Neft-qaz yataqlarının axtarılması haqqında anlayış
Neftin yer qatlarında axtarılıb tapılması neft sənayesinin ən vacib problemlərindən biri hesab edilir. Bu, onunla izah olunur ki, hal-hazırda, əsasən, yer səthindən 3-6 km və daha çox dərinlikdə yerləşən neft yataqları istismar olunur və belə yataqları axtarıb tapmaq o qədər də asan məsələ deyildir.
Məlumdur ki, neftin hər hansı bir sahədə olması bəzən öz-özünə gözə çarpır, yəni yer səthinə yaxın olan laylardan neft sızıb üzrə çıxır. İlk zamanlarda insanlar nefti ancaq belə xarici əlamətlərinə görə tapırdılar.
Palçıq vulkanları yerin altında neft-qaz olmasını göstərən əsas amillərdən biri hesab edilir. Palçıq vulkanları təbiətin ən maraqlı hadisələrindən biridir. Palçıq vulkanlarını, bəzən haqlı olaraq, təbii quyu adlandırırlar. Çünki onların kökü çox böyük dərinliklərə çatır. Bəzi palçıq vulkanlarının konuslarının yüksəkliyi 400 m-ə çatır. Məsələn, Abşeron yarımadası (Korgöz) və Qobustandakı (Kənizdağ) palçıq vulkanları buna misal ola bilər.
Hazırda aşağıda göstərilən geofiziki üsullar neft-qaz axtarışı və kəşfiyyatı işlərində geniş tətbiq edilir: maqnitometrik, qravimetrik, elektrometrik, seysmik və radiometrik.
Maqnitometrik üsul. Bu üsul müxtəlif maqnitlik dərəcəsi ilə fərlənən süxurlarda maqnit sahəsinin öyrənilməsinə əsaslanır.
Qravimetrik üsul. Bu üsul qabığında təbii ağırlıq qüvvəsinin öyrənilməsinə əsaslanır.
Elektrometrik üsul. Elektrometrik tədqiqqt üsulları sabit və dəyişən cərəyan mənbələri ilə yer qabığında yaranan və süni elektromaqnit sahələrinin ölüçlməsinə əsaslanır.
Seysmik üsul. O, müxtəlif süxur komplekslərində süni partlayış nəticəsində yaranan seysmik dalğaların yayılma sürətlərinə və onların qeydə alınmasına əsaslanır. Radiometrik üsul. Bu üsul süxurların təbii radioaktivliyini (qamma-aktivlik) öyrənməyə əsaslanır. Məsələn, müəyyən edilmişdir ki, neft yataqlarının mövcud olduğu sahədə qamma-aktivlik nisbətən aşağıdır (15-20%).
Dostları ilə paylaş: |