İnfeksion xəstəliklər çox təhlükəli olub, ağır formalarında



Yüklə 2,2 Mb.
Pdf görüntüsü
tarix11.01.2017
ölçüsü2,2 Mb.
#5087

PEYVƏND

İnfeksion xəstəliklər çox təhlükəli olub, ağır formalarında 

hətta ölümlə də nəticələnə bilər. Peyvənd isə uşaqlarda yoluxucu 

xəstəliklərə qarşı immunitet (xəstəliyə tutulmama qabiliyyəti) yaradır. 

Buna görə də uşaqların bu xəstəliklər əleyhinə peyvənd olunması vacibdir. 

Peyvəndlərin aparılması nəticəsində bir sıra xəstəliklər qlobal səviyyədə aradan 

qaldırılıb. Azərbaycanda ağır yoluxucu xəstəlik olan poliomielitə yoluxanların sayı 

Səhiyyə Nazirliyi tərəfindən görülən tədbirlər nəticəsində sıfıra endirilib. 2002-ci ildə 

Ümumdünya Səhiyyə Təşkilatı Azərbaycana “Poliomielitdən azad ölkə” statusunu verib.



Hazırda Azərbaycanda hepatit B, vərəm, poliomielit, difteriya, 

göyöskürək, tetanus, B tipli hemofil infeksiya, qızılca, parotit, 

məxmərək xəstəliklərinə qarşı peyvənd aparılır. 

Dövlət tibb müəssisələrində PEYVƏNDLƏR PULSUZ EDİLİR.

Kitabçada valideynlər üçün yoluxucu xəstəliklər, onların profilaktikası və 

peyvənd təqvimi ilə bağlı zəruri olan məlumatlar verilib.

İnfeksion xəstəliklər çox təhlükəli olub, ağır formalarında 

hətta ölümlə də nəticələnə bilər. Peyvənd isə uşaqlarda yoluxucu 

xəstəliklərə qarşı immunitet (xəstəliyə tutulmama qabiliyyəti) yaradır. 

Buna görə də uşaqların bu xəstəliklər əleyhinə peyvənd olunması vacibdir. 

Peyvəndlərin aparılması nəticəsində bir sıra xəstəliklər qlobal səviyyədə aradan 

qaldırılıb. Azərbaycanda ağır yoluxucu xəstəlik olan poliomielitə yoluxanların sayı 

Səhiyyə Nazirliyi tərəfindən görülən tədbirlər nəticəsində sıfıra endirilib. 2002-ci ildə 

Ümumdünya Səhiyyə Təşkilatı Azərbaycana “Poliomielitdən azad ölkə” statusunu verib.



Hazırda Azərbaycanda hepatit B, vərəm, poliomielit, difteriya, 

göyöskürək, tetanus, B tipli hemofil infeksiya, qızılca, parotit, 

məxmərək xəstəliklərinə qarşı peyvənd aparılır. 

Dövlət tibb müəssisələrində PEYVƏNDLƏR PULSUZ EDİLİR.

Kitabçada valideynlər üçün yoluxucu xəstəliklər, onların profilaktikası və 

peyvənd təqvimi ilə bağlı zəruri olan məlumatlar verilib.

Qızılca

Qızılca  –  kəskin  yoluxucu  xəstə-

likdir,  hava-damcı  yolu  ilə  yayılır. 



İnfeksiya  mənbəyi  –  xəstə  insandır. 

Xəstəliyin  əlamətləri  –  bədən  hərarətinin 

yüksəlməsi,  zökəm,  gözün  selikli  qişasının 

iltihabı,  işıqdan  qorxma,  mərhələli  səpgilərin 

əmələ  gəlməsi  və  s.  Vaxtında  həkimə  müraciət 

edilmədikdə  xəstələrdə  ağırlaşmalar  (pnevmoniya, 

meningit, ensefalit və s.) baş verir.



Məxmərək

 

Məxmərək  –  yoluxucu  xəstəlik-

dir,  hava-damcı  yolu  ilə  yayılır. 



Xəstəliyin  əlamətləri  –  ümumi 

zəiflik, normadan bir qədər yuxarı 

qızdırma,  başağrısı,  boyunarxası 

limfa  düyünlərinin  böyüməsi, 

səpgilərin  əmələ  gəlməsi  və 

s.  Vaxtında  həkimə  müraciət 

edilmədikdə xəstələrdə fəsadlar 

(artritlər,  oynaqlarda  ağrılar, 

ensefalit,  qanın  laxtalanması  ilə 

bağlı problemlər və s.) baş verir. 

Hamilə  qadının  məxmərəyə 

yoluxması hamiləliyin pozulması 

ilə nəticələnə bilər. 

Yoluxucu xəstəliklərin başlıca 

profilaktika yolu peyvənddir!


Epidemik parotit

Epidemik  parotit  –  yoluxucu  xəstəlikdir, 

hava-damcı  yolu  ilə  yayılır.  Xəstəliyin 



ən  xarakterik  əlaməti  –  qulaqdibi  tüpürcək 

vəzilərinin  şişkinliyidir.  Digər    əlamətlər  – 

çeynəmə  və  udqunma  zamanı  ağrı,  ümumi  halsızlıq, 

oğlanlarda  xayaların,  qızlarda  yumurtalıqların  ağrılı  və 

həssas  olmasıdır.  Epidemik  parotit  xəstəliyi  nadir,  lakin 

ciddi  ağırlaşmalara  səbəb 

ola  bilər.  Kişilərdə  və 

yeniyetmə  oğlanlarda  bu 

ağırlaşmalardan  bəzən  son-

suzluqla  nəticələnən  xa-

yaların  bir  və  yaxud  ikitərəfli 

iltihabını  (orxit)  qeyd  etmək 

olar. Patoloji prosesə mədəaltı 

vəzi  cəlb  olunduqda,  şəkərli 

diabetin inkişafı ilə ağırlaşma 

müşahidə oluna bilər.



Qızılcanın, epidemik parotitin 

və məxmərəyin profilaktikası

Qızılca,  epidemik  parotit  və  məxmərək  əleyhinə  peyvənd  bu 

xəstəliklərin  profilaktikasının  ən  uğurlu  üsuludur.  Uşaqları 

qızılca-parotit-məxmərək (QPM) əleyhinə vaksinlə (üç infeksi-

yaya qarşı) peyvənd etmək vacibdir. Bu peyvəndin 1-ci do-

zası,  Milli  peyvənd  təqviminə  uyğun  olaraq,  uşaqlara  12 

aylığında, 2-ci dozası isə 6 yaşında vurulur.

Peyvəndlərin məhz vaxtında və bütövlükdə 

aparılması uşaqların sağlamlığını qoruyur!


Difteriya

Difteriya  –  hava-damcı  yolu  ilə  yayılan 

kəskin  yoluxucu  xəstəlikdir.  İnfeksiya 



mənbəyi  –  xəstələr  və  bakteriya  gəzdiriciləridir. 

Xəstəliyin əlamətləri – boğaz ağrısı, boğazda qızartı, 

iştahasızlıq,  hərarətin  bir  qədər  yüksəlməsi,  2-3  gün 

ərzində  udlaq  və  badamcıqların  üzərində  boz  rəngli 

ərpin  əmələ  gəlməsi,  boyun  limfa  vəzilərinin  bir  qədər 

böyüməsi, boyun nahiyəsinin şişməsi, burundan serroz-qanlı 

möhtəviyyatın  ifraz  olunması  və  s.  Xəstəliyin  ilk  günlərində 

difteriyalı  xəstədə  ürək  ritmini  pozan  və  ürək  çatışmazlığına 

səbəb olan miokardit inkişaf edə bilər. Vaxtında həkimə müraciət 

edilmədikdə  xəstələrdə  digər  fəsadlar  da  baş  verir.  Difteriyanın 

ağır forması zamanı udlaqda inkişaf edən ödem (şişkinlik) tənəffüs 

yollarını tutur və yaranan asfiksiya (boğulma) nəticəsində ölüm baş 

verir.


Göyöskürək

Göyöskürək – tənəffüs yolunun yoluxucu xəstəliyidir, hava-damcı yolu ilə 

çox asan yayılır. Belə xəstələrdə 4-8 həftə davam edən “hürücü” öskürək 

müşahidə edilir. Xəstəlik ən çox 1 yaşa qədər uşaqlar üçün təhlükəlidir. 

İlk olaraq, uşaqda adi soyuqdəymə 

əlamətləri  müşahidə  olunur, 

tədricən isə davamlı (əsasən gecə 

saatlarında  müşahidə  olunan) 

öskürək 


tutmaları 

başlayır. 

Vaxtında 

həkimə 


müraciət 

edilmədikdə  xəstələrdə  fəsadlar 

qeydə alınır. Onlardan ən yayılmış 

və  ölümlə  nəticələnən  fəsad  – 

bakterial  pnevmoniyadır.  Bundan 

əlavə, qıcolmalar və qısamüddətli 

bayılma da baş verə bilər.


Tetanus

Tetanus – xəstəliyi törədən bakteriyalara 

daim  ətraf  mühitdə  rast  gəlmək  olar. 

Tetanus  insandan-insana  keçmir.  İnsan 

tetanusa  yara  və  yaxud  kəsik  səthinə 

torpaq  zərrələrinin  daxil  olduğu  zaman 

yoluxa bilər. Bu bakteriyalar ən çox dərin 

deşilmiş yaralarda inkişaf edir. 

Tetanusun  xarakterik  əlamətləri  –  çey-

nəmə  əzələlərinin  qıcolmasıdır.  Daha 

sonra qıcolmalar boyun əzələlərinə keçir və 

udqunmanı  çətinləşdirir.  Bu  proses  güclü 

əzələ  gərginliyi,  ürək  ritminin  pozulması, 

koma və s. ağırlaşmalarla nəticələnir. Ölüm 

halları daha çox azyaşlı uşaqlar və yaşlılar arasında qeydə alınır. 

B tipli hemofil çöplər tərəfindən törədilən 

xəstəliklər (Hib infeksiya)

B  tipli  hemofil  çöplər  –    insandan-insana  hava-damcı  yolu  ilə  keçir. 

Uşaqlar  arasında  qeydə  alınan  B  tipli  hemofil  çöplər  tərəfindən 

törədilən xəstəliklərin 90%-dən çoxu təhlükəli infeksion xəstəliklərdir 

(pnevmoniya,  sepsis,  epiqlotit,  septiki  artrit,  osteomielit,  absess, 

perikardit). Xəstəliyin böyük qismi 2 yaşa qədər uşaqlar və əsasən 

də körpələr arasında qeydə alınır. Hib meningiti keçirmiş uşaqlar 

arasında  bir  sıra  müalicə  olunmayan  ciddi  nevroloji  qüsurlar 

inkişaf  edə  bilər.  Belə  uşaqlar  əqli  inkişafdan  geri  qalma  və 

eşitmənin  itirilməsi  kimi  hallara  məruz  qalır  və  ömürlük 

əlilliyə düçar olurlar. Xəstələrin 5-10%-də xəstəlik ölümlə 

nəticələnir.

Peyvəndlərdən imtina etməyin!



Hepatit B

Hepatit B – xəstəliyinin törədicisi hepatit 

virusudur.  Bu  infeksiya  qaraciyəri  zədələyir, 

kəskin  və  xronik  hepatiti  törədir.  Daha  ağır 

hallarda sirroz və qaraciyər şişləri yaranır. Bu infeksiya 

aşağıdakı yollarla ötürülür: qeyri-steril inyeksiya və ya 

əməliyyat  zamanı,  xəstə  anadan  yenidoğulmuş  uşağa, 

yoxlanılmamış  qan  köçürmələri,  cinsi  əlaqə  zamanı  və 

s.  Uşaqda  bu  infeksiya,  adətən,  əlamətsiz  keçir,  yoluxmuş 

uşaqlar daha çox xronik daşıyıcı olurlar. Yoluxmuş insanlarda, 

ilk növbədə, ümumi halsızlıq, mədə-bağırsaq pozğunluqları və 

soyuqdəymə əlamətləri özünü göstərir. Bu zaman xəstədə sidik 

tünd rəngli, nəcis isə ağımtıl olur, bədəndə sarılıq müşahidə olunur. 

Dəqiq diaqnoz qoyulması üçün xəstə həkimə müraciət etməlidir.

Difteriyanın, göyöskürəyin, tetanusun, 

Hib infeksiyanın və hepatit B-nin profilaktikası

Difteriya,  göyöskürək,  tetanus,  Hib  infeksiya  və  hepatit  B-dən 

qorunmanın  ən  effektiv  yolu  vaksinasiyadır.  Hepatit  B  əleyhinə 

HepB  vaksininin  ilk  dozası  yenidoğulmuşlara  doğuşdan  sonra  12 

saat ərzində vurulmalıdır. Daha sonra uşaqlar difteriya, göyöskürək, 

tetanus,  Hib  infeksiya  və  hepatit  B-yə 

qarşı  1  yaşına  qədər  kombinə  olunmuş 

beşkomponentli  GDT Hib HepB  vaksini  ilə 

3  dəfə,  2  yaşına  qədər  yalnız  GDT  (göy 

öskürək,  difteriya,  tetanus)  vaksini  ilə  1 

dəfə, 6 yaşda yalnız DT (difteriya və tetanus)  

vaksini ilə 1 dəfə peyvənd olunmalıdırlar.

Çoxkomponentli vaksinin üstünlüyü 

bir neçə xəstəliyə qarşı vaksinlərin bir 

inyeksiyada yeridilməsidir.


Vərəm

Vərəm  –  hava-damcı  yolu  ilə  yayılan 

yoluxucu  xəstəlikdir,  adətən,  ağciyərləri, 

bəzən  isə  sümük,  beyin,  dəri  və  s.  orqanları 

zədələyir.  Vərəmin  əsas  əlamətləri  –  ümumi 

halsızlıq,  hərarət,  yüksək  dərəcədə  tərləmə,  çəkinin 

itirilməsidir. Ağciyər vərəmi olan xəstədə daima öskürək, 

bəzən  qanhayxırma  və  döş  nahiyəsində  ağrılar  müşahidə 

olunur. Vərəm xəstəliyinə yoluxmuş xəstələr mütləq həkimə 

müraciət etməli və spesifik terapiya kursu keçməlidirlər.

Vərəmin profilaktikası

Vərəm  infeksiyasına  yoluxmanın  qarşısını  almaq  məqsədilə 

bütün yenidoğulmuşlar 4-7 günlükdə vərəm əleyhinə BCG vaksini 

ilə  peyvənd  olunmalıdırlar.  Bu  peyvənd  uşaqlar  arasında  vərəm 

meningiti  və  vərəm  infeksiyasının  digər  ağır  formalarının  baş 

verməsinin qarşısını alır.



Poliomielit 

Poliomielit  –  sinir  sistemini  zədələyən,  əzələlərin  iflicinə  gətirib 

çıxaran və hətta ölümlə nəticələnə bilən yoluxucu xəstəlikdir. Adətən, 

15 yaşa qədər uşaqlar, nadir hallarda isə böyüklər də yoluxa bilərlər. 

Ən çox 5 yaşadək uşaqlar xəstələnirlər. Xəstəliyin əsas əlamətləri – 

hərarətin yüksəlməsi, iştahasızlıq, əzginlik, əzələ və baş ağrılarıdır. 

Poliomielit keçirmiş insanların çoxu ciddi iflic qalıqları ilə üzləşir.



Poliomielitin profilaktikası

Təhlükənin  qarşısını  almaq  məqsədilə  uşaqlar  diri  oral 

poliomielit vaksini ilə peyvənd edilməlidirlər. Vaksin məhlul 

şəklində  pipetlə  uşağın  ağız  boşluğuna  damızdırılır. 

Peyvənd  uşağın  4-7  günlüyündə,  sonra  isə  2,  3,  4 

və 18 aylığında edilir. Hər bir uşaq 2 yaşınadək 

mütləq bu vaksinin 5 dozasını almalıdır.


   

DİQQƏT!

Poliomielitə qarşı vaksin pipetlə uşağın ağız 

boşluğuna damızdırılır, digər vaksinlər isə 

inyeksiya yolu ilə yeridilir. 

Bir yaşa qədər uşaqlarda bu inyeksiyalar bud 

əzələsinə vurulur. 

Peyvənddən sonra uşaqda baş verə biləcək 

reaksiyalar barədə həkimdən öyrənin.

Peyvənddən sonra reaksiya olduqda dərhal 

həkimə müraciət edin.

1. 

2. 

3. 

4. 

Peyvəndlər peyvənd təqviminə 

uyğun olaraq aparılmalıdır!

*

01 aprel 2013-cü ildən peyvənd təqviminə pnevmokokk



 infeksiyaya qarşı vaksin də daxildir. 

Bir yaşa qədər uşaqlar pnevmokokk əleyhinə vaksinlə 3 dəfə peyvənd 

olunmalıdırlar. Bu, pnevmokokk tərəfindən törədilən pnevmoniya, 

meningit və s. xəstəliklərdən qorunmanın ən effektiv yoludur.

*


Kitabça  Azərbaycan  Respublikası  Nazirlər  Kabinetinin 

26  noyabr  2010-cu  il  tarixli  225  nömrəli  qərarı  ilə  təsdiq 

edilmiş  “2011-2015-ci  illər  üçün  yoluxucu  xəstəliklərin 

immunoprofilaktikasına  dair  Tədbirlər  Proqramı”nın  icrası 

üçün  Azərbaycan  Respublikası  Səhiyyə  Nazirliyinin 

Tədbirlər  Planının  5.2-ci  bəndinə  uyğun  olaraq  Səhiyyə 

Nazirliyinin İctimai Səhiyyə və İslahatlar Mərkəzi tərəfindən 

hazırlanmış  və  çap  edilmişdir.  Bukletdə  dərc  olunanlar 

Səhiyyə Nazirliyi Respublika Gigiyena və Epidemiologiya 

Mərkəzi ilə razılaşdırılmışdır.



Yüklə 2,2 Mb.

Dostları ilə paylaş:




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin