Gəncə Dövlət Universitetinin
Filologiya fakültəsinin
Filologiya ixtisasının (Azərbaycan dili və ədəbiyyatı)
IV kurs tələbəsi Primova Aytac Sədi qızının
2021 – 2022 – ci tədris ilində
Tədris istehsalat təcrübəsinin II həftəsinə dair
R E F E R E A T I
Rəhbər müəllim: dos. Məlikova Gülarə Aqaid qızı
Bakı Azərb. Respublikasının paytaxtı. Xəzər dənizinin
sahilindədir. Abşeron yarımadasının c. hissəsində yerləşən bu şəhər çox qədim
tarixə malikdir. Qədim mənbələrdə Baku, Bakuh, Bakuyyə, Badkube
variantlarında rast gəlinir.
a) Bəzi araşdırıcılar toponimin bagavan/ baguan/bagan "allahların yeri,
müqəddəs yer" (Bakı ətrafında təbii odun-qazın olması və atəşpərəstik inancları
ilə əlaqədar) sözlərdən törədiyini qeyd edirlər.
b) XVIII əsrdə fars. bad (külək) və kubə (döymək) birləşməsindən olan
Badkubə (külək döyən) variantı xalq etimologiyası əsasında yaranmışdır və elmi
cəhətdən əsassızdır.
c) Bag tayfa adından törəmiş bagan variantı ilə bağlamaq meyilləri
də mövcuddur.
ç) Qədim qürk mənşəli bakı/baku sözünün "təpə", "yüksəklik",
"yamac" sözündən yaranması fikri daha həqiqətə uyğundur. Bu coğrafi ada
müxtəlif variantlarda geniş arealda təsadüf olunur. Laxubaku, Musilbaku,
Urqbaku (Dağıstan), Qunıbakı (Bakı yaxınlığında), Bakuriani (Gürcüstan),
Maku/Maki (Cənubi Azərb.) və s.
Daşkəsən 1. Azərb.-da inzibati r-n. 1930-cu ildə təşkil
edilmişdir. 1956-cı ilədək Dəstəfur r-nu adlanmışdır. 1963-cü ildə ləğv edilərək ərazisi Xanlar r-nuna verilmiş, 1965-ci ildən isə yenidən müstəqil r-n olmuşdur.
C.-q.-də Ermənistanla həmsərhəddir. Səthi şm.-dan c.-a doğru yüksək dağlıq
sahədən ibarət olub, dərin dərələrlə çox parçalanmışdır. Ən hündür nöqtəsi Hinaldağdır (3373 m). Faydalı qazıntılarla çox zəngindir. Bütün Qafqazda ən böyük dəmir filizi yataqları bu r-nda yerləşir. Daşkəsən şəhəri yaxınlığında kobalt, Zəylik kəndi yaxınlığında alunit və barıt çıxarılır. R-nun ərazisindən Kür çayının sağ qolları olan Gəncə, şəmkir, Qoşqar çaylarının yuxarı axarları keçir. Adım ərazidəki eyniadlı yaşayış məntəqəsindən almışdır; 2. Azərb.-da şəhər,eyniadlı r-nun mərkəzi. Qoşqar çayının sol sahilində, dəniz səviyyəsindən 1600 m. hündürlükdə yerləşir. 1930-cu ildə burada dəmir filizi çıxarılması ilə əlaqədar
salınmışdır. Daşkəsən kəndi əsasında yaranmışdır. Oykonim "daş (dəmir filizi)
çıxarılan yer" mənasındadır; 3. Daşkəsən r-nunun eyniadlı qəsəbə i.ə.v.-də ştq.
Qoşqar çayının (Kürün qolu) sahilində, Murovdağ silsiləsinin ətəyindədir. 1937-
ci ildə Qoşqar çayının sahilində kobalt istehsalı ilə əlaqədar salınmış və Kobalt
qəsəbəsi adlandırılmışdır. 1942-ci ildən rəsmən Daşkəsən adlanır; 4. Cəbrayıl r-
nunun Süleymanlı i.ə.v.-də kənd. Qarabağ silsiləsinin ətəyindədir. Yaşayış
məntəqəsi Daşkəsən təpəsi adlı yerin ş.-ində salındığına görə belə adlandırılmışdır.
Xocalı 1. Azərb.-da inzibali r-n; 2. Azərb.-da Şəhər.
Qarabağ silsiləsinin ətəyindədir; 2. Salyan r-nunun Kürqaraqaşlı i.ə.v.-də kənd.
Kür çayının sahilində, Salyan düzündədir. Yaşayış məntəqələrini xocalı nəslinə
mənsub ailələr saldığı üçün belə adlandırılmışdır.
Dostları ilə paylaş: |