işlərin xarici paketləri İBS-də müvafiq səviyyədə xarici və daxili işlərə bölünməklə, ya da xarici və daxili təşkilati bölmələrə ayrılmaqla nəzərə alınırlar
işlərin xarici paketləri İBS-də müvafiq səviyyədə xarici və daxili işlərə bölünməklə, ya da xarici və daxili təşkilati bölmələrə ayrılmaqla nəzərə alınırlar. Bütün hallarda İBS anlaşıqlı olmalı və layihəni ayrı-ayrı işlərdən bütöv şəkildə toplamağa, onun reallaşdırılması zamanı idarəetmənin təmin olunmasına və bütün işlər üzrə cavabdehliklərin bölünməsinə və s.-ə imkan verir. Idarəetmənin təmin olunması özündə reqlament qoyulmasını tələb edir ki, bu da layihə iştirakçılarına onların davranış qaydalarını və praktiki cəhətdən həmin reqlamentin yerinə yetirilməsini göstərir. Birincini “böyükdə idarəetmə”, ikincini isə “kiçikdə idarəetmə” adlandırırlar.
Planlaşdırmada tipik xətalar və onların doğurduğu nəticələr Planlaşdırmada tipik xətalar və onların doğurduğu nəticələr aşağıda qeyd olunanlardan ibarətdir: 1) Səhv məqsədlərdən istifadə ilə planlaşdırma. Öz məzmununa görə istənilən layihə konkret tələbin ödənməsi probleminin həllinə xidmət edir. Bundan asılı olaraq bu və ya digər konkret məqsədlər formalaşdırılır. Əgər problem başa düşülmür və kifayət qədər dəqiq ifadə edilmirsə, onda ciddi xətalarla qarşılaşmaq olar. 2) Yarımçıq məlumatlar əsasında planlaşdırma. Bu vəziyyət injinirinq layihələr üçün xarakterikdir, onlarda planlaşdırmanın nəticələrinə testləşdirmənin gələcək nəticələri və ya əlaqəli və istiqamətli axtarış işlərinin nəticələri əhəmiyyətli dərəcədə təsir göstərir. Bu zaman elə işlər planlaşdırılır ki, onların başlanğıcı, bəlkə də elə onların yerinə yetirilməsi faktının özü test sınaqlarının nəticələrindən, yaxud da qonşu bölmələrdəki müvəffəqiyyətdən/uğursuzluqdan asılıdır. 3) Planlaşdırma yalnız planlaşdırıcıların cəlb edilməsi ilə yerinə yetirilir. Baxmayaraq ki, bu bir çox səbəblərdən özünü doğruldur, planlaşdırmanın belə təşkili vacib faktorların hesaba alınmamasına görə böyük itkilərə gətirib çıxara bilər. Ona görə də planlaşdırmaya konkret işlər üzrə məsul icraçılar, layihəni maliyyələşdirməyə və təchizata məsul şəxslər də cəlb olunmalıdır. 4) Əvvəlki təcrübəni nəzərə alaraq planlaşdırma. Hətta ən yaxşı smetanın mövcudluğu halında belə, anoloji layihələrin reallaşdırılması zamanı toplanmış əvvəlki təcrübədən istifadə etmədən planlaşdırmada ciddi səhvlərə yol vermək olar. 5) Əldə edilməsinin mümkünlüyünü nəzərə alaraq resursların planlaşdırılması. Bu hər şeydən əvvəl, layihə üzrə işləri görmək üçün müəyyən ixtisasa sahib, lazım olan vaxtda və lazım olan yerə gələ biləcək əmək resurslarına aiddir. 6) Koordinasiyanı nəzərə alaraq planlaşdırma. Istənilən böyük layihə nisbi sərbəst hissələrə bölünür ki, onların reallaşdırılmasına müstəqil bölmələr məsuliyyət daşıyır. Layihəni idarə edənin əlaqələndirici təsiri olmadıqda onlar yalnız özlərinin xüsusi, lokal məqsədlərini