Fiziki şəxslər tərəfindən Azərbaycan Respublikasının gömrük



Yüklə 63,64 Kb.
Pdf görüntüsü
tarix02.03.2017
ölçüsü63,64 Kb.
#9938

Fiziki şəxslər tərəfindən Azərbaycan Respublikasının gömrük

sərhədindən keçirilən xidməti və mülki silahların, onların döyüş

sursatlarının gömrük rəsmiləşdirilməsi və gömrük nəzarəti Qaydaları

1. Ümumi müddəalar

1.1. Bu Qaydalar Gömrük Məcəlləsinin 9-cu maddəsinə, "Xidməti və mülki

silah haqqında" Azərbaycan Respublikasının Qanununa, "Xidməti və mülki

silah  haqqında"  Azərbaycan  Respublikası  Qanununun  tətbiq  edilməsi

barədə" Azərbaycan Respublikası Prezidentinin 21.02.1998-ci il tarixli, 679

nömrəli  Fərmanının  icrasının  təmin  edilməsi  haqqında"  Azərbaycan

Respublikası  Prezidentinin  24.08.2002-ci  il  tarixli,  769  nömrəli  Fərmanına

əsasən

hazırlanmışdır 



və 

fiziki 


şəxslər 

tərəfindən 

Azərbaycan

Respublikasının  gömrük  sərhədindən  keçirilən  xidməti  və  mülki silahların,

onların  döyüş  sursatlarının gömrük  rəsmiləşdirilməsi  və gömrük  nəzarəti

qaydalarını müəyyən edir.



1.2.  Bu  Qaydalar  Azərbaycan  Respublikasının  müdafiə,  milli  təhlükəsizlik,

daxili  işlər,  dövlət  sərhəd  xidməti,  xüsusi  dövlət  mühafizə  xidməti

orqanlarına,  habelə  cəzaları  icra  edən  orqanlara  şamil  edilmir.

1.3.  Bu  Qaydalarda istifadə  olunan  anlayışlar  aşağıdakı  mənaları  kəsb

edir:


-  rezident  fiziki  şəxslər  (rezidentlər) -  Azərbaycan  Respublikasının

vətəndaşları;

-  qeyri-rezident  fiziki

şəxslər  (qeyri-rezidentlər)

-  xarici  dövlətlərin

vətəndaşları;

- xidməti silah - insanların həyat və sağlamlığının qorunması, təbiətin, təbii

ehtiyatların,  mülkiyyətin,  qiymətli  və  təhlükəli  yüklərin,  xüsusi  göndərişlərin

mühafizəsi  ilə  bağlı  vəzifələri  yerinə  yetirən  şəxslər  tərəfindən  istifadə

olunması üçün nəzərdə tutulmuş silahdır;

-  mülki  silah -  özünümüdafiə,  ov  və  idmanla  məşğul  olma  üçün  nəzərdə

tutulmuş silahdır;

- ov silahı - vəhşi heyvanların və quşların ovlanması üçün nəzərdə tutulmuş

yivli  və  ya  yivsiz  lüləli  odlu,  soyuq  ,  o  cümlədən  soyuq  atıcı  və  pnevmatik

silahdır;

-  soyuq  silah -  konstruksiyasına,  ölçülərinə  və  materialına  görə  birbaşa

istehsalat  və  ya  təsərrüfat-məişət  məqsədləri  üçün  nəzərdə  tutulmayan,


xüsusi  olaraq  insanın əzələ  qüvvəsindən  istifadə  etməklə  zərərvurma

obyekti  ilə  bilavasitə  təmas  zamanı  xəsarət  yetirmək  təyinatına  malik  olan

silahdır.

- pnevmatik silah - sıxılmış havanın və ya qazın təzyiqindən yaranan enerji

hesabına  gülləsi  istiqamətlənmiş  hərəkət  edərək  hədəfə  məsafədən  zədə

yetirmək təyinatına malik olan silahdır;

-  döyüş  sursatı -  müvafiq  silah  növündən  atəş  açmaq  üçün  nəzərdə

tutulmuş konstruktiv qurğu və ya əşyalardır.



2. Xidməti və mülki silahların, onların döyüş sursatlarının Azərbaycan

Respublikasının gömrük sərhədindən keçirilməsi üzrə tələblər

2.1.  Fiziki  şəxslər  tərəfindən  xidməti  və  mülki  silahların,  onların  döyüş

sursatlarının  Azərbaycan  Respublikası  gömrük  sərhədindən  keçirilməsi

Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi (bundan sonra Daxili İşlər

Nazirliyi)  tərəfindən  müəyyən  edilmiş  xüsusi  icazə

əsasında  həyata

keçirilir.



2.2.  Xidməti  və  mülki  silahların,  onların  döyüş  sursatlarının  Azərbaycan

Respublikası ərazisindən  tranzit  daşınması  Daxili  İşlər  Nazirliyinin  verdiyi

xüsusi  icazə  əsasında  qüvvədə  olan  qanunvericiliyin  tələblərinə  uyğun

olaraq həyata keçirilir.



2.3.  Fiziki  şəxslər  tərəfindən  mülki  silahların,  onların  döyüş  sursatlarının

Azərbaycan Respublikasına gətirilməsinə verilən xüsusi icazənin etibarlılıq

müddəti altı aydır.

2.4.  Daxili  İşlər  Nazirliyinin  xüsusi  icazəsində  aşağıdakı  məlumatlar

göstərilir:

-mülki  silahı,  onların  döyüş  sursatlarını əldə  edən  şəxsin soyadı,  adı  və

atasının adı;

- silahın növü;

- miqdarı;

-xüsusi icazənin verilmə tarixi və etibarlılıq müddəti.

2.5.  Xidməti  silah  Daxili  İşlər  Nazirliyinin  xüsusi  icazəsi  əsasında  yalnız


dövlət  orqanları  və  hüquqi  şəxslər  tərəfindən  əldə  edilir.  Bu  cür  xüsusi

icazəsi  olan  hüquqi  şəxslər  odlu  silahı,  onun  döyüş  sursatını  və  soyuq

silahı əldə  edə  bilərlər.  Xüsusi  icazədə  xidməti  silahın növü,  tipi,  miqdarı,

xüsusi 


icazənin 

verilmə 


tarixi 

və 


etibarlılıq 

müddəti 


göstərilir.

2.6. Azərbaycan Respublikasına gətirilən və Azərbaycan Respublikasından

aparılan  silahlara  və  sursatlara  gömrük  sərhədində  qanunvericiliklə

müəyyən edilmiş qaydada baxış keçirilir.

2.7. Azərbaycan Respublikasının gömrük sərhədindən keçirilərək gətirilmiş

xidməti  və  mülki  silahların,  onların  döyüş  sursatlarının

Daxili  İşlər

Nazirliyində  qeydiyyata  alınması  onların  respublikaya  gətirilməsini  təsdiq

edən  sənədlər  (gömrük  bəyannaməsi  və  s.)  əsasında  aparılır.

2.8.  Xidməti  və  mülki  silahlar,  onların  döyüş  sursatları  Azərbaycan

Respublikasının  gömrük ərazisinə  rezidentlər  tərəfindən  gətirilə  bilər.

Qeyri-rezidentlər tərəfindən mülki silah Azərbaycan Respublikasına yalnız

qanunvericiliklə  müəyyən  edilmiş  qaydada  silah  sərgisində  və  ya  idman

yarışlarında  istifadə  edilməsi  və  ov  edilməsi  məqsədilə  müvəqqəti  gətirilə

bilər.


2.9. Xüsusi  icazənin  etibarlılıq  müddəti  ərzində  xidməti  və  mülki  silahların,

onların döyüş sursatlarının gətirilməsinə verilən xüsusi icazədən ikinci dəfə

istifadəyə yol verilmir.

2.10. Daxili İşlər Nazirliyinin verdiyi xüsusi icazə etibarnamə ilə başqa fiziki

və ya hüquqi şəxsə verilə bilməz.



2.11.  Gömrük  orqanları  Azərbaycan  Respublikasının  gömrük  sərhədindən

keçirilən  (keçirilmə  məqsədindən  asılı  olmayaraq)  xidməti  və  mülki

silahların,  onların  döyüş  sursatlarının  gömrük  rəsmiləşdirilməsini  aparır  və

həmin silahlar və döyüş sursatları barəsində 1 №-li əlavədə qeyd olunmuş

formada  Daxili  İşlər  Nazirliyinə

ayda  bir  dəfə  (sonrakı  ayın  10-dək)

məlumat verirlər.

2.12.  Xidməti  və  mülki  silahların  və  onların  döyüş  sursatlarının  aşağıdakı

hallarda  sertifikatlaşdırmadan  Azərbaycan  Respublikasına  gətirilməsinə

icazə verilir:


- silahlar və onların döyüş sursatları sertifikata malik olduqda (xarici ölkədə

istehsal olunan silahın və döyüş sursatının sertifikatlaşdırılma nəticələrinin

tanınması  barədə  Azərbaycan  Respublikasının  tərəfdar  çıxdığı  beynəlxalq

müqavilələrin olması şərti ilə);

-silah,  silah  sərgisinin  hazırlanması  və  keçirilməsi  üçün  gətirildikdə;

-silah  Azərbaycan  Respublikası ərazisində  müəyyən  edilmiş  qaydada

idman  yarışlarında  iştirak  edilməsi  və  ya  ov  edilməsi  üçün  zəruri  olduqda.

2.13.  Qaydaların  2.12-ci  bəndində  sadalanan  hallar  istisna  olmaqla,

Azərbaycan  Respublikasına  gətirilən  bütün  xidməti  və  mülki  silahların

modellərinin,  döyüş  sursatlarının  növlərinin  sertifikatlaşdırılması  tələb

olunur.


2.14.  Xidməti  və  mülki  silahların,  onların  döyüş  sursatlarının  Azərbaycan

Respublikasına  gətirilməsi  və  ya  aparılması  Azərbaycan  Respublikasının

bağladığı  dövlətlərarası  müqavilələrə  əsasən  həyata  keçirilir.  Xidməti  və

mülki silah, onun döyüş sursatı sertifikatlaşdırıldıqdan və onun barəsindəki

məlumatlar  kadastra  daxil  edildikdən  sonra  Azərbaycan  Respublikasının

ərazisinə  gətirilir.  Gətirilmiş xidməti  və  mülki  silah,  onun  döyüş  sursatının

damğası və ya standarta uyğunluğu barədə nişanı olmalıdır.

3. Fiziki şəxslər tərəfindən Azərbaycan Respublikasının gömrük

ərazisinə gətirilən xidməti və mülki silahların, onların döyüş

sursatlarının gömrük rəsmiləşdirilməsi və gömrük nəzarəti

3.1. Azərbaycan Respublikasının gömrük orqanlarının vəzifəli şəxsləri fiziki

şəxslər  tərəfindən  Azərbaycan  Respublikasının  gömrük  sərhədindən

keçirilən xidməti  və  mülki  silahlara,  onların  döyüş  sursatlarına gömrük

nəzarətini aşağıdakı formada həyata keçirirlər:

-gömrük  bəyannaməsi,  xidməti  və  mülki  silahların əldə  edilməsini  təsdiq

edən sənədlər (hesab-faktura, invoys və s.);

-  Daxili  İşlər  Nazirliyinin  xidməti  və  mülki  silahların,  onların  döyüş

sursatlarının  respublikaya  gətirilməsinə  verilən  xüsusi

icazənin  əsli;

-  xidməti  və  mülki  silahların,  onların  döyüş  sursatlarının  gömrük

yoxlanması;

-  xidməti  və  mülki  silahların,

onların  döyüş  sursatlarının  uçotu.

3.2.  Daimi  yaşayış  məqsədilə  Azərbaycan  Respublikasına  köçüb  gələn


fiziki  şəxslərin  gətirdiyi  mülki  silahlar  və  onların  döyüş  sursatlarının Daxili

İşlər  Nazirliyinin  xüsusi  icazəsi  təqdim  edilməklə  rəsmiləşdirilməsi  həyata

keçirilir.

3.3. Fiziki şəxslər tərəfindən Azərbaycan Respublikasının gömrük ərazisinə

gətirilən  xidməti  və  mülki  silahlar,  onların  döyüş  sursatları  Daxili  İşlər

Nazirliyinin  müvafiq  xüsusi  icazəsi  olmadıqda gömrük  nəzarəti  altında  2

№-li  gömrük  arayışı əsasında  (qaçaqmalçılıq  və gömrük  qaydalarının

pozulması

əlamətləri  olmadıqda)  müvəqqəti

saxlanca  verilməlidir.

Gömrük  bəyannaməsi  və  2 №-li  gömrük  arayışında  xidməti  və  mülki

silahların,  onların  döyüş  sursatlarının  markası,  nömrəsi,  kalibri  və  miqdarı

göstərilməlidir.

Daxili  İşlər  Nazirliyinin  müvafiq  xüsusi  icazəsi  təqdim  olunduqdan  sonra

xidməti  və  mülki  silahların, onların  döyüş  sursatlarının   qanunvericilikdə

nəzərdə tutulmuş qaydada tam gömrük rəsmiləşdirilməsi aparılır və həmin

xidməti  və  mülki  silahlar,  onların  döyüş  sursatları  Azərbaycan

Respublikasının gömrük ərazisinə buraxılır.

3.4. Azərbaycan  Respublikasının ərazisinə fiziki şəxslər  tərəfindən  xidməti

və mülki silahlar, onların döyüş sursatları gətirilərkən Daxili İşlər Nazirliyinin

verdiyi xüsusi icazədə və qeydiyyat jurnalında (əlavə №-1) müvafiq qeydlər

aparılmalı  və  məsul  gömrük  əməkdaşı  tərəfindən  şəxsi  nömrəli  möhürlə

təsdiqlənməlidir.

3.5.  Qeyri-rezidentlər  tərəfindən  Azərbaycan  Respublikası ərazisinə mülki

silah  və  onların  döyüş  sursatlarının  qanunvericilikdə  müəyyən  edilmiş

qaydada  və  miqdarda  müvəqqəti  gətirilməsi  gömrük  bəyannaməsi  və

Daxili İşlər Nazirliyinin müvafiq xüsusi icazəsi ilə  gömrük rəsmiləşdirilməsi

həyata keçirilir.

3.6.  Daxili  İşlər  Nazirliyi  tərəfindən  verilən  xüsusi  icazədə  göstərilən

miqdarda  (və  ya  ondan  az)  xidməti  və  mülki  silahlar  və onların  döyüş

sursatları  gətirildikdə,  xüsusi  icazənin  arxa  tərəfində  gətirilən  xidməti  və

mülki silahların markası, kalibri, nömrəsi, miqdarı, buraxılma tarixi, xidməti

və  mülki  silahın döyüş  sursatları  gətirildikdə  isə  gətirilən  sursatın  adı,

miqdarı,  kalibri  və  buraxılma  tarixi, nəqliyyat  vasitəsinin  növü  və  nömrəsi

(reysin  nömrəsi),  gömrük  rəsmiləşdirilməsini  həyata  keçirmiş  gömrük

orqanının  vəzifəli  şəxsinin  soyadı,  adı,  atasının  adı haqqında  qeydlər

aparılır və şəxsi nömrəli möhürlə təsdiqlənir.


Gömrük  orqanının  vəzifəli  şəxsi  tərəfindən  gömrük  bəyannaməsində

müvafiq  qeydlər  (silahın  markası,  miqdarı,  kalibri,  nömrəsi,  onun  döyüş

sursatının  adı,  miqdarı,  kalibri,  xüsusi icazənin  nömrəsi  və  verildiyi  tarix)

aparıldıqdan və şəxsi möhürlə təsdiq olunduqdan sonra bəyannamə Daxili

İşlər Nazirliyinə təqdim olunması üçün fiziki şəxsə verilir.

4. Azərbaycan Respublikasının gömrük ərazisindən fiziki şəxslər

tərəfindən aparılan xidməti və mülki silahların, onların döyüş

sursatlarının gömrük rəsmiləşdirilməsi və gömrük nəzarəti

4.1. Azərbaycan Respublikasının gömrük orqanlarının vəzifəli şəxsləri fiziki

şəxslər  tərəfindən  Azərbaycan  Respublikasının  gömrük

ərazisindən

aparılan  xidməti  və  mülki  silahlara,  onların  döyüş  sursatlarına  gömrük

nəzarətini  bu  Qaydaların  3.1.-ci  bəndində  nəzərdə  tutulmuş  formada

həyata keçirirlər.



4.2. Daimi yaşayış məqsədilə Azərbaycan Respublikasından köçüb gedən

fiziki  şəxslər  tərəfindən  mülki  silahların  və  onların  döyüş  sursatlarının

Azərbaycan  Respublikası ərazisindən  çıxarılması  Daxili  İşlər  Nazirliyinin

xüsusi icazəsilə həyata keçirilir.



4.3.  Fiziki  şəxslər  tərəfindən  xidməti  və  mülki  silahların,  onların  döyüş

sursatlarının  Azərbaycan  Respublikası ərazisindən  çıxarılması  Daxili  İşlər

Nazirliyi tərəfindən verilən xüsusi icazədə və gömrük orqanlarının qeydiyyat

jurnalında  (əlavə №-1)  müvafiq  qeydlər  aparılmaqla  həyata  keçirilir.

Xüsusi  icazədə  gömrük  orqanları  tərəfindən  müvafiq  qeydlər  aparıldıqdan

sonra, xüsusi icazənin notariat qaydasında təsdiq edilmiş surəti götürülür.



4.4. Fiziki şəxslər tərəfindən mülki silahların və onların döyüş sursatlarının

Azərbaycan  Respublikası ərazisindən  müvəqqəti  aparılmasına  (icazə

müddəti  ərzində  geri  qaytarmaq  şərti  ilə)  Daxili  İşlər  Nazirliyinin  xüsusi

icazəsi təqdim edilməklə icazə verilir.



4.5.  Qeyri-rezidentlər  vətəndaşı  olduğu  dövlətlərin  nümayəndəliyinin

vəsatətinə  əsasən  Daxili İşlər  Nazirliyi  tərəfindən  verilmiş  xüsusi  icazə

əsasında  alındığı  vaxtdan  beş  gündən  gec  olmayaraq  Azərbaycan

Respublikasının  gömrük ərazisindən  kənara  çıxartmaq  şərti  ilə  mülki

silahları,  onların  döyüş  sursatlarını əldə  edə  bilərlər.  Alınan  silahların  və

onların  döyüş  sursatlarının  Azərbaycan  Respublikasının

ərazisindən

aparılma  müddəti  pozularsa,

həmin  silah  və  onun  döyüş  sursatları

müsadirə olunur.



4.6.  Mülki  silahın  nadir  nüsxələrinin  "Xidməti  və  mülki  silah  haqqında"

Azərbaycan  Respublikasının  Qanununun  tələbləri  nəzərə  alınmaqla,

Azərbaycan  Respublikasından  aparılması  Azərbaycan  Respublikasının

Mədəniyyət  Nazirliyinin  razılığı  ilə  Daxili İşlər  Nazirliyinin  xüsusi  icazəsi

əsasında həyata keçirilir.

4.7.  Azərbaycan  Respublikasının  muzey  fonduna  daxil  olan  silahlar  və

onların  döyüş  sursatları  Azərbaycan  Respublikasından  müvafiq  sərgilərin

təşkili  və  keçirilməsi  məqsədilə  Daxili

İşlər  Nazirliyinin  razılığı  ilə

Azərbaycan  Respublikası  Mədəniyyət  Nazirliyinin  xüsusi  icazəsi  əsasında

müvəqqəti olaraq aparıla bilər.



5. Azərbaycan Respublikasının gömrük sərhədindən keçirilməsi

qadağan olunan silahlar və onların döyüş sursatları

Azərbaycan  Respublikasının  gömrük  sərhədindən  keçirilməsi  qadağan

olunan 

silahlar 



və 

onların 


döyüş 

sursatları 

aşağıdakılardır:

-  ümumi  uzunluğu  800  millimetrdən  az  olan,  habelə  konstruksiyası  onu

qatlamaq, sökmək və ya yığmaq imkanı verən və bu zaman atəş imkanını

aradan qaldırmayan odlu ov silahı;

başqa


əşyalara 

bənzədilmə 

formasında 

olan 


odlu 

silah;


-  zədələyici  təsiri  elektrik  enerjisinə,  radioaktiv  şüalanmadan  və  bioloji

amillərdən 

istifadəyə 

əsaslanan 

silah 

və 


başqa 

əşyalar;


-Azərbaycan  Respublikasının  Səhiyyə  Nazirliyi  tərəfindən  istifadəsinə

razılıq  verilməyən  gözyaşardıcı,  qıcıqlandırıcı,  zəhərləyici  sinir-iflic  və

başqa  güclü  təsir  göstərən  digər  maddələrin  təsiri  hesabına  orta  dərəcəli

zədələnməyə səbəb olan qaz silahı;

-  özünümüdafiə  məqsədi  ilə  xüsusi  təyinatlı  güllələrlə  doldurulmuş  (polad

özəkli,  zireh  deşən,  işıqlandırıcı,  dağıdıcı,  ekspansiv  tipli),  eləcə  də  bütün

növ  boğucu  qazlarla  və  gecə  optik cihazı  ilə təchiz  edilmiş  qaz  tapançası;

- tapançalar və revolverlər üçün zirehdeşən, alışdırıcı və ya dağıdıcı təsirə

malik  döyüş  sursatlarının,  eləcə  də  qırma  güllələri  ilə  döyüş  sursatları;

-  xəncərlər, beybutlar, ov bıçaqları, əliçliklər, toppuzlar, nunçaklar, gürzlər,

beşbarmaqlar və başqa zərbə-dağıdıcı təsirli əşyalar (idman alətləri istisna

edilməklə);

-kalibri 4,5 mm-dən çox olan, gülləsinin uçuş surəti saniyədə 150 metrdən

çox olan pnevmatik silah;



hərbi 


təyinatlı

əşyalar, 

partlayıcı 

maddələr, 

hərbi 

texnika;


-  odlu  silahın  və  onun  sursatlarının  poçt  vasitəsi  ilə  göndərilməsi;

- beynəlxalq poçt vasitəsi ilə bütün növ silah və sursatların göndərilməsi və

alınması.

6. Qaydaların tələblərinin pozulmasına görə məsuliyyət

6.1.  Fiziki  şəxslər  bu  Qaydaların  müddəalarının  pozulmasına  görə

Azərbaycan 

Respublikasının 

qanunvericiliyinə 

əsasən 

məsuliyyət



daşıyırlar.

6.2.  Xidməti  və  mülki  silahların  və  onların  döyüş  sursatlarının  Azərbaycan

Respublikası ərazisinə gətirilməsi və Azərbaycan Respublikası ərazisindən

aparılmasına  verilmiş  xüsusi  icazəyə  görə  Daxili İşlər  Nazirliyi,  gömrük

rəsmiləşdirilməsinə  görə  isə  gömrük  orqanları  məsuliyyət  daşıyırlar.

Fiziki  şəxslər  tərəfindən  Azərbaycan  Respublikasının  gömrük  sərhədindən

keçirilən  xidməti  və  mülki  silahların, onların  döyüş  sursatlarının  gömrük

rəsmiləşdirilməsi və gömrük nəzarəti Qaydaları"na 1 №-li Əlavə

Sıra


№-

si

Ta-



rix

S.A.A. Ünvanı Xidməti və

mülki silah-

ların və


onların

döyüş


sursatlarının

marksı, adı

Növü Ka-

libri


№-

si

Miq-



darı

Xüsusi


icazənin

№-si və


verilmə

tarixi


Xüsusi

icazənin


etibarlılıq

müddəti


Bəyan-

namənin


№-si və

tarixi


Keçi-

rilmə


məq-

sədləri


Qeydlər

1

2



3

4

5



6

7

8



9

10

11



12

13

14



Yüklə 63,64 Kb.

Dostları ilə paylaş:




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin