1
Müasir gənclərin tərbiyəsinin psixoloji problemləri
Nuralı Zərbalı oğlu Çələbiyev
psixologiya üzrə fəlsəfə doktoru, dosent, “Qızıl qələm” mükafatı laureatı
Azərbaycan Müəllimlər İnstitutunun Şəki filialı
n.celebiev@mail.ru
Erkən gəmclik fərdin ontogenezdə inkişafının ən əhəmiyyətli
mərhələlərindən biridir. 15-18 yaşları əhatə edən bu yaş mərhələsi yaşlılıq və
yetkinlik dövrünə real keçidin yekunu, yeniyetməlik dövründə özünü göstərən yeni
psixi keyfiyyətlərin dolğunlaşması və tamamlanması ilə səciyyələnir. Böyük
məktəb yaşı romantika, böyük coşğunluq, gənclik arzuları, öz qüvvəsini nə isə
böyük işlərə həsr etmək, yaradıcı təışəbbüslərin genişlənməsi dövrüdür. Bu yaş
dövrü şəxsiyyətin bir sıra xüsusiyyətlərin cilanlanması kimi qiymətləndirilir. Bu
dövrdə gəncin fərdiyyəti, onun mənəvi və sosial siması formalaşır, ictimai
fəaliyyətə maraq və şəxsi məsuliyyət hissi artır, həyatda öz yerini tapmaq meyli
yaranır.
Erkən gənclik dövründə yaşlılıq hissi güclənir, mənlik şüuru və əxlaqi
şüurun inkişafında yeni əlamətlər meydana çıxır. Böyük məktəblilərdə “susma
çövqeyi” aradan qalxır, haqsızlığa qarşı barışmaz münasibət özünü göstərir. Onlar
ailə şərəfinə, milli heysiyyata hörmət bəsləyir, bu dəyərləri qorumağı özlərinə
borc hesab edirlər.
İlk gənclik illərində məktəblilərin emosional sferasında əhəmiyyətli
dəyişikliklər baş verir. Onlarda həyatın insan fəaliyyətinin müxtəlif sahələrinə aid
şəxsi əhəmiyyətli münasibətlərin dairəsi xeyli genişlənir. Əldə edilmiş təcrübə, öz