Boyük Qafqazın cənub yamacında (lahiYƏ ÇƏRÇİVƏSİNDƏ) su resurslarının qiymətləndirilməsinə dair hesabat MÜNDƏRİcat



Yüklə 221,74 Kb.
səhifə1/6
tarix07.09.2017
ölçüsü221,74 Kb.
#29195
  1   2   3   4   5   6
Boyük Qafqazın cənub yamacında (LAHİYƏ ÇƏRÇİVƏSİNDƏ) su resurslarının qiymətləndirilməsinə dair hesabat
MÜNDƏRİCAT

GİRİŞ………………………………………………………………………2



  1. Cənub yamacı (lahiyədə olan) çayları və hövzələri haqqında ümumi məlumat.....................................................................................................3

  2. Böyük Qafqazın cənub yamacı (lahiyədə olan) çaylarının axımının formalaşmasına təsir edən fiziki-coğrafi amillərin təhlili.........................7

  3. Hidrometeoroloji məlumatlar...................................................................17

3.1. Sıraların statistik təhlili...........................................................................17

3.2. Meteoroloji elementlərin son dövrdə dəyişməsinin tədqiqi....................22

3.3. Axıma iqlim dəyişmələrinin təsirinin qiymətləndirilməsi......................27

4. Cənub yamacın (lahiyədə olan) su resurslarının və onların əmələgəlmə

qanunauyğunluqları...................................................................................29

4.1. Qar sularının rolu.....................................................................................29

5. Çayların su resursları..................................................................................30

5.1. Hidrometeoroloji öyrənilməsi..................................................................41

6. Axımın ildaxili paylanması.........................................................................48

7. İnzibati və iqtisadi-coğrafi rayonların su resurslarının balansa görə qiymətləndirilməsi..............................................................................

Ədəbiyyat........................................................................................................50

GİRİŞ

Mövcud məlumatlar əsasında iqlim dəyişmələrinin su ehtiyatlarına təsirini qiymətləndirmək, su ehtiyatlarına dair müşahidə sıralarının təsadüfi və bircins olub olmamasını qiymətləndirmək və qeyri bircins olan sıralara təsir edən amilləri müəyyənləşdirmək və sairdən ibarət olmuşdur. Su ehtiyatlarına dair məlumatların toplanılması və təhlilinə əsasən axıma təsir edən əsas amillərin müəyyən edilməsi və bu təsirin kəmiyyətcə qiymətləndirilməsi metodlarının dəqiqləşdirilməsi, axımla əsas iqlim amilləri arasında alınmış əlaqələrin 1961-2011-ci illər ərzində toplanılmış materiallara əsasən dəqiqləşdirilməsi və iqlim dəyişmələrin su ehtiyatlarına təsirini kəmiyyətcə ifadə edən asılılıqların alınması və onlardan istifadə etməklə iqlim dəyişmələrinin su ehtiyatlarına təsirini qiymətləndirmək işin əsasını təşkil edir.



Son dövrdə (1991-2011-ci illər) cənub yamac üzrə su ehtiatlarının vəziyyətinin və onlara iqlim dəyişmələri və digər antropogen təsirlərin qiymətləndirilməsi məqsədilə ərazidə çaylar üzərində olan 1991-2011-ci illərin orta aylıq su sərfləri haqqında, o cümlədən hövzə üzrə meteoroloji elementlərə dair məlumatları toplayaraq təhlil edilmişdir. Həmin məlumatlar əsasında sıraların aylıq, fəsillik və illik qiymətləri hesablanmış, mümkün olan qısa sıralar uzadılmış və onların statistik təhlili aparılmış, müəyyən nəticələr alınmışdır.


  1. CƏNUB YAMACI (LAYİHƏDƏ OLAN) ÇAYLARI VƏ HÖVZƏLƏRİ HAQQINDA ÜMUMİ MƏLUMAT

Şəki-Zaqatala regionunun çay şəbəkə sıxlığı 0,49-0,62 km/km2, hidroqrafik şəbəkə sıxlığının orta kəmiyyəti qərbdən şərqə doğru (Əlincəçay üçün 0,47 km/km2) azalır. 2500 m-dən hündür zonalarda çay şəbəkə sıxlığının azalması bura düşən yağıntıların az olması, bitki örtüyünün zəif inkişafı, alçaq dağlıq qurşaqlarda isə yağıntıların az miqdarda düşməsidir.

Katexçay – Böyük Qafqazın Quton dağının cənub yamacından 2840 m yüksəklikdən başlayır. Qala-dərəçaya tökülənədək çay Çamdərə adlanır. Çayın uzunluğu 54 km, hövzəsinin sahəsi 620 km2-dir. Katexçayın 8 əsas qolu var, onlardan 5-i sağ, 3-ü isə sol qoludur. Çayın orta eni 11,5 km, hövzəsinin orta yüksəkliyi 1038 m-dir. Hövzəsinin 256 km2 –i meşədir. Çay şəbəkəsinin sıxlığı 0,53km/km2 –dir. Katexçay su rejiminə xüsusiyyətlərinə görə yaz gursululuğu və yay –payız daşqın rejimli çay tipinə aiddir. Yay və payız yağışları daşqın formalaşdırır. Payız daşqınları sentyabr və oktyabrın əvvəllərində müşahidə edilir. Daşqınlar 2 gündən 1 günədək davam edir. Hidrometrik məntəqə Qəbizdərə kəndi yanındadır və su rejiminin xüsusiyyətləri bu məntəqənin məlumatları əsasında təhlil edilir. Ən böyük su sərfi 13 avqust 1939-cu ildə qəza sel daşqını yaranmışdır. Ən kiçik su sərfi isə 24 yanvar 1942-si ildə 1,68 m3/s olmuşdur. Çayda orta çoxillik asılı gətirmələr sərfi 3,6 kq/s-dir. Çayda suyun ən yüksək temperaturu 12 avqust 1955-ci ildə 21,8ºS müşahidə edilmişdir. Buz hadisələrindən sahil buzu əmələ gəlir və yanvar ayının 3-dən başlayır. 9 fevraldan sonra buz hadisələri olmur. Çayın su ehtiyatlarından suvarmada istifadə edilir və XX əsrin ortalarınadək Matsex kəndində 35 kvt su elektrik stansiyası fəaliyyət göstərib.

Balakənçay – Böyük Qafqazın cənub yamacından axan Saatior və Rexusaationi çaylarının qovuşmasından yaranır. Çayın uzunluğu 39km, hövzəsinin sahəsi 320 km2-dir. Çayın orta eni 8,2 km, hövzəsinin orta yüksəkliyi 958 m-dir. Çayın orta meyilliyi 59,3‰-dir. Balakənçayın 5 əsas qolu var, onlardan 2-si sağ, 3-ü isə sol qoludur. Balakənçay yaz gursululuğu rejiminə malikdir. Gursululuq mart ayında başlayır. Avqust ayınadək davam edir. Payız yağışları daşqınları formalaşdırır. Balakən hidroloji məntəqəsində ən böyük su sərfi 11 iyul 1973-cü ildə 308 m3/s olmuşdur. Ən kiçik su sərfi 28 fevral 1961-ci ildə 0,05 m3/s . Çayda asılı gətirmələr sərfi qiyməti 9 sentyabr 1972-ci ildə 120 kq/s qədərdir. Çayın suyundan Balakən şəhərində aşağı suvarmada geniş istifadə edilir. XX əsrin ortalarınadək gücü 280 kvt olan Balakən su elektrik stansiyası il boyu isləyib.

Talaçay – 2800 m yüksəklikdən başlayan çayın uzunluğu 40 km, hövzəsinin sahəsi 410 km2-dir. Talaçayın 3 sağ, 2 sol qolu var. Çayın orta eni 10,2 km, hövzəsinin orta hündürlüyü 868m-dir. Talaçay yaz gursulu və yay -payız daşqın rejimli çaydır. Çayda qəza sel daşqınları təsərrüfatlara böyük ziyan vurur, gursululuq isə mart ayından başlayır və iyul ayınadək davam edir. Ən böyük su sərfi 11 iyul 1973-cü ildə 331 m3/s, 1953-cü ildə 6 yanvarda və 24 martda isə çay tam qurumuşdur. Zaqatalada gücü 200 kvt olan SES fəaliyyət göstərib.

Qaraçay ( Muxaxçay)- Qaraçayla Qaraağac çaylarının qovuşmasından əmələ gəlir. Çayın uzunluğu 56 km, hövzəsinin sahəsi 572 km2-dir. Dörd əsas qolu var. Çayın orta eni 10,2 km,hövzəsinin orta yüksəkliyi1112 m-dir. Çayın su rejim fazası yaz gursululugu və yay-payız daşqınlarıdır. Əsas qida mənbəyi qar və yağış sularıdır. Qrunt sularının qidalanmada rolu iyul ayından sonra artır. Gursulu rejim martın sonlarından iyul ayına kimi davam edir. Stasionar müşahidə aparılmayıb.

Kürmükçay- Kunaxaysu, Bulanıxsu və Ağsu çaylarının qovuşmasından yaranır. Əsas çay kimi Bulanıxsu qəbul edilib. Çayın uzunluğu 55 km, hövəsinin sahəsi 562 km2-dir. 5 əsas qolu vardır. Hövzəsinin orta eni 10,2 km, orta hündürlüyü 1105 m-dir. Şəki-Zakatala şossesindən aşağı çay Qanıx-Həftəran vadisinə çıxır və qollara ayrılır. Kürmükçayın rejim xüsusiyyətləri altı ölçü məntəqəsinə görə təhlil edilmişdir. Hidrometrik məntəqələrdən ikisi Kürmükçayın üzərində Sarıbaş kəndi (işləmir) (67,5 km2) və İlisu yaşayış məntəqəsindədir (166 km2). 3 ölçü məntəqəsi çayın qolları üzərindədir. Bunlar Bulanıxsu-Sarıbaş (20,5 km2)-işləmir, Künaxaysu-Sarıbaş (21,0 km2)-işləmir və Hamamçay-İlisu (62,0 km2)-dur. Kürmükçay yaz gursuluğu və yay-payız daşqın rejimli çaydır. Çayın qidalanmasında əsas rolu qar və yağış suları təşkil edir. Kürmükçayda (Sarıbaş) ən böyük su sərfi 15 iyun 1979-cu ildə 69,9 m3/s, minimal su sərfi isə 6 iyul 1975-ci ildə 0,10 m3/s olmuşdur. İlisu məntəqəsində isə ən böyük su sərfi 16 iyul 1973-cü ildə 420 m3/s, ən kiçik su sərfi isə 27 yanvar 1960-cı ildə 0,58 m3/s olmuşdur. Kürmükçayın İlisu məntəqəsindəki məlumatlara əsasən çayda sahil buzu əmələ gəlir və 16 günədək davam edir. Suyundan suvarmada istifadə edilir. Kunaxaysu çayında Sarıbaş su elektrik stansiyası fəaliyyət göstərmişdir. Kürmükçayda tez-tez sel hadisələri baş verir və sel strukturu sel olur. Bulanıxsu çayda ən böyük asılı gətirmələr sərfi 19 kq/s, Kürmükçay -Sarıbaş məntəqəsində isə 4,4 kq/s-dir.

Şinçay- 2800m yüksəklikdən başlayan Şinçayın uzunluğu 39 km, hövzəsinin sahəsi 306 km2 götürür. Çay şəlalələrlə tökülən bir sıra dağ axınlarından yaranır. Şin kəndindən aşağı çay iki sərbəst qola ayrılır. Şəki –Zakatala şossesinin kəsişdiyi yerdə çay 12-15 qola ayrılır. Maksimal su sərfi 280 m3/s,minimal su sərfi isə 0,90 m3/s-dir. Çayın 5 km –dən uzun olan 8 qolu var. Çay ilin bütün fəsillərində bulanıqlı olur. Şinçay yaz gursulu və yay–payız daşqınlı su rejiminə malikdir. Şinçayda su rejimi üzərində müşahidə Şin kəndi yaxınlığında 1973-1975-ci illərdə su sərfi və səviyyəsi ölçülmüşdür.

Kişçay – çayın uzunluğu 33 km, hövzəsinin sahəsi 265 km2-dir. 4 əsas qolları var. Hövzənin 75 km2 sahəsi, parçalanma və çılpaq sahədir. Çılpaq dağ və təpə yamacları, temperaturun böyük amplitudaya malik olması hövzədə intensiv mexaniki və fiziki aşınmanın getməsinə şərait yaradır. Çayın gətirmə konusunun sahəsi 110 km2-dir. Çay suyundan Şəki şəhərinin su təchizatında da istifadə edilir. Qaynar çayının mənsəbindən aşağı iki su elektrik stansiyası hazırda fəaliyyət göstərmir.

Mazımçay- çayın uzunluğu 39km, hövzəsinin sahəsi 326 km2-dir. Çayın düşməsi 2520m-dir. Ümumiyyətlə Mazım çayın uzunluğu 10 km-dən kiçik 12 qolu var. Çayın hövzəsində sel mənbələri 20km sahəni tutur. Çayın su rejimi yaz gursuluğu və yay payız daşqınlarıdır. Əsasən daşqın sentyabrın sonunda və oktyabr ayında yaranır. Çay qar, yağış suları ilə qidalanır.

Əyriçay- kollektor rolunu oynayaraq Daşağılçay, Küntükçay, Kişçay, Şinçay, Durağaçay, Qaşqaçay çaylarının axımını yığır. Əsas çay kimi Daşağılçayı götürülür. Çayın uzunluğu 134km, hövzəsinin sahəsi 1810 km2-dir. 7 əsas qolu var. Qidalanmasında qar və yağış suları üstünlük təşkil edir. Yaz gursulu rejimli çaydır. Çayda sel daşqınları müşahidə edilir. Ən böyük su sərfi 141 m3/s 1 may 1982-ci ildə, ən kiçik su sərfi 0,26 m3/s 31 iyun 1987-ci ildə müşahidə edilib. Əyriçayın üzərində su anbarı tikilib.


  1. BÖYÜK QAFQAZIN CƏNUB YAMACI (LAHİYƏDƏ OLAN) ÇAYLARININ AXIMININ FORMALAŞMASINA TƏSİR EDƏN FİZİKİ-COĞRAFİ AMİLLƏRİN TƏHLİLİ

Baxılan ərazidə hidroqrafik şəbəkənin inkişafına kompleks fiziki-coğrafi amillər təsir göstərir ki, bu da şəbəkənin coğrafi mövqeyi, relyefi, iqlimi, geoloji quruluşu, torpaq-bitki örtüyü ilə sıx surətdə əlaqədardır. Ərazi orohidroqrafik baxımdan mürəkkəbdir.

Ərazidə relyefin formalaşması prosesində çay dərələri, çay şəbəkəsi də təbii inkişaf mərhələləri keçmişdir. Baş Qafqaz silsiləsinin cənub yamacı asan yuyulan süxurlardan təşkil olunduğu üçün burada dar və dərin dərələr formalaşmışdır. Çay hövzələrində təbaşir dövrünün əhəng daşları, paleogen çöküntüləri yayılmışdır. Baş Qafqaz silsiləsinin cənub yamacının (lahiyəyə aid hissə) hidroqrafik şəbəkəsi uzun geoloji dövr ərzində formalaşmışdır və bu formalaşmaya ekzogen və endogen amillər əhəmiyyətli təsir göstərmişdir. Bu ərazidə də çay şəbəkəsinin inkişafı relyef və geoloji quruluşla əlaqədar olub, hövzənin relyef formalarından, meyilliyi və yüksəkliyindən, hövzə ərazisində hakim iqlim şəraitindən, torpaq-bitki örtüyünün xüsusiyyətlərindən asılıdır. Böyük Qafqazın cənub yamaclarında olan çayların (lahiyədəki çaylar da buna aiddir) hövzələrində maksimal yağıntıların miqdarı 1600-1800 mm-dən bir qədər artıq olur. Şimaldan gələn soyuq hava kütlələrinin tədqiq olunan əraziyə daxil olmasına Baş Qafqaz silsiləsi manə olur. Rütubətli hava kütlələri, hansı ki, qərbdən və şimali qərbdən daxil olur, ərazinin rütubətlənməsini artırır. Ona görə də burada axım başqa rayonlara nisbətən çox olur.

Baxılan ərazi çaylarında axımın formalaşmasında atmosfer yağıntılarının rolu böyükdür. Temperatur və yağıntıların ərazi üzrə qeyri-bərabər paylanması təbii şəraitin müxtəlifliyindən asılıdır. Çayların axımının formalaşmasında qar və yağış sularının rolu böyükdür. Atmosfer yağıntıları axım əmələ gəlməsinə müsbət təsir etdiyi halda, buxarlanma əks təsir edir. Su hövzəsindən, bitki örtüyündən, yer səthindən gedən buxarlanma ilə yanaşı su obyektlərindən suvarma üçün külli miqdarda su götürülməsi də çay axımının azalmasına səbəb olur. Çayların su rejiminə təsir edən fiziki-coğrafi amillərdən əsas iqlimi göstərmək lazımdır.

Bu ərazidə yağıntıların qar şəklində düşməsi tez-tez müşahidə olunur ki, bu da hava temperaturunun mənfi olması ilə bağlıdır. Dağların hündürlüyündən, dağ yamaclarının səmtindən asılı olaraq qar örtüyünün yaranma tarixi də fərqlidir. Baxılan ərazidə 2000 m-də (Əlibəy) qar örtüyü oktyabrın 21-də yaranır. Tədqiqatlara görə davamlı qar xəttinin hündürlüyü tədqiq olunan ərazinin qərbində 1100-1300, mərkəzdə 1400-1600 arasında hüdudlanır. Qar örtüyünün davamiyyətində də hündürlük və səmtdən asılılıq özünü göstərir. Lahiyə ərazisində qar örtüyünün davamiyyəti 1000 m -60, 1600 m -110, 2000 m -140, 2600 m -190 və 3200 m-də 240 günə çatır. Çay hövzələrinin ərazisi üzrə formalaşan sinoptik proseslərin təsiri altında düşən yağıntılar (qar, yağış) hava temperaturu zaman və məkan üzrə qeyri-bərabər paylanır ki, bu da çaylarda axımın il ərzində paylanma xarakterində özünü əks etdirir.



Relyefin təsiri. Dağlıq ərazilərdə yüksəkliyin artması əsasən yağıntıların artmasına səbəb olur, digər tərəfdən isə hündürlük artdıqca hava temperaturunun enməsi yağıntıların sülb (qar) halında düşməsinə imkan verir. Dağ yamaclarının səmtindən və hündür dağların hava kütlələrinin qarşısını kəsməsindən, sinoptik proseslərin yaranmasında mühüm rol oynayan günəş radiasiyasından asılı olaraq hövzələrdə çay axımının formalaşması prosesi də dəyişir.

Şəkil 2.1-2.2. Hamamçay vəTalaçay hövzəsində axımın, yağıntı və

havanın temperaturunun xronoloji gediş qrafiki.

Şəkil 2.3. Lahiyə çaylarinin orta illik axım modulu ilə hündürlük

arasında əlaqə.

Baxılan ərazi çaylarının axımının hündürlükdən asılı olaraq dəyişmə hüdudlarını baxılan yamac üçün illik axım modulu (q) ilə hündürlük arasında əlaqələrdən ğörmək mümkündür. Böyük Qafqazın cənub yamacından axan çaylar üçün q-in maksimal qiyməti 47 l/s*km2 çata bilər.



Torpaq örtüyü və geoloji quruluşun təsiri. Hövzənin torpaq örtüyü geoloji quruluşu ilə birlikdə çay axımının formalaşma prosesinə çox mühüm təsir göstərir. Axımın formalaşması prosesinə çay hövzəsinin sukeçirən və az sukeçirən süxurlardan təşkil olunması da mühüm təsir göstərir. Sukeçirən süxurlardan təşkil olunduğu halda düşən yağıntıların suyu yerin dərin qatlarına hopur və yeraltı suların artmasına, onun buxarlanmasına şərait yaradır. Az sukeçirən süxurlardan təşkil olunması isə yağıntı suları səth axımı formalaşdırır, yeraltı çaylara hopma az və su səthindən buxarlanma isə çox olur.

Tədqiqatçılara görə Böyük Qafqaz cənub yamacı (lahiyə hissəsi daxil olmaqla) torpaq örtüyü zonallıq qanununa uyğun olaraq paylanmışdır. Bu ərazidə faktiki müşahidələrə əsaslanan tədqiqatlar göstərir ki, çay hövzələrində heyvanların otarılması torpaqlarda sukeçiricilik qabiliyyətinə mənfi təsir göstərir. Əgər otarılan torpağın sukeçirmə qabiliyyəti 0,92-0,95 mm/dəq olmuşdursa, üç il dincə qoyulan torpaqda təbii hopdurma bərpa olunaraq sukeçirmə 1,70-1,81 mm/dəq-dək artmışdır. Qanıx-Həftəran vadisində suların allüvial çöküntülərə hopması nəticəsində çaylar yox olur. Üçüncü dövr step yaylası adlanan sahənin şimal hissəsində həmin suların yer səthinə çıxması ilə yeni şəbəkəsi formalaşır.



Bitki örtüyünün təsiri. Çayların hidroloji rejiminə mühüm təsir göstərən fiziki coğrafi amillərdən biri də bitki örtüyüdür. Azərbaycanın Böyük Qafqaz hissəsinin cənub yamacı çaylarının (baxılan ərazi daxil olmaqla) axımı ilə hövzənin meşəliyi arasında alınan əlaqənin şaquli zonallığın nəticəsi kimi qiymətləndirilir və bu əlaqə kompleks fiziki-coğrafi amillərin birgə təsiri ilə, o cümlədən dəniz səviyyəsindən olan yüksəkliklə meşəliliyin arasındakı qanunauyğunluqla əlaqədardır. Meşə örtüyünün axıma təsiri müsbət və mənfi istiqamətlərilə səciyyələnə bilir. Meşə örtüyünün müsbət təsiri rütubətli küləklərin aşağı qatlarını ləngitməklə yağıntıların düşməsinə şərait yaratması ilə, torpaq səthinin qizmasına və torpaqdan buxarlanmanı azaltmaq ilə (enliyarpaqli meşələrdə çılpaq torpaqdakı rütubətin buxarlanması 50-55%-i, iynəyarpaqlı meşələrdə isə 30-40%-i buxarlanır) suların yeraltı hopmasına şərait yaratmaqla çayların yeraltı sularla qidalanmasını artıra və eyni zamanda səth axımını azalda bilməsilə, qar ərimə prosesini 20-30 günədək ləngitməsilə xarakterizə olunur. Meşə örtüyünün mənfi təsiri isə torpaqdan xeyli miqdarda rütubətin atmosferə transpirasiya ilə torpaqda olan nəmliyin azaltması ilə yarpaqları yağıntıların müəyyən hissəsini öz üzərində saxlayaraq torpağa düşməsinə mane olması və onu havaya buxarlandırması ilə səciyyələnir. Tədqiq olunan ərazi daxil olmaqla cənub yamacda X.M.Mustafayevin apardığı təcrübələr göstərmişdir ki, tədqiq olunan hissədə 75 faizi ot bitkisi ilə örtülü olan ərazidə axım əmsalı 0,37 və 50% olduqda; axım əmsalı 0,55 olmuş, otsuz ərazidə isə axım əmsalı 0,86-dək artmışdır. Bu tədqiqatlara əsasən dağ meşə zonasında olan dağ-meşə qonur torpaqların su hopdurma qabiliyyəti dəqiqədə 11,3 mm-ə qədər olur. Tədqiqatçı göstərir ki, baxilan ərazidə meşəaltı örtüklü torpağın su hopdurma qabiliyyəti dəqiqədə 85-90 mm, meşəsi qırılmış ərazidə isə dəqiqiədə 0,3 mm təşkil edir. Tamamilə qırılmış fıstıq meşəsində torpağın hopdurma qabiliyyəti dəqiqədə 1,2 mm, qırılmış meşə torpaqlarının hopdurma qabiliyyəti dəqiqədə 105,5 mm-dək olmuşdur.

Hidrometeoroloji müşahidə dövrünün reprezentativliyinin qiymətləndirilməsi

Aparılmış təhlil göstərir ki, öyrənilən ərazi üçün ərazi çaylarının axımı üzrə hidroloji və meteoroloji müşahidə məlumatlarını üç hissəyə bölmək olar: Birinci hissəyə uzun sıralı müşahidələrə əsaslanan məlumatları, ikinci hissəyə qısa və keyfiyyətli axım temperatur və yağış məlumatları, üçüncü hissəyə qısa sıralı və keyfiyyətsiz məlumatları aid etmək mümkündür. Hidrometeoroloji məlumatların müşahidə dövrü baxımından meteoroloji hesablamalar aparmaq üçün yararlı olmalı və reprezentativlik tələblərinə cavab verməlidir. Belə dövrə statistik sıranın elə çoxillik məlumatları aiddir ki,onlar hidroloji hesablamalarda istifadə olunan əsas statistik kəmiyyətləri və parametrləri ( Q0, Cv, Cs, V, n və s.) yol verilən xətalar (səhvlər) hüdudlarında müəyyən etməyə imkan versin.

Hidroloji məlumat sırasını reprezentativlik baxımından qiymətləndirərkən sırada olan çoxulu, azsulu illərin və belə illərin sikllərinin mövcudluğu müəyyən olunur. Bunun üçün fərq inteqral əyrilərindən istifadə edilir ki, bu da hidroloji kəmiyyətin onun qiymətindən illər üzrə artan cəm meyletmələri səciyyələndirir. (misal üçün bəzi hidrometeoroloji məntəqələr üçün verilmişdir. şəkil 2.4-2.10)

Şəkil 2.4-2.10. İllik axım kəmiyyətinin normallaşdırılmış fərq inteqral əyrisi (Alazan,Talacay, Balakənçay, Damarçik, Qaynar, Çuxodurmaz, Dəmiraparançay).

Şəkil 2.11-2.12. Havanın temperaturunun illik kəmiyyətinin

normallaşdırılmış fərq inteqral əyrisi.(Əlibəy, Zaqatala)

Bu məntəqələrin inteqral əyrilərindən başqa qalan məntəqələr üçün də fərq inteqral əyriləri qurulmuşdur. Axımın dövrü tərəddüdü Alazan hövzəsində çox aydın ğörünür, belə ki, 1963-1969-cu illər çoxsulu, 1970-1979-cu illər azsulu, 1980-1986-cı illər çoxsulu, 1987-1992-ci illər azsulu, 1993-1997-ci illər çoxsulu, 1998-2002-ci illər azsulu, 2003-2011-ci illər çoxsulu illərdir. Talaçayda 1961-1985 çoxsulu, 1986-1990 azsulu, 1991-1996 çoxsulu, 1997-dən sonraki illərdə dövriyyəlik az aydın ğörünür. Əlincəçay-Qayabaşı 1961-1979 azsulu, 1980-1998 çoxsulu sonrakı illər dövrıyyəlik az aydın ğörünür. Balakənçay, Əyriçay, Çxodurmaz, Hamamçay, Qaynar hövzələrində bir azsulu dövriyyəlik ğörünür. Belə əyriləri tərtib edərkən axımın modul əmsalından istifadə olunmuşdur. Ərazi üzrə çoxillik axım tərəddüdlərini müqayisə etmək üçün inteqral əyrisinin ordinatı variasiya əmsalı (Cv) üzrə normallaşdırmaq üçün Σ(Ki-1)/Cv nisbətindən istifadə edilmişdir. Əgər Σ(Ki-1)-Σ(Ki-1) fərq sıfırdan kiçik olarsa onda T2-T1 dövrü azsulu olacaq, böyük olarsa çoxsulu olacaqdar, fərq sıfıra bərabər olduqda müşahidə dövrünün hesabat dövrü kimi qəbul etmək olar. Bu dövrü seçilmiş "n" illər ərzindəki orta modul əmsalı kəmiyyəti üzrə də müəyyən etmək mümkündür.

Kor=1+[Σ(Ki-1)k-Σ(Ki-1)n]/n (2.1)

burada, kor-orta modul əmsalı Σ(ki-1)k və Σ(ki-1)-n son və başlanğıc ordinatıdır. Orta modul əmsalı (kor) vahidə (normaya) yaxın olduqda qısa dövrlü axım sırası daha reprezentativ olur. Qısa hidrometeoroloji sıranın uzun sıraya gətirilməsində fərq inteqral əyrisinin tipləri, daha uzun sıraya malik və nisbətən bərabər çoxsulu və azsulu axım fazalarına malik hidrometrik məntəqələrin məlumatlarından istifadə edilmişdir. Müşahidə dövrü reprezentativ olmadıqda, hidroloji oxşarlıq metodundan istifadə edərək onu daha uzun sıraya gətirmək lazım gəlir. Bu məqsədlə, oxşar məntəqələr seçilmişdir. Çay analoq seçilərkən onların oxşar iqlim şəraitində yerləşməsi, sutoplayıciların relyefinin eyni tipliyi oxşar torpaq-bitki örüyü, axımların sinxron tərəddüdə malik olması, hövzə sahəsi və hündürlüyü hər iki çay üzrə lazımı qədər paralel müşahidə məlumatlarınin olması nəzərə alınmışdır. Bu məqsədlə qısa və uzun sıraya malik hidrometrik məntəqələrin orta aylıq və ya orta illik su sərfləri arasında korrelyasiya əlaqələri aşkarlanmışdır.

Həmin korrelyasiya əlaqələrindən ayrı-ayrı çaylarda orta aylıq və ya illik su sərflərini bərpa etməklə və axımın müqayisəli edilə biləcək ardıcıl uzun reprezentativ sıraya gətirməkdə istifadə edilmişdir. Oxşar hidrometrik məntəqələrin düzgün seçilməsi korrelyasiya (r) meyarı ilə müəyyən olunm

r = Σ(xi-x)(уi-у)/[ Σ (xi-x)2i –у)2]0.5 (2.2)

burada, r-korrelyasiya əmsali olub, iki dəyişən arasındakı sıxlıq ölçüsüdür, x və у təhlil edilən dəyişənlərdir.

Hesablamalar göstərmişdir ki oxşar məntəqələr üzrə korrelyasiya əlaqələrinin sıxlığı (r =0.81-0.92) kifayət qədər yüksək olub, alınmış uzun axım sırası hidroloji hesablamalar üçün yararlıdır. Lakin ərazinin digər çayları Balakənçay, Qanıxçay, Qaraçay, Axoxçay, Tikanlıçay çaylarında korrelyasiya əlaqələrinin sıxlığı (r=0.30-0.60) çox aşağı olmuşdur. Talaçay, Balakənçay, Əlincəçay, Dəmiraparançay, Türyançay, Girdimançay çaylarında korrelyasiya əlaqələri olduqca zəif alınmışdır. Bu onunla izah edilir ki, çayların mənbəsi yüksək dağlıq ərazilərdən keçərək axır. Yol boyu yamacların ekspozisiyasından asılı olaraq iqlim şəraitinin təsiri müxtəlif olur və çaylarda olan məntəqə az olduğu üçün çayların sululuq rejimini tuta bilmir. Nəzərə alsaq ki, həmin çayların da suyundan müxtəlif məqsədlər üçün istifadə edilir və şirin su ehtiyatının öyrənilməsi vacibdir.

Hidroloji məntəqələrlə yanaşı meteoroloji stansiyaların məlumatlarından da istifadə edilmişdir. Havanın temperaturu və yağıntı məlumatlarından istifadə edərək həm meteoroloji stansiyalar arasında korrelyasiya əlaqələri yoxlanmış, həm də meteoroloji elementlərlə hidroloji elementlər arasında korrelyasiya əlaqələri hesablanmışdır. Alınan nəticələr əsasında bəzi hidrometeoroloji məntəqələr arasında korrelyasiya əlaqəsi (r=0.72-0.76) olmuşdur. Bəzi məntəqələrdə isə korrelyasiya əmsalı kiçik olmuşdur. Bu hidrometeoroloji stansiya və məntəqələrin müxtəlif iqlim şəraitində yerləşməsi, relyefin müxtəlifliyi və s. asılıdır.





  1. Yüklə 221,74 Kb.

    Dostları ilə paylaş:
  1   2   3   4   5   6




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin