HeydəR ƏLİyeviN İCTİMAİ Sİyasi natiQLİYİ



Yüklə 328,14 Kb.
Pdf görüntüsü
tarix25.12.2022
ölçüsü328,14 Kb.
#77854
HEYDƏR ƏLİYEVİN İCTİMAİ SİYASİ NATİQLİYİ



HEYDƏR ƏLİYEVİN İCTİMAİ SİYASİ NATİQLİYİ 
Demokratik cəmiyyət quruculuğuna yönələn siyasət belə bir 
ideyaya əsaslanır ki, yeni iqtisadi və siyasi sistemə keçid prosesi texniki 
şəkildə, ani və sıçrayışlı yolla mümkün deyil. A.Fərzəliyevin bu 
mövzuya münasibəti belədir: "Bu bir tərəfdən sosial sistemin strukturları 
arasındakı əlaqələrin tez bir zamanda qırılmasının qeyrimümkünlüyü ilə 
əlaqədardırsa, digər tərəfdən mənəvipsixoloji amilə bağlıdır. Çünki 
dövrün tələbinə uyğun olaraq, siyasi və iqtisadi təfəkkürün formalaşması 
yolu da müəyyən adaptasiyalardan keçir. Buna görə də, islahatların 
radikal şəkildə deyil, tədricən həyata keçirilməsi məqsədəuyğundur. 
Özü-özlüyündə mütərəqqi olan bu yol inqilabi dağıntıların, ictimai-
siyasi gərginliyin baş verməsinin qarşısını alır. Azərbaycanda 
demokratik cəmiyyətin bərqərar olmasında şəxsiyyətin rolu böyükdür". 
AMEA-nın müxbir üzvü S.Xəlilov Ulu öndərin dövlətçilik fəaliyyətində 
onun nitq qabiliyyətinə xüsusi önəm verir: "Əgər Heydər Əliyevin 
çıxışlarını diqqətlə izləsək görərik ki, onun ən böyük nailiyyət hesab 
etdiyi hadisə Azərbaycanın müstəqilliyi, ən çox vurğuladığı və diqqət 
verdiyi vəzifə isə müstəqilliyin dönməzliyinin təmin edilməsidir. Lakin 
dövlət quruculuğu Heydər Əliyevin fəaliyyət strategiyasında özlüyündə 
son məqsəd deyil. Dövlətin möhkəmləndirilməsi ona görə bir nömrəli 
vəzifədirki, o, bizim müstəqil iqtisadi siyasətimizin və milli 
mənəviyyatımızın təminatçısı, qarantı ola bilsin. "Əgər respublikada 
ictimai-siyasi sabitlik olmasa, sağlam ictimai-siyasi mühit olmasa heç 
bir sosial-iqtisadi proqramdan, yaxud problemlərin həll edilməsindən 
söhbət gedə bilməz İqtisadiyyatın inkişafı, adamların rifah halının 
yaxşılaşdırılması həmişə Heydər Əliyevin diqqət mərkəzində olmuşdur: 
"Biz həm ölkəmizin suverenliyini, ərazi bütövlüyünü qorumaq üçün 
çalışırıq, həm də vətəndaşlarımızın, xalqımızın rifahını yaxşılaşdırmağa, 
yaranmış vəziyyətdə müxtəlif və yeni formalardan istifadə edərək 
iqtisadiyyatı inkişaf etdirməyə çalışırıq". Heydər Əliyev fikrini bununla 
bitirmir və məsələyə tam dialektik bir mövqedən yanaşmaqla, sosial-
iqtisadi proqramların həyata keçirilməsinin də öz növbəsində, 
dövlətçiliyin möhkəmləndirilməsi, ictimai-siyasi sabitliyin bərqərar 
olması, mədəni-mənəvi həyatın təşəkkülü üçün bir şərt olduğunu qeyd 


edir: iqtisadiyyat son məqsəd kimi yox, şərt kimi, təməl kimi, vasitə 
kimi götürülür. Siyasi və mədənimənəvi aspektdəki nailiyyətlərin də çox 
vaxt iqtisadi təmələ söykəndiyi vurğulanır: "İqtisadiyyatı güclü olan 
dövlət hər şeyə qadirdir". Bəli, iqtisadiyyatın inkişafı da dövlətin 
möhkəmləndirilməsi kimi olduqca vacib şərtdir. Lakin nə iqtisadiyyat, 
adamların güzəranı, rifah halı, nə də dövlət quruculuğu müstəqillik 
yolunun son məqsədi, mənzil başı ola bilməz. Əgər xalq dövlət qurur, 
iqtisadiyyatı inkişaf etdi-rir, sərhədləri möhkəmləndirirsə və bu 
sərhədlər daxilində özünə yad bir mənəviyyat saxlayırsa, bu, hələ 
müstəqillik deyil. Mənəvi buxovlardan azad olmayan, öz milli mənliyini 
dərk etməyən xalq azad xalq sayıla bilməz.
Heydər Əliyevi dinləyərkən, 
onun əsərlərini oxuyub dərindən təhlil edərkən bir daha əmin olursan ki, 
müstəqilliyin ali məqsədi milli-mədəni və mənəvi dəyərlərin bərpa 
olunması, xalqın özünü dərk etməsi, öz mənliyinin sahibi olmasıdır. 
Mənəviyyatın qorunması üçün ən mühüm şərtlərdən biri iqtisadiyyatın 
inkişaf etdirilməsidir. İqtisadi tərəqqini təmin etmək üçün isə 
dövlətçiliyin möhkəmləndirilməsi lazımdır. Möhkəm dövlətçilik təməli 
isə ancaq ictimai-iqtisadi sabitlik şəraitində, beynəlxalq nüfuzun 
yüksəldilməsi və beynəlxalq ictimai-iqtisadi əlaqələr sisteminə daxil 
olmaq sayəsində mümkündür.
Heydər Əliyev nədən başlayıb nəyə doğru 
getmək lazım olduğunu çox gözəl bilir. Bu gün müstəqil Azərbaycanın 
dövlət quruculuğu sahəsində zəruri olan ilk addımlar artıq atılmışdır. 
Azərbaycanda ictimai-siyasi sabitlik əldə edilmişdir, əmin-amanlıq 
atmosferi hökm sürür, əhalinin fiziki və mənəvi toxunulmazlığı təmin 
edilmişdir. Əli Xankişiyev Ulu öndərin dövlətçilik fəaliyyətinin onun 
natiqlik qabiliyyətilə vəhdətdə olduğunu diqqətə çatdırır. Ulu öndər 
Heydər Əliyevin yüksək danışıq qabiliyyəti və fenomenal natiqlik 
istedadı üzərində bir qədər ətraflı dayanmaq lazımdır. Şübhə yoxdur ki, 
natiqlik qabiliyyəti və danışıq mədəniyyəti, ümumiyyətlə, rəhbər vəzifə 
tutan hər bir şəxs üçün ən vacib göstəricilərdənbiri, bəlkə də birincisidir. 
Lakin söhbət qeyri-adi natiqlik istedadından və fikrin sözlə ifadəsinin ali 
dərəcəsindən getdikdə bəzi cəhətləri aydınlaşdırmaq zəruridir. 

Yüklə 328,14 Kb.

Dostları ilə paylaş:




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin