Havalandirma



Yüklə 4,84 Mb.
Pdf görüntüsü
tarix12.02.2017
ölçüsü4,84 Mb.
#8336

İSİTMƏ

SOYUTMA

HAVALANDIRMA

QAZANXANA

NASOSXANA

SU-KANALİZASİYA

YANĞIN

Haqqımızda

CASPIAN  KLIMA  -  mühəndislik,  avtomatika,  mülki,  ticari  və  sənaye  tipli 

obyektlərin  isitmə,  soyutma  və  havalandırma  sistemləri  başda  olmaqla,  bütün    növ 

mexanik  (HVAC)    təsisatların  tətbiqində  olan  15  illik  təcrübəmizi  dəyərləndirərək 

qurulmuş,   dinamik inkişaf edən bir şirkətidir.   Şirkətimiz, yüksək keyfiyyətli xidmət, 

uyğun  qiymət  və  zamanında  təslim  prinsipləri  ilə,    biznes  və  mühəndislik  etikasını, 

dürüstlüyü,  müştəri  məmnuniyyətini  öndə  tutaraq,  texnologiyaların  və  sektorun 

inkişafını  izləyərək,  çağdaş  çözümlər  təqdim  edən  mühəndislik  şirkətidir. 

q u

İlk  biznes 



fəaliyyətimizi öz mühəndis potensialımız hesabına kiçik su elektrik stansiyalarının, külək 

generatorlarının,  günəş  kollektorları  və  batareyalarının  quraşdırılması  xidmətləri  ilə, 

2005-ci  ildə  qeydiyyatdan  keçmiş    AZELM  və  Caspian  Energy  Construction  şirkətləri 

çərçivəsində    başlamışıq.  Daha  sonra  2010-cu  ildən  etibarən,  elə  həmin  ildə  resmi 

qeydiyyata keçmiş, CASPİAN KLİMA adı altında davam etdirmişik. Hazırda şirkətimizdə 

50-yə yaxın daimi əməkdaş çalışır, onların içində təcrübəli mühəndis, analitik, elmi işçi, 

iqtisadçı və digər peşələr üzrə mütəxəssislər yer almaqdadır. Hazırda biz, işçilərimizin 

təcrübəsinə  və  bilik  səviyyəsinə  arxalanaraq,  ür rla,  istənilən  çətinlikdə  mühəndis 

tapşırığının öhdəliyindən gəlməyə hazır olduğumuzu bildiririk. Əməkdaşlarımızın bilik 

səviyyəsinin artırılmasına, yeni texnologiyaların öyrənilməsinə çox önəm veririk və bu 

məqsədlə mütəmadi olaraq əməkdaşlarımızın, avropada, ixtisasın artırılması kurslarına, 

treninqlərə və seminarlara qatılmasına şərait yaradırıq.    

  

  

Şirkətimiz,  Caspian  Energy  Şirkətlər  qrupuna  daxildir.  Qrup  daxili 



şirkətlərimizdən biri olan CASPİAN ENERGY şirkəti, ticari fəaliyyət ilə məşğuldur və bu 

fəaliyyət çərçivəsində, isitmə, soyutma və havalandırma sistemlərində istifadə olunan 

bütün növ material və avadanlıqların idxalını və respublika bazarında satışını həyata 

keçirməkdədir. Beləliklə şirkətimiz mühəndislik fəaliyyəti ilə yanaşı, HVAC sistemləri üçün 

material  və  avadanlıqların  təminatını  həyata  keçirməkdədir.  Bu  bizə  rəqiblərimizin 

qarşısında, böyük üstünlük yaradır, və qiymətlərimiz hər zaman rəqiblərimizdən daha 

cəlbedici olur. Bu növ məhsulların idxalına və satışına mühəndislik nöqteyi nəzərdən 

baxdığımız üçün, idxal etdiyimiz material və avadanlıqlar hər zaman yüksək keyfiyyəti ilə 

seçilir, biz yanlız keyfiyyətinə əmin olduğumuz və öz layihələrimizdə rahatlıq ilə istifadə 

etdiyimiz material və avadanlıqların satışını həyata keçiririk.  



Şirkətimizin fəaliyyət istiqamətləri:

-

 İsitmə sistemləri



-

 Soyutma sistemləri

-

 Havalandırma-ventilyasiya sistemləri



-

 Qazanxana

-

 Sulu yanğın söndürmə sistemləri



-

 Su-kanalizasiya sistemləri  



İşlədiyimiz obyektlərin növləri:

-

Sənaye obyektləri (Zavod, Anbar, Fabrik, Parniklər və sənaye müəssisələri)



-

Ticari  obyektlər  (Hotel,  Xəstəxana,  Restoran,  Ofis  mərkəzi,  Ticarət  mərkəzi, 

Dükan, Salon, Fitness zalları və sair ticari obyektlər)

-

Mədəniyyət  müəssisələri  (Məktəb,  Gənclər  evi,  Mədəniyyət  evi,  Qocalar  evi,   



Bərpa mərkəzi, Uşaq baxçası, Teatr, Muzey və sair mədəniyyət ocaqları)

-

Yaşayış binaları



-

Şəxsi evlər

-

Dövlət  əhəmiyyətli,  strateji  obyektlər  (Elektrik  stansiyası,  aerasiya  stansiyası, 



təmizləyici stansiyalar  və digər dövlət obyektləri).

        Biz, layihələrimizi açar-təslim şərtləri ilə təhvil veririk, belə ki, dəqiq hesabatların 

aparılması,  təkliflərin  verilməsi,  layihələrin  hazırlanması,  müvafiq  qurumlarda  təstiq 

olunması,  avadanlıqların  və  materialların  təmin  olunması  və  layihənin  müştəriyə 

quraşdırıb,  təhvil  verilməsi  proseslerinin  hamısını  həyata  keçiririk.  Təhvil  verdiyimiz 

obyektlərdə,  montajdan  sonra,  2  il  zəmanət  müddəti  çərçivəsində,  ödənişsiz  xidmət 

göstəririk  və  təhvil  verdiyimiz  bütün  işlərimizdə,  hər  zaman  müştəridən  bir  zəng 

uzaqlığında  prinsipi  ilə  çalışırıq.  Zəmanət  müddəti  bitdikdən  sonra,  müştərilərimizə 

ödənişli şərtlərlə servis xidməti göstərməyə davam edirik. 

           Layihələrimizdə yanlız keyfiyyəti illərin sınağından keçmiş və dünyaca tanınmış             

istehsalçıların, markaların avadanlıq və materiallarını  istifadə  edirik. 

Hər zaman şirkətimiz və mühəndislərimiz ilə Sizlərin xidmətindəyik!



İşlədiyimiz layihələrin bəziləri

Baku International School

Cənub Elektrik Stansiyası

SUMQAYIT TEXNOLOGİYALAR PARKI

1. Dəqiq Emal Mərkəzləri Zavodu

2. Kabel Zavodu

3. Mis Elektrotexniki Çubuqları Zavodu

4. Aluminium Katenkalar Zavodu

Gəncə İnternational Hospital

Gəncə Ozon Hospital

Hövsan Aerasiya Stansiyası

Sabunçu Rayonu Qocalar Evi

Respublika Əlillərin Bərpa Mərkəzi

Astoria Fittness və Spa Mərkəzi

QobuLand Otel

Avrasiya Klinikası

Yeni Yasamal Tibb Mərkəzi

Diaqnoz Tibb Mərkəzi

EKOL QSA

Xəzər Rayonu Gənclər Evi   

Sabunçu Rayonu Gənclər Evi

Görədil Hökümət Evi Nasosxana

Karvan Palace Otel

Qala Pub Restoran

Viləş Otel

Ballı Restoranı   

Razində 6 Mərtəbəli Ticarət Mərkəzi

3 Saylı Orta Məktəb

48 Saylı Orta Məktəb

9 Saylı Orta Məktəb

Elmlər Akademiyası Yaxınlığında Restoran

Nərimanov Rayonunda İş Mərkəzi

İstixanaların İsitmə Sistemi

Xırdalan Yaşayış Kompleksi

Cerves Restoran&Pub

Fərdi Yaşayış Evləri



“Quality School International” beynəlxalq məktəblər şəbəkəsinin Azərbaycan filialıdır. Məktəbin ümumi 

2

ərazisi 8 000m , məktəbin tələbə sayı 400 nəfərlikdir. Məktəb elitar təhsil müəssisəsi formatında inşa 



edilmişdir. Təhsil müəssisəsinin müəllim və idarə heyyəti ABŞ-dan dəvət olunmuş təcrübəli mütəxəssis 

heyyətindən ibarətdir. 

Şirkətimiz beynəlxalq məktəbin tam mexanik təsisat işini həyata keçirmişdir: 

џ

Məktəbin bütün korpuslarına havalandırma və ventilyasiya sistemlərinin çəkilməsi



џ

Məktəbin bütün korpuslarında isitmə və soyutma sistemlərinin çəkilməsi

џ

İsti su təçhizatı üçün qazanxananın yığılması



Baku International School

Cənub elektrik stansiyası Azərbaycanda yerləşən ilk bu tip elektrik stansiyalarından biridir, belə ki, bu 

yeganə stansiyadır ki, onun istismarı zamanı yanacaq olaraq həm mazut, həm də qazdan istifadə oluna 

bilər.  Cənub  elektrik  stansiyasının  isitmə,  soyutma,  havalandırma  və  ventilyasiya  sistemlərinin 

layihələndirilməsi  və  icrası  işlərini  şirkətimiz  həyata  keçirmişdir.  Layihənin  icrası  zamanı  aşağıdaki 

avadanlıqlardan istifadə olunmuşdur: su soyutmalı fancoil sistemi - 4 ədəd, Qs = 256 kVt, 346 ədəd  Qs 

= 236 kVt, bundan əlavə 2 ədəd rooftop tipli soyutma cihazı, L = 26 500 m3/s, Qs = 165 kVt, Qis = 126 

KVt. Bu sistemlərdən əlavə olaraq, qış dövrü üçün gücü  2.000.000 kcal/s qazanxananın yığılması işləri 

görülmüşdür. Eyni zamanda kompleksin ərazisindən zəhərli qoxunun xaric edilməsi üçün 36 500 m3/s 

2

gücündə sistemin quraşdırılması tərəfimizdən həyata keçirilmişdir. Layihənin icrası zamanı 6 800m  



müxtəlif  ölçülərdə  havalandırma  kanallarından  istifadə  edilmişdir.  Layihə  2012-ci  ildə  tərəfimizdən 

təhvil verilmişdir və bu illər ərzinə heç bir nöqsan olmadan çalışmaqdadır.  



Cənub Elektrik Stansiyası

Hövsan  qəsəbəsində  yerləşən  aerasiya  stansiyası,  Respublikanın  ən  iri  kanalizasiya  sularının 

2

təmizlənmə mərkəzidir. Mərkəzin ərazisində yerləşən 2 ədəd inzibati binanın ümumi sahəsi 6 000m -dir. 



Şirkətimiz aerasiya stansiyasının isitmə, soyutma və havalandırma sistemlərinin layihələndirilməsi və 

quraşdırılması   işlərini həyata keçirmişdir. İsitmə və soyutma sistemləri üçün, soyutma gücü 950kVt 

olmaqla, 16 ədəd çöl blok,  19 ədəd kasset tip, 64 ədəd divar tip və 29 ədəd kanal tip VRF iç bloklarından 

istifadə edilmişdir. Havalandırma və ventilyasiya sistemləri üçün 7 ədəd DX batareyalı, rekuperatorlu 

AHU tip hava santrallarından istifadə edilmişdir. (Qsoy = 22-55 kVt, L = 2200-7440 m3/s).  

Layihə təhvil verilmişdir, sistemlər nöqsansız çalışmaqdadırlar.



Hövsan Aerasiya Stansiyası

2

Kabel  zavodu,  Sumqayıt  Texnologiyalar  parkında  yerləşir,  ümumi  qapalı  ərazisi  23  650m ,  12-16m 

yüksəkliklərə  malikdir.  Zavodun  havalandırma  sisteminin  layihələndirilməsi  və  quraşdırılması  işləri 

şirkətimiz tərəfindən həyata keçirilmişdir. Layihənin tətbiqi zamanı 26 ədəd hücrəli tip ventilyatorlardan 

istifadə edilmişdir: 2 ədəd L=24 500 m3/s, P=350 Pa və 24 ədəd L=10 000 m3/s, P=200 Pa. Layihənin 

2

tətbiqi zamanı müxtəlif proyeksiyalarda 28 400 m  havalandırma kanalından istifadə edilmişdir. Layihə 



2011-ci ildə tərəfimizdən təhvil verilmişdir və bu illər ərzində heç bir nöqsan olmadan çalışmaqdadır. 

Zavodda  çoxlu  sayda  Mazak  (Yapon)  şirkətinin  istehsalı  olan  dəqiq  metal  emalı  dəzgahları 

quraşdırılmışdır. Dəzgahların xüsusiyətini nəzərə alaraq,  zavodda daima, yay-qış 21-22 C temperatur 

2

təmin olunması şərti qoyulmuşdur. Zavodun ümumi qapalı ərazisi 10400m , yüksəkliyi 12.0 metrdir.   



Sistemin  tamamən  layihələndirilməsi,  işlənməsi  şirkətimiz  tərəfindən  həyata  keçirilmişdir.  Layihə 

zamanı: 8 ədəd özəl dam tip kondisionerlərdən (L=43000 m3/s, Qis=202.6 kVt, Qsoy=243.1 kVt), 16 

2

850m  müxtəlif proyeksilarda kanallardan istifadə olunmuşdur. 



Sistem 2011-ci ildə təhvil verilmişdir və artıq bir neçə ildir nöqsansız çalışmaqdadır. 

SUMQAYIT  TEXNOLOGİYALAR  PARKI

1. Dəqiq Emal Mərkəzləri Zavodu

2. Kabel Zavodu

2

Mis  elektrotexniki  çubuqlar  zavodunun  qapalı  ərazisi  4800  m ,  12m  yüksəkliyə  malikdir.  Zavodun 



ventilyasiya sisteminin layihələndirilməsi və quraşdırılması şirkətimiz tərəfindən həyata keçirilmişdir. 

Layihənin icrası zamanı xüsusi tip tam hücrəli ventilyatorlardan istifadə edilmişdir.

Layihə 2012-ci ildə təhvil verilmişdir və bu illər ərzində heç bir nöqsan olmadan çalışmaqdadır.

3. Mis Elektrotexniki Çubuqları Zavodu

2

Aluminium katenkalar zavodunun qapalı ərazisi 6000 m , yüksəkliyi 12 m-dir. Zavodun ventilyasiya 



sisteminin layihələndirilməsi və quraşdırılması işləri şirkətimiz tərəfindən həyata keçirilmişdir. Layihənin 

icrası zamanı, 4 ədəd xüsusi hücrəli tip  ventilyasiya qurğularından istifadə olunmuşdur (2 ədəd -  L= 24 

500 m3/s, P=360 Pa, 1 ədəd - L = 46 600 m3/s, P=287 Pa, 1 ədəd – L = 51 000 m3/s, P = 347 Pa). 

Layihə 2011-ci ildə təhvil verilmişdir və bu illər ərzində heç bir nöqsan olmadan çalışmaqdadır.



4. Aluminium Katenkalar Zavodu

Sabunçu rayonu Bilgəh qəsəbəsində yerləşən qocalar evi kompleksinin bütün mexaniki təsisat işlərinin 

layihələndirilməsi və icrasını şirkətimiz həyata keçirmişdir. Kompleks 5 mərtəbəli, 3 ayrı korpus olmaqla, 

175  otaqdan  ibarət  əsas  binadan  və  10-a  yaxın  yardımçı  binalardan  və  400  nəfərlik  yeməkxana 

binasından ibarətdir. Kompleksin soyutması Fancoil-Chiller sistemi tətbiq olunmaqla, soyutma gücü hər 

biri 450 kVt olmaqla, 2 ədəd Chillerdən, 185 ədəd müxtəlif güclərdə iç hissələrdən (fancoil) ibarətdir. 

İsitmənin  təmin edilməsi məqsədi ilə 216 ədəd radiatordan istifadə edilmiş və hər birinin isitmə gücü 1 

250 000 kcal/s olan 2 ədəd qazan quraşdırılmışdır, qazanxana yığılmışdır.  Binanın içməli su xətti, yanğın 

xəttlərinin çəkilişi, isti su xəttlərinin çəkilişi, nasosxananın hesablanması və yığılması. Bina daxili (T1, 

T2,  T3,  T4,  S1,  S2),  mərkəzi,  paylanma,  sanitar  qovşaqların  isti  və  soyuq  su  ilə  təmin  edilməsi, 

kanalizasiya sistemlərinin bina daxili çəkilişi tərəfimizdən görülmüşdür. 

Layihə tərəfimizdən təhvil verilmişdir və hal-hazırda heç bir nöqsan olmadan çalışır.

Sabunçu Rayonu Qocalar Evi


2

Gəncə beynəlxalq xəstəxanasın ümumi qapalı sahəsi 11 887m -dır, xəstaxana 5 mərtəbədən ibarətdir. 

Xəstəxananın işçi heyyəti tam olaraq Türkiyədən cəlb olunmuşdur. Müasir xəstəxana kompleksinin tam 

mexanik  təsisatı  hazırda  şirkətimiz  tərəfindən  həyata  keçirilməkdədir.  Xəstəxananın  ilkin  işçiliyini 

Türkiyənin mexanik işləri görən bir şirkət etmişdir,  sistem doğru çalışmadığı üçün, Gəncə international 

hospital bizim şirkətimizə müraciət edərək, yaranmış nöqsanların aradan qaldırılması, sistemin yenidən 

layihələndirilib,  quraşdırılması  işlərini  şirkətimizə  həvalə  etmişdir.  Şirkətimiz  xəstəxananın  isitmə, 

soyutma,  havalandırma  sistemlərində  mövcud  nöqsanları  təyin  etmişdir,  sistemləri  yenidən 

layihələndirmiş  və  yeni  layihəyə  əsasən  xəstəxananın  mexanik  təsisatını  yenidən  quraşdırmışdır. 

Hazırda xəstəxanada bütün mexanik təsisat standartlara uyğun çalışmaqdadır. Gəncə İnternational 

Hospitalın  isitmə,  soyutma  sistemləri  VRF  vasitəsi  ilə,  havalandırma  sistemi  xüsusi  layihəyə  uyğun 

sifariş olunmuş AHU`lar vasitəsi ilə çalışmaqdadır.  



Gəncə International Hospital

2

Gəncə Ozon hospital, yeni inşa edilmiş müasir xəstəxanadır, ümumi sahəsi 1050 m -dır.  Xəstəxananın 

havalandırma  və  ventilyasiya  sistemlərinin  layihələndirilməsi  və  quraşdırılması  işləri  şirkətimiz 

tərəfindən həyata keçirilmişdir. Xəstəxana Gəncə şəhərində yerləşdir. Gəncə Ozon hospitalın layihəsi 

tam olaraq təhvil verilmişdir və sistemlər nöqsansız olaraq çalışır. 

Gəncə Ozon Hospital

Bakının  Binəqədi  rayonunda  yerləşən,  yeni  inşa  edilmiş,  Respublika  əlillərin  bərpa  mərkəzi  ümumi 

2

sahəsi  12 860 m -dır, 85 mənzillik 1 yaşayış binasından və 3 ədəd müalicə binasından ibarətdir. Bərpa 



mərkəzinin  isitmə  sisteminin  layihələndirilməsi  və  quraşdırılması  şirkətimiz  tərəfindən  həyata 

keçirilmişdir. Mərkəz qazanxanası tərəfimizdən yığılmışdır, qazanxana 1 000 000 kcal/s gücündə 2 ədəd 

qazandan, 1 000 lt həcmində 2 ədəd boylerdən və müxtəlif güclərdə müxrtəlif nasoslardan ibarətdir. 

3800 metrə xarici istilik trasının çəkilişi də tərəfimizdən edilmişdir. 

Layihə 2014-cü ildə təhvil verilmişdir və bu illər ərzində heç bir nöqsan olmadan çalışır. 

Respublika Əlillərin Bərpa Mərkəzi


Astoria fittness və Spa mərkəzinin isitmə, soyutma və havalandırma sistemlərinin layihələndirilməsi və 

quraşdırılması Astorianın müxtəlif 3 ünvanda yerləşən obyektlərində həyata keçirilmişdir. Ümumi sahəsi 

2

1540 m  olan bu layihəmizdə, 3 ferqli ünvanlarda olan Fittness Spa mərkəzləri və Türk hamamı daxildir. 



Layihə zamanı özəl dam tipli (Rooftop) 1 ədəd kondisioner (-10/+42 C,  L = 13 500 m3/s, Qsoy = 98 

kVt, Qis = 85.6kVt,  4 ədəd kanal tipli kondisioner (Qsoy, Qis = 60 000 Btu,  L = 2 580 m3/s, P=95 Pa), 3 

ədəd hücrəli tip aspirator (L = 3 150 m3/s, P=200 Pa) istifadə olunub. İsitmə, soyutma və havalandırma 

sistemləri 2008-2011-ci illərdə, 3 fərqli layihələrdə, Sərin şirkətinə tərəfimizdən təhvil verilmişdir və 

sistemlər bu illər ərzində heç bir nöqsan olmadan çalışır. 

Astoria Fittness və Spa Mərkəzi

Avrasiya  klinikasının  isitmə,  soyutma  və  havalandırma,  su  və  kanalizasiya  sistemlərinin 

layihələndirilməsi  və  quraşdırılması  işləri  şirkətimiz  tərəfindən  həyata  keçirilmişdir.  Xəstəxananın 

2

ümumi sahəsi 11 500m -dır. Xəstəxananın bu sistemləri tərəfimizdən 2 il bundan əvvəl təhvil verilmişdir, 



bu illər ərzində heç bir nöqsan olmadan çalışır. 

Avrasiya Klinikası

QobuLand otel Qobustan rayonunun Mərəzə qəsəbəsində inşa edilmiş müasir istirahət kompleksidir. 

Kompleksin  tam  mexanik  təsisatının  layihələndirilməsi  və  quraşdırılması  işləri  şirkətimiz  tərəfindən 

həyata keçirilib. Kompleksin soyutma sistemi Fancoil-Chiller sistemi tətbiq olunmaqla qurulmuşdur, 

havalandırma-ventilyasiya  sistemi  geri  kazanım  cihazlarının  quraşdırılması  ilə  və  isitmə  sistemi 

qazanxana inşa edilib, yığılaraq təmin olunmuşdur. Soyutma sistemində hər birinin gücü 208 kVt olan 2 

ədəd Chiller və 46 ədəd müxtəlif güclərdə olan fancoillər tətbiq olunmaqla təmin edilmişdir. Təzə hava 

və ventilyasiya sistemlərinin qurulması zamanı 5 ədəd (L = 2 500 m3/s) rekuperatorlardan istifadə 

edilmişdir.  Isı  geri  kazanım  cihazlarının  quraşdırılması,  ventilyasiya  zamanı  enerji  itkisinin  qarşısı 

alınması məqsədi ilə edilmişdir. İsitmə və isti su təminatı üçün  1 ədəd 800 000 kcal/s gücündə qazan 

tətbiq olunmaqla qazanxana, nasosxana yığılmışdır. Layihə 2013-cü ildə təhvil verilmişdir və bu illər 

ərzində sistemlər heç bir nöqsan olmadan çalışmaqdadır. 

QobuLand Otel


2

Yeni yasamalda yerləşən 4 mərtəbəli, ümumi sahəsi 3 000m  olan yeni müasir tibb mərkəzinin tam 

olaraq mexanik təsisat sistemi, yəni isitmə, soyutma və havalandırma sistemlərinin layihələndirilməsi 

və quraşdırılması işləri şirkətimiz tərəfindən həyata keçirilmişdir. Soyutma sisteminin təmin edilməsi 

məqsədi ilə 15 ədəd, hər birinin soyutma gücü 17.6 kVt olan kanal tip kondisioner, havalandırma və 

2

ventilyasiya sisteminin təmin edilməsi məqsədi ilə 6 ədəd (L = 4800 m3/s) kanal tip ventilyayor, 1071 m  



müxtəlif ölçülərdə havalandırma kanallarından istifadə edilmişdir. Binanın isitmə sistemi, isti-soyuq su 

və yanğın təçhizatı üçün qazanxana və nasosxana layihələndirilərək, quraşdırılmışdır. Həmçinin isti su, 

soyuq su, kanalizasiya təçhizatı işləri tərəfimizdən görülmüşdür.

Layihə 2 il əvvəl təhvil verilmişdir və bu illər ərzində heç bir nöqsan olmadan çalışmaqdadır.   



Yeni Yasamal Tibb Mərkəzi

Diaqnoz tibb mərkəzinin əməliyyatxana blokunun (3 əməliyyatxana otağı, sterilizasiya və reanimasiya 

otaqları)  isitmə,  soyutma  və  hijyenik  havalandırma  sistemlərinin  layihələndirilməsi  və  icrası  işləri 

şirkətimiz tərəfindən həyata keçirilmişdir. İsitmə, soyutma və havalandırma sistemləri DX klima santralı 

tətbiq olunmaqla işlənmişdir. Layihə 2014-cu ildə şirkətimiz tərəfindən təhvil verilmişdir və  bu illər 

ərzində heç bir nöqsan olmadan çalışmaqdadır.  

Diaqnoz Tibb Mərkəzi


Xəzər rayonunda yerləşən, yeni inşa edilmiş gənclər evinin isitmə, soyutma və havalandırma işlərinin 

2

layihələndirilməsi  və  quraşdırılması  işləri  tərəfimizdən icra  edilmiş.  2800  m   ümumi  sahəsi  olan  bu 



binanın isitmə, soyutma sistemləri yapon istehsalı olan mərkəzləşdirilmiş kondisionerlərin (VRF) tətbiqi 

ilə həyata keçirilmişdir. Layinənin tətbiqi zamanı  1 ədəd 145 kVt soyutma gücü olan çöl blok,  1 ədəd 22 

kVt  soyutma  gücü  olan  iç  blok  və  9  ədəd  17  kVt  soyutma  gücü  olan  iç  bloklardan  istifadə  edilib. 

Havalandırma və ventilyasiya sistemlərinin tətbiqi zamanı,   kanal tip ventilyatordan və geri kazanım 

cihazlardan istifadə edilib. Layihə uğurla təhvil verilmişdir.

Şirkətimiz EKOL QSA aid 5 obyektində havalandırma sistemlərinin layihələndirilməsi və quraşdırılması 

2

işlərini icra etmişdir. Ümumilikdə bu layihələr üzrə şirkətimiz tərəfindən 6590m  havalandırma kanal işi 



təhvil verilmişdir. Ekol inzibati binasının havalandırma-ventilyasiya sisteminin quraşdırılması, 9 saylı 

Heydər  Əliyev  adına  Bakı  neft  emalı  zavodunda  2  ədəd  qapalı  tip  yarımstansiyanın  ventilyasiya 

sisteminin  quraşdırılması,  150  nəfərlik  yeməkxananın  ventilyasiya-havalandırma  sisteminin 

2

quraşdırılması və 2.5 Ha ərazidə yerləşən ümumi sahəsi 5 260m  olan 3 ədəd inzibati binanın isitmə, 



soyutma sistemlərinin layihələndirilməsi və quraşdırılması işləri tərəfimizdən icra edilmişdir. 

EKOL QSA

Xəzər Rayonu Gənclər Evi   

Sabunçu  rayonunda  yerləşən,  yeni  inşa  edilmiş  gənclər  evinin  isitmə,  soyutma  və  havalandırma 

2

işlərinin layihələndirilməsi və quraşdırılması işləri tərəfimizdən icra edilmiş. 1500m  ümumi sahəsi olan 



bu binanın isitmə, soyutma sistemləri italyan istehsalı olan mərkəzləşdirilmiş kondisionerlərin (VRF) 

tətbiqi ilə həyata keçirilmişdir. Layinənin tətbiqi zamanı 9 ədəd 17.6 kVt soyutma gücü olan iç blok və bu 

gücə uyğun çöl blok tətbiq olunmaqla təhvil verilmişdir. Binanın isitmə sistemi üçün 52 ədəd radiator ilə, 

300 000 kcal/s gücündə  qazanxana qurulmuşdur. Bina daxili isti su, soyuq su və kanalizasiya təçhizatı 

da şirkətimiz tərəfindən həyata keçirilmişdir. Havalandırma və ventilyasiya sistemlərinin tətbiqi zamanı,  

kanal tip ventilyatordan və geri kazanım cihazlardan istifadə edilib. Layihə uğurla təhvil verilmişdir.



Sabunçu Rayonu Gənclər Evi

Şəmkir şəhərində yerləşən, 2 mərtəbəli, 80 nəfərlik Qala Pub Restoranının havalandırma, ventilyasiya 

sistemlərinin layihələndirilməsi və quraşdırılması işləri şirkətimiz tərəfindən həyata keçirilib. Qeyd üçün 

bildirmək  istərdik  ki,  bu  restoranının  200  illik  bir  tarixi  var  və  bu  faktor  havalandırma  sisteminin 

çəkilməsi  zamanı  nəzərə  alınmalı  faktorlardan  biridir,  havalandırma  kanallarının  çəkilişi  zamanı 

restoranın tarixi üslubu pozulmamalı idi. Layihə zamanı 4 ədəd 2000 m3/s gücündə, P=215 Pa təzyiqli, 

kanal tip ventilyatorlardan istifadə edilmişdir. 

Sistem 2012-ci ildə təhvil verilmişdir.

2

3 mərtəbəli, 82 otaqdan və 4 restorandan ibarət, ümumi sahəsi 3600m  olan Karvan Palace otelin 



isitmə,  soyutma  və  havalandırma  sisteminin  layihələndirilməsi  və  quraşdırılması  işləri  şirkətimiz 

tərəfindən  həyata  keçirilmişdir.  Otelin  soyutma  sistemi  360  kVt  gücündə  chiller-fancoil  sistemi  ilə, 

isitməsi isə qazanxana-fancoil sistemi vasitəsi ilə həyata keçirilir. Havalandırma-ventilyasiya sistemi 

kanal tip ventilyatorlar və geri kazanım cihazları istifadə olunaraq tətbiq olunub. 

Layihə uğurla təhvil verilib. 

Karvan Palace Otel

Qala Pub Restoran


2

2

Ballı restoranının325 m  sahəsi olan 250 nəfərlik zalının və digər 150m  istirahət mərkəzinin isitmə, 



soyutma, havalandırma, ventilyasiya sistemlərinin layihələndirilməsi və quraşdırılması işləri şirkətimiz 

tərəfindən həyata keçirilmişdir. İsitmə, soyutma sistemi, 4 ədəd (hər biri Qsoy=52 000 Btu, 2200 m3/s) 

salon  tip  kondisionerlər  tətbiq  edilərək  quraşdırılmışdır.  Havalandırma-ventilyasiya  sisteminin 

3

quraşdırılması zamanı hər birinin gücü 2000 m , P=185 Pa olan 6 ədəd kanal tip aspiratorlardan istifadə 



edilmişdir.  Layihə 2012-ci ildə təhvil verilmişdir.

2

Masallı şəhərində yerləşən 3 mərtəbəli, 45 otaqdan və 2 restorandan ibarət, ümumi sahəsi 1800m  olan 



Viləş  otelin  isitmə,  soyutma,  havalandırma  və  ventilyasiya  sistemlərinin  layihələndirilməsi  və 

quraşdırılması  işləri  şirkətimiz  tərəfindən  həyata  keçirilmişdir.  Əlavə  olaraq  Viləş  otelin  ərazisində 

yerləşən 500 nəfər personala xidmət edəcək mətbəxin ventilyasiya sistemi tərəfimizdən layihələndirilib, 

quraşdırılmışdır.  Layihə 2013-cü ildə təhvil verilmişdir.



Viləş Otel

Ballı Restoranı   

2

Razində 6 mərtəbəli, 4200m  ümumi sahəsi olan ticarət mərkəzinin isitmə, soyutma və havalandırma 

sistemlərinin layihələndirilməsi və quraşdırılması işləri şirkətimiz tərəfindən həyata keçirmişdir. Ticarət 

mərkəzinin isitmə və soyutmasını mərkəzləşdirilmiş kondisionerləşmə sistemi ilə (VRF), havalandırma 

və ventilyasiyasını isə  səssiz kanal tip ventilyatorlardan istifadə edərək, 2016-cı ildə təhvil vermişik.

Razində 6 Mərtəbəli Ticarət Mərkəzi


Şirkətimiz təhsil nazirliyinin podradçıları ilə sıx əməkdaşlıq etməkdədir. Beləliklə respublikada yenidən 

inşa edilən bir çox orta təhsil müəssisələrinin mexanik təsisat işlərini həyata keçirməkdədir. Bu layihələr 

arasında 3 saylı orta məktəbin adını çəkmək olar. Bu məktəbin yenidən qurulması zamanı məktəbin 

isitmə,  su  təçhizatı,  kanalizasiya  sisteminin  quraşdırılması,  yanğın  və  ventilyasiya  sistemlərinin 

layihələndirilməsi  və  quraşdırılması  işlərini  həyata  keçirmişdir.  İsitmə  sistemi  radiatorlar  vasitəsi  ilə 

həyata keçirilmişdir, bu məqsədlə məktəbin qazanxanası tərəfimizdən layihələndirilib, quraşdırılmışdır. 

Su təçhizatı, kanalizasiya sistemi mərkəzləşdirilmiş qaydada layihələndirilib və quraşdırılmışdır.  

Layihə 2015-ci ildə təhvil verilmişdir. 



Görədil Hökümət Evi Nasosxana

Görədil qəsəbəsində yerləşən, yeni qurulan nasosxana, “AZƏRSU” ASC-nin təqdim etdiyi hazır layihəyə 

əsasən  mühəndislərimiz  tərəfindən  yığılmışdır.  Layihəyə  əsasən  300-lük  giriş  və  çıxışı  olan  2  ədəd 

almaniya istehsalı olan KSB markalı hidroforları (Q=180 m3/s, H=134 mSS, 1450 d/dk, N=110 kVt) və 

onların quraşdırılması üçün lazım olan köməkçi materialları tətbiq olunmaqla nasosxana tərəfimizdən 

yığılıb təhvil verilmişdir. 

Layihə 2013-cü ildə təhvil verilmişdir.

3 Saylı Orta Məktəb


Şirkətimiz eyni zamanda 48 saylı orta məktəbin isitmə sistemi, su təçhizatı, kanalizasiya, yanğın və 

ventilyasiya sistemlərinin layihələndirilməsi və quraşdırılması işlərini həyata keçirmişdir. İsitmə sistemi 

radiatorlar  vasitəsi  ilə  həyata  keçirilmişdir,  bu  məqsədlə  məktəbin  qazanxanası  tərəfimizdən 

layihələndirilib,  quraşdırılmışdır.  Su  təçhizatı,  kanalizasiya,  yanğından  mühafizə  və  ventilyasiya 

sistemləri mərkəzləşdirilmiş qaydada layihələndirilib və quraşdırılmışdır.  

Layihə 2015-ci ildə təhvil verilmişdir. 

Şirkətimiz  9  saylı  orta  məktəbin  isitmə  sistemi,  su  təçhizatı,  kanalizasiya,  yanğın  və  ventilyasiya 

sistemlərinin layihələndirilməsi və quraşdırılması işlərini həyata keçirmişdir. İsitmə sistemi radiatorlar 

vasitəsi  ilə  həyata  keçirilmişdir,  bu  məqsədlə  məktəbin  qazanxanası  tərəfimizdən  layihələndirilib, 

quraşdırılmışdır.  Su  təçhizatı,  kanalizasiya,  yanğından  mühafizə  və  ventilyasiya  sistemləri 

mərkəzləşdirilmiş qaydada layihələndirilib və quraşdırılmışdır.  

Layihə 2015-ci ildə təhvil verilmişdir. 



48 Saylı Orta Məktəb

9 Saylı Orta Məktəb

2

Narimanov rayonunda yerləşən 5 mərtəbəli, ümumi sahəsi 3000m  olan, iş mərkəzinin tam mexanik 

təsisat işlərini şirkətimiz həyata keçirmişdir, belə ki, mərkəzin isitmə, soyutma və havalandırma işləri 

layihələndirilmişdir  və  layihəyə  uyğun  olaraq  quraşdırılmışdır.  Mərkəzi  isitmə,  soyutma  sistemi 

mərkəzləşdirilmiş kondisionerləşmə sistemi ilə (VRF), havalandırma və ventilyasiya sistemləri isə iş 

mərkəzi  hesabatlarına uyğun olaraq, səssiz  kanal ventilyatorlarından istifadə  edilərək,  işlənilmişdir. 

Layihə 2015-ci ildə təhvil verilmişdir.

Elmlər  akademiyası  yaxınlığında  5  mərtəbəli  restoranın  tam  mexanik  təsisatını  şirkətimiz  həyata 

keçirmişdir.  Restoranın  isitmə,  soyutma  və  havalandırma  sistemləri  layihələndirilmişdir  və  layihəyə 

əsasən quraşdırılmışdır. İsitmə, soyutma sistemi mərkəzləşdirilmiş kondisionerləşmə sistemi ilə (VRF), 

havalandırma  və  ventilyasiya  işləri  isə  səssiz  kanal  tip  ventilyatorlardan  istifadə  edilərək, 

quraşdırılmışdır.  Layihə 2014-cü ildə təhvil verilmişdir.



Elmlər Akademiyası Yaxınlığında Restoran

Nərimanov Rayonunda İş Mərkəzi

İstixanaların istismarında isitmə faktoru çox önəmlidir və bu səbəbdən düzgün hesablanmamış isitmə 

sistemi,  istixanaların  xərclərinin  artmasına  səbəb  olacaq,  bu  da  öz  növbəsində  məhsulun 

bahalaşmasına  gətirib  çıxaracaq.  Şirkətimiz  istixanalar  ilə  sıx  əməkdaşlıq  etməkdədir  və  istixana 

qazanxanalarının  düzgün  hesablanması,  isitmə  xəttlərinin  çəkilməsi  və  layihəyə  uyğun  olaraq 

quraşdırılması işlərini həyata keçirir. Aşağıda gördüyümüz işlərin bəzilərinin şəkillərini təqdim edirik.

Xırdalan  şəhərində  yerləşən  3  bloklu  yaşayış  kompleksinin  nasosxana,  binadaxili  su  təçhizatını, 

kanalizasiya sistemi, qaz verilişi xəttləri, ventilyasiya sistemi, sprinker sistemi və digər mexanik təsisat 

işlərinin layihələndirilmə və quraşdırılma işlərini şirkətimiz həyata keçirməkdədir. 



İstixanaların İsitmə Sistemi

Xırdalan Yaşayış Kompleksi

Cerves restoranı şəhərimizin ən gözəl istirahət məkanlarından biridir, şirkətimiz bu restoranın isitmə, 

soyutma və havalandırma işlərinin  layihələndirmə və quraşdırılma işlərini həyata keçirmişdir.

Layihə təhvil verilmişdir və restoran 2014-cü ildən fəaliyyət göstərir.

Şirkətimiz  fərdi  yaşayış  evlərinin  mexanik  təsisat  işlərini  də  həyata  keçirməkdədir.  Fərdi  yaşayış 

evlərinin isitmə, soyutma, havalandırma, ventilyasiya, isti pol, qazanxana, su təçhizatı, kanalizasiya 

sistemlərinin çəkilişi və s. Şirkətimiz fərdi evlərlə bağlı bir çox layihələr icra etmişdir. Onların bir çoxunun 

şəkillərini buraya yerləşdirə bilmirik. Bəzilərinin şəkillərini  Sizə təqdim edirik.

Cerves Restoran&Pub

Fərdi Yaşayış Evləri


Bakı ş., Əhməd Rəcəbli küç 62A,

Tel.:  (+994 12) 562 15 28

Mob.:(+994 50) 458 88 88

www.caspian-energy.net

ceo@caspian-energy.net

hvac@caspian-energy.net



Document Outline

  • Page 1
  • Page 2
  • Page 3
  • Page 4
  • Page 5
  • Page 6
  • Page 7
  • Page 8
  • Page 9
  • Page 10
  • Page 11
  • Page 12
  • Page 13
  • Page 14
  • Page 15
  • Page 16
  • Page 17
  • Page 18
  • Page 19
  • Page 20
  • Page 21
  • Page 22
  • Page 23
  • Page 24
  • Page 25
  • Page 26
  • Page 27
  • Page 28

Yüklə 4,84 Mb.

Dostları ilə paylaş:




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin