Hər bir yaşayış məntəqəsinin inkişafın -
da başlıca amil yol infrastrukturudur. Ona
görə Naxçıvanda magistral və kənd
yollarının yenidən qurulması diqqətdə
saxlanılır.
Avqustun 29-da Kiçikoba-Daylaqlı kənd
yolu istifadəyə verilmişdir.
Naxçıvan Muxtar Respublikası Ali
Məclisinin Sədri Vasif Talıbov açılışı bildirən
lenti kəsmiş, yolda aparılan yenidənqurma
işləri ilə maraqlanmışdır.
Məlumat verilmişdir ki, 4150 metr uzun-
luğunda kənd yolları genişləndirilərək asfalt
örtük salınmışdır. Yolun üzərində 49 su
keçidi, 1 selötürücü və beton kanal tikil-
mişdir. Yolun yenidən qurulması Kiçikoba
və Daylaqlı kəndləri arasında təhlükəsiz
və rahat hərəkətin təmin olunmasına imkan
verəcəkdir.
Kiçikoba-Daylaqlı kənd avtomobil yolu yenidən qurulmuşdur
Avqustun 29-da Kiçikoba Kənd Mərkəzinin açılışı olmuşdur.
Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov binanın açılışını
bildirən lenti kəsmişdir.
İkimərtəbəli binada kənddə fəaliyyət göstərən dövlət qurumları üçün iş otaqları ayrılmış,
lazımi şərait yaradılmışdır. Mərkəzdə 4 mindən çox ədəbiyyat fonduna malik kitabxana,
baytarlıq məntəqəsi, inzibati ərazi dairəsi üzrə nümayəndəlik, klub, iclas zalı və feldşer-
mama məntəqəsi yerləşir.
Ali Məclisin Sədri kənddə insanların yaşayışı və məşğuliyyəti ilə maraqlanmışdır. Bil-
dirilmişdir ki, Kiçikoba kəndində insanlar əkinçilik, maldarlıq və bağçılıqla məşğul olur,
sahələrdən bol məhsul götürülür. Yaradılan şərait məskunlaşmanı artırmışdır. Hazırda
kənddə 4 yeni mənzil tikilir.
Feldşer-mama məntəqəsi üçün 4 iş otağı ayrılmış, lazımi tibbi avadanlıqlar qoyulmuşdur.
Məntəqə ilə tanışlıq zamanı kənd sakinlərinin, xüsusilə hamilə qadınların və uşaqların
sağlamlıqlarının qorunması, onlara göstərilən tibbi xidmətin səviyyəsinin yüksəldilməsi
barədə tapşırıqlar verilmişdir.
Kiçikobada yeni kənd mərkəzi tikilmişdir
Həmin gün Kiçikoba kəndində yeni xid-
mət mərkəzinin də açılışı olmuşdur.
Naxçıvan Muxtar Respublikası Ali
Məclisinin Sədri Vasif Talıbov açılışı bildirən
lenti kəsmişdir.
Xidmət mərkəzində bərbərxana, ət satışı
yeri, ərzaq və sənaye malları mağazaları
fəaliyyət göstərir. Mərkəzdə 3 nəfər işlə
təmin olunmuşdur. Bildirilmişdir ki, ma-
ğazada yerli kənd təsərrüfatı və sənaye
məhsullarının satışına daha çox üstünlük
verilir, sakinlərin gündəlik tələbatı nəzərə
alınır.
Xidmət mərkəzi ilə tanışlıqdan sonra
kənd sakinləri ilə görüş olmuşdur.
Ali Məclisin Sədri kənddə aparılan qu-
ruculuq işlərinə görə sakinləri təbrik edərək
demişdir: Kiçikoba və Daylaqlı kəndləri
bir inzibati ərazi dairəsi üzrə nümayəndəliyi
əhatə edirlər. Ötən il Daylaqlı kəndində
quruculuq işləri aparılmışdır. Bu il isə Ki-
çikoba kəndində yeni sosial obyektlər ti-
kilmiş, kənd abadlaşdırılmışdır. Həmçinin
“Azərbaycan Respublikası regionlarının
2014-2018-ci illərdə sosial-iqtisadi inkişafı
Dövlət Proqramı”na uyğun olaraq hər iki
kəndə yeni içməli su xətləri çəkilmiş, mən-
zillər daimi və keyfiyyətli içməli su ilə
təmin olunmuşdur.
Ali Məclisin Sədri demişdir: Kiçikoba
kəndinin təbii şəraiti burada müxtəlif tə-
sərrüfat sahələrinin – maldarlığın, hey-
vandarlığın, bağçılığın və əkinçiliyin
inkişaf etdirilməsinə imkan verir. Rayon
mərkəzinə yaxın ərazidə yerləşməsi isə
istehsal olunan məhsulların rahat formada
bazara çıxarılmasına şərait yaradır. Kənddə
abad yol, müasir məktəb binası, inzibati
ərazi dairəsi üzrə nümayəndəlik, baytarlıq
və feldşer-mama məntəqəsi, içməli və su-
varma su təminatı vardır. Əhaliyə dayanıqlı
enerji və rabitə xidməti göstərilir. Təsər-
rüfatların inkişaf etdirilməsi üçün dövlə-
timiz tərəfindən kreditlər verilir. Bir sözlə,
Kiçikoba kəndində aparılan quruculuq
işləri və yaradılan şərait bir kəndin tim-
salında müasir Azərbaycan kəndinin in-
kişafını göstərir. Kənddə həyata keçirilən
tədbirlər imkan verəcəkdir ki, sakinlər
ölkə mizin inkişafına öz töhfələrini versinlər.
Bunun üçün təsərrüfatlar genişləndirilməli,
torpaqlar əkilməli, bol məhsul istehsal
olunmalı, məskunlaşma artmalı, uşaqlar
yaxşı təhsil almalı, tikilənlər, qurulanlar
qorunub saxlanılmalı, kəndin abadlığı daha
da artırılmalıdır.
Ali Məclisin Sədri kəndin zəhmətkeş in-
sanlarının göstərilən dövlət qayğısından sə-
mərəli istifadə edəcəklərinə əminliyini bil-
dirmiş, sakinlərə firavan həyat arzulamışdır.
Kənd sakini İsmayıl İsmayılov minnətdar -
lıq edərək demişdir: Kiçikoba kəndində
geniş quruculuq işləri aparılıb. Yol, kənd və
xidmət mərkəzləri istifadəyə verilib. Əhalinin
içməli, təsərrüfatların isə suvarma suyuna
olan tələbatı tam ödənilib. Dayanıqlı elektrik
enerjisindən, təbii qazdan və rabitə xidmə-
tindən istifadə edirik. Bu abadlıq insanların
rahat yaşamasına, təsərrüfatla məşğul ol-
masına geniş imkanlar açır. Sakinlər kənddə
görülən quruculuq işlərini, yaradılan şəraiti
ölkəmizdə insan amilinə verilən qiymət kimi
dəyərləndirirlər. Çalışacağıq ki, kəndimizin
abadlığını qoruyub saxlayaq, ölkəmizin in-
kişafına öz töhfəmizi verək.
* * *
Kiçikoba kəndində quruculuq işləri apa-
rılarkən rabitə, elektrik və qaz xətləri də
yenilənmişdir. Kənddə 400 metr müxtəlif
tutumlu rabitə xətti, 800 metr elektrik xətti,
510 metrlik qaz xətti çəkilmiş, rabitə və
elektrik dirəkləri dəyişdirilmişdir.
Naxçıvan Muxtar Respublikası
Ali Məclisinin mətbuat xidməti
Kənddə yeni xidmət mərkəzi istifadəyə verilmişdir
Bu gün ölkəmizin iqtisadi gücü onun hər
bir yaşayış məntəqəsinin inkişafı ilə ölçülür.
Şəhər və kəndlərdə yaradılan infrastruktur,
tikilən sosial obyektlər insanların rahat yaşa-
yışının təmin olunmasına xidmət edir. Hər il
muxtar respublikanın kəndlərində geniş tikinti
quruculuq işləri aparılır. İnsana qayğını özündə
təcəssüm etdirən bu yeniləşmə Naxçıvan
kənd lərini abadlığa, müasirliyə qovuşdur-
muşdur. Həyata keçirilən tədbirlər çərçivəsində
Şahbuz rayonunun Kiçikoba kəndində də
yeni sosial obyektlər istifadəyə verilmişdir.
Şahbuz rayonunun Kiçikoba kəndində
quruculuq işləri aparılmışdır
Øß Ã
Ð
Doğma, canım-varlığım qədər
sevdiyim Azərbaycanım
mənim qibləgahımdır
Təsisçi: Naxçıvan Muxtar Respublikası Ali Məclisi və Nazirlər Kabineti
Gündəlik ictimai-siyasi qəzet
qapısı
Qəzet 1921-ci
ildən çıxır
Sayı: 161 (21.571)
30 avqust 2016-cı il, çərşənbə axşamı
www.serqqapisi.az
Qiyməti 20 qəpik
2
Hər il avqust ayının 30-u Türkiyə Respublikasının
Zəfər Bayramı və Türkiyə Silahlı Qüvvələri Günü
kimi qeyd olunur.
XX əsrin əvvəllərində baş verən siyasi proseslərin
nəticəsi olaraq Osmanlı dövləti də Birinci Dünya mühari-
bəsinə cəlb edilmiş, bu müharibədə müttəfiqi Almaniya
ilə birlikdə Antanta dövlətlərinə məğlub olmuşdu. Müha-
ribədən sonra qalib dövlətlərlə Türkiyə arasında bağlanan
Mudros müqaviləsi faktiki olaraq bu dövləti parçalamağa
və tarixin səhnəsindən silməyə xidmət edirdi. Həmin mü-
qavilənin 7-ci maddəsi Antanta dövlətlərinə onların təh-
lükəsizliyinə təhdid yaranacağı halda istədikləri bölgəni
işğal etmək hüququ verirdi. Müttəfiqlər bu maddəni əsas
götürərək Türkiyə torpaqlarını işğal etməyə başladılar.
Müqavilədə Şərqi Anadoludakı 6 vilayətin onlara vəd
olunmasını əsas tutan və işğalçı himayədarlarına arxalanan
ermənilər hərəkətə keçərək yerli türk əhalisinə qarşı qanlı
qırğınlar törətməyə başladılar. Bundan başqa, yunanlar
da Egey dənizi ətrafındakı bölgələri zəbt etmək üçün iş-
ğalçılıq hərəkatını genişləndirdilər və 1919-cu ilin 15
mayında İzmiri ələ keçirdilər. Artıq 1919-cu ilin sonlarına
qədər Türkiyənin, demək olar ki, bütün ərazisi işğala
məruz qalmışdı. 1920-ci ildə imzalanmış Sevr müqaviləsi
isə Türkiyənin bir dövlət kimi mövcudluğunu faktiki
olaraq sual altına alırdı.
1919-cu ildə türk xalqı öz dövlətçiliyini qoruyub sax-
lamaq və vətəni işğaldan azad etmək uğrunda mübarizəyə
qalxdı. 1920-ci il aprelin 23-də Anadoluda Türkiyə Böyük
Millət Məclisi təsis edilərək xalqın iradəsinə əsaslanan,
xalqı təmsil edən hökumət quruldu. Bunun nəticəsi olaraq
bütün cəbhələrdə düşmənlərə qarşı uğurlu hərbi əməliy-
yatlara başlanıldı. İlk qələbə sədası Şərq cəbhəsindən
gəldi. Burada erməni quldur dəstələri üzərində qazanılan
qələbə zəfər yürüşünün başlanğıcı oldu. 1921-ci ilin
avqust-sentyabr aylarında Sakarya müharibəsində yunan
qoşunlarının məğlub olmasıyla türk ordusu müdafiə möv-
qeyindən hücum mövqeyinə keçdi. Görkəmli dövlət
xadimi, istedadlı hərbçi Mustafa Kamal Atatürkün rəhbərliyi
altında qurtuluş savaşı aparan türk ordusu düşmənə
sarsıdıcı zərbə vuraraq 1922-ci il avqustun 30-da böyük
zəfər qazandı. Həmin gün Türkiyə tarixinə Zəfər bayramı
kimi daxil oldu. Bu zəfər türk xalqının 1919-cu ildə
başladığı istiqlal mücadiləsinin hərb zirvəsi, minlərlə
şəhid qanı ilə suvarılan Vətən torpağının düşmən tapda-
ğından xilası idi. Qurtuluş savaşında Azərbaycan xalqı da
qardaş Türkiyə xalqına dəstək oldu, onunla birgə döyüşlərdə
iştirak edərək şəhidlər verdi.
Mustafa Kamal Atatürkün qurduğu Türkiyə Respublikası
bu gün bölgənin ən qüdrətli dövlətlərindəndir. Türkiyə
beynəlxalq və regional münasibətlərdə söz sahibinə çevrilmiş,
müxtəlif siyasi və iqtisadi layihələrin reallaşmasına öz töh-
fəsini vermişdir. Böyük Atatürkün yolu ilə gedən Türkiyə
dövləti beynəlxalq aləmdə Şərq və Qərb sivilizasiyalarının
qovuşduğu nümunəvi və tolerant ölkə kimi tanınmaqdadır.
Böyük tarixi kökə malik olan Azərbaycan-Türkiyə
əlaqələri hər il daha da möhkəmlənir. Bu əlaqələrin
əsasında möhkəm dostluq, qardaşlıq və etibarlı strateji
tərəfdaşlıq münasibətləri dayanır. Sovetlər Birliyinin da-
ğılmasından sonra müstəqilliyini elan edən Azərbaycan
Respublikasını tanıyan ilk ölkə Türkiyə Respublikası ol-
muşdur. Azərbaycan-Türkiyə əlaqələrinin güclənməsi və
hərtərəfli inkişafı ulu öndərimiz Heydər Əliyevin adı ilə
bağlıdır. Ümummilli liderimizin ikinci dəfə Azərbaycanda
ali hakimiyyətə qayıdışından sonra bu əlaqələr daha da
dinamik xarakter almış, münasibətlər bütün sahələri əhatə
etmişdir.
Bu gün ölkələrimiz regionda və beynəlxalq aləmdə
baş verən bütün hadisə və proseslərə münasibətdə eyni
mövqedən çıxış edirlər. Azərbaycanla Türkiyənin birgə
həyata keçirdiyi iqtisadi layihələr hər iki dövlətin dünyada
nüfuzunu getdikcə artırmaqdadır. Bakı-Tbilisi-Ceyhan,
Bakı-Tbilisi-Ərzurum neft və qaz kəmərləri, Bakı-Tbili-
si-Qars dəmir yolu xətti, TANAP və digər böyük layihələr
Azərbaycan və Türkiyənin dünyada söz sahibi olmasına
imkan yaradıb.
Azərbaycan və Türkiyə beynəlxalq və regional təşkilat-
larda, o cümlədən Avropa Şurasında, İslam Konfransı Təş-
kilatında həmrəylik nümayiş etdirirlər. Ölkələrimiz arasında
sosial-iqtisadi və mədəni sahələrdəki münasibətlər ən
yüksək səviyyədədir. Türk iş adamlarının Azərbaycan iqti-
sadiyyatına, Azərbaycan iş adamlarının isə Türkiyə iqtisa-
diyyatına qoyduqları sərmayənin həcmi ildən-ilə artmaqdadır.
Qardaş Türkiyə ölkəmizin Ermənistan-Azərbaycan, Dağlıq
Qarabağ münaqişəsindəki ədalətli mövqeyini müdafiə edir,
Azərbaycan da, öz növbəsində, Türkiyənin üzləşdiyi prob-
lemlərin həllində dəstəyini əsirgəmir.
Azərbaycan-Türkiyə münasibətlərinin inkişafında Nax-
çıvan Muxtar Respublikasının yeri və rolu danılmazdır.
Naxçıvanla Türkiyə Respublikası arasındakı əlaqələrin
əsası ümummilli lider Heydər Əliyevin Naxçıvan Muxtar
Respublikası Ali Məclisinin Sədri işlədiyi dövrdə qoyul-
muşdur. Ulu öndərin Ali Məclisin Sədri kimi 1992-ci il
martın 24-də Türkiyəyə ilk rəsmi səfəri zamanı “Azərbaycana
bağlı Naxçıvan Muxtar Respublikası və Türkiyə Respublikası
arasında əməkdaşlıq protokolu” imzalanmışdır. Bu səfərin
nəticələri muxtar respublika üçün uğurlu olmuş, Türkiyə
hökuməti Ermənistanın Naxçıvana təcavüzünə qarşı çıxaraq
beynəlxalq Qars müqaviləsinə əsasən Türkiyə Respublikasının
Naxçıvanın muxtariyyətinin qarantı olması barədə bəyanat
vermişdir. Bundan başqa, 1992-ci ilin 28 mayında Sədə-
rək-Dilucu körpüsü istifadəyə verilmişdir.
Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri
Vasif Talıbovun 2010-cu ilin 26-29 aprel tarixlərində
Türkiyə Respublikasına rəsmi səfəri Azərbaycanın Naxçıvan
Muxtar Respublikası ilə Türkiyə Respublikası arasındakı
münasibətlərin inkişafı baxımından xüsusi əhəmiyyətə
malik olmuşdur. Səfər çərçivəsində Ali Məclisin Sədri
Türkiyə Respublikasının Prezidenti, Baş naziri, xarici
işlər naziri və Türk Silahlı Qüvvələrinin Baş Qərargah
rəisi ilə görüşlər keçirmişdir.
Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri
Vasif Talıbov Azərbaycanla Türkiyənin əlaqələrinin sarsılmaz
olduğunu bildirərək demişdir: “İndi dünya birliyində Tür-
kiyə-Azərbaycan əlaqələrini bir-birindən ayırmaq qeyri-
mümkündür. Artıq beynəlxalq təşkilatlarda da bilirlər ki,
Türkiyənin mənafeyi olan məsələdə Azərbaycanın, Azər-
baycanın mənafeyi olan məsələdə isə Türkiyənin səsi
vardır. Türkiyə ilə Azərbaycan dünyada yeganə ölkələrdirlər
ki, onları iqtisadi və siyasi maraqlardan daha çox soykök,
milli və ortaq dəyərlər birləşdirir”.
Türkiyə Cümhuriyyəti Mustafa Kamal Atatürkün “Türk
qapısı” adlandırdığı Naxçıvana daim diqqətlə yanaşıb.
2008-ci ildə Türkiyə Baş nazirinin Naxçıvana səfər etməsi,
2009-cu ildə Türkiyə Prezidentinin Türkdilli Ölkələrin
Dövlət Başçılarının IX Zirvə Toplantısında iştirak üçün
Naxçıvana gəlməsi, 2012-ci ildə Türkiyə Respublikası
xarici işlər nazirinin Naxçıvanda keçirilən Azərbaycan,
Türkiyə və İranın xarici işlər nazirlərinin üçtərəfli görüşündə
iştirak etməsi qardaş ölkənin Azərbaycanın bu qədim
diyarına verdiyi önəmin əyani ifadəsidir.
Azərbaycanın Naxçıvan Muxtar Respublikası ilə Türkiyə
arasındakı əlaqələr bir çox istiqamətlər üzrə uğurla inkişaf
etdirilir. Xüsusilə, iqtisadi-ticarət, təhsil, səhiyyə, mədəniyyət
və digər sahələrdə əlaqələrin inkişafı məmnunluq doğurur.
Bu əlaqələrin tərkib hissəsi kimi ordu quruculuğu sahəsindəki
əməkdaşlıq da ilbəil genişləndirilir. Belə ki, 2014-cü ildə
Türkiyə Cümhuriyyətinin milli müdafiə naziri Azərbaycan,
Türkiyə və Gürcüstan müdafiə nazirlərinin üçtərəfli görüşündə
iştirak etmək üçün Naxçıvan Muxtar Respublikasına səfərə
gəlmişdir. Həmçinin ötən il mayın 12-15-də Azərbaycan-
Türkiyə silahlı qüvvələrinin birgə taktiki təlimlərinin bir
mərhələsinin Naxçıvanda keçirilməsi də bu sahədə həyata
keçirilən tədbirlərin davamıdır.
Azərbaycan və Türkiyə arasındakı münasibətlər öz
kökünü xalqlarımızın qədim tarixindən götürür. Odur ki,
əlaqələrimiz getdikcə inkişaf edir.
Naxçıvan Muxtar Respublikası
Ali Məclisinin mətbuat xidməti
Türk Cümhuriyyətinin
Zəfər günü
Nazir qeyd edib ki, 2016-2017-ci
ilin payız-qış mövsümünə hazırlıqla
bağlı nazirlik tərəfindən müvafiq
tədbirlər həyata keçirilərək struktur
qurumların inzibati binalarında,
yataqxana və yeməkxanalarında,
texniki qarajlarda, ehtiyat anbar-
larında və hamam-camaşırxanalarda
cari təmir işləri aparılıb, su-kana-
lizasiya xətlərində olan nasazlıqlar
aradan qaldırılıb.
Mülki Müdafiə Alayında 3 aylıq
ərzaq, əşya, yanacaq və köpük
əmələgətirən maye ehtiyatları ya-
radılıb, 4 ədəd yanğınsöndürmə və
5 ədəd xüsusi təyinatlı avtomobillər
təmir edilib. Hərbi hissənin yar-
dımçı təsərrüfatından müxtəlif çe-
şidli meyvə və tərəvəz məhsulları
tədarük edilərək əsgər normalarına
uyğun şəxsi heyətin menyusuna
əlavə edilib.
Muxtar respublikada istismarda
olan 707 ədəd qazanxananın yanğın
təhlükəsizliyinin vəziyyəti yoxla-
nılıb, bütün qazanxanalar qaz iyini
aşkarlayan cihazlarla təchiz edilib.
Ocaqçılar attestasiyadan keçirilib
və ocaqçı sertifikatı olmayan 317
nəfər müvafiq peşə kurslarına cəlb
edilib.
Muxtar respublika ərazisində
yerləşən hərbi hissələrin qazanxa-
naları yoxlanılıb, qazla bağlı ortaya
çıxa biləcək xoşagəlməz hadisələrin
qarşısını almaq üçün hərbi qulluq-
çuların ailə üzvləri ilə maariflən-
dirici tədbirlər keçirilib.
Təbii qazla və dəm qazı ilə zə-
hərlənmələri aşkar etmək və na-
sazlıqları vaxtında aradan qaldırmaq
məqsədilə Kanada istehsalı olan
11 ədəd dəm qazını aşkarlayan
cihaz gətirilərək struktur qurumlara
paylanıb.
Bildirilib ki, muxtar respublikada
yanğın təhlükəsizliyinin etibarlı tə-
min edilməsi üçün gündəlik olaraq
75-80 nəfər əməkdaş cəlb olunmaqla
yanğına qarşı reydlər keçirilib, əhali
arasında maarifləndirmə işləri apa-
rılıb. Reydlər zamanı 154 ədəd yan-
ğın cəhətdən qorxulu olan elektrik
xətti, 216 ədəd rezin borularla çə-
kilmiş qaz xətti və qeyri-standart
qaz pilətələri, 78 ədəd nasaz suqız-
dırıcı istismardan çıxarılıb, 23 ot-
saman tayasının yeri dəyişdirilib.
Təhsil Nazirliyi ilə birgə istilik
sistemi olmayan 36 ümumtəhsil
məktəbində müvafiq izahat işləri
aparılıb.
Standarta uyğun olmayan qız-
dırıcı elektrik və qaz cihazlarının,
sənaye üsulu ilə hazırlanmayan di-
gər texniki avadanlıqların istisma-
rına yol verməmək məqsədilə 51
ticarət obyektinin rəhbərləri mə-
lumatlandırılıb, aidiyyəti dövlət or-
qanlarının iştirakı ilə 77 ədəd kustar
üsulla hazırlanmış qaz pilətəsi və
başlığının satışı dayandırılıb.
Əhalinin yanğına qarşı maarif-
ləndirilməsi üçün kütləvi informa-
siya vasitələrindən geniş istifadə
edilib, 150 min nəfər yanğına qarşı
təlimatlandırılıb.
Qeyd olunub ki, muxtar res-
publikanın yanğın-partlayış təhlü-
kəli obyektlərində yaradılmış yanğın
komandalarının peşə hazırlığı nə-
zarətdə saxlanılıb, “Gəmiqaya Hol-
dinq” Şirkətlər İttifaqının, “Dizayn
Holdinq” Şirkətlər İttifaqının mebel
fabriklərinə və Şahbuz Dövlət Tə-
biət Qoruğuna verilmiş yanğın av-
tomobilləri təmir edilib.
Əhalinin 2 qrup fərdi mühafizə
vasitələri ilə təmin edilməsi məq-
sədilə Ordubad və Culfa rayonla-
rında 2 yaşayış binasının zirzəmisi
əsaslı şəkildə təmir edilərək həmin
zirzəmilərə rayonların əhalisinin
sayı qədər əleyhqazlar yığılıb.
Mülki müdafiə təyinatlı 74 ədəd
zirzəmidə dezinfeksiya işləri apa-
rılıb, qeyri-qanuni tikilmiş sax-
lanclar və arakəsmələr sökülərək
otaqlar məişət tullantılarından tə-
mizlənib, köhnə su xətləri, nasoslar
və dəmir su çənləri kəsilərək çıxa-
rılıb, izolyasiyası pozulmuş elektrik
naqilləri bərpa olunaraq binaların
yanğın təhlükəsizliyi təmin edilib.
Sonra fövqəladə hallar nazirinin
müavini, daxili xidmət polkovnik-
leytenantı Nurlan Həsənov, nazir-
liyin Fövqəladə halların xəbərdar
edilməsi şöbəsinin rəisi, polkovnik
Baba Babayev, Mülki Müdafiə Ala-
yının komandiri, polkovnik İspən-
diyar Əhmədov, Şərur Rayon Döv-
lət Yanğın Təhlükəsizliyi Şöbəsinin
rəisi, daxili xidmət polkovnik-ley-
tenantı Şakir Ağalarov və başqaları
payız-qış mövsümünə hazırlıqla
bağlı ətraflı məlumat veriblər.
Naxçıvan Muxtar Respublikası
Fövqəladə Hallar Nazirliyinin
mətbuat xidməti
Naxçıvan Muxtar Respublikası Fövqəladə Hallar Nazirliyində
payız-qış mövsümünə hazırlıq və qarşıda duran vəzifələrlə
bağlı müşavirə keçirilib
Müşavirəni giriş sözü ilə açan fövqəladə hallar naziri, general-
leytenant Şamı Abdullayev bildirib ki, avqustun 26-da Naxçıvan Muxtar
Respublikası Ali Məclisində 2016-2017-ci ilin payız-qış mövsümünə
hazırlıq və qarşıda duran vəzifələrlə bağlı keçirilən müşavirədə
Fövqəladə Hallar Nazirliyinə də bir sıra tapşırıqlar verilib. Bu tapşırıqlar,
əsasən, qazanxanalarda işləyən mövsümi işçilərin təlimatlandırılma-
sından, elektrik enerjisi, təbii qazdan və neftdən istifadə ilə bağlı əhali
arasında və təhsil müəssisələrində maarifləndirmə işini davam etdir-
məkdən, standarta uyğun olmayan qızdırıcı elektrik və qaz cihazlarının,
sənaye üsulu ilə hazırlanmayan digər texniki avadanlıqların istismarına
yol verməməkdən ibarətdir.
3
Sərgi Mədəniyyət və Turizm Na-
zirliyi və Azərbaycan Rəssamlar
İttifaqının birgə təşkilatçılığı ilə
keçirilib.
Tədbirdə Rəssamlar İttifaqının
sədri, Xalq rəssamı Fərhad Xəlilov
deyib ki, bu gün qeyri-adi bir sər-
ginin açılışına toplaşmışıq. İnsanın
daxilində, qəlbində bu sənətə mə-
həbbət varsa, gec-tez o özünü büruzə
verəcək. Leyla Əzimbəyova da
tama milə fərqli bir peşənin sahibi
olsa da, yaratmaq eşqi onu rahat
buraxmayıb. Bu səbəbdən də o,
könlünü fırçaya verib və qəlbindən
keçənləri müxtəlif rənglərin işığında
əks etdirməyə çalışıb. Demək olar
ki, bu, onda yaxşı alınıb. Gəncliyinə
baxmayaraq, onun müxtəlif möv-
zularda çəkdiyi rəngkarlıq işlərində
yüksək bədii keyfiyyətləri görmək
mümkündür. Bu da onun gələcəkdə
daha ciddi tablolar yaradacağına
əsas verir. İnanıram ki, onun ciddi
uğurları hələ qarşıdadır.
Azərbaycan Milli Elmlər Akade-
miyasının vitse-prezidenti, akade mik
İsa Həbibbəyli ixtisasca həkim olan
Leyla Əzimbəyovanın təbii istedadı
sayəsində professional əsər-
lər yaratdığını
söyləyib.
Bildi-
r i b
k i ,
r ə s -
sam pey-
zaj, natürmort,
portret, mənzərə və digər
ənənəvi janrların, demək olar ki,
hamısında fırçasını sınayıb. Rəssa-
mın əsərlərində ciddilik və sərtlik
özünü göstərir. Rəsmlərində tama-
milə fərqli bir yanaşma özünü gös-
tərir. O, nizamlı, ölçülü, tarazlı dü-
şüncələrin, rənglərin harmoniyasında
gözəllik axtarır. Bu, rəssamın ba-
xışıdır və rəsmlərində bu aydın hiss
olunur.
Azərbaycan Dövlət Rəssamlıq
Akademiyasının rektoru, Xalq rəs-
samı Ömər Eldarov Leyla Əzim-
bəyovanın rəhbərlik etdiyi akade-
miyaya qəbul olunduğunu söyləyib
və bildirib ki, bu, onun ikinci ali
təhsilidir. Leyla Əzimbəyova bu
sənəti daha kamil mənimsəmək,
peşəkar fırça ustası olmaq, Azər-
baycan sənət tarixini dərindən öy-
rənmək üçün bu yola çıxıb. İnanıram
ki, yaxın zamanlarda onun təhsil
aldığı Rəssamlıq Akademiyasında
da sərgisi açılacaq.
Əməkdar incəsənət xadimi Zi-
yadxan Əliyev deyib: “Gənc rəssam
Leyla Əzimbəyovanın gözəllik du-
yumunu və dünyaya yaradıcı baxışını
özündə əks etdirən rəng-
karlıq işlərində
bizi əhatə
e d ə n
ger-
çəkliyə
özünəməx-
sus münasibətin tə-
zahürlərini müşahidə etmək müm-
kündür. Bu özünəməxsusluğun ma-
yasında onun gördüklərindən hey-
rətlənmək gücü durduğundan, öz-
özlüyündə fərdi və fərqli olan bu
baxışın bədii görkəm almış görün-
tüləri başqaları üçün də maraqlı gö-
rünməkdədir. Leyla xanımın çəkdiyi
süjetli tablo və portretlər gənc müəl-
lifin yaradıcılıq axtarışlarının gös-
təricisi sayıla bilər”.
Naxçıvan Muxtar Respublikası
Rəssamlar Birliyinin sədri, Əməkdar
rəssam Ülviyyə Həmzəyeva ölkə-
mizdə dövlət səviyyəsində yaradıcı
insanlara göstərilən diqqət və qay-
ğıdan, bu sahədə görülən işlərdən
söz açıb.
Leyla Əzimbəyovanın yaradıcı-
lığından danışan Ülviyyə Həmzə-
yeva bildirib ki, onun əsərləri sərbəst
düşüncə, realizm və müasirliklə ya-
naşı, yurdumuza məxsus qədim rəs-
samlıq adət-ənənələrini özündə ya-
şadır. Rəssam əsərlərində klassik
real rəssamlıqla müasir rəssamlıq
ənənələrinin sintezini məharətlə bir-
ləşdirməyi bacarıb. Onun yaradıcı-
lığında mövzu müxtəlifliyi rəssamın
daim axtarışda olduğunu göstərir.
Çıxış edənlər rəssamı təbrik edə-
rək uğurlar arzulayıblar.
Sonra iştirakçılar sərgi ilə ya-
xından tanış olublar.
Sərgidə nümayiş olunan 33 sənət
əsəri gözəllik duyğusu, işıqlı rəng -
lərin çoxluğu, həyatsevərlik və xe-
yirxahlıq kimi mövzuları əhatə edir.
Həmçinin əsərlərdə müxtəlif fəlsəfi
yanaşma və emosional hisslərin
rəng lərlə ifadəsi də öz əksini tapıb.
Sərgi bir həftə davam edəcək.
AZƏRTAC
Bakıda gənc rəssam Leyla Əzimbəyovanın fərdi sərgisi açılıb
Avqustun 26-da Azərbaycan Rəssamlar İttifaqının Vəcihə Səmədova
adına sərgi salonunda gənc rəssam Leyla Əzimbəyovanın “Başlanğıc”
adlı fərdi rəsm sərgisi açılıb.
Avqustun 27-də Naxçıvan Muxtar
Respublikası Ali Məclisi Aparatının,
Naxçıvan Muxtar Respublikası Ali
Məclisinin Sədri yanında Gənclər
Fondunun və Naxçıvan Muxtar Res-
publikası Ali Məclisinin Naxçıvan-
şünaslıq Mərkəzinin kollektivləri Cəm-
şid Naxçıvanskinin ev-muzeyində
olublar.
Məlumat verilib ki, Cəmşid xan
Naxçıvanski Azərbaycanın hərb tari-
xinin görkəmli simalarından biridir.
Cəmşid Naxçıvanskinin adı hərb ta-
riximizin səhifələrinə qızıl hərflərlə
yazılıb. Onun keçdiyi ömür yolu bu-
günkü və gələcək nəsillərə örnəkdir.
Vurğulanıb ki, general Cəmşid xan
Naxçıvanskinin anadan olmasının 85
illiyi ilə əlaqədar Naxçıvan şəhərində,
vaxtilə yaşadığı evdə muzey yaradılıb.
Muzeydə Cəmşid Naxçıvanskinin hə-
yat və fəaliyyətini əksetdirən foto -
şəkillər, orden və medallar, müxtəlif
sənədlər, kitablar, məktub və əlyaz-
malar, şəxsi və ev əşyalarından ibarət
6 minə yaxın eksponat qorunub sax-
lanılır. Bu eksponatlardan 1000-ə ya-
xını ekspozisiya zalında nümayiş et-
dirilir. Onlar içərisində Cəmşid Nax-
çıvanskinin ilk hərbi təhsil illərinə
aid fotoşəkillər, Birinci Dünya mü-
haribəsinə aid sənədlər, 1918-1920-ci
illərdə milli orduda hərbi xidmətinə,
1921-1931-ci illərdə Azərbaycan ilk
milli atıcı diviziyasına komandirliyi
dövrünə aid fotoşəkillər, eləcə də
1931-1933-cü illərdə Frunze adına
Hərbi Akademiyada təhsil aldığı və
1933-cü ildən hərbi pedaqoji fəaliyyətə
başladığı illərə dair qiymətli sənədlər
var.
Qeyd olunub ki, Azərbaycan Res-
publikası Prezidentinin “Cəmşid Nax-
çıvanskinin 120 illik yubileyinin ke-
çirilməsi haqqında” 2015-ci il 2 aprel
tarixli və “Cəmşid Naxçıvanskinin
120 illik yubileyinin Naxçıvan Muxtar
Respublikasında keçirilməsi ilə əla-
qədar Tədbirlər Planı”nın təsdiq edil-
məsi haqqında” Naxçıvan Muxtar
Respublikası Ali Məclisi Sədrinin 9
aprel 2015-ci il tarixli sərəncamları
bu görkəmli şəxsiyyətin, hərb xadi-
minin həyat və fəaliyyətinin öyrənil-
məsində əhəmiyyətli rol oynayıb.
Həmin gün Naxçıvan Muxtar Res-
publikası Nazirlər Kabinetinin və Ali
Məhkəmənin, Naxçıvan Şəhər Məh-
kəməsi və ixtisaslaşdırılmış məhkə-
mələrin kollektivləri də Cəmşid Nax-
çıvanskinin ev-muzeyində olublar.
Naxçıvan Muxtar Respublikası
Prokurorluğu, Daxili İşlər Nazirliyi
və Dövlət Təhlükəsizliyi Xidmətinin
kollektivləri “Naxçıvanqala” Tarix-
Memarlıq Muzey Kompleksini, Əd-
liyyə, Fövqəladə Hallar nazirliklərinin
və Dövlət Gömrük Komitəsinin əmək-
daşları Naxçıvan Dövlət Xalça Mu-
zeyini, İqtisadiyyat, Nəqliyyat, Əmək
və Əhalinin Sosial Müdafiəsi nazir-
liklərinin kollektivləri “Xan Sarayı”
Dövlət Tarix-Memarlıq, Möminə Xatın
və Açıq Səma Altında Muzey Kom-
pleksini, Kənd Təsərrüfatı, Rabitə və
Yeni Texnologiyalar və Səhiyyə na-
zirliklərinin əməkdaşları Ədəbiyyat
Muzeyini ziyarət ediblər.
Naxçıvan Muxtar Respublikası
Təhsil, Mədəniyyət və Turizm, Gənc -
lər və İdman nazirliklərinin kollek-
tivləri Naxçıvan Dövlət Tarix Muze-
yində, Ekologiya və Təbii Sərvətlər
Nazirliyinin, Naxçıvan Muxtar Res-
publikası Ali Məclisinin Sədri yanında
Dövlət Qulluğu Məsələləri üzrə Ko-
missiyanın, Dövlət Şəhərsalma və
Arxitektura Komitəsinin əməkdaşları
“Əlincəqala” Tarix-Mədəniyyət Mu-
zey Kompleksində, Dövlət Statistika,
Meliorasiya və Su Təsərrüfatı, Tele -
viziya və Radio Verilişləri komitələ-
rinin, Televiziya və Radio Şurasının
və “Şərq qapısı” qəzeti redaksiyasının
kollektivləri Heydər Əliyev Muze-
yində, Mərkəzi Seçki Komissiyasının,
Dövlət Sosial Müdafiə Fondunun,
Azərbaycan Respublikası Mərkəzi
Bankının Naxçıvan Muxtar Respub-
likası İdarəsinin, “Kapital Bank” Açıq
Səhmdar Cəmiyyətinin Naxçıvan
Muxtar Respublika Baş İdarəsinin
və “Naxçıvanbank” Açıq Səhmdar
Cəmiyyətinin kollektivləri Xatirə Mu-
zeyində, Dövlət Miqrasiya Xidməti-
nin, Səfərbərlik və Hərbi Xidmətə
Çağırış üzrə Dövlət Xidmətinin, Döv-
lət Baytarlıq Xidmətinin kollektivləri
Hüseyn Cavidin ev-muzeyi və Xatirə
Kompleksində, Azərbaycan Respub-
likası Xarici İşlər Nazirliyinin Nax-
çıvan Muxtar Respublikasındakı İda-
rəsinin, Dövlət Arxiv İdarəsinin, Dini
Qurumlarla İş üzrə İdarənin kollek-
tivləri Bəhruz Kəngərli Muzeyində
olublar.
-
Səbuhi HƏSƏNOV
Muzey ziyarətləri davam etdirilir
Naxçıvan Muxtar Respublikası Səhiyyə Nazirliyinin təşki-
latçılığı ilə Bakı şəhərində fəaliyyət göstərən yüksəkixtisaslı
həkim briqadalarının dəvət olunaraq muxtar respublikamıza
gətirilməsi və aztəminatlı ailələrdən olan xəstələrin başqa
ünvanlara üz tutmadan müayinəsinin və cərrahiyyə əməliyyat -
larının təşkili davam etdirilir.
Naxçıvan Muxtar Respublika Xəstəxanasında qurulmuş müasir
tibbi avadanlıq və cihazlar, yaradılmış şərait burada müxtəlif
müayinə və müalicə metodlarının tətbiqinə imkan verir.
Yaranmış ənənə cari ildə də davam etdirilir. Türkiyə Respub-
likası Hacəttəpə və Ankara Tibb universitetləri Endokrinologiya
və metabolizma kafedrasında, həmçinin ABŞ-ın Corcia ştatındakı
Emori Universitetində təhsil almış, Türkiyə, ABŞ və Avropa
Endokrinoloji Cəmiyyətinin üzvü, hazırda Bakı şəhərində
fəaliyyət göstərən Rövşən Həsənov avqustun 26-27-də Naxçıvan
Muxtar Respublika Xəstəxanasında olub. Endokrinologiya və
metabolizma xəstəlikləri üzrə mütəxəssis xəstələri tibbi müayi-
nələrdən keçirib.
Bu münasibətlə keçirilən tədbirdə xəstəxananın Endokrino-
logiya şöbəsinin müdiri Aysel Dünyamalıyeva bildirib ki,
səhiyyə sisteminin inkişafına dövlət qayğısının artırılması, bu
sahənin maddi-texniki bazasının, kadr potensialının gücləndi-
rilməsi, infra strukturun yenidən qurulması digər sahələr kimi,
endokrinologiya sistemində də mühüm irəliləyişlərə şərait
yaradıb. Əvvəllər fəaliyyət göstərən Endokrinoloji Dispanserin
əvəzində Naxçıvan Muxtar Respublika Xəstəxanasında En-
dokrinologiya şöbəsinin yaradılması səhiyyə islahatlarının
tərkib hissələrindən biridir. Burada müalicə-diaqnostika işinin
yaxşılaşdırılması şəkərli diabet xəstələrinin aşkarlanması üçün
də şərait yaradıb. Endokrinologiya şöbəsi tərəfindən şəkərli
diabetin diaqnostikası və müalicəsi üzrə klinik protokolların
tətbiqi, xəstəliyin profilaktikasına dair maarifləndirici söhbətlərin
aparılması, diabetin fəsadlarının profilaktikası məqsədilə tibb
müəssisələrində təlim məktəbləri şəbəkəsinin gücləndirilməsi
üzrə tədbirlərin həyata keçirilməsi diqqət mərkəzində saxlanılır.
Həkimlərin peşə bacarığının yüksəldilməsi üçün müxtəlif
tədbirlər həyata keçirilir. Müasir müalicə metodlarının öyrənilməsi
və tətbiqi üçün yüksəkixtisaslı mütəxəssislərin iş təcrübəsindən
istifadə olunur.
Sonra xəstələrdə müşahidə olunan zob düyünlərinin biopsiyası
və ultrason müayinələri aparılıb, şəkər xəstəlikləri və onların
risk amilləri araşdırılıb, xəstələrə tibbi məsləhət və tövsiyələr
verilib. Təhlil nümunələri histoloji müayinə üçün Onkoloji
Mərkəzə göndərilib. İki gün ərzində 50 nəfər xəstə müayinələrlə
əhatə olunub. Belə müayinələrin mütəmadi təşkili xəstələrin
başqa ünvanlara üz tutmadan muxtar respublikanın səhiyyə
müəssisələrində müalicəsində mühüm rol oynayır.
Naxçıvan Muxtar Respublikası
Səhiyyə Nazirliyinin mətbuat xidməti
Yüksəkixtisaslı mütəxəssis xəstələri
endokrinoloji müayinələrdən keçirib
Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 2014-cü il 19 dekabr
tarixli “Muzeylərlə əlaqələrin daha da gücləndirilməsi haqqında” Sərəncamına
uyğun olaraq, muxtar respublikada muzeylərə kollektiv gedişlər təmin olunub.
4
Qeydiyyat №: 575
Əlyazmalara cavab verilmir
və onlar geri qaytarılmır
ØßÐÃqapısı
Ünvan: AZ-7000,
Naxçıvan şəhəri, “Təbriz” küçəsi 1.
Telefonlar: Məsul katib: 545-62-47
Şöbələr: 545-81-44, 545-51-18
Müxbirlər: 545-75-21, Faks: 544-52-52
E-mail: serqqapisi@nakhchivan.az
Nömrəyə məsul: Rauf Əliyev
Qəzet redaksiyanın kompüter mərkəzində yığılıb, səhifələnib və
Əcəmi NPB-də ofset üsulu ilə çap olunmuşdur.
Tiraj: 1050. Sifariş № 646
Baş redaktor:
TURAL SƏFƏROV
26 sentyabr 2016-cı il tarixdə Azərbaycan Respublikasında keçiriləcək
referendumla əlaqədar olaraq Azərbaycan Respublikası Seçki Məcəlləsinin
75-ci maddəsinə əsasən, referendumqabağı təşviqatın aparılması
3 sentyabr 2016-cı il tarixdə başlanır və 2016-cı il sentyabrın 25-i saat
8
00
-da dayandırılır.
Azərbaycan Respublikası Seçki Məcəlləsinin 86.3-cü maddəsinə
əsasən, aşağıda qeyd olunan yerlər Azərbaycan Respublikasında keçiriləcək
referendumla əlaqədar olaraq referendumqabağı təşviqatın aparılması
üçün müvafiq yerli icra hakimiyyəti orqanlarının sərəncamlarına əsasən,
açıq və qapalı yerlər kimi müəyyən olunmuşdur.
Muxtar respublika əhalisi sentyabrın
1-dən sentyabrın 15-dək Naxçıvan şə-
hərinin Xətai küçəsindəki Mərkəzi ba-
zarda keçiriləcək məktəbli yarmarkasına
dəvət edilir.
Məktəbli yarmarkası hər gün saat
9-dan 14-dək əhaliyə xidmət göstərə-
cəkdir.
Yarmarkada əhaliyə münasib qiy-
mətlərlə yüksək keyfiyyətdə xüsusi ge-
yim və idman formaları, ayaqqabı və
məktəbli ləvazimatları təklif olunacaq.
Naxçıvan Muxtar Respublikası
İqtisadiyyat Nazirliyi
Elan
S.S
Məktəbin adı
1.
Nehrəm kənd 2 nömrəli tam orta məktəb
8
1
12
1
12
2.
Cəhri kənd 2 nömrəli tam orta məktəb
28
1
12
3.
Şıxmahmud kənd tam orta məktəbi
15
1
12
4.
Sirab kənd tam orta məktəbi
22
1
12
1
12
5.
Güznüt kənd tam orta məktəbi
10
1
12
6.
Kültəpə kənd tam orta məktəbi
11,5
1
12
7.
Vayxır kənd tam orta məktəbi
23
1
12
8.
Yuxarı Buzqov kənd tam orta məktəbi
60
1
12
9.
Aşağı Buzqov kənd tam orta məktəbi
55
1
12
1
12
10.
Gərməçataq kənd tam orta məktəbi
53
1
12
11.
Xal-xal kənd tam orta məktəbi
22
1
12.
Məzrə kənd tam orta məktəbi
21
1
12
1
12
1
12
1
12
13.
Məmmədrza Dizə kənd tam orta məktəbi
19
1
12
14.
Xəlilli kənd tam orta məktəbi
16
1
12
1
12
15.
Nəcəfəlidizə kənd tam orta məktəbi
20
1
12
1
12
16.
Naxışnərgiz kənd tam orta məktəbi
15
1
12
1
12
1
12
1
12
1
12
1
17.
Nəhəcir kənd tam orta məktəbi
28
1
12
1
12
18.
Göynük kənd tam orta məktəbi
34
1
12
19.
Araz ümumi orta məktəbi
10
1
12
20.
Gülşənabad kənd tam orta məktəbi
30
Cəmi:
1
12
2
24
1
12
3
36
1
12
9
108
2
24
6
72
1
12
4
48
2
1
12
2
24
1
12
1
12
1
12
3
36
1
12
1
12
1
12
1
12
2
24
1
12
1
4
48
1
12
2
24
2
24
6
60
2
24
1
12
1
12
1
12
1
12
2
24
35
396
Ehtiyac olan ixtisaslar
Babək rayonu üzrə 2016-2017-ci tədris ilində pedaqoji kadrlara olan ehtiyac haqqında məlumat
Kəngərli rayonu üzrə 2016-2017-ci tədris ilində pedaqoji kadrlara olan ehtiyac haqqında məlumat
S
.S
Məktəbin adı
1. Qıvraq qəsəbə tam orta məktəbi
2
24
2
28
1
12
1
18
1
3
45
10 127
2. Qarabağlar kənd 1 nömrəli tam orta məktəb
1
12
2
24
1
12
1
14
1
12
1
15
7
89
5
3. Qarabağlar kənd 2 nömrəli tam orta məktəb
1
12
1
12
1
12
1
12
1
12
1
1
12
2
26
9
98
4
4. Şahtaxtı kənd tam orta məktəbi
1
12
1
12
1
12
1
12
1
12
1
12
1
12
1
12
4
60
12 156
3
5. Xok kənd tam orta məktəbi
1
15
1
12
1
12
4
60
7
99
5
6. Yurdçu kənd tam orta məktəbi
1
12
1
12
2
24
3
7. Qabıllı kənd tam orta məktəbi
1
12
1
18
1
18
1
12
1
12
1
12
1
3
48
10 132
5
8. Böyükdüz kənd tam orta məktəbi
1
14
1
12
2
26
16
9. Təzəkənd tam orta məktəbi
1
12
1
12
1
1
18
4
42
20
10. Xıncab kənd tam orta məktəbi
1
12
1
12
1
12
1
12
1
16
5
64
21
11. Yeni Kərki kənd tam orta məktəbi
1
12
1
12
3
36
5
60
14
Cəmi:
4
48
5
70
6
81
3
36
7
84
5
62
2
24
4
54
5
62
1
12
3
36
4
2
24
22 324 73 917
Naxçıvan şəhərində
Açıq yer – Naxçıvan Şəhər Stadionu
Qapalı yer – “Gənclik” Mərkəzi
Şərur rayonunda
Açıq yer – Şərur Olimpiya Stadionu
Qapalı yer – “Bahar” kinoteatrı
Babək rayonunda
Açıq yer – Babək qəsəbəsinin mərkəzi
meydanı
Qapalı yer – Babək qəsəbə 1 nömrəli
tam orta məktəbin akt zalı
Ordubad rayonunda
Açıq yer – Ordubad Şəhər Tədbirlər
Meydanı
Qapalı yer – Ordubad Rayon Mədəniyyət
Evi
Culfa rayonunda
Açıq yer – Culfa Şəhər Stadionu
Qapalı yer – Culfa Rayon Mədəniyyət
Evi
Kəngərli rayonunda
Açıq yer – Qıvraq Qəsəbə Stadionu
Qapalı yer – Kəngərli Rayon Mədəniyyət
Evi
Şahbuz rayonunda
Açıq yer – Şahbuz Şəhər Stadionu
Qapalı yer – “Araz” kinoteatrı
Sədərək rayonunda
Açıq yer – Sədərək Rayon Stadionu
Qapalı yer – Sədərək kənd mədəniyyət
evi
Naxçıvan Muxtar Respubli-
kası Mədəniyyət və Turizm Na-
zirliyinin tabeliyində olan mə-
dəniyyət müəssisələri tərəfindən
isti yay günlərində əhalinin is-
tirahətinin səmərəli təşkili, asu-
də vaxtının mənalı keçirilməsi
üçün müxtəlif tədbirlərin, kon-
sert pro qramlarının təşkil edil-
məsi davam etdirilir.
Avqustun 27-də Naxçıvan Muxtar
Respublikası Mədəniyyət və Turizm
Nazirliyinin təşkilatçılığı ilə Nax-
çıvan şəhərindəki Möminə xatın
türbəsinin qarşısında konsert təşkil
edilib. Naxçıvan Dövlət Filarmoni-
yasının Estrada Orkestri konsert
proqramı ilə tədbir iştirakçılarına
xoş ovqat bəxş
edib. Qeyd edək ki,
Naxçıvan Muxtar
Respublikası Ali
Məclisi Sədrinin
2012-ci il 10 yanvar
tarixli Sərəncamı
ilə yaradılan bu mu-
siqi kollektivi qısa
vaxtda estrada hə-
vəskarlarının rəğ-
bətini qazanıb. Kollektiv rəngarəng
repertuarı ilə ictimaiyyət qarşısında
müntəzəm çıxış etməkdədir. Orkes-
trin bədii rəhbəri Azərbaycan Res-
publikasının Əməkdar mədəniyyət
işçisi Nizami Məmmədovdur.
Naxçıvan Dövlət Filarmoniyası
Estrada Orkestrinin solistləri İlkin
Abdullayevin, Əli Davudinin, Nər-
min Hüseynovanın ifalarında Azər-
baycan bəstəkarlarının populyar es-
trada mahnıları səsləndirilib. So-
listlərin ifasında səslənən Tofiq Qu-
liyevin, Vasif Adıgözəlovun, Niya-
zinin, Xəyyam Mirzəzadənin, Ramiz
Mirişlinin və başqalarının estrada
mahnıları alqışlarla qarşılanıb.
Kollektivin tanınmış solistlərin-
dən Azərbaycan Respublikasının
Əməkdar artistləri Tural Nəcəfov,
Gülyanaq Fərzəliyeva, Mübariz Əs-
gərov, Naxçıvan Muxtar Respubli-
kasının Əməkdar artistləri Yaşar
Qurbanov, Azər Cəfərlinin ifa et-
dikləri estrada və xalq mahnıları
tamaşaçılarda xoş əhval-ruhiyyə
yaradıb. Onların ifasında səslənən
Rauf Hacıyevin “Sevgilim”, Tofiq
Quliyevin “Mən oldum”, Niyazinin
“Arzu”, Xəyyam Mirzəzadənin “Ya-
dındamı” estrada mahnıları istirahət
konsertinə gələnlər tərəfindən al-
qışlarla qarşılanıb.
Konsertdə estrada mahnıları ilə
bərabər, Azərbaycan bəstəkarların-
dan Eldar Mansurovun, dünya mu-
siqisinin böyük sənətkarları İohann
Ştrauss, Frans Şubert və başqalarının
marş, vals, caz, tanqo, rəqs musiqi
janrında yazdığı melodiyalar da
səsləndirilib.
Naxçıvan şəhərindəki Möminə
xatın türbəsi qarşısında təşkil olunan
konsert proqramına vətəndaşları-
mızla bərabər, xarici qonaqlar da
baxıb.
Əli RZAYEV
Möminə xatın türbəsinin qarşısında
istirahət konserti olub
Dostları ilə paylaş: |