HİV/AİDS, Vərəm və Malyariya ilə mübarizə Programı



Yüklə 95,52 Kb.
Pdf görüntüsü
tarix16.03.2017
ölçüsü95,52 Kb.
#11701

 

 

 

HİV/AİDS, Vərəm və Malyariya 

ilə mübarizə Programı 

 

WWW.GFAIDS.AZ 

WWW.GFTB.AZ

 

Bəşəriyyətin AİDS və Vərəmdən xilası  

hər birimizdən asılıdır!

 

İNFORMASİYA BÜLLETENİ 

 

№15, 15 Oktyabr 2010-cu il 

 

AİDS, Vərəm və Malyariya ilə mübarizə üzrə Qlobal Fondun əsas iş prinsipi  

ondan ibarətdir ki, o, HİV, Vərəm və Malyariya xəstəliklərinin müalicəsi  

və bu xəstəliklərin qarşısının alınmasına dəstək olur 

 

30 Sentyabr 2010-cu il tarixdə, 6-saylı vərəm 

əleyhinə dispanserinin açılışı olub 

 

HİV/AİDS, Vərəm və Malyariya ilə Mübarizə üzrə 



Qlobal Fondun vərəm komponenti  üzrə  əməkdaşlığı 

2007-ci ildən təsadüf edir. Məhz həmin il Azərbaycan 

Respublikası  Səhiyyə Nazirliyinin nəzdində  fəaliyyət 

göstərən Ölkə  Əlaqələndirmə Komissiyası  tərəfindən 

Qlobal Fondun 5-ci mərhələsi üçün təqdim olunan 

vərəmlə mübarizə üzrə təklifi qəbul edilmişdir. 

Bununla da 

Milli Vərəmlə Mübarizə 

Proqramının idarə edilməsi və  əlaqələndirilməsinin 

təkmilləşdirilməsi, İlk Tibbi Yardım xidmətinin vərəmlə 

mübarizəyə  cəlb edilməsi, vərəmin dərmanlara qarşı 

davamlılığının öhdəsindən gəlinməsi və geniş  əhali 

qrupları arasında yoluxma təhlükəsinin azaldılması 

vasitəsilə DOTS çərçivəsinin gücləndirilməsi və 

genişləndirilməsi” adlı layihənin icrasına  start verildi.  

Layihənin başlıca məqsədi Azərbaycanda dərmana 

davamlı  vərəm (rezistent) təhlükəsini azaltmaqdır. 

Layihə ümumilikdə  dərmana davamlı  vərəmə 

yoluxma hallarının erkən aşkar edilməsi və  dəqiq 

diaqnoz qoyulmasını  təkmilləşdirmək, xəstələrin 

keyfiyyətli müalicəsini təmin etmək və  cəmiyyətin 

vərəm təhlükəsinə daha çox həssas qrupları 

(HİV/AİDS-lə yaşayan insanlar, məhbuslar,  əməklə 

bağlı mühacirətdə olanlar, qaçqınlar və  məcburi 

köçkünlər) arasında yoluxmanın qarşısını almağa 

xidmət edir. Bu istiqamətdə aparılan işlər arasında 

dərmana davamlı  vərəm xəstələrinin müalicəsi üçün 

Bakının Suraxanı rayonunda yerləşən 6-Saylı  vərəm 

əleyhinə dispanserin təmir-tikinti işləri 2009-сu ilin 1 

iyul tarixində  HİV/AİDS, Vərəm və Malyariya ilə 

Mübarizə üzrə Qlobal Fondun maliyyə  dəstəyi ilə 

başlanılmışdı. Beləliklə, 30 Sentyabr 2010-cu il 

tarixdə, 6 saylı  vərəm  əleyhinə disspanserin açılışı 

oldu. Açılışda Azərbaycan Səhiyyə Nazirliyinin 

rəsmiləri və Qlobal Fondun nümayəndələri iştirak 

etmişdilər. Doxsan nəfərlik vərəmli xəstələrin 

stasionar müalicəsi üçün nəzərdə tutulmuş dispanser, 

Azərbaycan Respublikası  Səhiyyə Nazirliyinin və 

Ümumdünya Səhiyyə  Təşkilatının (ÜST) müəyyən 

etdikləri standartlara uyğun tikilmişdir. Tikintinin 

aparıldığı bütün müddət  ərzində cari işlərin 

müzakirəsi üçün hər həftə olmaqla Səhiyyə 

Nazirliyinin və Qlobal Fondun təmsilçilərinin iştirak 

etdikləri görüşlər təşkil olunurdu. Söhbətlərin gedişi 

zamanı mövcud olan problemlər nəzərdən keçirilmiş 

və lazımi düzəlişlər edilmişdir. Vərəm  əleyhinə 

dispanser xüsusi havalandırma sistemi ilə  təchiz 

edilmişdir. Bu sistem Ümümdünya Səhiyyə 

Təşkilatının infeksiyon nəzarət və Səhiyyə Nazirliyinin 

tələblərinə tam uyğundur və müstəqil çalışan bloklara 

ayrılıb havanın tam mikroblardan təmizlənməsinə 

imkan verir. Hər iki yanaşı palataya bir sanitar 

qovşağı  nəzərdə tutulmuşdur. Bu həm xəstələrin 

rahatlığı üçün mühüm rol oynayır, həm də sanitar-

gigiyenik normalara cavab verir. Həmçinin 

dispanserin bazası  əsasında iki, tam avadanlıqla 

təmin edilmiş cərrahi blok da açılmışdır ki, bu da tibbi 

personalın işini əhəmiyyətli dərəcədə yüngülləşdirmiş 

və operativ olaraq cərrahi tədbirlərin aparılmasına 

imkan vermişdir. Bundan əlavə, bütün standartlara 

cavab verən laboratoriya da istismara verilmişdir ki, 

bu da kliniki, biokimyəvi, kulturoloji və bakteriloji 

tədqiqatların aparılmasına imkan verir. 

 Qlobal 

Fondun maliyyə  dəstəyi ilə Bactek MGİT 960 və 

HAİN-PCR kimi zəruri olan avadanlıq  əldə 

olunmuşdur. Bu cür səviyyədə olan laboratoriyanın 

yaradılması ÜST tərəfindən sertifikat almağa və onun 


İstinad Laboratoriyası statusu qazanmasına ümid 

etməyə imkan verir. Xəstəliklərin diaqnostikasını 

yaxşılaşdırmaq məqsədi ilə dispanserdə dünya 

standartlarına uyğun müasir rəqəmsal rentgenologi 

kompleks quraşdırılmışdır. Dispanser ərazisində 

lazımi avadanlıq və  ləvazimatla təchiz olunmuş 

qazanxana və camaşırxana yaradılıb, eləcə də ayrıca 

yeni elektrik, qaz və su xətləri cəkilib. Bundan əlavə, 

cirkab və axıdılan kanalizasiya sularının 

dezinfeksiyası üçün də avadanlıq quraşdırılmışdır. 

Elekrtik enerjisinin fasiləsiz təmin edilməsi üçün 

avtomatik rejimdə çalışan generator quraşdırılıb. Bu 

gün Milli Vərəm Proqramı  çərçivəsində 330 nəfər 

dərmana davamlı vərəm xəstələri müalicə alır və belə 

bir vərəm müəssisənin yardılması, bu işi daha yuksək 

səviyyədə aparmaga imkan verir. 

 

Azərbaycana AİDS-lə bağlı yeni qrant ayrılıb

 

 

Artıq 5 ildir ki, ölkədə  AİDS, VƏRƏM VƏ 



MALARİYA İLƏ MÜBARİZƏ ÜZRƏ Qlobal Fond HİV 

epidemiyasına qarşı  cəmiyyətdə  mənfi təsirlərin 

azaldılması tədbirlərinin icrası istiqamətində hökumət 

orqanları, özəl sektor, QHT-lər və beynəlxalq 

təşkilatları ilə birgə  fəaliyyət göstərir. Bu müddət 

ərzində ümumi əhali arasında HİV/AİDS-in yayılması 

və onun ötürülməsi, təsirə  məruz qalmış bir çox zəif 

qruplarda zərərin azaldılmasına dair tədbirlər, ARV 

müalicənin aparılması, təhsil müəssisələrində  həyati 

bacarıqlara  əsaslanan təhsil proqramının tətbiq 

edilməsi, HİV laborator imkanlarının təchizatı, həm də 

könüllü məsləhətləşmə 

və testləşmənin 

genişləndirilməsi, HİV-in anadan uşağa ötürülməsi 

profilaktikasından ümumi istifadənin təmin edilməsi 

və  HİV/AİDS-lə yaşayan insanlara qayğı  və  dəstəyin 

təşkil edilməsi kimi fəaliyyətlər həyata keçirilir. Bu və 

digər bu kimi fəaliyyətlərin davam etdirilməsi, 

möhkəmləndirilməsi və gücləndirilməsini təmin etmək 

üçün 2009-cu ildə AR Səhiyyə Nazirliyi Qlobal Fonda 

yeni layihə  təklifi ilə müraciət etmiş  və  nəticədə 

“Əhalinin riskli qrupları  və  vətəndaş  cəmiyyətinin 

iştirakı ilə milli imkanların genişləndirilməsi və 

profilaktika və müalicənin gücləndirilməsi vasitəsilə 

Azərbaycanda HİV/AİDS epidemiyasına qarşı cavab 

tədbirlərinin mükəmməlləşdirilməsi” adlı 5 illik 

layihənin 2 ilinin maliyyələşdirilməsi üçün qrantın 

ayrılması barədə  qərar qəbul edilmişdir. Layihə öz 

fəaliyyətinə 2010-cu ilin  noyabrın 1-dən başlayacaq.   

Yeni layihə təklifi HİV/AİDS-ə nəzarətə hərtərəfli 

yanaşma məqsədi daşıyacaq. Layihə  çərçivəsində 

yüksək risk qrupları arasında HİV profilaktikasının 

gücləndirilməsinə dair QHT-lər tərəfindən zərərin 

azaldılması proqramları 

həyata keçiriləcək. 

Ümumiyyətlə, ölkə üzrə 

zərərin azaldılması 

yönümündə 24 layihə  dəstəklənəcək. Bura müvafiq 

təhsil, psixoloji, hüquqi yardım, vərəm və  HİV 

müalicəsi, CYKİ xidmətləri daxil olacaq. 

Yeni layihədə penitensiar sektorda HİV 

xidmətlərinə  çıxış imkanlarının genişləndirilməsi və 

gücləndirilməsi gözlənilir. Bu məqsədlə  Ədliyyə 

Nazirliyinin Tibb İdarəsinə texniki yardım göstəriləcək 

və  HİV-lə bağlı  məlumatlandırma fəaliyyəti həyata 

keçiriləcək. Bundan əlavə, ilk dəfə olaraq 

həbsxanalarda HİV-li xəstələrə ARV terapiyanın 

başlanması nəzərdə tutulur. 

Qlobal Fondun birinci layihəsində (2005-2010) 

olduğu kimi, yeni layihədə  də  HİV üzrə  təbliğat

maarifləndirmə 

təbirlərinin keçirilməsi davam 

olunacaq. Ölkənin bütün ümumtəhsil ocaqlarında 

“Həyatı bacarıqlara  əsaslanan təhsil” üzrə  fənnin 

tətbiqi davam etdiriləcək və  əlavə olaraq müəllimlər 

üçün treninqlər təşkil ediləcək. Eyni zamanda layıhə 

çərçivəsində  HİV-ə  nəzarət, məsləhətləşmə/test və 

laborator diaqnozun gücləndirilməsinə dair işlər 

aparılacaq. Ölkənin demək olar ki, bütün rayonlarında 

könüllü məsləhətləşmə 

və test xidmətlərinin 

genişləndirilməsinə  dəstək göstəriləcək. Bundan 

əlavə layihə Azərbaycanda səhiyyə xidmətlərinin 

regionlaşdırılması  və disentralizasiyası, həmçinin 

onların ümumi səhiyyə sisteminə inteqrasiyası  və 

nəzarət sistemlərinin gücləndirilməsi ilə əlaqədar HİV 

və CYKİ laboratoriya xidmətlərinin gücləndirilməsinə 

texniki yardım göstərəcək. Bu məqsədlə Respublika 

AİDS Mərkəzinin bütün laboratoriyaları müasir texniki 

avadanlıqlarla təchiz ediləcək. 

Layihənin  əsas məqsədlərindən biri də 2006-cı 

ildə HİV-li xəstələrin müalicəsi üçün tətbiq edilən ARV 

terapiyanın davam etdirilməsidir. Bu məqsədlə 

dərmanlar və sürətli test sistemləri alınacaq. Layihə 

HİV-lə yaşayan insanlara qayğı  və  dəstəyin 

göstərilməsi üçün palliativ qayğının ev şəraitində 

təmin olunması üçün şərait yaradacaq. Bu məqsədlə 

QHT nümayəndələri cəlb olunaraq icma əsaslı 

qruplar yaradacaq, onlara bu işdə yardım 

göstəriləcək.  

Səhiyyə Nazirliyi Qlobal Fond qrantının  Əsas 

Resipiyentidir (ƏR), və layihə altı sub-resipiyent 

vasitəsilə  həyata keçiriləcək. Bunlar Respublika 

AİDS-lə Mübarizə  Mərkəzi, Təhsil Nazirliyi, Açıq 

Cəmiyyət  İnstitutu (Azərbaycan), Gənclər və  İdman 

Nazirliyi, Ədliyyə Nazirliyinin Tibb Baş İdarəsi və Elmi 

Tədqiqat Mamalıq və Ginekologiya İnstitutudur. 

 

Qlobal Fond ölkədə vərəmə qarşı  



 mübarizənı davam etdirir 

 

Bu gün vərəm xəstəliyi bütün dünyada böyük 

və aktual bir problemdir. Təəssüf ki, bizim ölkəmiz də 

istisna deyil. AİDS, Vərəm və Malyariya ilə Mübarizə 

üzrə Qlobal Fond (QF) bu sahədə çalışan digər 


qurumlarla yanaşı bu xəstəliklə mübarizəyə öz 

töhfəsini verir. 

Vərəm xəstələrinin ambulator müalicəsini 

aparmaq məqsədilə, Azərbaycanın bir çox 

rayonlarında DOT kabinetlər açılır.  İlk mərhələdə 

xəstələrin yaşayış yerləri müəyyən edilir və daha 

sonra bu məlumat əsasında həmin ərazilərdə mövcud 

olan tibb müəssisələrində DOT kabinetlər təsis edilir. 

Hal-hazırda demək olar ki, Respublikanın bütün 

rayon mərkəzlərində DOT kabinetlər açılıb. Bu cür 

kabinetlərin bütün regionlarda açılması  xəstələri 

uzunmüddətli səfərlərdən azad edir və müalicəyə 

meylliyi artırmağa kömək edir. Bundan başqa,  əlavə 

etmək lazımdır ki, bütün tələb olunan dərmanlar QF-

un maliyyə  dəstəyi ilə  təmin edilir. Beləliklə, 

Respublika  ərazisində artıq 70-ə yaxın DOT 

kabinetlər fəaliyyət göstərir. 

Ambulator müalicədə olan vərəm xəstələrinin 

dərman qəbuluna tibb personalı  nəzarət edir. Qeyd 

etmək lazımdır ki, Qlobal Fondun maliyyə dəstəyi ilə 

39 ftiziator,12 bakterioloq və  vərəm sahəsində 

çalışan 54 tibb bacısı üçün Bakıda keçirilən DOTS 

təlimləri aparılmışdı. 

Xəstələr II sıra vərəm əleyhinə dərman preparatlarını 

gündəlik olaraq tibb personalın birbaşa nəzarəti 

altında alırlar. Bundan əlavə QF-un programı 

çərçivəsində DOT koordinatoru mütəmadi olaraq 

kabinetlərdə müalicə alan xəstələrin dərmanlarının, 

ərzaqlarının və maddi təminatının verilməsinə nəzarət 

edir. 


Qlobal Fondun maliyyələşdirdiyi proqram 

çərçivəsində, həm DOT kabinetlərdə müalicə alan 

xəstələr gündəlik nəqliyyat xərci və ərzaq ilə (hər gün 

DOT kabinetinə gəlmək şərtilə) təmin olunur,  həm də 

tibb personalına  ərzaq və maddi təminat  şəklində 

stimulyasiya nəzərdə tutulur. 

Qlobal Fond Milli İstinad Laboratoriyasının (MİL) fəal 

iş aparmasında böyuk bir rol oynayır. Beləki, hər rüb 

MİL tərəfindən verilən   sifariş  əsasında QF-un 

maliyyə  dəstəyi ilə bütün lazım olan reaktivlər vaxtı-

vaxtında çatdırılır. Bu günə kimi, xəstələrin analizləri 

alınan andan tam nəticə  əldə olunana kimi 2 aya 

qədər vaxt tələb olunurdu. Hal-hazırda isə, QF-un 

maliyyə  dəstəyi ilə  MİL Bactek MGİT 960 və  HAİN-

PCR aparatları əldə edib və həmin müddəti 1-2 günə 

kimi azaltmışdır.  

 

Uşaqlar və yeniyetmələr üçün sümük vərəmi 

müəssisəsi 

 

HİV/AİDS, Vərəm və Malyariya ilə Mübarizə 



üzrə Qlobal Fond (QF) dəfələrlə  uşaq və 

yeniyetmələr üçün Sümük vərəmi müəssisəsinin tibbi 

avadanlıqlarla təmin olunmasına dair müraciələr alıb. 

Tələb olunan təchizatlar arasında fizioterapiya 

şöbəsinin yaradılması üçün gimnastika aparatları  və 

tibbi avadanlıqlar, laboratoriyada və rentgen 

kabinetində istifadə edilən bütün müvafiq avadanlıqlar 

vardır. Səhiyyə nazirliyinin və Qlobal Fondun 

nümayəndələri, həmçinin Portfolio Meneceri yuxarıda 

adı qeyd olunan Vərəm müəssisəsinə baş çəkmişlər. 

Onlar mövcud vəziyyətlə tanış olmuş  və aparılan 

müayinələrin çox aşağı 

səviyyədə olduğunu 

görmüşlər. Bu vəziyyətin  əsas səbəbi laboratoriyada 

tibbi avadanlıqların və Rentgen aparatının 

olmamasıdır. Geniş müzakirədən sonra Ölkə 

Əlaqələndirmə Komissiyasının (ÖƏK) üzvləri, 

Səhiyyə nazirliyi və Qlobal Fond nümayəndələri 

bütün lazım olan tibbi avadanlıqların təmin 

olunmasında vəzifələri müəyyən etmişlər. 

Hazırki vəziyyətdə uşaq və yeniyetmələr üçün 

Sümük vərəmi müəssisəsində müalicə alan 105 xəstə 

vardır. Onların hamısı orada yaşayır və  təhsil alır. 

Bütün xəstələrin müayinə olunması üçün əlverişli 

şəraitin yaradılması zəruridir. 

Bundan  əlavə, 2010-cu ilin may ayında QF 

Naxçıvan Muxtar Respublikasında Ağ Ciyər 

Xəstəlikləri müəssisəsi üçün tibbi avadanlıqların 

alınmasına maliyyə yardımının ayrılması üçün daha 

bir müraciət alıb. Hökumət tərəfindən yardım ilə yeni 

dərmana müqavimətli vərəm şöbəsi və ikinci səviyyəli 

baktereoloji laboratoriya tinşa edilmişdir. Eyni 



zamanda onların avadanlıqlarla təmin olunmasına da 

ehtiyac vardır. 

Qlobal Fond nümayəndələrinin və  ÖƏK 

üzvlərinin bu tibbi müəssisəyə iş səfərləri nəticəsində 

qərara alınmışdır ki, laboratoriya belə  əsas 

avadanlıqlarla, Bactek MGİT 960, HAİN-PCR, 

mikroskoplar, avtoklavlar və s ilə  təchiz edilsin. 

Bundan əlavə, bütün rentgenoloji aparatların da təmin 

olunması nəzərdə tutulur. 

Qlobal Fonda  üçüncü müraciət 11 saylı Uşaq 

Vərəm Xəstəxanasından gəldi. Bu, yeganə tibb 

müəssisəsidir ki, 16 yaşdan yuxarı olan uşaqların fəal 

müalicəsi ilə  məşğul olur. Hazırda Uşaq Vərəm 

Xəstəxanasında müalicə alan 75 xəstə var. Heç bir 

laboratoriya avadanlığının və köhnə üslublu rentgen 

aparatının olmadığını 

nəzərə alaraq, Vərəm 

xəstəxanasının rəhbərliyi yuxarıda qeyd edilən 

avadanlıqları təchiz etmək məqsədilə QF-da müraciət 

etmişdir. 

Qlobal Fond ofisi bütün ərizələrə baxmış  və 

mövcud pul vəsaitlərini nəzərə alaraq bu layihələrə 

dair təqdimat hazırlamış  və Ölkə  Əlaqələndirmə 

komissitası (ÖƏK) üzvlərinə  təqdim etmişdir. 

Aparılmış müzakirələr zamanı  hər bir müraciət ÖƏK 

üzvləri tərəfindən qəbul edilmişdir. 

Prosedurun ardınca avadanlıqların alınması ilə bağlı 

tender artıq keçirlmiş  və kontrakt imzalanan kimi 

Layihə Əlaqələndirmə Bürosu bütün qeyd olunan tibbi 

avadanlıqların alınmasına və təchizatına başlayacaq. 

    

 “AİDS-lə mübarizəyə pul ayırın”  şüarı altında 

dünya dövlətlərinin liderlərinə ismarıc göndərildi 

 

Sentyabrın 27-də 

Zərərin Azaldılması 

Şəbəkəsi Müstəqil Media Mərkəzində "AİDS-lə 

mübarizəyə pul ayırın" adı altında mətbuat konfransı 

keçirib. Mətbuat konfransları hazırda bütün dünyada 

keçirilən AİDS, Vərəm və Malyariya ilə mübarizə üzrə 

Qlobal Fondun vəsaitlərinin azalmasından narahatlıq 

keçirən vətəndaş  cəmiyyəti təşkilatlarının və 

beynəlxalq qurumların iştirak etdiyi "Qlobal Hərəkat 

Həftəliyi" adlı kampaniyaya dəstək vermək məqsədi 

daşıyır. Xatırladaq ki, kampaniya sentyabrın 20-dən 

start götürüb və 30-da başa çatacaq. Kampaniyanın 

məqsədi Qlobal Fondun ildən ilə azalan vəsaitlərinə 

dünya liderlərinin diqqətini cəlb etmək və Fonda 

vəsait keçirən ölkələri bu vəsaitlərin həcmini 

azaltmamağa cağırmaqdır. Azərbaycan  bütün bu 

proseslərə qoşularaq vətəndaş  cəmiyyəti təşkilatları 

tərəfindən imza toplanmasından başlayaraq 

aksiyalar, mətbuat konfransları, təbliğat-informasiya 

görüşləri və müraciətlərə  qədər  ən müxtəlif tədbirlər 

həyata keçirib. Təşkil olunan mətbuat konfransına 

KİV,  Şəbəkə, Sağlamlığa Çağırış Alyansının 

nümayəndələri, QHT və beynəlxalq təşkilatların 

nümayəndələri qatılıb. Tədbirdə  Zərərin Azaldılması 

Şəbəkəsinin nümayəndəsi Almaniya və  İsveçrənin 

dövlət  rəhbərlərinə ünvanlandığı rica məktublarını 

iştirakçılara səsləndirdi. Qlobal Fondun vəsaitlərin 

artırılmasına çağıraraq ümid edilir ki, bütün dünya 

ictimaiyyətinin və beynəlxalq təşkilatların həyata 

keçirdiyi təbliğat tədbirləri diqqətdən 

kənarda qalmayacaq.  AİDS, vərəm və malyariya ilə 

mübarizə üzrə Qlobal Fond 2002-ci ildən başlayaraq 

bu üç xəstəliklərin  əleyhinə  həyata keçirilən 

proqramların  əsas maliyyə  mənbəyi olaraq 144 

ölkədə 572-dən yuxarı proqramı maliyyələşdirib. 

Fond qlobal miqyasda ən  əhəmiyyətli proqramların 

həyata keçirilməsi ilə yanaşı, bu proqramların qrant 

alan dövlətlər tərəfindən davamiyyətinin təmin 

olunması üçün uğurlu mexanizmlər hazırlayaraq 

reallaşdırıb. Qlobal Fond bütün dünyada HİV-ə qarşı 

profilaktik tədbirlərin keçirilməsi ilə yanaşı, 2,8 mln 

insanın ARV terapiyaya cəlb olunmasını təmin edərək 

bu sahədə yüksək nəticələr  əldə edib. Dünya 

miqyasında baş verən maliyyə böhranı Qlobal 

Fondun maliyyə  vəsaitlərinin azalmasına böyük təsir 

göstərib və bu da öz növbəsində AİDS-lə mübarizəyə 

ayrılan vəsaitlərin ildən ilə azalmasına gətirib çıxarıb. 

Fondun 2013-cü ilə  qədər 20 milyard dollar vəsaitə 

ehtiyacı var ki, bu vasait də daxil olmazsa, Fondun 

bütün dünyada həyata keçirdiyi bir sıra  əhəmiyyətli 

proqlamlar, o cümlədən, ARV terapiya, zərərin 

azaldılması  və s. profilaktik tədbirlərin keçirilməsi 

dayandırıla bilər. Bu isə milyonlarla insanın həyatının 

itirilməsi və AIDS epidemiyasının yayılması deməkdir. 

Bu məqsədlə bütün dünyada vətəndaş  və hökümət 

təşkilatları müraciət hazırlayaraq dünya dövlətlərinin 

rəhbərlərinə ünvanlanmış ümummiqyaslı aksiyalar 

təşkil ediblər. Bu baxımdan ümid yaranır ki, 

bəşəriyyəti AİDS-dən xilas edilməsi və qlobal 

sağlamlığın qorunması üçün ölkə liderləri real 

addımlar ataraq öz vədinə əməl edəcək.  

 

Müdafiə, məlumatlandırma və sosial səfərbərlik 

 

Vərəmlə mübarizə sahəsində müdafiə, 



məlumatlandırma və sosial səfərbərlik (MMSS) 

vəziyyəti bu gün yüksək səviyyədə deyil. USAİD 

tərəfindən maliyyələşdirilən və bu məsələlərin 

güclənmdirilməsinə yönəlmiş proqramın 

imkanlarından istifadə etməklə Qlobal Fond 

Azərbaycanda bu məsələnin 

əlaqələndirilməsi 

fəaliyyətini öz üzərinə götürüb. 

MMSS ilə bağlı vəziyyət haqqında aydın fikirə 

nail olmaq üçün biz bu sahədə çalışan bütün əsas 

təşkilatlarla görüşlərin cədvəlini hazırlamışıq. Bizim 

respondentlər arasında Milli Vərəm Proqramının 

(MVP), 


Ədliyyə Nazirliyinin Tibb İdarəsinin, 

Beynəlxalq Qızıl Xaç Cəmiyyətinin, Qlobal Fondun, 

Azərbaycan Qızıl Aypara Cəmiyyətinin, ABT-nin, 

Azərbaycan Səhiyyə  Məlumatlandırma Assosasiyası 

(ASMA) və HƏYAT təşkilatının nümayəndələri vardır. 

Müsahibələr zamanı xüsusən MMSS sahəsində 

həyata keçirilən bütün fəaliyyətlərin  əlaqələndirilməsi 

məsələlərində boşluqların ümumi sayı müəyyən 

olunmuşdur. Həmçinin respondentlər xəstələr 

tərəfindən Vərəm mütəxəssislərinin vaxtaşırı 

səfərlərinə maneçilik törədən stiqma probleminin 

olduğunu qeyd etmişlər. Bu sahədə  vəziyyəti 

təkmilləşdirmək məqsədilə PATH təşkilatına müraciət 

edilmişdir. Respodentlərin müraciətlərinə  əsasən bir 

neçə lazım olan aspektlər aşkar edilmişdir və 

onlardan biri vərəmlə mübarizəyə  cəlb olunmuş 

təşkilatlarının MMSS-ə dair ümumi təlimin keçməsidir.  

Buna görə  də, PATH təşkilatı  tərəfindən həyata 

keçirlən MMSS proqramı  çərçivəsində  Səhiyyə 

Nazirliyinin,  Ədliyyə Nazirliyinin, MVP-nin, Qlobal 

Fondun və ASMA-nın nümayəndələri Kiyevdə 5 

günlük təlimdə  iştirak etməyə  dəvət olunmuşdular. 

Təlim çox səmərəli oldu və hal hazırda 

Azərbaycandan olan iştirakçılar MMSM işçi qrupunun 

təşkil olunmasını  nəzərdən keçrdilər. Mütəmadi 

görüşlər və vaxtaşırı  məlumat mübadiləsi həqiqətən 

MMSS fəaliyyətlərinin təkmilləşdirilməsinə kömək 

edər. Həmçinin belə görüşlər bu sahədə bütün 

fəaliyyətlərin  əlaqələndirilməsinə kömək edəcək, iş 

təkrarlanmasını aradan qaldıracaq və mövcud 

büdcədən daha səmərəli istifadəyə kömək edəcək. 

        


Respublika QİÇS-lə Mübarizə Mərkəzi  AİDS-lə 

Mübarizə Günü ilə əlaqədar keçiriləcək tədbirlər 

haqqında məlumat verdi 

 

Oktyabrın 7-də  Mərkəzin direktoru Həqiqət 



Qədirovanın təşəbbüsü ilə toplanan məsləhət 

yığıncağının iştirakçıları ilkin hazırlıq dövrü ərəfəsində 

nəzərdə tutulan tədbirlərdən danışdılar. AİDS 

Mərkəzin nəzərdə tutduğu tədbirlər planını açıqlayan 

H.Qədirova bildirdi ki, bu il də geniş  əhali arasında 

aparılan maarifləndirmə 

işlərinin effektivliyini 

şərtləndirmək üçün kütləvi aksiyaların keçirilməsinə 

ehtiyac var: «Biz eyni zamanda, müxtəlif  əyani 

vəsaitlərin, çap materiallarının hazırlanması,  şəhərin 

müxtəlif gözəgəlimli və  əhalinin sıx toplaşdığı 

yerlərdə sosial reklamların-posterlərin asılmasının 

daha çox effekt verəcəyini düşünürük. Çünki 

insanların daha çox informasiya almasına ehtiyac var 

və bu tipli maarifləndirmə tədbirləri onlar üçün böyük 

informasiya mənbəyidir». 

«Müxtəlif kütləvi tədbirlər də 

təbliğat 

baxımından uğurludur»  deyən mərkəzin direktoru 

əlavə edir ki, bu tədbirlərin böyük əksəriyyətinin 

reallaşması maliyyə tələb edir və donorların diqqətini 

məhz belə  tədbirlərin maliyyələşdirilməsinə  cəlb 

edilməsi çox vacibdir. Xanım Qədirova həmçinin 

kütləvi idman tədbirlərinin əhalinin əsas həssas qrupu 

olan gənclər kontingenti arasında çox effektiv 

maarifləndirmə vasitəsi olduğunu da vurğulayaraq, 

xatırlatdı ki, əvvəlki illərdə  də anoloji tədbirlər uğurla 

həyata keçirilib. 

Qeyd edək ki, Mərkəzin bu il üçün 

planlaşdırdığı  tədbirlərin sırasında  ənənəvi 1 Dekabr 

mətbuat konfransının keçirilməsi də  nəzərdə tutulur. 

H.Qədirova yığıncaq iştirakçılarının diqqətini 

telekanallar vasitəsilə yayımlanan verilişlərin və tok-

şouların əvəzolunmaz təbliğat vasitəsi olduğuna cəlb 

etməklə, bildirdi ki, dekabr dekadası (15-noyabr-15 

dekabr) müddətində məhz belə silsilə tok-şoular təşkil 

etməklə, çox geniş auditoriya arasında 

maarifləndirmə aparmaq olar: «Sorğular göstərir ki, 

əhalinin 85 %-i informasiyanı telakanallar vasitəsilə 

alır, Məhz bu baxımdan, hansısa telekanalın birində 

belə tədbirin təşkili təbliğatımızın geniş əhali arasında 

yayılmasına böyük təkandır». 

Hazırlıq iclasında iştirak edən nümayəndələr 

də  nəzərdə tutulan tədbirlərlə bağlı  məlumat verdilər 

və donor təşkilatların nümayəndələri maliyyə  tələb 

olunan işlərə  dəstəyin göstərilməsi ilə bağlı 

məsələnin öz aralarında müzakirə ediləcəyini 

vurğuladılar.  

Qlobal Fond, UNAİDS, UNİCEF və 

Ombudsman aparatının nümayəndələri  müəyyən 

maliyyə və təşkilati dəstəklərini bu işdə göstərəcəyini 

bildirdilər. 

 

Malyariyaya qarşı gücləndirici tədbirlərin həyata 

keçirilməsi

 

 

Ölkəmizdə



 

2008-ci ilin oktayabr ayından başlayaraq 

Qlobal Fondun maliyyə  dəstəyi ilə “Davamiyyətlı  

malyariya  nəzarəti  və  profilaktikası  uğrunda  yeni 

təşəbbüslər” adlı layihəsi həyata keçirilir. Həmin 

vaxtdan keçən müddət  ərzində respublikanın bütün 

rayonlarında malyariya əleyhinə geniş miqyaslı 

müalicə-profilaktika

 

və maarifləndirmə    və  həmçinin, 



ağcaqanadlarla mübarizə 

tədbirləri həyata 

keçililmişdir.  

Layihə,  əsas məqsəd olaraq malyariya ilə 

xəstələnmə hallarında erkən və düzgün müalicə-

diaqnostika tədbirlərinin həyata keçirilməsini, hazırda 



malyariyaya yoluxma halları olmayan ərazilərdə 

yoluxmanın yenidən bərpa olunmasının qarşısının 

alınmasını    və  gətirilmə malyariya halları üzərində 

epidemioloji nəzarətin (erkən diaqnostikaə  və vaxtlı-

vaxtında müalicə daxil olmaqla) gücləndirilməsini 

nəzərdə tutur. Bu məqsədə nail olmaq üçün 

malyariya ilə mübarizə sahəsində çalışan tibb 

mütəxəssislərinin bilik və bacarıqlarının artırılması və 

onların yüksək səviyyəli təlimlərə  cəlb edilməsi 

mühüm  əhəmiyyət kəsb edir. İki il ərzində (2008-

2010-cu illər) bütün respublika üzrə malyariya 

sahəsində çalışan 300-dən çox mütəxəssis 

(parazitoloqlar, entemoloqlar, laborantlar) və 400-dən 

çox ilkin səhiyyə xidməti təminatçıları müxtəlif 

mövzular üzrə beynəlxalq ekspertlərin iştirakı ilə 

keçirilən təlimlərdə  iştirak etmişlər. Bundan əlavə, 

malyariya  əleyhinə  tədbirləri uğurla həyata keçirmək 

üçün zəruri tibbi avadanlıqlar, müalicə, laborator 

reaktivləri alınıb və lazımı qurumlara çatdırılmışdır. 

Malyariya  əleyinə  tədbirlərin həyata keçirildiyi 

 

rayonlarda ağcaqanadlarla mübarizə üçün nəzərdə 



tutlmuş insektisidlərlə  təchizatı yüksəltmək məqəsdi 

ilə RGEM-nin mütəsxəssisləri ilə birlikdə hesablamar 

aparılmışdir. Bu hesblamar layihənin təchizat planına 

daxil edilmiş  və müvafiq olaraq Respublika Gigiyena 

və Epidemologiya Mərkəzinə rayonlara paylanmaq 

üçün 2009 –cu ildə 3500 kq və 2010 –cu ildə isə 

daha 3000 kg yüksək keyfiyyətli insektisidlər 

verilmişdir.  Əhalinin zərif qruplarını (hamilə qadın və 

uşaqlar) malyariya ilə  xəstələnməkdən qorumaq 

məqsədi ilə onlara fərdi mühafizə vasitələri 

(insektisidlə hopdurulmuş miçətkanlar) paylanmışdır. 

Həmin məqsədlə 2009-cu ildə  əhaliyə 20000 və 

2010-cu ildə isə daha 10 

000 ədəd insektisid 

hopdurulmuş miçətkən paylanılmışdır. Hazırda bütün 

fəal malyariya ocaqlarında  keçiricilər  əleyhinə 

müntəzəm olaraq dezinseksiya və  həmçinin, digər 

mübarizə  tədbirləri həyata keçirilir. Malyariya 

ocaqlarında elmi surətdə  əsalandırılmış epidemioloji 

müainə  və müalicə  tədbirlərinin təşkili, malyariogen 

ərazilərin stratifikasiyasını  və CMS (Coğrafi Məlumat 

Sistemli) xəritləriin tərtibini tələb edir. Hazırda bu 

fəaliyyət müvəffəqiyyətlə başa çatdırılımışdır və 

malyariya hadisələrinin və ocaqların 

klassifikasiyasının tərtib edilməsi üçün lazım olan 

zəruri məlumat bazası hazırlanmışdır. Bunula 

bərabər, hazırda elektron formatda tərtib edilmiş 

epidemioloji müayinə kartasının tərtib edilməsi və 

toplanmış məlumat kompüter- məlimat bazasına daxil 

edilməsi başa çatdırılmışdır. Bu sistemin tərtibi 

malyariya üzərində  nəzərətin gecləndirməsini təmin 

edəcəkdir və  əks epidemik tədbirlərin vaxtında və 

dəqiqliklə aparılmasına imkan yaradacaqdır.  

 Layihənin gedişinin ilkin təhlili göstərir ki, 

ölkədə malyariya xəstəliyin eliminasiyasına 

yönəldilmiş tədbirlər öz tövhəsini verməkdədir. Beləki, 

2009-cu ildə ölkədə  cəmi 80 (onlardan ikisi gətirilmə 

xəstəlikdir),  2010-сu ildə isə  cəmi 45 malyariya 

hadisəsi geyd edilmişdir. Qətiyyətlə demək olar ki, 

ölkədə malyariya xəstəliyi üzərində tam nəzarət əldə 

edilmiş və geniş miqyaslı epidemiya təhlükəsi aradan 

qaldırılmışdır. Bu həm malyariya ilə mübarizə 

sahəsində  işləyən kadrların ixtisas hazırlığının 

yüksəldilməsinə, həm də ölkənin gigiyena və 

epidemioloji sisteminin maddi-texniki bazasının 

yaxşılaşdırılmasına yönəldilmiş 

məqsədyönlü 

tədbirlərin nəticəsidir.  

  

Məmnuniyyətlə geyd edirik ki,  ölkədə  həyata 



keçirilən  HİV, vərəm və malyariya ilə mübarizə 

layihələri daimi olaraq Azərbayacan Respublikasının 

Səhiyyə Nazirliyinin rəhbərliyi, xüsusən Səhiyyə 

Naziri, professor O.Şirəliyev tərəfindən dəstək alır və  

belə dəstəyin olması, həmçinin yuxarıda qeyd edilən 

bütün tədbirlərin uğurla həyata keçirilməsinə zəmanət 

yaradır.  

 

 



Layihənin Əlaqələndirmə Bürosunun informasiya bülleteni Qlobal Fondun “Azərbaycanda HİV/AİDS, 

Vərəm və Malyariya ilə mübarizə Proqramı çərçivəsində nəşr edilir. 

Azərbaycan Respublikası Səhiyyə Nazirliyi,  

Layihənin Əlaqələndirmə Bürosu 

Bakı ş., AZ1005, 

T. Əliyarbəyov küçəsi 3 

2-ci mərtəbə 

Tel:(+99412) 4982016 

4982032 


Faks:(+99412) 4982001 

                        

erasulova@gfaids.az

                              



rvezirov@gftb.az

  

Müalicə və diagnostika təyin edilməsi ilə bağlı 



Respublika QİÇS-lə Mübarizə Mərkəzinə müraciət 

edə bilərsiniz 

Bakı ş., AZ1022, 

Mir-Kasımov küçəsi 1/8 

Tel:(+99412) 5100869 

Faks:(+99412) 4947353 

office@aids.az



 

 

HİV/AİDS, Vərəm və Malyariya 

ilə mübarizə Programı 

 

 

Yüklə 95,52 Kb.

Dostları ilə paylaş:




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin