İfadəli oxudan praktikum ali məktəblərin filoloji istiqamətdə olan ixtisaslarının fənn proqramlarında əsas yer tutur



Yüklə 389,5 Kb.
səhifə1/32
tarix01.01.2022
ölçüsü389,5 Kb.
#50644
  1   2   3   4   5   6   7   8   9   ...   32
İfadəli oxudan praktikum-599-Dərs vəsaiti


GIRİŞ

İfadəli oxudan praktikum ali məktəblərin filoloji istiqamətdə olan ixtisaslarının fənn proqramlarında əsas yer tutur.. Bildiyimiz kimi, müasir məktəblərin əsas və mühüm vəzifəsi hərtərəfli inkişaf etmiş yeni insan yetişdirmək, onu tərbiyə etmək və formalaşdırmaqdan ibarətdir. Bu mühüm və lazımlı vəzifənin yerinə yetirilməsi orta və ya ali məktəblərdə ədəbiyyat kursunun tədrisi qarşısında çox ciddi və məsuliyyətli vəzifələr qoyur.

Məlumdur ki, ədəbi materialların dərk edilməsi, qavranılması ilk növbədə bədii əsərlərin düzgün, ifadəli oxusundan başlanır. İfadəli oxu vasitəsilə şagird və ya tələbələrin estetik zövqü inkişaf etdirilir, onların emosional dərketmə qabiliyyətləri isə artır. Bu baxımdan, tədris prosesində ifadəli oxu ilə bağlı məsələlər mühüm əhəmiyyət kəsb edir.

Düzgün, ifadəli oxu və nitq mədəniyyəti həmişə ümumxalq mədəniyyətinin tərkib hissəsi olmuşdur. Çünki nitq mədəniyyəti danışıq və yazı zamanı orfoqrafik və orfoepik qaydalara, qrammatik qayda-qanunlara, üslub normalarına əməl etmək və zəngin söz ehtiyatına malik olmaq deməkdir. Dil insanın varlığının əsas əlamətidir. Nitq isə dilin ifadəçisidir. Nitq ünsiyyət prosesidir. Nitq bu və ya digər məlumatın –informasiyanın ifadə tələbinə uyğun olaraq dilin ifadə imkanları  əsasında meydana çıxır.Yadda saxlamaq lazımdır ki,dil əsasdır, nitq isə ondan törəmədir. Dil tarixən çox az dəyişikliyə məruz qaldığı halda, nitq ona nisbətən dəyişkəndir. Nitqin yaranması həm mürəkkəb, mürəkkəb olduğu qədər də sürətli prosesdir.

Vaxtilə qədim Yunanıstanda və Romada oxu mədəniyyəti, oxu məharəti və natiqlik sənəti özünün yüksək inkişaf pilləsinə çatmışdı. Bu sənətin hətta böyük korifeyləri də formalaşmışdır.

İfadəli oxu XVIII-XIX əsrlərdə Azərbaycanda da güclü təbliğat vasitəsi olmuşdur. Dini məktəblərdə və mədrəsələrdə natiqlik sənəti inkişaf edirdi. Bu təbliğat dini mahiyyət daşımasına baxmayaraq ifadəli oxu və natiqlik sənətinin inkişafında xüsusi rol oynamışdır.

Ümumiyyətlə, qədim və orta əsrlərdən başlamış Azərbaycan ədəbiyyatında çoxlu söz bahadırları sözə və natiqlik məharətinə həmişə yüksək qiymət vermişlər.

Bu fənnin əsas məqsədi də şagird və ya tələbələrə oxu sənətinin nəzəri əsaslarını mənimsətmək, onların bədii, estetik zövqünü inkişaf etdirmək və onlarda düzgün, ifadəli oxu vərdişini yaratmaqdan ibarətdir. Metodik vəsait bu məqsədlə hazırlanmışdır.

Metodik vəsait haqqında fikir və mülahizələrini, tənqidi qeydlərini söyləyəcək ziyalılara əvvəlcədən təşəkkür və ehtiramımızı bildiririk.


Yüklə 389,5 Kb.

Dostları ilə paylaş:
  1   2   3   4   5   6   7   8   9   ...   32




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin