2.Vəziyyəti yaxşılaşdırmaq üçün tədbirlərin planlaşdırılması
3. Tədbirlərin icrası.
4. İcraya nəzarət
Bədən tərbiyəsi və idman hərəkatının idarə edilməsi dedikdə, biz ilk növbədə adamların idarə olunmasını nəzərdə tuturuq. Bura geniş xalq kütlələrini rəngarəng bədən tərbiyəsi və idman tədbirlərinə ustalıqla cəlb etmək bu tədbirdə onların fəal iştirakını təşkil etmək, yeni tədbirlər planı hazırlamaq, yarışların təşkilini həyata keçirmək kimi işlər daxildir.
Menecment sözü ingiliscə idarəetmə, müdrik təşkiletmə anlayışında işlənilir. Fransızça administrasiya, idarəetmə kimi başa düşülür. Menecmentə ayrıca bir elmi fənn kimi müxtəlif adlar verilir. Menecmentə bəzən firmaların idarəedilməsi nəzəriyyəsi, bədən tərbiyəsi və idmanın menecmenti (idarə edilməsi) və iqtisadiyyatının əsaslan kimi də baxılır. Menecment idarəçilik fəaliyyətinin sistemidir. Menecment dedikdə bədən tərbiyəsi və idman sahəsində, idarəetmə prosesinin, fəaliyyətin təşkili, icracılar arasında funksiyaların və məsuliyyətin bölüşdürülməsi, informasiya, əmək resursları sisteminin səmərəli istifadəsi, çoxvariantlı qərarların qəbul edilməsi, iş üslubunun müəyyən edilməsi və bütün bunlar üçün xüsusi idarəetmə orqanlarının mövcudluğu nəzərdə tutulur. Bəzi müəlliflər “idarəetmə” anlayışının “menecment” anlayışından daha geniş olmasını qeyd edirlər. Menecment istehsalın gəlirliliyi və səmərəliliyini yüksəltmək məqsədilə idarəetmədə tətbiq edilən prinsip, üsul, forma və vasitələrin məcmusudur. Menecment hər hansı obyektin idarəedilməsidir. Bazar iqtisadiyyatına əsaslanan ölkələrdə istehsal müəssisələrini idarə edən şəxslərə menecer deyilir. Onun vətəni ABŞ-dır. idarəetmə elmi hadisələrin obyektiv başlanğıcını, obyektiv qanunauyğunluqlarını və onların depermenasiyasını əsas götürür. “Bədən tərbiyəsi - idman menecmenti (idarə edilməsi) və iqtisadiyyatının əsaslan” dərs vəsaitində idarəetmə ilə əlaqədar olan bir sıra problem və nəzəri məsələlər də verilmişdir. Menecment anlayışının çoxcəhətli və çoxəhatəli olması menecer anlayışına da öz təsirini göstərir. “Menecer” termini praktikada aşağıdakı mənalarda işlədilir: 1.Sağlamlıq idman mərkəzləri, idman klubları, idman federasiyaları, firma və bölmələrin rəhbərləri. 2. Ayrı-ayrı fəaliyyət növünün funksional icraçısı, 3. Ayrı-ayrı işlərin təşkilatçısı 4. inzibati idarəçi, nəzarət edici və s. Bundan başqa “menecer” bizdə həm də mütəxəssis mənasında başa düşülür. Məsələn maliyyə-kommersiya üzrə menecer, bədən tərbiyəsi və idman sahəsi üzrə menecer, ümumiyyətlə müəyyən sferalar üzrə mütəxt ' • 2.2. İdarəetmə anlayışı və onun əhəmiyyəti. İS Ayrı-ayrı ədəbiyyatda Menecer, Menecment, “İdarəetmə”, “Rəhbərlik” anlayışları təxminən eyni mənada işlədilir. İdarə etmək üçün bir tərəfdən idarə edənin dərin zəkası, intellektual, praktik qabiliyyəti olmalı, digər tərəfdən isə idarəetmədə optimal idarə olunma imkanına malik olmalıdır. 1 İdarəetmə sistemi idarə edən və idarə olunan yarım sistemlərinin fəaliyyətini təmin edən elmi yanaşma funksiyalarından, metodlar və məqsədlər məcmusundan ibarətdir. Elmi idarəetmə, əslində şüurlu idarəetmə ilə əlaqədardır. Şüurlu idarəetmə nədir? Şüurlu idarəetmə birinci növbədə cəmiyyətin və təbiətin obyektiv qanunauyğunluqlarının və sosial-iqtisadi inkişafının mövcud və strateji təmayüllərini nəzərə almağı tələb edir. İdarəetmədə ən başlıca məqsəd cəmiyyətin obyektiv imkanlarından istifadəni təmin etməkdir. İdarəetmə, əslində cəmiyyətin potensialından istifadə etməyin mühüm amilidir. İdarəetmə həm də işçilərin əmək fəaliyyətinin təşkil edilməsi və səfərbərliyə alınmasının başlıca formasıdır. Cəmiyyətin özü də mürəkkəb bir sistemdir. İdarəetmə iqtisadiyyatın, sosial münasibətlərin qaydaya salınması, mənəvi inkişafla əlaqələndirilməsi, cəmiyyətdə baş verən bir sıra müəyyən problemlərin həlli ilə əlaqədardır. Məsələn, döyüşdə generalın verdiyi komanda nə dərəcədə zəruridirsə, ayrı-ayrı bölmələrin, sahələrin fəaliyyəti, idarəetmə funksiyaları da bir o qədər zəruridir. Bazar iqtisadiyyatının hökm sürdüyü ölkələrdəki idarəetmə orqanları ilə inzibati-amirlik sistemi ölkələri arasında ciddi fərq görürük. Əvvəllər planı, yuxarı mərkəzi idarəetmə orqanlarının tapşırıqlarını nəyin hesabına olursa -olsun yerinə yetirmək məcburi idi. Bu cür yanaşmada sərbəst, azad, yaradıcılıqla işə yanaşmaq və keyfiyyətli iş görmək mümkün deyildi. Bu vəziyyəti aradan qaldırmaq üçün istər istehsalatda, istərsə də bədən tərbiyəsi təşkilatlarının idarə edilməsində rəhbər (SAibkar) və işçi arasında normal, insani münasibətlərin yaranması mühüm şərtdir. İdmançıya inam, etibar, qayğı göstərildiyi zaman onun psixologiyası və istehsala münasibəti daha da radikal dəyişikliyə uğrayır.
İdarəetmə prosesi və onun metodları ilə idarəetmə sahəsində istifadə olunan qanunlar arasında üzvi əlaqə vardır. Başqa sahələrdən fərqli olaraq idarəetmə sahəsinin qanunlarının iqtisadi dairəsi çox genişdir. Cəmiyyətin ümumi inkişaf qanunlarını nəzərə alaraq həmin qanunlar konkret idmançıların idman nailiyyətlərinin inkişafı ilə əlaqələndirilməlidir. Qanun anlayışı ayrı-ayrı sahələr arasındakı əlaqələri ifadə edir. Qanunauyğunluq anlayışı isə hər hansı bir inkişaf prosesinin, o cümlədən iqtisadi proseslərin və əlaqələrin ümumi xarakterini aydınlaşdırır. Cəmiyyətin özü, hər şeydən əvvəl elmi cəmiyyət olmalıdır. Məhz ona görə də cəmiyyətlə elmi tərzdə rəftar etmək lazımdır. Biz cəmiyyətin qanunlarını və iqtisadiyyatın tələblərini daha yaxşı dərk etməklə idman təşkilatlarına rəhbərlikdə daha düzgün və daha elmi istiqamət seçə bilərik. Bədən tərbiyəsi və idman qanunlarının dərk edilməsində kadrların hərtərəfli hazırlığı mühüm rol oynayır, bu qanunlardan istifadə edilməzdən əvvəl onları dərk etmək zəruridir. bə: ,, tərbiyəsi və idman qanununun proqramını işləməzdən əvvəl həmin problemin, hadisənin mahiyyətini və bu sahəni tənzim edən qanun, ya qanunlar sisteminin tələblərini, bu tələblərin dəqiq məzmununu bilmək, dərk etmək lazımdır. Bədən tərbiyəsinin iqtisadi qanunları, onların fəaliyyət mexanizmi bəzən bizim iradəmizdən asılı olmur və həm də bizim acizliyimiz sayılmamalıdır. Bu təbiətin qanunudur, təbiətin qanunları isə obyektiv qanunlardır.