İndiki dövrdə Yaponiyada tətbiq edilən ixrac nəzarəti növləri aşağıdakılardan ibarətdir



Yüklə 37,31 Kb.
tarix02.01.2022
ölçüsü37,31 Kb.
#41976

1.5. Müxtdlif ölkələrdə gömrük İşinin xüsusiyyətləri Müxtəlif ölkələrdə gömrük işi müəyyən xüsusiyyetlerə malikdir. Müqayisə üçün Yaponiya, Çin və Yəmən kimi ölkəleri götürmək olar. ölkələrin bu sırası təsadüfı seçilməmişdir, onlar iqtisadi inkişaf səviyyəsinin azalması üzrə düzüimüşdür: birinci yerdə dünyanın iqtisadi cəhətdən öndə gedən ölkələrindən biri, axırda isə iqtisadi inkişaf səviyyəsi geridə qalan ölkə gəlir. Bunun gömrük tənzimlənməsi xüsusiyyətlərində nece əks olunmasını izləmək gərəkdir.

Yaponiya rəsmi oiaraq, azad ticarətə sadiq olduğunu bəyan edir və Ümumdünya Ticarət Təşkilatının (ÜTT) əsas prinsipləri ilə bir araya sığmayan hər hansı bir məhdudlaşdıncı tədbirləri qəbul etməkdən imtina edir. Azad ticarət prinsipi Valyuta əməliyyatlan və xarici ticarət haqqında Qanunda ifadə edilmişdir. Qanunun 1-ci maddəsində deyilir ki, "xarici iqtisadi əməliyyatlar azad şəkildə həyata keçirilir''. Eyni zamanda qanunda beynəlxalq sülhün və təhlükəsizliyin qorunması, ixrac əməliyyatlannın nizamianması, daxili tələb və təklifin balanslaşdınlması, beynəlxalq öhdəliklərin icra edilməsi məqsədlərinə görə "minimal zəruri" tənzimləmə tədbirləri tətbiq etmək hüququ təsbit olunur.

İndiki dövrdə Yaponiyada tətbiq edilən ixrac nəzarəti növləri aşağıdakılardan ibarətdir:

1. ikili təyinatlı mal və texnologiyaların ixracına nəzarət. İxrac nəzarəti üzrə əlaqələndirmə komitəsinin (KOKOM) üzvü olaraq, Yaponiya təşkilat çərçivəsində müəyyən edilmiş strateji sənaye mallan və texnologiyalannın milli ixracına nəzarət edirdi. 1994-cü ilin martında KOKOM-un buraxılmasından sonra, Yaponiya yeni beynəlxalq təşkilatın ("Vassenar anlaşması" forumu) üzvü kimi "beynəlxalq narahatlıq doğuran" ölkələrə (xüsusilə, KXDR, İran, İraq və Liviyaya) "xüsusi həssaslığa malik" mal və texnologiyalann ixracını məhdudlaşdınr.

2. Silahlann və onlann istehsalı üçün avadanlığın ixracına nəzarət "Silah ixraanın üç prinsipi” və ”Silah ixracı sahəsində siyasətin əsas istiqamətləri"nə uyğun olaraq həyata keçirilir. "Prinsiplər"də a) kommunist bloku ölkələrinə; b) silah ixraana BMT qətnamələri ilə embarqo qoyuluş ölkələrə; v) beynəlxalq münaqişələrə cəlb olunmuş və ya cəlb edilə biləcəyi ehtimal olunan ölkələrə silah ixraana qadağan nəzərdə tutulur. "əsas istiqamətlər"də müəyyən edilir ki, silah istehsalı üçün avadanlığın ixracı silahın özünün ixracında nəzərdə tutulan rejimə malikdir;

3. raket, raket avadanlığı və texnologiyalarının ixracatına nəzarət. Raket texnologiyalarına nəzarət rejiminə uyğun olaraq, raket və raket avadanlığı İxrac ticarətinə nəzarət haqqında Fərmana 1-d Əlavəyə daxil edilmişdir. Onların ixracı üçün Xarici Ticarət və Sənaye nazirindən icazə alınması tələb olunur;

4. kimyəvi silah üçün xammala nəzarət. Avstraliya qrupu çərçivəsində əldə olunmuş anlaşmaya uyğun olaraq, kimyəvi silah istehsalı üçün xammal kimi istifadə edilə bilən kimyəvi maddələr Xarici ticarətə nəzarət haqqında Fərmana 1-d Əlavəyə daxil edilmişdir. Onların ixracı üçün Xarici Ticarət və Sənaye nazirindən icazə alınması tələb olunur;

5. nüvə materiallanna nəzarət. Nüvə enerjisi ilə bağlı materiallar, Yayılmama haqqında Müqaviləyə uyğun olaraq, onlann ixrac edilməsi üçün Xarici Ticarət və Sənaye nazirinin icazəsi lazımdır.

6. Sanksiyalar haqqında BMT qərarına aid ixraca nəzarət. BMT Təhlükəsizlik Şurasının qətnamələrinə uyğun olaraq Yaponiya müxtəlif vaxtlarda ixraca məhdudiyyətlər tətbiq etmişdir.

7. adekvat daxili təklifin təmin edilməsi məqsədilə nəzarət. ixrac ticarətinə nəzarət haqqında Fərmana 2-ci Əlavədə, daxili istehlakın fasiləsizliyini təmin etmək zərurəti nəzərə alındığına görə, ixracı bəyənilmə tələb edən malların siyahısı vardır (onların arasında barama, düyü, buğda, arpa, gübrə, meşə və s.).

Yaponiya Maliyyə Nazirliyi ixrac sövdələşmələrinə maliyye nəzarəti həyata keçirir. Belə ki, ixrac sövdələşməsinin maliyyə tərəfini rəsmiləşdirməyin qaydası müəyyən edilmişdir. Qaydaya görə ixracatçı bank icazəsi almalıdır. Bunun üçün ixracatçı ixrac bəyannaməsini, seçilmiş ödəmə üsulunu göstərən sənədləri, eləcə də, zəruri hallarda ixrac icazəsini banka teqdim edir. Bank ixrac bəyannaməsinin üç nüsxəsini imzalayır, onlardan ikisi ixracatçıya göndərilir.

Azad ticarət prinsipinə ardıcıl sadiqliyini saxlamaqla, Yaponiya beynəlxalq mal mübadiləsinin reallıqlannı, xüsusilə, onun məhsullannı alan ölkələrin proteksionist siyasətini nezərə almaya bilməzdi. Öz mallanna birtərəfli qaydada idxal məhdudiyyətlərini tətbiq etməkdən imtina etməyə çalışaraq, Yaponiya dəfələrlə könüllü ixrac məhdudiyyətlərinə (KİM) müraciət etmişdir.

Yaponiya müxtəlif illərdə, müxtəlif müddətlərdə və müxtəlif həcmlərde özünün minik avtomobillərinin (ABŞ-a), yükboşaldan maŞinlann (Ai-na), dəzgahlann (ABŞ-a və Aİ-na), yanmkeçiricilərin (ABŞa), poladın (ABŞ-a), poliesterdən hazırlanan parçaların (Kanadaya), sintetik lifdən hazırianan parçaların və pambıq parçalann (Aİ-na), metal qabqacaq və yeməkxana əşyalannın (dünyanın bir çox ölkələrinə), dulusçuluq məmulatının (ABŞ-a, Böyük Britaniyaya və Kanadaya) ixracına könüllü məhdudlaşdırmalar tətbiq etmişdir.

1970-ci illərin sonunda Amerika avtomobil istehsalçılan bəzi çətinliklərlə üzləşdilər. Satış həcmləri aşağı düşdü, halbuki idxalçılar bazann xeyli hissəsini zəbt etmişdilər. Yaponiyadan idxal keskin artdı, beş ildə amerikalıların həyata keçirdiyi satışın 10%-nə qarşı 21% artdı. 1980-ci ildə amerikalı istehsalçıların xalis gəliri 4,9 milyard dollar mənfəətdən 4,2 milyard dollar ziyana düşdü, həm də, avtoistehsal və bu sahədəki məşğulluq kəskin azaldı. 1980-ci ilin iyununda Amerika avtomobil istehsalçılan Amerika avtomobil sənayesinə ziyan vuran miqdarda minik avtomobillərinin və yük maşınlannın idxalından müdafiə tələbi ilə petisiya doldurdular. Lakin ABŞ-ın beynelxalq ticarət komissiyası müəyyən etdi ki, idxalın artması müsbət faktdır, avtomobil sənayesindəki çətinliklərin real səbəbləri isə avtomobilə tələbin ümumən azalması və həm də, istehlakçıların daha qənaətli avtomobillərə müraciəti olmuşdu. Heç bir məhdudlaşdırıcı tədbirlərin tətbiq edilməməsi tövsiyə olundu.

Komissiyanın qərarına baxmayaraq, Amerika avtomobil sənayesinə münasibətdə müdafiə tədbirlərinin xeyrinə təzyiqlər artdı və yapon minik avtomobillərinin idxalının məhdudlaşdırılmasına dair qanun layihəsi Konqresə təqdim edildi. 1981-ci ilin mayında Yaponiya hökuməti buna reaksiya verərək, 1982-ci ilin martına qədər ABŞ-a özünün avtomobillərinin ixracını 1,68 mln. ədəd məhdudlaşdırmaq barədə tədbirlərini elan etdi ki, bu da 1980-ci il səviyyəsindən 8% aşağı idi. Bu kəmiyyət nəzərə alınmaqla, yapon istehsalçıları arasında məhdudiyyətlər tətbiq edilənə qədər onların Amerika bazarındakı payına proporsional olaraq, kvotalar bölüşdürüldü. İkinci il kvotalar əvvəlki səviyyədə qaldı, lakin Amerika istehsalçılarının satışında artım halına ehtiyatla. Bununla belə artım baş vermədi. Amerika avtomistehsalçılarının ümumi satış səviyyəsi 1981-ci və 1982-ci illərdə aşağı düşməkdə davam etməsi həmin dövrdə Amerika iqtisadiyyatının ümumi zəifliyi ilə izah olunurdu.

Lakin 1983-1984-cü illərdə avtomobilə tələb kəskin artaraq, ABŞ-da işgüzar fəallığın canlanması və faiz dərəcələrinin xeyli aşağı düşməsini əks etdirdi. Amerika istehsalçıları istehsal həcmlərini və satışı artırdılar və rekord mənfəət səviyyəsinə nail oldular. Yapon avtomobillərinin ixracına məhdudiyyətlər üçüncü və dördüncü il də uzadıldı; həcmlər üçüncü ildə eynilə qaldı və dördüncü ildə 10% artdı. Satış da eyni səviyyədə qaldı, bazarın payı isə 1984-cü ildə 18,3%-dək aşağı düşdü.

1985-ci ilin əwəlində Amerikanın hakimiyyət orqanları qərara gəldi ki, onların avtomobil sənayesi idxal rəqabətinə uyğunlaşmaq iqtidarındadır və Yaponiyadan öz avtomobil ixracını məhdudlaşdırmağı uzatmağı xahiş etmədi. Buna baxmayaraq, yapon hökuməti mehdudiyyətin miiddətini 1987-ci ilin martına qədər uzatdı. Bu dövrdə kvota ildə 2,3 mln. avtomobilə qədər artdı ki, bu da ABŞ-da avtomobil satışının 24%-ni təşkil edirdi. Lakin ayn-ayn avtomobil istehsalçılannın payı yenidən bölüşdürüldü, əwəllər az paya malik olanlar çox pay əldə etdilər. 1987-d ilin əwəlində Yaponia kvotanı artırmadan ABŞ-a avtomobil ixracı məhdudiyyətini növbəti il də uzatdı.

ÜTT-nin müdafiə tədbirlərinə dair Sazişinə uyğun olaraq, TTBS qaydalan ilə tənzimlənməyən belə tədbirlərin tətbiq edilməsi, o cürnlədən, KİM ("boz zona tədbiriəri") qadağan edildi və dörd il müddətində onlann aradan qaldınlması təleb dundu. Yaponiya hələ saziş bağlanmamışdan özünün ticarət təcrübəsində KİM-dən istifadəni azaltmaq kursu götürmüşdü. 1992-ci ildə o, ABŞ-a ixrac edilen dəzgahlara KİMnin müddətini uzatmayacağtnı elan etdi. 1993-cü ilin martında ABŞ-a avtomobil və polad ixraana qoyulan 13-illik KİM başa çatdı. 1994-cü ilin dekabnnda dulusçuluq və keramika məmulatlannın ixracma qoyulan 30-illik könüllü məhdudiyyətin sona çatdığı elan edildi.

Yaponiya qanunveridliyində (İxrac-idxal əməliyyatlan haqqında Qanunda) "vicdansız" ixrac təcrübesinin qarşısını almaq və ya ixrac təcrübəsini nizama salmaq üçün antiinhisar qanunundan istisna şəklinde ixrac kartellərini yaratmaq mümkünlüyüne yol verilir. İxrac kartelləri yalnız Xarid Ticarət və Sənaye Naziriiyinin (XTSN) və Vicdanlı və ədalətli sövdələşmələr üzrə Komissiyanın icazesi əsasında yaradıla bilər. Xarid Ticarət və Sənaye naziri belə kartellərin fəaliyyətininə, əgər onlar milli menafeləre ziddirsə, xitam verilməsi və ya onlann dəyişdirilməsi haqqında əmr də verə bilər.

1992-1995-d illər ərzinde mövcud 28 ixrac kartelindən 17-si ləğv edilmişdi. qalan kartelləri şərti olaraq, üç növə ayırmaq olar: 1)KİM ile sıx əlaqəli olanlar və əks təqdirdə yapon ixracına münasibetde məhdudlaşdıncı cavab tədbirleri tətbiq edə bilən ölkələrlə ticarət mübahisələrinin qarşısına almaq meqsedi olanlar (üç kartel); 2) hem ölkə daxilində, həm də xaricdə sənaye mallan nişanlarının və ticarət markalarının pozulmasına yol verməmək və ya aşağı keyfiyyətli mallann ixracına yol verməmək məqsədi olanlar (dörd kartel); 3) başqa ölkələrdə inhisarlara qarşı çıxış edənlər (dörd kartel). 1994-cü ilin iyununda Tənzimləməni pozmaq üzrə Fəaliyyət Proqramı çərçivəsində hökumət qalan kartellərin fəaliyyətini tənzimlənməsinin bütün hüquqi mexanizmlərini nezərdən keçirəcəyini elan etdi. Bu isə onların beş il ərzində ləğvi demək idi.

Yaponiya iqtisadiyyatı üçün ixracın müstəsna əhəmiyyətini nəzərə almaqla, hökumət ixrac məhsulunun keyfiyyətinə nəzarəti həyata keçirir. İxrac əməliyyatları haqqında Qanuna uyğun olaraq, xüsusi təsdiq edilmiş siyahıya daxil olan ixrac malları məcburi yoxlanılır.

İxrac edilən malların yoxlanışı dörd növə ayrılır: malın keyfiyyətinin yoxlanışı, tətbiq edilən materialların nəqli zamanı malın keyfiyyətinin saxlanması məqsədilə onun qablaşdırılmasının yoxlanışı, eləcə də, istehsalat yoxlanışı. Yoxlanışdan uğurlu keçmiş mallar həm də, ixrac sertifikatı ala bilər. Bu ixrac bəyannaməsinə əlavə olunur və müvafiq rəsmiləşdirmənin icrası zamanı gömrük orqanlarına təqdim olunur.

İxrac edilən malların keyfıyyətinə nəzareti müvafıq dövlət orqanları və ya müvafiq nazir tərəfındən təsdiq olunmuş özəl yoxlama təşkilatları (agentlikləri) həyata keçirir. Yoxlama hüququnu əldə etmək üçün belə agentlik müəyyən standartlara cavab verməlidir. Hazırda Yaponiyada üç dövlət orqanı və 36 təyin olunmuş özəl yoxlama agentliyi fəaliyyət göstərir.

Yaponiyada aşağıdakı kateqoriyalı malların ixracına qadağan qoyulub: nəsli kəsilmək üzrə olan heyvan və bitkilər; narkotiklər; saxta valyuta və cinayət tərkibli digər məhsul; milli sərvət və digər əhəmiyyətli incəsənət əsərləri. 1990-cı illərdə ixraa qadağan edilən malların siyahısına narkotik və psixotrop maddələrin istehsalı üçün xammal (iyun 1992-ci il) ve bir sıra nadir vəhşi heyvan və bitkilər (aprel 1993- cü il) əlavə edildi.

İdxalın dövlət tənzimlənməsinin Yaponiyada tətbiq edilən ticarət-siyasi vasitələri arasında tarif sistemi mühüm yer tutur.

Beynəlxalq ticarətin digər əsas iştirakçıları ilə müqayisədə Yaponiyanın idxal tarifi xarici mallann Yaponiya bazarına daxil olması yolunda maneə olaraq çox yüksək deyildir: Uruqvay raundunun yekunlarına görə inkişaf etmiş ölkələrdə sənaye mallanna orta idxal tərifı 6,3%, o cümlədən, ABŞ-da - 4,6%, Aİ-da - 5,7%, Kanadada - 9%, Yaponiyada isə ancaq 3,9% təşkil etmişdir.

Yaponiyanın idxal tarifinə görə, təxminən mallann (əsasən xammal) üçdə birinin rüsumsuz idxalına yol verilir. (Mallann Təsvirinin və Kodlaşdırılmasının Harmon'ık Sisteminə uyğun olaraq müeyyən edilmiş) 8519 doqquzişarəli mövqelərin 22,7%-nə 5%-dən az, 22,7%- nə - 5-dən 10%-dək, 7,7%-nə * 10-dan - 15%-dək, 6%-na 15-dən 20%'dək, 3,8%-nə 20-dən 30%-dək və yalnız 2,1%-nə 30%-dən yuxarı idxal rüsumu tətbiq edilir (bax: cədvəl 2, 3).

Yaponiyanın idxal tarifində daha yüksək dərəcələr ayaqqabı, geyim və dəri məmulatlan, ərzaq malları və içkilər üçün müəyyənləşdirilmişdir. Həmin dərəcələr bir sıra hallarda 100%-i aşır (məsələn, şəkər məmulatlarının ayrı-ayn növləri üzrə idxal edilən məhsulun dəyərinin 124%-i, ayaqqabı üzrə isə 170%-i).

Sənaye cəhətdən inkişaf etmiş ölkələrin çoxunda olduğu kimi, Yaponiya idxai tarifində dərəcələrin öiçusü malın emal səviyyəsindən asılıdır. Dərəcələrin belə şəkildə eskalasiyası, xüsusilə, ərzaq məhsullan üzrə (ilkin emal məhsullarına rüsum dərəcəsi 4,8%, yanmfabrikatlara 23,5% təşkil edir), tekstil mallar üzrə (ilkin emal məmulatına rüsum 0,8%, yanmfabrikatlara - 7,9%, hazır mehsullara - 11,3%), əlvan metallar üzrə (emal olunmamış - 0, yanemal olunmuş - 3,3%, hazır məhsul - 4,6%) daha çox nəzərə çarpır.

Yaponiya idxal tarifində rüsumlann mütləq əksəriyyəti (90%-dən yuxan) dəyər ifadəsində (yəni advalor) və yalnız 1%-i çəki, həcm, kəmiyyət vahidinin təsbit edilmiş ölçüsündə (spesifık rüsumlar) müəyyənləşdirilib.

Yaponiya gömrük tarifi hazırda dörd çərgə normadan ibarətdir: ümumi, TTBS/ÜTT, preferensial, müvəqqəti.

Ümumi (baza) normalar(ı) (advalor, yaxud spesifik) gömrük tarifi haqqında Qanunla bütün mallan 21 qrup, 99 bölmə və 1010 mövqeyə (bir sıra hallarda yarımmövqeyə) bölməklə müəyyənləşdirilmişdir.

Baza dərəcələri demək olar ki, təcrübədə tətbiq edilmir, çünki Müvəqqəti tarif tədbirləri haqqında Qanuna uyğun olaraq, hər il və ya zərurət yarandıqda müvəqqəti dərəcələr müəyyənləşdirilir. Bunlar baza dərəcələri ilə fərqləndiyi hallarda tətbiq edilir. Müvəqqəti normalar müəyyən mal bazanndakı və bütövlükdə, Yaponiya iqtisadiyyatındakı konkret vəziyyətdən asılı oiaraq müəyyənləşdirilir.

Preferensial tarif normaları YUNKTAD-ın təsnifatına uyğun olaraq daha az inkişaf etmiş ölkəfər üçün tətbiq edilir.

Ümumi Üstünlüklər Sistemi (ÜÜS) Yaponiyanın xarici ticarətində mühüm yer tutur. Hazırda preferensial rüsum dərəcələri 155 inkişaf etməkdə olan ölkədən və 25 ərazidən edilən idxala münasibətdə tətbiq edilir, həm də, onlann 41-i üçün bütün məhsullanna görə rüsumsuz idxal müəyyənləşdirilib. Lakin bəzi “həssas" kənd təsərrüfatı malları, məsələn, taxıl, şəkər, süd və süd məhsullan, ət və ət məhsullan, eiəcə də, neft məhsullan Yapon preferensiyalar sistemindən çıxanlmışdır. ÜÜS güzəştfəri, bütövlükdə, Yaponiya idxalının 5%-nə və inkişaf etməkdə olan ölkəlerdən idxalın 10%-nə şamil editir. Həm də, ÜÜS üzrə idxalın 3/4-ü beş iri benefısiann (ÇXR, Koreya Respublikası, Tayvan, Tailand və Malaziya) payına düşur.

İdxal rüsum normaları təyin edilərkən gömrük vergisi üçün aşağıdakı qayda ist'ıfadə edilir: əwəlcə Yaponiya gömrük tarifinin preferensial norması götürülür, əgər o yoxdursa, ardıcıl olaraq, TTBS/ÜTT dərəcəsi, müvəqqəti və baza (ümumi) dərəcəleri tehlil edilir. Əgər TTBS/ÜTT derəcesi digər dərəcətəri aşırsa, müvəqqəti dərəcə, o olmadığı halda isə ümumi dərəcə istifadə edilir.

Bir sıra mallann idxalını tənzimləmək məqsədilə Yaponiya qeyritarif mehdudiyyətlərindən geniş surətdə istifadə edir. Onlardan daha xarakterik oianı aşağıdakılardır.

Tarif kvotalan sisteminə uyğun olaraq, mallara, idxalın həcmi müəyyen kəmiyyətə çatmayınca, ilkin norma üzrə rüsum qoyulur, həmin kəmiyyətə çatdıqda isə daha yüksək ikinci dərəcə qüwəyə minir. Bir qayda olaraq, tarif kvotalan (yəni ilkin dərəcə üzrə rüsum qoyulan malın kəmiyyəti) ölkə daxilində həmin mala tələbin həcmindən daxili istehsal həcminin çıxılması ilə təyin edilir. Tarif kvotaları Nazirler Kabinetinin xüsusi qəran ilə hər il müəyyənləşdirilir. İndi tarif kvotalan pendir, taxıl və dəri ayaqqabı kimi mallara tətbiq edilir.

Yaponiyada idxal kvotalan hazırda 77 mala şamil edilir: onlardan 54-ü TTBS-nin diskriminasiya siyahısına daxildir, qalan 23-ü Yaponiya kend təsərrüfatmın əsas məhsullanna aiddir.

TTBS-nin qəranna görə liberallaşdınlmalı olmayan mal mövqeləri arasında tiryək xaşxaşı, etil spirti, radioaktiv kimyəvi element tərkibli fılizlər, hərbi təyyarə mühərrikləri, bir çox silah növləri, eləcə də, onlann ehtiyat hissələri vardır. İdxal qeyri-tarif məhdudlaşdıımaların şamil edildiyi əsas mallar süd, xama, pendir, portağal, mal əti, ananas, meyvə və tomat şirələri, tomat sousu və sairəni əhatə edir.

Uruqvay raundu nəticəsində Yaponiya kənd təsərrüfatı mallannın çoxuna idxal kvotalannı tarif kvotalan ilə əvəz etməyə razılıq verdi.

Bugünkü Yaponiyada gömrük prosedurlannın optimallaşdınlması, ilk növbədə malın temizlənməsi vaxtının azaldılması problemi kifayət qədər aktualdır. Yaponiyada gömrük prosedurlannın keçməsi vaxtı son illərdə azalsa da, sənayecə inkişaf etmiş ölkələrin standartlanna görə o, hələ də kifayət qədər uzun olaraq qalır.

Yaponiya gəmi ilə daşınma zamanı gömrük prosedurlannın orta keçirilmə müddati (yükün gəlməsindən onun gömrükdən buraxılmasına qədər) 1993-cü ildə 4,8 gündən 1996-cı ilin əwəlində 4 günədək azalmışdır, hava yolu ilə yükün çatdınlması isə hətta bir qədər 43,7 saatdan 46,3 saatadək artmışdır.

Yaponiyada gömrük təmizlənməsi prosedurlarının təkmilləşdirilməsi üzrə işin əsas istiqamətləri təşkilati-idarəçilik fəaliyyətinin optimallaşdırılması, maddi-texniki bazanın yaxşılaşdırılması, kompüterləşdirmədir.

Bir sıra malların Yaponiyaya gətirilməsi üçün inhisarçı dövlət kanalı müəyyən edilmişdir. Həmin mallara düyü, buğda, arpa, süd tozu, kərə yağı, qatılaşdırılmış sud, duz, opium, spirt, tütün və xam ipək aiddir. Göstərilən malların idxalını dövlət müəssisələri və ya buna vəkil edilmiş təşkilatlar həyata keçirir.

Dövlət inhisarçı ticarətinin rəsmi bəyan edilmiş məqsədləri istehlakçılar üçün tədarükü sabitləşdirmək, daxili istehsalçılara yardım etmək məqsədilə idxala nəzarət, istehlakçıların maraqlarını müdafiə etməkdir. Döviət ticarət fəaliyyəti hüquqi cəhətdən idxal hüququ ilə, bəzi hallarda isə daxil istehsala və satışa inhisar hüquqları ilə təsbit edilmişdir.

Yaponiyada idxalı lisenziyalaşdırma sisteminin hüquqi əsasını "Valyuta əməliyyatları və xarici ticarət haqqında" Qanun təşkil edir. Bu qanuna uyğun olaraq, müəyyən malların idxalına icazə vermək hüququ Xarici Ticarət və Sənaye nazirinə həvalə olunmuşdur. Xüsusilə, beynəlxalq anlaşmaların təsirinə düşən malların idxalına; xüsusi hesablaşma formaları (məsələn, gömrük təmizlənməsinə qədər iki il əvvəl həyata keçirilən avans ödəmələri; gömrük təmizlənməsindən sonra iki ildən artıq müddətdə həyata keçirilən vaxtı uzadılmış ödəmələr; yapon valyutasından istifadə etməklə ödəmələr və s.) ilə idxala; müəyyən ölkələrdən və regionlardan idxala (bu, xüsusilə, Çindən, Tayvandan və KXDR-dən gətirilən balina ətindən, qızıl balıq və dəniz alabalığından hazırlanan məhsullara, yapon ərazi sularından kənarda xarici gəmilərin hasil etdiyi və Yaponiyaya idxal edilmək üçün dənizdə yapon gəmilərinə yüklənmiş dəniz məhsullarına, İrakdan gətirilən bütün mallara, CITES Konvensiyasında sadalanan nadir heyvan və / fəsil 89 GömrÜK işi və dünya iqtisadiyyatının imişaSı bitkilərə, xamnaya, ipəkdən hazırianan məhsullara aiddir) nazirin icazəsi tətəb olunur.

Xarici ixracatçılar üçün yapon bazarında mailarını satmaq ciddi texniki və digər xüsusi tələblərin qoyulması ilə xeyli dərəcədə çətinləşdirilir. Söhbət Yaponiyadakı mövcud xüsusi milli standartlardan, mallan sertifikatlaşdırma ve keyfiyyətinin yoxlanması sistemlərindən, texniki təhlükəsizlik, ekoloji teləblerdən, sanitar-gigiyena və veterinar qəydalarından və sairədən gedir.

Standartlar ve texniki teiəblər indiyə qədər Yaponiya və onun ticarət tərəfdaşlan arasında ən böyük fıkir aynlıqlarına səbəb olan məsələlərden biri olaraq qalır. Sənaye mehsullanna qoyulan 8 mindən çox yapon standartından (sənaye standartlanndan) yalnız dörddə biri beynelxalq standartlarla müqayiseyə gələndir, yalnız 2,5% isə tam şəkildə beynəlxalq standartfara uyğun gəlir. ÜTT-nin melumatlanna əsasən, bu səbebdən tibbi avadanlığın, ölçü cihazlannın, elektrotexnika məhsullarının, rabitə avadanlığının, avtomobillərin, gəmilərin, dəmir yolu vaqonlannın və digər avadanlığın Yaponiyaya ixraa xeli çetindir.

Tənzimləməni pozma üzrə fəaliyyet proqramı çərçivesinde Yaponiya beynəlxalq uyğunlaşmaya ve qebul edilmiş qarşılıqlı anlaşmalara təref daha artıq irəlilemeyə çox səy göstərir. Belə ki, Yaponiya "standartları və sertifıkatlaşdırma sistemini beynəlxalq normalara uyğunlaşdırmalı’', eləcə de, "qarşılıqlı tanıma sistemini tətbiq etmə imkanian ilə bağiı ikitərəfli və regional əsasda məsləhətləşmələr aparmalıdır".

Qarşılıqlı tanıma haqqında sazişlə bağlı hələ hər hansı bir anlaşmaya nail olunmamışdır. Yaponiya Aİ, Avstraliya və ABŞ-la belə sazişləri bağlamaq imkanlan haqqında məsləhətləşmələr aparmışdır. Bununla belə, hər şeyi nezerə aldıqda, öz yanaşmalannda Yaponiya digər ölkələrin standart və prosedurlannı tanımağa hələ ki meylli deyildir.

Aşağıdakı mallann Yaponiyaya idxalına qadağan qoyulmuşdur. idxal kommersiya məqsedi daşıyan məhv olmaq təhlükəsi ilə üzləşən heyvan və bitkilər (eləcə də onların hissələri); pomoqrafik jumallar, videolentlər və s.; saxta markalı məhsullar; patent, müəlliflik hüququnu və dizayn hüququnu pozan məhsullar; təhiükəli narkotik maddələr və s.

İdxalın liberallaşdırılması tədbirləri ilə bərabər, Yaponiya hökumətinin xarici iqtisadi siyasətinin mühüm istiqamətlərindən biri idxalın inkişafına kömək etməkdir. Burada qarşıya qoyulan məqsəd Yaportiyanın aparıcı tərəfdaşlarla ticarət mübahisələrini yumşaltmaqdır.

İdxala yardım etmək üçün Yaponiyada istifadə edilən tədbirlər komplekti kifayət qədər genişdir və vergi güzəştlərini, konsessiya borclannı, idxalın inkişafına yönəlmiş Yaponiya Xarici Ticarətin İnkişafına Yardım Cemiyyətinin (YXTİYC) fəaliyyətini, idxalın xüsusi inkişaf zonalannın yaradılmasını və s. əhatə edir.

Ümumi qaydalı əksər tədbirlərdən fərqli olaraq, vergi güzəştləri rüsumsuz idxal edilən yalnız sənaye mallarına verilə btlər. Üzərinə tarif vergisinin qoyulması nəzərdə tutulan mallara isə (Yaponiyanın az rəqabət qabiliyyətli olduğu mallar nəzərdə tutulur) vergi güzəştləri şamil edilmir.

Yaponiya vergi güzəştləri sisteminə uyğun olaraq, idxalçılar əvvəlki pik ilində idxallarının artım dəyərinin 5%-dək miqdarda vergi kreditine ümid edə bilərlər. Topdansatış və pərakəndəsatışla məşğul olan ticarətçilərə vergiqoyulan fond gəlirlərindən hazır idxal məhsulu bazarlannın inkişaf etdirilməsi məqsədinə (idxalın artım dəyərinin 20%-dək) ehtiyat saxlamağa icazə verilir. Vergi güzəştlərinə düşən hazır məhsul idxalı hazırkı dövrdə bütün idxal dəyərinin təxminən 25%-ni təşkil edir.

Maliyyə yardımı tədbirləri, eksine, yalnız rüsumsuz idxal edilməyən sənaye mallanna tətbiq edilir. Yaponiyada istifadə edilən, idxala yardım etmək üçün verilən konsessiya borcları dörd növə bölünə bilər: idxal sisteminin təkmilləşdirilməsinin maliyyələşdirilməsi (Yaponiya İnkişaf Bankı); hazır məhsul idxalının maliyyələşdirilmesi (Yaponiya Eksimbankı); idxal satışlanna yardım borcları (Kiçik biznesi Ma91 GömrüK işi və dünya iqtisadiyyatınm imişaf/ liyyəiəşdirmə Korporasiyası, Xalq Maliyyə Korporasiyası); idxalı öncədən ödəmənin sığortalanması.

80-ci illərin sonunda Yaponiya ilə ticarət disbalansını düzeltməyi tələb edən əsas ticarət-iqtisadi tərəfdaşlann təzyiqi altında, tənzimləməni pozma və iqtisadiyyatın mərtıələli liberallaşdırılması tədbirləri çərçivəsində Yaponiya hökuməti hazır məhsul idxalının hərtərəfli stimullaşdınlmasına yönəlmiş qerarlar qəbul etdi. Bu tedbirtər sistemində mühüm yer dəniz və hava limanları rayonlarında idxalorientasiyalı müəssisə və təşkilatların konsentrasiyası əsasında idxalı asanlaşdırmaq məqsədilə yaradılan "idxalı inkişaf zonalarrna (bəzən "azad ticarət zonalan" adlandınlır) xüsusi yer aynlmışdı.

Yaponiya hökuməti həmin zonalarda anbar təsərrüfatının inkişafına, sərgi pavilyonlarının və yüklerin emalı üzrə istehsal obyektlerinin tikintisinə yardım edir. Bu topdansatış və perakəndəsatışla məşğul olan ticarətçilərə, eləcə də, idxal məhsulunun ilkin emalt ilə məşğul olan şirkətlərin işinə şərait yaradır. Yeni təşəbbüslər idxal əməliyyatlannda ixtisaslaşmış kiçik və orta biznesə dəsteyi xeyli dərəcəde genişləndirmişdir. Daşınmaz əmlakın satınalınmasına, əsas fondlara prefektural vergi üzrə, torpaq sahibliyinə xüsusi vergiyə görə, eləcə də, binalann və istehsal avadanlığının amortizasiyasına görə vergi güzəştləri nəzərdə tutulur.

1998-ci ilin əwəlinə Yaponiyada prefektura və ya şəhər "tabeliyində" olan 22 idxal zonası fəaliyyət göstərir və öyrənilme mərhələsindədir: Kuma-moto, Oita, Naqasaki prefekturalan və Kitakyusyu şəhəri (Kyusyu adası), Exime ve Koti prefekturalan (Sikoku adası), Yamaquti, Xirosima, Tottori, Okayama, Osaka, Kioto, İsikava, Sidzouka, Niiqata, Aomori, Miyaqi prefekturaları və Kobe, Osaka, Kavasaki, Yokoqama şəhərləri (Xonsyu a.), Xokkaydo (Nyu Tişose aeroportu ətrafında). Okinava prefekturasının və azad ticarət zonasının təsis edilməsinin praktik məsələləri də öyrənilməkdədir [71].

Beləliklə, gömrük tənzimlənməsinin Yaponiya təcrübəsi ixraca nəzarətin inkişaf etmiş sistemi, KİM-nin tətbiq edilməsi, kifayət qədər aşağı tarif normaları və mürəkkəb texniki baryerlərlə səciyyələnir. İdxalla bağlı situasiya o qədər unikaldır ki, Yaponiya hətta onun inkişafına yardım proqramlart həyata keçirir. Aydındır ki, belə gömrük tənzimləmə sistemi ölkə iqtisadiyyatının yüksək ixracyönümlüyünü əks etdirir.

Çində də ixraca böyük əhəmiyyət verilir. Lakin idxal yolunda tarif baryerlərindən, xüsusilə, gömrük rüsumundan istifadə edilməsində bu ölkənin təcrübəsi daha maraqlıdır.

Məlumdur ki, gömrük rüsumu dövlətin gömrük sərhədindən keçən malın qiymətinə daxil olan vasitəli vergi növüdür. Əwəllər gömrük rüsumlan Çində fiskal yox, requlyativ (nizamasalma) məqsədlərilə, hər şeydən öncə, inkişafı prioritet hesab edilən kənd təsərrüfatı məhsullannın ticarətinə kömək etməklə tətbiq edilirdi. Sonradan gömrük rüsumları tədricən yeni məna qazandı - onlar dövlət gəlirlərinin böyük mənbəyi rolunu yerinə yetirməyə başladı. indi gömrük rüsumlarının bu funksiyalarının vəhdəti dövlət iqtisadi tənzimləmə mexanizminin əsasında dayanır.

"Quantun" gömrük rüsumları, 26 yanvar 1987-ci il tarixli ÇXR Gömrük Məcəlləsinin 35-ci maddəsinə uyğun olaraq, Çinin sərhədindən buraxılışa icazə verilən yüklərə, sərhəddən buraxılan əşyalara (ayrı-ayn şəxslərə məxsus yük yerləri, poçt göndərişləri) tətbiq edilir.

Gömrük vergisi qaydalarının tətbiqi prinsiplərinin müəyyənləşdirilməsi, qaydaların təqdim edilməsi, hazırlanması və dəyişdirilməsi, gömrük rüsumu normalarının səviyyəsində düzəlişlər edilməsi, eləcə də, Çinin gömrük-tarif siyasəti ilə bağlı digər tənzimləmə məsələləri ÇXR Dövlət Şurası Gömrük rüsumları üzrə Komitəsinin səlahiyyətindədir.

Çində gömrük rüsumlarının yığtlması xarici əlaqələr üçün açıq olan limantarda və gömrük nəzarəti üzrə əməliyyatların aparıldığı yerlərdə təsis edilən gömrükxanaiara həvalə edilmişdir. Gömrükxanalar ÇXR Baş Gömrük idarəsinə tabedir. Bütün ölkədə gömrükxanaların 93 vahid idarə edilməsini 4 dekabr 1982-ci il tarixli ÇXR Konstitusiyasına (sonrakı dəyişiklikləriə birgə) əsasən dövlət hakimiyyətinin icra orqanı, ali inzibati orqan olan (maddə 85) ÇXR Dövlət Şurası həyata keçirir.

1949-cu ildə ÇXR yarandıqdan sonra Çinin gömrük tariflərinin hazırlanmasının əsas prinsipləri ilk dəfə olaraq, ÇXR Dövlət İnzibati Şurasının (indiki Dövlət Şurasının) "Gömrük siyasəti və gömrükxanalann işi haqqında" 27 yanvar 1950ci il tarixli qərannın 5-ci maddəsində təsbit edildi. Onlar bir sıra qaydalardan ibarətdir. Qaydalar aşağıdakılara aiddir:

• Çində böyük həcmdə istehsal edilə bilən və ya müvəqqəti olaraq, lazımi kəmiyyətdə istehsal edilməyən, lakin, gələcəkdə istehsalın artım perspektivinə malik idxal edilen sənaye mallarına və yarımfabrikatlara gömrük rüsumu, milli istehsalı müdafiə etmək məqsədilə, idxal edilən malın mayadəyəri ilə Çində istehsal edilən eyni malın mayadəyəri arasındakı fərqi aşan miqdarda təyin edilməlidir;

• zinət əşyalanna və gündəlik tələbat əşyalarına daha yüksək rüsum normalan müəyyənləşdirilməlidir;

• Çində az həcmlərdə istehsal ediiən və ya heç istehsal edilməyən sənaye avadanlığı, aparatura, materiallar, sənaye xammalı, ərzaq bitkiləri toxumlan, gübrə və digər mallara gömrük rüsumlarının aşağı normalan müəyyən edilməli və ya həmin mallar vergiqoymadan tamamilə azad ofunmalıdır;

• idxal edilən elmi ədəbiyyata, kənd təsərrüfatı ziyanvericiləri ve xəstəlikləri ilə mübarizə vasitələri, eləcə də, Çində istehsal edilməyən və ölkə dərmanları ilə əvəz edilə bilməyən dərmanlara azaldılmış rüsum müəyyənləşdirilir və ya bu maliar, ümumiyyətlə, gömrük vergisindən tamamilə azad olur;

• ixrac mallannın istehsalını genişləndirmək məqsədilə aşağı gömrük rüsumlan müəyyenləşdirilir və ya mərkəzi hökumət tərəfindən ixracı stimullaşdınlan ixrac yanmfabrikatlarından və ya emal edilən xammaldan rüsumlar tamamilə tutulmur.

Beləliklə, tarif eskalasiyası prinsipindən istifadə edilməsi göz qabağındadır.

Çində gömrük rüsumlan müeyyənləşdirilərkən normaların iki növü: ümumi və güzəştli normalar tətbiq olunur. Çinlə qarşılıqlı əlverişli şərait yaratma haqqında müqavilələrin olmadığı ölkələrdə və ya rayonlarda istehsal edilən idxal mallarına münasibətdə gömrük rüsumları ümumi normalar (dərəcələr) üzrə tutulur. Əgər həmin müqavilələr varsa, güzəştli normalar tətbiq olunur. Ayrı-ayrı hallarda ÇXR Dövlət Şurası Komitəsinin sanksiyası ilə gömrük rüsumlannın güzəştli normalan, münasibətlərində daha əlverişli rejimin tətbiq edilmədiyi ölkələrdə istehsal edilən mallara da tətbiq oluna bilər.

Ərazisinə Çindən mallar idxal edilən hər hansı dövlətdə və ya rayonda diskriminasiya xarakterli gömrük rüsumlan tutulduğu və ya başqa məhdudiyyətlər tətbiq edildiyi haida qarşılıqlılıq prinsipi qüwəyə rninir: həmin ölkələrdən və ya rayonlardan Çinin ərazisinə gətirilən mallar barəsində cavab tədbirləri - xüsusi gömrük rüsumlan tətbiq olıınur. Gömrük rüsumlan qoyulan malların nomenklaturası, normalar və onlann tətbiq olunma müddətiəri ÇXR Dövlət Şurastnın gömrük rüsumlan üzrə komitəsi tərəfındən müəyyən edilir.

Gömrük rüsumlarının normalannı ÇXR Dövlət Şurası təsdiq edir. Müvafiq dəyişikliklərin dərc edilməsi vəzifəsi də onun üzərinə qoyulmuşdur.

Son dövrlərdə Çində gömrük vergiqoymasının ümumi səviyyəsi azalmaya meyllidir. 1995-ci ildə o, 42%-dən 35,9%-dək, 1 aprel 1996- cı ildən isə 23%-dək azaldılmışdır ki, bu da idxalı səmərəli etmək, daxili tələbi ödəmək, qaçaqmalçılığa zərbə vurmaq, daxili bazarda rəqabəti canlandırmaq və ixrac üçün yeni imkanlar açmaq üçün edilmişdir.

Bu meyl dəbdəbə (təmtəraq) əşyalarına da aiddir. Məsələn, ÇXR Dövlət Şurasının "Minik avtomobillərinin idxalına gömrük rüsumu normalarının tənzimlənməsi və vergilərin azaldılması və onlardan azad olunması siyasəti haqqında" 22 dekabr 1993-cü il tarixli bildirişinin 1-ci 95 GömrüK işi və dünya iqtisadiyyatmın imişaft bəndinə uyğun olaraq, benzinlə işləyən mühərrikin həcmi 3 iitr və daha az, dizel yanacağı ilə işləyən mühərrikin həcmi 2,5 litr və daha az olan idxal minik avtomobillərinə ("ciplər" daxil oimaqla) gömrük rüsumu dərəcəsi 180%-dən 110%-dək, mühərrikinin həcmi göstərilən həcmlərdən çox olan avtomobillərə isə - 220%-dən 150%-dək azaldılmışdır. Doğrudur, bunlar, hər halda, pik dərəcələrdir. Görünür, son zamanlarda yığma avtomobil istehsalı ilə məşğul dmağa başlamış Çin bu sahəni fəal şəkildə inkişaf etdirməyi qərar almışdır.

Ölkənin ərazisinə gətirilən, yaxud, sərhəddən kənara çıxanian əşyaları qəbul edənlər, eiəcə də onlann sahibləri gömrük rüsumu ödəməli olan şəxslərdirfər.

Gömrük rüsumlan qəbul eden (göndərən) şəxsin və ya onun nümayəndəsinin malı gətirməsi (göndərməsi) haqqında ərizəsinin tarixində qüwədə olan normaiara görə tutulur. Gömrük rüsumiannın elavəsi və onun qaytanlması malın gətirilməsi və ya aparılması baredə gömrük orqanianna təqdim ediiən ərizədəki tarixdə qüwədə oian normalar üzrə həyata keçirilir.

ÇXR "İxrac-idxal gömrük rüsumu haqqında" 18 mart 1992-d il tarixli qaydalann 10-cu maddəsinə uyğun olaraq, mallann idxalı zamanı gömrük vergiqoyması məqsədilə sahilə qədər qiymətə əsaslanan sövdeləşmə qiyməti - "qaoan tezyaqe" - istifadə olunur. Bu göstərici özündə malın qiyməti üstəgəl qablaşdırma, sığorta və Çinin ərazisinde boşaldılma məntəqəsinə qədər daşınma xərdərini, eləcə də, digər əlavə xərcləri əhatə edir.

Əgər gömrük orqanları yoxlamadan sonra sahilə qədər(ki) qiyməti təyin edə bilmirsə, idxal gömrük rüsumlannın hesablanması üçün əsas kimi növbə ilə aşağıdakı göstəridlərdən biri istifadə edilir:

• dövlətdən və ya rayondan ixrac edilən analoji və ya identik mala sövdələşmə qiyməti;

• beynəlxalq bazarda analoji və ya identik mala sövdələşmə qiyməti;

• daxili bazarda analoji və ya identik malın idxal gömrük rüsumu, idxal vergiləri, nəqliyyat və təsərrüfat xərdəri, eləcə də, idxaldan sonra menfəət məbləğində azaldılmış topdansatış qiyməti;

• digər ədalətli qiymət.

Çinin gömrük ərazisindən kənara çıxanlan mallara gömrük rüsumu hesablanması üçün qiymət olaraq, ixrac rüsumu çıxıldıqdan sonra sahildən olan qiymət qəbul olunur. Həmin qiyməti təyin etmək mümkün olmadıqda, gömrük orqanlarına diskresion (öz mülahizəsinə görə hərəkət etmə) səlahiyyəti verilir.

İxrac edilən malların gömrük dəyərinin bazisi sərhəddən kənarda satılan mallar üzrə sövdəiəşmə qiymətidir. Zəruri reallaşdırma qiyməti adlanan bu qiymət istehsal mayadəyərindən, ədalətli mənfəətdən, daşınma xərdərindən, sığortadan və s. formalaşmalıdır.

Gömrük orqanlarında ixrac edilən mallann göndərən (və ya onun nümayəndəsi) tərəfindən bəyan edilmiş sövdələşmə qiymətinə görə şübhə yarandıqda, sövdələşmə qiyməti aşağıdakı göstəricilərdən biri əsasında təyin edilir ("İxrac edilən malların qiymətinin yoxlanması haqqında" 31 dekabr 1994-cü il tarixli ÇXR müvəqqəti metodu, maddə 4):

• eyni dövlətdə və ya rayonda eyni dövrdə ixracı reallaşdınlan identik malların sövdələşmə qiymətləri;

• eyni dövlətdə və ya rayonda eyni dövrdə txracı reallaşdırılan analoji malların sövdəleşmə qiymətləri;

• maya dəyəri, daşınma, sığorta, mənfəət və digər xırda məsrəflər bazasında dövlətin daxilində istehsal edilmiş identik və ya analoji mallann hesablaşma qiyməti;

• gömrük orqanlarının mülahizəsi üzrə ədalətli qiymet.

Təmir işləri aparmaq üçün müvəqqəti olaraq, Çinin gömrük ərazisindən kənara çıxanlan və gömrük orqanlan tərəfindən müəyyən edilən müddətlərdə geri gətiriiən mexanizmlər, nəqliyyat avadanlığı və digər mallara görə, gömrük rüsumu hesablamaq üçün qiymət kimi tə97 GömrüK işi və dünya iqtisadiyyatının imişafı mir və material məsrəflərindən ibarət məbləğ nəzərdən keçirilir.

Emal edilmək üçün sərhəddən çıxanlan və gömrük orqanları tərəfindən müəyyən edilmiş müddətlərdə geri gətirilən mallara görə gömrük rüsumu ödənməli olan məbləği təyin etmək üçün qiymət kimi sahildən aparılan (ixrac zamanı) malın qiyməti ilə sahilə gətirilən (emaldan sonrakı idxal zamanı) malın qiyməti arasındakı saldo qəbul edilir.

Gömrük rüsumlannın hesablanması üçün lazım olan göstəricilər haqqında malı göndərən, qəbul edən və ya onların nümayəndələri məlumat verir. Sövdələşmə qiymətini onlar gömrük bəyannaməsində göstərirlər. Bu sənədlə eyni vaxtda qiymət və xərclərin həqiqiliyini təsdiq edən hesablar, eləcə də siyahılar və s. gömrük orqanlanna təqdim edilməlidir. Zəruri hallarda gömrük orqanları həmçinin kontraktlan, orderləri və digər sənədləri təqdim etməyi tələb edə bilər. Gömrük orqanına təqdim edilən hər bir sənəddə malları qəbul edənin, göndərənin və ya onlann nümayəndələrinin möhürü olmalıdır ki, sənədlərin həqiqiliyi şübhə doğurmasın. Gömrük bəyannaməsi verildiyi vaxt lazımi sənədlər olmadtqda gömrük rüsumu gömrük orqanlarının müəyyən etdiyi qiymətə uyğun olaraq ödənilir.

Malı qəbul edənlər, göndərənlər və ya onlann nümayəndələri gömrük orqanına məlumatverən tarixdən yeddi gün müddətində (bazar və bayram günləri istisnadır) gömrük rüsumunu ödəməlidiriər. Bu müddət ötürüldükdə hər ötən gün üçün rüsum məbləğinin 0,01 %-i miqdannda peniya (cərimə) tutulur. Gömrük rüsumlan Çinin milli valyutası ilə ödənilir. Gömrük rüsumları Çinin milii valyutası ilə ödənilir. Gömrük rüsumtan ödənilərkən gömrük orqanlan ödəniş barədə qəbz verir. Əger üç ay müddətində gömrük rüsumu ödənilmirsə, gömrük orqanının aşağıdakıları etmək hüququ vardır:

• qarantı gömrük rüsumunun ümumi məbləğini ödəməyə məcbur etmək;

• yükləri girov götürmək;

• gömrük rüsumunu ödəməyə məsul olan şəxsin və ya qarantın hesabından vəsaitlərin silinməsi barədə banka müraciət etmək.

Gömrükdən buraxılan əşyalara görə gömrük vergisi ödəməli olan şəxslər əşyalar gömrükxanadan keçənə qədər ümumi rüsum məbləğini ödəməlidir.

Malı alanlar, göndərənlər və ya onlann nümayəndələri gömrük rüsumu ödənməsindən bir il müddətində gömrük orqanlarına yazılı ərizə və əlavə sənədləri təqdim etməklə gömrük rüsumu məbləğinin qaytarılmasını aşağıdakı hallarda tələb etmək hüququna malikdir:

• gömrük rüsumun səhvən artıq ödəndiyi halda;

• gömrük orqanları tərəfindən yoxianışdan azad olunan mallara gömrük rüsumu ödəndikdən sonra, onların çatışmazlığı aşkar olduqda;

• malların ixracı baş tutmadıqda.

Gömrük orqanları gömrük rüsumunun qaytarılması barədə ərızəyə ərizənin tarixindən 30 gün müddətində baxır və qəbul edilən qərar barədə ərizəçini yazılı formada məlumatlandırır.

Ölkənin ərazisinə gətirilən, yaxud, onun hüdudlarından çıxarılan mallar və sərhəddən buraxılan əşyalar buraxıldıqdan sonra, gömrük rüsumunun az miqdarda ödəndiyini və ya heç ödənmədiyini aşkar edən gömrükxana malların, əşyaların buraxılışından, yaxud, gömrük rüsumunun ödəniş günündən bir il müddətində gömrük rüsumunu ödəməyə məsul şəxsdən ödənməli rüsum məbləğinin hamısını və ya onun ödənməmiş hissəsini ödəməyi tələb etmək hüququna malikdir. Əgər gömrük rüsumunu ödəməli olan şəxs tərəfındən pozulma nəticəsində lazımi məbləğ az miqdarda ödənmişsə, yaxud heç ödənməmişsə, gömrükxana üç il müddətində ödənişin ödənilməsinə nail ola bilər.

Güzəştlərin tətbiqinin düzgünlüyü gömrük orqanları tərəfindən yoxlandıqdan sonra, aşağıdakı mallar gömrük rüsumları qoyulmasından azad oluna bilər:

• gömrük rüsumu məbləğinin 10 yuaneyə çatmadığı markalar

• kommersiya dəyəri olmayan rekiam nüsxəiəri və nümunəiəri;

• xarici hökumətlərə və beynəlxalq təşkilatlara əvəzsiz olaraq, göndəriiən hədiyyətər;

• sərhədi keçən nəqliyyat vasitələrinə lazım olan yanacaq, yolda ərzaq üçün ləvazimat və xammal.

Mallan göndərənlər və ya onların nümayəndələri tərəfındən gömrük orqanlanna verilən ərize üzrə idxal gömrük rüsumunun ödənilmə məsələsinə baxıldıqdan sonra, Çinin gömrük ərazisindən çıxanlan, lakin, sonradan qaytanlan mallar azad oluna bilər. Bu halda əw əl ödənmiş ixrac gömrük rüsumu qaytanlmır. Analoji qayda mallann baş tutmayan idxalı halında ixrac rüsumlanna münasibətdə qüwədədir, lakin, bu zaman idxal gömrük rüsumu qaytanlmır.

Həmçinin, sərhəddən xüsusi iqtisadi zonalara və başqa aynca müəyyənləşdiriiən rayonlara buraxılan yüklər, Çin və xarici kapitalla birgə müəssisəlerin, eləcə de, xarid kapitallı müəssisəlerin yükiəri gömrük rüsumlarından azad oluna bilər (və ya onların rüsum normalan azaidıla bilər). Müeyyən edilmiş gömrük rüsumlann aşağı salınma və onlardan azad olunma əsaslan ve qaydası ÇXR Dövlət Şurası tərəfindən işlənib hazırianır.

İndiki dövrdə mövcud problemlerlə (yüksək normalann olması, çoxsaylı azad edilmələr və azaldılmalar, gəiiriərin cüziiiyi) əlaqədar olaraq, 1997-d il dekabnn 31-dən Çinə gətirilən demək olar ki, bütün materiallara gömrük rüsumlan qoyulur. Nümayəndəliklərin, bazarlann, yeməkxanalann və digər belə obyektlərin tikintisi üçün lazım olan mallara görə gömrük rüsumlanndan azad olunma ÇXR Dövlət Şurasının "Daşınmaz obyektlərin tikintisi üçün [ölkəyə] gətirilən materiallardan vergi tutulması məsəlelerinə dair" 23 aprel 1995-d il tarixli bildirişinin 2-ci bəndinə uyğun olaraq, daha ewel - 1995-d ilin mayın 1-dən ləğv edilmişdir.

ÇXR Dövtət Şurasının "İdxal vergiləri tutulması siyasətinin dəyişdirilməsi və nizama salınması haqqında" 26 dekabr 1995-cı il tarixli bildirişinin 3-cü bəndində göstərilən çoxsaylı istisnalar arasında elmitədqiqat və tədris məqsədləri üçün lazım olan məhsulların idxal gömrük rüsumlarından azad edilməsini qeyd etmək olar. ÇXR-in 22 yanvar 1997-ci il tarixli eyniadlı müvəqqəti əsasnaməsinin 4-cü bəndində müvafiq mallar 16 maddəyə bölünmüşdür. Onlardan şərti olaraq, iki qrupu ayırmaq olar. Birindsi, idxalı hər hansı elmi-tədqiqat və ya təhsil müəssisəsi tərəfındən həyata keçirilə bilən predmetlər (müqəwalar, kimyəvi materiallar və s.). İkincisi, qrupa müəyyən təşkilatlar tərəfindən gətirilən xüsusi təyinatlı mallar (təyyarəçilik məktəbləri üçün təlim təyyarələri və s.) daxildir.

Analoji güzəşt əlillər üçün mallar barəsində də qüwədədir. ÇXR-in "Fiziki qüsurlu şəxslər üçün xüsusi ləvazimatlann idxal vergilərindən azad edilməsi haqqında" 22 yanvar 1997-ci il tarixli müvəqqəti əsasnaməsinin 2-d maddəsinə görə, korlar üçün oxu materialları, lalkarlara nitqin öyrədilməsi üçün aparatlar, müxtəlif protezlər və s. Çinin gömrük ərazisinə gətirilərkən gömrük rüsumu tutulmur. Həm də güzəşt hüququna yalnız ixtisaslaşmış müəssisələr, məsələn Çin Əlillər Assosiasiyasının tabeliyindəki təşkilatlar malikdir.

Dövlət tərəfindən stimullaşdırılan istehsal obyektlərinə investisiyalar kimi avadanlıq Çinin gömrük ərazisinə gətirilərkən, güzəşt verilməsi mesələləri ÇXR Dövlət Şurasının "Avadanlığın idxalı zamanı vergi tutulması siyasətinin tənzimlənməsi haqqında" 29 dekabr 1997-ci il tarixli bildirişi əsasında nizamlanır. Bildirişdə xüsusi olaraq, vergilərdən azad olunma çərçivələri, azad olunma prosesi ilə idarəetmə və güzəşt verilməsi müddətlərinin dəyişdirilməsi müəyyənləşdirilir. Həmin bildirişdə də gömrük rüsumu ödəməkdən azad olunma hüququ əldə etmək üçün gömrük orqanlarına təqdim edilən aşağıdakı üç əsas sənəd göstərilmişdir:

• səlahiyyətli orqan tərəfindən təsdiqlənmiş kapital qoyuluşunu həyata keçirmək üçün ərizə;

• müəssisənin təsis edilməsi haqqında şəhadətnamə;

• təsərrüfat əməliyyatlan aparmaq hüququ verən vəsiqə. Güzəştlərin başqa bir növü gömrük rüsumu normalannın azaldtlmasıdır. Ümumi qaydaya gorə, Çinin gömrük orqanlan aşağıdakı şəıilərtə ödənməli gömrük rüsumu məbləğini azaltmaq hüququna malikdir:

• xarid dövlətin ərazisində daşıma və ya boşaltma zamanı itki olarsa və ya maia ziyan dəyərse;

• boşaltmadan sonra, gömrük rəsmiləşdirməsinə qədər itki olarsa və ya mala ziyan dəyərsə;

• malın gömrük orqanlarına təqdimi və yoxlanışı zamanı malın kommersiya dəyərinin itdiyi aşkar olunarsa.

Gömrük orqanlannın sanksiyası ilə, maraqlı şəxsin ərizəsinə əsasən və təminat və ya zaminlik olduğu halda, müvəqqəti ixrac ve ya idxal edilən və altı ay müddətində qaytanlan və ya [ölkədən] çıxarılan mallann nümunələri, sərgi nüsxələri, inşaat mexanizmləri, avtomobillər, gəmilər, birgə istifadə edilən montaj avadaniığı, alətlər, kino və video çəkilişi üçün aparatura, eləcə də, digər mallar gömrük rüsumu qoyulmaqdan azad oluna bilər.

GÖmrük rüsumu ödənişinin azaldılması və ya ondan azad olunması hüququnu əldə etmək üçün, mal göndərənlər, alanlar və ya onların nümayəndələri malı ölkəyə gətirənə və ya ölkədən çıxarana qədər müvafiq gömrük orqanlarına əsas göstərilməklə yazılı ərizə təqdim etməlidiriər. Gömrük orqanı ərizə barədə ÇXR Baş Gömrük İdarəsini məlumatlandırır, sonuncu isə qüwədə olan qanunlara uyğun oləraq, müstəqil şəkildə və ya ÇXR Maliyyə Naziriiyi ilə razılaşdırmaqla son qəran qəbul edir.

Ümumi qaydaya görə, xaricdən gətırilən, gömrük rüsumu azaldılan və ya onlann ödənişindən azad olunan yüklər, əşyalar yalnız xüsusi müəyyən edilən rayonlarda, xüsusi müəyyən edilən müəssisələrdə, yaxud, xüsusi təyinatla istifadə oluna bilər. Ödənməli gömrük rüsumu məbləğinin azaldıldığı və ya azad olunduğu mal satıldıqda və ya azad olunduğu mal satıldıqda və ya təyinatı gömrük orqanının sanksiyası ilə dəyişdirildikdə, amortizasiya hesablanmalı və gömrük rüsumu ödənməlidir.

Çində gömrük rüsumu öz statusuna görə, mərkəzi vergidir və mərkəzi hökumətin vəsaitlərinin doldurulma mənbəyidir. Müasir Çin dövlətinin vergi gəlirlərində onun (gömrük rüsumunun) əhəmiyyətini belə bir hal da təsdiqləyir ki, ÇXR Dövlət Şurasının "İdxal vergilərinin azaldılması və ondan azad olunma üzərində nəzarətin gucləndirilməsi haqqında" 19 aprel 1994-cü il tarixli bildirişi dərc olunan tarixdən rayonlann orqanlarına və nazirliklərə hər hansı bir malı gömrük rüsumlan ödənişindən azad etmək və ya ödənişi azaltmaq, eləcə də belə güzəştlər barədə vəsatətləri birbaşa ÇXR Döviət Şurasına təqdim etmək qadağan edilmişdir.

Mallann Çinin gömrük ərazisindən çıxarıldığı bütün hallarda onlann mənşə ölkəsi müəyyənləşdirilir. Bu məsələdə əsas meyarlar "İxrac edilən malların mənşə yeri haqqında" 28 fevral 1992-ci il tarixli ÇXR qaydalannın 6-cı maddəsinə uyğun olaraq, malın yaradılma yeri və edilən dəyişikliklərin dərəcəsidir [103].

Çində gömrük tənzimlənməsi milli iqtisadiyyatın inkişafı, ixrac potensialının artınlması məsələlərinə tamamilə cavab verir.

Çindən fərqli olaraq, Yəmən iqtisadi cəhətdən az inkişaf etmiş ölkələr sırasına aiddir. İqtisadiyyatın canlandınlmasında maraqlı olan respublika hökuməti, xarici sərmayələri stimullaşdırır, geoloji-kəşfiyyat işlərini sürətləndirmək, neftin hasilatı, nəqli və emalını artırmaq, eləcə də, ərzaq istehsalını artırmaq məqsədilə azad zonalar yaradır.

Hər hansı bir mal ve xidmətlərin idxalı, dövlət müəssisələri xətti ilə idxal istisna olmaqla, İqtisadiyyat, Ticarət və Təchizat Nazirliyi tərəfındən 6 aydın 12 aya qədər olan müddətə verilən lisenziyalar əsasında həyata keçirilir. Yalnız Yəməndə qeydiyyata alınmış şirkətlər və fərdi sahibkarlar lisenziya almağa müradət edə bilər.

İdxal lisenziyalannın verilməsi valyuta çatışmazlığı ilə əlaqədar olaraq dddi şəkildə məhdudlaşdınlmışdır və "milli prioritetlərə'' uyğun olaraq, həyata keçirilir. Onları birind növbədə ərzaq, sənaye və nəqliyyat üçün xammal və ehtiyat hissələrinin idxalçıları alır.

Alkoqollu içkilərin, meyvə və tərəvəzin, bəzi taxıl bitkiləri növlərinin, eləcə də, donuz, donuz ətinin və onun emalı məhsullannın idxalına dddi qadağan qoyulmuşdur.

Yəmənə əczəçıltq məmulatlan və tibbi mallann göndərişi zamanı, qeydiyyata ərizə verilməsi (ölkə daxilində satışa icazə verilməsi) hallannda ixracatçı ölkənin Ticarət palatasında təsdiqlənmiş hesabproforma 6 nüsxəde təqdim edilməlidir.

Xarid tədarükçülər yəmən ərazisində yalnız yerli fırmalarla təmsil olunmalıdır. Yəmən təmsilçi firmasının seçimi ixracatçı üçün mürəkkəb və məsuliyyətli məsələdir.

Bir sıra mallar Yəmənə yalnız ayn-ayn məhsullara inhisar hüququna malik olan yerii müəssisələrdən birinin icazəsi ilə göndərilir (siqaret, tütün, kibrit - Milli tütün və kibrit şirkəti (Xodeyda); əczaçılıq məmulatı - Baş əczaçılıq komissiyası (Sana). Hemin müəssisələr icazə verərkən göndərilən mal partiyası dəyərinin 5%-i miqdarında rüsum yığırlar.

Gömrük rüsumlanndan başqa idxal olunan mallardan aşağıdakı əlavə idxal yığımlan tutulur: gömrük dəyərinin 1%-i miqdannda zəlzələ nəticələrini aradan qaldırmağa görə yığım (rüsum); 5%-li vergi müdafiə xərdərini maliyyələşdirilməsi üçün; milli statistika müəssisəlerinin işini maliyyələşdirmək üçün - 2%. Quru yolu ilə Yəmənə daxil olan mallardan 10%-li əlavə vergi tutulur.

ölkənin baş dəniz limanında - Ədənədə azad ticarət zonası vardır.

Banklar daxili bazarda valyutanı Valyuta üzrə Komite vasitəsilə alır. Banklar idxalın ödənişinə valyutanı yalnız ölkənin valyuta büdcəsi çərçivəsində xərcləyə bilər, büdcədə ayn-ayn mal qruplannın idxalına xərdərin miqdan nəzerde tutulur. 2000 ABŞ dollanndan artıq məbləğin xaricə köçürülməsi yalnız Mərkəzi bankın icazəsi ilə həyata keçırilir. Valyuta ödəmələri yalnız Yəməndə qeydiyyata alınmış kommersiya bankları tərəfindən aparılır. ödənişin məcburi şərti alıcı firmanın əlində idxal lisenziyasının olmasıdır. İxracçılar, bir qayda olaraq, "kassa sənədlərə qarşı" hesablaşma şərtlərindən yan qaçırlar. Bir sıra inkişaf etmiş ölkələrin ticarət palataları Yəmən ortaqlarına münasibətdə belə təcrübəni tətbiq etməyi məsləhət görmür.

Aİ ölkələrinin ixtisaslaşmış maliyyə qurumları Yəmənə mal göndərən firmalara dövlət ixrac təminatları vermir.

Dəniz yolu ilə Yəmənə mal daşınması üçün lazım olan sənədlər Yəmən səfirliyinin konsul şöbəsində təsdiq edilir. Sənədlərin rəsmiləşdirilməsi bəzən uzadılır, bu səbəbdən onlan konsul şöbəsinə mümkün olduğu qədər tez vermək lazımdır. Sənədlər çeklə ödənməsi gərək olan rüsumlar (yığımlar) ödəndikdən sonra, rəsmiləşdirilməyə qəbul edilir. Sənədlərə geriyə ünvanı göstərən konvert əlavə etmək lazımdır.

Malın mənşəyi haqqında şəhadətnamə 2 nüsxədə tərtib edilməii və konsulluqda təsdiqlənməlidir. Onun üzərində hesab-proformada olan eyni imzalanmış ərizəni mütləq yerləşdirmək lazımdır.

İstehsalçının ərizəsi idxalçı tərəfindən tələb oluna bilər. Ərizə istehsalçı firmanın blankında hesab-fakturaya istinadla tərtib edilir və fırmanın rekvizitləri göstərilməklə maiın istehsalçısının kim olduğu barədə məlumatı əhatə edir. Yəmən idxalçısı özünün belə bir arzusunu ifadə edə bilər ki, istehsalçının ərizəsi notarial şəkildə və Yəmən səfirliyinin konsul şöbəsində, yaxud, ixracatçı ölkənin ticarət paiatasında təsdiq edilmiş olsun.

Ticarət hesabları 2 nüsxədə tərtib edilməli və ticarət palatasında təsdiqlənməlidir. Sonra onlar səfirliyin konsul şöbəsində təsdiq olunur. Hesabda adi məlumatlar - malın markası və kod nömrəsi, bağlamaların sayı və növü, gəminin adı, malın dürüst təsviri, ümumi və xalis çəkı, dəyəri, mənşə ölkənin adı göstərilməlidir. Əczaçılıq və tibbi mallar üçün xüsusi təlimat mövcuddur: hesabda mal vahidinin qiyməti göstərilməli və təyinat limanına əlavə məsrəflər (nəqliyyat, sığorta, mümkün olan yığtmlar) nəzərə alınmaqla və nezərə alınmamaqla mal partiyasının dəyəri aynca göstərilməlidir. Yəmən təyinat portuna (Ədənə və ya Xodeyda portlan) son qiymət əczaçılıq ve tibbi cihazlar üzrə Baş İdare (SBD) terefınden tesdiq edilmiş qiymetlere uyğun olmalıdır.

20 kiloqramadək poçt göndərişlerinə icazə verilir. Onlara dotdurulmuş beynəlxalq göndəriş blankını və bir ədəd ingilis dilində gömrük bəyannaməsini əlavə etmək gərəkdir.

Qiyməti olmayan mal nümunələri adətən heç bir gömrük rüsumu və hər hansı başqa yığımlar olmadan ölkəyə buraxılır. İstifadəyə və ya işledilmeye yararfı mal nümuneləri onların mülkiyyetçilerinin teminatı ilə gömrük vergisi qoyulmadan müvəqqəti olaraq, idxal edilə bilər. Bununla belə, həmin nümunelərin geriyə apanlması ilə bağlı çətinliklərin üzə çıxdığı hallar olmuşdur.

Hediyyələrə ümumi əsasiarta gömrük vergisi qoyutur.

Teləb olunmayan mallar Yemen gömrüyünün anbarlarında 6 ay müddetinde qala biler ve bu müddetde teleb oluna və ya ölkeden çıxanla biler. Hemin müddət başa çatdıqdan sonra, mallar hərraca qoyulur. Bütün rüsumlar, vergilər ve xərdər çıxıldıqdan sonra, satışdan əldə edilən gəlir mülkiyyətçinin ərizəsi ile ona qaytanlır. Təlebolunmayan tez xarab olan mallar gömrüyün müəyyənləşdirdiyi müddətlərdə herrac ile satılır.

Tükden ve cod tükden hazırianan memutattara ixracatçı dövletin səhiyyə xidmətinin şəhadətnaməsi otmatıdır. Alkoqot tərkibli kosmetika və parfümeriya əşyaları yalnız onlann kimyəvi tərkibinin analiz məlumatlan olduqda ölkəyə buraxılır. Yeyinti məhsullan və içki ixracatçılan. Yəmən idxalçısından və ya ölkənin ticarət nümayəndəliyindən (səfirliyinden) idxalı icazə verilən ərzağın keyfiyyəti və etiketləri üzre son telimatlan sorğu ile almalıdırlar. Konservlerin üstünde relyef şrifti ilə istehlaka yarariılıq müddətleri mütləq göstərilməlidir. Un kisələri üzərində onlann çəkib-bükmə tarixi vurulmalıdır. Yəmənə ərzaq mallan və yem ixracı zamanı radioaktivlik sertifıkatı tərtib edilməlidir. Ölkəyə gətirilən diri mal-qaraya, quşa, her hansı heyvan və bitkiyə ixracatçı ölkənin səhiyyə xidmətinin şəhadətnaməsi tələb olunur.

Bağlamaları üzərində altıguşəli İsrail ulduzları, eləcə də, "ədəbsiz" tesvirlər olan malların ölkə erazisine gətirilməsine icaze verilmir. Şübhə meydana çıxmasının qarşısını almaq üçün idxalçı ilə qablaşdırmanın tərtibatını razılaşdırmaq məqsədəuyğundur.

Əczaçılıq məmulatları Yəməndə qeydiyyata alınmalı və yuxarıda qeyd edilmiş Əczaçılıq və tibbi alətlər üzrə Baş İdarə tərəfindən verilən "sərbəst satış hüququ haqqında sertifikat"a malik olmalıdır [102].

Beləlikle, gömrük tənzimlənməsi arsenalı ölkənin iqtisadi inkişafına uyğun gəlir - idxal lisenziyalarının olması, sərt valyuta məhdudiyyətləri. Burada milli-dini özünəməxsusluq xüsusi rol oynayır.

Deyilənlərə yekun vuraraq aşağıdakı nəticələrə gəlmək olar:

1. Gömrük işinin spesifıkası hər bir ölkədə onun iqtisadi vəziyyəti və xarici iqtisadi istiqaməti ilə müəyyən olunur.

2. İqtisadi inkişaf səviyyəsi yüksəldikcə, xarici ticarət rejiminin liberallıq dərəci yüksəlir, lakin, bu, bir qayda olaraq, yalnız gömrük tənzimlənməsi arsenalının böyük inkişafını (həssaslığını) göstərir.

Belə ki, Yaponiyada orta müəyyən edilmiş edilmiş gömrük tarifi dərəcəsi dünyada ən aşağı dərəcələrdən biridir. Lakin, təcrübədə mürəkkəb milli standartlara mövcud olması səbəbindən çox az sayda matlann xaricden bu ölkenin bazanna daxil olmaq şansı vardır.

Eyni zamanda az inkişaf etmiş ölkələrin gömrük işi idxal lisenziyaları və valyuta məhdudiyyətləri kimi daha çox primitiv vasitələrlə əsaslanır.



http://shirvan.cls.az/front/files/libraries/2474/books/566238616.pdf
Yüklə 37,31 Kb.

Dostları ilə paylaş:




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin