güdəcəklər ki, bu da xaosa, bütövlükdə layihənin reallaşdırılması işinin pozulmasına gətirib çıxaracaq. 7) Lüzumsuz həddə detallaşdırma ilə planlaşdırma. Layihə həddən artıq təfsilatı ilə planlaşdırıldıqda vəziyyətinin analizi və planlaşdırmasında, eləcə də ona nəzarət zamanı problemlər yaranır, məsələn, nə yerinə yetirilib və nədə və yaxud harada gecikmə var. Hətta böyük miqdarda resursları səmərəli şəkildə idarə etmək, yubanmaları vaxt üzrə müəyyənləşdirmək, xərcləri qiymətləndirmək, idarəetmənin məqsədləri üçün real və münasib qrafiklər hazırlamaq çətindir. Lakin həddən artıq birləşdirmə də idarəetmədə problemlər yarada bilər. Ona görə də layihədə yalnız idarə edilməsi mümkün və lazım olan parametrlər planlaşdırıldıqda qızıl ortanı tapmaq lazımdır. Layihənin dəyəri - layihə resurslarının məcmu qiymətləri, eləcə də layihə işlərinin qiymətləri və onların yerinə yetirilməsi müddətləri ilə müəyyən olunur. İnşaat layihələri üçün kapital, tikintiyə lazım olan pul vəsaitlərinin də daxil olduğu layihə qiymətinin bir hissəsi olan tikinti qiyməti müəyyənləşdirilir. Layihə üzrə bütün xərclərin qiymətləndirilməsi layihənin ümumi qiymətinə ekvivalentdir. Layihə dəyəri ilə idarəetməyə layihənin təsdiq edilmiş büdcə çərçivəsində yerinə yetirilməsini təmin edən və buna zəmanət üçün vacib olan proseslər daxildir. Layihənin dəyərlə idarəedilməsinin həyata keçirilməsinə kömək edən əsas sənəd büdcədir. Büdcə- müvafiq dövr üçün planlaşdırılan gəlirlərin və xərclərin maddələr üzrə paylanmış reyestri olan direktiv sənəddir. Büdcə layihənin resurs məhdudiyyətini müəyyən edən sənəd olduğuna görə dəyərlə idarəetmə zamanı ön plana, onun xərclər hissəsi çıxır ki, onu da layihənin smetası adlandırırlar. Layihənin smetası- layihənin (kontraktın) dəyərinin, adətən layihə işlərinin həcminə, tələb olunan resurs və qiymətlərə görə əsaslandırılması və hesablanmasını ehtiva edən sənəddir. Layihənin xərcləri ilə idarəetməyə imkan verən üsullardan biri xərclərin hesabının (hesabların planları) strukturundan istifadə etməkdir. Bu işlərin yerinə yetirilməsi üçün həm fəhlə əməyi, materiallar, avadanlıqlar ilə ifadə oluna bilən, həm də pul məsrəfləri forması pozisiyasında olan resurslar tələb olunur. Büdcənin formalaşdırılması mərhələsində işlərin yerinə yetirilməsi üçün bütün resurslar xərclərin müxtəlif maddələrinə atılır. Layihə işlərinin yerinə yetirilməsi zamanı xərclərin müvafiq hesablarında xərclər haqqında faktik informasiya da nəzərə alınır ki, bu da detallaşdırmanın müvafiq səviyyələrində planlaşdırılan xərclərlə (büdcə xərcləri ilə) faktiki xərclərin müqayisəsini aparmağa imkan verir.