Mövzu: İdmanın idarə edilməsinin prossesinin öyrənilməsi
Müəllim: Qasımov Əfqan
Tələbə: Babayev Elvin
Qrup: 148A1
İnsan cəmiyyətin ən qiymətli kapitalıdır. Hər bir şəxsin sağlamlığı və taleyinə qayğı bizim həyat tərzimizin tərkib hissəsinə çevrilməlidir. Cəmiyyətin idarə edilməsi iqtisadi və sosial inkişafın obyektiv qanunlarından ictimai praktikada şüurlu istifadə sistemidir. İdarəetmə hər bir çəmiyyətdə mövcud olmuş və bu gün də fəaliyyət göstərməkdədir. Ayrıca bir skripkaçı özü-özünü idarə edir, orkestri idarə etmək üçünsə dirijor lazımdır. Bu baxımdan yenidənqurma, cəmiyyətin bütün sahələrinin, o cümlədən bədən tərbiyəsi və idmanın inkişaf etdirilməsi müasirlik baxımından ona müxtəlif yanaşmaları tələb edir. Bu isə bədən tərbiyəsi və idman hərəkatının idarə edilməsində elmi səviyyənin yüksəldilməsinin əhəmiyyətini xeyli artırır. Respublikamızda sosial-iqtisadi inkişafın sürətləndirilməsinin əsası məhz insan amilinin fəallaşdırılmasında, adamların yaradıcılıq axtarışlarının daha da gücləndirilməsində axtarılmalıdır. Əfsuslar olsun ki, bu mexanizm hələ də tam gücü ilə işləmir. İnsan amilinin fəallaşdırılmasına təsir göstərən vasitələr çoxdur. Həmin vasitələr sırasında cəmiyyətdə sağlam həyat tərzinin bərqərar olması xüsusi əhəmiyyət kəsb edir. Bu da öz növbəsində bədən tərbiyəsi və idmanın inkişafına yeni gözlə baxmağı tələb edir. Respublikamızda bədən tərbiyəsi və idman dövlət və içtimai təşkilatların yaradıcı iştirakı sayəsində planlı surətdə həyata keçirilir. İdarəetmə hüquqi xarakter daşıyan məsələdir və 3 növdən ibarətdir. a) Maşınlar sistemi və texnoloji prinsiplərin idarə edilməsi. Buna mexaniki idarəetmə deyilir. b) Bioloji sistemlərin idarə edilməsi; məsələn, bitkilərin təkamülü. c) İnsanlar birliyinin idarə edilməsi. Buna ideoloji idarəetmə, yaxud ictimai idarəetmə deyilir. İdarəetmə dedikdə, biz bütün idarəedici, sərəncamverici qanunun, dövlət və ictimai orqanların fəaliyyətini nəzərdə tuturuq. Azərbaycan Respublikasının Konstitusiyasında göstərilir ki, bütün əhalinin sağlamlığını qorumaq və onu daim yaxşılaşdırmaq qayğısını 15 dövlət öz üzərinə götürür. Bu sənəddə gənclərin sağlamlığının qorunmasına və onların fiziki tərbiyəsinə diqqətin artırılması tələbi irəli sürülür. Azərbaycan dövləti özünün geniş əhatəli fəaliyyətində kadrların seçilməsi və yerləşdirilməsinə çox böyük əhəmiyyət verir. İdarəetmə ücün səriştəli olmaq, peşəni bütün şəraitlərdə mükəmməl və dürüst bilmək lazımdır. Bu bədən tərbiyəsi və idmanın hazırlıq səviyyəsindəki texnikanı bilmək, müəyyən elmi təhsilə malik olmağı zəruri edir. Rəhbər işçi təkcə səriştəli və siyasi cəhətdən yetkin olması ilə deyil, mənəvi keyfiyyətləri ilə də seçilməlidir. Rəhbərin şəxsi nümunəsi, mənəvi simasının əhəmiyyəti çox böyükdür. Əgər o işə can yandıran, mənəvi cəhətdən pak, adamlarla münasibətdə ədalətlidirsə, bir qayda olaraq, yaxşı nəticələr əldə edir. Əksinə, əgər idman təşkilatlarının başında duran işçinin sözü ilə işi düz gəlmirsə, əgər o tribunadan təmtəraqlı nitqlər söylədiyi halda, özünü meşşan və ya bürokrat kimi aparırsa, üstəlik xidməti mövqeyindən də sui istifadə edirsə, hörməti olmur. Bu isə kollektivin fəaliyyətinə mənfi təsir göstərir. İdarəetmə əslində rəhbərlik və nəzarətin uzlaşmasıdır.
Rəhbərlik idarəetmənin vasitəsiz əlaqələrini təmin edir. Nəzarət isə rəhbərin göstərişlərinin icrasını, nəticələrini, onların yerinə yetirilməsini yoxlayır və uçota alır, nöqsanların səbəbini aydınlaşdırır. Nəzarətin məlumatları əsasında görüləçək işlər qarşıdakı vəzifələrə uyğun müəyyənləşdirilir, mərkəzləşdirilir və tənzim edilir. İdarəetmə və ona rəhbərlik təcrübəsi çoxcəhətlidir. Odur ki, həmin təçrübənin daxili əlaqələrinin öyrənilməsi və bununla da ən əsas, ən yaxşı, ən yeni cəhətlərin əldə edilməsi bədən tərbiyəsi və idmanın inkişafında başlıca sahə olaraq qalır. Digər tərəfdən, bədən tərbiyəsi bir fəaliyyət növü kimi özünəməxsus spesifik xüsusiyyətlərə malikdir. Onlardan bəzilərini nəzərdən keçirək. Əvvəla, bir xüsusiyyəti nəzərə almaq lazımdır ki, bədən tərbiyəsi sahəsində çalışan mütəxəssislərin iş vaxtı zəhmətkeşlərin işdənkənar, asudə vaxtları ilə üzvi surətdə bağlıdır. Bu, heç zaman iş günü dairəsinə sığmır. Deməli, bədən tərbiyəsi və idman tədbirləri insanların asudə vaxtlarında, bu vaxtın səmərəli təşkili naminə istifadə olunur, onların maraq və imkanlarına əsasən hazırlanır. Təkcə bu cəhət hər bir bədən tərbiyəsi mütəxəssisindən daim yaradıcı axtarışlar aparmağı tələb edir. Bu vəzifələrin yerinə yetirilməsi idarəetmənin bilavasitə elmi əsaslar üzrə təşkilindən asılıdır. Bunun üçün bədən tərbiyəsi və idmanda idarəetmə aparatını təkmilləşdirmək, hər bir bədən tərbiyəsi mütəxəssisinin 16 ona etibar edilib tapşırılmış sahə ücün məsuliyyət hissini artırmaq, idarə aparatının bütün sahələrində əmək intizamı qaydalarına ciddi surətdə əməl etmək, tədbirlərin həyata keçirilməsində elmilik prinsipinə daim müraciət etmək lazımdır.
Respublikamızın müxtəlif təşkilatlarında öz peşəsini mükəmməl bilən, dərin nüfuz qazanmış, öz ixtisasını və biliyini daim artıran rəhbər bədən tərbiyəsi işçilərinə, müəllimlərə, məşqçilərə, təşkilatçılara tez-tez rast gəlmək mümkündür. Təcrübə göstərir ki, işçi bu keyfiyyətlərə malik olduqda inadla, yorulmaq bilmədən işləyir, özünə və gördüyü işə onda dərin inam yaranır. Əksinə, işi bilməyən, lakin özünü hər şeyi bilən kimi göstərən rəhbər düzgün hərəkət edə bilməz, tabeliyində olan işçilərə nəzarəti də lazımi səviyyədə olmaz. Nəticədə isə təşkilatın işinin geri qalmasına səbəb olar ki, bu da müasir tələblərə ziddir. Müasir şəraitdə bədən tərbiyəsi və idman sahəsində çalışan rəhbərin işgüzarlığı haqqında yalnız onun fəaliyyətinin nəticələri ilə mühakimə yürütmək lazımdır. Lap əla işçi hər işi öz öhdəsinə götürürsə, başqalarını bu işə cəlb etmirsə, onun əməyi az fayda verir. Tələb budur ki, rəhbər işçi təkcə öz şəxsi təcrübəsinə deyil, həm də tabeliyində olan işçilərin təcrübəsinə arxalansın. Burada heç bir mənfi cəhət yoxdur. İşgüzarlığın tərbiyə edilməsi hər şeydən əvvəl, tapşırılmış iş üçün məsuliyyət hissinin artırılmasıdır. Rəhbərliyi bacarmaq nəinki başqasından bu və ya digər məsələ haqqında məsləhət almaq, həm də hər bir işi əvvəlcədən saf-çürük etməyi, yaxşı nəticə çıxarmağı bacarmaqdır. İdarəetmə prosesi mərhələli prosesdir və bu 4 mərhələni əhatə edir. ^