nəim cənnətlərində. Onlar taxtlar üstündə bir-biri ilə üzbəüz əyləşəcəklər. Onlar üçün məin dolu piyalələr dolandırılacaqdır. Ağappaq, özü də içənlərə ləzzət verən (bir məin). Onun içində ağlı başdan çıxaran heç bir şey yoxdur. Onlar ondan məst də olmazlar. Onların yanında gözəl, baxışları (yalnız ərlərinə) dikilmiş zövcələr olacaqdır. Onlar sanki örtülü yumurtadırlar. (Saffat surəsi, 43-49)

Onlar üçün qızıl teştlər və qədəhlər içində (yemək-içmək) dolandırılacaqdır. Orada onların ürəkləri istəyən və gözlərini oxşayan hər şey olacaqdır. Siz orada əbədi qalacaqsınız! (Zuxruf surəsi, 71)

Ayələrdə də təsvir edildiyi kimi, cənnət insanın xəyalına belə gətirə bilməyəcəyi gözəlliklərin və nəfsin arzu etdiyi hər şeyin mükəmməl bir şəkildə yaradıldığı sonsuz xoşbəxtlik yurdudur. Ancaq yenə Quranda bildirildiyi kimi, cənnət yalnız iman edib saleh əməllərdə olanlar üçün hazırlanmışdır. Bunun açıq şəkildə bildirildiyi ayələrdən bəziləri belədir:



İman gətirən və yaxşı işlər görən şəxsləri (ağacları) altından çaylar axan cənnətlərə daxil edəcəyik ki, orada əbədi qalsınlar. Orada onları pak zövcələr gözləyir. Biz onları daim rahatlıq verən sıx kölgəlikdə yerləşdirəcəyik. (Nisa surəsi, 57)

İman gətirib yaxşı işlər görənlər və ümidlərini Rəbbinə bağlayanlar isə cənnətlikdirlər. Onlar orada əbədi qalacaqlar! (Hud surəsi, 23)

Quran ayələrindəki cənnət təsvirlərini bilib təfəkkür etmək qəflətin və dünya həvəsinin yox olması baxımından son dərəcə təsirlidir. Səmimi şəkildə edilən ciddi təfəkkür cənnətin dünyadakı heç bir mükəmməlliklə müqayisə edilə bilməyəcəyini anlamaq üçün kifayətdir. Bunu anlayan insan cənnət arzusu və həsrəti ilə oranı qazana bilmək üçün çalışmağa başlayar, özünü cənnətdən uzaqlaşdıran və əbədi məhrum edən qəflət halından isə bütün gücü ilə çəkinər.



QƏFLƏTİN SONU

Qəflət Allah qatından gələn bütün xəbərdarlıqlara baxmayaraq, bunda inad edənləri dəhşətli və tərifi mümkün olmayan əbədi bir əzaba doğru sürətlə sürüyər. Qafil olmaqda inadkarlıq edən və qəflət içində dünyadan ayrılan insanlar Allah`ın yaratdığı imtahan dünyasından sonra əbədi həyatlarına artıq cəhənnəm əhli olaraq davam edəcəklər.

Quranda bildirildiyi kimi, qəflət içindəki insanların göz və qulaqları möhürlənmiş, anlayışları alınmışdır. Qəbul və şüur səviyyəsində heyvan kimidirlər. Hətta bu vəziyyəti öz razılıqları ilə qəbul etdikləri üçün onlardan daha da aşağıdırlar. Allah Quranda bu vəziyyətdəki insanları belə təsvir edir:

Biz cinlərdən və insanlardan bir çoxunu cəhənnəm üçün yaratdıq. Onların qəlbləri vardır, lakin onunla anlamazlar. Onların gözləri vardır, lakin onunla görməzlər. Onların qulaqları vardır, lakin onunla eşitməzlər. Onlar heyvan kimidirlər, bəlkə də, daha çox zəlalətdədirlər. Qafil olanlar da məhz onlardır! (Əraf surəsi, 179)

Yoxsa elə güman edirsən ki, onların əksəriyyəti eşidəcək və ya fikirləşəcək? Onlar heyvan kimidirlər, bəlkə, ondan daha çox zəlalət yolundadırlar. (Furqan surəsi, 44)

Heyvanların şüuru yoxdur. Yuxarıdakı ayələrdən aydın olduğu kimi, qəflət içindəki insanlar da sanki heyvanların olduğu şüursuzluq içindədirlər. Bu şüursuzluq səbəbi ilə qəlbləri qatılaşmışdır. Gördükləri, eşitdikləri hadisələr özlərinə edilən xatırlatmalar, verilən nəsihətlər onları içində olduqları vəziyyətdən çıxartmaz. Hər nə ilə qarşılaşsalar da, düşünüb ibrət götürməzlər.

Halbuki, hər insan həqiqətləri anlamağa və yerinə yetirməyə məsuliyyət daşıyırlar. Ancaq qəflətdə inadkarlıq etdiyi təqdirdə dünyadakı digər canlı növlərindən daha ağılsız bir vəziyyətə düşər və insana insan xüsusiyyəti qazandıran bütün xüsusiyyətlərini itirər. İnsanlara Allah`ın varlığını qavrayıb Ona qulluq etmələri üçün verilən qəbul etmə, hiss etmə və anlama kimi üstünlüklərin qəflətdə qalmağa israrlı və qərarlı olan insanlarda möhürləndiyi Quranda belə bildirilir:

Bunlar o kəslərdir ki, Allah onların qəlblərini, qulaqlarını və gözlərini möhürləmişdir. Onlar qafildirlər! (Nəhl surəsi, 108)

Ayədə təsvir edilən insanın hissləri tamamilə örtülmüşdür. Bu vəziyyətdəki qafil insan ciddi səy göstərib Allah`a yönəlmədiyi müddət boyu artıq cəhənnəm əhli olmaqdan xilas ola bilməz. Cəhənnəmdəki şüursuzluq və çaşqınlığı isə daha çoxdur:



Bu dünyada kor olan axirətdə də kor olar və yoldan daha çox azar! (İsra surəsi, 72)

Oradakı əzabın şiddəti və dəhşəti isə bir ayədə belə təsvir edilmişdir:



O, Allah`ın yanar odudur. Elə bir od ki, ürəkləri yandırıb-yaxar. O, belələrinin üzünə qapanıb kilidlənəcəkdir. Onlar hündür sütunlara bağlanmış olacaqlar! (Huməzə surəsi, 6-9)

Qəflət içində yaşayan, bu vəziyyətdən xilas olmaq üçün səy göstərməyən və Qurandan, Allah`ın rizasından xəbərsiz bir şəkildə ölən insanlar cəhənnəmə süründürülərlər.



NƏTİCƏ

Kitab boyu izah etdiyimiz kimi, qəflətə düşənlərdən olmaq bir insanı həlaka sürüyən əsas səbəblərdən biridir. Qəflət içindəki insan hər şeyin yolunda olduğunu və gözəl həyat yaşadığını zənn edə bilər. Hər şeyi bildiyini və hər şeyi doğru etdiyini düşünməsi bunun ən diqqəti cəlb edən göstəricisidir. Ancaq bu qəflət halı axirət günü Allah`ın hüzurunda sona çatacaq:



Sən bundan qafil idin. Artıq bu gün gözündən pərdəni götürdük. Sən bu gün sərrast görürsən! (Qaf surəsi, 22)

Artıq insan qəflət halının hakim olduğu gözəl dünya həyatında davamlı olaraq üz çevirdiyi, inanmamaqda inad etdiyi həqiqətləri açıq şəkildə görməyə başlayacaq. Daha əvvəl özünə xəbər verilən, lakin heç diqqət yetirmədiyi cəhənnəm əzabı ilə qarşılaşacaq. O gün yox olmağı və ya dünya həyatına dönüb Allah rizasını qazanacaq şəkildə yaşamağı istəyəcək. Amma ona əbədi olaraq cəhənnəm xalqı arasında olmaqdan və sonsuz bir əzabdan başqa çatıb qərar alacaq yer olmayacaq. Quranda qiyamət günü və heç bir yerə qaçış olmadığı haqqında bildirilən ayələr belədir:



Göz bərələcəyi; ay tutulacağı; günəşlə ay birləşəcəyi zaman - məhz o gün insan: “Qaçıb can qurtarmağa yer haradadır?” – deyəcəkdir. Xeyr, heç bir sığınacaq olmayacaqdır! O gün duracaq yer ancaq Rəbbinin hüzurudur! (Qiyamət surəsi, 7-12)

İnkar edənlərin böyük qorxu, çarəsizlik və peşmanlıq yaşayacağı qiyamət günü ilə qarşılaşmadan əvvəl hər insan öz durumunu səmimi şəkildə nəzərdən keçirməlidir. Şüuru örtməklə insanı heyvanlardan aşağı bir canlı növünə çevirən qəflət bəlasına qarşı səmimiyyətlə Allah`a yönəlmək, davamlı Allah`ı xatırlamaq və Rəbbimizin göndərdiyi kitab olan Qurana tam tabe olmaq lazımdır.

Qəflətdə olmadığını və qəflətə düşmə ehtimalının olmadığını düşünüb özünü müstəğni (bu vəziyyətdən uzaq) görmək böyük bir səhvdir. Çünki müstəğniyyət insanın qəflət xəstəliyinə hər an tutula biləcəyinin bir göstəricisidir. Şeytan heç durmadan ən kiçik fürsəti belə qiymətləndirməkdən qaçmayıb insanı qəflətə salmağa və özü ilə birlikdə cəhənnəmə sürüməyə çalışır:

Allah haqqında heç bir şey bilmədən mübahisə edən və Allah`a asi olmuş hər bir şeytana uyan insanlar da vardır. Haqqında əzəldən belə yazılmışdır: hər kəs onunla dostluq etsə, (şeytan) onu yoldan çıxardıb cəhənnəm əzabına sürükləyər. (Həcc surəsi, 3-4)

Məlumdur ki, qəflət hər insanı heç bir mühit və şərtdən asılı olmayaraq şeytanın və nəfsin təlqinləri ilə bürüyüb əhatə etməyə çalışır. Ancaq qəflət yalnız qəflət içində qalmaq istəyənlərdən əl çəkməz. Qəflət içində qalmağa, şeytanın dostu olmağa razı olmayan vicdanlı insanlara qurtuluş yolu həmişə açıqdır. Allah qəflətdən xilas olmağın yollarını Quranda ətraflı şəkildə bildirmişdir. Allah`ı davamlı xatırlamaq, Ona yönəlmək, Ondan qorxub çəkinmək və hər an Onun rizasını axtarmaq qəfləti yox edər və insanı üstün ağıl və imana qovuşdurar. Bu da (hər nə qədər şeytan əksini təlqin etməyə çalışsa da) ən gözəl, ən rahat, ən əmin və ən asan yoldur. O halda, səmimi olaraq Allah`a yönələn insan gecikmiş deyil. Rəbbimizin rəhmətini ümid edə bilər. Ayədə belə buyurulur:

Rəbbiniz ürəklərinizdə olanları ən yaxşı biləndir. Əgər əməlisaleh olsanız, Rəbbiniz, həqiqətən, tövbəkarları bağışlayandır! (İsra surəsi, 25)

ƏLAVƏ HİSSƏ

TƏKAMÜL YALANI

Darvinizm, yəni təkamül nəzəriyyəsi yaradılış həqiqətini rədd etmək məqsədi ilə ortaya atılan, lakin müvəffəqiyyətli ola bilməyən və elmdən kənar olan mənasız fikirdən başqa bir şey deyil. Canlının cansız maddələrdən təsadüfən meydana gəldiyini iddia edən bu nəzəriyyə kainatda və canlılarda çoxlu möcüzəvi nizam olduğunun elm tərəfindən isbat edilməsi ilə dəlilsiz hala gəlmişdir. Beləcə, Allah`ın bütün kainatı və canlıları yaratdığı həqiqəti elm tərəfindən də sübut edilmişdir. Bu gün təkamül nəzəriyyəsinə dəstək olmaq üçün dünya səviyyəsində aparılan təbliğat yalnız elmi həqiqətlərin təhrif edilməsinə, tərəfli şərh olunmasına, elm adı altında deyilən yalanlara və edilən saxtakarlıqlara əsaslanır.

Ancaq bu təbliğat həqiqəti gizləyə bilmir. Təkamül nəzəriyyəsinin elm tarixinin ən böyük yalanı olduğu son 20-30 ildə elm dünyasında getdikcə daha yüksək səslə dilə gətirilir. Xüsusilə 1980-ci illərdən sonra aparılan araşdırmalar darvinist iddiaların tamamilə səhv olduğunu ortaya qoymuş və bu həqiqət bir çox alim tərəfindən də dilə gətirilmişdir. Xüsusilə ABŞ-da biologiya, biokimya, paleontologiya kimi fərqli sahələrdən olan çoxlu sayda tədqiqatçı alim darvinizmin əsassızlığını görür, canlıların mənşəyini artıq yaradılış həqiqəti ilə açıqlayırlar.

Təkamül nəzəriyyəsinin süqutunu və yaradılışın dəlillərini digər bir çox əsərlərimizdə bütün elmi detalları ilə göstərdik və göstərməyə davam edirik. Ancaq mövzunu daşıdığı böyük əhəmiyyət səbəbi ilə burada da yekunlaşdırmaqda fayda vardır.



Darvini yıxan çətinliklər

Təkamül nəzəriyyəsi tarixinin qədim yunanlara qədər gedib çıxan bir nəzəriyyə olmasına baxmayaraq, əhatəli olaraq 19-cu əsrdə ortaya atıldı. Nəzəriyyəni elm dünyasının gündəliyinə gətirən ən əhəmiyyətli yenilik Çarlz Darvinin 1859-cu ildə nəşr olunan “Növlərin mənşəyi” adlı kitabı idi. Darvin bu kitabda dünyadakı fərqli canlı növlərinin Allah`ın ayrı-ayrı yaratdığı həqiqətinə qarşı çıxırdı. Darvinə görə, bütün növlər ortaq bir atadan gəlirdilər və zamanla kiçik dəyişmələrlə fərqliləşiblər.

Darvinin nəzəriyyəsi heç bir konkret elmi tapıntıya əsaslanmırdı; özünün də qəbul etdiyi kimi, yalnız bir məntiq irəli sürmək idi. Hətta Darvinin kitabındakı “Nəzəriyyənin çətinlikləri” başlıqlı uzun hissədə etiraf etdiyi kimi, nəzəriyyə bir çox əhəmiyyətli suala cavab verə bilmirdi.

Darvin nəzəriyyəsinin önündəki çətinliklərin inkişaf edən elm tərəfindən aşılacağını, yeni elmi tapıntıların nəzəriyyəsini gücləndirəcəyini ümid edirdi. Bunu kitabında tez-tez ifadə etmişdi. Ancaq inkişaf edən elm Darvinin ümidlərinin tam əksinə, nəzəriyyənin təməl iddialarını bir-bir əsassız etmişdir.

Darvinizmin elm qarşısındakı uduzması üç təməl başlıqda araşdırıla bilər:

1) Nəzəriyyə həyatın yer üzündə ilk dəfə necə ortaya çıxdığını heç cür açıqlaya bilmir.

2) Nəzəriyyənin qarşıya qoyduğu təkamül mexanizmlərinin, həqiqətdə təkmilləşdirici bir təsirə sahib olduğunu göstərən heç bir elmi tapıntı yoxdur.

3) Fosil (qalıq) qeydləri təkamül nəzəriyyəsinin nəzərdə tutduqlarının tam əksi olan bir cədvəl ortaya qoyur.

Bu hissədə bu üç təməl başlığı ana xətləri ilə araşdıracağıq.

Keçilə bilməyən ilk pillə: həyatın mənşəyi

Təkamül nəzəriyyəsi bütün canlı növlərinin bundan təxminən 3.8 milyard il əvvəl ibtidai dünyada ortaya çıxan tək bir canlı hüceyrədən gəldiyini iddia edir. Tək bir hüceyrənin necə oldu ki, milyonlarla kompleks canlı növünü meydana gətirdiyi və əgər həqiqətən bu cür təkamül reallaşmışdırsa, niyə bunun izlərinin fosil qeydlərində olmadığı nəzəriyyənin açıqlaya bilmədiyi suallardandır. Ancaq bütün bunlardan əvvəl iddia edilən təkamül müddətinin ilk pilləsi üzərində dayanmaq lazımdır. Haqqında danışılan o ilk hüceyrə necə ortaya çıxmışdır?

Təkamül nəzəriyyəsi yaradılışı rədd etdiyi və heç bir fövqəltəbii müdaxiləni qəbul etmədiyi üçün o ilk hüceyrənin heç bir məqsəd, plan və tənzimləmə olmadan təbiət qanunları içində təsadüfi olaraq meydana gəldiyini iddia edir. Yəni nəzəriyyəyə görə, cansız maddə təsadüflər nəticəsində ortaya canlı bir hüceyrə çıxarmalıdır. Ancaq bu, məlum olan ən fundamental biologiya qanunlarına zidd bir iddiadır.

Həyat həyatdan gəlir”

Darvin kitabında həyatın mənşəyi mövzusundan heç danışmamışdı. Çünki onun dövründəki ibtidai elm anlayışı canlıların çox sadə bir quruluşa sahib olduğunu fərz edirdi. Orta əsrlərdən bəri insanların inandığı “öz-özünə törəyən nəsil” adlı nəzəriyyəyə görə, cansız maddələrin təsadüfən bir yerə gəlib canlı bir varlıq meydana gətirə biləcəyinə inanırdılar. Bu dövrdə böcəklərin yemək artıqlarından, siçanların da buğdadan meydana gəldiyi məşhur bir düşüncə idi. Bunu isbat etmək üçün maraqlı təcrübələr aparılmışdı. Çirkli bir əskinin üzərinə bir az buğda qoyulmuş və bir az gözlədikdə bu qarışıqdan siçanların meydana gələcəyi zənn edilmişdi.

Ətlərin qurdlanması da həyatın cansız maddələrdən törəyə bildiyinə bir dəlil sayılırdı. Halbuki, daha sonra aydın olacaqdı ki, ətlərin üzərindəki qurdlar öz-özlərinə meydana gəlmirlər, ağcaqanadların gətirdiyi gözlə görünməyən sürfələrdən çıxırdılar.

Darvinin “Növlərin mənşəyi” adlı kitabını yazdığı dövrdə isə bakteriyaların cansız maddədən meydana gəldiyi inancı elm dünyası tərəfindən qəbul edildi.

Halbuki, Darvinin kitabının nəşr olunmasından beş il sonra məşhur fransız bioloq Luis Paster təkamülə əsas təşkil edən bu inancı qəti olaraq təkzib etdi. Paster apardığı uzun təcrübələr nəticəsində aldığı nəticəni belə yekunlaşdırmışdı:

Cansız maddələrin həyat meydana gətirə biləcəyi iddiası artıq qəti olaraq tarixə basdırılmışdır. (Sidney Fox, Klaus Dose, Molecular Evolution and The Origin of Life, New York: Marcel Dekker, 1977, səh. 2)

Təkamül nəzəriyyəsinin müdafiəçiləri Pasterin tapıntılarına qarşı uzun müddət müqavimət göstərdilər. Ancaq inkişaf edən elm canlı hüceyrəsinin kompleks quruluşunu ortaya çıxardıqca həyatın öz-özünə meydana gələ biləcəyi iddiasının əsassızlığı daha da aydınlaşdı.



Yüklə 391,89 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin