Geely və Volvo markaları texnologiya müqaviləsi imzaladılar.
Geely və Volvo markaları arasında Mart ayında texnologiya transferi müqaviləsi imzalandı.
Geely Avtomobilləri Bölmə Rəhbəri An Conghui və Volvo şirkətinin Rəhbəri Stefan Jacoby
tərəfindən Şanxay şəhərində imzalanan müqavilə ilə Geely markası məhsul çeşidlərini və rəqabət
gücünü artırmağı planlayır.
Xatırladaq ki, Geely Holdinq 2010-cu ildə Ford Motor şirkətindən Volvo markasını satın
almışdı. İmzalanan bu texnologiya transferi müqaviləsi ilə Geely, Volvo markasının sahib
olduğu üstün texnologiyaları Geely markalı avtomobillərdə istifadə edərək onların keyfiyyətini
artıracaq və markaya əlavə dəyər qatacaqdır.
An Conghui və Stefan Jacoby, öz açıqlamalarında rəqabətin getdikcə artdığı qlobal avtomobil
bazarında müştərilərin ehtiyaclarını ən düzgün şəkildə qarşılamaq üçün ortaq fəaliyyətlərini daha
da artıracaqlarını qeyd etdilər. Hər iki marka hal-hazırda daha alçaq emissiyaya sahib və eyni
zamanda daha çox performansa sahib təbiətlə dost mühərriklərin yaradılması üzrə ciddi
çalışmalara davam edirlər.
Geely modelləri Azərbaycan avtomobil bazarında 2011-ci ilin ortalarından Auto Azərbaycan
şirkəti tərəfindən satılmaqdadır. Geely modelləri 8900 manatdan başlayan qiymətlərlə və sərf əli
kredit şərtləri ilə təklif olunur.
Auto Azərbaycan
Z.Bünyadov 118.
Tel:4902626
www.geely.az