HALAL KONSALTINQ QRUP
HALAL QİDA STANDARTI
QSAM - S1:2014
BAKI 2014
2014 © HAKQ 2
MÜNDƏRİCAT
1.
Tətbiq sahəsi............................................................................................................................. 3
2.
Normativ istinadlar ................................................................................................................ 3
3.
Təriflər və terminlər ................................................................................................................ 3
4.
Məhsul və xidmətlərə qoyulan tələblər................................................................................... 6
5.
Halal qida emalı ....................................................................................................................... 6
6.
Emal, paylanma və təchizat .................................................................................................... 9
7.
Rəhbərliyin vəzifəsi ................................................................................................................. 10
8.
Məntəqə (bina) ......................................................................................................................... 10
9.
Qurğular, ləvazimatlar, maşınlar və emal vasitələri ............................................................ 11
10.
Gigiyena, sanitariya və qida təhlükəsizliyi ............................................................................ 11
11.
Halal qidanın saxlanması, daşınması, təqdim edilməsi, satışı və paylanması .................... 12
12.
Qablaşdırma, nişanlama və reklam ........................................................................................ 12
2014 © HAKQ 3
1.
TƏTBİQ SAHƏSİ
1.1.
Bu standart halal qida məhsullarının hazırlanması məqsədi ilə qida zəncirində xammal və qidaların
alınması, istehsalı, hazırlanması, emalı, satışı, qablaşdırılması, saxlanılması, daşınması və
markalanmaya dair tələbləri özündə əks etdirir.
1.2.
Bu standart halal qida kimi bəyan edilmiş hər növ qida məhsuluna və xidmətlərə şamil edilir.
1.3.
Bu standart qida zəncirində iştirak edən bütün müəssisələrə tətbiq edilə bilər.
1.4.
Bu standart sertifikatlaşdırma üzrə tələbləri özündə əks etdirmir.
2.
NORMATİV İSTİNADLAR
Bu standartda aşağıdakı standartlara və texniki şərtlərə istinad edilmişdir:
1.
Qurani Kərim
2.
İslam şəriəti
3.
Malaziya Standartı (MS 1500:2009)
4.
Halal Qida ümumi tələblər (OİC/SMIIC 1:2011)
5.
Qida Məhsulları Gigiyenasının Ümumi Prinsipləri CAC/RCP 1-1969, REV. 4 (2003)
6.
İSO 22000-2005
7.
Halal Food Production, Mian Riaz, Muhammad Chaudry 2004
8.
Опасные пищевые Е- добавки, Ю. А. Серов
3.
Təriflər və Terminlər
Bu Standartda aşağıdakı termin və təriflərdən istifadə edilmişdir:
3.1.
İslam qaydaları
3.1.1
Bu standartda İslam qaydaları dedikdə, İslam qanunları və Şəriət qanunları ekvivalent (bərabər,
eyni yüklü) terminlər kimi istifadə edilmişdir.
3.1.2
İslam qaydaları dedikdə Allahın Qurani-Kərimdə müsəlmanlar üçün əmr etdiyi ( Bu qaydalar
bəzən məzhəblərə görə fərqlənə bilər) və Məhəmməd peyğəmbərin (s.ə.a.s) tətbiq və tövsiyə
etdiyi (sünnə) bütün qaydalar başa düşülür.
2014 © HAKQ 4
3.2
Qiblə
Müsəlmanların ibadət zamanı üz tutduqları istiqamət (Məkkə şəhəri – Kəbə evi)
3.3 Müsəlman qəssab
Müsəlman olan (yəni Kəlimeyi-Şəhadəti bilən və etiraf edən), əqli və fiziki qüsurları olmayan şəxs,
baliğ(həddi buluğ), heyvanların kəsilməsi ilə bağlı İslamda zəruri olan fundamental qaydaları və şərtləri
tamamilə anlaya bilən. (Bəzi məzhəblərə görə qəssabın namaz qılması vacibdir. Əks halda həmin
qəssab tərəfindən kəsilən heyvan halal hesab edilmir.)
3.4 Məzhəb
İslamda “getmək”, “yol”, “məktəb” mənasını verir.. Qida standartları ilə əlaqədar tələblərdə bu
məzhəblər arasında fərqlər (məsələn, müsəlman qəssabın namaz qılıb qılmaması və s. məsələlər)
mövcuddur. Tövsiyyə olunandır ki, bütün məzhəblərin qaydalrına riayət olunsun.
3.5 Nəcis
Nəcis – Pislik, təmiz olmayan maddə, şey və sairə. Məsələn:
a) tərkibində donuz və it, o cümlədən onlardan xaric olan hər hansı maye, onlardan törəyən istənilən bir
şey;
b)Qusmaq, irin, qan, xamr(alkaqollu və məstedici), leş, v sairə.
3.6 Halal
Şəriətlə icazə verilən və icrası heç bir şəri cəzaya səbəb olmayan iş və hərəkətlər nəzərdə tutulur.
3.7 Haram
Şəriətlə icazə verilməyən hər bir şey.
3.8 Təsmiyyə
Ad çəkilməsi-yəni “Bismillah və ya Allahu Əkbər” və s.
3.8 Zəbih
İslam qaydalarına görə kəskin bir alətlə kəsim.
3.9 Mübah
Edildiyinə və edilmədiyinə görə hər hansı bir məsuliyyət (günahı olmayan) tələb etməyən bir iş.
3.10 Məkruh
Edilməməsi edilməsindən daha yaxşı olan iş. Tövsiyyə edilməyən iş.
3.11 Müstəhəb
Edilməsi daha yaxşı olan iş.
2014 © HAKQ 5
3.12 Halal qida/İçki
Halal qida/içki dedikdə Şəriət qanunlarına müvafiq icazə verilən tərkibə malik və istehlak üçün
təhlükəsiz, zəhərsiz və insan sağlamlığı üçün ziyansız olan hər bir şey.
3.13 Zəruri proqramlar (PRP)
İlkin Şərtlər Proqramları (ingilis dilində - PRPs) – insan istifadəsi üçün təhlükəsiz qida və son
məhsul istehsalı, emalı və çatdırılmasında bütün qida zəncirində gigiyenik mühitin yaradılması üçün
məqbul sayılan əsas şərt və ya fəaliyyətdir. İlkin şərtlər programına müəssisənin ətraf sahəsinin
saxlanması, binalar və sahələr, istehsalat avadanlıqlarının təmiri və təmizlənməsi, yuma və
dezinfeksiya, suyun təhlükəsizliyi, çarpaz çirklənmə, zərərvericilərlə mübarizə sistemi, şəxsi gigiyena
və s. Sanitariya və gigiyenaya aid tələblər.
3.14 Yaxşı İstehsalat Praktikası (GMP)
Yaxşı İstehsal Praktikası – bütün qida müəssisələrinə tətbiq olunan ümumiləşdirilmiş əsas tələblər
kompleksidir. Qabaqcıl İstehsal Təcrübəsi müvafiq sanitar-gigiyena vəziyyətinin əldə edilməsi üçün
ümumi məqsədlər qoyur və açıq normalardan ibarətdir, yəni bütün tələblər yalnız son məqsədlə
bağlıdır, lakin həmin məqsədin əldə edilməsi üçün vasitələr diktə edilmir (məsələn, “məhsulların
toxunduğu səthlər asan təmizlənən və dezinfeksiya olunan olmalıdır”, lakin bu zaman səthin hansı
materialdan hazırlanması tələbi qoyulmur).
İlkin Şərtlər proqramları təşkilatın fəaliyyət göstərdiyi qida zənciri hissəsindən və təşkilatın növündən
asılıdır. Bu səbəbdən ekvivalent terminlər kimi bunlar istifadə oluna bilər: Yaxşı Kənd Təsərrüfatı
Təcrübəsi (GAP), Yaxşı Baytarlıq Təcrübəsi (GVP), Yaxşı İstehsal Təcrübəsi (GMP), Yaxşı Gigiyena
Təcrübəsi (GHP), Yaxşı İlkin İstehsal Təcrübəsi (GPP), Yaxşı Distribyutorluq Təcrübəsi (GDP) və
Yaxşıl Ticarət Təcrübəsi (GTP).
3.15 Yaxşı gigiyena praktikası (GHP)
Yaxşı Gigiyena Praktikası GHP (və ya onun analoqu olan yaxşı istehsal təcrübəsi GMP) geniş
istiqamətə malik olub, müəssisənin və şəxsi heyyətin, infrastrukturun, istehsal obyektlərinin
yerləşdirilməsini, müvafiq sanitar-gigiyenik vəziyyətin təmin olunmasını, şəxsi gigiyenaya riayət
olunmasını, müvafiq nəqliyyatın həyata keçirilməsini, şəxsi heyyətin təlimatlandırılmasını və digər
işlərin bir cox aspektlərini əhatə edir.
2014 © HAKQ 6
3.16 Qida təhlükəsizliyi
Qida məhsulunun təhlükəsi qidada bioloji, kimyəvi və ya fiziki amillərin mövcudluğu və sağlamlığına
potensial mənfi təsir yarada bilən qidanın vəziyyəti. Qida məhsullarının təhlükəsizliyi istehlakçıların
sağlamlığı və həyatları üçün məhsulların təhlükəsizliyi və ziyan vurmayacağına təminat. Ərzaq
təhlükəsizliyi istehsal və məhsulların çatdırılmasının bütün mərhələlərində təmin olunmalıdır.
3.17 Qida əlavələri
Qida əlavələri – texnoloji mülahizələrə əsasən bilərəkdən və məqsədyönlu şəkildə qida xammalına və
hazır qida məhsullarına, təbii xassələri saxlamaq və ya dəyişmək və yaxud qida məhsullarına lazımi
xüsusiyyətləri vermək məqsədilə daxil edilən təbii və ya sintezləşdirilmiş birləşmələrdir.
Texnoloji proseslərin gedişində ayrı-ayrı əməliyyatların həyata kecirilməsi, məsələn, xammaldan tərkib
hissələrinin çıxarılması, ağartma, təmizləmə və s. üçün istifadə edilən qida əlavələri və köməkçi
materiallar arasında prinsipial fərq mövcuddur. Qida məhsullarına qida əlavələrinin texnoloji
məqsədlərlə daxil edilməsi yeyinti məhsulunun xarici görünüşünün və orqanoleptik xüsusiyyətlərinin
yaxşılaşdırılması, saxlanma prosesində məhsulun keyfiyyətinin qorunmasına və qida məhsullarının
hazırlanma prosesinin surətləndirilməsinə yönəlmişdir.
3.18 Geni modifikasiya olunmuş orqanizm (GMO)
Geni modifikasiya olunmuş məhsulları və/və ya məhsulları özündə birləşdirən içki və qidalar. Geni
modifikasiya olunmuş orqanizmlər başqa bir canlı növünə aid genin bitkiyə, heyvana və mikrobioloji
qaynağa gen quruluşu dəyişdirmə texnikaları ilə ötürülməsi və xammalın DNT-
sində(Dezoksiribonuklein turşusu) edilən dəyişikliklərlə əldə edilir.
3.19 Su heyvanları
Suda yaşayaraq suyun xaricində həyatanı davam etdirə bilməyən heyvanlar.
3.20 Amfibiyalar
Həm suda həm də quruda yaşaya bilən heyvanlar
4.
MƏHSUL VƏ XİDMƏTLƏRƏ QOYULAN TƏLƏBLƏR
4.1
Halal qida emalı
4.1.1
Halal qida və içkinin mənbələri
4.1.1.1
Heyvanlar
Heyvanlar iki kateqoriyaya bölünür:
2014 © HAKQ 7
4.1.1.1.1
Quru heyvanları
Aşağıda göstərilən heyvanlardan başqa bütün quruda gəzən heyvanların ətləri halal hesab edilir:
a)
Şəriət qanunlarına uyğun kəsilməyən heyvanlar;
b)
Məsələn, donuz, it və onlardan törənənlər;
c)
Pələng, ayı, fil, pişik, meymun və s. kimi öz şikarını boğmaq üçün uzun dişlərə malik olan
heyvanlar;
d)
Qartal, qırğı, şahin, kərkəz, quzğun, qarğa, çalağan,bayquş, və s. kimi yırtıcı quşlar;
e)
Siçovul, kərtənkələ, iblis, tarakan, qırxayaq, əqrəb, ilan, arı və digər buna bənzər həşəratlar
və/və ya zəhərli heyvanlar;
f)
Arı (nəhl), şanapipik (hud-hud) və s. kimi İslamda öldürülməsi qadağan edilmiş heyvanlar;
g)
Bit, milçək və s. kimi iyrənc hesab edilən həşəratlar;
h)
Eşşək və qatır kimi Şəriətlə ətinin yeyilməsi qadağan edilmiş digər heyvanlar
i)
Qadağan olmuş heyvanların südü və yumurtası qadağandır,
j)
Halal olmayan heyvanlardan əldə edilən məhsullar halal sayılmır,
k)
Öz-özünə ölmüş heyvanlar,
4.1.1.1.2
Dəniz heyvanları
Dəniz heyvanları balıq kimi yalnız suda həyat sürən və sudan kənarda yaşaya bilməyən
heyvanlardır. Bütün balıq növləri halaldır amma yeyilməsi baxımından məzhəblər arasında fərq olduğu
üçün müştəriyə bildirilməlidir.
Zəhərli, məstedici və həyat üçün təhlükəli olan heyvanlardan savayı bütün dəniz heyvanların
yeyilməsi halaldır. Timsah, tısbağa və qurbağa kimi həm quruda, həm də suda yaşayan heyvanların əti
halal deyil.
4.1.1.2
Digər Halal Qidalar
4.1.1.3
Bitkilər
Zəhərli, məstedici və sağlamlıq üçün təhlükəli hesab edilən bitkilərdən başqa bütün növ bitki və bitki
məhsulları, eləcə də onların törəmələri halaldır.
4.1.1.4
Göbələk və mikro-orqanizmlər
2014 © HAKQ 8
Zəhərli, məstedici və sağlamlıq üçün təhlükəli hesab edilən göbələk və mikro-orqanizmlərdən başqa
bütün növ göbələk və mikro-orqanizmlər, onlardan əmələ gələn əlavə məhsullar, və/və ya onların
törəmələri halaldır.
4.1.1.5
Təbii minerallar və kimyəvi maddələr
Zəhərli, məstedici və sağlamlıq üçün təhlükəli hesab edilənlərdən savayı bütün təbii minerallar və
kimyəvi maddələr halaldır.
4.1.1.6
İçkilər
Zəhərli, məstedici və sağlamlıq üçün təhlükəli hesab edilən içkilərdən savayı bütün növ su və içkilərin
içilməsi halaldır.
4.1.1.7
Geni dəyişdirilmiş qida məhsulları (GMO)
Geni dəyişirilmiş məhsullar mübahisəli olduğu üçün və həmçinin bəzi ölkələrin yerli qanunvericiliyi
tərəfindən qadağan olunduğu üçün qəbul edilmir.Geni dəyişdirilmiş qida məhsulları sertifikasiya
sahəsinə aid edilmir. Bu tipli məhsullardan istifadə edildikdə həmin məhsul və xidmətlər
sertifkatlaşdırılmır.
4.1.2
Kəsim prosesi
4.1.2.1
Şəriət qanununa müvafiq olaraq kəsim prosesində heyvanın aram olması vacib amillərdəndir.
Həmçinin aşağıdakı şərtlər də nəzərə alınmalıdır:
a)
Kəsim ruhi cəhətdən sağlam, baliğ(həddi buluğ)olan, müsəlman olmasını etiraf edən, əqli və
fiziki qüsurları olmayan şəxs olmalıdır. Eyni zamanda heyvanların kəsilməsi ilə bağlı İslamda
zəruri olan fundamental qaydaları və şərtləri tamamilə anlaya bilən, əməli (namaz qılan)
müəslman şəxs tərəfindən icra olunmalıdır;
b)
Kəsimi icra edən şəxs səlahiyyətli orqan tərəfindən verilmiş halal kəsim sertifikatına malik
olmalıdır;
c)
Kəsim başqa məqsədlərlə olmayıb, yalnız Allah adını zikr etmək niyyəti ilə həyata
keçirilməlidir. Kəsimi həyata keçirən şəxs kəsimə dair zəruri bilgilərə malik olmalıdır;
d)
Kəsilən heyvan ətinin yeyilməsi halal olan heyvan olmalıdır;
e)
Kəsilən heyvan diri və ya həyat əlamətləri aydın sezilən ( həyat əl-müstəqirrəh
1
) olmalıdır;
f)
Kəsilən heyvan sağlam olmalıdır;
g)
Kəsilməzdən dərhal öncə Bismilləhir-Rahmənir-Rahim (Təsmiyyə
2
) zikri deyilməlidir;
1
Kəsim zamanı qanın sıçrayaraq çölə axması və kəsildikdən sonra heyvanın tərpənməsi həmin heyvanın
kəsimdən qabaq diri və ya həyat əl-müstəqirrəh olmasına dəlildir.
2
Təsmiyyə - Allahın adının çəkilməsi.
2014 © HAKQ 9
h)
Kəsimin üzü qiblə istiqamətində həyata keçirilməsi vacibdir.
i)
Kəsim xətti, alətləri və ləvazimatları yalnız halal kəsim üçün xidmət etməlidir;
j)
Kəsim üçün nəzərdə tutulan bıçaq iti olmalı, qan və digər çirkaba bulaşmamalıdır;
k)
Kəsim yalnız bir dəfəyə həyata keçirilməlidir.
l)
Halal kəsim prosesi xirtdəyin altından başlanır, uzunboğaz heyvanlar isə xirtdəkdən sonra
kəsilir;
m)
Kəsim prosesi zamanı nəfəs borusu, qida borusu, hər iki yuxu arteriyası birdəfəyə kəsilməlidir
ki qanaxmanı və ölümü sürətləndirsin (şəkil 1-2). Qanaxma özbaşına getməli və özbaşına başa
çatmalıdır;
n)
Təlim keçmiş müsəlman nəzarətçi heyvanların Şəriət qanunlarına müvafiq kəsilmələrinə nəzarət
etmək üçün təyin edilməli və bu işə cavabdeh olmalıdır.
4.2.1.2 Quşçuluqda yalnız halal kəsim nəticəsində təbii olaraq öldüyü hesab edilən heyvanlar pörtmə
əməliyyatına ötürülə bilər. Pörtmə zamanı suyun hərarəti 51-53 °C olmalıdır.
4.2.1.3 Keyləşdirmək tövsiyyə edilmir. Lakin bu proses baş verərsə, Qoşma A-da göstərilmiş şərtlərə
riyaət olunmalıdır.
4.2.1.4 Emal, paylanma və təchizat
Bütün emal olunmuş halal qida məhsulları aşağıdakı tələblərə cavab verməlidir:
a)
Qida məhsulu və ya onun inqrediyentləri Şəriət qanununa uyğun olaraq halal hesab edilməyən
hər hansı bir heyvan mənşəli məhsullardan və ya komponentlərdən istifadə edilməklə emal
edilməməli, yaxud Şəriət qanununa müvafiq olmayan tərzdə kəsilən heyvanlardan alınan
məhsul və komponentlər olmamalıdır;
b)
Halal qida hansı miqdarda olmasından asılı olmayaraq Şəriətlə nəcis hesab edilən şeydən
istifadə edilməklə emal edilməməlidir;
c)
Emal edilmiş qida və ya onun inqrediyentləri istehlak üçün təhlükəsiz olmalı, zəhərsiz,
məstedici olmayan və sağlamlıq üçün təhlükəsiz olmalıdır;
d)
Qida məhsulu nəcis olmayan qurğulardan və avadanlıqlardan istifadə edilərək hazırlanmalı,
emal və istehsal edilməlidir; və
e)
Hazırlanma, emal, qablaşdırma, saxlanma və paylanma zamanı qida məhsulu a), b), c) və/və ya
d) bəndində göstərilmiş tələblərə cavab verməyən digər hər hansı bir qida məhsulundan, yaxud
Şəriətlə nəcis hesab edilən şeylərdən ayrı saxlanılmalıdır.
2014 © HAKQ 10
4.2
Rəhbərliyin vəzifəsi
4.2.1
Rəhbərlik halallıq tələblərinin icrası üçün (yalnız ət və ət məhsul istehsalçılarına şamil olunur)
müsəlman (namaz qılan) işçi təyin etməli, yaxud da daxili halal nəzarət sisteminin həyata
keçirilməsinin səmərəliliyini təmin etmək məqsədi ilə müsəlman heyətdən ibarət komitə
yaratmalıdır.
4.2.2
Rəhbərlik təyin olunmuş şəxslərin halal məsələlərinə dair prinsiplər və onların tətbiqi ilə bağlı
təlim keçmələrini təmin etməlidir.
4.2.3
Rəhbərlik halal nəzarət sisteminin həyata keçirilməsi üçün kifayət qədər resursların (məsələn,
işçi qüvvəsi, avadanlıq, maliyyə və infrastruktur) olmasını təmin etməlidir.
4.2.4
Rəhbərlik namaz qılınması üçün şərait yaratmalıdır.( Namaz otağı və s.)
4.3
İnfrastruktur
Bina təhlükəsiz qida məhsulunun istehsalı üçünş ərait yaradacağı tərzdə tərtib və inşa edilməli
və ya təmir edilməli və məqsədyönlü istifadə üçün yararlı olmalıdır.
4.3.1
Binanın sxemi parazitlərə yoluxmaya, eləcə də əməliyyat zamanı və ya iki əmiliyyat arasında
çarpaz yoluxmaya qarşı müdafiə sistemi də daxil olmaqla düzgün istehal prosesinə, düzgün işçi
əməyinə, uyğun gigyenik və təhlükəsiz istehsal prosesinə nəzarət edə bilmək üçün müvafiq
olmalıdır.
4.3.2
Xammalın qəbul edilməsindən məhsulun istehsal prosesinin başa çatmasınadək onun istehsal
prosesi çarpaz yoluxma halları ilə üzləşməməlidir.
4.3.3
Bina avadanlıqların təmizlənməsinə və qida gigiyenasına düzgün nəzarət etmək üçün uyğun
şəkildə tərtib edilməlidir.
4.3.4
Tələblərə cavab verən sanitariya qurğuları ilə təmin edilməlidir.
4.3.5
Yüklənmə və boşaltma meydançası tez korlanan məhsulların səmərəli daşınmasına icazə verə
bilən şəkildə tərtib edilməlidir.
4.3.6
Bina zərərvericilərin oraya daxil ola bilməsinə qarşı davamlı olmalı və müvafiq şəraitə malik
olmalı, həmçinin zərərvericilərin törəndiyi potensial əraziləri aradan qaldırmalıdır.
4.3.7
Bina işçi heyətinin və avadanlıqların qarşılıqlı yoluxmadan yayınmaq məqsədi ilə donuz
ferması və onlarla bağlı fəaliyyət prosesindən tamamilə ayrılmalı və tam şəkildə təcrid
olunmalıdır.
2014 © HAKQ 11
4.3.8
Kəsim və emal məntəqəsi mütləq şəkildə halal kəsim və halal emal prosesinə müvafiq
şəkildə olmalıdır.
4.3.9
Sümükdən ayrılma, kəsilmə, qablaşdırma və saxlanma kimi karkas prosesi ya kəsim
məntəqəsində, ya da səlahiyyətli orqan tərəfindən təsdiq edilmiş bu standartın tələblərinə cavab
verən binada həyata keçirliməlidir.
4.3.10
Ev heyvanları və digər heyvanların binaya daxil olmasının qarşısı alınmalıdır.
4.4
Qurğular, ləvazimatlar, maşınlar və emal vasitələri
4.4.1
Halal qida emalı zamanı istifadə olunan qurğular, ləvazimatlar, maşınlar və emal vasitələri
təmizlənməni asanlaşdırmaq üçün tərtib və inşa edilməli, eləcə də Şəriət qanunlarına müvafiq
olaraq tərkibində nəcis olmayan materiallardan hazırlanmalı və yalnız halal qida istehsalı
zamanı istifadə olunmalıdır.
4.5
Gigiyena, sanitariya və qida təhlükəsizliyi
4.5.1
Gigiyena, sanitariya və qida təhlükəsizliyi halal qidanın hazırlanması zamanı tələb olunan ilkin
zəruri şərtlərdir. Buraya işçi heyətin gigyenasının müxəlif aspektləri, geyim, avadanlıqlar,
ləvazimatlar, maşınlar və emal vasitələri, eləcə də qidanın emalı, istehsalı və saxlanması üçün
nəzərdə tutulan tikililər daxildir.
4.5.2
Halal qida istehsalçıları aşağıda qeyd edilmiş tədbirləri həyata keçirməlidir:
a)
Emala başlamazdan əvvəl xammalı, inqrediyentləri və qablaşdırma materialını yoxlamadan
keçirməli və çeşidləməlidir;
b)
Zərərli kimyəvi maddələri halal qidadan təcrid edilmiş şəkildə saxlamalıdır;
c)
Qida məhsullarının plastik kütlə, şüşə və ya cihazdan ayrılan metal qırıntıları, toz, zərərli qaz və
ya tüstü, eləcə də arzu olunmaz kimyəvi maddələr kimi kənar təsirlərlə təmasına yol verməməli;
və,
d)
İcazə verilən qida əlavələrinin hədsiz istifadəsinə yol verməməlidir.
e)
İstehsal və emal prosesi zamanı lazım gəldiyi təqdirdə prosesi izləmək üçün müvafiq monitor
qurğulardan istifadə edilməlidir.
2014 © HAKQ 12
4.6
Halal qidanın saxlanması, daşınması, təqdim edilməsi, satışı və paylanması
4.6.1
Saxlanılan, daşınan, təqdim edilən, satılan və ya paylanan bütün halal qida məhsulları halal
kateqoriyasına aid edilməli və müvafiq olaraq nişanlanmalı, eləcə də nəcisə qarşmanın qarşısını
almaq üçün bütün mərhələlərdə halal olmayan şeylərdən təcrid edilməlidir.
4.6.2
Daşınma üçün nəzərdə tutulan nəqliyyat vasitələri (məs. qoşqulu yük maşını) halal qida növünə
uyğun olmalı, gigiyena və sanitariya tələblərinə cavab verməlidir.
4.7
Qablaşdırma, nişanlama və reklam
4.7.1
Halal qida müvafiq şəkildə qablaşdırılmalıdır. Qablaşdırma materialları mənşə etibarı ilə halal
olmalı və aşağıda göstərilən tələblərə cavab verməlidir:
a)
Qablaşdırma materialları Şəriətlə nəcis hesab olunan hər hansı bir xammaldan
hazırlanmamalıdır;
b)
Onlar Şəriətlə nəcis hesab olunan şeylərə bulaşmış avadanlıqlardan istifadə etməklə
hazırlanmamalı, emal edilməməli və ya istehsal edilməməlidir;
c)
Hazırlanması, emalı, saxlanılması və ya daşınması zamanı bu materiallar a) və ya b) bəndlərində
göstərilən şərtlərə cavab verməyən istənilən digər bir qida məhsulundan, eləcə də Şəriətlə nəcis
hesab edilən digər şeylərdən təcrid edilməlidir;
d)
Qablaşdırmanın dizaynı, nişanı, rəmzi, logosu, seçilmiş ad və şəkil azdırıcı olmamalı və/və ya
Şəriət qanunlarının prinsiplərini pozmamalıdır.
4.7.2
Qablaşdırma prosesi təmiz və gigiyenik tərzdə və sağlam sanitariya şəraitində həyata
keçirilməlidir.
4.7.3
Məhsulun üzərinə vurulan və bilavasitə onunla təmasda olan nişan təhlükəsiz və halal olmalıdır.
4.7.4
Hər bir konteyner aydın və silinməyən nişanlarla işarələnməli və ya onun üstünə üzərində
aşağıda qeyd edilmiş məlumat olan yarlık vurulmalıdır:
a)
Məhsulun adı;
b)
Metrik sistemlə göstərilmiş xalis çəki;
c)
İstehsalçı şirkətin adı və ünvanı, idxal edən və/və ya distribütor və ticarət nişanı
d)
İnqrediyentlərin siyahısı
e)
Tarixi müəyyən edən kod nömrəsi və/və ya istehsal bar kodu (partiya nömrəsi) və son istifadə
tarixi; və
f)
İstehsalçı ölkə
2014 © HAKQ 13
g)
Halal işarəsi məhsulun üzərinə vurulmalıdır.
Hər cür pulcuqlu balıq, krevet (xırda dəniz xərcəngi) və pulcuqlu balıq kürüsü və ondan
hazırlanan məhsullar “pulcuqlu balıq” kimi münasib şəkildə markalanmalıdır (Cəfəri məzhəbinə
görə balıq pulcuqlu olmalıdır). Digər su heyvanları “pulcuqsuz balıq” kimi markalanmalıdır.
4.7.5
Məhsulun reklamı Şəriət qanunlarının prinsiplərinə zidd olmamalı və Şəriət qanunlarının əksinə
olan qeyri-etik elementləri əks etdirməməlidir
.
Şəkil (Əlavə)
Şəkil B (Mal kəsimi)
2014 © HAKQ 14
Qoşma A
(normativlər)
Quşların kəsimində keyləşdirmə üzrə tələblər
A1. Ümumi tələblər
A1.1. Kəsim İslamda müvafiq qaydalara cavab verən tələblər əsasında həyata keçirilməlidir.
A1.2. Heyvan kəsim zamanı diri və ya həyat əlamətləri aydın sezilən (həyat əl-mustaqirra) olmalıdır.
A1.3. Keyləşdirmə tövsiyə edilmir. Lakin bu proses həyata keçirilməli olarsa, elektrik üsulu
keyləşdirməyə icazə verilir.
A1.4. Keyləşdirmə aparatının istifadəsi bu barədə təlimmatlandırılmış müsəlman şəxsin nəzarəti altında
olmalı, mütəmadi olaraq səlahiyyətli orqan tərəfindən manitorinq aparılmalıdır.
A1.5. Keyləşdirmə heyvanın ölümü ilə nəticələnməməli və ya onun fiziki xəsarət almasına səbəb
olmamalıdır.
2014 © HAKQ 15
A1.6. Heyvanların keyləşdirilməsi üçün istifadə olunan keyləşdiricilər nəcis kateqoriyasına aid olduğu
təqdirdə halal kəsimin baş tutması üçün keyləşdirmə ləğv edilməlidir.
A2. Elektrik keyləşdirmə
A2.1. Elektrik keyləşdirmə səlahiyyətli orqan tərəfindən icazə verilən keyləşdirmə növlərindən
olmalıdır.
A2.2. Heyvanların halal kəsimində istifadə olunan keyləşdirici hər iki elektrodun beyin hissəsində
yerləşdirildiyi “yalnız başdan keyitmə” üsulu ilə tətbiq edilməlidir.
A2.3. Quşların elektrik keyləşdirilməsi yalnız “su vasitəsilə” həyata keçirilir.
A2.4. İstifadə olunan cərəyan şiddətinin gücü təlimatlandırılmış müsəlaman şıxsin nəzarətində olamlı
və səlahiyyətli orqan tərəfindən yoxlanılmalıdır. Keyləşdirmənin parametrlərinə dair təlimatlar Cədvəl
A1 -də göstərilmişdir.
Cədvəl A1. Toyuğun elektrik keyləşdirilməsi üzrə əsas göstərisilər
Məhsulun
növü
Cərəyan
(Am.)
Müddət (San.)
Qanadlılar
0.20 – 0.5
1.00 – 3.00
Dostları ilə paylaş: |