Layihəni başa çatdırmanın ekonometrik əsaslarında işlərin bölgü strukturu (İBS)



Yüklə 18,19 Kb.
səhifə1/3
tarix27.11.2022
ölçüsü18,19 Kb.
#70791
növüKompozisiya
  1   2   3
Belge (7) iiugv


Layihəni başa çatdırmanın ekonometrik əsaslarında işlərin bölgü strukturu (İBS)


Işlərin bölgüsünün (dekompozisiya) strukturu (WBS – Work Breakdown Structure) – layihənin ardıcıllıqla yarımlayihələrə bölgüsünün strukturu, müxtəlif səviyyəli işlər paketi və müfəssəl işlərin paketidir. İBS, layihəni idarəetmə sisteminin yaradılması üçün təməl vasitəsidir, çünki işlərin təşkili problemini həll etməyə, cavabdehliklərin paylanmasına, dəyərin qiymətləndirilməsinə, hesabatlılıq sisteminin yaradılmasına, işlərin yerinə yetirilməsi haqqında informasiyaların toplanmasını effektiv şəkildə dəstəkləməyə və işlərin qrafiklərinin, dəyərlərin, resursların ümumiləşdirilməsi üçün nəticələri informasion idarəetmə sistemində əks etdirməyə və sona çatdırmağa kömək edir.


İBS, layihə planını sifarişçinin spesifikasiya və ya işlərin təsviri formasında təqdim olunan tələbləri ilə uzlaşdırmağa kömək edir. Başqa tərəfdən isə, İBS layihə meneceri üçün rahat idarəetmə vasitəsidir, belə ki, o aşağıda qeyd olunanlara imkan verir:
layihənin yarımməqsədlərinə (xüsusi məqsədlərinə) çatılmasını təmin edən işi və işlər paketini müəyyən etməyə;
layihənin reallaşacağı təqdirdə bütün məqsədlərə çatılacağını yoxlamağa;
layihənin məqsədlərinə uyğun, əlverişli hesabatlılıq strukturunu yaratmağa;
layihə üzrə nəzarət nöqtələri olacaq pilləli planın müvafiq səviyyədə detallaşdırılmasını
(əsas nəticələri) müəyyən etməyə;
layihənin məqsədlərinə çatılması üçün onun icraçıları arasında cavabdehliyi paylamaq və
bununla da layihə üzrə bütün işlərə cavabdeh olduğundan onların heç birinin diqqətdən kənarda qalmayacağına təminata;
layihənin ümumi məqsəd və vəzifələrinin bütün komanda üzvləri tərəfindən dərk edilməsini təmin etmək.
Işlər paketi adətən İBS-nin ən aşağı səviyyəsinə uyğun gəlir və müfəssəl işlərdən ibarətdir.
İBS-in işlənib hazırlanması ya yuxarıdan aşağı, ya da aşağıdan yuxarı həyata keçirilir, yaxud da eyni zamanda bu yanaşmaların ikisindən də istifadə edilir. İBS-in qurulması nəticəsində layihənin bütün məqsədləri nəzərə alınmalı və onun müvəffəqiyyətlə reallaşdırılması üçün bütün ilkin şərtlər yaradılmalıdır.
İBS-in detallaşdırılması səviyyəsi layihənin məzmunundan, layihə komandasının ixtisasından və təcrübəsindən, tətbiq edilən idarəetmə sistemindən, komandada cavabdehliklərin paylanması prinsiplərindən, sənədlərin dövriyyəsi və hesabatlılıq sistemindən və s.-dən asılıdır.
Layihənin bölgü (dekompozisiya) edilməsində ustalıq, layihənin əsas strukturlarının məharətlə uzlaşdırılmasındadır. Onlara hər şeydən əvvəl təşkilati strukturu (OBS – Organization Breakdown Structure), xərclər üzrə maddələrin strukturunu (ABS – Account Breakdown Structure), resursların strukturunu (RBS – Resource Breakdown Structure), funksional strukturu, informasiya strukturunu, müvəqqəti intervalların strukturunu (layihəyə aid fazaların sıralanması və tərkibi, mərhələlər) və onların mümkün tərkib strukturlarını aid edirlər. İBS belə uzlaşmalar üçün əsas rolunu oynayır.
İBS işlərinin tərkibinə layihənin bütün işləri (müfəssəl işlər və addımlar, paket işlərin tərkibində nəzərə alınır) daxildir. İBS-in tamlığına dair analiz, layihənin bu sisstemyaradıcı strukturunun qurulmasında ən vacib mərhələlərdən biridir. Ona görə də, əgər layihədə yalnız onun rəhbərliyi tərəfindən deyil, həm də sifarişçisi tərəfindən nəzarət edilən işlər varsa, bu işləri İBS işlərinin tərkibinə daxil etmək lazımdır ki, bu strukturun tamlığı təmin olunsun. Bu zaman

Yüklə 18,19 Kb.

Dostları ilə paylaş:
  1   2   3




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin