İlk arxivlər qədim dövrlərdə mövcud olub, onlar şifahi arxiv formasında olurdu



Yüklə 20,03 Kb.
tarix26.12.2023
ölçüsü20,03 Kb.
#197947
növüYazı
Misir Milli Kitabxanası və Arxivləri hökümətin tədqiqat və mədəni qeyri


İlk arxivlər qədim dövrlərdə mövcud olub, onlar şifahi arxiv formasında olurdu. Yaxın Şərqdə dövlətçilik ənənələrinin meydana gəlməsi nəticəsində hökmdarların verdiyi fərman və qanunlar toplusunu xüsusi mühafizə etmək zərurəti yaranırdı. Belə olan halda, Qədim Misir və Mesopatemiya ərazisində ilkin arxiv formaları meydana gəlməyə başladı. İlk arxiv nümunələri E.ə 2000-ci illərdə Misirin Nippur şəhər dövlətində meydana gəlmişdir. Burada yazıya alınan qanunlar daş və gil lövhələr üzərinə həkk olunurdu. Bu tipli yazılı abidələr keçmiş dövrün siyasi və iqtisadi vəziyyəti, o cümlədən regionda həmin dövrdə aparıcı rol oynayan dillərin linqvistik təhlili və əlifbasının öyrənilməsinə xidmət edir.
Sonradan arxiv mədəniyyəti Qədim Çində, Antik Yunanıstanda və Romada özünü büruzə verməyə başladı. Xüsusilə qədim romalılar bu tipli sənədlər toplusunun olduğu yeri Tabularia adlandırırdı. Həmin dövrdə papirus üzərinə yazılmış sənədlərin mövcud olduğu mülahizələri də irəli sürülsə də bu tipli sənədlər materialların sıradan çıxması səbəbi ilə günümüzə qədər gəlib çıxmamışdır.
Orta Əsrlər dövründə müxtəlif kilsə qurumları öz inkvizisiya sənədlərini qorumaq üçün arxiv fondlarına bənzər saxlanc yerləri hazırlayırdılar. Xll əsrdə baş verən feodal çəkişmələr fonunda sənədlərin mühafizəsinin təmini məqsədi ilə Fransa və İspaniya kimi ölkələrdə arxiv qurumları formalaşdı. Lakin bu arxiv qurumları pərakəndə şəklində olduğundan bütün sənədləri əhatə etmirdi. 1774-cü ildə Şotlandiyada ilk dəfə sənədlərin mühafizəsi üçün nəzərdə tutulan bir müəssisə yaradıldı. Hazırda Britaniyanın ən qədim arxiv idarəsi hesab olunan bu bina hələ də eyni məqsədlər üçün istifadə olunur.
Arxiv ənənələri hər nə qədər antik dövrlərə qədər gedib çıxsa da ilk rəsmi arxiv qurumu 1770-ci ildə Fransada formalaşmışdır. Fransa Məclisi tərəfindən quruluş qərarı 1789-cu ildə qurulan müəssisənin plan tərtibatının hazırlanması üçün xüsusi tarixçi komissiya yaradıldı. 1794-cü ildə qəbul olunmuş Fransız konstitusiyasına əsasən arxiv fondlarındakı sənədlərin əhali tərəfindən istifadəsi haqqında qərar qəbul edildi. Bununla da arxiv idarələrində sənədlərin ictimai ekspertizası bərqərar oldu. 1795-ci ildə müzakirəyə çıxarılan və 1796-cı ildə qüvvəyə minən qanuna əsasən Fransa Baş Kilsə tabeçiliyindəki sənədlər Mərkəzi Arxiv İdarəsinə birləşdirilməli idi.
Arxivlərin meydana gəlmə ehtiyacı çox qədim dövrlərdən formalaşmışdır. Hakim qüvvələrin verdiyi qanunlar əsasən tez məhv olan materiallar üzərində qeyd olunduğundan onların mühafizəsi müvəqqəti səciyə daşıyırdı. Belə şəraitdə arxiv sənədlərinin daimi və ya adaha uzunömürlü qorunmasını təmin etmə zərurəti meydana çıxırdı.
Misir Milli Kitabxanası və Arxivləri hökümətin tədqiqat və mədəni qeyri-kommersiya orqanıdır və əsas qayğısı Misir və Ərəb dünyasında kitabxana xidmətləri göstərməkdədir. Bu böyük qurum dünyanın ən qədim arxivlərindən biridir, çünki onun tarixi on doqquzuncu əsrin əvvəllərinə qədər uzanır. 1828-ci ildə yaradılan Misir Milli Kitabxana və Arxivi özündə bir çox dəyərə malik sənədlərə sahiblik edir və qoruyur. Bilirik ki, Misir mədəniyyətlər ocağıdır və qədim zamanlarda baş verən sivilizasiyaları bir çox ölkələrə təsir etmişdir. Belə zəngin bir mədəniyyətə sahib olan ölkənin əlbəttə ki dəyərli və önəmli sənədləri mövcud olmalıdır. Kitabxananın əvvəlki binası Ramlek Bulak rayonunda Nil kornişi üzərində yerləşirdi. 7 mərtəbəli bu bina əvvəllər mədəni fəaliyyətlət üçün istifadə edilirdi. Maraqlısıda budur ki, bu bina hələ də fəaliyyətini davam etdirir. Doğrudur Misir Milli Kitabxanasının adın daşımasa da bu qurumun tərkibindədir və bir çox sənədlər burada saxlanılır. Milli Kitabxana və Arxiv bir neçə dövlət qurumlarından biri kimi Milli və İctimai Kitabxanalar, İrs, Əlyazmalar, Milli Arxivlər, Sənədlər və İnformasiya sahələrində Mədəniyyət Nazirliyinin vəzifələrinin həyata keçirilməsində kömək edir. Milli Kitabxana və Arxivlər tərəfindən həyata keçirilən tədbirlər aşağıdakı məqsədlərə nail olmaq üçün nəzərdə tutulub:
1) Dünya intellektual istehsalı ilə tanış olmaq üçün lazım olan bütün şəraiti yaratmaq və bu məqsədlə kitabxana xidməti göstərmək.
2) Əqli irsin orijinallarını toplayaraq onun dirçəlişində tərkib hissəsi olmaq, onların alimlərini və tədqiqatçıların istifadəsinə verilməsinə köməklik göstərmək.
3) Bütün mümkün əlyazmaları, mikroformaları, fotoşəkilləri, yazıları toplamaq, saxlamaq və redaktə etmək və onları tədqiqat məqsədləri üçün əlçatan etmək.
4) Bütün dövrlərdə milli tarixə və hər hansı digər müvafiq mövzuya aid bütün sənədləri toplamaq və onları ümumi istifadə üçün hazırlamaq və saxlamaq.
Arxiv tərəfindən həyata keçirilən bütün fəaliyyətlər yalnız köhnə kitabların çapına deyil, həm də tədqiqat mərkəzləri tərəfindən redaktə edilən kitablara cavabdeh olan arxivin mətbuatı tərəfindən lazımı şəkildə köməklik edir. Milli Kitabxana daha fəal maraq və milli rəhbərlikdə iştirak, əməkdaşlıq etməklə yanaşı geniş ictimaiyyətin, tədqiqatçı qrupların tələblərinə cavab vermək üçün bir sıra yeniliklərə imza atmışdır. Ən qədim hökümət kitabxanası olan Milli Kitabxanada demək olar ki, bütün bilik sahələrini əhatə edən bir neçə milyon sənəd və tərcümə edilmiş digər şərq əlyazmalarına malikdir. Oxu zallarından istifadə etmək üçün Kitabxananın daxilindəki kataloqlarla tanış olmaq üçün istifadəçiyə yalnız oxucu bileti lazımdır. Hər il Kitabxana ictimaiyyətə görə pulsuz xidmət göstərmək üçün səyyar kitabxanalar açır və bütün insanlar bu xidmətdən istifadə edirlər.
Akademik səviyyədə Misir tarixinə aid çoxlu sayda sənədləri olan Milli Kitabxana və Arxivi alimlərə, universitet professorlarına və Misirin siyasi və sosial tarixi ilə məşğul olanlara pulsuz xidmət göstərir.Misir Milli Kitabxana və Arxivi yaxın şərqin ən qədim kitabxanalarından biridir. Burada ərəb, türk və fars dillərinə tərcümə olunan dünyada 55.000-ə yaxın olan ən əhəmiyyətli əlyazma kolleksiyası mövcuddur. Bu nadir əlyazma kollleksiyalarının ilkin versiyaları kağız və perqament üzərində yazılmış, digərləri isə kufi üslubunda yazılan çoxlu sayda müqəddəs Qurani-Kərimdir. Onların arasında məşhur xəttat olan Yaqut-Əl-Mosta kimi yazdığı nüsxələrdə var.
2017-ci ildə Misir Ərəb Respublikasının Milli Kitabxanası və Arxivlərinin müdiri, Ayn Şəms Universitetinin professoru, İslam arxeologiyası üzrə tanınmış alim Əhməd Seyyid Məhəmməd Şövqi AMEA-nın Mərkəzi Elmi Kitabxanasında olub.Alim Misirin Azərbaycandakı səfirliyinin Mədəniyyət Mərkəzinin rəhbəri Əhməd Sami Elaydi ilə birgə kitabxananın müasir inzibati binasını gəzib, oxu zalları ilə tanış olub.İkitərəfli görüşdə MEK-in Beynəlxalq və ictimaiyyətlə əlaqələr şöbəsinin müdiri Mübariz Göyüşlü çıxış edərək qonaqlara kitabxananın fəaliyyəti, Milli Rəqəmsal Yaddaş layihəsi, fondlarında saxlanılan sənədlər, ərəbdilli mənbələr və kitablar haqqında məlumat verib.Görüşdə Əhməd Seyyid Məhəmməd Şövqi rəhbərlik etdiyi kitabxanada 500 mindən çox nadir kitabın qorunduğunu söyləyib. O, iki qurum arasında elmi əlaqələrin genişləndirilməsinin zəruriliyini vurğulayıb. Sonra MEK ilə Misir Milli Kitabxanası və Arxivləri arasında əməkdaşlıq memorandumu imzalanıb. Sənədə əsasən, hər iki qurum resurslarının mübadiləsi, rəqəmsallaşdırılması və mənbələrin əlçatan olması, nadir kitabların bərpası və konservasiyası, eləcə də kadrların inkişaf etdirilməsi istiqamətində əməkdaşlıq еdəcəklər. Sonda qonaqlara Azərbaycan, ingilis və rus dillərində “Qarabağ bölgəsinin xalçaçılıq tarixi”, “Qarabağ əsrlərin səlnaməsi” kitabları, Nobel mükafatı laureatı, Misir yazıçısı Nəsib Məhfuzun Azərbaycan dilinə tərcümə olunmuş əsərləri hədiyyə edilib. 
Yüklə 20,03 Kb.

Dostları ilə paylaş:




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin