"İkt ili" çərçivəsində "Respublikada "Elektron Hökumət": mövcud vəziyyət, problemlər, perspektiv və gözləntilər"



Yüklə 115,4 Kb.
tarix30.11.2016
ölçüsü115,4 Kb.
#499
“İKT ili” çərçivəsində “Respublikada “Elektron Hökumət”: mövcud vəziyyət, problemlər, perspektiv və gözləntilər”

image

Müasir dünya və həyat tərzini İnformasiya Kommunikasiya Texnologiyaları olmadan təsəvvür etmək mümkün deyil. 2013-cu ilin olkemizde İKT ili elan olunmasida buna əyani sübutdur. İKT-nin insan həyatinin ayrılmaz hissəsinə çevrildiyini açıq şəkildə görürük. Dünya ölkələrinin bir birinə inteqrasiya olunmasını və ölkələr arasında əlaqələrin artmasina stimul yaradan səbəblərdən biri kimi İKT-ni gostermek olar. Ölkəmizin dünya ölkələri arasındakı nüfuzunun artmasında İKT sahəsində aparılan işlər daima öz səmərəliliyi ilə seçilir. Hələ 2005-ci ildə ölkəmizdə İnformasiya Kommunikasiya Texnologiyalarının inkişafıyla bağlı dövlət proqramı qəbul olunub. O zaman Azərbaycan üçün yeni olan, amma dünyanın əksər inkişaf etmiş ölkələrində uğurla sınaqdan çıxmış “Elektron hökumət” anlayışı da həmin proqramda əksini tapmışdı. Bu proqrama uyğun olaraq Azərbaycan Respublikası Kommunikasiya Texnologiya Nazirliyi tərəfindən Elektron hökumət portalı (www.e-gov.az) yaradılıb. Portal vasitesile hər bir dövlət qurumu elektron xidmətlərini “bir pəncərə” prinsipi əsasında istifadəçilərə təqdim edir, məlumatların keyfiyyətinə, tamlığına və düzgünlüyünə qurumlar cavabdehdirlər. Qeyd etmək lazımdır ki, vətəndaşlara bu cür xidmətlərin göstərilməsi dünya təcrübəsində dövlət idarəçiliyində bir yenilik kimi qəbul edilir. Vətəndaş istənilən dövlət qurumuna müraciət edib, ona aid olan lazımi məlumatı qanun çərçivəsində əldə edə bilər.Təsadüfi deyil ki,portal “Vətəndaş və Hökumət Münasibətlərində yeni səhifə”devizi ilə xidmət göstərir. Elektron hökumət – hər hansı bir ölkənin dövlət strukturlarının hamısı haqqında məlumatların hər bir vətəndaş üçün açıq olan şəbəkədə yerləşdirilməsi deməkdir.Elektron hökumət və ya e-hökumət — hər hansı bir ölkənin dövlət strukturlarının hamısı haqqında məlumatların hər bir vətəndaş üçün açıq olan şəbəkədə yerləşdirilməsi deməkdir. Yəni hər bir vətəndaş hər hansı bir nazirlik və komitədən tutmuş, mənzil-təsərrüfat idarəsi ilə məktəbə qədər olan idarənin mövcud durumu, bu qurumlara müraciət etmənin qaydalarını istənilən vaxt əldə edə və bu təşkilatlara elə elektron rabitə vasitəsilə müraciət edə bilər. Mütəxəssislər hesab edirlər ki, “elektron hökumət”in qurulması ölkədə hakimiyyət strukturlarının şəffaf fəaliyyət göstərməsinə gətirəcək. Dünyanın inkişaf etmiş ölkələrinin əksəriyyətində “elektron hökumət” fəaliyyət göstərir. Azərbaycanda “elektron hökumət” layihəsi “Elektron Azərbaycan” dövlət proqramı çərçivəsində həyata keçirilir. Hazırda elektron hökümətin qurulmasında elektron seçkilərin keçirilməsi tətbiq olunmaqdadır. E-hökumət probleminin tədqiqatçıları dövlət idarəetmə orqanlarının veb-nümayəndəliklərinin inkişafını 5 mərhələyə ayırırlar 1. Baza saytı: Bu mərhələdə internetdə dövlət idarəetmə orqanı haqqında ilkin informasiya yerləşdirilir. Adətən bu cür saytlarda idarəetmə orqanının strukturu, funksiyaları, vəzifəli şəxsləri haqqında minimal informasiyalar verilir. 2. İnformasiyanın dərci: İkinci mərhələdə dövlət idarəetmə orqanlarının saytları informasiya ilə doldurulur, onların strukturu mürəkkəbləşir, digər əlaqədar veb resurslara keçidlər meydana gəlir. Lakin informasiya mübadələsi imkanlarının olmamasına görə informasiyaların bir tərəfli xarakter daşıması bu mərhələdə məhdudiyyət kimi qalır. 3. Qarşılıqlı əlaqələrin inkişafı: Bu mərhələnin əsas xüsusiyyəti saytın istifadəçiləri ilə informasiya mübadiləsi mexanizminin yaradılmasıdır. İnteraktiv elementlərə poçt formasını, ictimai rəy sorğularının təşkilini, forumları və diskusiya mərkəzlərini aid etmək olar. İstifadəçilərdə elektron vasitələrin köməyilə dövlət idarəetmə orqanlarından müəyyən informasiya xidmətlərini əldə etmək imkanı yaradır. Beləki, saytda məsələn müxtəlif sənədlərin yüklənib götürülməsinin təşkili göstərilir. 4. Transaksiyaların inkişafı: Daxili informasiya infrastrukturu və onun e-hökumətin veb-interfeys ilə inteqrasiyası istifadəçilərə real zaman rejimində müxtəlif transaksiyaları həyata keçirməyə imkan verir. Bu cür əməliyyatlara vergilərin, qeydiyyat və lisenziya rüsumlarının, cərimələrin ödənilməsini, sosial vəsaitlərin alınmasını və s. aid etmək olar. 5. Tam inteqrasiya: Sonuncu mərhələ hökumət portalının köməyilə bütün hökumət xidmətlərinin birləşmiş informasiya bazasına və tam e-xidmətlər kompleksinə vahid çıxış nöqtəsinin yaradılmasını nəzərdə tutur. Sutkanın 24 saatı və ilin 365 günü “vahid pəncərə” prinsipi üzrə işləyən birləşmiş hökumət portalı vətəndaşların informasiya və xidmətlərə çıxışını təmin edir. E-hökumət portalı vasitəsilə dövlət idarəçiliyində keyfiyyətli elektron xidmətlərin göstərilməsi vətəndaşların həmin xidmətlərdən aktiv istifadəsinə imkan yaradır. Bunun üçün təqdim olunan e-xidmətlərin interaktiv olması vacibdir. 2013-cü ilin yanvar ayından etibarən layihə üzrə aylıq bülletenlər də hazırlanır ki, bu bülleten ölkədə elektron hökumətin formalaşması istiqamətində görülən və nəzərdə tutulan işləri, elektron hökumət layihələri haqqında məlumatları, o cümlədən elektron xidmətlərin sayını, onlardan istifadə və s. müqayisəli statistikasını təqdim edir. Vetendaslarin bu xidmetlerdenden istifadesini dahada artirmaq ucun bir sira tedbirlerde heyata kecirilir. Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi “2013-2015-ci illərdə “Elektron hökumət”in inkişafı Dövlət Proqramı” layihəsini hazırlayır. “Elektron hökumət” portalına ünvanlanan müraciətlərin sayı artmaqdadır. Son 3 ayda “Elektron hökumət” portalına olan müraciətlərin sayı 114221 min olub.Bu müraciətlər 77179 fərd tərəfindən edilib: “Bu, portalın populyarlığının artması və onun artıq lazımlı bir vasitəyə çevrilməsinin göstəricisidir. Yeni faydalı elektron xidmətlərin portala əlavə olunması ilə bu rəqəmlər daha da çoxaldır.Nəzərə alsaq ki,Azərbaycan əhalisinin 70 faizi intermet istifadəçısıdır, demək bu sahəyə maraq və tələbat günü-gündən artacaq. E-hökumət portalında (e-gov.az) bir sıra e-xidmətlər yerləşdirilib ki, vətəndaşlar bunlardan heç bir yerə getmədən, sadəcə kompyuterin arxasına keçib öz işlərini rahat bir şəkildə həll edə bilərlər. Məsələn, pensiyanın təyinatı və pensiya növünün dəyişdirilməsi, pensiyaçı tərəfindən məlumatların alınması, sığortaedənin sığorta nömrəsinin öyrənilməsi kimi sosial məsələlər üzrə qısa vaxt ərzində müraciət etmək imkanı yaradılmışdır. Bununla yanaşı, RİTN-nin təqdim etdiyi xidmətlərdən telefon nömrəsinin dəyişdirilməsi, yeni telefon çəkilişi, ADSL internet xidmətinə qoşulma (və ya imtina) kimi onlarla elektron xidmətlərdən yararlanmaq olar. Vətəndaşların işinə yarayacaq digər xidmətlərdən Daxili İşlər Nazirliyinin “Yol hərəkəti qaydalarının pozuntusu ilə əlaqədar tətbiq edilən cərimələr və cərimə balları barədə məlumatlar”, Təhsil Nazirliyinin “Diplom haqqında məlumatlar”, “Müəllim haqqında məlumatlar”, Əmək və Əhalinin Sosial müdafiə Nazirliyinin “Məşğulluq orqanları vasitəsilə iş axtarışı”, “İşsizlik statusunun verilməsi və müavinətinin təyin edilməsi üçün müraciətin və sənədlərin qəbulu” kimi bir sıra xidmətlərin adını çəkmək olar. Vətəndaşların müraciəti zamanı daha çox zaman sərf elədikləri xidmətlərin daha da rahatlaşdırılması məqsəd ilə E-hökumət portalında bir sıra xidmətlər mövcuddur. Buna nümunə kimi Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi tərəfindən “Torpaq kadastr məlumatları barədə arayışların verilməsi”, “Torpaq kadastr məlumatlarının hazırlanması və kadastr xidmətlərinin göstərilməsi üçün elektron müraciət”, “İstifadəçinin tam adına görə torpaq sahələri haqqında məlumatların əldə edilməsi” və Əmlak Məsələləri Dövlət Komitəsinin göstərdiyi “Daşınmaz Əmlaka dair çıxarışların verilməsi üçün müraciyyətin və sənədlərin qəbulu”, “Daşınmaz Əmlakın Dövlət Reyestrindən məlumatların verilməsi üçün müraciətin və sənədlərin qəbulu” və s. kimi e-xidmətlərin adını hallandırmaq mümkündür. Elektron hokumet portalinin semereleri barede daniwsaq asagidaki melumatlara nezer yetirmek lazim olacaq: Dövlət idarəçiliyində müasir texnologiyaların tətbiqini genişləndirməklə həyata keçirilən fəaliyyətin səviyyəsinin yüksəldilməsi və onlardan istifadə imkanlarının sadələşdirilməsi; Dövlət qurumlarının və yerli özünüidarəetmə orqanlarının işinin səmərəliyinin artırılması və təqdim olunan elektron xidmətlərin keyfiyyətinin yüksəldilməsi; İstifadəçilərə dövlət qurumları tərəfindən təqdim olunan elektron xidmətlərin optimallaşdırılması və yerinə yetrilmə prosedurlarının sadələşdirilməsi; Elektron xidmətlər vasitəsilə istifadəçilərə təqdim olunan məlumatların həqiqiliyinin, tamlığının, etibarlılığının və sərbəst əldə olunmasının təmin edilməsi; İstifadəçinin sorğusuna əsasən məlumatların axtarılmasına və əldə edilməsinə sərf olunan vaxtın maksimum azaldılması; İstifadəçinin yerləşdiyi coğrafi məkandan asılı olmayaraq ölkənin bütün ərazisində təqdim olunan elektron xidmətlərdən istifadənin mümkünlüyü. “Elektron hökumət” virtual məkanın, müasir texnologiyaların imkanlarından, dövlət orqanlarında informasiyalaşdırmanın yüksək səviyyəsindən istifadə edərək ölkə vətəndaşlarına göstərilən xidmətlərin keyfiyyətcə yeni formada təqdim edilməsinə xidmət edir.
Yüklə 115,4 Kb.

Dostları ilə paylaş:




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin