Dərman vasitəsinin istifadəsi üzrə təlimat
(xəstələr üçün)
"QIZIL ULDUZ" BALZAMI duru balzam
"GOLDEN STAR" BALM
Tərkibi
Təsiredici maddələr: 100 ml balzamın tərkibində 28 q kristal mentol, 8,88 q kamfora, 22,9 q nanə yağı, 0,1 q
evkalipt yağı, 0,46 q mixək yağı, 0,38 q darçın yağı vardır.
Köməkçi maddələr: duru parafin.
Təsviri
Qəhvəyi-qırmızı rəngli, efir yağlarının spesifik iyinə malik şəffaf maye.
АТС kodu: R05X
Farmakoloji xüsusiyyətləri
Preparat yerli qıcıqlandırıcı, yayındırıcı, antiseptik təsirə malikdir.
İstifadəsinə göstərişlər
Qrip, başağrısı, soyuqdəymə xəstəlikləri, zökəm, həşəratların sancmaları zamanı kompleks müalicədə
simptomatik vasitə kimi istifadə olunur.
Əks göstərişlər
- Preparatın komponentlərinə qarşı fərdi dözümsüzlük.
- Dəri xəstəlikləri və preparat çəkilən yerlərdə dərinin tamlığının pozulması.
- 2 yaşa qədər uşaqlar, dərinin irinli xəstəlikləri.
Xüsusi göstərişlər
Göz və burunun selikli qişalarına düşməsindən çəkinmək lazımdır.
İstifadə qaydası və dozası
Preparat nazik layla dərinin ağrıyan hissələrinə çəkilir və sürtülür (baş ağrısı zamanı - gicgaha və boyun
nahiyəsinə; soyuqdəymə xəstəlikləri zamanı kürək və sinə nahiyəsinə; zökəm olduqda - burun qanadları
uzərinə). Həşəratların sancması zamanı balzam sancma olan yerə sürtülür.
Əlavə təsirləri
Allergik reaksiyaların əmələ gəlməsi mümkündür, о halda preparatdan istifadə dayandırılmalıdır. Balzamın
qalıqları dəri üzərindən sabun və ilıq su ilə yuyulmalıdır.
Buraxılış forması
Xaricə istifadə üçün 5 ml balzam, yivli plastik qapaqlı şüşə flakonlarda. Bir flakon içlik vərəqə ilə birlikdə
karton qutuya qablaşdırılır.
Saxlanma şəraiti
15-25°C temperaturda, quru və qaranlıq yerdə saxlamaq lazımdır.
Uşaqların əli çatmayan yerdə saxlamaq lazımdır.
Yararlılıq müddəti
5 il.
Yararlılıq müddəti bitdikdən sonra istifadə etmək olmaz.
Aptekdən buraxılma şərti
Reseptsiz buraxılır.
İstehsalçı
“Danafa Farmasyutikal" SC, Vyetnam.